Xatirə  Rəhimbəyli - Sən mənə taleyin zülm payısan

Ədəbiyyat 08:48 / 10.07.2026 Baxış sayı: 369

Sən mənə taleyin zülm payısan,

Göynəyən könlümü bir üfləsən sən.

Ruhumun qısılıb düstaq qaldığı

İkicə kəlmədən özgə nəsən sən?

 

Gördünmü quruyan qaxac ömrümü,

Cismimi qovuran bu sac ömrümü?

Bu kədər yarpaqlı ağac ömrümü

Noolar,bircə kərə silkələsən sən?

 

Namərd quyulardı,xəbərçi qamış,

Könlümdə bir zərrə inam qalmamış...

Etibarı perik,ümidi sınmış,

Ürək nələr çəkir,nə biləsən sən