Şövkət, Zərin Horovlu - Bilmir
Ədəbiyyat
11:10 / 11.07.2026
Baxış sayı: 410
Bu ömür heç aram olmur
Dünyamız gəlmir xoşuna,
Tutub ruhun qanadından
Uçub gedir özbaşıa.
Gücü çatmır qollarını
Bir qiyyə çəkə tərpədə,
Ruhu göylərin eşqində
Cismini ovudur yerdə.
Neynim, ipə-sapa yatmır
Əyindən -başdan tökülür,
Dünyanın dar qəfəsinə
Sorğu -sualsız çəkilir.
Qalmağı , getməyi sual
Dünəni var,indisi yox,
Gəlişi başdan yalanmış,
Gecəsi var , gündüzü yox.
Hardan gəlib,hara gedir
Günlərini sayır bir-bir,
Ölümdən o yana nə var,
Bu sirri özü də bilmir.