Qaranlığın ömrü sübhə qədərdir -Şahverən Cavad
Səhərin qəsdinə çıxıb gecələr ,
Sübh çağı dan yeri boyanıb qana .
İşıq dirəyidir yaxşı adamlar ,
Ziya daşıyırlar hər bir insana .
Gecəyə bənzəyir kölgə adamlar ,
Yoxdur"salam" ərzi , "əlvida"dərdi .
Gecə tək gizlədər günahlarını ,
Qaranlığın ömrü sübhə qədərdir .
Soyuq dərə kimi açılmaz buzu ,
Dilində yalançı yaz bitər hər an ,
Barlı ağaclara kölgə olarlar ,
Fəqət öz meyvəsi olmaz heç saman .
Ən saf meyvələri qurdlar seçərlər.
Sevən ürəklərdə dərd yuva bağlar.
Bütün aləmlərin dərdini çəkən ,
Allahçün ağlayar tənha ağaclar .
Həqiqət ən uca dağa bənzəyir ,
Onu da hər yandan uçurum sökür .
Kökümuzdən gəlir qan ilə əxlaq .
"Tufanda sınanır ağacın kökü " .
13.06. 26