Saqif Qaratorpaq : - Daha yordum adamları

Daha yordum adamları,
Sevdiklərim doydu məndən.
Yavaş-yavaş çıxıb gedim,
Həm özümdən,həm də səndən.
Bax,baxtım da yol üstədi,
Orda gözlər biri məni.
Istəyirsən ölü ağla,
Istəyirsən diri məni...
Daha boşla darıxmağı,
O günləri unut getsin.
Sızıldayan ürəyini
Göz yaşıyla ovut getsin.
Gəl unudaq bu nağılı,
Eh,nə isə...olub keçib.
Sevgi də bir bənövşədi,
Vaxt çatanda solub köçür...
Yol getməmiş yol tükəndi,
Dəlilikdi bu eşq başdan.
Bir yuxuyam elə mən də
Silinərəm yaddaşından.