Tahir Rzayev, millət vəkili - " Bu gün Ermənistan Azərbaycanla münaqişəyə girmək iqtidarında deyil. "
Artıq bilirik ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dediyinə görə ," Avropa İttifaqı (Aİ) Ermənistanda qrant və vədlərlə rusofobiyanı təbliğ edir. “Onlar indi Ermənistanda müşahidə və faktiki kəşfiyyat missiyasını yerləşdirərək respublikanı öz hərbi-siyasi orbitinə çəkiblər”,
Yenises.az bildirir ki, bununla bağlı millət vəkili Tahir Rzayev açıqlamasında vurğulayıb ki, Ermənistanın Rusiyaya qarşı olan münasibətinin fərqində olmaq vacibdir, çünki Ermənistan artıq Rusiyadan təcrid olunmaq məqamındadır, həmçinin Kremlin tələblərini yerinə yetirmək fikrində deyil və müəyyən səbəblərə görə, Ermənistan dövləti öz fikrini, öz planlarını da tam həyata keçirə bilmir.
“Zaxarovanın qeyd etdikləri bilavasitə Azərbaycanı qıcıqlandırmaq və müəyyən hadisələrə guya Azərbaycanın mövqeyi baxımından “qiymət vermək” xarakteri daşıyır. Azərbaycan ordusu güclüdür. Azərbaycan dövlətinin, cənab İlham Əliyevin beynəlxalq aləmdə yürütdüyü siyasət dünyaya bəllidir. Xalqımızın birliyi hamıya yaxşı məlumdur. Bu gün Ermənistan Azərbaycanla münaqişəyə girməklə, özünün faciəsini yaşamış olar. Bunu erməni xalqı yaxşı bilir. Eləcə də, Ermənistanın rəhbərləri yaxşı bilirlər. Ona görə də Zaxarovanın verdiyi bu açıqlamalar Avropa İttifaqının bir daha nəzərdən salınmasına və Ermənistanın mövqeyinin açıqlanmasına bir nümunədir. Bu gün Avropa İttifaqı ilə Rusiya arasında çox ciddi narazılıq mövcuddur və Rusiya rəsmiləri də bundan istifadə edərək bir daha Azərbaycanla Avropa İttifaqı arasında mövcud vəziyyəti gərginləşdirmək fikrindədir”-deyən Tahir Rzayev qeyd edib ki, bu gün Ermənistan Azərbaycanla münaqişəyə girmək iqtidarında deyil və son aylarda istər Ermənistanın baş nazirinin, istər müəyyən dövlət rəsmilərinin verdiyi bəyanatlarda sülhə doğru addımların atılması hiss edilir.