Bəhram Bilaloğlu - Duyğularım rəng dəyişir

Ədəbiyyat 12:05 / 17.03.2026 Baxış sayı: 228

Duyğularım rəng dəyişir,

Öyrəşə bilmirəm hələ.

Tutduğum hər diləyimi

Gətirmirəm sözə, dilə.

 

**Rənginin min gözəlliyi,

Açdığı çiçək başqadır.

Zövqümə zövq qatanı var,

Qoşduğu bəzək başqadır.

 

**Dəyişməyən təkcə mənəm,

Haqq yolunda dayanmışam.

Ümidlərim işıq saçıb,

Saçdığında oyanmışam.

 

**Halıma hal qatır fələk,

Səbaya bel bağlayıram.

Açılmayan sirlərini

Ərşə yığıb saxlayıram.**