Əşrəf Veysəlli - VAR İMİŞ
Köksümüzdə qönçələnən istəyin
Açılmamış solmağı da var imiş.
Quzu kimi döşə yatan mələyin
Gürzə kimi çalmağı da var imiş.
Yarım mənə yar olmaı unutdu,
Göz yaşlarım gözlərimi çürütdü.
İndi gəlbim bircə çəngə buluddu,
Boşalmamış dolmağı da var imiş.
Üzlər görüb bu həsrətin üzləri,
Bükələyib bükülməyən dizləri.
O kor qoyub neçə- neçə gözləri,
Səhralara salmağı da var imiş.
İstəməzdim gözüm belə səyrisin,
Sevindirim bəlkə xeyrə səyrisin.
Tacir imiş eşqimizin Leyıisi,
Satmaı da, almağı da var imiş.
Bütöv imiş bu gödüyün dağ, dərə
Bir tam imiş parçalanmış yüz yerə.
Əşrəf kişi, güvənərdin düzlərə,
Düzün düzfə qalmağı da var imiş.
1994- ce il.