Rəfail Tağızadə - Bir gülüşün səsinə
* * *
Bir gülüşün səsinə
açılan qapılar var,
bir arzuya, diləyə
qurulan yuvalar var.
Külək qovur buludu,
cığırın qupqurudu.
İzin qumru ləpiri,
gözlərin dupdurudu.
Gecələrin saatı,
dəqiqəsi bilinməz.
Hara tutum üzümü?
Gecədə yol görünməz.
Əllərimdə əllərin,
gözün gözümə baxır...