Fərhad Tapdıqoğlu - Yağış olaydım...
Düşüncələr
Arzuları ,diləkləri,istəkləri paslanan qəlblərə yağıb ,onları cücərdəydim...göyərdəydim...
Yağış olaydım yağaydım məkrli, paxıl qəlblərə yuyub aparaydım naqis duyğuları...
Yağış olaydım...
Yağışlı gününüz mübarək!
Payızınız mübarək!
Yaradana şükr edək ki,növbəti səhərimizi işıqla görüşdürdü...
Qoy yağışlı olsun,ya Günəşli olsun,təki xeyirli sabahlar olsun...
=
Bəzən hörmət naminə yol verirsən,onu "yola vermək " kimi dəyərləndirirlər...
=
Sözü verdinsə,onu geri istəyə bilməzsən,çünki artıq sənin deyildir.
( Söz vermək,yəni sözü vermək...Söz verdin ,əməl et)
=
Bir var ağzı əyri adamlar...
Bir də var,"ağzını əyən " adamlar...
=
"Topdağıtmaz" olduğunu düşündüyüm arzularımı top mərmisi dağıtdı,qəlpələri torpağa qarışdı...
Əsir alınan arzularımın cücərib ,boy atmasını gözləyirəm...Gözləyirəm...
=
Bıxti açılmayan qarımış qızın cehizlik yorğan -döşəyi də yük yerində qalaraq qarıdı,qocaldı...
Allahım,bütün qızlarımızın bəxtlərini aç...
=
Əllərimi göyə açıb, Ulu Tanrıdan ürəyimin "istismar müddətinin bir neçə il artırmasını dinləmişəm...