Elnur Uğur Abdiyev - Sevgisizlikdən doğur

Ədəbiyyat 10:14 / 11.07.2026 Baxış sayı: 366

 

Sevgisizlikdən doğur,

Yerin- göyün bəlası.

Anasına oxudur

Rəhmət, şeytan balası!

 

Gül açdıqca güllələr,

Qətl oldu qönçə güllər,

Belə daş- daş sökülər,

Eşq- insanlıq qalası.

 

Elnur, ölməz səadət,

Sübhə doğar sədaqət!

Məhəbbətdir,məhəbbət,

Yerin- göyün xilası.