Nağıllardan çıxıb , elə bil , bahar - Şahverən Cavad

Ədəbiyyat 20:47 / 09.04.2026 Baxış sayı: 223

 

Şimşəklər sıyrılar qızıl ox kimi ,

Göylər çilik - çilik olar , güzgü tək .

Qorxudan diksinən xanım buludlar ,

Hönkürüb , gözündən leysan tökəcək .

Arı pətəyidir dəvəbel bulud ,

Şərbətə dönəcək yaz yağışları .

Yaşıl tumurcuqlar quş dimdiyi tək ,

Açarlar ağzını göylərə sarı .

Lalələr ərköyün uşaqlar kimi ,

Dırmaşıb , qayanın üstündə bitib .

Cığırlar talada azıb yolunu ,

Qalıb ot altında , gözlərdən itib .

Nağıllardan çıxıb , bahar , elə bil ,

Zirvələr ağ atlı oğlan kimidir .

Yolunu gözləyən gəlin şəlalə ,

Həsrətə dözməyib , intihar edir .

" Mən yaxşı bilirəm , köçkünlük nədir , "

Yuva qurmaq üçün quşlar çop yığır .

Leyləklər , durnalar qayıtsın geri ,

Verək quşlara da vətəndaşlığı .

Arılar necə də çəkir nazını ,

Sətəlcəm olublar nərgiz , bənövşə .

Günəş al çiçək tək səpilər yerə ,

Yaz durub Qiblə tək - üzü günəşə .

09 . 04 . 2026