İLAHİ, YA ÖLDÜR, YA DA YAŞAT

YAZARLAR 21:44 / 10.07.2026 Baxış sayı: 167

Bədənim ağrının əsiridir, Ruhum,

Hər hüceyrəmdə bir müharibə, hər nəfəsimdə bir sızıltı var. Div

arlar ağ rəngdədir, tavansa soyuq, amma ruhum hələ də dirənir.

Bu qaranlıq xəstəxana gecəsində dərmanlar da çarə etmir artıq. Bü

tün rəqəmlər, o cihazlar mənim tükənən səbrimi sayır.

Mən bura aid deyiləm, axı mən bu ağrılara layiq deyiləm.

Baxışlarım pəncərədə, azadlığın, o gözəl günlərin sorağındadır.

İçimdə elə bir darıxmaq var ki, xərçəngdən də daha güclü, daha amansızdır...

Dözə bilmirəm, Azadqızı, bu bədən yorulub artıq.

İlahi, ya güldür, ya da ağlat, amma bu sızlayan sümüklərimi et azad.

İlahi, ya öldür, ya da yaşat, Dözə bilmirəm, bilmirəm artıq.

Bu ağrılı çarpayıda məni belə buraxma...

Çünki ətrafım nə qədər dolu olsa da, bu qaranlıq otaqda, bu ağır sınaqda özümdən başqa kimsənin təsəllisi yoxdur ruhuma...

Yenə də pəncərəyə tərəf çevirirəm üzümü, göy üzünün dərinliyindən bir işıq işarır qaranlığa.

Bəlkə də varlığın ən böyük həqiqəti budur: hər bitiş bətnində bir ümid daşıyır, və o bir tikə işıq bütün bu ağrılardan daha uca, daha sonsuzdur. İlahi, üzümü güldür və yaşat!

 Sevil Azadqızı