Şövkət Zərin Horovlu - Şəhidlik zirvəsində

Ədəbiyyat 12:35 / 09.04.2026 Baxış sayı: 339

 

Şəhidlik zirvəsində

Bu gecə yuxum

gözümdən düşdü,

Qan rənəg ağrılarım gilə-gilə

yanağımdan sürüşdü.

Bu bahara qəfil qar yağdı,

adam-adam üşüdü ümidlər,

Səbrimi qanatdı Lələtəpədən gələn

qanqırmızı acı xəbərlər.

Baharın yaşıl çağında sanki

buz bağladı yollar, irizlər.

Qərənfil- qərənfil qızardı məzarlar,

Üşüsüdü intizaq gecələr-gündüzlər.

Oğullar ürəklərində vətən sevgisı,

Dillərində zəfər türküsü,

Çiçək-çiçək,

Qönçə-qönçə , ləçək -ləçək

Töküldülər Lələtəpədə,

Qeyrət -qeyrət torpağa əkildilər,

Lələtəpədə.

Üçrəngli bayraq əllərində,

Allahu-Əkbır dillərində

Dincəldilər şəhidlik zirvəsində.

 

Aprel Strasburq.