Saqif Qaratorpaq - Səni gözləyirdim
Səni gözləyirdim
Bəlkə də min ildi,
Gəldin...
Dərdim nədir,bildin...
Yollar da sevindi qədəmlərindən.
İndi bir sənsən,bir də mən,
Bir də sonsuz üfüqlər...
Mən sevda dəlisi,
Əllərin -qəlbimin çırpıldığı
sahillər.
Gəl! Dəniz gözlərimdə bat,
Könlümdə yat,
Xəyallarımda uyu.
Eşq elə bir duyğu,
Qələm yazmağa aciz,
Sözlər boynubükük...
Gəl,məni dünyadan qopar,
Baxışlarına bük...apar...
Apar,hardakı fırtınalar var,
Hardakı qasırğalar var,
Hardakı içimi qarsıyan alovlar,
Söz-söz çiçəkləyir dodaqlarımda,
Dodaqlarında.
Gəl,sevinc gül açsın
Yanaqlarında...gözlərin gülsün!
Min ilin kədəri bir misraya
Tökülsün!
Gəl,dəniz gözlərimdə bat,
Könlumdə yat,
Xəyallarımda uyu...
28.09.2026