Ələddin   Əzimli - ƏBƏDİ NİFRƏT

Ədəbiyyat 11:00 / 28.09.2026 Baxış sayı: 594

 

Nəvələrin istəyilə

Bu gün

Şəhidlər günü !!

Düşmənə çəpər

Ölməz igidlər günü !!

Sən

Ucalmaq niyyətiylə

Ha təriflə özünü.

Ucalt murdar səsini.

Ha çalış,

Ha vuruş.

Bacardıqca, ey xain,

Özün özündən,

Həqiqətdən, bizdən uzaqlaş.

Onsuz

Silib qəlbindən

Səni el-oba.

Axı səndən

Bu yurda nə fayda.

Artıq

Gərək deyilsən

Əziz, doğma Vətənə,

Bu müqəddəs günə.

Unutma,

Sən çox yaxşı bələdsən

Bu qəhrəman millətin

Dönməz cəsarətinə,

Əbədi nifrətinə !!

27. 09. 2026.