Adil Şirin - İlin son Çərşənbəsi

Ədəbiyyat 12:15 / 17.03.2026 Baxış sayı: 205

* * *

İlin son Çərşənbəsi,

Tar səsi, kaman səsi.

Aynalarda baxtımız,

Könüllərdə taxtımız

Hər uşaq bir çicəkdi,

Hər ana bir mələkdi.

Qızlarımız həyalı,

İgıdlərin xəyalı.

Durnalar göydən keçir,

Atlılar köydən keçir.

Qızlar ürkək baxışlı,

Yaylıqları naxışlı...

Dağlar, daşlar oyanır,

Əlvan rəngə boyanır...