Növbəti köç karvanı Laçın rayonuna çatıb 

MƏMLƏKƏT 18:10 / 11.09.2024 Baxış sayı: 1396

Sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonuna çatıb.

Yenises.az xəbər verir ki, Laçın şəhərinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri iştirak ediblər. Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 59 nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 570 ailənin, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.