Şövkət , Zərin Horovlu -Səni

Ədəbiyyat 20:08 / 25.08.2025 Baxış sayı: 2192

Bəxtinin günəşi sandın

Üzümdən salmadım səni,

Gözümü yurd yeri seçdin

Gözümdən salmadım səni.

 

Xəyalına düşüb azdım

Şirin yuxu bilib yozdum.

Şəninə şeirlər yazdım,

Sözümdən salmadım, səni.

 

Yaxınsan ,ya uzağımsan,

Bəlkə sevgi günahımsan.

Bəlkə də gənclik çağımsan

İzimdən salmadım səni.

 

Mən də bu sayaq dəliydim,

Əsliydim ,ya da Leyliydim.

Səni əynimə geyindim

Özümdən salmadım sən.