Tahir Rzayev, millət  vəkili : -  "Deputat   müəyyən səbəblərə görə rayonda qalıb yaşamaya bilər:"

SİYASƏT 21:26 / 17.02.2025 Baxış sayı: 2431

Milli Məclisin deputatları paytaxt Bakıda yaşayırlar. Lakin bir çox seçicilər düşünürlər ki, onların səs verdiyi  deputatlar öz rayonlarında yaşamalıdırlar. Bunun seçicilərlə ünsiyyətin sıx olması baxımından əhəmiyyətli olduğu düşünülür.

Eyni zamanda dünyanın bir sıra ölkələrdə belə nümunələr var.

Bəs bizim deputatlar niyə seçildikləri rayonlarda deyil, Bakıda yaşamağa üstünlük verirlər?

Yenises.az   Modern.az-a  istinadla  bildirirki . bu suala cavab almaq üçün bir sıra deputatlar arasında sorğu keçirib.


86 saylı Ağcabədi seçki dairəsinin deputatı Tahir Rzayev bildirib ki,  parlamentin üzvləri müəyyən səbəblərə görə rayonda qalıb yaşaya bilməzlər:

“Müəyyən seçicilər düşünürlər ki, deputat seçildiyi rayonda yaşamalıdır. Düşünürəm ki, belə insanların deputatların statusu haqqında qanundan, müəyyən əsasnamələrdən xəbərləri yoxdur. Çünki deputatın iş yeri Milli Məclisdir. Onlar bilavasitə müntəzəm olaraq, qanunvericiliyin hazırlanması, müzakirə olunmasıyla və iclasa çıxarılması ilə məşğuldurlar. Digər yandan, deputatlar Bakıda keçirilən beynəlxalq səviyyəli tədbirlərdə iştirak edirlər. Müntəzəm olaraq mediaya çıxırlar, ölkədə baş verənlər barədə öz fikirlərini bildirirlər. Belə olan halda deputat rayonda qalıb yaşaya bilməz”.

T.Rzayev bu düşüncənin qanunauyğun olmadığını deyib:

“Deputatın köməkçiləri var və onlar seçicilərlə deputatı əlaqələndirirlər. Deputat ayda 2-3 dəfə seçildiyi rayonda  vətəndaş qəbulu keçirir. Bəziləri müvafiq olaraq söyləyirlər ki, biz deputatı tapa bilmirik və xoşagəlməz ifadələr işlədirlər. Deputat 50 min, bəzən ondan da çox insanı təmsil edir. Onun dairəsini əhatə edən seçicilərdən, həmin rayona yaxın ərazidə yaşayan insanlardan deputatlara müraciətlər daxil olur. Kim görüşmək istəyirsə, əlbəttə, köməkçi, müəyyən rabitə vasitəsilə deputatla əlaqə saxlaya bilir. Elə olur ki, mənə gündə 15-20 zəng gəlir. Müəyyən seçicilər öz xahişlərini edir, məsləhətlər alırlar, bəzi qanunlar haqda fikirlərini bildirirlər. Əlbəttə, bu canlı ünsiyyətdir. Ancaq deputat rayona gedəndə hər bir insanla görüşə, onların arzu və qayğılarını dinləyə bilməz. Vətəndaşın özü maraqlı olmalıdır. Müraciət etməlidir ki, deputat görüşüb söhbət etsin.
Yəni dediyim odur ki, bəzi vətəndaşların "deputatlar rayonda qalmalıdır" fikri yanlışdır və qanunauyğun deyil. Bu, bilavasitə kimlərisə çaşdırmaq, müəyyən fikrirləri qarışdırmaq üçün söylənilən yersiz mülahizələrdir”.