Əlirza HƏSRƏT - GEDƏK ZİYARƏTƏ DURNA KÖÇÜNDƏ

Ədəbiyyat 09:14 / 28.09.2026 Baxış sayı: 593

 

Vurulub sevməyə nə var ki elə,

Suları bal kimi şirin dağları.

İlahi,hayandan basım bağrıma,

Bu mələk dağları,pərim dağları?

 

Ahım qol götürüb sızlayan udda,

Sevsən,pərvazlanar sonda umud da.

Ayağı torpaqda,başı buludda,

Həmişə zirvədə görüm dağları.

 

Gözlərim çəkdiyi yoldan keçin də,

Mənə duman tutan bir seçin də.

Gedək ziyarətə duman köçündə,

Ocağım dağları,pirim dağları.