"Mən anam tərəfdən gələn şairəm"

MƏDƏNİYYƏT 21:00 / 26.09.2026 Baxış sayı: 593

Bu gün ,  yəni  26 sentyabr 2026-cı il tarixdə AYB Lənkəran Bölməsinin və Lənkəran MKS-nin birgə təşkilatçılığı ilə mərkəzi kitabxanada tanınmış şair, publisist Fəxrəddin Teyyubun oxucularla görüşü keçirildi.

"Mən anam tərəfdən gələn şairəm" adlı tədbirdə bölgə yazarları, ziyalılar,tələbələr və şagirdlər,MKS-nin əməkdaşları,şairin oxucuları,dostları və qohumları iştirak etdilər.

Tədbiri giriş sözü ilə AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərli açaraq Fəxrəddin Teyyubun görkəmli şair Şəkər Aslanın xeyir-duası ilə 19 yaşındaikən ilk mətbu şeiri yerli qəzetdə işıq üzü görmüşdür. Uzun illər hüquq -mühafizə orqanlarında işlədiyindən bədii yaradıcılıqdan nisbətən uzaq düsən F. Teyyub iki mininci illərin əvvəllərindən başlayaraq yaradıcılıqla pesəkarcasına məşğul olmağa başlamış və qısa vaxtda ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir.

F.Teyyubun həyat və yaradıcılığı barədə AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin şöbə müdiri,şair,

tərcüməçi Sərraf Talıb məruzə etdi. Məruzədə şairin işıq üzü görən dörd kitabı və barəsində yazılan kitablar barədə məlumat verilməklə şairin şeirlərindən nümunələr gətirilməklə yaradıcılığı təhlil olundu.

Tədbirdə ustad şair Ağacəfər Həsənli çıxış edərək şairin yaradıcılığını xarakterizə edən xüsusiyyətlər barədə ətraflı danışmaqla imzasının artıq ciddi ədəbiyyatda qəbul olunduğunu fəxrlə bildirdi.

Tədbir iştirakçılarından şairlər Şahverən Cavad, Xanlar Həmid,Əlizaman Baxış,Qorxmaz Kadusi,Xatirə Xatun, Xudaverdi Cavad, Ağamir Cavad,Əhməd Haqsevər, Ziyafət Yəhya,Nəriman Azəri, Bəxtiyar Hüseynov,şairin qardaşı Xanlar ćıxış edərək F.Teyyubun yaradıcılığı və şəxsiyyəti ilə bağlı fikir və düşüncələrini bölüşdülər.

MKS-nin əməkdaşı Zemfira Təhməzlinin, şair-qəzəlxan Xatirə Xatunun, Lənkəran şəhər 10 saylı məktəbin şagirdi Zəhra Kərimlinin,şair Nəriman Azərinin ifa etdikləri şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Tədbirin sonunda Fəxrəddin Teyyub çıxış edərək təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirdi.

Şairin ifa etdiyi şeirlər sürəkli alqışlarla qarşılandı.

Tədbir Qafar Cəfərlinin yekun sözü ilə başa çatdı.

Sonda xatirə şəkilləri çəkildi.

+