Şakir Xanhüseynli - AVAND İŞİMİZ DƏ TƏRS GEDİR
Ədəbiyyat
11:20 / 11.07.2026
Baxış sayı: 422
tişəmi çapır qayanı,
qayamı çırpılır tişəyə...
ayaq üstə quruyub suçu,
nədir, görəsən, onun
günahı, suçu...
kimdi hey susur,
səsi qışqırır...
qazanlar qaynadıb
adamı lap daşırır...
torpaq bəzəyir gülləri, çiçəkləri,
kədər şənləndirir ürəkləri...
mismar vurub taxtaya keçirir ustanı,
quşlar olmasa, qanadlar uçmaz...
bir səbəb yoxsa,
kimsə evinin üstünə
dağılmaz, uçmaz...
avand işimiz də tərs gedir,
ən yaşlılar belə
dünyadan cavan- tər gedir...