Ağaevli Əli Hacı -  Yıxıldım gecənin pəncərəsindən

Ədəbiyyat 10:42 / 29.09.2026 Baxış sayı: 538

 

Yıxıldım gecənin pəncərəsindən,

Səhərin ağ-appaq qapısı üstdə !

Torpaq gizlətmişdi özün qar altda,

Lal oldum bu qışın havası üstdə !

 

Günəş şüasını alıb özünə,

İşıq tək parlayır qar dənəciklər.

Göy üzü özünü dincə qoyubdur,

Durnalar səmayə yar dönəcəklər !

 

Ayağım altında yatdığı yerdən,

Pozur sakitliyi qar xışıltısı !

Qış,yerin üstünə yorğan örtülüb

Verir soyuğluğun başı altısı !

İlahi ! Biçdiyin kəfənmiş bu qar,

Altında alağda,çiçəkdə ölür !

Qar ölmək nə gözəl,suya çevrilib

Ölən çiçəkləri özü dirildir !

Yıxıldım dünyanın tən ortasında,

Duranda gördüm ki,qırağındayam !

Bu qışdan çıxmağa divar ver,tutum

İlahi ! Yaşamaq sorağındayam !