Ayaz Arabaçı -  Bir şairimiz deyir ki...

YAZARLAR 14:23 / 10.07.2026 Baxış sayı: 401

 

Bir şairimiz deyir ki, baxıram dünyanın bu gərdişinə,

Fələk rəvac verir namərd işinə"..

Bir şairimiz deyir ki, "Dünya düzəlmir ki, düzəlmir, babam".

Bir şairimiz də deyir ki,"Bu dünya düzəlsə atama lənət"..

Biz isə bütün bunları bilə-bilə,görə-görə dünyanın düzəlməsini gözləyirik..Mən də bir vaxt bir şeirimdə yazmışdım ki,

"Dünya özü düzəlməz ha,

Gərək tutub düzəldəsən"..

Bizə İkinci Dünya Müharibəsinin aclığından, səfalətindən və vəhşətindən çıxmış adamlar elə hey bəxtəvərlik-(bir az da baş qaxıncı kimi bir şey) versələr də xoşbəxt günlərimiz elə də çox olmadı.Sadalasam dəftər tutmaz.qələm yazmaz.Necə deyərlər.

Dəryalar mürəkkəb, meşələr qələm,

Mollalar yazdıqca,dərdim var mənim.

Dünya bizə hər səhər günəşin doğması ilə və batması ilə eyni görünür, amma di gəl ki, bu eyniliyin dalında o qədər qara görünməz işlər baş verir ki.. Zaman axır, insanlar dəyişir, hadisələr bir-birini təzələyir, gözlər gülür, ürəklər yanır. Biz isə bütün bu axarların içində düzən axtarırıq.

Əgər düzən dediyimiz şey ədalət, sevgi və sabitlikdirsə, bəs onda niyə hər gün bir yerdə savaş, bir yerdə aclıq, bir yerdə soyğunçuluq var.. Bəlkə dünyanın düzəni, əslində, xaosun içindəki nizamdır.

Xəbərlər, sosial şəbəkələr, insanların hər şeyə biganəliyi bizi inandırır ki, düzən yoxdur.

Bu düzən deyilən şey nədisə mənim fikrimcə o vaxt olacaq ki-

harada yaxşılıq var orda zülüm və cəza , harada pislik var, orada mükafat və təltif olmasın. Amma ədalət həmişə gecikir, bəzən də unudulur.

Bu suallar bizi Tanrıya aparır. Əgər dünya Onun iradəsinə tabedirsə, bu nə gündü yaşayırıq..

Ümid sonda öldüyündən inanaq ki Tanrı ədaləti yalnız bu dünya üçün yox, əsasən əbədiyyət üçün qoruyur..

Dost deyən olsun..

Ölərik,görərik!!!