Aləmzər Sadıqqızı -Bu necə gəlişdi..

Ədəbiyyat 20:46 / 29.09.2026 Baxış sayı: 344

.

Bu necə gəlişdi gəldin ömrümə?

Oyatdın bir ömür yatan baxtımı...

Fələyə təzədən sifariş verdim,

Heç vaxt qurmadığım sınıq taxtımı.

 

Elə mat qoymusan gündüz-gecəni,

Bilmirəm neyləyim nəyi- necəni,

Ayları, həftəni, günü, neçəni,

Sənə həsr edirəm butün vaxtımı...

 

Nə deyə bilirəm qayıt özünə,

Nə də urək baxır mənim sözümə,

Həsrətin gör necə baxır üzümə,

Bu həsrət səni də mən tək yaxdımı?

24.5.2025