MEHDİ CALAL - Qar nağılı
Gecə –gündüz xəyalmdan
Getməz qara gozlərin.
Düsüb tələbəlik vaxtı
Yagan qara gozlərin.
O illərin saxtasindan
Qrovlandı kirpiyin.
Bu dünya tor görünürdü,
Qaraldı ag örpəyin
O qar daha səngimədi
Yolu-izi bağladı.
Günəş də hec görünmədi,
Nigaran qəlb ağladı.
Ümidlə baxdığım göydən
...Ümid yerinə yağdı.
Yol tutmuşdum görünməzə,
Gördüm hər tərəf ağdı...
Pəncərələr buz örtükdə,
Havalıydı otaqlar.
Havalıydı qəlbim kimi
Şeirə təşnə varaqlar.
Mən yaşadım günlərimi
Eşqin min bir qəmiylə.
Bu nağıl da yazılacaq
Qızımın qələmiylə.
Bir tərəfdə balalarım,
Bir tərəfdə sən varsan.
Ömrün qalan günlərinə
Bu qar kimi yağarsan...