Şakir Xanhüseyn -insan özünümü peçdə qalasın
***
insan özünümü peçdə qalasın,
köz düşsün nə sayaq-
qalaq-qalaq, bax.
qab tutaq altına gözlərimizin,
işi əlimizə bulaşdıraq, bax.
evimiz dağılıb-uçmasın deyə
kəsib qolumuzu dirək eləyək;
bəzən daş yerinə başımızı da
divara hörmüşük, dinlə, ey ürək.
ataq ovuc-ovuc dənə quşları,
bir dənə neçə quş bəs edir görək.
İnsanlar necə də həyəcanınlıdı
ovçu ovlamağa, eh, gəzən ovtək...