Daha şeir "yazmıramsa" - Aysel Yusifova Zülfüqar

Ədəbiyyat 11:36 / 09.04.2026 Baxış sayı: 410

 

Daha şeir "yazmıramsa",

Demə ki, tükənib sözün...

Səndən şeir yazmayıram,

Mən indi ŞEİRəm özüm...

Mənə şeir yazdıranım,

Hanı o sirli cazibən?!

Məni əsir eləmişdin,

Hardadı Yusifi-Rövşən?!

Bal rəngli gözlərin mənə

Günəbaxantək baxardı...

İçində Günəşdən işıq,

və Aydan bol-bol nur vardı...

Sənə Apollon demişdim,

Günəş Tanrım idin axı...

"Şəmsinə" nər biləyində

Gətirmişdin sən sabahı...

Birlikdə RA olduq sənlə,

Günəşin övladlarıyıq...

Bu zərli şəfəq izində,

Üzü göylərə sarıyıq...

Qaytar mənə sənli "ŞEİR"i,

Səndən danışsın hər sətrim.

Sən ol məni qəm çənindən

Qoruyan ümid çətirim ...

Mən ŞEİRəm axı, ÖMRÜM,

Məni oxu, anla məni.

İnan, dönüb SƏN olaram,

Dəlicə sev Sən bircəni...