Fərhad Tapdıqoğlu - Çimdik
Düşüncələr
(Bir az da təbəssüm.)
Uşaq vaxtı bir dəfə anamızdan icazə almadan gedib çayda çimdik.
Evə qayıdanda anamız bizi danladı ,hərəmizdən bir yekə çimdik götürdü...
...Anam bacıma demişdi ki,"xörəyə bir çimdik duz at",amma bacım atmamışdı.
Anam bacımdan da bir balaca çimdik götürdü...
O gündən sonra biz icazəsiz çayda çimmədik...bacım xörəyə bir çimdik duz atmağı yaddan çıxarmadı...anamız da bizdən çimdik götürmədi...
Anamızın sözünə baxdıq hər zaman...
Ah,bu çimdiklər...
=
Qəlbi qara birisi "dayısının" dəstəyi ilə "qəlbiyə qalxdı"...
Amma onun qəlp olduğu məlum olandan sonra ,qulp qoyanlar çox oldu...
Qəlbidən aşağı yuvarlanan o qəlp adam "qəlpə-qəlpə" oldu...qəlpənin biri də onun "dayısının" qəlbinə dəydi ...
=
Belə bir aldatma da var:
əlini cibinə salır ki,guya pul çıxarır...amma dəsmal çıxarıb tərini silir...
=
Bıçaq ,balta və başqa alətlər kütləşəndə onları itiləyirlər.
Bəs "ağlımız bir şey kəsməyəndə" nə etməliyik?...
=
Əvvəllər utancaq oğlana "qız kimi uşaqdır " deyəndə onun valideynləri oğlunun tərbiyəli olduğundan qürur duyurdular...
İndi filankəsin oğlu "qız kimi uşaqdır" deyiləndə ,ağızlar büzülür,gözlər önündə "pis oğlan " canlandırılır...
Fərhad Tapdıqoğlu