Sabir Zəkullaoğlu : -  Zəngin dili olmayan xalq...

YAZARLAR 12:22 / 07.09.2024 Baxış sayı: 1057

Zəngin dili olmayan xalq, necə zəngin ədəbiyyat yarada bilər?

Etiraf edək ki, dilimiz elə də zəngin deyil. Ancaq ədəbiyyatımız heç də zəif deyil.

Doğrudur, Nizamı, Nəsimi, Fizuli və s. bir çox dahilər, öz əsərlərini Azərbaycan dilindən başqa ərəb və fars dillərində də yazıblar. Təbii ki, hər üç dilin mükəmməl biliciləri onların ədəbiyyatdakı manevr imkanlarını daha da genişləndirib. Bəlkə də, klassiklərimizin əsas gücü də elə bu faktora söykənir.

Mirzə Fətəli Axundovdan başlamış bu günümüzə qədər yazılan əsərlər, öz dövrünün siyasi və sosial təzyiqlərinə baxmayaraq milliləşməyı başladı.

Məncə son iki yüz ilin ədəbiyyat adamları, daha zəhmətkeş, daha əzimkardırlar. Çünki onlar əllərində olan az materialla daha çox iş görə biliblər. Təsəvvür edin, şeir dilinə daha yatımlı olan fars və ərəb sözlərindən imtina etməklə sırf Azərbaycan dilində ədəbiyyat yaratmağa başladılar.

Baxmayaraq ki, ərəb işğalı səbəbindən əsrlər boyunca artıq dilimizə vəsiqə almış ərəb və fars sözləri zamanla özününküləşmişdi..

Son yüz ildə imperianın göstərişinə və marağına uyğun olaraq, Azərbaycan əlifbasının dörd dəfə dəyişməini nəzərə alsaq, o halda ədəbiyyat adamlarının nə qədər psixoloji travma aldıqlarını başa düşmək çətin olmaz.

Hər dəfə əlifba dəyişəndə ədəbi əlaqələr itir. Baza korlanır. Kitab oxumağa maraq ölür. İnsanların milli düşüncə və intellektual patensislına güclü zərbə vurulur.

Təbii ki, bütün bunlar əsrlərlə işğal altında yaşamağımızın fəsadlarıdır.

Azərbaycan xalqı gərçəkdən də dözümlü və istedadlı xalqdır. Ən çətin şəraitdə belə, assimilyasiya olmayıb, həm də ədəbiyyat yarada bilibsə, demək bu xalqa zaval yoxdur.

Təbii ki, əsrlərlə işğala məruz qalan xalqlarda nəsr ədəbiyyatından daha çox nəzm ədəbiyyatı, o cümlədən folklor janrı, şifahi xalq ədəbiyyatı daha çox inkişaf edir.

Bu baxımdan dilimizin inkişafına,ən çox milli ruh qatmış, azərbaycanlaşdırmış, şeirdə Səməd Vurğunu, qəzəldə Əliağa Vahidin xidmətlərini xüsusi qeyd etmək istəyirəm..

Ən böyük sərvətimiz müstəqilliyimizdir.

Dövlət nə qədər müstəqil olarsa onun ədəbiyyatı, incəsənəti, idmanı da bir o qədər inkişaf etmiş olar..