Şahverən  Cavad - Elə bil rsaatlar dar ağacıdı

Ədəbiyyat 20:16 / 10.07.2026 Baxış sayı: 129

 

Budaqlar ağacın budaq cümləsi ,

Söz - söz yarpaqları - alın yazısı .

Yazın bəxş etdiyi yaşıl libası

Ayaqlar altına atacaq payız .

 

Gecələr tanrının əlyazmasıymış ,

Silərək hər axşam ,

yenidən yazır .

Elə bil saatlar dar ağacıdır ,

An - an ömürləri əqrəbdər asır .

 

Ayaqyalın qalan küçələr kimi ,

Bir ocaq tapmadım isinsin ürək .

Gündüz gəzdirdiyim kölgəmi , axşam

Soyunub asıram qaraçuxa tək .

 

Sevdalı buludlar- Əsliylə Kərəm-

Həyalı gözlərdə çiskin-tər kimi.

İllərimtək köçən durna səsindən

Yağır ayrılıqlar qəm - kədər kimi .

10 . 07 . 2026

Türkiyə . Samsun şəhəri