Ələddin Əzimli  - YARIQARANLIQ HƏYAT

Ədəbiyyat 13:33 / 10.07.2026 Baxış sayı: 345

 

" Sözlərdəki sən"dən

 - Əllərim açılıb yağışa,

damlalar

döyəcləyir barmaqlarımı

anbaan,

dayanmadan.

Havadan

torpaq qoxusu gəlir,

ürəyimə

sərinlik hopur

islaq damarlarımdan,

yavaş-yavaş soyuyan

titrək barmaqlarımdan.

Uşaqkən

bir yulğun kolunun dibində

islanmağım

düşür yadıma.

O günlərin nuru

az da olsa,

işıq salır

yarıqaranlıq həyatıma