Aləmzər Sadıqqızından  İKİ  ŞEİR

Ədəbiyyat 19:59 / 09.04.2026 Baxış sayı: 266

Sən olmayan bir dünya ver...

Sənin hələ xəbərin yox...

İzin ver itirim səni.

Gəlib sənə deməyəcəm,

Kömək et bitirim səni.

Daha nə göy var,nə də yer,

Gözlərimi kədər yeyir...

Sən olmayan bir dünya ver,

Oraya götürüm məni.

Sən bilməzsən sevda nədir...

içimi həsrətin didir...

Dinlə gör könlüm nə deyir,

Gəl məndən ötürüm səni...

12.1.2018.

Toxunma...

Saçlarıma toxun...

Qaralsın...

Gözlərimə toxun...

Gülsün...

Əllərimə toxun...

İsinsin...

Arzularıma toxun...

qanadlansın...

Ümidlərimə toxun...

Cücərsin...

Ömrümə toxun...

Uzansın...

Bircə....

Ürəyimə toxunma...

Əzizim...

Ürəyimə toxunma...

2002.