Fərhad Tapdıqoğlu : - Sinəmdə bir xəzinəm var

YAZARLAR 08:41 / 10.07.2026 Baxış sayı: 372

 

Düşüncələr

Mənim ürəyim gözəl insanların məskunlaşdıqları bir məkandır.

Sinəmdə bir xəzinəm var.

Xeyirxah,səmimi,saf insanların toplusu olan xəzinə!!!

Özümü ən zəngin insan hesab edirəm.ƏN ZƏNGİN!

Allahım,ürəyimdə olan bu inciləri,dəyəli insanları vaxtsız götürüb aparma!

Ürəyimin varını azaltma!...

=

Həyat yolum bir kitab,ömür kitabım...

Ağ vərəqlər də var...qaralanmış səhifələr də... oxunmasını məsləhət görmədiyim səhifələr də,yazılar da... oxunmaqdan əzilən vərəqlər də...əsəbimdən cırıb atdığım yazılar da...

Əsasən dərdlə ,kədərlə yüklənmiş bu kitabı daşımaq məcburiyyətindəyəm və daşıyıram...

Son səhifəni yazana qədər...

=

Mən öləndən sonra da yaşayacağam...

Məni sağlığımda sevənlərin ömrü qədər olacaq mənim ömrüm...

sevənlərim dünyadan köçənə qədər yaşayacam...

Sonra öləcəm,həmişəlik öləcəm...

Hər halda belə düşünürəm ...

Düşünürəm ki,öləndən sonra uzun illər yaşayacam...

P.S.Öləndən sonra yaşamağı sağlığımızda qazanırıq.