MÖVSÜM ƏHMƏD - “İLAN OVÇULARI”
(ROMAN)
II hissə
“Xalqın rahatlığını qorumaq üçün hər zaman özlərini təhlükəyə atan və hər an canlarından belə keçməyə hazır olan qəhrəman polislərimizə ithaf olunur”
BAKI-2018
RUHİ XƏSTƏXANA
Rəvanəni Poladov dindirəndən sonra təxminən bir il birqadamlıq kamerada saxladılar, lakin ölkədə başqa qadın həbsxanası olmadığına görə, onu yenə bir il bundan əvvələ qədər oturduğu kameraya qaytarmaqdan ötrü qadın nəzarətçi-çavuş kameranın qapısını açdırıb ona,”-Çıx”,-dedi.
Rəvanə saxlandığı kamerdanan çıxdı və çavuş ona başı ilə,-“Gedək”,-işarəsi verdi.
Rəvanə əvvəlcə bir söz demədən onun qabağına düşdü, lakin dəhliz boyu yolun onun əvvəl oturduğu ümumi kameraya uzandığını görüb hyəöcanla soruşdu:
-Məni hara aparırsan?
Çavuş ona tərəf baxmadan dilləndi:
-Əvvəllər oturduğun kameraya!
Rəvanəni dərhal dəhşət bürüdü və özündən asılı olmayaraq ayaq saxladı:
-Atamanın yanına?
Çavuş yüngülcə başını tərpətdi:
-Hə!
-Amma Sübhan Poladov mənə söz vermişdi ki, məni daha onunla bir yerə salmayacaqlar!
Çavuş yenə ona baxmadan çiyinlərini çəkdi:
-Rəisin göstərişi belədi! Özün də tərpən!
Rəvanə yerindən tərpənmədi:
-Yalvarıram, ayağının altında ölərəm, get rəisə de, mən onunla danışmaq istəyirəm!
Çavuş qadın başını buladı:
-Bura bax qadın, mən ailə dolandırıram, üç uşağım var, ataları aprel döyüşlərinə könüllü gedib, şəhid olub! Burda sənin kimi dustaq çoxdu, indi bir tək sənə görə çörəyimdən olmalıyam?! Düş qabağıma görüm!
Rəvanə yenə yerindən tərpənməyib inildədi:
-Axı biz müsəlmanıq! Mənə rəhmin gəlsin bacı! Mən o yırtıcıdan çox qorxuram!
Çavuş məcbur olyb onun qolundan yapışdı:
-Müsəlman, hə?! Görəsən neyləmisən ki, səni biradamlıq kameraya salıblar!
Qadın nəzarətçi-çavuş bunu deyib Rəvanənin yalvarışlarına, göz yaşlarına baxmayaraq onu sürüyə-sürüyə aparmağa başladı və təxminən üç dəqiqədən sonra onun bir il əvvələ qədər oturduğu kameranın qarşısına gətirdi. Kameranın qarşısındakı nəzarətçi dərhal qapını açdı və çavuş Rəvanəni içəri tulladı, qapıdakı nəzarətçi də dərhal kameranın dəmir qapısını bağladı.
İş günü olduğu üçün Mayilədən başqa bütün qadınlar və Poladov tərəfindən Paşa müəllimin seyfinin yarılmasında əli olduğuna görə ifşa olunduğundan on bir il işinin üstünə səkkiz il də əlavə olunan Ataman da həbsxananın həyətindəki həbsxana geyimləri hazırlayan sexdə idilər. Mayilə isə hələ də Atamanın ürəyində ona qarşı mərhəmət hissi oyanmadığından, yenə tualeti təmizləməklə məşğul idi. O, çavuş tərəfindən içəri atılan Rəvanəni görüncə əlinin işini saxlayıb ona sarı gəldi və əlindəki mundar əsgi sarınmış döşəmə taxtasını ona tərəf uzatdı:
-Gəldin demək?! Sənin fahişəliyin ucbatından bir ildi tualet təmizləyirm! Onda Ataman sənə qahmar çıxdı və məni də elə sənə görə cəzalandırdı. Amma indi bunun hesabını səndən alacağam! Çünki bilirəm ki, Atamanı satmısan və buna görə də o daha nəinki sənin tərəfini saxlamayacaq, əksinə sənin o iyrənc başını çirkli unitasa soxacaq! İndi isə mən sənin başına elə oyunlar açacağam ki, özün-özündən iyrənəcəksən və elə iyrənəcəksən ki, başına hava gələcək! Çünki bir ildi sənin ucbatından mən iyrənirəm!
Mayilə bunu deyib əlindəki mundar əsgi dolanmış döşəmə taxtasını Rəvanənin üstünə sürtdü. Rəvanə dəhşətli şəkildə iyrənərək geri sıçradı. Mayilə bir də həmlə eləyib döşəmə taxtasına sarınmış sidiyə batmış əsgini onun başına ilişdirdi. Rəvanə tükürpəşdirici şəkildə qiyyə vurub bayaqkından da sürətlə geri sıçradı. Mayilə yenə onun üstünə gəldi və Rəvanə daha başqa əlac qalmadığını görüb onun əlindəki döşəmə taxtasından yapışdı. Mayilə də öz növbəsində döşəmə taxtasını onun əlindən qoparmaq istədi, lakin üçüncü dəfə bu şəkildə iyrənməkdənsə ölməyi üstün tutan və bu səbəbdən də ona xeyli güc gələn Rəvanə döşəmə taxtasını var gücü ilə özünə tərəf çəkərək Mayilənin əlindən qopardı. Mayilə işinin şuluq olduğunu görüb nəsə yenə bir şey tapıb Rəvanənin təpəsinə endirmək üçün geriyə qaçmaq istədi, lakin Rəvanə buna imkan vermədi, döşəmə taxtası ilə Mayilənin başına olduqca güclü bir zərbə vurdu. Başı sidiyə bulaşmış Mayilə yerə aşdı, bunu belə görən Rəvanə daha fürsəti fövtə verməyib,-“Bu da əvvəlki deyil, bu da əvvəlki deyil”,-deyə-deyə onun başına döşəmə taxtası ilə ard-arda zərbələr endirdi və əgər döşəmə taxtası tən ortadan qırılmasaydı, yəqin ki, zərbə yağışı yenə davam eləyəcəkdi.
Mayilənin başı tamam sidiyin, həm də qanın içində idi və elə bu vaxt kameranın dəmir qapısı açıldı və Mayilənin qiyyəsini eşidən qadın nəzarətçilər içəri girib Rəvanənin qollarından yapışıb sınıq döşəmə taxtasını onun əlindən alaraq onu kənara çəkib çarpayıda otuzdurdurmaq istədilər, lakin üst-başından mundar iy gəldiyini görüb geri çəkildilər. Sonra isə başından durmadan qan axan Mayiləni kameradan bayıra çıxarmaq istədilər ki, həbsxanadakı tibbi məntəqəyə aparsınlar, lakin başında qan qarışıq nəcis olduğunu görüb iyrəınərək geri çəkildilər. Bundan sonra onların başçıları sağ əlini yuxarı qaldırıb endirdi və başı ilə tabeliyində olan iki nəzarətçiyə,-“Getdik”,-işarəsi verdi.
Qadın nəzarətçilər kamerdan çıxıb dəmir qapını bağlayandan sonra Rəvanə sy kranıın qarşısına gəlib açdı və soyuq su ilə əvvəlcə bir xeyli başını yudu, sonra isə üst-başını təmizlədi. Bundan sonra o, bir il bundan qabaq yatdığı çarpayının yanına gəlib soyunaraq geyinmini çarpayının başından asdı və adyalın altına girdi.
Artıq qalxaraq yerdə oturmuş Mayilənin başından isə təxminən on dəqiqə qan axdı, lakin canı it canı olduğu üçün qanı laxtalandı və o, güc-bəla ilə ayağa qalxıb su kranının qarşısına gələrək, laxtalanmış qanın sidiyə bulaşdığı başını bir xeyli yudu, sonra isə çarpayısında uzanıb zarımağa başladı.
Nahar fasiləsi zamanı nəzarətçi dəmir qapını açıb onları nahara getmək üçün işarə verəndə Rəvanə soyuq su ilə başını yuduğu üçün burnu axsa da, dərhal qalxıb çarpayının başına sərmiş geyimini geyinərək kamerdan çıxdı, lakin Mayilə bir xeyli qan itirdiyi və başından möhkəm zədələr aldığı üçün ayağa qalxa bilmədi.
Rəvanə yeməkxanaya daxil olanda artıq qadın dustaqların doxsan faizi burda masa arxasında idi. Ataman isə həmişəki kimi yuxarı başda oturmuşdu. O, Rəvanəni görən kimi ən yekəpər kişi barmağı böyüklükdə olan şəhadət barmağı ilə onu uzaqdan hədələdi. Bu isə o demək idi ki, sənin üçün çox pis olacaq!
Rəvanə isə səhərki savaşdan sonra xeyli ruhlanmışdı. Həm də artıq düşünürdü ki, yenə bir il əvvəlki kimi təslim olsa, hökmən sonu gələcək! Onsuz da Ataman ona dayanmadan qəbr əzabı daddıracaq! Odur ki, qərar verdi;”Ya ölmək, ya da təslim olmamaq!”
O bu cür düşüncəsinə rəğmən Atamana baxıb sağ əlini o tərəf, bu tərəfə hərlətdi. “Yəni nə istəyirsən?! Daha səndən qorxan-zad yoxdu!!
Ataman bunu görüb yeməyini yarımçıq qoyub ayağa qalxaraq ona tərəf gəldi və önünə çatan kimi var gücü ilə sifətinə şillə çəkdi. Rəvanə arxası üstə aşdı və qəddini düzəltmək istəyərkən Ataman ona bir şillə də çəkdi. Bu səfər Rəvanə kətildən yerə aşdı və Ataman ona bir neçə təpik ilişdirdi.
Əgər nəzarətçilər mane olmasaydılar Ataman onu çox döyəcəkdi. Lakin qadın nəzarətçilər çətinliklə də olsa onun qollarından yapışıb apardılar.
Axşam iş qurtaran kimi qadın dustaqlar kameraya qayıtdılar və ən axırda kameraya Ataman daxil oldu. Ataman bir qədər gözlədi, elə ki, nəzarətçi qadın dəmir qapını bağladı, dərhal Rəvanənin oturduğu çarpayıya yaxınlaşdı və başının üstündə dayanıb dedi:
-İndiyə qədər mən dikbaşlıq eləyənlərin çoxuna cəza vermişəm! Amma sənə verdiyim cəza o qədər ağır olacaq ki, o cəzaları üst-üstə yığsalar, yenə də sənə verəcəyim cəzadan yüngül gələrlər! Səni elə bir günə salacağam ki, dünyanın ən bədbəxt adamı olduğunu dərk eləyəcəksən! Ayağa qalx görüm!
Rəvanə başını aşağı salmışdı və sanki bayaqdan onun dediklərini eşitmirdi.
Ataman bir də çığırdı:
-Ayağa qalx dedim!
Rəvanə ayağa qalxdı və Ataman ona şillə vurmağa hazırlaşarkən arxasında gizlətdiyi iti bıçağı var-gücü ilə Atamanın sinəsinə sapladı. Ataman zərbədən münazivətini itirdi və səntirləyərək yerə aşdı, lakin aşmamışdan iri əlini atıb Rəvanənin çənəsini sıxdı. Ancaq Atamanın bundan artığına gücü çatmadı. O, yerə yıxılaraq huşunu itirdi və onu qan apardı.
Kameradakı qadın dustaqlar gördükləri qan donduran mənzərədən dəhşətə gəlmişdilər, onların bəziləri elə Rəvanə iti bıçağı Atamanın köksünə saplayarkən, bəziləri isə bir qədər sonra, yəni Ataman qana bulaşmış halda yerə yıxılanda qiyyə vurdular və özlərindən biixtiyar geri sıçradılar və bir qismi əlləri ilə başını, bir qismi isə üzünü tutdu.
Rəvanənin isə əlində Atamanın qanına bulaşmış iti bıçaq var idi. Odur ki, kamerdakı ən cürətli qadınlar belə ona ürək eləyib yaxınlaşa bilmirdilər. Lakin bir qədər sonra onların qiyyələrini eşidən qadın nəzarətçilər dəmir qapını açıb içəri girdilər və onlardan ikisi şığıyıb Rəvanənin əlindəki bıçağı aldı. Başçıları isə dərhal rabitə aparatı vasitəsilə rəisə qanlı hadisə haqqında xəbər, eyni zamanda həbsxanadakı tibb işçilərinə məlumat verdi.
Bir qədər sonra tibb işçiləri xərək gətirdilər və qadın dustaqların köməyi ilə çəkisi 120 kiloqramdan az olmayan Atamanı xərəyə qoyub apardılar. Qadın nəzarətçilər isə gözləri hədəsindən çıxmış Rəvanənin qollarından tutub apardılar və bir qədər sonra onu yenidən biradamlıq kameraya saldılar.
* * *
Ataman ölməmişdi, lakin ürək nahiyəsinə yaxın bir yerdən güclü yara almış, eyni zamanda çoxlu qan itirmişdi. Onu həbsxananın nəzdində olan xəstəxananın cərrahiyyə masasına gətirmişdilər və orda cərrah öz köməkçiləri ilə birlikdə onun üzərində düz üç saar cərrahiyyə əməliyatı aparıb yarasına doxsan dənə tikiş vurdu və bundan başqa ona xeyli qan vurdular.
Rəvanənin isə əsasən Mayilə tərəfindən sidiyə bulaşarkən həddindən artıq iyrəndiyinə görə əsəbləri çox pozulduğundan salındığı biradamlıq kamerada tez-tez qiyyə vurur, qışqırır, hər kəsi lənətləyib söyür, eyni zamanda olduqca nazik səslə göz yaşı töküb ağlayırdı.
Üç gündən sonra ona baxmaq üçün psixator-həkim gətirdilər və psixator-həkim onun diqqətlə gözünün içinə baxaraq müayinədən keçirib üzünü onunla birlikdə həmin otağa gələn həbsxana rəisinə tutdu:
-Möhkəm xəstədir! Onu hökmən ruhi xəstəxanaya göndərmək lazımdır!
Rəis bir qədər həyəcan içində dilləndi:
-O elə həbsxanada ikən vaxtilə əri olmuş adamın seyfinin yaranlara yardımçı olmuşdu, yəni seyfin şifrələrini onlara söyləmişdi. Bu səbəbdən də cəzasının üstünə cəza gəlməli idi, lakin onu ifşa edən Cinayət Axtarışları Şöbəsinin rəisi Sübhan Poladov, o vaxtı bu o günahını etiraf elədiyinə görə aktı elə tərtib elədi ki, məhkəmə daha cəzasını artırmadı. İndi isə üç gün bundan qabaq ərinin seyfindəki milyonların aparılmasında başqa bir iştirakçı olan, hamının burda Ataman adlandırdığı Xalidə Xalid qızını baçıqlayaraq ölümcül hala gətirmişdi. Lakin həkimlərin səyi nəticəsində Xalidə ölməyib.
Psixator-həkim, rəisi dinləyəndən sonra əllərini yana açdı:
-Elə bundan da görünür ki, bu qadın əməlli-başlı havalanıb və əgər burda qalsa xəstəliyi daha da şiddətlənərək sizə də ağır bir yük olacaq! Buna görə də onu ruhi xəstəxanaya vermək lazımdır! Mən bu barədə xəstəlik tarixi yazmalıyam! Ruhi xəstəxanada isə bu təsdiq edilməlidir!
Psixator-həkim bunu deyib çantasından məhz xəstəlik tarixinə görə çap edilmiş kağız və qələm çıxararaq Rəvanənin ruhi xəstəxanaya göndərilməsilə əlaqədar göndəriş yazdı və onu rəisə verib xudahafizləşərək getdi. Rəis isə bir qədər başını aşağı dikib öz-özüylə nəsə danışan Rəvanəyə nəzər salıb kamerdan çıxdı və qapıdakı nəzarətçi dərhal kameranın qapısını bağladı.
Ertəsi günü rəis psixator-həkimin göndərişini hazır qoyub xüsusi briqada çağırdı və həmin briqada göndərişi götürərək Rəvanəni tibbi maşına mindirib ruhi xəstəxanaya apardı. Orda da onu 13 nömrəli şöbəyə gətirdilər. Burda şöbənin həkimi Ayşən adında bir qadın idi. O, psixator-həkimin göndərişinə baxıb Rəvanəni diqqətlə müayinədən keçirdərək xəstəlik tarixi açılmış göndərişi təsdiqləyərək möhürlədi və Rəvanəni gətirən briqadanın üzvülərinə:-“Bu qadın həqiqətən də möhkəm xəstədir! Xəstəlik tarixi açılması ilə əlaqədar göndərişi təsdiqlədim. Bu qadın burda qalıb möhkəm müalicə almalıdır!”,-dedi.
Bundan sonra Rəvanəni gətirən briqadanın üzvüləri şöbəni tərk etdilər.
Ayşən isə hələ də diqqətlə başını aşağı salıb öz-özüylə nəsə danışan Rəvanəyə nəzər yetirirdi və aradan təxminən iki dəqiqə keçəndən sonra aşağı səslə soruşdu:
-Məni tanıdınmı gözəl?
Rəvanə ağır-ağır başını qaldırdı və diqqətlə Ayşənin üzünə baxıb başını buladı:
-Tanımadım!
Ayşən gülümsündü:
-Sən xəstə deyilsən gözəl! Məni aldada bilməzsən! Düzdü əsəblərin pozulub, lakin bu sadəcə olaraq güclü nevrozun əlamətidi. O psixator əbləhin biridi. Nevrozla ruhi xəstəni ayıra bilmir! Sən ruhi xəstə deyilsən! Bir az çılğınlıq eləmisən ki, səni ruhi xəstə hesab eləyib bura göndərsinlər! Söz yox ki, həbsxana həyatı səni bezdirib! Yaxşı da eləmisən! Həbsxana sənin kimilərçün deyil əzizim! Mənə diqqətlə bax! Hə, üzümə bax! Bax Rəvanə, yaxşı bax! Sən məni tanıyırsan!
Ayşən düz təyin eləmişdi. Rəvanənin ağlı başından çıxmamışdı. Onun sadəcə olaraq əsəbləri çox pozulmuşdu. Lakin ağlı başında idi və bilərəkdən özünü ruhi xəstə kimi aparmışdı ki, Ayşənin dediyi kimi onu bura göndərsinlər. Bundan əlavə də o artıq neçə il idi ki, dövlət işində yüksək vəzifə tutan Otello Kamandarovun məşuqəsi olduğu üçün o, həm kişilərdən ibarət 12-ci, həm qadınlardan ibarət 13-cü şöbələrə əsas həkim kimi təyin olunmuşdu. Ayşən xanım 12-ci şöbədə ovçarka cinsli it saxlayırdı və bədbəxt xəstələrin tutmaları tutanda guya onları sakitləşdirməkdən ötrü iti onların üstünə qısqırdırdı. Əslində isə bu xəstələrin nəhəng və olduqca bəd itdən qorxduqları üçün xəstəlikləri daha da ağırlaşırdı və nəticədə onlar cürbəcür qorxunc xəstəliklərə mübtəla olaraq dünyalarını dəyişirdilər. Bundan əlavə Ayşən xanımın ruhi xəstələri zaman-zaman məhv etməkdən ötrü başqa üsulları da var idi. O, tutmaları tutan ruhi xəstələri ordakı tibb qardaşlarına dəyənəlkə möhkəmcə döydürür, buz kimi soyuq suyu şiddətlə onların üstünə axıtdırır, ac və susuz saxlatdırır, beləliklə ordakı xəstələrin xərçəng, miningit, ağ qan xərçəngi kimi xəstəliklərə mübtəla olmasına səbəb olurdu. Onun bu cür üslullarından qətiyyən xəbər tutmayan xəstələrin valideynləri bədbəxt övladlarını həmin şöbələrə sağ gətirib, ölüsünü aparırdılar.
Ayşən xanımın isə yalnız milliyətcə azərbaycanlıları bu cür üsullarla məhv eləməyinin səbəbi isə onun səlində milliyətcə erməni olması və hələ on altı yaşında ikən 1988-vi ildəki qarışıqlardan istifadə edib azərbaycanlı adıyla şəxsiyyət vəsiqəsi alması idi. Əsil adı isə Karine idi onun. Yengibaryan Karine Hayko qızı.
Bir neçə il ötəndən, yəni ara sakitləşəndən sonra, 1988-ci ildən etibarən əsasən minik maşınlarına minən və maşın sahiblərinə elə maşının salonundaca özünü cürbəcür qiymətlərə satan Karine, 1994-cü ilin yanvarında Qulam adlı sutanyorla tanış oldu və Qulam onu şəhərdən bir qədər kənardakı gizlin bir mənzilə apardı. Burda on beş dənə gənc fahişə var idi və Karine on altıncı oldu. Qulam, Flora adlı bir qadınla birlikdə burdakı gənc qızları müştərilərə satırdı. Burdakı fahişələr görünüşünə, işvə-nazına, yerişinə, duruşuna, baxışına, bədən quruluşuna görə müştərilərə cürbəcür qiymətlərə satılırdı. Karineyə gecəsi yüz dollar qiymət qoyulmuşdu və bunun əvəzində ona yüz dolların iyirmi faizi, yəni iyirmi dollar və gündə üç dəfə dadlı yeməklər, tünd şərab, siqaret və sinəsi, qarnı açıq geyimlər verilirdi. Qulamla Flora burdakı bütün fahişələrlə olduğu kimi Karine ilə də müqavilə bağlamışdılar. Belə ki, o, burdan addımını belə kənara ata bilməzdi və burdan getmək fikrinə düşsəydi, onlara əlli min dollar pul ödəməli idi. Karineyə isə burdan getmək sərf eləmirdi, çünki o, daha gecələr soyuğun, yağışın, qarın altında şəhərin meydanlarında dayanıb müştəri gözləmirdi. Rahat yeyib-içir, eyni zamanda ona hələ səkkiz yaşından əziyyət verən və daş-divarı yandıran şəhvətini söndürürdü.
Bura gətiriləndən bir müddət sonra burda bir gənc qızla dostlaşdı. Əlbəttə, bu dostluq onun üçün üzdən idi, çünki o da bütün ermənilər kimi maskalanmışdı və sadəcə olaraq dostuna canı yanan kimi göstərirdi. Onun dostu olan gənc qız çox gözəl idi, bu səbəbdən də Qulamla Flora ona yüz deyil, iki yüz dollar qiymət qoymuşdular. Buna görə Karine həmin qıza paxıllıq eləsə də, bunu qətiyyən biruzə vermişdi, çünki o zatən mənsəbindən, tutduğu mövqeydən, varlı və yaxud kasıb, tərbiyəli və ya tərbiyəsiz, gözəl ya eybəcər olmasından asılı olamayaraq bütün azərbaycanlılara paxıllıq eləyirdi. Məsələ burasında idi burdakı on altı qızın içində tək azərbaycanlı həmin qız idi və bura gələn məhz əsasən azərbaycanlı kişilər onu görən kimi o biri qızlara qətiyyən baxmırdılar. O biri qızlar isə o cümlədən Karine, yalnız bundan sonra aşağı qiymətə müştərilərlə birlikdə yatağa göndərilirdilər. Buna görə də tək Karine deyil, ordakı on beş qızın hamısı həmin qıza paxıllıq eləyirdilər. O biri qızlarla Karinenin fərqi isə bunda idi ki, onlar paxıllıqlarını biruzə verirdilər, Karine isə hiyləgər bir erməni olduğu üçün həmin qızı görəndə gülümsəyir, onu çox sevdiyini, onun gözəlliyinin heyranı olduğunu söyləyir, onunla hətta beş dəqiqə söhbət eləyəndən sonra ağrı-acılarını unutduğunu deyirdi.
Özünü həmin qıza da Ayşən kimi təqdim eləyən Karine, ona başına gələnləri, guya uşaq ikən valideynlərinin onu atdığını, yetim evində böyüdüyünü, ordan çıxandan sonra bir müddət evsiz-eşiksiz və ac qaldığını qaldığını və bu səbəbdən də fahişəlik eləməyə məcbur olduğunu söyləmişdi.
Həmin qız isə Ayşən kimi qəbul etdiyi Karineyə inanaraq öz başına gələnləri nəql eləmiş, altı il bundan qabaq atalığı tərəfindən zorlandığını, bir müddət sonra uşağı saldırdığını, bundan sonra isə atalığının onu əyyaş dostlarına gecələr hədiyyə verdiyini və nəhayət bundan bezib evdən qaçdığını və eynilə Ayşən kimi bir müddət evsiz-eşiksiz, ac-susuz qaldığını, sonra bir yaşlı kişiyə rast gəlib ona ərə getdiyini, bir il bundan qabaq həmin kişinin öldüyünü, yenə tək qaldığını və qarnını doyuzdurmaq üçün yenə fahişəlik elədiyini, nəhayət Qulama rast gəldiyini və Qulamın onu bura gətirdiyini danışdı.
Onların arasındakı bu dioloqdan sonra həmin gənc qız altı ay da həmin fahişəxanada yaşadı. Lakin altı aydan sonra bura gələn Aslanbəy adlı bir çeçen, Qulamın üstünə iti bıçaq çəkib qorxuzaraq həmin gənc qızı özüylə apardı.
Rəvanə adlanan gənc qızın sonrakı taleyindən Karinenin xəbəri olmadı və bu əhvalatdan iki ay sonra həmin fahişəxanaya gələn Bazar əkə adlı bir milyoner özbək Qulama əlli min dollar ödəyib özüylə apardı. Bazar əkə boş yerə Karineyə əlli min dollar ödəməmişdi. O, azərbaycanlı kimi tanıdığı bu qızı Özbəkistanın aullarından birinə aparıb ən azı yüz əlli min dollara satacaqdı. Lakin Bazar əkənin yüz min dollar qazanmaq ümidi boşa çıxdı. Çünki Karine Daşkənddə təyyarədən düşən kimi yoxa çıxdı və Bazar əkə onu nə qədər axtardısa tapa bilmədi.
Yola çıxmamışdan Bazar əkəni aldadıb ondan beş min dollar pul alan Karine, gizlicə dərhal təyyarəyə minib Moskvaya uçdu və orda bir müddət qalandan sonra yenə təyyarəyə minib Kislovodskiyə uçdu. Burda onun yaxın qohimları yaşayırdı və onlar onu çox gözəl qarşılayıb hətta şərəfinə yüngülvari ziyafət də verdilər.
Təxminən iki ildən sonra Karine Bakıya qayıtdı, lakin bu dəfə o artıq “Şaum Terror Təşkilatı” tərəfindən hazırlanaraq və öyrədilərək qayıtmışdı və o vaxtdan da bəri həm onların tapşırığı, həm də öz riyakarlığına rəğmən azərbaycanlılardan cürbəcür üsullarla qisas almaqla məşğul idi.
Hal-hazırda isə Karine özünə yüksək vəzifəli bir oynaş tapmışdı və onun tapşırığı ilə tamamilə tibbi təhsili olmadığı halda ruhi xəstəxanadakı şöbələrindən ikisinə rəhbərlik eləyərək Azərbaycan xalqının ruhi xəstələrindən qisas almaqla məşğul idi. Bunun səbəbi isə Karinenin təkcə “Şaum Terror Təşkilatı”nın üzvü olması deyildi, məsələ burasında idi ki, Karine dünyanın ən xəstə milləti olan erməni millətinin nümayəndəsi idi. Ermənilər isə türklərin və azərbaycanlıların, onlarla mübarizə aparmaq iqtidarında olmayan zəif, hətta öz-özünü idarə eləyə bilməyən xəstələrini belə öldürməkdən böyük həzz alırdılar.
Rəvanə dərhal onu tanımışdı, lakin özünü dəliliyə vurmağının ifşasından qorxduğu üçün üz cizgiləri guya Ayşən kimi tanıdığı bu qadını tanımadığını ifadə edirdi.
Karine isə söz yox onu çox gözəl anlayırdı, bu səbəbdən də tələsmədən ona onu ifşa eləməyəcəyini anlatmaq istəyirdi.
Lakin Rəvanə inadından dönməyib hey başını bulayır, onu tanımadığını iddəa edirdi. Nəhayət Karine öz erməni bicliyini işə salıb dilləndi:
-Bura bax Rəvanəcan! Özün gördün ki, xəstəlik tarixini təsdiqlədim, yəni sənin ruhi xəstə olduğunu təsdiq elədim! Çünki istəmirəm sən ömrünü həbsxana divarları arasında çürüdəsən! Hərçənd ki, sənin hansı səbəbdən ora düşməyindən xəbərim yoxdu! Amma xəstəlik tarixində sənin həbsxanada bir qadını ölümcül halda bıçaqladığın qeyd olunub. Əgər bu dəqiqə xəstəlik tarixi açılan kağızı cırıb səni geriyə həbsxanaya göndərsəm, yəqin ki, elə bu fırıldağına görə də işinin üstünə o qədər iş gələcək ki, ömrünün axırına qədər həbsxanada qalacaqsan! Öləndə də orda öləcəksən, ölünü isə kimsəsizlər qəbirstanında basdıracaqlar! Bunu istəyirsənmi?!
Karine bunu deyib hələ də masanın üstündə olan xəstəlik tarixi olan kağıza nəsə qeyd eləmək istədi. Lakin bu anda Rəvanə onun əlindən tutdu:
-Yox, yox, istəmirəm Ayşəncan, istəmirəm! Sən haqlısan, mən özümü dəliliyə vurmuşam! Neyləyim, başqa çarəm yox idi! Yaşaya bilmirəm həbsxana həyatını, bacarmıram! Çox ağırdı, çox! Əvvəlcə Ayşəncan həqiqətən səni tanımadım! Sözün açığı eç vaxt ağlıma gəlməzdi ki, səni burda görəcəm! Deməli bu şöbənin müdiri sən imişsən! Mənə yazığın gəlsin Ayşəncan! Axı biz rəfiqə olmuşuq! O evdə mənim ən çox inandığım, etibar elədiyim, qızındığım qız sən olmusan! Yalvarıram Ayşəncan, məni ifşa eləmə, yalvarıram!
Ayşənə də elə bu lazım idi, odur ki, qələmi masanın üstünə qoyub gülümsündü:
-Heç sənə pislik eləyərəmmi Rəvanəcan! Mən belə eləyirdim ki, sən sirrlərini daha məndən gizlətməyəsən! Axı biz sən demişkən möhkəm rəfiqə olmuşuq! Pis günlərimiz də, yaxşı günlərimiz də bir yerdə olub! Taleyimiz də bir-birinə oxşayıb! Narahat olma Rəvanəcan! Burda sənin üçün hər cür şərait yaradacam! Özün də ən sakit xəstələrin arasında yatacaqsan! Onlar sakit dəlilərdi və heç kimə ziyanları yoxdu. Uzaqbaşı özlərinə ziyan vururlar, yəni intihar eləyirlər! Sənə öz əllərimlə bişirdiyim yeməklərdən yedizdirəcəyəm Rəvanəcan! Amma bu hamısı deyil! Səni altı aydan sonra burdan buraxacağam! Çünki bundan tez buraxsam, şübhələnərlər! Altı ay müddəti isə ona görə lazımdır ki, guya sən burda əməlli-başlı müalicə almısan və tamamilə sağalandan sonra buraxılmısan! Ona görə də qətiyyən narahat olma! Səni burda kimsə narahat eləməyəcək! Çünki nəinki bu iki şöbənin, elə bütün ruhi xəstəxananın da burda ağası mənəm!
Bununla da onların söhbəti bitdi və Rəvanəni Ayşənin göstərişi ilə sakit xəstələrin yatdığı palataya gətirdilər. Burdakı xəstə qadınlar Ayşənin dediyi kimi çox sakit idilər, belə ki, Rəvanə özündən biixtiyar palataya qorxa-qorxa girsə də, onların bəzisinin yatdığını, bəzisinin isə qətiyyən ona əhəmiyyət verməyib yalnız bir nöqtəyə baxdığını görüb xeyli sakitləşdi və tibb bacısının ona göstərdiyi çarpayıda uzanıb dərin düşüncələrə daldı.
Gənc yaşlarında şəhər kənarındakı fahişəxanada onunla bir yerdə gecəsi 100 dollara fahuşəlik eləyən Ayşən, inandırıcı olmasa da, indi Azərbaycandakı ən iri ruhi xəstəxananın birdən-birə iki şöbəsinin müdiri idi. Lakin Rəvanəni təəcübləndirən bu deyildi. Respublikada illərdir elə hərci-mərcilik hökm sürürdü ki, hərfləri tanımayan bir adamın adamı var idisə, daha doğrusu güclü arxası var idisə, nazir vəzisənə belə qoyula bilərdi. Ayşən fahişə idi və söz yox ki, bədənini şorgöz vəzifə sahiblərinə sata-sata tibbi təhsili olmadığı halda belə bir vəzifə tutmuşdu. Bu yerlipərəstliyin, qohumbazlığın, rüşvətin, korrupsiyanın, qadın düşgünlüyünün tüğyan alıb getdiyi bir ölkədə qətiyyən təəcüblü bir şey deyildi. Odur ki, Rəvanənin təəcübünə səbəb olan başqa bir şey idi. Nəyə görə Ayşən onun özünü dəliliyə qoyduğunu bildiyi halda xəstəlik tariixini təsdiqlədi?! Təkcə elə ona görə ki, vaxtilə bir yerdə fahişəlik eləmişdilər, ona görəmi?! Bəlkə Ayşən Rəvanənin qara qaşına, qara gözünə aşiq idi, ona görə?! Xeyr! Bunlar heç biri inandırıcı deyildi! Rəvanə əbləh deyildi! O, hələ o vaxtl Ayşənin maskalandığını hiss eləmidışdi, sadəcə olaraq onun saxta təbəssümlərinə daim elə saxta təbəssümlərlə də cavab vermişdi. Həm də Rəvanə vaxtilə özü fahişə olduğu üçün çox yaxşı bilirdi ki, fahişələr heç vaxt səmimi olmurlar, onların hər sözü, hər hərəkəti, hər əməli saxtadır! Çünki fahişələr həddindən artıq eqoist olurlar və özlərindən başqa kimsəni bəyənmirlər. Bəs belə olan halda nəyə görə Ayşən ona qarşı olduqca səmimi kimi görünən bir hərəkət elədi?! Bax, təəcüb doğuran da elə bu idi?! Rəvanə söz yox ki, hələ bunun səbəbini bilmirdi, lakin zaman keçəndən sonra yəqin ki, Ayşən özü bunun səbəbini ona anlatacaqdı.
SANATORİYA
Dürdanə artıq iki ilə yaxın idi ki, mavi Xəzərin cəmisi yüz metrliyində yerləşən Azərbaycanda ən məhşur sanoriyalardan birində tibb bacısı işləyirdi. Burda hamı, sanatoriyada çalışan hər kəs, müdir, müdir müavini, eyni zamanda bura dincəlməyə gələnlər ondan çox razı idilər. O, hər kəsə qayğı göstərirdi və hər kəslə olduqca nəzakətlə, ədəb-ərkanla rəftar edirdi. Onu daha çox sevənlər isə burda dincələn yaşlı adamlar idi. O, onlarla o qədər məlahətli təsir bağışlayırdı ki, tək bircə dəfə görənlər belə ona elə bağlanırdılar ki, daim onunla ünsiyyətdə olmaq, söhbət eləmək, dərdləşmək istəyirdi. Bundan əlavə onun artıq iyirmi yeddi yaşı olmasına baxmayaraq ona üzdən uzaqbaşı on səkkiz yaş verirdilər və nə vaxtsa ərdə olduğunu söyləsəydi, heç vaxt inanmazdılar.
Məsələ burasında idi ki, təxminən il yarım bundan qabaq Gülnaz tərəfindən ağır zəhərlənən Şəfəq o vaxtdan həkimlərin səyi nəticəsində bir xeyli sağalsa da, yay mövsümü zamanı həkim məsləhəti ilə həm dəniz havası almaqdan, həm də ümumiyyətlə müalicə-kursu keçməkdən ötrü bir necə gün idi ki, bu sanatoriyada dincəlirdi və ona kurs-müalicə eləyən tibb bacısı məhz Dürdanə idi.
Söz yox ki, onlar bir-birini tanımırdılar, lakin Dürdanənin olduqca həlim xasiyyəti, qayğısı, hətta iynəni tamamilə ağrı hiss etdirmədən vurması Şəfəqi necə deyərlər məftun eləmişdi, bu səbəbdən də Şəfəq o, onun dincəldiyi otağa girən kimi sevinir, onu gülərüzlə qarşılayır və çalışırdı ki, Dürdanə orda bir az çox qalsın ki, bu qayğıkeş, səmimi, gənc və olduqca gözəl qadınla bir müddət söhbət eləsin!
Bu gün də belə oldu. Dürdanə özünəməxsus təbəssümlə otağa girib ona iynə vuran kimi işinin çox olduğuna rəğmən oranı tərk etmək istəsə də, Şəfəqin təmiz sulu bulaq şırıltısına bənzəyən səsi onu saxladı:
-Bir az otur, xahiş edirəm, heç olmasa beş dəqiqə, sonra gedərsən! Yoxsa mən təklikdən çox darıxıram! Düzdü valideynlərim, qardaşım tez-tez yanıma gəlirlər, amma onlar gedən kimi daha çox darıxmağa başlayıram! Xahiş eləyirəm otur bir az söhbət eləyək!
Dürdanə işi olsa da, onun ürəyini sındırmamaqdan ötrü sözünü yerə salmayıb oturdu. Şəfəq də öz növbəsində sözünün yerə düşmədiyini görüb sevinc içində dedi:
-Çox sağ ol! Çox təşəkkür edirəm! Bax indi görürəm ki, atalarımız çox doğru deyiblər ki, adamın mənəviyyatı onun simasında təzahür eləyir. Mənəviyyatın çox gözəldi deyə üzün də bu qədər işıqlıdı.
Dürdanə başını buladı:
-Öz gözəlliyindən xəbərin varmı Şəfəq?! Mənə elə gəlir ki, gözəllik müsabiqəsində iştirak eləsən hökmən qalib olarsan!
Şəfəq də öz növbəsində başını buladı:
-Yox, yox! Bəlkə də uşaq vaxtından ağır idmanla məşğul olmasaydım, gözəl ola bilərdim! Amma dzyüdo adamı, ələlxüsus da qızı kobudlaşdırır.
Dürdanənin üzündə bir qədər heyrət ifadəsi göründü:
-Sən idmançı imişsən Şəfəq?! Nə gözəl! Həmişə idmançı qızlara qibtə eləmişəm! Çünki avara, xuliqan yaxınlaşan kimi vurub aşırdırlar! Yəqin sən də beləsən, hə Şəfəq?!
Şəfəq gülümsədi:
-Bir-iki dəfə olub!
Dürdanə birdən sağ əlini başına tərəf apardı:
-Hə, xatırladım, deyirəm axı mən bu qızı harda görməşəm?! Televizorda, idman kanalında, yarışda.. Sən onda MDB ölkələri arasında öz çəkində üçüncü yeri tutdun və bürünc medal aldım, düzdümü?!
Şəfəq başını tərpətdi:
-Hə, düzdü! Amma o, iki il bundan qabaq olub!
Dürdanə əlini onun əlinin üstünə qoydu:
-Yenə də yarışlara gedirsənmi?
Şəfəq başını buladı:
-Yox!
Dürdanə bir qədər ciddi görkəm aldı:
-Niyə?
Dürdanə köksünü ötürdü:
-İl yarım bundan qabaq möhkəm zəhərlənmişdim, daha doğrusu məni zəhərləmişdilər. Amma Uca Allahın intəhasız mərhəməti, inayəti, şəfqəti və həkimlərin səyi ilə ölümdən qayıtdım! Neçə vaxt yatdım! Ayağa durandan sonra hərdən məşqlərə getsəm də, yarışlara getməyə artıq gücüm yetmədi! Həm də dzyüdo həddindən artıq güc, enerji tələb eləyən bir idmandır, Bir sözlə daha əvvəlki Şəfəq deyiləm, çünki zəhər mənə çox ağır zərbə vurub! Elə bu səbəbdən də gəlib burda dincəlirəm!
Dürdanə olduqca ciddi görkəm almışdı və indi o, sanki özünə bənzəmirdi. O, Şəfəqin qənirsiz çöhrəsinə baxdı özündən biixtiyar gözləri yaşardı, lakin bunu biruzə verməməkdən ötrü dərhal üzünü yana tutdu və əlinin arxası ilə gözünün yaşını siləndən sonra üzünü Şəfəqə tərəf çevirdi:
-Səndən bir söz soruşsam, inciməzsən ki?!
Şəfəq başını buladı:
-Yox, əlbəttə yox!
-Səni kim zəhərləmişdi?
-Gülnaz! Gülnaz adında bir ifritə!
Dürdanənin bir anlıq boğazı qurudu. Əlbəttə bu başqa bir Gülnaz da ola bilərdi. Amma nədənsə Dürdanəyə elə gəldi ki, bu məhz həmin Gülnazdır! Odur ki, Şəfəqə belə bir sual verdi:
-Sizin eviniz ha tərəfdədi?
-Xətai küçəsi ev 57.
Bu an Dürdanənin rəngi meyid kimi ağardı və qəlbi o qədər sıxıldı ki, az qaldı ürəyi dayansın. Şəfəq onun rənginin birdən-birə dəyişdiyini görüb dərhal ayağa qalxdı vəonun yanında oturub qolundan yapışdı:
-Sənə nə oldu Dürdanə?! Rəngin niyə bu qədər avazıdı?!
Şəfəq olduqca həyəcan içində onun cavabını gözləsə də, Dürdanənin bir müddət dili tutulduğu üçün ona cavab verə bilmədi, lakin nəhayət özünü ələ alıb onun sualını cavablandırdı:
-Mən o Gülnazı yaxşı tanıyıram Şəfəq!
Şəfəqin gözləri böyüdü:
-Hardan tanıyırsan Dürdanə?
-Deməli Fərruxgilin evini siz almısız.
Şəfəq əvvəlkindən də güclü təəcüb hissi ilə soruşdu:
-Sən Fərruxu hardan tanıyırsan? Eşitdiyimə görə o artıq üç ilə yaxındır həbsxanadadır!
Dürdanə dərin bir ah çəkdi:
-Fərrux mənim ərim olub Dürdanə!
Şəfəqin heyrəti lap artdı:
-Ərin olub?
-Hə, ərim olub!
-Deməli sən Şərgiyyə xalanın gəlini Dürdanəsən! Danışıb Dürdanə, Şərgiyə xala səndən, bizə, anama, nənəmə, mənə çox danışıb! Bilirəm, sənin başına gələnləri bilirəm Dürdanə! Şərgiyyə xala sənə elədiyi haqsızlıqlara, zülmlərə görə çox peşmandır! Tez-tez deyir ki, bizi gəlinin ah-naləsi tutdu! Ona çox əzab verdik, Allah da bizi cəzalandırdı.
Dürdanə nəsə demək istədi, lakin olduqca güclü hövül onu danışmağa qoymadı və özündən asılı olmayaraq qəfildən hönkürtü ilə ağlamağa başladı. Şəfəq də özündən biixtiyar onun başını qucaqlayıb ağlamağa başladı.
Bu vəziyyət təxminən üç dəqiqə çəkdi. Nəhayət Dürdanə sakitləşib ayağa qalxdı və yaylıq çıxarıb əvvəlcə Şəfəqin, sonra öz gözlərinin yaşını silərək dilləndi:
-Bağışla məni Şəfəq, səni də üzdüm! Allah xatirinə bağışla! İstəməzdim belə olsun!
Şəfəq onun əlindən tutdu:
-Nə günah işlətmisən ki, məndən bağışlanmaq diləyirsən Dürdünə! Şübhə eləmirəm ki, bunu Uca Allah elədi! Mən Allahımdan çox razıyam Dürdanə! Çünki həmişə Şərgiyyə xala sənin haqqında danışanda fikirləşirdim ki, kaş mən o günahsız olduğu halda zülmlər çəkmiş gəlini görəydim! İndi bunu mənə Uca Yaradan qismət elədi! Mənim bir qardaşım var Dürdanə, adı Oqtaydır! Onu çox sevirəm, lap çox! Məndən yeddi yaş böyükdür! Amma bacım yoxdur Dürdanə! İndi düşünürəm ki, bizi dərdlərimiz elə birləşdirdi ki, icazə versəydin səni özümə böyük bacı bilərdim! Çünki çox sevdim səni Dürdanə, çox!
Dürdanə bir söz demədən ağlayaraq onu bağrına basdı. Şəfəq də öz növbəsində başını onun sinəsinə qoydu və Dürdanə öz kiçik bacısının tellərini sığallayan kimi onun içək kimi saçlarına sığal çəkdi:
-Mənim də bir qardaşım var, Zülfüqardı adı! Yəqin sən Sübhan Poladovun adını eşitmisən?! Qardaşım onun sürücüsüdür! Mən də qardaşımı çox sevirəm, özümdən qat-qat çox! Çünki o hər cür sevgiyə layiqdir! Bir qardaşım da var idi, iblis bir qadının təcavüzü ilə vaxtsıq dünyadan getdi. Amma bacım yoxdu və uşaqlıqdan elə həmişə istəmişəm ki, bir bacım olsun! İndi yeri-gözü yoxdan xəlq eləyən Allah mənim qarşıma gözəllər-gözəli bir bacı çıxartdı! İntəhasız şükürlər olsun Uca Rəbbimizin kərəminə! Bundan sonra bil ki, səni çox, lap çox sevən bir bacın var Şəfəq!
Şəfəq başını onun sinəsindən ayırıb göz yaşları içində üzünə baxdı, sonra yenidən başını onun sinəsinə qoydu!
* * *
Həmin andan etibarən Dürdanə Şəfəqin yanına təkcə müalicə-kursu eləməkdən ötrü deyil, bir balaca boş vaxtı olan kimi gəlir, bəzən səhərlər onun üçün insan sağlamlığına olduqca müsbət təsir göstərən, dəmyə meyvələr, əncirdən, üzümdən, xartutdan, ağ tutdan alınma şirələr gətirir, Şəfəq bunlara görə xəcalət çəkdiyini söyləyərkən, Dürdanə;-“Sən mənim axirət bacımsan Şəfəq, ona görə də bu sözü dilinə gətirmə, yoxsa səndən inciyərəm”,-demişdi.
Şəfəq tez-tez onu yoluxmağa gələn valideynlərinə, qardaşı Oqtaya, Dürdanə barədə danışmışdı və onlar da bu mələkruhlu tibb bacısının Şəfəqlə bacılıq olduğuna çox sevinmişdilər. Fəqət həm Daşdəmirin, həm Yasəmənin, həm də Oqtayın Dürdanəyə bağlılığı təkcə Şəfəqə burda qayğı göstərməyinə görə deyildi, məsələ burasında idi ki, onlar da Dürdanə haqqında Şərgiyyə xanımdan çox eşitmişdilər və bu günahsız olduğu halda böyük bir bəlaya düşən gənc qadının halına çox acımışdılar, ələlxüsus da ona olduqca çirkin böhtan atanın, Şəfəqi zəhərləyən Gülnaz olduğunu bilincə, ona illərlə çəkdiyi məşəqqətlərə görə ürəkləri yanmış, haçansa onun görüşməyi arzulamışdılar. Və budur, tale onları da, Şəfəq kimi gətirib mavi Xəzərin qoynunda yerləşən bağlı-bağçalı, gözəlliyi ilə insanı məftun eləyən bir sanatoriuyada görüşmüşdü.
İlk görüş isə belə olmuşdu. İstirahət günü bütün ailə, yəni Yasəmən, Daşdəmir, Ayna nənə Oqtanın maşını ilə sanatoriyaya Şəfəqə dəyməyə gəlmişdilər və dördü də Şəfəqin dincəldiyi palataya girəndə Dürdünənin ona təzəcə iynə vurub, iynə vurulan yeri spirtlə sildiyini gördülər. Söz yox ki, Şəfəqdən başqa bütün ailə üzvüləri, onun haqqında əvvəllər Şərgiyyə xaniımdan, son zamanlar isə Şəfəqdən eşitsələr də, söz yox ki, Dürdanəni ömürlərində görməmişdilər, lakin içəri girən kimi ağ xalatda qu quşuna bənzəyən bu oldqca gözəl gənc qadının o saniyə Dürdanə olduğunu bildilər və Yasəmənlə, Ayna nənə bir söz demədən növbə ilə onu bağrına basdı. Daşdəmirlə Oqtay isə gülümsəyərək onunla salamlaşdılar.
Dürdanə də öz növbəsində bu gözəl insanların Şəfəqin ailəsi olduğunu dərhal başa düşüb onlara eyni cür qarşılıq verdi. Bundan sonra Ayna nənə onun qolundan tutub kətildə otuzdurdu:
-Nənə sənə qurban qızım, Allah səndən razı olsun! Otur, otur canım mənim, bir sənə doyunca baxım! Bax qızım, yaşım yetmiş beşi haqlayıb, amma səmimi sözümdü, indiyə qədər gerçək həyatda, nə kinoda, nə teatrda, nə də başqa bir yerdə sənin qədər gözəl bir qız görmədim!
Onun bu cür sözlərindən sonra Dürdanəni tər basdı və o, olduqca sıxıla-sıxıla dilləndi:
-Siz nə danışırsız nənəcan, mən heç gözəl deyiləm!
Yasəmən qayınanasının sözünü təsdiqlədi:
-Gözəlsən Dürdanə, özü də çox gözəlsən! Həm də ona görə gözəlsən ki, ruhun gözəldi, ruhun! Sənin haqqında bizə neçə vaxt bundan qabaq Şərgiyyə çox danışıb, indi də Şəfəqin dilindən-ağzından düşmürsən!
Dürdanə bunu deyib Şəfəqin başını qucaqladı:
-Sənə elə bağlanıb ki, bəlkə doğma bacısı olsaydı, bu qədər bağlanmazdı!
Dürdanənin özündən asılı olamayaraq gözləri yaşarmışdı. O, bu sözlərdən həm çox sevinir, həm də utanırdı. Zatən qardaşı Zülfüqar kimi tərifi sevmədiyindən çox sıxılırdı. Həm də nə qədər sıxılsa da bir təhər dözürdü, lakin bu sözlərə qarşılıq verə bilmirdi, məhz buna görə də ondan durmadan hey tər axırdı.
Daşdəmir də qızı Şəfəqin özünə bacı seçdiyi bu qıza qarşı onu görəndən bir atalıq qayğısı hissi əmələ gəlmişdi və düşünürdü ki, bu qızın əgər bir problemi varsa, onu həmən Şəfəqin problemini həll elədiyim kimi imkanım daxiılində həll eləməyə hazırdı! Bu səbəbdən də bayaqdan bir söz deməsə də, ona artıq öz doğma balası kimi nəzər yetirirdi.
Oqtay isə başqa halda idi. Onun nənəsi də, anası da haqlı idilər, Dürdanə həqiqətən olduqca gözəl idi və Elmlər Akademiyasının Füzuli adına əlyazmalar İnsututunda elmi işçi kimi çalışan Oqtaya indiyə qədər tanış olmayan bir hiss onu yaxalamaqda idi. O, bilirdi ki, bu haqqında çox eşitdiyi, ləkəsiz olduğu halda başı zillətlər çəkmiş gənc qadın ərdə olub. Lakin ndiyə qədər tanış olmadığı bir hiss onun ruhunun səmtini dəyişməyə başlamışdı və Oqtay zaman kəsiyində bu hissi dəmir iradəsinə rəğmən özündən uzaqlaşdırmağa çalışsa da, əksinə daha da bu hissin təsiri altınba düşməyə başlayırdı. Bunun səbəbi isə Dürdanənin təkcə cismani gözəlliyi deyildi, onun olduqca günahsız, məsum bir görkəmi var idi. Oqtay yaşı az olsa da, çox ağıllı, təmkinli və həssas biri idi və hisslərini çox zaman biruzə verməsə də, hər şeyi ürəyi ilə duya bilirdi. Dürdanə onun indiyə qədər gördüyü qızların heç birinə bənzəmirdi, o başqa cürə idi, qeyri-adi idi sanki. Oqtay bu qıza aşiq olub-olmadığını hələ yaxşı dərk eləməsə də, Dürdanənin qəlbinin olduqca geniş olduğunu dərhal duymuşdu və nədənsə onu ən çox sevdiyi sənətkarlardan biri dahi Hüseyn Cavidin “Qız məktəbi” şeirindəki Gülbahara bənzətdi və həmin andaca həmin şeir sanki ruhunu oxşadı.
Bütün ailə Dürdanə ilə bu ilk görüşdən çox məmmun qaldılar və təxminən bir saatdan sonra sanatoriyanı tərk edib getdilər. Fərq burasında idi ki, həm Ayna nənə, həm Yasəmən, həm də Daşdəmir, yol boyu şən bir ovqatla Dürdanədən danışdılar. Oqtay isə ağzını açıb bir kəlmə danışmadı və valideynlərinin və nənəsinin əksinə olaraq olduqca pərişan görünürdü. Çünki Dürdanəni görən andan ona hucuma keçən hissləri özndən heç cür kənarlaşdıra bilməmişdi və hisslər onun bütün varlığında daha da güclənməkdə idi. Çünki indiyə qədər sevgini əfsanə hesab eləyən bu Oqtay, cavan olmağına baxmayaraq, xasiyyəti əlli yaşında bir kişi xasiyyəti kimi olan bu gənc artıq aşiq idi və hiss eləyirdi ki, artıq qəlbində fırtınalar qoparmağa başlayan bu hisslər onu daha rahat buraxmayacaq.
* * *
Şəfəq artıq bir ay idi sanatoriyada idi və burdakı müalicə-kursu bitdiyndən qanuna görə daha evə getməli idi. Lakin Daşdəmir qızının xahişi ilə onun üçün yenidən pullu göndəriş alaraq onun bir ay da burda dincəlməsini təmin elədi.
Oqtay isə Dürdanəyə aşiq olandan sonra bacısı Şəfəqi demək olar ki, hər gün işdən sonra yoluxmağa başladı. Əvvəllər Şəfəq, elə atasına bərabər tutduğu, keçmiş zamanda əcdadlarımızın böyük qardaşlarını çağırdığı kimi “Ağabəy” çağırdığı, hələ uşaq vaxtından atasından daha çox ona sığındığı, bir şey istəyərkən ilk öncə ondan istədiyi və heç vaxt iynənin ucu qədər incimədiyi ağabəyinin tez-tez sanatoriyaya gəlişini sadəcə olaraq bir qardaş qayğısı hesab eləyirdi. Lakin günlər keçdikcə Oqtayın daim onun yanında olarkən gözünün qapıda qaldığından, gözlərinin dərinliklərindəki məyusluqdan onun qəlbində nəsə bir siiri olduğunu hiss elədi. Lakin daim öz təmkini, ciddiyəti ilə çoxlarından seçilən ağabəyi ilə aralarında pərdə olduğu üçün bunun səbəbini soruşmaqda o qədər də dərinə getmir və Oqtay hər dəfə çıxıb gedəndən sonra hey onun bu pəjmürdə halı haqqında fikirləşir və Oqtayın tez-tez bura gəlməsi ilə yanaşı bir qədər pərişan görünüşünü də gözəllər-gözəli Dürdanə ilə bağlayırdı. Ancaq bu sual altında idi, Şəfəq düşünürdü ki, bəlkə düz fikirləşmir, məsələ heç də onun düşündüyü kimi deyil, Oqtayın pərişanlığının başqa bir səbəbi var?! Amma nə olursa-olsun, Şəfəq dünyalar qədər sevdiyi qardaşının dərdinə imkanı daxilində əlac eləmək istəyirdi və gözləyirdi ki, bu çoxlarına hətta zəhmli görünən adamın nə vaxtsa məyusluğunun səbəbi aydınlaşacaq və o zaman ondan həqiqətən də bir bacının boynuna düşən qədər qayğısını ondan əsirgəməyəcək.
* * *
Şəfəqin müalicə-kursu hələ neçə gün bundan qabaq bitdiyinə görə daha Dürdanə ona iynə vurmurdu, sadəcə olaraq nahar fasiləsi zamanı çox az yeyən Dürdanə beş dəqiqənin içində nahar eləyib bitirir, sonra isə elə onun kimi çox yeməyi xoşlamayan Şəfəqlə görüşürdü. Bu görüş gah Şəfəqin yatdığı otaqda, gah da sanatoriyanın gülüstana bənzəyən iri həyətində olurdu. Onlar gah üzbəüz, gah da yan-yana oturub nahar fasiləsi bitənə qədər yaxşı şeylərdən danışır, kimsənin qeybətini qırmadan, kimsəyə rişxənd eləmədən və dillərinə bir kəlmə də yalan gəlmədən təxminən qırx beş dəqiqə söhbət eləyirdilər.
Bu gün də belə idi. Başqalrı üçün hələ təzəcə başlayan nahar fasiləsi, onlar üçün artıq bitmişdi və sanatoroyanın bağçasında bir skamyada oturub şirin-şirin söhbət eləyirdilər. Söhbət əsanasında Dürdanə, BDU-da qiyabi təhsil alan Şəfəqin bu il oranı bitirdikdən sonra harda işləmək istədiyini soruşdu. Şəfəq isə ona Huquq Mühafizə Orqanlarında çalışmaq, canilərlə, vətən xainlərilə, monyaklarla, uşaq, qız oğruları ilə, narkotik satanlarla, əxlaqsız insanlarla və başqa tip cinayətkarlala mübarizə aparmağı istədiyini söylədi. Dürdanə bundan məmmun olub Şəfəqi öpdü və ona çox vacib bir peşə seçməyi münasibətilə təbrik etdi.
Elə bu zaman sanatoruyanın iri darvazasının daxilindəki qapıdan Oqtay içəri girdi, bacısı ilə Dürdanəni yaxındakı skamyada qoşa görüncə özündən asılı olmayaraq qəlbi riqqətə gəldi və yəqin ki, elə bu səbəbdən də onu tər basdı.
Oqtay ağır addımlarla onlara yaxınlaşdı və Şəfəq qardaşını görən kimi adəti üzrə skamyadan qalxıb pəncələri üstə qalxaraq boyu ən azı bir metr səksən beş santimetr olan qardaşının üzündən öpdü. Oqtay da həmişəki kimi onun başından öpərək əlindəki salafan kisəciyi ona göstərdi:
-Baldı gözəl bacım, bal! Özü də əsil beçə balı! İndi daha çox nadir hallarda tapılır! Bunun misli yoxdu!
Dürdanə onun sözünə qüvvət verdi:
-Min bir dərdin dərmanıdı!
Oqtay ürəyindən;-“Sən də mənim dərmanımsan”,-keçirdtsə də, buna görə elə ürəyindəcə özünü tənbeh eləyib ondan;-Necəsiz Dürdanə xanım”,-deyə sordu? Dürdanə də öz növbəsində;-“Çox sağ olun Oqtay, yaxşıyam, siz necəsiz”,-deyə soruşdu?
Oqtayın özündən asılı olmayaraq rəngi dəyişdi və Dürdanənin yəqin ki, Uca Allah ilk insan və ilk peyğəmbər Həzrəti Adəm əleyhəssalamı yaradandan bu yana bəşər övladının mədəniyyətinin təzahürü kimi işlətdiyi bu sözün qarşığında;-“Mən də çox yaxşıyam, çox”-deyə cavab verdi.
Dürdanə onsuz da Oqtayı görən kimi ayağa qalxmışdı, odur ki, bacı-qardaşın söhbətinə mane olmamaqdan ötrü başını “hələlik” işarəsi kimi yüngülcə tərpədib getmək istədi. Lakin Şəfəqin bir qədər incik səsi onu saxladı:
-Getmə Dürdanə, xahiş edirəm! Oqtay mənim ağabəyimdi, böyük qardaşımdı, amma sən də axı mənim böyük bacımsan! Otur, biz də elə sənin yanında söhbət eləyək! İstəyirsən yatdığım otağa gedək!
Dürdanə onun inciyə biləcəyini düşünüb saatına baxdı:
-Hələ nahar fasiləsinin bitməyinə 25 dəqiqə var! Yaxşı Şəfəq, nə deyirəm ki..
Sənin sözün yerə düşənə qədər, qoy düşmənin gözü çıxsın! Amma mümkündüsə otağa gedək!
Şəfəq dərhal ayağa qalxdı, bir qədər sonra onlar Şəfəq yatan otağa daxil oldular və içəri girən kimi Şəfəq qardaşından bal şüşəsini alıb dolambın üstünə qoyub nəsə demək istəyirdi ki, Dürdanənin mobil telefonuna zəng gəldi və o, dərhal aparatı qulağına tutdu:
-Alo, eşidirəm!
Bu vaxt doktor Hafizin səsi eşidildi:
-Bura təzə gələn bir qadının halı pisləşib. Dərhal 23-cü palataya gəl! Ona təcili iynə vurmaq lazımdır!
Dürdanə dərhal aparatı xəttdən ayırıb üzünü Şəfəqə tutdu:
-Bağışla Şəfəq, məni təcili olaraq çağırırlar, sonra görüşərik!
Dürdanə bunu deyib demək olar ki, qaça-qaça palatanı tərk etdi. Şəfəq isə o qapıdan çıxandan sonra bir qədər qapıya baxıb üzünü qardaşına tutdu:
-Şahlara layiq bir qızdı, elə deyilmi ağabəy?!
Oqtay başını tərpətdi:
-Elədir bacı, elədir!
Şəfəq qardaşının iri və kobud əlindən tutdu:
-O, məni heç darıxmağa qoymur! Hər dəfə yanıma gələndə sanki işıq gətirir! Amma yazıq qızın həyatı illərlə bəlalar içində keçib!
Oqtay bacısının ipək saçlarını sığalladı:
-Bizim həyatımız bir imtahandı bacı! Uca Allah insanları ağılları kəsəndən bəri imtəhana çəkir! Birini var-dövlətlə, birini kasıbçılıqla, birini sağlamlığı ilə, birini xəstəliklərlə. Birinin həyatı keyf, əyləncə, eyş-işrət içində keçir, digərininki isə bəlalar, məşəqqətlər içində.. Mən bu yaxında bizimlə birlikdə Əlyazmalar İnsututunda çalışan yaşlı bir ixtiyardan bir rəvayət eşitmişəm bacı, bu rəvayət mənim ruhuma çox təsir eləyib! Keçmiş zamanlarda nəcib bir qandan olan əməlisaleh bir padşah varmış. Onun elə özü kimi Allahın qoyduğu qadağalarla yaşayan bir vəziri varmış. Bir gün vəzir qoca olduğu üçün dünyasını dəyişir və padşah bundan çox pərişan olur, lakin ölüm haqdır, bir gün mən də hamı kimi öləcəyəm, yəni Allahdan gəılmişik, Allaha da qayıdacağıq deyə fikirləşib pərişanlığını özündən kənarlaşdırır. Amma həm də fikirləşir ki, mən daha bu cür dünya malında gözü olmayan, aldığı maaşın doxsan faizini zəkat verən, xalqın dərdini çəkən, acların qarnını imkanı daxilində doyuzduran vəziri hardan tapacağam?! Çox fikirləşir padşah və nəhayət iki sandıq götürüb bu sandıqlardan birini xəzinədəki qızılla doldurur, o birinin içinə isə sadəcə olaraq namaz xalçası və canamaz qoyur. Sonra isə saray əyanlarını bir-bir çağırıb sandıqları onlara göstərir:-“Bu sandıqlardan biri qızılla doludur, o birində isə sadəcə olaraq namaz xalçası və canamaz var. Kim qızıl dolu sandığı götürsə ona vəzirlik verəcəyəm və o ömrü boyu bu sarayda keyf içində yaşayacaq!
Növbə ilə padşahın imtahanına gələn əyanların hamısı əlini qızıl dolu sandığa uzadır. Padşah bunu belə görüb onun minlərlə qoyununu otaran çobanı çağıtdırır və əyanlarla kəsdiyi şərtləri ona bildirir. Çoban dərhal içində namaz xalçası və canamaz olan sandığa əl uzadıb deyir:
-Şah sağ olsun! Mən o qızılları goruma aparmayacağam! O biri dünyada isə məndən acgözlüyümün səbəbini soruşacaqlar və sonra da başıma gürzlə vuracaqlar! Amma Uca Allaha ibadət eləsəm, yalnız bu yolla başımı gürz zərbələrindən xilas eləyə bilərəm! Birdə ki, o qızllar ehtiyacı olanlara, əlillərə, zəlillərə, kimsəsizlərə, yetimlərə, əmək fəaliyyəti göstərə bilməyənlərə paylansa daha yaxşı olar şahım! O zaman bu yurdun, bu məmləkətin hər tərəfi işığa bürünər!”
Bunu eşdən padşah çobanı bağrına basıb özünə vəzir təyin eləyir və sandıqdakı qızılları da elə onun dediyi kimi ehtiyacı olanlara paylatdırır.
Oqtay nəql elədiyi rəvayət Şəfəqin bir anın içində sanki ruhunda dəyişikliklər eləmişdi və artıq dünyaya başqa cürə baxmağa başlamışdı. Ağlı kəsəndən ehtiyacı olanlara yardım eləmək keyfiyyətinə onsuz da mailk olsa da, daha doğrusu bir idmançı kimi turnirlərdə qalib gələrkən ona mükafat olaraq verilən pulların ən azı altmış faizini tanıdığı yoxsul insanlara paylasa da, qardaşının bu nəqlindən sonra düşünürdü ki, bundan sonra əlinə nə qədər para gəlsə ehtyac içində olanlara verəcək, həm də mütləq ibadətə başlayacaq və əgər Uca Allah ona ömür qismət eləsə, ömrününü axırına qədər ibadətlə məşğul olacaq!
Oqtaya gəlincə o artıq beş il idi ki, gündə on yeddi rikət namaz qılır, Ramazan ayında düz bir ay oruc tutur və hələ BDU-da oxumamışdan, orta məktəbdə təhsil alarkən özünün çox güclü marağı olduğundan ərəb dili kursuna gedib on iki milyon arxaik sözə malik olan ərəb dilini adi danışıq dili qədər mənimsədiyindən müqəddəs Qurani-Kərimin mübarək ayələrini oxuya bildiyindən gündə ən azı yarım cüz, yəni on səhifə oxuyardı. Səsi də olduqca məlahətli və gözəl idi, belə ki, o müqəddəs Qurani-Kərimi axşamlar, yəni şam namazından sonra oxusa da, səsi az da olsa küçə qapılarının yaxınlığından eşidildiyinə görə imanlı şəxslər eşidən kimi ayaq saxlayıb onun Quran oxumasına bir qədər qulaq asır, sonra isə başlarını məmmun halda tərpədib yollarına davam eləyirdilər. Bütün bunlardan əıavə isə Oqtay həddindən artıq səxavətli, ürəyigeniş, darda olana əl tutan biri idi. Əgər gecə yarısı belə ona tanımadığı bir xəstəni xəstəxanaya çatdırmaq üçün zəng eləsəydilər, dərhal yuxuna haram qatıb həmin xəstəni xəstəxanaya aparar və əgər həmin xəstənin müalicəsi üçün pul lazım olsaydı, imkanı daxilində dərhal xəstəxananın haqqını ödəyərdi.
Şəfəq qardaşını həmdə bu cür fəzilətlərinə görə çox sevirdi və onu bəlkə də atasından çox özünə arxa-dayaq bilirdi.
Rəvayəti nəql eləyəndən təxminən on beş dəqiqə sonra Oqtay getmək üçün ayağa qalxdı, lakin Şəfəq onun qolundan yapışıb onu saxladı:
-Ağabəy, bəlkə də mənim bunu soruşmağa haqqım yox, amma gərək günahımı bağışlayasan, mənə elə gəlir ki, sənin nəsə bir dərdin var?! Gizlətmə məndən ağabəy, sən bilirsən ki, mən səni çox, lap çox istəyirəm! Sən belə kədərli görünməyin məni çox üzür, yalvarıram ağabəy, nə dərdin varsa mənə söylə!
Oqtay yenə onun ipək saçlarını sığallayıb başından öpdü:
-Sən düz deyirsən gözəl bacım, daha onsuz da gizlətməyin heç bir mənası yoxdur, çünki gizlətdikcə ruhum daha da çox əziyyət çəkir. Bu sirri sənə aça bilərəm gözəl bacım! Amma söz ver ki, bu hələlik ikimizin arasında qalacaq!
Şəfəq onun iri əlini əlləri arasına aldı:
-Söz verirəm ağabəy, kişi kimi!
Oqtay oturdu və bacsına baxmadan dilləndi:
-Mən Dürdanəyə aşiq olmuşam bacı! Heç özüm də bilmirəm necə oldu?! Onu burda, sənin yanında görənə qədər mən belə şeylər barədə heç düşünməmişdim də. Lakin o, mənim ruhumu sanki tamamilə başqa səmtə yönəltdi, əvvəlcə bunun nə olduğunu anlamadım, amma sonra bunun eşq olduğunu dərk elədim. Surəti heç gözümün qabağından getmir, hara baxıram, hara gedirəm sanki bir videolent kimi gözümün qarşısında durur. Özüm-özümdən utanıram bacı, xəcalət çəkirəm!
Şəfəq əvvəldən bunu hiss elədiyi üçün o qədər də təəcüblənməmişdi, odur ki, onun sözlərinə qulaq asandan sonra ona sığındı:
-Daha niyə xəcalət çəkirsən ağabəy, axırı ki, sən də kiməsə aşiq olmalıydın, artıq iyirmi yeddi yaşın var, vaxt da ötür, buna görə anam da, atam da xiffət eləyir. Niyə evlənmək istəmir deyə dərd eləyirlər! Dürdanə də sənə layiq bir qızdır! Bir ləldir! Olduqca mehriban, səmimi, pak, ləkəsiz! Həm də eyibsiz bir gözəldir!
Oqtay o biri əlini bacısının əlinin üstünə qoydu:
-Amma o ərdə olub! Özü də bizim yaşadığımız həyətdə! Bax məni qorxudan da budur! Lap tutalım o, mənim elani-eşqimə müsbət cavab verdi. Bəs valideynlərimiz, Ayna nənə?! Onlar bu nigaha razı olarlarmı?!
Şəfəq onun bu sözlərindən bir qədər diksinən kimi oldu. Çünki o da çox yaxşı bilirdi ki, ənənəyə görə subay bir oğlanın, ərdə olmuş bir qızla evlənməsi o qədər də yaxşı qəbul edilmir. Oqtay haqlı idi, onun valideynləri, eyni zamanda nənəsi buna qarşı çıxa bilərdilər. Oqtay isə böyüklərə qarşı gedən övladlardan deyildi. Amma bu onu həm də çox üzərdi, çünki Şəfəq qardaşının danışığından, həzinli səsindən çox gözəl hiss eləmişdi ki, Oqtay Dürdanəyə dəlicəsinə aşiq olub.
Buna görə də bu barədə öz fikrini söyləmədi Şəfəq! Daha doğrusu boşboğazlıq eləyib qardaşını boş-boş sözlərlə ümidləndirmək istəmədi. Həm də düşündü ki, zamana ehtiyac var, bəlkə zamanında bu məsələni Oqtayın xeyrinə çözmək mümkün olacaq! İndi isə susmaq daha məqsədəuyğun idi.
VÜSAL
Dürdanə doktor Hafizin tapşırığı iulə 23-cü palataya girəndə bura təzə gəlmiş gənc qadının həqiqətən də halının çox pis olduğunu gördü. Qadın başını aşağı salsa da, onun əl-ayağının titrəməsindən təzyiqinin həddindən artıq qalxdığı hiss olunurdu. Dürdanə dərhal yəzyiqölçəni hazırlayıb qadına bir söz demədən onun qoftasının qolunu çırmaladı və təzyiqölçənin kmərini onun qoluna bağlayıb təzyiqini ölçdü. Cihaz 250-ni göstərdi. Bu isə gənc bir qadın üçün həddindən artıq pis bir göstərici idi. Odur ki, dərhal çantasını açıb təzyiq aşağı salan iynə hazırlayaraq qadına iynə vurdu. Sonra isə adəti üzrə paçpığı spirtə batırıb iynənin yerini sildi. Bir qədər sonra qadın özünə gəldi və başını ağır-ağır yuxarı qaldırdı. Onun üzünü görüncə Dürdanənin özündən asılı olmayaraq gözləri böyüdü və həyəcan içində gənc qadını bağrına basdı:
-Xədicə, Xədicə, gözəl Xədicə, bu sən imişsən?!
Bir qədər bundan qabaq güclü təzyiqdən beyninin damarları şişən və sıxılan Xədicə, Dürdanə ona təzyiq salan iynəsi vurandan sonra tədricən özünə gəlirdi, lakin Dürdanəni görüncə sanki bir anın içində orqanizmində hər şey qaydasına düşdü və bayaqdan öləcəyini düşündüyü halda, indi üzündə sevinc təzahürü olaraq təbəssüm əmələ gəldi:
-Dürdanə, əziz bacım, gözəllər-gözəli Dürdanə, sən burda çalışırmışsan?! Aman Allah, elə bir az bundan qabaq ölümlə pəncələşirdim, amma indi həyatın işığına bulaşmışam! Yatsaydım heç yuxuma da gəlməzdi ki, səninlə burda görüşəcəym! Ah bir Allah bilir ki, sən mənim heç vaxt yadımdan çıxmamısan, tez-tez səni xatırlayıram və nədənsə kövrəlirəım!
Dürdanə onun yanımnda oturub əlindən tutdu:
-Mən də səni unutmamışam Xədicəm, heç unudarammı?! Axı biz bir-birimizə bacı demişik, hər tikəmizi bölmüşük, dərsə də bir yerdə gedib-gəlmişik, bir masa arxasında oturmuşuq, sevincimiz-kədərimiz bir olub! Mənim xatirə albomumda sənin şəklin birincidi Xədicəm, özün də yazmısan ki, dünyada valideynlərimdən və Ruqiyyə bacımdan sonra ən çox sevdiyim insan Dürdanədir. Hər dəfə mən xatirə albomuna baxanda sənin gülər üzün, şirin təbəssümün, şən zarafatların yadıma düşür, əvvəlcə gülürəm, sonra isə gözlərim yaşarır.
Bu dəfə Xədicə Dürdanəni bağrına basdı:
-Mənim də xatirə albomumda sənin şəklin birtincidi Dürdanəm! Özü də şəklin altında yazmışam; “Dünya gözəli Dürdanə”. Mən də sənin mənim haqqımda yazdıqlarını oxuyanda dodağıma əvvəlcə gülüş qonur, sonra isə gözlərimi silməyə məcbur oluram. Gör neçə il keçib Dürdanəm bizim tibb texnikumunu bitirməyimizdən. Amma görürsən də taleyimiz elə gətirib ki, o vaxtdan bəri bir dəfə də olsun görüşməmişdik. Amma indi şükürlər olsun Uca Allaha ki, bizi görüşdürdü. Keçdi Dürdanəm, təzyiqim də keçdi, dəhşətli baş ağrılarım da. Necəsən şirin bacım, necə yaşayırsan, oğuldan, uşaqdan nəyin var?!
Dürdanə güümsəyərək şəhadət barmağını ona tərəf uzatdı:
-Əvvəlcə sən danış necəsən, xoşbəxtsənmi, övadların varmı, sonra mən sənə hər şeyi danışaram!
Xədicə əli ilə yanındakı dolabçanı göstərdi:
-Bu boyda bir oğlum var, ona rəhmətlik atamın adını vermişəm, Ağacavad. Elə dəcəldi, elə dəcəldi ki, bir dəqiqə yerində durmaz, düz divara dırmaşır! Özünün də altı yaşı var, inşallah bu il onu məktəbə qoyacağam!
-Ay maşallah! Allah saxlasın, Allah bədnəzərdəın qorusun! Bəs atası?
Xədicə ah çəkdi:
-İki il yaşadıq, sonra ayrıldıq.
Dürdanənin qaşları çatıldı:
-Niyə?
-Əvvəllər yaxşı idi, qazanıb gətirirdi, özü də maşın dəmirçisi işləyirdi, bir sözlə hər şey öz qaydası ilə gedirdi, lakin sonra başladı, nə başladı. Nə isə, narkotikə qurşandı və qazandığının hamısını geroyinə verdi, sonra isə nəyim vardı aparıb satdı. Mən də məcbur olub boşandım və uşağı götürüb atamın evinə gəldim. O vaxt Ağacavad bir il üç aylıq idi. Bir aydan sonra eşitdim ki, Ağacavadın atası narkotik satmağa başlayıb. İki aydan sonra isə onu tutdular. Ona səkkiz il iş vermişdilər, lakin həbsxanada adam öldürdüyü üçün cəzasını artırıb ömürlük veriblər. Qanunla istəsəm gedib o evdə otura bilərəm, amma istəmirəm, daha doğrusu elə bilirəm ki, ora getsəm, evin daşı-divarı üstüməgələcək! Ona görə də atamın evində rahat yaşayıram, özüm də mamaça işləyirəm. Mən evdə olmayanda uşağa anam baxır. Elə indi də tifili anamın himayəsinə qoyub bura gəlmişəm! Məndən yaxşı baxır anam Ağacavada. Elə çox istəyir ki, bütün günü bağrına basıb duz kimi yalayır, bütün nadincliklərinə də göz yumur!
Dürdanə gülümsədi:
-Elə ona görə deyiblər ki, dövlətdə dəvə, nemətdə nəvə. Yaxşı bəs Xədicəm, sənin bu təzyiqin elə o narkoman ərinlə əlaqədardır?!
Xədicə başını buladı:
-Yox Dürdanəm, yox. Ondan beş ildi ki, ayrılmışıq özü də üzünü görmək istəmirəm və inanıram ki, bir də heç vaxt görməyəcəm! Doğrusu onu heç yadıma salmaq istəmirəm!
Dürdanə bir qədər ciddi görkəm aldı:
-Bəs səbəb nədi?
Xədicə dərindən ah çəkdi və qapıya baxıb səsini xeyli yavaşıtdı:
-Mən bir ay bundan qabaq möhkəm qorxmuşam Dürdanəm, çox möhkəm!
Dürdanə təəcüb etdi:
-Nəyə görə?
Xədicə səsini bir qədər də yavaşıtı:
-Onsuz da bu sirr düz bir aydı mənim içimi parçalayır. Kiməsə söyləməli idim Dürdanəm, mütləq kiməsə deməli idim! Amma səni and verirəm istədiklərinə, söz ver ki, bunu kimsəyə söyləməyəcəksən!
Dürdanə daha ciddi görkəm aldı:
-Söz! Sən bilirsən ki, mən sözümün üstündə duranam! Ürəyini buz kimi elə!
Xədicə yenə qapıya baxıb güclə eşidiləcək səslə dilləndi:
-Bir ay bundan qabaq mən doğum evindən, növbədən çıxandan sonra, yəni səhər saat səkkiz tamamda, evə qayıdarkən xəlvət küçələrdən birində yaxınlığımda bir maşın dayandı və maşından iki nəfər düşüb mənim ağzımı bağlayaraq maşına otuzdurdular. Mənim qorxudan ödüm ağzıma gəlirdi, zəhrim yarılırdı. Onlar məni maşına mindirəın kimi gözlərimi də bağladılar. Maşın təxminən iyirmi dəqiqə gedəndən sonra məni düşürdüb bir evə gətirdilər və orda gözlərimi açdılar. Sonra hündür boylu, şeşə bığlı, özü də cavan bir kişi mənə yaxınalaşıb dedi:
-Narahat olma! Məqsədimiz səni soymaq, öldürmək, ya da ləkələmək deyil! Səni bura gətizdirmişəm ki, içəridəki zahı qadını doğuzdurasan! Onu doğuzdurandan sonra haqqını alacaqsan və səni necə gətiriblər, eləcə də gözü bağlı aparıb həmin yerə qoyacaqlar! Amma əgər polisə şikayət eləsən və yaxud ümumiyyətlə bu barədə kiməsə danışsan, o, altı yaşlı oğlunu bir daha görməyəcəksən!
O, bunu deyib mənə əli ilə içərini göstərdi. Mən içəri otağa girdim. Orda uzaqbaşı on altı yaşında bir qız uzanmışdı və onun sancısı tutduğu üçün bütün doğuşa az qalan vaxtı zarıyan qadınlar kimi zarıyırdı. Mən ona yaxınlaşdım və neçə illik təcrübəmə rəğmən gördüm ki, onun doğmağına lap az zaman qalıb. Odur ki, gəldiyim otağa qayıdıb iıq su, bir də təmiz mələfə istədim. Ordakılar dərhal mənim istədiklərimi gətirib mənə verdilər. Bir qədər sonra gənc qızın toppuş bir oğlu oldu. Bundan sonra da mən lazımi tədbirləri görməyə başladım. Körpəni qucağıma götürümüşdüm ki, göbəyini kəsim, elə bu vaxt anasının olduqca zəif səsi eşidildi;
-Məni bura oğurlayıb gətiriblər, düz doqquz aydı. Məni qaçırdan adamın adı Elməddindi. O, mənə deyib ki,-“Qardaşın Mirzəbala vaxtilə mənim bacım İradəni ləkələyib, İradə həmin günün səhəri məktub yazıb qoyub və şah damarını kəsərək intihar eləyib. Mən də bu yolla ondan qisas alıram!” Amma mən buranın ünvanını bilmirəm, çünki məni həmişə nəzarət altında saxlayıb evdən bayıra buraxmayıblar. Yəqin anam məni ölmüş bilir, yazıq arvadın bağrı çatlayıb indi. Sənə yalvarıram, Əliabbas Müznib küçəsi 139 nömrəli evə get, de ki, qızın Cəmilə sağ-salamatdır! Xahiş edirəm! Anamın adı Qönçədir! Əgər bunu eləsən savab iş görmüş olarsan!
Bundan sonra o mənə anasının həm mobil telefonunun nömrəsini, həm də ev telefonlarının nömrəsini dedi.
Sonra o, yenə nəsə demək istəyirdi ki, lakin şeşəbığ kişi içəri girdiyindən səsini kəsdi, mən isə o mənə bunarı danışana qədər uşağın göbəyini kəsmişdim və izi azdırmqadan ötrü çağanı şeşəbığa göstərdim:
-Maşallah buz baltası kimi bir oğlunuz oldu.
O, çağaya baxıb məmmun-məmmun başını tərpətdi və mən bundan sonra da həm anası, həm dəçağa üçün lazımi tədbirləri gördüm. Axşam şeşıbığ mənim dediyi kimi haqqımı ödədi və mənim yenə gözlərimi bağlayıb maşına mindirərək, məhz apardıqları yerə gətirib qoydular və mən gözlərimi açana qədər sürüb maşını getdilər. Bərk qorxmuşam Dürdanəm, çox bərk! İndi də qorxuram! Oğlumçun qorxuram! Elə bu səbəbdən də doğma anama da bu sirri açmamışam ki, birdən ağzından qaçırdıb kiməsə deyər. O, şeşəbığın sifəti cəllad sifətinə oxşayır. Uşağım üçün qorxuram Dürdanə, çox qorxuram! Amma dağıdırdı bu sirr içərmi, ona görə də sənə açdım bu sirri! Amma demə, yalvarıram kimsəyə demə!
Xədicə içini dağıdan sirri açan zaman özündən asılı olmayaraq xeyli həyəcanlanan Dürdanə ona bu barədə yalnız bir sual verdi:
-Deməli bilmədin səni hara aparıblarmış?
Xədicə başını buladı:
-Yox bilmədim. Çünki dediyuim kimi gözlərimi bağlamışdılar. Amma təkcə bunu bilirəm ki, mən orda olanda qulağıma hey dənizin şırıltısı gəlirdi.
Dürdanə onun bu sözlərinə də qulaq asandan sonra qızaca şəkildə öz başına gələnləri nəql elədi və nəql elədikcə Xədicə aramsız olaraq göz yaşı tökdü. Bundan sonra Dürdanə onu öpüb,-“Nə qədər ki, burdasan, inşallah mən də tez-tez yanında olacağam”,-deyib otaqdan çıxdı.
Axşam Zülfüqar işdən dönəndən sonra adəti üzrə Dürdanənin onun üçün hazırladığı süfrənin kənarında əyləşib “bismillah” deyərək yaxşıca nahar elədi, yeməyi bitirən kimi isə “əlhəmdüllah” deyib, həm bişirdiyi nəfis təama, həm də ümumiyyətlə əziyyətinə görə çox-çox təşəkkür eləmək istəyirdi ki, gözü onun üçün artıq çay gətirən bacısının eyibsiz çöhrəsinə sataşdı və dərhal onun gözlərində nəsə bir sirr gizləndiyini duydu. Odur ki, içində pürrəngi çay buğlanan armudu stəkanı qarşısına qoyan kimi soruşdu:
-Sənə nə olub bacı?
Dürdanə ona baxdı:
-Heç nə!
Zülfüqar bir qurtum çay içdi:
-Gözümə başqa cür görünürsən!
Dürdanə özünəməxsus olmayan bir şəkildə gülümsədi:
-Nə cür görünürəm?! Həmişəki kimiyəm də.
Zülfüqar qənd qabıdan bir qənd götürdü:
-Gözəl bacım, unutma ki, mən polisdə çalışıram və həm rəisim, həm də böyüyüm Sübhan Poladovdan dərslər alıram! Sənin gözlərinin dərinliklərində nəsə bir müəmma var?! Gəl sən mənə bu sirri aç!
Dürdanə bulaşıqlı qabı əlinə götürdü:
-Deməli Sübhan Poladovun məktəbinin hələ əlacı tələbələrindən deyilsən! Hələ çox öyrənməlisən!
Dürdanə bunu deyib mətbəxə getmək istədi, lakin Zülfüqar onun qolundan tutdu:
-Mən bunu həm də qəlbimlə duyuram bacı! Sən bu gün özünə bənzəmirsən!
Dürdanə qolunu onun əlindən çəkib yenə qəribə şəkildə gülümsündü:
-Bəlkə bu sevinc hissinin təzahürüdü?! Mən bu gün sanatoriyada vaxtilə mənimlə tibb texnikumunda bir yerdə təhsil alan və rəfiqə olan Xədicə ilə rastlaşmışam. Onunla görüşməyim məni çox məmmun edib!
Zülfüqar, Xədicəni xatırladığı üçün sağ əlini tərpətdi:
-Hə, yadıma düşdü, Xədicə bizdən təxminən üç yüz metr aralıda yaşayırdı. Dərsə də bir yerdə gedib, bir yerdə gəlirdiz.
Dürdanə mətbəxə tərəf gedərək dilləndi:
-Elə indi də orda yaşayır!
-Bəs ərə getməyib?
Dürdanənin səsi artıq mətbəxdən gəldi:
-Gedibmiş, amma iki ildən sonra boşanıb və gəlib atası evinə. Bir dənə Ağacavad adında, altı yaşında oğlu var!
Zülfüqar maraq etdi:
-Nəyə görə boşanıb?
-Əri narkomanmış! Yazığı çox incidirmiş! Xədicə ondan boşanandan sonra da başlayıb narkotik alveri eləmyə.
Dürdanə bunu deyəndən sonra su kranını açıb bulaşıqlı qabı yumağa başladı. Zülfüqar isə suyun səsindən artıq onun eşitməyəcəyini bildiyi üçün müvəqqəti olaraq susdu, lakin suyun səsi kəsilən kimi yenə bacısına sual verdi:
-Bəs onu buna görə həbs eləməyiblər?
Dürdanən səsi artıq bir qədər yaxınlığdan eşidilidi:
-Eləyiblər, səkkiz il həbs cəzası kəsiblər!
Dürdanə bunu deyəndən sonra yemək otağana girdi və Zülfüqar yenə diqqətlə onun üzünə nəzər saldı:
-Amma bunun məndən gizlətdiyin sirrə qətiyyən adiyyatı yoxdu!
Dürdanə başını buladı:
-Qaqaş, yenə başladın?! Sənə dedim ki, mənim heç bir sirrim-filanım yoxdu! Sən yalnız zənnə qapılmısan!
Zülfüqar şəhadət barmağını o tərəf, bu tərəfə hərlədi:
-Yox bacı, zənnim məni aldatmır, ürəyim mənə xəbər verir ki, sən nəyisə gizlədirsən!
Dürdanə köksünü ötürdü:
-Baho, qır-saqqız oldu, yapışdı yaxamdan, ay balam nə istəyirsən, mən yazıq neçə dəfə təkrar eləyim, məndə heç bir sirr-zad yodu, vəssalam!
Zülfüqar stəkanda qalan çayın hamısını içdi:
-Ona gəl belə danışaq, gəl sənə bir tapmaca verim, əgər tapsan, deməli haqlısan, yox əgər tapa bilməsən, onda o sirrli sandığın ağzını açarsan!
Dürdanə bir qədər əsəbi halda gülümsündü:
-Yaxşı, mən razı! Ver tapmacanı görək?!
Zülfüqar gözlərini ev boyu dolandırıb üzünü bacısına tutdu:
-Alçaq damdan qar yağar! Tap görüm bu nə deməkdi?
Dürdanə xeyli fikirləşdisə tapmacanın cavabını tapa bilmədi, ona görə də çiyinlərini qaldırdı:
-Bilmədim! Nədi cavabı?
Zülfüqar əlini dövrə şəklində hərlədi:
-O qadınların mətbəxdə çox istifadə elədikləri bir məişət əşyasıdı. Yəni ələkdi.
Dürdanə ərköyün bir şəkildə yumruğunu düyünlədi:
-Yaxşı, indi ki, sən özünü çox ağıllı bir polis işçisi hesab eləyirsən, onda mənim tapmacamı tap!
Hər tərəfə yolum var,
Dörd dənə mənzilim var!
Hər cür qərar verərəm,
Yaşadıb öldürərəm!
Salehlərə çox yüngül,
Günahkara yükəm mən!
Dostlarım hamısı cütdü,
Öz işimdə təkəm mən!
Zülfüqar tapmaca sona yetən kimi əlavə etdi:
İnsana sirdaşam mən,
Həmişə yoldaşam mən!
Sirrimi kimsə bilməz,
Arziyam, diləyəm mən!
Dostlarım yorulsa da,
Yorulmaz ürəyəm mən!
Dürdanə heyrət içində qardaşına baxırdı, bu səbəbdən də qaşları elə çatılmışdı ki, indi özünə tamamilə bənzəmirdi. O, bir neçə saniyə bu vəziyyətdə qaldı, sonra isə “Milyoner” oyununda, sonuncu suala cavab tapa bilməyib milyon manat əlindən çıxan adam kimi kətildə oturub bir qədər büzüşdü:
-Uduzdum! Sən haqlı imişsən, Sübhan Poladovun yanında olmaq həqiqətən də sənə çox şeylər öyrədib! Ona görə də görürəm ki, sənin cəngindən yaxa qurtara bilməyəcəyəm! Baxmayaraq ki, Xədicə mənə and verib və ilk dəfədir andımı pozuram! Amma xahiş edirəm, bu barədə kimsə, nə Sübhan Poladov, nə də başqası bilməsin! Söz verirsənmi?
Zülfüqar başını buladı:
-Biz belə danışmamışdıq bacı! Belə sözləşmişdik ki, əgər sən udsan, bu sirr gizli qalacaq, yox əgər mən udsam, sirri açacaqsan! İndi zəhmət çək, kişi kimi artıq səni çox narahat eləyən həmin sirri aç!
-Axı..
-Axısı-maxısı yoxdu! Söz danışıqdan keçər! Buyur bacı, gözləyirəm! Həm də unutma ki, mən polisəm! Polisdən isə doğma bacısı da sirr saxlamamlıdı!
Dürdanə bir qədər susub dilləndi:
-Sən düz deyirsən qaqaş, əslində bir sirri elə polis bilməlidi! Çünki burda cinayət var!
Dürdanə bunu deyib dünən Xədicənin ona söylədiklərini oldğu kimi qardaşına nəql etdi. Sonra isə əlini qardaşının enli çiyninə qoydu:
-Bilirəm, Sübhan müəllim hökmən buna bir əncam çəkəcək! Amma çox xahiş edirəm, Xədicənin dediyi o şeşəbığ bundan duyuq düşməsin, yoxsa onun uşağını öldürər! Xədicə deyir ki, o çox qəddar dama oxşayır!
Zülfüqar onun əlindən tutdu:
-Arxayın ol bacı! Sübhan müəllim ddəndən artıq peşəkardı, mən inanıram ki, o bu məsələni elə çözəcək ki, həmin şeşəbığ Xədicədən qətiyyən şübhələnməyəcək! Ürəyini bu kimi elə!
Bundan sonra onların söhbəti bitdi, çünki həmişəki kimi çox yorğun olan Zülfüqar dərhal yatmağa getdi. Lakin Dürdanə yatağında uzanandan sonra nə qədər istəsə də yata bilmədi ki, bilmədi. Çünki qardaşı onu arxayın eləsə də, Xədicənin altı yaşlı oğlu üçün çox qorxurdu və məhz bu fikir onu səhərə qədər gözünü qırpağa belə qoymadı.
* * *
Səhər Zülfüqar, Sübhan Poladova, onu evindən şöbəyə apararkən, bacısından eşitdiyini maşında, sükan arxasında ikən danışdı. Poladov ona heç bir sual vermədən sakitcə qulaq asdı və şöbəyə çatan kimi kabinetinə girib xüsusi aparat vasitəsilə Əliabbas Müznib küçəsi 139-da yaşayan Mirzəbala Mirzəbalayevin tərcümeyi-halı ilə tanış oldu. Sonra isə dərhal şöbənin həyətinə çıxıb maşına mindi və Zülfüqara “Əliabbas Müznib küçəsi 130 nömrəli evin yaxınlığına sürməyi göstəriş verdi.
Zülfüqar dərhal əmrə tabe olub maşını hərəkətə gətirdi və onlar təxminən iyirmi beş dəqiqədən sonra həmin mənzilin yaxınlığına çatdılar. Poladov bir söz demədən maşından düşüb küçə qapısının zəngini basdı. Bir qədər keçəndən sonra təxminən altmış yaşında görünən, saçları qar kimi ağappaq bir qadın qapını açdı. Poladov polis vəsiqəsini göstərdi və qadın dərhal onu içəri dəvət elədi. Poladov əvvəlcə həyətə, ordan da evə keçdi. Qadın ona oturmağa yer göstərdi. Poladov təşəkkür eləyərək oturdu və üzünü qadına tutdu:
-Qönçə xanım?!
Qadın başını tərpətdi:
-Elədir! Mənə qızımdan xəbər gətirmisiz?! Bilirsiz ki, o on aydır itib!
Poladov ətrafa nəzər salıb dilləndi:
-Xeyr Qönçə xanım! Sizə qızınızdan xəbər gətirməmişik!
Qönçə xanım ağlamsındı:
-Axı mən o vaxtı polisə müraciət eləmişdim, qızımın birdən-birə yoxa çıxdığını söyləmişdim! Şəkilini də vermişdim! Amma bir soraq çıxmadı. Nə ölüsündən xəbər çıxdı, nə dirisindən!
Poladov əllərini yana açdı:
-Məsələ burasındadıki, Qönçə xanım, sizin qızınızın itməsi ilə bağlı iş aparan müstəntiq, tək sizin qızınızla bağlı deyil, ümumiyyətlə səhlənkarlığına görə elə dünən işdən azad olunub və işi də məhkəməyə verilib. Buna görə də onun səhlənkarlıq eləyib aça bilmədiyi cinayətləri mən bu gündən etibarən öz öhdəmə götürmüşəm və ilk öncə sizin qızınızdan başlamaq istəyirəm! İndi sizdən bir xahişim var Qönçə xanım! Yəqin ki, evdə qızınızın, həm də tək qızınızın deyil, ailə şəklində və ümumiyyətlə sizin aiiləyə aid olan fotoşəkillər olan albom var. Əgər mümkündürsə həmin albomu gətirin, mən o albomdakı şəkillərə baxmaq istəyirəm!
Qönçə çiyinlərini qaldırdı:
-Nə deyirəm ki..
O, bunu deyib içəri otağa keçdi və bir qədər keçməmiış əlində iri bir albom geri qayıdaraq, albomu masanın üqstünə qoydu:
-Buyurun, nə qədər istəyirsiniz baxın!
Poladov albomu açdı və ilk gözünə dəyən də olduqca gənc bir qızın şəkilləri oldu. O, həmin şəkilləri Qönçə xanıma göstərdi:
-Budumu qızınız?
Qönçə xanım ağlamsınaraq başını tərpətdi:
-Özüdür ki, var! Mənim yazıq, bədbəxt balam! Günün-günorta çağı birdən-birə yoxa çıdı.
Burda Qönçə xanım özünü tuta bilməyib ağlamağa başladı:
-N günahı var idi axı? Kimə nə eləmişdi? Mələk kimi pak, günahsız idi. Axı nəyə, nəyə görə bu dünya bu qədər başayaqdır! Mənim körpə, zavallı balam kimin bəlasına gəldi görəsən?!
Poladov masanın üstündəki qrafindən stakana su töküb ona uzatdı:
-Alın, için Qönçə xanım! Rica edirəm sakit olun! Mən də elə bura bundan ötrü gəlmişəm! İnanıram ki, qızınız sağdı və inşallah yaxın zamanda qızınıza qovuşacaqsınız!
Qönçə xanım yaylıqla gözlərini sildi:
-Siz buna əminsizmi?
-Yüz faiz əmin deyiləm əlbəttə! Çünki insan zatən heç bir şeyə yüz faiz əmin olmamalıdı! Əmin olan ancaq Allahdı! Amma axtaracağıq, narahat olmayın Qönçə xanım!
Poladov bunu deyib yenidən albomdakı şəkillərə nəzər yetirməyə başladı və bir qədər baxandan sonra təxminən iyirmi iki yaşında bir gəncin şəklini ona göstərdi:
-Bu sizin oğlunuzdumu?
Qönçə xanım yenə başını tərpətdi:
-Hə, oğlumdu!
Poladov yenə albomu vərəqlədi və təxminən on beş yaşında bir qızın şəkili ilə rastlaşanda, şəkili Qönçə xanıma göstərdi:
-Bu da qızınızn rəfiqəsidimi?
Qönçə xanım başını buladı:
-Xeyr! Sözün düzü heç bilmirəm bu şəkil bura necə gəlib düşüb! Mən uzun müddətdi, yəni uşaqların atası öləndən sonra bu şəkillərə baxmamışam! Bu qızı da tamamilə tanımıram!
Poladov qızın şəklini albomdan çıxarıb arxasına baxdı. Fotoşəklin arxasında bu sözlər yazılmışdı;-“İradədən Mirzəbalaya yadigar!”.
Poladov yazını oxuyandan sonra şəkli yerinə saldı və üzünü Qönçə xanıma tutdu:
-Əgər təzədəm çayınız varsa, mənə bir stəkan çay verə bilərsizmi?!
Qönçə xanım sanki günah işlədibmiş kimi dərhal əl-ayağa düşdü:
-Hə, əlbəttə! Bu saat!
O, bunu deyib mətbəxə keçdi və Poladov da fürsətdən istifadə eləyib planşetini kəmərindən çıxararaq həmin qızın, yəni İradənin şəklinin əksini köçürdərək planşetini yenə kəmərinə keçirdi.
Bir qədər sonra Qönçə xanım əlində məcməi, məcməidə buğlanan çay, eyni zamanda balaca qabda qənd gətirdi. Poladov ona təşəkkür eləyib dərhal çayı nəlbəliyə tökərək iki qurtum içdi və ayağa qalxıb dedi:
-Təşəkkür edirəm Qönçə xanım! Mən gedirəm, amma inanıram ki, inşallah yaxın zamanda görüşəcəyik!
O, bunu deyib iti addımlarla qapıdan çıxdı və az keçməmiş küçə qapısından çıxaraq maşına oturdu.
Şöbəyə gələn kimi kabinetinə girib masasının altındakı düyməni basdı və ;-”Baş leytnant Qulu Quluzadəni yanıma göndərin”,-dedi. Təxminən üç dəqiqədən sonra təxminən otuz yaşında baş leytnant Qulu Quluzadə onun kabinetinə girdi. Poladov dərhal ona planşetdən İradənin şəklini göstərib dedi:
-Bu qızın şəklini aparatına köçür. O, təxminən bir il iki ay bundan qabaq intihar eləyib. O vaxt intihar eləyən gənc qızların siyahisinə diqqətlə bax! Onun haqqında hər şeyi öyrən! Hansı ünvanda yaşayıb, ev telefonu, mobil telefonu nömrələrini! Dəniz kənarında bağları varmı?! Hətta hansı qəbistanda basdırıldığını!
Quluzadə dərhal İradənin əksini öz aparatına köçürtdü və sağ əlini gicgahının üstünə aparıb hərbi salam verdi:
-Yerinə yetiriləcək cənab polkovnik!
Quluzadə kabinetdən çıxdı və Poladov siqaret yandırıb çəkməyə başladı. Təxminən beş dəqiqədən sonra Quluzadə qayıtdı və yenə polis salamı verib dilləndi:
-Hər şeyi öyrəndim cənab polkovnik! İradə Veysəl qızı! Düz bir il iki ay bundan qabaq şah damarını kəsərək intihar eləyib. Onu Xırdalan qəbistanlığında dəfn eləyiblər! Əlimərdanbəy Topçubaşov küçəsi 65 nömrəli ünvanda yaşayırmış. Valideynləri hələ uşaq ikən ölüblər! Özündən on yaş böyük Elməddin Veysəl oğlu adında bir qardaşı var! Valideynləri rəhmətə gedəndən sonra ona o baxıb! Hansı səbəbdən intihar eləməyi məlum deyil?! Onu da qeyd edim ki, Türkanda dənizin lap kənarında bağları var. 2386-cı bağ. Həm ev, həm də bağ telefonları var. Budur onların nömrəsi..
Quluzadə öz planşetində telefon nömrələrini Poladova göstərdi və Poladov dərhal telefon nömrəərini öz planşetinə köçürtdü. Bundan sonra Quluzadə yenə polis salamı verib kabineti tərk etdi və Poladov bir qədər fikirləşib kabinetdən çıxaraq qapını kilidlədi və elə qapının yaxınlığında dayanmış Nəcməddinə dedi:
-Operativ qrup götür və arxamca gəl!
O, bunu deyib iti sürətlə dəhliz boyu keçərək pillələrlə düşdü, bir qədər sonra binadan çıxıb maşına əyləşərək dilləndi:
-Türkan bağlarına!
Zülfüqar bir söz demədən maşını hərəkətə gətirib şöbənin həyətindəın çıxdı və Türkan bağlarına tərəf istiqamət götürdü. Onların ardınca iki polis maşını da çöbənin həyətindəın çıxdı.
Onlar Türkan bağları Bakı şəhərindən 55 kilometr uzaqda yerləşdiyi üçün ora təxminən bir saat on dəqiqəyə çatdılar və Poladov diqqətlə bağlardakı bir evin arxa divarına baxıb Zülfüqara əli ilə sağ tərəfi göstərdi:
-Bura sür!
Zülfüqar dərhal sükanı hərləyib onun göstərdiyi istiqamətə sürdü və təxminən on beş bağ keçəndən sonra Poladov dilləndi:
-Saxla!
Zülfüqar maşınmı saxladı və Poladov ona;-“Arxamca gəl”-işarəsi verib kəmərindən tapançasını çıxardaraq bağdakı evin qarşısına keçdi və sakitcə qapını döydü. Bir qədər keçəndən sonra bəstəboy, yekə qarın bir kişi qapını açdı. Poladov onu bir söz demədən kənara itələyib içəri girdi. Şeşəbığ içəri otaqda idi və məsələdən xəbər tutan kimi yüyürərək lap içəridəki otağın kilidini açdı və içəri girib Cəmilədən yapışıb əlindəki tapançanın lüləsini onun gicgahına dirədi. Elə bu vaxt Poladovla Zülfüqar həmin otağa girdilər. Şeşəbığ onları görən kimi bağırdı:
-Yaxın gəlsəz, bunu öldürəcəyəm! Silahlarınızı atın yerə! Cəld olun! Əgər mən üç sayana qədər silahlarınızı atmasaz, gülləni bunun gicgahına sıxacağam!
Poladov silah tutan əlini aşağı saldı:
-Yaxşı biz silahlarımızı atırıq yerə! Amma sən də tapançanı qızın gicgahından çək! Bu tapança zarafat sevmir! Açılsa yazıq qız dərhal öləcək! Bu isə sənin ömürlük dustaq olmağın deməkdi!
Şeşəbığ yenə bağırdı:
-Qaçaram, siz məni tuta bilməzsiz!
Operativ qrup, başlarında Nəcməddin artıq orda idilər. Poladov sakitcə dilləndi:
-Hara qaçacaqsan? Onsuz da hara getsən tutacağıq! Ona görə də uşaqlıq eləmə! İndi yalnız bu qızı oğurladığın üçün mühakimə olunacaqsan, amma qızı vursan və qaçsan, onda yeddi başın olsa belə əlimdən qurtara bilməyəcəksən! Mən isə Sübhan Poladovam, bəlkə də eşitmisən! O Sübhan Poladov ki, doğma qardaşı cinayət eləsə belə bağışlamaz!
Şeşəbığ əvvəlkindən də bərk bağırdı:
-Mənə nə var, kim olursansa ol! Məni qandıra bilməzsən!
Elə bu vaxt yaxındakı beşikdən körpə uşağın ağlamaq səsi gəlməyə başladı. Şeşəbığ özündən asılı olmayaraq üzünü beşiyə tərəf çevirdi və Zülfüqara da elə bu lazım idi ki, zaman kəsiyində şığıyıb Şeşəbığın silah tutan qolundan yapışaraq arxaya qardı və Nəcməddin də olduqca cəld atılıb onun əlindən tapançanı aldı. Poladov da öz növbəsində öz tapançasını kəmərinə keçirdib cibindən qandal çıxararaq onun qollarına vurdu və Nəcməddinə göstəriş verdi:
-Apar maşına!
Nəcməddin Şeşəbığın boynundan tutub itələyə-itələyə bayıra apardı. Bundan sonra Poladov möhkləm qorxsa da dərhal bayaqdan ağlayan körpəsini ovundurmaq üçün beşikdən götürən Cəmiləyə yaxınlaşdı:
-Çox qorxdunmu qızım?
Cəmilə körpəni ovundura-ovundura dilləndi:
-Hə, qorxdum! Amma sizə bir söz demək istəyirəm rəis! Məni on ay bundan qabaq bura qaçırdıb gətirib o! Sizdən çox xahiş edirəm..
Poladov onun sözünü ağzında qoydu:
-Bilirəm qızım! Biz də elə bura bunun üçün gəlmişik! Narahat olma, səni ananın yanına, evinizə aparacağıq!
Cəmilə həyəcan içində tələsik soruşdu:
-Anam sağ-salamatdımı?
Poladov başını tərpətdi:
-Şükür ki, sənin itməyin onu çox sarsıtsa da, sağ-salamatdı! Hazırlaş qızım, körpəni yaxşı-yaxşı bələ, gedək! Hava soyuqdu çünki!
Cəmilə sevinc içində dərhal körpəni yenidən beşiyə qoyub tez bir zaman içində isti adyala bükdü və yenidən qucağına götürdü:
-Mən hazır!
Poladov çağanın koppuş sifətinə baxıb gülümsündü:
-Gedək!
Zülfüqar artıq sükan arxasında idi və Poldov Cəmiləni çağası ilə birlikdə maşına mindirib özü dəı həmişəki kimi arxada deyil, Zülfüqarın yanında oturdu. Bu isə Poladovun Cəmilənin ac çağaya rahat süd verməsindən ötrü idi. Zülfüqar da öz növbəsində bunu anlayıb maşını hərəkətə gətirdi və o bu səfər 55 kilometrlik yolu əvvəlkindən on dəqiqə tez, yəni düz bir saata qət etdi.
Cəmilə çağası ilə birlikdə qapıda görünəndə Qönçə xanım əvvəlcə yuxu gördüyünü zənn edib gözlərini sildi, sonra bunun gerçək olduğunu dərk edib iniltili bir səs çıxararaq qızına tərəf gəldi. Poladov yaxınlığda olduğu üçün ana ilə balanın qucağlaşmasını asanlaşdırmaq üçün çağanı müvəqqəti olaraq Cəmilədən aldı və elə bu an Cəmilə ilə Qönçə xanım sarmaşıq kimi bir-birinə sarılıb ağlamağa başladılar.
Heç nə soruşmurdu Qönçə xanım on aydı itgin düşmüş qızından, sadəcə olaraq hərdən minnətdarlıq hissi ilə Poladova baxa-baxa Cəmiləni duz kimi yalayırdı. Bir qədər sonra bu dramatik səhnə bitdi, lakin bunun ardınca bir az da təsirli dramatik səhnə başladı. Belə ki, qızını duz kimi yalamaqdan yorulan Qönçə xanım hələ qırxı çıxmamış nəvəsinə nəzər salınca ondan tamamilə başqa cür inilti çıxdı. O, yalnız indi təəcüb dolu gözlərilə gah qızına, gah çağaya baxdı. Sonra hər şeyi dərk eləyib çağanı Poladovdan alıb bağrına basdı və onu da bir söz soruşmadan qızını duz kimi yalayan kimi yalamağa başladı.
Poladov yalnız bu zaman danışmağı lazım bildi:
-Gözünüz aydın olsun Qönçə xanım! Qızınıza qovuşduz!
Qönçə xanım müvəqqəti olaraq çağanı anasına verib dedi:
-Bilmirəm, bilmirəm sizə necə təşəkkür eləyib! On aydan çox idi ölmüşdüm, siz məni diriltdiz! Həyatımı mənə qaytardız! Dünya durduqca durasız! Allah sizi bütün bəlalardan qorusun!
Poladov gülümsədi:
-Mən kiməm ki, kimisə dirildim! Hamımıza həyat verən, öldürən, dirildən yalnız Allahdır! Hər şey yalnız Uca Allahın hökmülədir. İndi isə icazə versəydiz mən gedərdim! Ancaq sabah yenə qayıdacağam! İstəsəydim məsələni elə bu gün həll edərdim, daha sabah bir də gəlməzdim! Yalnız bəzi şeyləri aydınlaşdırmaq lazımdır! Həm də sabah nəyə görə qayıdacağımın səbəbini şübhə eləmirəm ki, Cəmilə sizə anladacaq! Hələlik!
Poladov bunu deyib oranı tərk etdi. Yenə də çağanı qucağına götürmüş Qönçə xanımla Cəmilə isə evə keçdilər və divanda yan-yana oturub danışmadan bir-birinə qısılıb ağladılar.
Poladov Cəmiləni evlərinə gətirən ərəfədə Mirzəbala evdə yox idi, dəlləyə başını qırxdırmağa getmişdi və evə qayıdarkən küçə qapılarının ağzında pols maşını görüb ayaq saxladı. Ürəyinə nəsə damdığı üçün xəlvət bir yerə keçib güdməyə başladı. Bir qədər sonra Poladov küçə qapısından çıxıb maşına əyləçdi və Zülfüqar maşını hərəkətə gətirib sürüb getdi. Mirzəbala həyətlərində hələ də polislərin ola biləcəyini düşündüyü üçün təxminən on dəqiqə də gözləməli oldu. Amma nəhayət ki, səbri tükəndiyi üçün oğru pişiklər kimi orğun-orğun o tərəf, bu tərəfə baxaraq olduqca ehtiyatla həyəcan içində həyətlərinə girdi, sonra isə ehtiyatla evin qapısını açıb içəri girdi.
O, evə daxil olanda Cəmilə artıq başına gələnləri qısaca şəkildə anasına nəql eləmişdi və Qönçə xanım hələ də çağa qucağında için-için ağlayırdı. Mirzəbala Cəmiləni görən kimi gözləri böyüdü və ona tərəf gəldi:
-Cəmilə, sən sağ imişsən demək?! Biz isə səni ölmüş bilirdik! Harda idin, nəyə görə ilim-ilim itmişdin?
O, bir addım da qabağa gəlib Cəmiləni bağrına basmaq istərkən gözü anasının qucağındakı çağaya sataşdı:
-Uşaq? Bu nə uşağdı belə? Sizdən söz soruşuram, bu nə uşağdı belə?
Qönçə xanım ağlamağını saxlayıb ciddi şəkildə dilləndi:
-Cəmilənin oğludur!
Mirzəbala dərhal qəzəbli bir görkəm aldı:
-Bic doğub demək?!
Qönçə xanım başını tərpətdi:
-Hə, bic doğub!
Mirzəbala bozardı:
-Qoşulub qaçıbmış demək?! İndi çatdı mənə! Ona görə itibmiş bu qancıq!
Qönçə xanım olduqca sərt bir görkəm aldı:
-Ağzını təmiz saxla! O qoşulub qaçmayıb! Sənin bağışlanmaz günahının qurbanı olub!
Mirzəbalanın ağzı əyildi:
-Mənim günahımın?
-Bəli, sənin günahının! Sən dərs dediyin məktəbdə doqquzuncu sinif şagirdi, on beş yaşlı İradə adında qızı yoldan çıxarıb ləkələmisən! Ertəsi gün qız şah damarını kəsərək intihar eləyib! Qızın qardaşı da səndən qisas almaq üçün Cəmiləni qaçırdaraq zorlayıb və düz on ay dustaq kimi saxlayıb! Amma intəhasız şükürlər olsun Allaha ki, Cinayət Axtarışları Şöbəsinin rəisi Cəmiləmi tapıb mənə qaytardı. Allahdan qorxmadınmı o bədbəxt qızı ləkələyəndə?! Sən nə qədər iyrənc bir adam imişsən! Sənin yerinə kaş bir gözü kor, bir qıçı çolaq, beli qoz, bir qulağı da kar bir qızım olaydı! Tfu sənə! Özün də utanmırsan, utanıb-qızarmadan özünü qeyrət-namus mücəssəməsi kimi göstərmək istəyirsən! Cəhənnəm ol gözümün qarşısından! Yoxsa səni parça-parma eləyərəm!
Qönçə xanım bunu deyib çağanı Cəmiləyə verərək ayağa qalxdl və dərhal masanın üstündəki iri vazı götürüb başının üstünə qaldırdı:
-Əgər bu dəqiqə gözümün qarşısından rədd olmasan beynini dağıdaram!
Mirzəbala işinin şuluq olduğunu görüb dərhal həyətə çıxdı və bir kənarda dayanıb siqaret yandırıb çəkməyə başladı.
* * *
Elməddin dindirilmə otağna gətiriləndə Poladov hələ otaqda deyildi. Lakin bir dəqiqə keçməmiş otağa daxil olub onunla üzbəüz əyləşərək üzünü ona tutdu:
-Elə bilirdin ələ keçməyəcəksən?
Elməddin başını aşağı salmışdı və Poladov bunu deyəndən sonra ağır-ağır başını qaldırdı:
-Onun qardaşı mənim on beş yaşlı bacımı ləkələmişdi və bacım intihar eləmişdi. Mən bunun hayıfını ondan hökmən almalıydım rəis!
-Bacısı vasitəsi iləmi?
-Hansı vasitə olursa olsun?! Yoxsa ürəyim partlaya bilərdi! Valideynlərim öləndə bacım hələ çox balaca idi. Amma mən onu yetimlər evinə vermədim! O vaxt mən yeniyetmə idim! Məktəbi atdım, gah şəhərin maşınlar gur olan yerlərində maşın şüşələri sildim, gah xırda-mırda şeylər alıb-satdım! Gah metallom yığanların yanında hamballıq elədim, gah inşaatçılar üçün palçıq qarışdırdım, amma bacımı böyütdüm. Özüm oxumadım, amma onu hər gün sevinə-sevinə məktəbə yola saldım! Özüm yemədim, ona yedizdirdim! Onu bir bacı kimi yox, qızım kimi bağrıma basıb əizilədim! Qollarımın üstündə böyütdüm! Amma o Mirzəbala alçaq mənim ləkəsiz bacımı aldadıb ləkələdi. Bunun ertəsi günü bacım şah damarını kəsib intihar elədi. Mənə inanmırsansa rəis, al bu məktubu oxu! Onu bacım öləndən sonra həmişə yanımda gəzdirirəm!
O, pencəyinin qoltuq cibindən qatlanmış bir kağız çıxarıb Poladova uzatdı. Poladov kağızı alıb dərhal açdı. Kağızda bu sözlər yazılmışdı;-“Mənim üstümdə çox əziyyət çəkdin! Mənə tək böyük qardaş yox, həm də ana, ata oldun! Lakin mən sənə layiq ola bilmədim, sənin ümidlərini doğrulda bilmədim! Bizə məktəbdə yenicə dərs deməyə başlamış Mirzəbala məni yoldan çıxarıb yağlı sözlər dedi! Mən onun mənim məktəbi qurtaracağımı gözləyəcəyini, sonra isə gəlib məni səndən istəyəcəyini düşünərkən dərsdən sonra boş sinifdə qəfildən... Arxasını özün anladın canım qardaşım! Mənə görə ondan intiqam alma! Qoy Allah versin onun cəzasını! Mən isə bu biyabırçılıqdan sonra bu dünyada yaşaya bilmərəm! Məni bağışla Elməddin! Mən öləndən sonra mənə görə ağlama!”
Məktubu oxuyan zaman Poladovun özündən asılı olmayaraq gözləri dolmuşdu. Odur ki, o, məktubu qatlayaraq cibinə qoyub özünəməxsus olmayan aşağı səslə dilləndi:
-Bu məktubu sənin işini aparan müstəntiqə verəcəyəm! Şübhə eləmirəm ki, bu məktub sənin işinin yüngülləşməyinə yardımçı olacaq! Mirzəbalanın isə cəzası çox ağır olacaq! Amma sən də hər halda intiqamını onun heç bir günahı olmayan bacısından almamalıydın! Polisə müraciət elələydin gərək! Elə təkcə bu məktib onun ən azı səkkiz il azadlıqdan məhrum olması üçün bir əşyayi-dəlil olacaqdı. Amma indi tutalım səni məhkəmədə müdafiə eləyən vəkil nə qədər əlləşsə də cəza müddətini səkkiz ildən aşağı sala bilməyəcək! Çünki cinayət məcəlləsinin insan oğurluğu maddəsi ilə məsuliyyətə cəlb olunmusan!
* * *
Ertəsi gün Poladov dediyi kimi Cəmilə gilə gəldi və qapıda onu elə Cəımilə özü qarşıladı. Çağa yenə nənəsinin qucağında idi və Qönçə xanım Poldovu görən kimi çağanı anasına verib ona yer təklif elədi:
-Buyur rəis, otur!
Poladov təşəkkür edib oturdu və nəsə demək istəyirdi ki, Qönçə xanım onun sözünü ağzında qoydu:
-Bilirəm neyçün gəlmisən rəis! Mən də sənin yerinə olsaydım, elə-belə də eləyərdim!
Poladov içəri otağın qapısına nəzər saldı:
-Evdədimi?
Qönçə xanım başını tərpətdi:
-Evdədi!
Elə bu vaxt Mirzəbala içəri otaqdan çıxdı və Poladovu görən kimi rəngi qaçdı. Poladov onu təpədən-dırnağa qədər süzdü:
-İstəmirəm ananın yanında qollarına qandal vuruim! Bu mənə ağır gəlir! Suzumusansa, bir stəkan çay iç, gedək!
Mirzəbala təlaş içində soruşdu:
-Hara?
Poladov sakitcə dilləndi:
-Cinayət Axtarışları Şöbəsinə!
Mirzəbala əllərini yana açdı:
-Nəyə görə?
-Özün yaxşı bilirsən nəyə görə?!
-Axı mən neyləmişəm?
Bu dəfə Qönçə xanım dilləndi:
-Bir il iki ay bundan qabaq on beş yaşlı İradə adında şagirdini ləkələmisən və qız ertsi günü şah damarını kəsərək intihar eləyib! Deməli on beş yaşında qız sənin alçağlığın ucbatından həyatına qəsd eləyib! Ona görə də cəzanı çəkməlisən!
Mirzəbalanın gözləri böyüdü:
-Ana..
Qönçə xanım ona yaxınlaşdı:
-Kəs! Mən sənin anan deyiləm! Mənim övladım heç vaxt belə iş tutmazdı! Yəqin doğum evində səhv düşmüsən!
Bunu deyəndən sonra Qönçə xanım üzünü Poladova tutdu:
-Götür apar rəis! İstəyirsən öldür, istəyirsən bas qoduğluğa getsin! Mənə belə övlad lazım deyil! Elə biləcəyəm ki, əvvəldən heç olmayıb!
Poladov Mirzəbalaya yaxınlaşıb zəhmli gözlərilə ona baxdı. Artıq qorxudan az qala şalvarını batıran Mirzəbala titrəyə-titrəyə onun qabağına düşdü. Bir qədər sonra Poladov onu maşına mindirdi və Zülfüqar maşını hərəkətə gətirib şöbəyə tərəf istiqamət götürdü.
CAVABSIZ ELANİ-EŞQ
Xədicə yuxarıda deyildiyi kimi hələ də güclü bir vahimə içində idi. Sirrini Dürdanəyə açandan sonra isə vahiməsi birə-iki artmışdı. O içini dağıdan sirri çox inandığı və etibar elədiyi köhnə rəfiqəsinə açıb bir tərəfdən rahatlansa da, o biri tərəfdən buna görə peşman olmuş və Dürdanənin ağzından söz qaçırda biləcəyindən qorxuya düşdüyü üçün güclü təlaş keçirməyə başlamışdı. Elə buna görə də təzyiqi tez-tez qalxırdı, lakin Dürdanə ona təzyiq salan dərman verdiyindən, dərhal dərmanı atıb təzyiqini nisbətən aşağı salırdı və artıq iki gecə idi ki, gecə gözünü belə qırpa bilmirdi.
Dürdanə səhər Şəfəqə dəyəndən sonra Xədicənin yanına gəldi. Xədicə ona yazığ-yazığ baxırdı. O, Xədicənin güclü təlaş içində olduğunu gözlərindən dərhal hiss eləyib, yanında əyləşərək əlindən tutdu:
-Sənin çox qorxduğun o şeşəbığ Elməddin artıq həbs edilib və onun on ay bundan qabaq qaçırdığı Cəmilə də azad edilərək anasına qovuşub! Özün də ürəyini buz kimi elə! Çünki Elməddin onun bu gizli cinayətinin üstünün açılmasının əsas səbəbkarı sən olduğunu qətiyyən anlamayıb! Birdə ki, ona ən azı səkkiz il iş kəsəcəklər! Bu müddət ərzində də həbsxanada muma dönəcək! Bilirsən ki, nə olursa-olsun, tək elə huquq mühafizə orqanları tərəfindən deyil, həbsxanadakı dustaqlar da qız oğurlayanlara yaxşı baxmırlar. Yəqin ki, onun həbxsana həyatı zillətlər içində keçəcək!
Xədicənin heyrətdən gözləri az qala hədəqəsindən çıxırdı. O, Dürdanəyə elə baxırdı ki, sanki qarşısında insan deyil, qar kraliçası oturub. Odur ki, bir müddət nəsə demək istəsə də, boğazı quruduğu üçün səsi çıxmadı və nəhayət səs tellərini cəm eləyə bildi:
-Sən bunu özün gedib polisə danışdın?!
Dürdanə başını tərpətdi:
-Hə!
-Axı mənə söz vermişdin!
-Söz vermişdim, amma səni düşdüyün qorxu qəfəsindən azad eləməkdən ötrü polisə bu barədə məlumat verməyi lazım bildim!
-Cinayət Axtarışları Şöbəsinə getdin demək?!
Dürdanə başını buladı:
-Yox, ora getmədim!
-Zəng vurub dedin?!
-Zəng də vurmadım!
-Bəs necə elədin?
-Heç necə! Çünki mənim qardaşım Zülfüqar polisdi.
Xədicə onun qollarından tutdu:
-Zülfüqar polisdi?
-Hə! Daha doğrusu Cinayət Axtarışları Şöbəsinin rəisi Sübhan Poladovun sürücüsüdü! Amma həm də polis çavuşudu.
Xədicə əllərini Dürdanədən ayırıb başına apardı:
-Aman Allah, mən nə qədər key imişəm!
Bu dəfə Dürdanə onun qollarından tutdu:
-Key niyə?! Mən bu barədə sənə heç nə deməmişdim və belə olan halda sən bunu hardan bilə bilərdin?!
Xədicə köksünü ötürərək gözlərini yumub-açdı və Dürdanəni bağrına basdı:
-Çox sağ ol bacı, çox sağ ol! Aman ya Rəbbim! Bilsəydin içim nə qədər rahatlandı! Həm də elə o bədbəxt qıza, Cəmiləyə görə! Bilsən əgər nə qədər savab iş görmüsən?! İki gecə idi yata bilmirdim, təzyiqim qalxırdı düşürdü. Amma indi o qədər rahatlandım ki, əminəm ki, daha təzyiqim həddini aşmayacaq, çünki daha buna bir səbəb yoxdur!
Bundan sonra o əllərini Dürdanədən çəkib başqa bir kətildə oturdu:
-Bir aydan yuxarıdı yeməyi belə bilmirəm ağzıma yeyirəm, yoxsa burnuma?! Fikirlərimi hey başqa səmtə yönəltmək istəyirəmsə alınmır ki, alınmır. Gah o Şeşəbığın, gah Cəmilənin, gah da çağanın sifətləri gəlib durur gözümün qabağında. Özüm də hər gün bəlkə yüz dəfə lənətləyirdim ki, cinayəti bilə-bilə, gözümlə görə-görə bu barədə polisə xəbər verməyə acizəm! Sən məni sanki qırx arşın quyunun dibindən çəkib çıxardın Dürdanə! Nə yaxşı, nə yaxşı ki, Allah səni yenidən mənim qarşıma çıxardı. Yoxsa bu sirr və qorxu hissi yəqin ki, bir müddət sonra məni öldürəcəkdi. Allah səni xoşbəxtlərin xoşbəxti eləsin mənim əziz bacım!
Bundan sonra onların söhbəti, daha doğrusu Xədicənin minnətdarlığı, duası təxminən on dəqiqə də çəkdi və Dürdanə işinin başına dönməkdən ötrü otağı tərk elədi.
* * *
Oqtay isə Dürdanəni görmək üçün hər gün işdən sonra Şəfəqin yanına gəlirdi. Valiyenləri və nənəsi də bunu bacısına olan qayğısı kimi anladıqlarına görə çox məmmun olurdular. Onların Oqtaydan razılığı həm də ona görə idi ki, o, onların işini yüngülləşdirirdi. Hər gün işdən sonra evə gələrək anasının və nənəsinin bişirdiyi ləziz təamlardan götürüb yola düzəldiyindən onların 30 kilometr məsafəni tez-tez ölçməkdən qurtarır, ən əsası isə daha Şəfəqdən nigaran qalmamaları üçün vasitəçi olurdu.
Şəfəq isə bu barədə ona gündə ən azı iki dəfə gəlib dəyən Dürdanəyə heç bir söz söyləməmişdi. Bunun birinci səbəbi o idi ki, Oqtayın necə deyərlər öz dili var idi, özü də bunu Dürdanəyə özü desəydi daha yaxşı olardı, çünki bilirdi ki, qızlar vasitəçi ilə onlara eşq elan olunmağını heç xoşlamırlar, ikinci səbəb isə birdən valideynlərinin, nənəsinin bu sevdaya razı olmadığlarını düşündüyü üzündən idi. Belə ki, evin kiçiyi olduğu halda necə deyərlər burnunun girmədiyi yerə başını soxub özünü hörmətdən salmaq istəmirdi.
Maşını bayırda saxlayıb sanatoriyanın həyətinə girən kimi gözü Dürdanəni axtarırdı Oqtay və artıq günlərdir ki, hələ axtardığını tapa bilmir, bir qədər də o tərəf, bu tərəfə nəzər salıb sanatoriyanın binasına daxil olub pillələri qalxa-qalxa yenə gözləri Dürdanəni arayırdı. Burda da dəlicəsinə aşiq olduğu qızı tapa bilməyib bacısının dincəldiyi otağa daxil olurdu. Tərslikdən o Şəfəqin yanında olarkən Dürdanə ora gəlmirdi və bundan üzülən Oqtay təxminən bir saat bacısının yanında oturub adəti üzrə alnından öpərək otağdan çıxıb yenə də sevdiyinin axtarışına davam edirdi, fəqət yenə də Dürdanəni görmürdü ki, görmürdü. Lakin görməsə də hər dəfə yenə ümidlə gəlirdi Oqtay ora və ümid edirdi ki, yenə o ağ xalatda qu quşuna bənzəyən gözəli yenə görəcək!
Bu gün də yeni bir ümidlə Oqtay sanatoriyanın həyətinə daxil oldu. Sanatoriyanın binasına radio qovşağı bənd edildiyi üçün daim orda aşağı səslə muğam parçaları, lirik mahnılar, eyni zamanda klassik musiqi səsləndirilirdi. Bu gün isə məhşur bir müğənninin ifasında yüz il bundan qabaq “Qafqaz İslam Ordusu” Azərbaycanı erməni işğalçılarından xilas etmək məqsədi ilə vətənimizə gələrkən türk əsgərlərinin azərbaycanlı əsgərlərlə birlikdə şən ovqat yaratmaq üçün oxuduqları, Anadolu ilə Azərbaycanda müştərək yaranan qədim bir şərqini oxuyurdular:
Bağçaçı, ay bağçaçı, bağçabağı bağlama,
Məni qapı dalında, boynu bükük saxlama.
Bağçalarda güllər var, sevdalı könüllər var.
Mənim yarım bağçaların çiçəyi,
Başında var ipək güllü ləçəyi.
Mənim yarım bağçabağda qızıl güllər içində,
Bədirlənmiş aya bənzər, ən gözəl bir biçimdə.
Nəqarat:
Bağçaçı, Bağçaçı, aç bağçanı,
Arabaçı, Arabaçı, sür arabanı,
Halvaçı, Halvaçı çal halvanı,
Aşiq olmuşam, vay-vay,
Dərdə düşmüşəm.
Bağçaçı, ay bağçaçı, bağçabağın barı var,
Sevda bağçalarının solmayan baharı var.
Bağçaçı, bağçaçı aç bağçanı,
Yarım könlümün dərmanı,
Bağçaların gülü-reyhanı,
Aşiq olmuşam vay-vay,
Dərdə düşmüşəm vay-vay.
Bağçaçı ay bağçaçı,
Mənim dərdim çox acı,
Aç bağçanı bir çələng hörüm yenə,
Nigarımı bir daha görüm yenə.
Şərqi sanki elə Oqtayıdan ötrü bəstələnmişdi. Odur ki, gözü Dürdanəni araya-araya şərqi bitənə qədər ona qulaq asdı və şərqi bitən kimi sanatoriyanın binasına daxil olmaq istəyirdi ki, Dürdanə özünəməxsus incə addımlarla ordan çıxdı. O, yenə həmişəki kimi işıq saçırdı sanki.
Bura gələndə gözləri daim onu arayan Oqtayın indi onu görən kimi özündən biixtiyar nəhəng varlığı titrədi. O, gülümsəməyə çalışsa da bacarmadı və udqunaraq dilləndi:
-Hər vaxtınız xeyir Dürdanə xanım!
Dürdanə onun uca qamətinə baxdı:
-Aqibətiniz xeyir Oqtay müəllim! Şəfəq mənə deyib ki, hər gün onun yanına gəlirsiz, bu olduqca təqdirəlayiq bir işdi! Düzdü Şəfəq xəstə deyil, çoxdan sağalıb. Lakin tək xəstələr yox, ümumiyyətlə insanlar doğmaları onların yanında özlərini çox xoşbəxt hiss eləyirlər. Bu səbəbdən də hər gün onun yanına gəlməyiniz onu olduqca məmmun edir!
Oqtay nə qədər təmkinli olsa da, bu dəfə fürsəti fövtə vermək istəmədi və düşündü ki, ona ürəyini açmaq üçün çox yaxşı məqamdır. Odur ki, sıxıla-sıxıla dilləndi:
-Siz haqlısız Dürdanə xanım! Həqiqətən də Şəfəq hər dəfə məni görəndə olduqca məmmun olur! Amma mənim hər gün bura gəlişim təkcə bacımla bağlı deyil! Bunun başqa səbəbi də var!
Dürdanənin qaşları çatıldı:
-Başqa bir səbəbi var?
Oqtay başını tərpətdi:
-Hə, başqa bir səbəbi var!
Dürdanə təəcüblə soruşdu:
-Əgər bunun səbəbini sizdən soruşsaydım məndən inciməzsiz ki?!
Oqtay başını buladı:
-Heç vaxt!
-Onda deyin, nə imiş bu səbəb?
Oqtay bir qədər susub köksünü ötürdü:
-Siz!
Dürdanənin onsuz da iri gözləri sanki bir xeyli də böyüdü:
-Mən?
-Bəli siz!
-Mən niyə?
-Çünki mən sizə aşiq olmuşam! Bura həm bacımı, həm də sizi görməyə gəlirəm! Hərçənd ki, bacımı görmək mənə hər gün nəsib olsa da, sizi tez-tez görmək mənə qismət olmur. Amma çox şükürlər olsun Allaha ki, bu gün sizi gördüm vəı qəlbimi sizə açdım! Əlbəttə, siz mənim eşqimə yox da deyə bvilərsiz! Bu sizin öz işinizdir, lakin ən əsası odur ki, ürəyimi yüngülləşdirdim! Yoxsa sizi ilk dəfə görəndən bəri ürəyimdə fırtınılar qopmaqdadır! Sizə də çox minnətdaram ki, qızıl saniyələriniz ayırıb məni dinlədiz! İndi isə çox xahiş edirəm mənim eşqimi qəbul edib-etmədiyinizi bildirin! Əgər hələ fikirləşmək istəyirsizsə, bu da sizin öz işinizdir! Mən istədiyiniz qədər gözləyə bilərəm!
Dürdanə duruxub qalmışdı və əvvəl bir müddət nə deyəcəyini bilməsə də, nəhayət özünü ələ alıb aşağı səslə dilləndi:
-Mən bilirəm ki, siz çox yaxşı oğlansız! Savadlı, tərbiyəli, həm də Şəfəqdən eşitmişəm ki, ibadətlə məşğul olursuz! Lakin mən sizin bu təklifinizə heç vaxt müsbət cavab verə biumərəm!
Oqtay həyəcanla soruşdu:
-Niyə?
-Çünki mən ərdə olmuşam Oqtay! Siz isə subaysız, yəni heç vaxt evli olmamısız!
Oqtayın gözlərindəki kədər indi bir qədər də dərinləşdi:
-Mən qəbul eləyirəm Dürdanə xanım! Bilirsiz, mən dini kitablar da çox oxumuşam və bilirəm ki, İslam ehkamlarına görə subay bir kişinin ərə gedib boşanmış bir qadınla evlənməyi heç də eyib sayılmır!
-Lakin bizdən əvvəlkilər yetmiş ildən yuxarı sosializm ideologiyasının təsiri ilə həyat sürüblər. Odur ki, İslam ehkamlarını çoxdan unudublar və bunu da yaxşı bilirsiz ki, cəmiyyətimiz heç vaxt evli olmamış bir kişinin ərdə olmuş qadınla evlənməyinə çox pis baxır və mən ilk növbədə düşünürəm ki, sizin valideynləriniz bu nigaha heç vaxt razı olmaz!
-Onlar sizin haqqınızda çox müsbət fikirdədilər Dürdanə xanım!
Dürdanə başını buladı:
-Nə olsun ki?! Nə qədər müsbət fikirdə olsalar mən onların gözündə ərə gedib boşanmış bir qadınam! Odur ki, bu işə heç vaxt razılıq verməzlər! Buna görə də özünüzü üzməyin Oqtay müəllim! Çıxarın məni ürəyinizdən! Mən sizə layiq deyiləm! Şəfəq deyir ki, siz olduqca qətiyyətli, polad iradəli, təmkinli bir adamsız! Ona görə də düşünürəm ki, bunu bacaracaqsız! Hələlik!
Əslində illərlə keçirdiyi məşəqqətlərdən sonra tamamilə ərə getmək fikrində olmayan, Oqtaya qarşı olan müsbət fikirlərini boğub onun elani-eşqinə mənfi cavab verib, bununla da ilk növbədə özü-özünü aldadan Dürdanə bunu deyib uzaqlaşdı. Oqtayın isə üstünə durmadan qaynayan su töksəydilər bu qədər əzab çəkməzdi. İndi onun sifətində nə nəhəng qamətinə, nə olduqca ağır xasiyyətinə uyğun olmayan bir ifadə var idi. Həmişə qəlbində özünü əyilməz hesab eləyən Oqtay sanki indi xeyli cılızlaşmışdı. Odur ki, bir qədər durduğu yerdə durub aciz, zəif bir halda binaya girib pillələrlə qalxdı və bir qədər gedəndən sonra bacısı dincələn otağa daxil oldu!
Həmişə otağa girən kimi bacısının alnından öpən Oqtay bu dəfə bunu eləmədi və Şəfəq də tək bundan deyil, qardaşının sifətindəki sanki dünyası dağılmış ifadəni görüncə nə qədər gənc olsa da, öz zərif cinsə məxsus həssaslığı ilə onun eşqinin daşa dəydiyini anladı və qardaşına yaxınlaşıb həzin səslə dilləndi:
-Mən şübhə eləmirəm ki, o, sənə özünü sıramaq fikrinin formalaşmamasından ötrü sənin eşqinə müsbət cavab verməyib! Düşünürəm ki, əgər ərdə olmasaydı dərhal sənin elani-eşqinə müsbət cavab verərdi.
Oqtay balaban avazını xatırladan bir səslə dilləndi:
-Onu görənə qədər sevgini, eşqi əfsanə hesab eləyirdim bacı! Lakin o mənim ruhumu dəyişdi. Mən onsuz da nə qədər istəsəm də heç cürə onu beynimdən çıxarda bilməyəcəm bacı! Əlbəttə, Allah ömür qismət eləsə yaşayacağam, amma daim xoşbəxtlik hormonları məndən uzaq olacaq! Gülsəm, boğazdan yuxarı güləcəyəm! Bir sözlə qəlbim heç vaxt şənlənməyəcək, sevinməyəcək! Allahın mənə verdiyi ömrü ruhum əzab çəkə-çəkə yaşayacağam!
Şəfəq qardaşının heç vaxt yalan danışmadığını, indi də ərköyünlük eləmədiyini çox yaxşı bilirdi, odur ki, canından çox sevdiyi qardaşının halına çox acıyıb özündən asılı olmayaraq ağlamağa başladı.
Oqtay onu bağrına basıb dedi:
-Mənə görə özünü üzmə bacı! Sənin xoşbəxt olmağa haqqın var! Bu mənim taleyimdir! Mən bu taleyi özüm seçdim, kimsə mənə zorla bunu sıramadı! Görünür taleyim belə yazılıbmış!
Şəfəq ağlaya-ağlaya dilləndi:
-Onu özümə bacı bildim! Çox inandım ona! Amma belə görünür ki, o da əksər insanlar kimi vicdansız, qəlbsiz imiş! Onun haqqında yalnış düşünmüşəm demək!
Oqtay acısının ipək tellərini sığalladı:
-Yox Şəfəq! O, bir çoxları kimi vicdansız, qəlbsiz deyil! O, həyat imtahanından çox şərəflə çıxmış biridir! Bu ürəkdi, ürəyə isə hökm eləmək olmaz! Tutalım sən, sevmədiyin bir adamın eşqinə müsbət cavab verərsənmi?! Əlbəttə yox! Dürdanə də məni sevmir və buna görə də onu qətiyyən qınamaq olmaz! Onu da bil ki, bacı, eşqimin daşa dəydiyinə görə nə qədər məşəqqətlər çəksəm də, nə qədər ki, sağam, həmişə yanında olacağam! Ona görə də ağlamağına son qoy! Çünki göz yaşları sənin qənirsiz çöhrənə qətiyyən yaraşmır!
Təxminən yarım saatdan sonra Oqtay bacısının otağını tərk etdi və sanatoriyanın binasından çıxan zaman ya xoşbəxtlikdən, ya da bədbəxtlikdən bu gün ikinci dəfə yenə Dürdanə ilə rastlaşdı. Dürdanə ani olaraq onun üzünə nəzər salıb ötüb getdi. Oqtay isə olduqca məyus halda bir qədər onun arxasınca baxıb yoluna davam elədi və bir qədər sonra bayırda saxladığı maşınına əyləşib şəhərə tərəf istiqamət götürdü.
* * *
Ertəsi gün saat on iki radələrində Dürdanə, Şəfəq üçün ayrılmış otağa girdi və Şəfəq onu görüncə özündən asılı olmayaraq incik halda üzünü başqa səmtə çevirdi. Dürdanə də öz növbəsində bunun səbəbini dərk edərək ona yaxınlaşıb dilləndi:
-Sənin məndən inciməyə haqqın var! Ancaq..
Lakin Şəfəq ona sözünü davam eləməyə imkan vermədi:
-Sən onun eşqini rədd elədin, əlbəttə sənin də buna haqqın var! Amma bu onun bütün həyatını məhv eləyəcək! Mən qardaşımı çox yaxşı tanıyıram! Şam kimi əriyəcək! İncimə Dürdanə, mən daha səni görmək istəmirəm! Səni həqiqətən də bacı kimi sevdim! Mənə həddindən artıq şirin göründün! Amma qardaşımı daha çox sevirəm və onu üzən bir adamı qiyamətə qədər görmək istəmirəm! Özüm də günü bu gün sanatoriyanı tərk edəcəm ki, qardaşım da bir daha səni görməsin!
Dürdanə olduqca pərt halda nəsə demək istədi. Lakin Şəfəq ona otağın qapısını göstərdi:
-Bu bizim son görüşümüzdü! Odur ki, daha bu otağı tərk et!
Dürdanə bir söz demədən özündən asılı olmayaraq xısın-xısın ağlaya-ağlaya otağı tərk etdi. Şəfəq isə zatən qəlb sındıran bir qız olmadığı üçün onun həm onun qəlbini qırmağına, həm də bundan sonra həyatı əzablar içində keçəcək qardaşına görə zülüm-zülüm ağlamağa başladı.
CƏSUS
Rəvanənin ruhi xəstəxanaya verilməsinin artıq altı ayı tamam olmuşdu ki, Ayşən onu öz otağına gətirib ona oturmaq üçün yer göstərdi. Rəvanə ona təşəkkür edib oturdu. Ayşən bir qədər ona nəzər salıb fahişəlik elədikləri vaxtlarda olduğu kimi gülümsədi:
-Necəsən gözəl?
Rəvanə onun təbəssümünə tbəssümlə cavab verdi:
-Yaxşıyam gözəl!
Ayşən masanın üstünə qoyduğu metal siqaret qutusunu açıb ABŞ istehsalı olan siqaret götürürək damağına qoyub alışqanla alışdırdı:
-Bilirəm, sən əvvəldən siqaret xoşlamamısan, ona görə də sənə təklif eləmədim!
Rəvanə gülümsündü:
-Bir vaxtlar xoşlamırdım, amma həbsxana həyatı məni siqretlə yaxından tanış eləməyə başlayandanb sonra xoşlamağa başladım!
Ayşən tüstünü ciyərlərinə çəkib siqaret qabını ona uzatdı:
-Yaxşı eləyirsən ki, xoşlayırsan! Bu insanı qəm-qüssələrdən azad eləyir! Özünü necə hiss eləyirsən?
Rəvanə bir dənə siqaret götürdü
-Əla!
-Mənə elə gəlir ki, vaxt gəlib çatıb! Daha səni burdan buraxmaq olar!
Rəvanə masanın üstündəki alışqanı götürüb siqretini alışdırdı:
-Səndən o qədər razıyam ki.. Amma heç bilmirəm hara gedəcəm! Gedəsi yerim yoxdu çünki.. Birdə ki, o Sübhan Poladovdan çox qorxuram! Əgər onunla qarşılaşsam, gözlərimə baxan kimi mənim heç bir xəstəlik keçirmədiyimi dərhal hiss eləyəcək! O başqaları kimi deyil! Çox hiyləgərdi, çox!
Ayşən seyfini açıb ordan təxminən elə Rəvanə yaşda bir qadın fotoşəkli çılxarıb Rəvanəyə göstərdi:
-Sənin üzündə plastik əməliyyat aparılacaq və sən bu şəkildəki qadına oxşayacaqsan! Ona görə də tək Poladov deyil, doğma atan da qəbirdən dirilib gəlsə səni tanımayacaq!
Rəvanə heyrətlə soruşdu:
-Plastik əməliyyat aparılacaq?!
-Hə, plastik əməliyyat aparılacaq və sənə yeni şəxsiyyət vəsiqəsi veriləcək! Başqa ad altında yaşayacaqsan! Yəni bu şəkildəki qadının adı altında. Narahat olma! Əslində həyatda belə bir qadın yoxdu! Bunu güclü proqramçı kompyüter vasitəsi ilə eləyiblər və həmin proqramçı da sənin üçün gerçək şəxsiyyət vəsiqəsindən tamamilə fərqlənməyən şəxsiyyət vəsiqəsi düzəldəcək!
Rəvanə bir qədər susub soruşdu:
-Bu çox yaxşıdı Ayşən! Amma icazə versəydin soruşardım ki, bütün bunlar nədən ötrüdür?
Ayşən siqaretinə yenə dərin bir qullab vurdu:
-Sənin özündən ötrü! Mən istəyirəm sən yeni bir həyata başlayasan, özü də azad, rahat, firavan bir həyata! Görürsən, burda da sənin üçün hər bir şəraiti yaratmışam!
Rəvanə əllərini yana açdı:
-Bilmirəm sənə necə minnətdarlıq eləyim Ayşəncan! Onsuz da sənin mənə elədiyin yaxşılıqları dillə ifadə eləmək mümkün deyil! Bunun haqqını da heç bir şeylə ödəmək olmaz!
Ayşən siqaretin külünü masanın üstündəki külqabıya boşaltdı:
-Mənə minnətdarlıq eləmək lazım deyil! Özün bilirsən ki, səni çox istəyirəm! Ona görə də əlimdən gələni sənin üçün eləyirəm və lazım olsa yenə də eləyəcəyəm! Mən istəyirəm sən həm də intiqam alasan!
Rəvanə yenə təəcüb etdi:
-Kimdən?
-Düşmənlərindən! Yəni sənin həyatını bütünlüklə alt-üst edən Zülfüqardan və Sübhan Poladovdan!
Rəvanə həyəcan içində dilləndi:
-Amma bu çox təhlükəlidi! Poladov yırtıcıdı! Məni parçalayar!
Ayşən yenə siqaretinə dərin bir qullab vurdu:
-Parçalaya bilməz! Çünki bayaq da dedim, sənin sifətini elə dəyişəcəklər ki, kimsə səni tanımayacaq və nəinki kimsə tanımayacaq, bir müddət özün-özünü belə tanımayacaqsan!
O, bunu deyib siqaretin külünü külqabıya boşaltdı:
-Sən həm də yüz faiz əminəm ki, intiqam hissi ilə yaşayırsan, düzdümü?!
Rəvanənin gözləri yalnız indi güclü nifrət ifadə elədi:
-Düzdü Ayşəncan, düzdü! Zülfüqar əvvəlcə mənim bütün ümidlərimi puç elədi, sonra da Poladovun qarmağının mənə ilişməsinə vasitəçi oldu. Poladov isə tuği-lənət olub boğazıma keçdi və məhz onlar ikisi mənim xoşbəxt həyatımı tamamilə baş-ayaq çevirdilər! Bəli, mən intiqam hissi ilə yaşayıram və onların qanını da içsəm, uf demərəm!
Ayşən siqaretin kötüyünü külqabıya basdı:
-Mən də elə məhz buna görə istəyirəm ki, sən onlardan intiqam alasan və bilirm ki, intiqam alsan, ürəyin soyuyacaq, bu isə sənin ömrünü uzadacaq, bədənindən yalnız xoşbəxtlik hormonlarının ifrazı üçün güclü şərait yaradacaq. Xoşbəxtlik hormonlarının daimi ifrazı isə insanın bədənində elə güclü imunitet yaradır ki, insan hətta ən çox yayılan qrip xəstəliyinə belə tutulmur!
Rəvanə bir qədər düşünüb dilləndi:
-Amma intiqam alandan sonra axı mən yenə polis tərəfindən yaxalana bilərəm! Bu dəfə isə məni dörd divar arasına salsalar, bağrım o dəqiqə çatlayar!
Ayşən çantasından kiçik bir güzgü çıxarıb öz şeytani sifətinə baxdı:
-Narahat olma Rəvanəcan! Mən sənə bunun yolunu elə öyrdəcəyəm ki, sənin bu iki nəfərin qatili olmağından kimsə şübhələnməyəcək! Özü də bu sənin üçün o qədər də çətin olmayacaq, çünki Zülfüqar artıq neçə vaxtdır ki, Sübhan Poladovun sürücüsüdür!
Rəvanənin həm təlaş, həm də əsəbilik ifadəsi ilə qaşları çatıldı:
-Sübhan Poladovun sürücüsüdür!
-Hə!
Ayşən bunu deyib seyfindən yenə bir fotoşəkil çıxarıb ona göstərdi:
-Bu Zülfüqarın bacısı Dürdanədir! Yəqin Zülfüqardan vaxtilə onun haqqında eşitmişdin! Vaxtilə ərdə olub! Sonra əri ilişib, həbsxanadadır! Dürdanə hal-hazırda qardaşı Zülfüqarın yanında, bağda yaşayır! Həm də dəniz kənarındakı sanatoriyada tibb bacısı işləyir! Mənim dostlarım sənin üzərində plastik əməliyyat aparnadan sonra səni həmin sanatoriyada dincəlməyə göndərəcəklər! Sən orda necə olursa-olsun bu gözəlçə ilə mehriban münasibətlər qurmalısan və elə eləməlisən ki, o sənə çox yaxın bir adamı kimi inanıb etibar eləsin! Yalnız bunu bacarandan sonra gizlincə mənim nömrəmə zəng vurarsan və, “Bağışlayın Ayşən xanımdırmı”,-deyə soruşarsan! Mən ,-“Bəli Ayşən xanımdır, sizə nə lazımdır”,-soruşan kimi,-“Bacım bir qədər rahatsızdır, buna görə sizdən məsləhət almaq istəyirəm”,-deyərsən! Mən o zaman sənə filan ünvana gəlin, orda sizə məsləhət verim, çünki bu elə şeydir ki, telefon vasitəsi ilə mümkün olmaz! Bundan sonra mənim dediyim ünvana gələrsən və sənə nə edəcəyini anladacağam!
Bununla onların söhbəti bitdi və Rəvanənə onun kabinetindən çıxandan sonra Ayşən dərhal internetə girib bu barədə xüsusi parollar vasitəsi ilə “Şaum Terror Təşkilatı”na məlumat verdi və onlardan cavab gözləməyə başladı.
Əslində Rəvanəni özü də bilmədən mütləq “Şaum Terror Təşkilatı”nın köləsinə çevirəcəyi ümidilə onun xəstəlik kağızını dərhal möhürləyən Ayşən, daha doğrusu Karine, Sübhan Poladovun “Şaum Terror Təşkilatı”nın Bakıdakı yuvasını yaxşı bildiyi üçün, Rəvanədən məhz Poladov tərəfindən ifşa olunub həbsxanaya salındığını öyrənən kimi “Şaum Terror Təşkilatı”nın Soçidəki üzvülərinə bu barədə məlumat çatdırmışdı. Onlar da öz növbələrində Karineyə məhz onun vasitəsilə Poladovu aradan götürməyin mümkünlüyünü söyləyərək, buna görə plan hazırlayaraq bu barədə Karineyə məlumat vermişdilər. Plana əsasən də hələ də Bakıda gizli fəaliyyət göstərən terror təşkilatının üzvüləri Rəvanənin üzündə plastik əməliyyat apararaq onu tamamilə başqa görkəmə salmalı, onun üçün həqiqi şəxsiyyət vəsiqəsindən tamamilə fərqlənməyən başqa adla şəxsiyyət vəsiqəsi hazırlamalı idilər. Dürdanəyə gəlincə isə Karine onun Rəvanənin qatı düşməni Zülfüqarın bacısı olduğunu, eyni zamanda Zülfüqarın Sübhan Poladovun sürücüsü olduğunu da şəxsən özü öyrənərək bu barədə də terror təşkilatına xəbər vermişdi. Onlar ondan bu məlumatı alan kimi yeni bir plan tərtib edərək təşkilatın Bakıdakı üzvülərinə Rəvanənənin üzündə plastik əməliyyat aparılandan və ona başqa ad altında şəxsiyyət vəsiqəsi veriləndən sonra onu Dürdanənin tibb bacısı işlədiyi sanatoriyaya dincəlməyə göndərməyi tapşırmışdılar. Karineyə isə Rəvanəyə Dürdanə ilə dostlaşmağı tapşırmağı göstəriş vermişdilər. Hələlik planın gedişatı bura qədər idi, qalanı isə Rəvanə, Xələfova Zəminə Xələf qızı adı ilə üzündəki plastik əməliyyatdan sonra sanatoriyada yerləşdirilməli və tezliklə Dürdanə ilə isti bağlantılar qurmalı idi. Qalan tapşırıqlar yalnız bundan sonra veriləcəkdi!
Aralarındakı söhbətdən üç gündən sonra Ayşən, Rəvanənin ruhi xəstəxanadan buraxılması haqqında arayış tərtib edərək, beş yüz manat da pul verib onu ruhi xəstəxanadanazad etdi. Rəvanə də öz növbəsində üzündə plastik əməliyyat aparılması üçün onun dediyi ünvana gəldi və burda eynilə kosmetika salonunda işləyən Samirə kimi qadın və ya kişi olduğu bilinməyən erməni adı Artaşes, saxta adı isə Anar olan adam onu gülərüzlə qarşıladı.
Rəvanənin, daha doğrusu artıq Xələfova Zəminə kimi şəxsiyyət vəsiqəsi almış bu xain qadının üzündəki plastik əməliyyat düz bir həftə çəkdi, daha doğrusu onun üzündə əməliyyat aparılandan altı gün sonra onun üzündəki sarğılar açıldı və o güzgüyə baxanda Ayşən demişkən bir neçə dəqiqə özü-özünü tanımadı. Lakin bununla yanaşı onun üstündən sanki nəhəng bir dağ götürüldü. Onun nəzərincə dünyanın ən hiylgər adamı olan Sübhan Poladov belə onunla lap min dəfə qarşılaşsa da, yenə onun Rəvanə olduğunu bilməyəcəkdi!
Plastik əməliyyatdan sonra düz bir həftə də yeni çəkilmiş dəri tamamilə yerinə otursun deyə Rəvanə Artaşesin yanında qaldı və bir həftədən sonra Artaşes ona sanatoriyaya göndəriş kağızını verib yola saldı.
Ayşənin verdiyi 500 manat hələ də Rəvanənin cibində idi, odur ki, taksi tutub Bakı şəhərindən 30 kilometr aralıda yerləşən sanatoriyaya gəldi və içəri girən kimi növbətçiyə göndəriş kağızını təqdim elədi. Növbətçi dərhal sanatoriya arası telefonla zəng vurub bir xidmətini çağırdı və üzünü Rəvanəyə tutdu:
-Burda otaqların hamısı bir adamlıqdır. Bu sizi darıxdırmaz ki?!
Rəvanə başını buladı:
-Xeyr, əksinə mən təkliyi sevirəm!
Növbətçi gülümsədi:
-Elə mən də təkliyi sevirəm! Amma işim elədi ki, günün əksər hissəsini tək ola bilmirəm!
Sonra nöbvbətçi ona çap edilmiş bir kağız verdi:
-Alın, bu sizin bir aylıq otaqla, yataqla, vanna ilə, həm də gündə üç dəfə isti yeməklə təmin olunmağınız üçündür. Sabah səhər doqquz tamamda dördüncü mərtəbədə həkim müayinəsindən keçəcəksiz! Bundan başqa sizə vitamin iynələri də vurulacaq, daha doğrusu müalicə-kursu keçiriləcək! Səksən yeddi nömrəli otaqda dincələcəksiz! Orda vanna otağı, tualet, rahat yataq və internet qovşağı var. Televizora baxmaq istəsəz, ikinci mərtəbəyə düşün, orda bir neçə televizor qoyulub! Sizin otağınız üçüncü mərtəbədədir. Hə, yemək vaxtı səhər saat səkkizdə, günorta saat birdə, axşam da saat yeddi tamamdadır. Xətriniz nə vaxt çay içmək istəsə 14-24-ə zəng edin, dərhal sizin üçün çay gətirsinlər! İndi xidmətçi gəlib sizi otağınıza aparacaq!
Növbətçi divardakı açarlar asılmış lövhədən üstündə 87 yazılmış nöqtədəki açarı götürüb ona uzatdı:
-Bu da otağınızın açarı!
Bu vaxt uzaqbaşı 20 yaşında görünən arıq, boyu bir metr otuz santimetrdən çox olmayan, cılız görünüşlü xidmətçi onlara yaxınlaşdı. Növbətçi dərhal üzünü ona tutdu:
-Sənə nə olub, yenə səhər tezdən bu yana çörək yeməmisən məgər?! Bu nədi?! Elə bil yırtıcı pələng, ya əjdaha görmüsən?! Qıçların yerimir elə bil! Adə, bir az cəld ol da! Sənin tayların cəbhə bölgəsində erməninin ödünü partladır, sən isə yüz ilin xəstəsi kimi əyilə-əyilə yeriyirsən! Tez ol, bu xanımın əlindəki yükü al, onu səksən yeddinci otağa ötür!
Vasif adlanan gənc növbətçinin sözlərindən həmişəki kimi pərişan olub, hətta gözləri belə yaşarsa da, Rəvanənin kiçik çantasını alıb bir söz demədən onun qabağına düşdü. Onlar pillələrlə qalxmağa başladılar. Rəvanə elə pillələri qalxa-qalxa düşündü ki, artistlik eləməyə indidən başlamaq lazımdır ki, yavaş-yavaş bu sanatoriyada hamı onu ürəyigeniş, mərhəmətli bir insan kimi tanısın. Odur ki, gənc oğlandan soruşdu:
-Adın nədir övladım?
Oğlan sol əli ilə nəmlənmiş gözlərini sildi:
-Vasif!
Rəvanə səsinə həyəvan ifadəsi verdi:
-Bu nədir, sən ağlayırsan?
Vasif başını buladı:
-Yox, ağlamıram!
Rəvanə onun qolundan yapışdı:
-Yox, ağlayırsan! Aa, növbətçinin sözləri ürəyini sındırıb demək! Ax, mən o növbətçiyə nə deyim?! Heç bu cür oğlanı da incidərlər?!
Vasif ondan bu sözləri eşidəndən sonra daha da hövülləndi və özündən asılı olmayaraq xısın-xısın ağlamağa başladı:
-Mən əliləm deyə məni hərbi xidmətə aparmayıblar! Həm də boyum çox balacadı, axı mənim boydaları onsuz da hərbi xidmətə aparmırlar. O, isə tez-tez bunu mənə tənə vurur! Əgər mən də başqaları kimi sağlam olsaydım, gedərdim hərbi xidmətə, özü də xahiş eləyərdim ki, məni səngərə göndərsinlər. Orda da özümü o mundar ermənilərə göstərərdim! O isə..
Rəvanə saxta şəkildə üzünə guya Vasifə möhkəm yazığı gəlirmiş kimi ifadə verdi:
-Ağlama gözəl övladım! Bax sən ağlayırsan, məni də ağlamaq tutur! Sən ona fikir vermə! Əslində elə onun kimi özlərini vətənpərvər göstərənlər, vətənsatan olurlar. Mən şübhə eləmirəm ki, əgər onun səninlə yaş oğlu varsa, hökmən oğlunu hərbi xidmətdən yayındırıb!
O, yaylıq çıxarıb Vasifin göz yaşlarını sildi:
-Ağlama canım mənim! Bax sən ağlayırsan, mən də pis oluram! Sakit ol, yaxşı?!
Vasif yenə pillələri qalxmağa başladı:
-Mən daha sakitəm!
Bir qədər sonra onlar səksən yeddinci otağa çatdılar və Rəvanə növbətçinin ona verdiyi açarla otağın qapısını açdı. Vasif onun kiçik çamadanını gətirib yumuşaq kreslonun üstünə qoydu və qapıya tərəf gedib geri döndü:
-Sizə gözəl istirahət arzulayıram və təşəkkür eləmək istəyirəm!
Rəvanə qaşlarını çatdı:
-Nəyə görə?
-Çünki məni ovundurduz! Mən yetiməm, atam, anam yoxdu. Yetim evində böyümüşəm! Siz mənə elə sözlər dediz ki, zənn elədim ki, doğma anamı tapmışam!
Rəvanə yenə üzünə olduqca kövrək ifadə verərək ona yaxınlaşıb əllərindən tutdu:
-Mən hələ neçə vaxt burda olacağam oğlum və mən burda olduğum müddətdə elə zənn edərsən ki, anan yanındadı! Yaxşı bəs sənin əlliliyin nədədi? Mən nədənsə səndə bir əllilik hiss eləmirəm?!
Vasif qıçlarınına işarə elədi:
-Qıçlarım tutulmuşdu, yeriyə bilmirdim! On beş yaşım olanda bəd bir köpək məni neçə yerdən dişləmişdi və mən möhkəm qorxmuşdum! Olduqca güclü sarsıntı keçirmişdim! Həkimlər köpəyin bədənimdə açdığı yaraları sağaltsalar da, vahiməm heç cürə keçmədi ki, keçmədi, odur ki, qıçlarım tutuldu. Düz üç il xəstəxanada qaldım! Özü də təkcə qıçlarım deyildi, dilimdə də qusur əmələ gəlmişdi. Kəkələyə-kəkələyə danışırdım! Gözlərim də zəif görürdü. Ümumiyyətlə demək olar ki, ölü kimi idim! Müalicəm üçünsə 100 min dollar pul lazım idi. Nəhayət Paşa adlı bir biznemen, Allah ondan razı olsun, məni təyyarə ilə Türkiyəyə apardı və orda ən məhşur xəstəxanaya 100 min dollar ödədi. O, bizim yetim evinə tez-tez gəlib-gedirdi və orda mənim yataq xəstəsi kimi xəstəxanada olduğumu öyrənmişdi. Türkiyədə məni iki ayın içində əməlli-başlı müalicə elədilər, lakin fiziki cəhətdən çox zəif olduğuma görə əlil sayılıram! Mənim beş kilodan artıq yükə gücüm çatmır. Amma yenə də gecə-gündüz Paşa müəllimə dua eləyirəm. Mən Allahın şəfqəti və onun yardımı ilə həyata qayıtdım!
Rəvanə onun dilindən Paşanın adını eşidəndən sonra sanki başına Mesopatamiya böcəyi yeritdilər və nə qədər istəsə də özünü ələ ala bilməyib qəzəbindən tur-tir titrəməyə başladı.
Vasif onun rənginin birdən-birə dəyişdiyini görüb təəcüblə soruşdu:
-Sizə nə oldu bibi, niyə birdən-birə rənginiz qaçdı?
Rəvanə o qədər qeyzlənmişdi ki, ağlkı bir qədər də çaşsaydı, ilk növbədə elə bu bədbəxt uşağı boğub öldürərdi, lakin nəhayət ki, zorla özünü toplayıb dedi:
-Sənin halına yandım övladım! Sənin başın nə qədər müsibətlər çəkib! O, Paşaya da çox sağ ol demək lazımdır ki, sənə yiyə çıxıb, müqəddəs bir iş görüb!
Vasif başını təırpətdi:
-Hə! Allah ondan razı olsun! Çox gözəl insandı! Bura da məni o düzəldib! O, bu sanatoriyanın böyüyü Nəsimi müəllimlə yaxın dostdur! Vaxtilə ali məktəbdə bir yerdə oxuyublar! Tez-tez də bura gəlib-gedir! Məni neçə dəfə evlərinə də aparıb! Br qızı da var, adı Nəzrindir! Çox gözəl və mehriban qızdır! Bir vaxtlar o da burda dincəlib! Bİr həftə sonra yenə səhhəti ilə əlaqədar bura gələcək dincəlməyə! Elə sadə qızdır ki, elə bil heç milyoner qızı deyil! Mən iki tərəfli yetiməm, o bir tərəfli! Anası o hələ uşaq olanda rəhmətə gedib, sonra atası bir dənə arvad alıb. Sən demə həmin arvad, yəni Nəzrinin ögey anası ifritənin biri imiş. Özünü mələk kimi göstəribmiş, amma şeytanın özü imiş! Bir vaxtlar bir tələ qurub Nəzrini üç dənə quldura girov götüzdürübmüş, məsqədi isə Paşa müəllimin bütün var-yoxunu əlindən almaq imiş! Zülfüqar adında bir igid oğlan onu quldurların əlindən xilas eləyib. Zaman keçəndən sonra o ifritənin riyakarlığının üstü açılıb və hamının yaxşı tanıdığı Sübhan Poladov onu damlayıb. Amma o ifritə həbsxanada da dinc durmayıb! Orda da bir kələk qurub Paşa müəllimin seyfini qarət eləyətdiribmiş. Lakin Sübhan Poladov bunun da üstünü açıb. O, ifritə hələ də həbsxanadadır! Nəzrini girovluqdan xilas eləyən Zülfüqara gəlincə isə o, özü də polis mundiri geyinir və Sübhan Poladovun sürücüsüdür. Onun bacısı Dürdanə xanım isə burda tibb bacısı işləyir! O da çox yaxşı insandır, üzündən təbəssüm heç vaxt əskik olmur. Mən bura işə girəndən sonra bilən kimi ki, mən yetiməm və başıma bəlalar gəlib, tez-tez mənim üçün ağ tut ya üzüm doşabı, əncir qurusu, xartut şirəsi, hətta zilnilfərəc gətirir. Mənə pul da verir. Qardaşı Zülfüqarı iki dəfə görmüşəm, pəhləvan kimidir, neçə il bundan qabaq cəbhədə olub, çoxlu igidliklər göstərib. Dürdanə xanım məni onunla tanış eləyəndə o dəqiqə dedi ki,-“Necəsən igid oğlan?”. Görürsüz bibi, necə adamlar var, özü igiddi, amma mənim kimi cılız, fərsiz, beş kiloya gücü çatmayan adama igid deyir!
Vasif az bir zaman içində sanki bir roman mövzusu nəql elədi və bütün bunları sevə-sevə danışaraq həm Paşanı, həm Nəzrini, həm də dünyada ən qatı düşməni olan Zülfüqarı tərif etdikcə onun hər kəlməsi, hər sözü Rəvanəyə elə bu dünyada qəbr əzabı çəkdirir, zəqqum çəyirdəyi yedizdirirdi. Elə bu səbəbdən də yetim uşağın üstünə şığıyaraq kaftar köpək ceyran balasını parçalayan kimi onu parçalamaq, didib-dağıtmaq, dişinə salıb çeynəmək istəyirdi. Lakin səbrsizliyi həmişə başına oyun açdığı kimi, indi daha böyük uçuruma atardı onu, odur ki, çox çətinliklə də olsa səbrini basıb yetimin ona həddindən artıq uzun görünən, əslində çox qısa hekayətinə dözdü.
Vasif bir daha ona təşəkkür eləyib qapıdan çıxdı, Rəvanə isə çarpayıda oturub bir neçə dəqiqə dilini-dodağını gəmirdi və nəhayət ayağa qalxıb divara vurulmuş aynaya baxdı və aynaya baxa-baxa pıçıltı ilə bu sözləri dedi:-“Bura düşmənlərindən intiqam almaq üçün ən yaxşı yerdi. Sənin düşmənlərinin hamısı bir ovçunun qurduğu tələnin ətrafında dolaşan heyvanlar kimidir. Lakin sən bu tələni elə hazırlamalısan ki, onlar hamısı birdən bu tələyə düşsün və nə özləri bir-birini, nə də bir başqası onları bu tələdən xilas eləyə biməsin! Yalnız bununla sən neçə vaxtdır sənə rahatlıq verməyən ruhunu sakitləşdirə bilərsən! Lakin hələlik dözmək lazımdır, armudu yetişməmişdən dərsən onun dadı-tamı olmaz! Ona görə də armudun yetişməsini gözləmək lazımdır! Döz Rəvanə, döz! Sən güclüsən və hökmən qalib gələcəksən! Bu həyat isə güclülərindir! Bir vaxt bütün arzularına yetişəcəksən! İnsanın taleyi öz əlindədir! Odur ki, taleyinə bundan sonra qırılmayan qanadlar taxmalısan və onu istədiyin kimi uçurtmalısan!
Rəvanə pıçıltılı monoloqunu bitirib bir müddət də ayna qaşısında dayanıb özünün yeni simasına tamaşa elədi və nəhayət ordan ayrılıb elə paltarlı-paltarlı çarpayıda uzandı və bir qədər sonra onu yuxu ağardı.
Ertəsi gün o, dördüncü mərtəbədə tamamilə həkim müayinəsindən keçdi və məlum oldu ki, heç bir xəstəliyi yoxdur. Lakin bu sanatoroyanın ənənəsinə rəğmən ona da başqalrı kimi on günün içində hər gün səhər saat doqquz tamamda vitamin iynələri vurulmalı idi. O, iynədən heç xoşlanmasa da, Dürdanəni görmək ümidilə səhər yeməyindən sonra otağına girib gözləməyə başladı və hələ doqquza beş dəqiqə qalmış qapı döyüldü və Rəvanə,-“Gəl”,-deyincə içəri qənirsiz bir gözəlliyə malik, qaməti olduqca tənbdürüst, aybənizli, saçları gecə zülməti kimi qara, iri gözləri sanki bütün dünyaya açılmış kimi görünən Dürdanə otağa girdi.
Rəvanə gəncliyində fahişəlik eləsə də, çox gözəl olmuşdu və özündən gözəl qadın görəndə içindəki qurdlar onu yerbəyerdən dişləməyə başlayırdılar. Lakin o qurdalarının içini dişləməsinə qətiyyən əhəmiyyət verməyib hiylə niqabını üzünə taxaraq ayağa qalxdı:
-Mənim otağıma xoş gəlmisən! Səhv eləmirəmsə mənə vitamin iynəsi vuracaqsan! Mən də məhz bu cür gözəlin mənə iynə vurmasından çox məmmun olacam! Qoftamın qolunu çırmalayımmı?!
Dürdanə gülümsədi:
-Siz artıq hər şeyi bilirsiz! Çırmalıyın!
Rəvanə dərhal qoftasının sağ qolunu çırmaladı:
-Şübhə eləmirm ki, sənin kimi bir hurinin vurduğu iynə məni qətiyyən incitməyəcək!
Dürdanə şpirisi hazırladı:
-Məni bu qədər şişirtməyin, sonra Allah eləməmiş, məndə də bir qisim insanlarda olduğu kimi eqoizm xəstəliyi əmələ gələr! Bilirsiz əslində Uca Allah bütün insanları gözəl yaradıb, amma hərəsinə başqa-başqa şəkil verib! Mənə elə gəlir ki, mənim haqqımda dedikləriniz daha çox sizin özünüzə aiddir! Mənim gözümə həddindən artıq gözəl göründüz!
Dürdanə onun qoluna pambıqla spirt sürtdü:
-Bİrdə ki, gözəllik şərti bir anlayışdı! İnsan kiminsə gözünə gözəl, kiminsə gözünə isə eybəcər görünə bilər! Mənə gələndə isə özümü əlbəttə eybəcər hesab eləmirəm, çünki bu ilk növbədə elə Uca Allaha xoş getməz!
Dürdanə danışa-danışa onun qoluna iynə vurdu:
-Amma o qədər gözəl də hesab eləmirəm! Adi biriyəm və başqalarından heç bir şeylə fərqlənmirəm!
O, iynəni çıxarıb yerini spirt batırdığı pambıqla silməyə başladı:
-İnsanlar sadəcə bir neçə cür olur! Amma ən pisi ürək sındıranlardır! Görürəm ki, siz, əksinə insanlara xoş sözlər deyənlərdənsiz! Sizin növdən olanlar ruhi düşgünlüyə qapılanları belə həmin düşgünlükdən xilas edə bilirlər! Sizin kimilərlə kimsə darıxmaz!
Dürdanə iynəni şpirisdəın çıxrıb hər ikisini, eyni zamand pampığı zibil verdrəsinə atdı:
-Əslində mən sizə bizim bu havası səfalı, torpağı şəfalı, mənzərəsi sevdalı sanatoriyaya xoş gəlmisiz demək istəyirdim, ancaq siz məni qabaqladız! Xoş gəlmisiz!
Rəvanə dərhal rola girdi:
-Xoş günün olsun! Məftun elədin məni məftin! Hesab eləyirəm ki, hər gün bu səfalı, şəfalı, sevdalı sanatoriyada ən çox səni hər gün görəcəyim ümidilə heç darıxmayacağam! Bəs sənin adın nədi gözəl?
Dürdanə ona gözəl deyəndə heç xoşlanmazdı, lakin tanımadığı və olduqca mehriban qadının qəlbini qırmamaq üçün sadəcə olaraq başını buladı:
-Dürdanə! Sizin adınızı isə artıq bilirəm!Adınız Zəminədi! Xələfova Zəminə Xələf qızı. Elə ona görə də cədvəl üzrə birinci sizə iynə vurmağa gəlmişəm!
Rəvanə dodağını büzdü:
-Heç öz adımdan xoşlanmıram! Bilmirəm valideynlərim nəyə görə mənə belə ad veriblər?! Zəminə.. Amma sənin adın da özün kimi gözəldi! Dürdanə.. Yəni dürr.. Saf, təmiz, pak, ləkəsiz!
Dürdanə gülümsədi:
-Hə, onu düz deyirsiz, mən özümdən razı olmasam da, adımdan razıyam! Rəhmətlik valideynlərim mənə yaxşı ad veriblər!
Rəvanə süni bir təəcüblə soruşdu:
-Valideynlərim rəhmətə gedib məgər?
-Hə! Anam mənim on yaşım olanda Allah rəhmətinə qovuşub! Atam isə altı il bundan qaba rəhmətə getdi!
-Allah rəhmət eləsin!
-Allah ölənlərinizi rəhmət eləsin! Yaxşı Zəminə xanım, mən hələ neçə nəfərə də vitamin iynəsi vurmalıyam! Odur ki, məni üzürlü hesab eləyin!
Dürdanə bunu deyib otağı tərk etdi. Rəvanə isə onun arxasıyca nifrətlə baxıb bayıra baxan eyvana çıxdı və ordan sanatoriyanın səkkiz hektarlıq bağ sahəsinə tamaşa eləməyə başladı. Vaxtilə Bakı neftxudalarından biri, xalqın yolunda Hacı Zeynalabidin Tağıyev, Ağamusa Nağıyev, Şəmsi Əsədullayev, İsabəy Aşurbəyli, Teymur Aşurbəyli, Nabat xanım Aşurbəyli, Hacı Şıxaəli, Hacı Hacağa, Hacı Əliabbas, Səfərəlibəyov və başqaları kimi milyonlar xərcləyən, xalqın iqtisadi rifahı, eyni zamanda maariflənməsi üçün əlindən gələni əsirgəmətyən Murtuza Muxtarovun bağı olmuş, sonra Şura Gökuməti tərəfindən insafsızcasına Yesenin bağı adlanmış bu bağda elə o vaxt Murtuza Muxtarov tərəfindən tək yerli gözəl bitgilər deyil, dünyanın çox yerlərindən gətirilmiş dekorativ, yüz rəngə çalan, səhər başqa cür, günorta bir başqa cür görünən yüzlərlə bitgilər var idi. Hərçənd ki, Rəvanə kimi daşqəlbli, məkrli adamlar bu bağın gözəlliyini dərk eləməsələr də, sanatoriyada dincələn həssas qəlbli insanlar bu haqsız dünyada görüklərindən, eşitdiklərindən pozulmuş əsəblərini məhz bu bağın əsrarəngiz gözəlliyinə tamaşa eləyə-eləyə sakitləşdirirdilər. Bir tərəfdən bağın muəzzəm füsünkarlığı, o biri tərəfdən dənizdən axan bol-bol oksigen axını, digər tərəfdən mavi Xəzərin ara verməyən şırıltısı bu sanatoriyada dincələn insanların ruhunu oxşayır, onlara Uca Allahın elə bu dünyadı bir cənnət yaratdığını əyani şəkildə anladırdı.
GÖRÜŞ
Nəzrin isə bu bağ üçün çox darıxdığından Rəvanə ora gələndən düz bir həftə sonra atasının maşını ilə yenə ora gəldi və onu dərhal həmişə qaldığı otaqda yerləşdirildi. Əslində Nəzrinin bu bağı çox sevməyinin səbəbi təkcə bağın füsünkarlığı deyildi, o, bura yenə Zülfüqarı görəcəyi ümidilə gəlmişdi. O, bilirdi ki, Zülfüqar bacısı Dürdanədən onun yenə sanatoriyaya qayıtdığı eşitsə, hökmən ona dəyməyə gələcək! Əlbəttə Nəzrin Zülfüqarın bunu sevgisinə qarşılıq kimi düşünmürdü. Çünki o hələ də Zülfüqarın onu sevib-sevmədiyini bilmirdi?! Lakin ümid, məhz ümid onu çəkib bura gətirmişdi.
Rəvanəyə gəlincə isə o artıq Ayşənin ilk tapşırığını yerinə yetirərək Dürdanə ilə dostlaşmışdı və zəng edib xüsusi parol vasitəsi ilə bunu ona bildirmişdi. Ayşənin ona parol verməsi isə, Huquq Mühafizə Orqanlarının onun telefon danışığına qulaq asa bilməsi qorxusundan idi. Belə ki, tək o yox, “Şaum Terror Təşkilatı”nın bütün üzvüləri bir-birilə ilə istər telefon, istərsə də internet vasitəsilə əlaqə saxlayarkən öz aralarında parollarla danışırdılar. Bu parollar isə ən sadə sözlərdən ibarət olurdu, belə ki, əgər Huquq Mühafizə Orqanları əgər onların söhbətimə qulaq assaydı, bunun heç bir xəyanətə aid olmadığını düşünər, adi bir danışıq kimi qəbul edərdilər. Məsələ burasında idi ki, “Şaum Terror Təşkilatı”nın Azərbaycanda fəaliyyt göstərən bütün üzvüləri Azərbaycan dilində təmiz danışa bilirdilər, çünki əks təqdirdə terror təşkilatı onları heç vaxt bura öz cəsusları kimi göndərməz və yaxud, elə Azərbaycanın özündə doğulub-böyüyənləri öz cəsuslarına çevirməzdi. Həm də onlar Azərbaycan dilində, özü də cürbəcür ləhcələrlə elə danışırdılar ki, öz dilində yaxşı bilməyən azərbaycanlılar, əgər onların qeyri-azərbaycanlı olduqlarını bilsəydilər, onların bu istedadına yalnız qibtə eləyə bilərdi. Onların arasındakı parolların sözləri isə bu şəkildə olurdu. Məsələn onlar;-“Tapşırığı yerinə yetirdim!” əvəzinə;-Oğlumçün əla qız tapmışam”, “Obyekt tora düşmür” əvəzinə;-“Qızım iş tapa bilmir ki, bilmir”, “Terror eləməkdən ötrü əla fürsət yaranıb” əvəzinə;-“İki gündən sonra qonşuda misli görünməmiş toy olacaq” və ilaxır ən adi sözlərlə bir-birinə hər şeyi çatdırırdılar.
Rəvanə Ayşənlə telefon əlaqəsi saxlayandan sonra onun verdiyi ünvana getdi və onlar masa arxasında oturub təxminən bir saat söhbət elədilər. Ayşən ona imkan daxilində Dürdanə ilə bir qədər də yaxınlaşıb evlərinə ayaq açmağı tapşırdı. Sonra isə ona təxminən kibrit qutusu boyda bir cihaz verib dedi:
-Bunda maqnit var! İmkan olan kimi bunu Sübhan Poladov maşında olarkən maşının altına bənd eləyəcəksən! Maşın hərəkə gələndən təxminən üç dəqiqə sonra partlayacaq! Amma elə yerə yapışdırmalısan ki, mühərrikə yaxın olsun, çünki bunun partlaması istiyə bağlıdır, yəni mexanizm qızışmalıdır ki, partlasın! Amma ehtiyatlı ol ki, bunu maşına bənd eləyəndən sonra kameraya düşməyəsən və səni kimsə görməsin! Bunda maqnit olduğu üçün bu sənin üçün tamamilə çətin olmayacaq! Amma qətiyyən tələsmə! Bunu maşına bağlamaq üçün münasib bir yer və vaxt seç!
Onu da bil ki, Sübhan Poladovun düşməni tək sən deyilsən! Ona görə də bu işi icra eləsən onun düşmənlərindən külli miqdarda pul alacaqsan! Özü də o qədər pul alacaqsan ki, o xəyallarında qurduğun şahanə həyat bunun yanında bir heç kimi görünəcək! Həm də bu pulla dərhal respublikanı tərk edib Avropaya gedərək orda həmin o istədiyin həyatı yaşaya bilərsən! Söz yox ki, Avropaya və yaxud Amerikaya getsən, Sübhan Poladovun həyatına son qoyanın izini axtaranlar sənin bu işdə əlin olduğundan şübhələnsələr belə daha sənə əlləri çatmayacaq! Odur ki, özünə dərhal xarici pasport da alarsan ki, əgər kələfin bir ucu sənə tərəf istiqamətlənsə, artıq sənin izini-tozunu belə tapa bilməsinlər!
Bununla da onların söhbəti bitdi və Rəvanə ordan çıxıb taksiyə oturaraq sanatoriyaya qayıtdı.
Nəzrin isə artıq bir gün idi ki, yenidən dincəlmək üçün sanatoriyaya gəlmişdi və gələndən bəri də Dürdanə onun yanında idi, daha doğrusu tez-tez onun yanına gəlir, oturub şirin-şirin söhbət eləyirdilər.
Axşam isə gözü qapıda qalan Nəzrin Zülfüqarı qapıda görüncə elə bir sevinc hissi keçirtdi ki, bəlkə də ömrü boyu bu qədər sevinməmişdi.
Zülfüqar, işdən gələndən sonra Nəzrini görməyə tələsdiyindən paltarlarını dəyişməmişdi, polis mundirində idi və bu mundir ona çox yaraşırdı. İndi o Nəzrinə daha yaraşıqlı, daha əzəmətli, daha cüssəli görünürdü.
Nəzrin onu qapıda görən kimi özündən biixtiyar ona tərəf yüyürdü və özünün xırda, incə əllərilə onun iri, kobud əllərindən tutdu:
-Zülfüqar, bilsəydin gəlişinlə məni necə məmmun etdi! Səni görməyimə o qədər şadam ki..
Zülfüqar özünəməxsus bir şəkildə gülümsədi:
-Mən də elə şad olmaq üçün səni yoluxmağa gəldim! Çünki həmişəki kimi sənin günahsız, pak, ləkəsiz çöhrəni görüncə bütün yorğunluğum, bu haqsız dünyada gördüyüm rəzilliklərin acısı bir an içində yox olub getdi! Necəsən Nəzrin?
Nəzrin onu dartıb kətildə otuzdurdu:
-Mən çox yaxşıyam! Amma sən bu gün qırdı-qaçdılıq eləməsən, lap yaxşı olacağam!
Zülfüqar yenə təbəssüm etdi:
-Yox, by gün nə qədər istəsən sənin yanında qala bilərəm! Çünki bayaq mənim rəisim və böyüyüm Sübhan Poladovla birlikdə doyunca ət qutabı yemişik, üstündən də neçə stəkan pürrəngi çay içmişik! Həm də Poladov məni elə güldürüb ki, mən, çox gülməyi sevməyən adam o qədər gülmüşəm ki, az qalıb qarnım cırılsın!
Nəzrin onun əlini buraxıb yaxındakı kətildə oturdu:
-Nə imiş bu gülməyin səbəbi?
Zülfüqar gülə-gülə başını buladı:
-O bir lətifə danışdı, istəyirsən onu sənə danışım?!
Nəzrin başını tərpətdi:
-Əlbəttə istəyirəm!
Zülfüqar furajkasını çıxarıb boş kətilin üstünə qoydu:
-Ədəbiyyat üzrə professor Ali məktəbdə tələbələrdən imtahan götürəndən sonra evə çox qanı qara gəlir. Arvadı onun belə halını görüb soruşur:
-Nə olub ay kişi, qanın niyə belə qaradı?
Professor köksünü ötürür:
-Əşi Bədəl Bədəlov adlı tələbədən soruşdum ki, “Ölüləri” kim yazıb, dedi ki, mən yazmamışam!
Arvad ərinə təsəlli vermək məqsədi ilə deyir:
-Ay kişi, niyə əsəbləşirsən, bəlkə doğurdan da o yazmayıb!
Arvadından bu sözü eşidən kimi professorun əsəbdən ürəyi gedir və arvad dərhal təcili yardıma zəng vurur. Bir qədər təcili yardım gəlib professora sakitləşdirici iynə vurur və professoru yuxu aparır. Təcili yardım həkimi professorun arvadından nəyə görə bu qədər əsbləşdiyini soruşanda arvad;-“Tələbələrdən Bədəl Bədəlov adlı birisi nəsə yazıb və boynuna almadığı üçün kişi bu qədər sarsılıb”,-deyir.
Tibb işçiləri xuddahafizləşib gedirlər. Bir saatdan sonra professorun evinə zəng gəlir, professor hələ də yatdığı üçün arvad dəstəyi götürür. Telefondan səs gəlir:-“Bura iki saat bundan qabaq ali məktəbdə tələbələrdən imtahan götürən professorun evidimi?”
Arvad dərhal;-“Bəli”,-deyir!
Telefondan yenə sə gəlir:
-Sizinlə danışan rayon polis idarəsinin rəisidir! Professora deyin ki, biz artıq Bədəl Bədəovu həbs eləmişik!
Polis rəisi bunu deyib dəstəyi asır. Bundan bir qədər sonra professor ayılır və arvadı onun ayıldığını görüncə ilk sözü bu olur:
-Ay kişi, əsəbləşməyin nahaq imiş, bir az bundan qabaq rayon polis rəisi zəng vurmuşdu ki, professora de ki, narahat olmasın, Bədəl Bədəlovu həbs eləmişik!
Prafessor arvadından bunu eşidən kimi həyəcan içində dərhal dəstəyi götürüb polis idarəsinə zəng vurur. Polis rəisi zəng edənin o olduğunu bilən kimi deyir:
-Günahkar günahını etiraf elədi professor! Yəni boynuna aldı ki, Ölüləri o yazıb!
Bunu eşidən professor bir günün içində ikinci dəfə bayılır!
Züfüqarın Poladovdan eşidib Nəzrinə danışdığı bu lətifə Nəzrinə də o qədər məzəli gəldi ki, gülməkdən uğunub getdi və bir müddət nəsə demək istədisə danışa bilmədi, lakin birdən qapı arxasından eşitdiyi bir səs onun ovqatını tamamilə dəyişdi və onun gülümsər bir anın içində kağız kimi ağardı.
Zülfüqar onun halının birdən-birə dəyişdiyini dərhal hiss eləyib onun əlindən tutdu:
-Sənə nə oldu Nəzrin? Niyə halın bir anın içində bu qədər dəyişdi?
Nəzrin həyəcan içindəqapıya işarə elədi:
-İndi bayırdan bir səs eşitdim! Bu səs mənə çox tanışdı! Bu Rəvanənin səsinə oxşayır!
Zülfüqar dərhal ayağa durub qapını açaraq dəhlizə baxdı. Hələ də Nəzrinin sanatoriyaya gəldiyindən xəbəri olmayan Rəvanə, Vasiflə söhbət eləyə-eləyə burdan keçmişdi və artıq təxminən on beş addım aralıda idi. Elə bu an sanki Zülfüqarın qapıda dayandığını hiss elədiyi üçün başını döndərib geriyə baxan Vasif onu gördü və Rəvanədən üzr istəyərək Zülfüqara tərəf gəldi. Rəvanə də onun nəyə görə dönüb qayıtdığını maraq etdiyindən geryə çevrildi və o Zülfüqarı, Zülfüqar da onu gördü. Söz yox ki, o, Zülfüqarı görən kimi özündən asılı olmayaraq titrədi, lakin Zülfüqar onu tanımadığı üçün onun Rəvanə olmadığını Nəzrinə söyləməkdən ötrü otağa girmək istədi, lakin Vasifin iti addımlarla ona tərəf gəldiyini görüb ayaq saxladı.
Vasif ona yaxınlaşıb əlini uzatdı:
-Salam qardaş! Bizim bu sanatoriyaya xoş gəlmisən!
Zülfüqar yüngülcə onun əlini sıxdı:
-Salam igid oğlan! İşlər necə gedir?
-Əla!
Vasif otağa işarə elədi:
-Burda mənim bacım Nəzrin qalır! Sən onun yanına gəlmisən?
Zülfüqar başını tərpətdi:
-Hə!
Onlar bərabər otağa keçdilər və Zülfüqar Nəzrinə əli ilə Vasifi göstərdi:
-Sənin qardaşın varmış demək?! Amma mənim bundan tamamilə xəbərim yoxdu!
Nəzrin ayağa durub Vasifə yaxınlaşaraq əlindən tutdu:
-O mənim mənəvi qardaşımdı, mən də onun mənəvi bacısı!
Zülfüqar gülümsündü:
-Allah mehriban eləsin! Hə, qoy qardaşın da sənə desin ki, eşitdiyin səs Rəvanənin səsi deyil, tamamilə başqa bir qadındı! Bir də axı Rəvanə həbsxanadadı!
Vasif Nəzrtinin üzünə baxdı:
-Hansı Rəvanə?! Hə, sənin ögey anan?! Deməli sən bu qadının səsini onun səsinə oxşatmısan?! Bu qadının adı Zəminədi. Xələfova Zəminə! Özü də on günə yaxındı ki, bizim sanatoriyaya təşrif buyurub! Çox mehriban bir qadındır! Elə şirindildi ki, adam lap məətəl qalır!
Zülfüqar onun sözünə əlavə elədi:
-Hə, yadıma düşdü, Dürdanə artıq bu qadın haqqında mənə danışıb! O da elə Vasif deyənləri deyir!
Zülfüqar sözünü bitirməmişdən Vasif onun kətilin üstünə qoyduğu furajkasını götürüb başına qoydu və furajka onun başına çox böyük olduğu üçün gözünün üstünə düşdü. Odur ki, o furakkanı yenə qaytarıb yerinə qoydu:
-Başım da elə bil Meşobbanın başıdı! Bədənim də o qədər cılızdır ki, özüm-özümdən xəcalət çəkirm!
Zülfüqar sanki balaca uşağın başını sığallayırmış kimi onun saçlarını sığalladı:
-Əsas o deyil qaqaş, əsas insanın vicdanı, mərdliyi, vətənpərvərliyi, namusu, qeyrətidi! Əgər mərdsənsə, min dənə yekəpər namərdə dəyərsən! Birdə ki, bu dünyada hər şey nisbidi. Sən özünü cılız hesab eləyirsən, amma bilmirsən ki, bu cılızlığın içindən dağ ağırlığında, dağ böyüklüyündə bir nəhənglik püskürə bilər! Bəlkə sən biz zaman vətənə elə xeyir verəcəksən ki, adın tarixlərə yazılacaq, sənin adına küçələr, parklar, məktəblər salınacaq! Biz müsəlmanıq mənim qardaşım! İslam dini isə insanı boyuna-buxununa, rənginə, irqinə, vəzifəsinə, varlı və yaxud kasıb olmağına, gözəlliyinə və ya gözəl olmamağına görə dəyərləndirmir, əməlinə, xeyirxahlığına, insanpərvərliyinə, vətənsevərliyinə, zəhmətkeşliyinə, halallığına görə dəyərləndirir. Əsla bədəncə cılız olmağın barədə düşünüb, özünü necə deyərlər kompleksə salma!
Onun sözlərindən xeyli ruhlanan Vasif ağlamsındı:
-Axı mən də sənin kimi güclü, enlikürək, uca boylu, qəddi-qamətli olmaq istərdim!
Zülfüqar onun başından öpdü:
-Bazardan cürbəcür ölçüləri olan nar alırsan, bir də görürsən ki, çəkisi yarım kilo olan bir narın içi çürük çıxır, amma çox balaca bir nar həm bal kimi dadlı olur, həm dəı şirəsi bol olur, həm də bir dənə də çürüyü olmur! İnsanlar da belədi mənim qardaşım! İçi saf, təmiz və içi çürük, çirkli..
Vasif başını onun enli sinəsinə qoydu:
-Çox sağ ol! Mənə o qədər ruh verdin ki, ruhum sanki tamamilə dəyişdi! Bundan sonra öz cılızlığım barədə düşünməyəcəyəm və çalışacağam ki, sənin kimi vətənə layiq bir övlad olum!
Zülfüqar onun başından öpdü:
-Əhsən!
Gözləri yaşarmış Nəzrin də yaxınlaşıb əlini Vasifin çiyninə qoydu:
-Mən də çox şad oldum ki, sən Zülfüqarın sözlərindən sonra ruhən çox yüksəldin!
Sonra Nəzrin üzünü Zülfüqara tutdu:
-Bu gün sənin bir fəzilətini də kəşf elədim Zülfüqar! Vasifə bu sözləri dedikcə sanki mənə də dərslər verdin ki, insanlara bundan sonra xoş sözlər deyim! Çox sağ ol Zülfüqar, hər şeyə görə çox sağ ol!
* * *
Rəvanə Zülfüqarı görəndən sonra özündən asılı olmayaraq titrəmişdi, buna görə də öz otağına girib özünə gəlməkdən ötrü gecə lampasını yandırıb kətilin üstündə oturaraq yenə də pıçıltı ilə dedi:
-Özünü ələ al Rəvanə! Möhkəm ol! Səni qarşıda düşmənlrinə olduqca şiddətli cəzalar verəcək intiqam saatı gözləyir. Odur ki, hər dəfə düşmənlərini görəndə belə titrəsən, özünü ifşa eləyə bilərsən və hər şey də məhv olub gedər! Sən öz gücünü onlara göstərəcəksən Rəvanə! Onlar peşman olacaqlar, çox peşman olacaqlar sənin qarşına çıxdıqlarına görə! Amma onsa gec oacaq, çox gec olacaq! Sən on beş yaşından əldən-ələ gəzdin, fahişə kimi ad çıxartdın. Valideynlərin səni evdən qovdu. İllərin Qulamla Floranın fahişəxanasında keçdi. Sonra səni pul verib ordan qoparıb apardılar. Amma orda bəxtin gətirmədi, səni saxlayan adam ilişdi və bütün malını-mülkünü, malikanəsini, varidatını satmağa məcbur oldu. O müflis oldu və sən ondan qaçdın. Sonra isə gecələr ova çıxdın, bahalı maşınlara mindin, səhərə qədər hər gecə əlli-altmış manat topladın. Lakin bu çox az idi, sən bu dilənçi pulu ilə istədiyin həyatı yaşaya bilməzdin. Nəhayət gəlib Paşanın şirkətinə çıxdın. Paşa səni gözən kimi katibəsi elədi. Sənə də elə bu lazım idi. Əvvəlcə onun məşuqəsi olmaq istəyirdin, lakin arvadı öləndən sonra onun arvadı olmaq fikrinə düşdün və buna görə o qədər də əziyyət çəkməli olmadın, çünki o özü sənə onun həyat yoldaşı olmağı təklif elədi. Sevinirdin onda Rəvanə, çox sevinirdin! O əbləh sənin on beş yaşından fahişə olduğunu, bədənini yüzlərlə kişilərə satdığını qətiyyən anlamamışdı. Lakin o bunu anlamasa da, sənə var-yoxunu miras qoyacaq qədər də axmaq deyildi. Buna görə də onun varidatına sahib olmaq ümidlərin puç olurdu. Odur ki, bir tələ qurmalı oldun, lakin indi polis mundiri geymiş bu alçaq Zülfüqar sənin ümidlərini tərsinə çevirib Nəzrini girovluqdan xilas elədi. Sonra isə Poladovun qarmağının sənə tərəf uzanmasına vasitəçi oldu! Yox Zülfüqar, elə bilmə ki, mənə elədiyin bu yamanlıqların qarşılığını almayacaqsan?! Əgər ikinizi birlikdə bomba ilə partlada bilməsəm, səni hökmən məhv eləyəcəyəm! Görəcəksən Zülfüqar, görəcəksən!
* * *
Ertəsi günü Zülfüqar Sübhan Poladovu işə aparanda Nəcməddin də atası ilə birlikdə maşına oturmuşdu və Poladov maşına oturan kimi adəti üzrə Zülfüqardan;-“Hə, nə var, nə yox qədeş”,-deyə soruşdu?! Zülfüqar da adəti üzrə gülümsəyərək;-“Var olanlar var, yox olanlar da yox”,-dedi. Bir qədər gedəndən sonra isə sözünə başqa şəkildə davam elədi:
-Nəzrin yadınızdadı Sübhan müəllim?
Poladov damağına siqaret qoydu:
-Yoxsa sənin mənim yaddaşıma şübhən var?!
Zülfüqar başını buladı:
-Xeyr Sübhan müəllim, şübhəm yoxdu, elə-belə sözgəlişi dedim! Məsələ burasındadır ki, Nəzrin yenə Murtuza Muxtarovun bağında yerləşən sanatoriyaya dincəlməyə qayıdıb!
Poladov siqaretini alışdırdı:
-Gedib onu görmüsən?
-Hə!
-Necədi, daha səhhətindən şikayətlənmiir ki?!
-Yox, qətiyyən şikayətlənmir, amma qızda nəsə bir az xof var!
-Nə xof?
-Məsələn mən dünən onun yanında olanda birdən ona elə gəldi ki, ögey anası Rəvanənin səsini eşidir və yaman vahimələndi!
Poladov yenə siqaretə qullab vurdu:
-Yaxınlığdan qadın keçdi bəyəm?
-Hə, biz otaqda idik, dəhlizdən bir qadın keçdi, o, sanatoriyada yetim bir uşaq var, adı Vasifdi, onunla danışırdı, Nəzrin onun səsini Rəvanənin səsinə oxşatdı!
-Sən o qadını gördünmü?
-Bəli gördüm! Sonra Vasif dedi ki, o qadının adı Zəminədi!
-Rəvanəyə bənzəyirdimi?
-Xeyr, qətiyyən bənzəmirdi!
Poladov bir qədər susandan sonra dilləndi:
-Sən o yetim uşaqla tanışsanmı?
Zülfüqar sükanı sağa hərlədi:
-Hə! Dürdanə mənə onun haqqında danışıb! Əslində Nəzrin də onu çox yaxşı tanıyır və hətta ona mənəvi qardaşım deyir! Məsələ burasındadı ki, o uşaq evində böyüyüb, onu hansısa bölgədən hələ ağlı kəsməyən vaxtlarda gətirib Bakıdakı uşaq evinə veriblərmiş. Bir neçə il bundan qabaq onu bəd bir köpək dalayıbmış. O zaman uşaq möhkəm qorxub, həm qıçları tutulub, həm dilində qusur əmələ gəlib, həm də gözləri zəif görməyə başlayıb! Düz üç il xəstəxanada yataqda qalıb, çünki tamamilə yeriyəbilmirmiş! Lakin Nəzrinin atası Paşa müəllim undan xəbər tutunca uşağı öz şəxsi təyyarəsinə mindirib İstanbula müalicəyə aparıb və orda yüz min dollar verib uşağı müalicə elətdirib, sağalandan sonra isə həmin sanatoriyada işə düzəltirib. İndinin özündə də fiiziki cəhətdən qusurludu həmin uşaq, amma ağlı başındadı, yəni o vaxt köpəkdən qorxsa da ruhi cəhətdən heç bir qusuru yoxdu!
Poladov siqaretin külünü maşının qapısına bənd edilmiş külqabıya basdı:
-Əhsən Paşa müəllimə! Görürsüz, deməli indinin özündə də rəhmətlik Hacı Zeynalabdin Tağıyevin yolunu davam elətdirənlər var!
Poladov bunu deyib əlini Zülfüqarın yanında oturmuş Nəcməddinin kürəyinə toxundurdu:
-Sən şöbəyə çatan kimi qadın həbsxanası ilə maraqlanarsan, bax gör Rəvanə sağdı, yoxsa yox?! Sonra dərhal bu barədə mənə xəbər verərsən!
Nəcməddin arxaya baxmadan başını tərpətdi:
-Baş üstə!
Zülfüqarın Poladovdan bunu eşitcək gözləri böyüdü və az qldı ki, sükan əlindən qaçsın:
-Yəni siz elə düşünürsüz ki?..
Poladov sakitcə dilləndi:
-Özünü itirmə, qəza törədə bilərsən yoxsa.. Nəzrin, Rəvanə ilə düz on il bir damın altında yaşayıb və onun səsini də çox gözəl tanıyır!
Zülfüqar çiyinlərini çəkdi:
-Axı mən onu gördüm, o tamam başqa adam idi. Birdə ki, bacım Dürdanə o qadın haqqında artıq mənə məlumat vermişdi, Dürdanə deyir ki, o çox mehriban, səmimi, ürəyigeniş bir qadındır! Bunu yetim Vasif də təsdiq eləyib!
-Mən artıq otuz yeddi ildi cinayətkarlarla qarşılaşıram! Canilər yeni cinayətlər törətməkdən ötrü bəzən qəbirdən xortlayırlar, bəzən kəfəni cırıb başqa ad altında yaşayırlar, bəzən də həbsxanada yerə batıb, sonra başqa bir qiyafədə tamamilə başqa yerdən pırtlayıb çıxırlar! Bu dünya başdan-başa müəmmadır Zülfüqar bəy! Sən polisdə çalışırsan, ən əsası odur ki, ən kiçik bir şeydən vaz keçməyəsən, çox diqqətli olasan, kimsəyə inanmayasan, necə deyərlər tükü-tükdən seçəsən! Çünki bunları eləməsən, kimlərsə yenə zəhərlənəcək, sui-qsd nəticəsində öldürüləcək, arxadan vurulacaq, kimlərsə girov götürüləcək, kimlərinsə malı-mülkü qarət ediləcək, kimlərinsə var-yoxu talan ediləcək, kimlərsə zorlanacaq, kimlərsə vaxtilə sən düşdüyün kimi böhtana düşəcək, kimlərinsə haqqı əlindən alınacaq, ən qatı cinayətkarlar istədikləri zaman dəhşətli cinayətlər törədəcək! Onu da bil ki, polisin təkcə fiziki göstəriciləri, bir anın içində canini tərksilah etmək qabiliyyəti, cinayətkarı təqib edərkən damdan-dama, üç mərtəbəli binanın başından yerə tullanmaq bacarığı yetərli deyil, polis hökmən daim ayıq olmalı, heç bir şeyi nəzərindən qaçırmamalı, adi bir xışıltıdan təhlükə törənə biləcəyini dərk eləməlidir!
Poladov ara vermçədən danışırdı, Zülfüqar isə sükanı hərləyə-hərləyə düşünürdü ki, deməli öyrəniləcək hələ çox şeylər var!
İŞGƏNCƏLƏR HƏDƏFİ
Onlar şöbəyə çatandan təxminən iyirmi dəqiqə sonra Nəcməddin Poladovun kabinetinə girdi və Poladov onun atası sayılmağına baxmayaraq polis salamı verib dilləndi:
-Rəvanə yeddi ay bundan qabaq Xalidə Xalid qızını bıçaqlayıbmış, odur ki, onu ruhi xəstə adı ilə ruhi xəstəxanaya göndəriblər!
Poladov bir qədər düşünüb dilləndi:
-İndi də get ruhi xəstəxana ilə əlaqə saxla və qadın xəstələrin bu ilki sihyahılarını al! Gör yeddi ay bundan qabaq ora salınan Rəvanə Əmrah qızı nə oyunlar çıxarır?!
Nəcməddin yenə polis salamı verib kabinetdən çıxdı və o çıxan kimi qapıdakı çavuş içəri girib polis salamı verdi:
-Şəfəq Daşdəmir qızı gəldi cənab polkovnik!
Poladov əli ilə ona;-“Gəlsin!”,-deyə göstəriş verdi.
Çavuş çıxdı və Şəfəq ehtiyatla içəri girib Poladovun üzünə baxdı. Poladov əli ilə ona oturmaq üçün yer göstərdi. Şəfəq təşəkkür edib oturdu və Poladov onu Zülfüqara təqdim etdi:
-Şəfəq Daşdəmir qızı! Şübhə eləmirəm ki, onun haqqında eşitmisən! Bacın Dürdanənin bir vaxtlar gəlin olduğu evdə yaşayır! Bacına böhtan atan Gülnaz onu da zəhərləşmişdi, lakin şükürlər olsun Allaha ki, hər şey yaxşı qurtardı. Şəfəq altı ay bundan qabaq BDU-nun huquq fakültəsini əla qiymətlərlə bitirib və Mərdəkandakı Polis Akademiyasında altı ay təcrübə keçib. Bu gündən etibarən isə bizimlə işləyəcək! İlk işini isə baş leytnant Nəcməddin Poladovun gətirəcəyi məlumatdan sonra ona tapşıracağam!
Zülfüqar Şəfəqə tərəf baxıb təbəssümlə onu salamladı. Şəfəq də öz növbəsində təbəssüm etdi. Poladov isə sözünə bir qədər ara verib bu dəfə Zülfüqarı Şəfəqə göstərdi:
-Kərimov Zülfüqar Kərim oğlu! Vaxtilə cəbhədə çox igidliklər göstərib və orden-medallarla təltif olunub. Mənim sürücümümdür! Polis Akademiyasını bitirmədiyi üçün hələ ki, çavuş rütbəsi daşıyır, lakin əllərindən heç nə gəlməyən yüksək rütbəli zabitlərdən daha ləyaqətlidir!
Şəfəq dilləndi:
-İndiyə qədər üzünü görməsəm də, adını çox eşitmişəm cənab polkovnik! Yaxşı deyiblər igidin adını eşit, üzünü görmə! Mən sanatoriyada dincələndə onun bacısı Dürdanə mənə bir tibb bacısı kimi xidmət göstərirdi, onunla çox söhbət eləmişəm, bir-birimizə bacı demişik, odur ki, Zülfüqara az da olsa bələdəm!
Zülfüqar gülümsündü. O da Şəfəq haqqında elə Dürdanədən çox eşitmişdi, hərçənd ki, Dürdanə ona Şəfəqin onun qəlbini qırdığı barədə bir şey söyləməmişdi, əksinə olduqca xoş söylər demişdi. Odur ki, Zülfüqar, Şəfəqin onlarla bir yerdə işləyəcəyinə məmmun oldu.
Şəfəqə gəlincə isə o, o vaxt Dürdanənin qəlbini qırdığı üçün çox peşman idi və o zaman əsəbləşib onunla bir də görüşmək istəmədiyini bildirsə də, Dürdanə onun qaldığı otaqdan çıxandan sonra peşmançılıq çəkib çox ağlamışdı və sonra da Oqtaya bu barədə danışanda Oqtay onu əməlli-başlı tənbeh eləmiş,-“Ürəyə hökm eləmək olmaz”, zərb-misalını ona anlatmış, Dürdanədən üzr istəməyinin vacibliyini söyləmişdi. Lakin Şəfəq ilk növbədə acı dilindən çıxan xoşa glməyən sözlərdən utanaraq ertəsi günü sanatoriyanı tərk etmişdi.
Şəfəq ona qardaşı Oqtaydan da cüssəli görünən Zülfüqara baxıb düşüncələrə dalmışdı ki, Nəcməddin kabinetə girdi, qanuna həddindən artıq bağlı olduğundan yenə hərbi salam verib nəsə demək istəyirdi ki, gözü Şəfəqə sataşdı və özündən asılı olmayaraq bir anlığa duruxdu, sonra dərhal özünü ələ alıb dilləndi:
-Rəvanə Əmrah qızı bir ay bundan qabaq ruhi xəstəxanadan buraxılıb! Lakin hansı ünvana getdiyi məlum deyil!
Poladov başını tərpətdi:
-Mən elə belə də, düşünmüşdüm!
O, bunu deyib üzünü Şəfəqə tutdu:
-Bu gün sənə ilk tapşırıq olacaq! Qadın həbsxanasına gedəcəksən! Qənizadə Ləman Qəni qızı adında bir dustaq qadın hamilədi! O, ölüm hadisəsi ilə həbsxanada oturur! Orda təkcə həbsxananın rəisi Qədim Qədimovdan başqa bütün nəzarətçilər, hətta rəisin müavini belə qadındı. Söz yox ki, bu müəmmalıdır! Ləmanla görüş və çalış ki, hər şeyi aydınlaşdıra biləsən! Səni Zülfüqar ora aparacaq! Mənim hələlik başqa işim var! Hə, yeri gəlmişkən, sənə aid mundir 19 nömrəli otaqdadı. Elə vəsiqəni göstərsən dərhal ordakı Fərəc kişi sənə mundirini verəcək! İndi get mundirini al geyin gəl, sonra ey vallah!
Şəfəq başını tərpədib çıxdı və Poladov qarşısındakı kiçik manitora baxa-baxa siqaret yandırdı. Nəcməddinə gəlincə nədənsə keyləşmişdi, Zülfüqar isə qadın həbsxanasındakı bir qadının hamilə olduğunu eşidəndən heyrət içində idi. Poladov isə onun bu halını duyub gözünü manitordan çəkərək dilləndi:
-Tibb elminin nöqteyi-nəzərincə bu qətiyyən mümkün deyil! Söz yox ki, Uca Allah da insanı elə bir varlıq olaraq yaradıb ki, qadının bətnində dölün yaranması üçün mütləq erkək spermaları lazımdır, əks təqdirdə bu mümkün olan bir şey deyil! Amma sənin heyrətə gəlməyin də qəribədir! Axı mən bayaq da dedim ki, bu dünya müəmma ilə doludur! Yaxşı bir zərb-misal da var;-“Qulaq hər gün bir söz eşitməsə kar olar”.
Nəcməddin isə donub qalmışdı, onun donmasına səbəb isə Şəfəq idi. İyirmi altı-iyirmi yeddi yaş arası idi bu yetim oğlan, on dörd yaşı tamam olana qədər uşaq evində böyümüşdü, sonra onu Sübhan Poladov övladlığa götürmüş və məhz Poladov ona atasızlığı tamamilə unutdurmuşdu, yəni ona çox yaxşı baxmış, həmişə yeməyinə, işməyinə, geyiminə, oxumağına diqqət etmiş, heç vaxt acıqlanmamış, qəlbini qırmamış, amma çox gözəl tərbiyə vermiş, onu dini və milli dəyərlərlə böyütmüşdü. Bu səbəbdən də on dörd yaşı olarkən uşaq evində qardaşı qədər sevdiyi Cəfəri itirəndən sonra meylini Poladova salan və ondan başqa kimsədən də sevgi ummayan Nəcməddin Şəfəqi görüncə qəlbində yeni bir umacaq hiss elədi! Əslində Şəfəq xeyli müddət öncə atası ilə birlikdə Poladovun yanında olmuşdu, lakin Nəcməddin o zaman onu görməmişdi. Lakin kürənin Şəfəqi qaçırmaq istəməsi ilə bağlı Poladovla birlikdə manitordan Şəfəqi görmüşdü. Söz yox ki, o zaman yəqin ki, kürəni yaxalamaq həvəsindən, Şəfəq ona adi bir qız kimi görünmüşdü, indi isə həqiqətən də gözəlliyi ilə çoxlarını heyran eləyən Şəfəq ona tamam başqa cür göründü və ona elə gəldi ki, həmişə sakit olan ruhu təlatümə gəlib və düşünürdü ki, nə olardı ki, atası onu da onlara qoşub kiçik əməliyyata göndərəydi!
Bayaqdan siqaret çəkə-çəkə manitora baxan Poladov isə həqətən də övladı hesab elədiyti və bir atanın övladına bəslədiyi qədər məhəbbət bəslədiyi Nəcməddinin Şəfəqi görəndən sonra halının dəyişdiyini hiss eləmişdi və özü bilərəkdən özünü elə göstərirdi ki, guya Nəcməddini tamamilə görmür!
Şəfəq polis mundirində içəri girdi və indi onun qənirsiz gözəlliyi birə-iki də artmışdı, belə ki, Nəcməddin onu bu qiyafədə görəndə ruhu hərdən Xəzər dənizi şahə qalxıb kükrəyən kimi kükrədi.
Poladov isə Şəfəqə baxıb dilləndi:
-Hə qızım, bax bu başqa məsələ! İndi sənin görkəmin elədi ki, hətta mən özüm belə özümü yığışdırmağa məcbur oldum! Hə, düşünürm ki, baş leytnant Nəcməddin də sizinlə getsə pis olmaz! Çünki onsuz da sən bundan sonra onunla bir yerdə işləyəcəksən! Etirazın yoxdu ki?!
Şəfəq hələ də ona heyranlıqla baxan Nəcməddinə baxıb gülümsədi:
-Etirazım yoxdu cənab polkovnik!
Poladov əlini qapıya tərəf uzardı:
-Sənə uğurlar qızım! Gedə bilərsiz!
Hər üçü polis salamı verib kabineti tərk etdilər, Poladov isə nəsə düşünüb gülümsədi!
* * *
Şöbədən qadın həbsxanasına qədər maşınla təxminən yarım saatlıq yol idi. Amma Nəcməddin yolun uzanmasını istəyirdi. Zülfüqara gəlincə isə Şəfəqin onlarla işləyəcəyi onu məmmun etsə də, qıza Nəcməddin qədər heyran olmamışdı və Şəfəq nə qədər gözəl olsa da, onun üçün sadəcə olaraq artıq bir iş yoldaşı, ən güclü kişilər kimi cinayətkarlarla mübarizəyə qoşulmuş olduqca cəsarətli, vətənpərvər bir qız idi.
Nəcməddin Zülfüqarın yanında, Şəfəq isə Poladovun yerində arxada oturmuşdu və maşın qadın həbsxanasına istiqamət götürəndən bəri on dəqiqə olardı ki, sukunət hökm sürürdü, lakin tanıdığından bəri Nəcməddinlə can-qəlbdən dostlaşmış Zülfüqar onun pəjmürdə halını hiss eləyən kimi sükutu pozdu:
-Sənə nə olub baş leytnant?! Sanki üzünə yüz ilin kədəri qonub! Hə, başa düşdüm, yəqin sən də mənim kimi qadın həbsxanasında bir qadının hamilə qalmasına yuxu kimi baxırsan?! Amma görürsən, Sübhan müəllim heç heyrət eləmədi! Bilirsən, nəsə yadıma bir nağıl düşdü. Keçmiş zamanlarda münafiq bir Hacı varmış. Yəni həcc ziyarətində olsa da, nə Üsuli-Dinə, nə Frui-Dinə riayət eləmirmiş. Özü də nəinki zəkat verməzmiş, əksinə kasıb-kusubu soğan qabığı soyarmış. Alçaqlığlarından biri də hər dörd aydan bir arvad dəyişməsi imiş. Yəni arvad alıb keyfiyini sürəndən sonra min dənə bəhanə ilə boşayıb başqasını alırmış. Bir gün bu Hacı, Səidə adında bir cavan qız alır. Səidə isə o biri arvadlar kimi avam deyilmiş, necə deyərlər lazım gəlsəydi Hacını çaya susuz aparar, susuz gətirərdi. Bu Hacının arvadlarını boşamağının əsas səbəbi isə guya axşam işdən gələndən sonra onun istədiyi yeməkləri hazırlamamaları olurmuş. Səidə isə çox dadlı yeməklər bilşirirdi və Hacı axşam işdən gələn kimi həmin yeməkləri gözünə soxurdu. Bu səbəbdən də Hacı bir müddət Səidəni boşamaq üçün bəhanə tapa bilmir! Nəhayət bir axşam dükanını bağlayıb evə gələndən sonra süfrədəki yeməklərə baxıb bağırır:
-Mən sənə zəhirmar bişirməyi tapşırmışdım, hanı?
Səidə dərhal süfrəyə şüşə qabda sarı rəngli bir maye qoyur:
-Bu da zəhirmar! İçə bilirsən, iç!
Söz yox ki, Hacı qabdakının həqəqtən də zəhər olduğunu düşünüb içməkdən vaz keçir. Lakin ertəsi günü yenə bəhanə tapmaq üçün süfrə kənarında oturan kimi bağırır:
-Bu süfrədə quş südü çatmır! Mən sənə quş südü tapmağı tapşırmışdım, hanı quş südü?
Səidə dərhal süfrəyə bir qab süd qoyur:
-Bu da quş südü!
Hacı yenə bağırır:
-Bunun quş südü olmağını necə subut eləyə bilərsən?
Səidə dodağını büzür:
-Sən doğmayacağını necə subut eləyə bilərsənsə, mən də bunun quş südü olduğunu elə subut eləyə bilərəm!
Hacı bunu eşidən kimi qəzəblə ayağa qalxır:
-Nə çərənləyirsən, mən arvadammı doğum?!
Səidə çiyinlərini çəkir:
-Arvad olmamağını necə subut eləyə bilərsən?! Mənə elə gəlir ki, sən bu yaxında doğacaqsan!
Hacının az qalır hirsindən başına hava gəlsin və qəzəbdən bütün varlığı əsməyə başlayır:
-Əgər mənim doğmağımı subuta yetirsən, sənə bütün varidatımı, malikanəmi verəcəyəm, yox əgər subuta yetirə bilməsən, səni qul kimi aparıb qul bazarında satacağam!
Belə olur ki, həmin gecə qonşuda bir arvad doğur və Səidə çağanın anasından izn istəyib çağanı çadrasının içində aparır və yuxuda xoruldayan Hacının qıçları arasına qoyur. Bu vaxt çağa ağlamağa başlayır və Hacı yuxudan oyanır. Çağanı görən kimi Hacının gözləri kəlləsinə çıxır və guya sadəcə olaraq çağanın səsinə ora gəlmiş Səidə çağanı göstərib deyir:
-Doğdun demək! Bax bu da subut!
Səidə bunu deyib çağanı qucağına götürüb çığırmağa başlayır:
-Ay camaat, ay camaat, Hacı doğdu, doğdu!
Səsə qonşular yuxudan oyanıb yavaş-yavaş onlara yığışmağa başlayırlar. Hacı bunu belə görüb biyabır olacağından qorxduğu üçün şalvarını əyninə geyib qaçır və özü ilə də heç nə götürmür. Lakin şalvarının cibində bir az pul olduğu üçün qaçıb bir gəmiyə minərək İrana gedir və İranda məcbur olub ona-buna nökərçilik eləməyə başlayır.
Bu əhvalatdan düz iyirmi il keçir və Hacı düşünür ki, yəqin onun başına gələn əhvalat artıq unudular. Odur ki, bir az pul toplayıb yenə gəmiyə minərək vətənə qayıdır. Şəhərə girən kimi irəlidə hündür bir bina görür və iki yeniyetmənin mübahisəsini eşidir. Yeniyetmələrdən biri deyir;-“Bu bina padşahın qızı ərə gedən ili tikilib”. O biri yeniyetmə isə onun fikri ilə razılaşmayaraq;-“Sən düz demirsən, bu bina Hacı doğan ili inşa edilib”,-deyir. Hacı bunu eşidən kimi başını tutub geriyə qaçır və hələ də limanda olan gəmiyə minir.
Zülfüqar nağılı nəql elədikcə Nəcməddin yavaş-yavaş gülür, Şəfəq isə uğurnurdu və bu Şəfəqə o qədər gülməli göründü ki, nağıl bitəndən sonra da bir neçə saniyə gülməyini saxlaya bilmədi. Nağılın nəqlindən bir qədər sonra yenə bir qədər sükunət hökm sürdü və nəhayət yenə Zülfüqar sükutu pozdu:
-Hə, bu da qadın həbsxanası! Buyurun Şəfəq xanım, Allah yardımçınız olsun! Sizə uğurlar!
Nəcməddin isə nədənsə çaşıb qalmışdı, bilmirdi düşüb Şəfəqlə getsin, yoxsa maşında otursun?! Burda Zülfüqar onun köməyinə gəldi:
-Canım qardaşım, Sübhan müəllim səni bura niyə göndərib, düş qızla get də.. Nə olsun ki, qadın həbsxanasıdı, sən polis zabitisən, hər yerə də daxil olmağa ixtiyarın var! Ə kişi, səni Sübhan müəllim qıza mühafizəçilik eləməkdən ötrü ona qoşub! Vallah səni bu gün tanımaq olmur?! Düş, düş aşağı görüm, özünü itirmə!
Nəcməddin sanki buna bənd imiş kimi zarafatça Zülfüqarın çiyninə yüngülcə bir yumruq ilişdirib maşından düşərək Şəfəqin atdınca getdi.
Bir qədər sonra onlar vəsiqələrini göstərib içəri keçdilər və Şəfəq növbətçiyə vəsiqəsini göstərib Ləmanla görüşmək istədiklərini biıldirdi. Növbətçi dərhal daxili telefonla nəzarətçilərə Cinayət Axtarışları Şöbəsindən gələn polis əməkdaşlarının Ləmanla ilə görüşmək istədiyini bildirdi və Şəfəqə irəlidəki otağı göstərdi:
-Zəhmət olmasa yaxındakı otağa keçin, indi Ləman gələr!
Şəfəqlə Nəcməddin yaxındakı otağa keçdilər və bir qədər sonra nəzarətçi qadın Ləmanı gətirdi. Ləmanın qarnı xeyli böyümüşdü, bu səbəbdən də bir az ağır yeriyirdi. Ona üzdən iyirmi beş yaş vermək olardı, lakin üzündən sanki 1941-1945-ci il müharibəsində kömunistlər, onlara qarşı savaşanlar və yəhudilər üçün yaratdıqları “konus-düşərgə”də faşistlər tərəfindən dəhşətli işgəncələr verilən əsirlərə oxşayırdı. O, uzunboylu qız idi, lakin çəkisi 35 kiloqramdan çox olmazdı.
Şəfəqi onu görən kimi elə dəhşət bürüdü ki, özündən asılı olmayaraq rəngi qaçdı və bir müddət sanki günah işlətmiş adam kimi vəziyyət aldı və əgər Ləman özü sükutu pozmasaydı, bəlkə də Şəfəq hələ bir beş dəqiqə ona heç bir sual verə bilməyəcəkdi. Ləman olduqca hüzünlü və initili səslə soruşdu:
-Sənə nə oldu bacım?! Hiss edirəm ki, bu işə lap təzə başlamısan, ona görə mənim ölü sifətinə oxşayan sifətimi görəndə bu qədər sarsıldın. Əgər sənin üçün çətindisə qoy bu cavan leytnant mənə suallar versin!
Şəfəq sağ əlini yellədi:
-Yox, yox.. İndi onun vəzifəsi sullar vermək deyil, bu mənə aid olan şeydi! Əgər mümkünsə de Ləman, səni bu hala kim salıb?
Ləman bir qədər susub dilləndi:
-On il bundan qabaq adam öldürəndən sonra məni bu həbsxanaya gətiriblər!
Şəfəq başını buladı:
-Bu mənim sualıma cavab deyil Ləman! Mən səndən soruşdum ki, səni bu hala kim salıb?
Ləman başını aşağı dikib bir qədər susdu və sonra başını yuxarı qaldırıb dedi:
-Mən bunu deyə bilmərəm bacım! Çünki mənim valideynlərim, yaxınlarım, əzizlərim var!
Şəfəq köksünü ötürdü:
-Yaxşı bəs uşaq kimnəndi?
Ləman yenə başını buladı:
-Bilmirəm, görmədim, gecə vaxtı gözlərimi bağladılar və qaranlıq bir otağa salıb..
Ləman sözün arxasını demək istəsə də, bacarmadı və özündə asılı olmayaraq hönkürtü ilə ağlamağa başladı!
Şəfəqi də ağlamaq tutmuşdu və Ləman ağladıqca o da özün saxlaya bilməyib xısın-xısın ağlayırdı.
Nəcməddinin isə gözlərindən alov saçılırdı və danışmağı tamamilə sevmədiyinə baxmayaraq gur səsi eşidildi:
-Bəs həbsxananın rəisi hara baxırdı?
Ləman ağlaya-ağlaya dilləndi:
-Onun xəbəri yoxdu, o heç nə bilmir, ümumiyyətlə mənə işgəncələri də gecələr veriblər deyə o bütün bunlardan xəbərsizdi!
-Bəs gecə növbədə olan nəzarətçilər?
-Bilmirəm, bircə onu bilirəm ki, mənə hədə-qorxu gəliblər ki, əgər dərinə getsən və ağzından söz qaçırtsan, bütün nəslini kəsəcəyik! Odur ki, qorxuram, çox qorxuram!
Şəfəq özünü toplayıb ağlamağını kəsdi və ciddi şəkildə soruşdu:
-Bilirik ki, sən adam öldürdüyün üçün həbsxanaya düşmüsən, odur ki, bu suala cavab vermək yəqin ki, sənin üçün heç bir təhlükə törətməz! De görüm kimi öldürmüşdün?
Ləman köksünü ötürüb dilləndi:
-Mən rayon icra hakimi Elşad Gurşad oğlunun oğlu Sərvər Elşad oğlunu öldürmüşdüm!
-Niyə?
-O məni zorlamışdı, ona görə!
-Tibbi ekspert bunu təsdiq elədimi?
-Xeyr!
-Niyə?
-Buna zaman olmadı!
-Necə yəni zaman olmadı! Bəs qanun?
-Bilmirəm!
-Səni biradamlıq kamerada saxlayırlar?
-Hə!
-Şübhə eləmirəm ki, sənə burda da işgəncə verirlər?!
Ləman başını aşağı salıb dinmədi.
-Buranın həkimi sənə baxıbmı?
Ləman yenə dinmədi.
Şəfəq yüngülcə başını tərpətdi:
-Aydındı! Sənə verilən işgəncələrin və həbsxanada zorlanmağının hansı daşın altından çıxdığı artıq aydın oldu! Daha sənə sualım yoxdu!
Şəfəq bunu deyib Nəcməddinə baxdı:
-Daha biz gedək!
Onlar qapıya tərəf getdilər və yaxınlığdakı nəzarətçi başı ilə Ləmana,-“Dur gedək”,-işarəsi verdi. Ləman ayağa qalxıb hələ qapıdan çıxmamış Şəfəqə səsləndi:
-Çox xahiş edirəm, yavarıram, çox dərinə getməyin, bu sizin özünüz üçün də təhlükəli ola bilər! Mənimsə nəslimi kəsərlər!
Şəfəq ona tərəf dönüb dilləndi:
-Bu dünyanın və bütün kainatın yiyəsi Allahdır və hökm verən də odur! Əgər o qarşısını alsa, kimsə kimsənin nəslini kəsə bilməz! Arxayın ol Ləman, inşallah bizim şöbənin rəisi Sübhan Poladov hökmən bu işi çözəcək və canilər mütləq öz cəzalarına çatacaqlar!
Üç dəqiqədən sonra Şəfəqlə Nəcməddin artıq maşında əyləşmişdilər və hər ikisi də olduqca qəzəbli görünürdü. Zülfüqar da öz növbəsində onların yalnız qəzəb ifadə eləyən görkəmlərindən bunun söz yox ki, Ləmanla bağlı olduğunu dərhal anladı, lakin bir söz demədən maşını hərəkətə gətirib Cinayət Axtarışları Şöbəsinə tərəf istiqamət götürdü.
* * *
Şöbədə Poladov Şəfəqi dinləyən kimi dərhal rsbitə aparatını götürüb zəng vurdu:
-Mahir müəllim! Zəhmət olmasa çamadanınızı götürün, aşağı düşüb maşına əyləşin! Qadım həbsxanasına gedəcəyik!
Poladov bunu deyib telefonu xəttdən ayıraraq cibibə qoyaraq üzünü Şəfəqə tutdu:
-Ola bilər ki, mən bu gün bura çox gec qayıdım, çünki Ləmana verilən işgəncələrə son qoymağa gedirəm! Sən isə bu gün ki, ilk işini uğurlu hesab eləyə bilərsən! Əgər çox gec gəlsəm, iş günü başa çatanda daha çıxıb evinizə gedərsən!
Şəfəq başını tərpədib kabinetdən çıxdı, Poladovda onun ardınca çıxıb kabinetini bağlayaraq pillələrlə düşdü və şöbənin həyətinə çıxıb dərhal maşına əyləşib dilləndi:
-Qadın həbsxanasına!
Zülfüqar adəti üzrə heç bir sual vermədən hələ də mühərriki soyumamış maşını hərəkətə gətirdi və qadın həbsxanasına tərəf istiqamət götürdü.
Mahir Kərimzadə artıq maşında əyləşmişdi və Zülfüqarın idarə elədiyi maşın təxminən yarım saat sonra qadın həbsxanasının yaxınlığına çatdı və Poladov dərhal düşüb altmış yaşına tam uyğun gəlməyən iti addımlarla həbsxanaya yaxınlaşdı və onun qapıda dayanan keşikçilərə vəsiqəsini göstərməyə ehtiyac qalmadı. Onlar onu yaxşı tanıyırdılar, odur ki, dərhal qapını açıb onları içəri buraxdılar. Poladov sürətini azaltmadan növbətçiyə yaxınlaşıb Ləmanla görüşmək istədiyini bildirdi. Növbətçi dərhal başını tərpədib daxili telefonla qadın nəzarətçilərə Ləmanı gətirməyi tapşırdı və Poladova yaxındakı otaqda gözləməyi buyurdu. Poladov otağa keçəndən iki dəqiqə sonra Ləmanı ora gətirdilər və Poladov əli ilə qapıda dayanan nəzarətçiyə,-“Gedə bilərsən”,-işarəsi verdi. Nəzarətçi bundan xoşlanmasa da, ona göstəriş verənin Cinayət Axtarışları Şöbəsinin rəisi olduğunu bildiyi üçün tabe oldu və Poladov Ləman və tibbi ekspert Mahir Kərimzadə otaqda üçü qaldılar.
Mahir Kərimzadə Ləmana diqqətlə nəzər salandan sonra üzünü Poladova tutdu:
-Ola bilər qız sizdən utansın?! Amma həkimlərdən kimsə utanmır, ona görə də Sübhan müəllim, hələlik çıxsaz yaxşı olar!
Poladov başını bulayıb otağdan çıxdı və Mahir Kərizadə Ləmanı müayinə eləməyə başladı və təxminən beş dəqiqədən sonra Poladova səsləndi:
-Gələ bilərsiz Sübhan müəllim!
Poladov otağa girdi və Mahir Kərimzad ona baxmadan dilləndi:
-Bu qıza o qədər işgəncə veriblər ki, bədənində sağ yer yoxdu! Yaraların bəziləri köhnə, bəziləri təzədi! Onu tez-tez vəhşicəsinə döyüblər və zorlayıblar! Bədbəxt qızın indiyə qədər sağ qalması möcüzədi! Onu mütləq xəstəxanada yatızdıqrmaq lazımdır!
Ləman başını aşağı salıb xısın-xısın ağlayırdı. Mahir Kərimzadə əlini onun əlinin üstünə qoydu:
-Ağlama qızım, ağlama! Polkovnik Sübhan Poladov bir işə əl qoydu, o işin nəticəsi həmişə sevindirici olur! Hər şey yaxşı olacaq qızım!
Poladov bir qədər Ləmanın üzünə nəzər salıb Mahir Kərimzadəyə üzünü tutdu:
-Sən bütün bunları yaz, imza et, mənə ver!
Mahir Kərimzadə kəmərinə taxdığı kiçik çantanı çıxarıb ordan möhürlü kağız və qələm götürərək, Ləmana verilən işgəncələri kağızda qeyd elədi və imza atıb Poladova uzatdı. Poladov kağızı alıb nəzər salaraq əlindəki qovluğu masanın üstünə qoyaraq açdı ora qoydu və ordan bir kağız götürüb qələmlə birlikdə Ləmana uzatdı:
-Al qızım, Respublika prokuroruna şikayət məktubu yaz! Başlığını belə yaz! “Ölüm hadisəsi ilə həbsxanada cəza çəkən Ləman Qənizadə Qəni qızı tərəfindən Respublika prokuroruna ərizə!” Sonra abzasdan başına gələnlərin hamısını, istər azad həyatda, istərsə də burda on il içərisində nə gəlibsə, hamısını yaz! Tələsmə, çalış ki, heç bir şeyi yadından çıxartmayasan! Özün də qorxma! Respublika prokuroru çox mərd adamdır, necə deyərlər əsil kişidir, bir sıra hər an vətənə xəyanət eləməyə hazır olan, rüşvəti də kilo ilə alan nazirlərin tayı deyil! Yaz qızım, üzrəyini də buz kimi elə! Çünki bundan sonra kimsə sənə nəinki işgəncə verə bilməyəcək, güldən ağır söz belə deyə bilməyəcək! Yaz qızım, qorxma! Onu da bil ki, mən bu məktubu öz əllərimlə Respublika prokuroruna təqdim eləyəcəyəm!
Ləman qələmi əlinə götürüb əlləri əsə-əsə yazmağa başladı və əlləri titrədiyi, eyni zamanda Poladovun tapşırdığı kimi heç bir şeyi yaddan çıxartmamağdan ötrü onun şikayət məktubunu yazıb başa çatdırması ən azı iyirmi dəqiqə çəkdi və nəhayət o məktubu yazıb başa çatdırdı və imza qoyub Poladova uzatdı. Poladov məktubu alıb oxudu və razılıqla başını tərpədib soruşdu:
-Heç nəyi unutmadın ki?
-Ləman başını buladı:
-Xeyr! Başım bəlaya girəndən bu yana başıma hansı oyunlar gətiblərsə hamısını sözbəsöz yazdım!
Poladov məktubu qovluğun arasına, qələmi də cibinə qoyub ayağa qalxdı və qapının o biri tərəfində dayanan qadın nəzarətçini səslədi:
-Gəl Ləmani apar və buranın rəisinə də çatdır ki, Cinayət Axtarışları Şöbəsinin rəisi Sübhan Poladov Lamana verilən işgəncələrlə əlaqədar Respublika prokorunun qəbuluna getdi.
* * *
Düz üç saatdan sonra Poladov Zülfüqarın idarə elədiyi maşınla qadın həbsxanasına qayıtdı və həbsxanaya girən kimi dərhal həbsxananın rəsisi Qədim Qədimovun kabninetinə girdi. Qədimov yaşlı bir adam idi, Poladovu da çox yaxşı tanıyırdı, lakin Poladov axırıncı dəfə təxminən il yarım bundan qabaq Paşa müəllimin seyfinin yarılması ilə əlaqədar burda olmuşdu.
Qədim Qədimovun yaşı səksəni haqlamışdı, gözləri də çox zəif görürdü, lakin Poladovu görən kimi tanıdı və təəcüblə onun nə deyəcəyini gözlədi.
Poladov təklif gözləmədən oturub bir qədər dinmədi, sonra sükutu pozdu:
-Qədim müəllim, bilirəm ki, gözləriniz pis görür, ola bilər ona görə bu həbsxanada baş verən bir sıra cinayətəri görmürsüz, amma deyəsən qulaqlarınız da karlaşıb, çünki gecə-gündüz işgəncələr verilən bəzi dustaq qadınların ah-naləsini də eşitmirsiz! Belə olan halda gərək çoxdan təqaüdə çıxaydız!
Poladovun səsi gur olduğu üçün Qədimov onun dediklərinin hamısını çox yaxşı eşidirdi, bir də ki, Poladovun dediyinin əksinə olaraq qulaqları hələ karlaşmamışdı, odur ki, Poladova əyri-əyri baxdı:
-Nə demək istəyirsən?!
-Sizin rəisi olduğun bu həbsxanada Qənizadə Ləman Qəni qızı adında bir qadın dustağa on ildi işgəncə verirlər və nəhayət tez-tez zorlandığı üçün hamilədir! Amma siz bunu nə görmürsüz, nə də eşitmirsiz!
O, bunu deyib qovluğu açaraq Mahir Kərimzadəinin Ləmana verilən işgəncələr haqqındakı kağızı, eyni zamanda Respublika prokurorunun möhürünü təsdiqini bildirən imzasını və möhürünü göstərdi:
-Sizin rəhbərlik elədiyiniz həbsxanada düz on ildi Qənizadə Ləman Qəni qızına işgəncələr verilir və bədbəxt qız dəfələrlə zorlanıb! Bu da tibbi müayinənin, eyni zaman Respublika prokurorunun təsdiqi! Bundan əlavə sizin üçün də məhz Respublika prokuroru ərəfindən istintaq işi açılıb! Həm də respublika prokuroru rayon icra hakimi Elşad Gurşad oğlunun həbsi üçün mənə sanksiya verib! Mən indi burdan onu həbs eləməyə gedəcəyəm! Lakin bu hamısı deyil! Bir qədər sonra Qənizadə Ləman Qəni qızına onun göstərişi ilə işgəncə verən və zorlayan kimdisə, həm də şübhə eləmirəm ki, o qadın qiyafəsində olan kişidi, daha doğrusu nəzarətçilərdən biridi, o mənim məngənəmə keçəcək və and olsun şərəfimə ki, onun cəzası çox ağır olacaq!
Poladov bunu deyib kağızı qovluğa qoyaraq qovluğu bağladı və ayağa qalxıb həbsxana rəisinin kabinetini tərk etdi.
Bir qədər sonra o maşında idi və Zülfüqara rayon icra hakimiyyəti yerləşən biinaya tərəf iqtiqamət götürməyi göstəriş verdi.
Zülfüqar da adəti üzrə yenə heç bir sual vermədən maşını hərəkətə gətirib şose yolla irəliləməyə başladı.
Yolda Poladov, Nəcəməddinə zəng vurub operativ qrupla birlikdə Rayon İcra Hakimiyyətinin qarşısına gəlməyi tapşırdı.
Rayon İcra Hakimiyyətinin binası yaxınlığına çatan kimi Poladov cbindən qandal çıxarıb Zülfüqara uzatdı:
-Al bunu qoy cibinə və mənimlə gəl!
Bu vaxt Nəcməddinin başçılıq etdiyi operativ qrupun maşına da orda saxladı və onlar maşından düşən kimi Poladov onlara səsləndi:
-Hazır olun, indi bir yığın yollarını azmış haramzadalarla savaşacağıq! Əgər isti silaha əl atmasalar, siz də silahlarınızdan istifadə eləməyin! Lakin çaşıb bunu eləsələr vurun! Lakin ilk növbədə ayaqlarından vurmağa çalışın!
Poladov bunu deyib İcra Hakimiyyətinin iri qapısına tərəf getdi. Ordakı keşikçilər onu içəri buraxmayıb İcra hakimi Elşad Gurşad oğlu ilə əlaqə saxladılar və Poladova;-“Elşad müəllim, sizin bura girməyinizə ucazə vermir! Gedə biilərsiz”--dedilər.
Poladov əllərini yana açıb özünü guya əmrə tabe olmuş kimi göstərdi, lakin qəfildən zaman kəsiyində keşikçilərin hər ikisini vurub bayıltdı və həm Zülfüqara, həm də Nəcməddinin başçılıq elədiyi operativ qrupa;-“Arxamca gəlin”,-işarəsi verdi.
Onlar içəri girdilər və içəri girən kmi də Poladovun yəqin etdiyi kimi döyüş başladı, nə başladı. Elşad Gurşad oğlunun nökərçələri polislərdən iki dəfə çox olsalar da, olduqca cəld, güclü və cəsarətli polislərin qarşısında aciz qaldılar. Polislər onların hamısını tərksilah elədilər, Zülfüqar isə onların arasından birinin Nəcməddinə güllə atmaq istədiyini görüb həmin adamı qıçından güllə ilə vurdu, həmin nökərçə ufuldayıb yerə çöküncə Zülfüqar onun başının üstünü alıb qolunu elə burdu ki, bağırtısı İcra hakiminin kabinetinə qədər getdi.
Bundan sonra başda Poladov olmaqla onlar Elşad Gurşad oğlunun kabinetinə girdilər və Poladov bir söz demədən ona yaxınlaşıb çənəsinə var gücü ilə elə bir yumruq vurdu ki, o tappıltı ilə yerə sərələndi və Poladov iki əllə onu ayağa qalxızıb divara söykədi:
-Elə bilirdin törətdiyin günahların cəzasını çəkməyəcəksən?! Vəzifənə çox güvənirdin, hə?! Sənin qanın getdi! Respublika prokuroru sənin həbsin üçün sanksiya verib və səni ittiham eləməyi şəxsən mənə, Cinayət Axtarışları Şöbəsinin rəisi Sübhan Poladova tapşırıb. Həmin sanksiya mənim qovluğumdadı! Elə bilirdin, kimi istəsən öldütdürəcəksən, kimi istəsən zorladacaqsan, kimə istəsən işgəncələr verdirəcəksən, kimin istəsən haqqını çalacaqsan və sənə də gözün üstündə qaşın var, deyən olmayacaq, hə?! Amma nəhayət keçdin mənim məngənəmə! And olsun valideynlərimin bütün əcdadlarımın ruhuna ki, səni elə sıxacağam ki, gündə azı min dəfə özünə ölüm arzulayacaqsan və sənin əmrinlə o yazıq qıza zülm eləyənləri səndən də betər günə salacağam!
Poladov bunu deyib yaxınlığında deyən Zülfüqara onu göstərdi:
-Qandalla!
Zülfüqar dərhal qandal çıxarıb onu qandalladı və zaman Poldovun əvvəlkindən daha qəzəb ifadə eləyən səsi eşidildi:
-Aparın!
Nəcməddin onun boynundan yapışıb demək olar ki, sürüyə-sürüyə apardı.
* * *
Ertəsi gün bazar günü olduğu üçün qadın həbsxanasının həyəti qadın dustaqlarla dolu idi. Onlar iki-iki, üç-üç bir-birilə söhbət edə-edə o tərəf bu tərəfə gəzişirdilər. Nəzarətçi qadınlar həbsxananın həyətinin dörd tərəfində durub onlara nəzarət eləyirdilər. Ataman çoxdan sağalmışdı və yenə də əvvəlki kimi burda bütün qadın dustaqlar ona ağa kimi baxır, həbsxana nəzarətçilərindən daha çox ondan qorxduqları üçün onun yanından ötəndə sanki quzuların canavar qəfəsinin yanından ötən kimi ötürdülər. O isə həmişəki kimi bir daşın üstündə oturub qəlyanını tüstülədirdi.
Nahara təxminən iyirmi dəqiqə qalmış həbsxananın qapısı açıldı və Sübhan Poladov, Şəfəq, Nəcməddin və Zülfüqarla birlikdə həbsxananın həyətinə girdi.
Nəzarətçi qadınlar yuxarıda deyildiyi kimi həbsxananın iri həyətinin dörd küncündə iki-iki durmuşdular. Poladov, Atamanın yanından keçəndə Ataman sağ əlini yuxarı qaldırdı:
-Canilərin canına od salan rəisə eşq olsun! Sizdən nə əcəb cənab Poladov, yenə bizim həbsxanaya təşrif gətirmisiz?! Yoxsa qadın dustaqlardan yenə kimsə seyf yardırıb?
Poladov ona ani nəzər salıb gözünü həyətin sağ küncündəki qadın nəzarətçilərdən birindən çəkmədən ayaq saxlayıb dilləndi:
-Yox, qadın dustaqlar seyf-zad yardırmayıblar! Bu dəfə qadın nəzarətçilər quyruq salladıblar! Gəlmişik onların quyruqlarını qopardaq!
Ataman ondan bunu eşidən kimi ayağa qalxdı:
-İcra hakimini yaxaladız demək?!
Poladov yenə ona baxmadan gülümsədi:
-Sənin yerinə olsaydım, qarətlə-marətlə işim olmazdı, xəfiyyəlik eləyərdim!
-Biz paqon daşımırıq rəis!
Poladov çiyinlərini çəkdi:
-Paqon daşımaq niyə?! Məgər xəfiyyələr paqon daşıyır?!
Ataman onun baxdığı istiqamətə baxıb qəlyanına qullab vurdu:
-Paqon daşımasa da, həmişə paqon daşıyanların yanında olur! Bizim aləmdə isə buna çox pis baxırlar!
Poladov gözünü sağ küncdəki nəzarətçidən çəkmədən dilləndi:
-Paqon daşıyanlar olmasa, sən gəlib bu boyda olmazdın! Elə uşaq ikən anasının əmcəyini kəsənlər səni gəmirib udardılar!
Ataman gülümsündü:
-Nə olursa-olsun rəis, bizim başqa-baqşa aləmimiz var! Siz bizim kimi düşünmürsüz, biz də sizin kimi!
-Əlbəttə, siz bizim kimi düşünsəydiz gözünüzün qabağında bədbəxt bir qıza işgəncələr verə bilməzdilər! Budumu sizin qeyrət-namus püskürən dünyanız?!
Ataman yenə qəlyanına qullab vurdu:
-Biz qanun keşikçisi deyilik, əlimizdə də heç bir səlahiyyət yoxdu! Birdə ki, bir-iki nəfərin ağzını ovmaqla bu dünya düzələcəkmi rəis?!
-Əlbəttə düzəlməyəcək, lakin az da olsa günahsız insanları quduz köpəklərin ağzından xilas eləmək mümkündü! Burda Ləman adında bir dustaq qadın hamilədi, xəbərin var?
Ataman heyrət içində soruşdu:
-Hamilədi?
-Hə, hamilədi!
-Bah atonnan, bu dünyada nələr baş verir, nələr?! Görünür hələ dünyanın çox sirrlərindən xəbərimiz yoxdu! Kimdən hamilədi, həbsxananın rəisindən?
Poladov gülümsündü:
-Onun hayı gedib, vayı qalıb!
-Bəs kimdən? Axı burda ondan başqa kişi yoxdu?!
Poladov əlini ona uzatdı:
-Bəlkə sənnən?! Sən kişi deyilsən məgər?!
Ataman çiyinlərini ata-ata güldü:
-Neçə aylıqdı rəis?
-Bilmirəm!
-Əgər əkiz doğulsa, özü də ikisi də oğlan, deməli məndəndi, yox əgər tək doğulsa onda başqasındandı!
Ataman sözünü bitirər-bitirməz Poladov yanındakılara həyətin sağ güncündə dayanan nəzarətçini göstərdi. Onlar hər üçü qadın dustaqların arasından keçib nəzarətçiyə yaxınlaşdılar, onu ilk haqlayan isə Şəfəq oldu və qəfildən bir anın içində ondan yapışıb ağrıdoğrucu fəndə saldı, bu biri qadın nəzarətçi mane olmaq istəyəndə Şəfəq onu buraxıb bu birinə əla bir fənd atdı, Nəcməddinlə Zülfüqar şığıyaraq Şəfəqin ağrıdoğurucu fəndə saldığı nəzarətçini yaxalayıb başındakı şinyonunu çıxartdılar və dərhal hamı onun kişi olduğunu gördü, bu səbəbdən görənlərin hamı və hətta Ataman da içini çəkdi.
Mayilə hələ də Atamanın qorxusundan ümumi kamerdakı tualetdə hər gün sidik təmizləsə də, indi Atamanın həbsxananın həyətində olduğundan istifadə eləyib həbsxana binasının dəhlizinə çıxmışdı və Atamandan çəkindiyi üçün həyətə düşməsə də, pəncərədən bayıra tamaşa edirdi və polis mundirində olan Zülfüqarı görüncə içinin çirki yenə içini dağıtmağa başladı, lakin əlindən heç bir şey gəlmədiyinə görə iki əllə divarı yumruqlayıb iyrənc səslə ağlamağa başladı.
Şəfəqin fənd atdığı qadın nəzarətçi qalxıb üst-başını çırpırdı və artıq başqa künclərdəki qadın nəzarətçilər də həmin məkana yaxınlaşmışdılar. Qadın qiyafəsinə girmiş nəzarətçini isə Nəcməddin dərhal qandallamışdı. Poladov ona yaxınlaşıb dilləndi:
-Nadir Gülənov! Elşad Gurşad oğlunun tapşırığı ilə Dadaşova İlhamə qılığında artıq on ildi bu həbsxanada işləyirsən və gecələr növbədə olanda, üzünə maska taxıb biradmlıq kamerda saxlanan Qənizadə Ləman Qəni qızına həm işgəncələr vermisən, həm də zorlamısan! Lakin onun səndən hamilə qaldığını anlayandan sonra zorlamağını dayandırmısan, amma Elşad Gurşad oğlundan sifariş aldığın üçün bədbəxt qıza işgəncələr verməkdən əl götürməmisən!
Sonra o Nəcməddinə göstəriş verdi:
-Apar!
Nəcməddin Nadir Gülənovu özünəməxsus şəkildə demək olar ki, sürüyə-sürüyə apardı və Poladov üzünü ordakı bütün qadın nəzarətçilərə tutdu:
-Bilirəm ki, o tək deyil, ona bu iyrənc işləri görməkdə bu on il müddətindən yardım eləyənlər olub, daha doğrusu növbədə olanda istədiyi vaxt Qənizadə Ləman Qəni qızının oturduğu biradamlıq kameraya girib ona insanlığa sığmayan işgəncələr verib və Ləmanın hamilə olduğunu bilənə qədər hər dəfə növbədə olanda onu zorlayıb! Onsuz da şöbəyə gedən kimi hamısını özü deyəcək və bu işdə kim ona yardımçı olubsa elə onun qədər ittiham olunacaq və dörd divar arasına göndəriləcək!
Sonra o, üzünü bayaq Şəfəq Nadir Gülənovu yaxalayarkan Şəfəqə hucum eləyən nəzarətçiyə tutdu:
-Sənin isə Nadir Gülənovla əlbir olmağına heç bir şübhəm yoxdu! Hələlik isə Cinayət Axtarışları Şöbəsinin əməkdaşı canini yaxlamaq istəyərkən ona əl qaldırmaq istədiyinə görə bizimlə getməlisən!
Poladov bunu deyib Zülfüqara baxdı:
-Apar! Artıq dustaq maşını bayırda gözləyir. Hər ikisini ora mindirin və Nəcməddinə de ki, bizi gözləməsinlər, sürüb getsinlər, orda da hər ikisini ayrı-ayrı kameraya salsınlar!
Zülfüqar başını tərpədib əli ilə həmin qadın nəzarətçiyə qabağına düşməyi göstərdi. Ələ keçdiyi üçün olduqca təlaşlanmış qadın nəzarətçi qıçları dolaşa-dolaşa Zülfüqarın qabağına düşdü.
Bundan sonra Poladov bir qədər kənarda dayanıb boyunlarını bükmüş qadın nəzarətçilərə üzünü tutdu:
-Qaraul dəstəsinin rəisi içərididədi?
Qadın nəzarətçilər sanki bir ağızdan sələndilər:
-Bəli!
-Onu yanıma çağırın!
Qadın nəzarətçilərdən biri dərhal qaraul rəisini çağırmağa getdi və Poladov artıq yanında dayanan Şəfəqin əlini sıxdı:
-Sağ ol qızım! Sən ilk imtahandan əla keçdin! Şübhə eləmirəm ki, bundan sonra həmişə əla qiymətlər alacaqsan!
Şəfəq əini gicgahının üstünə qoyub polis salamı verdi:
-Vətənimə və dövlətimə xidmət eləyirəm!
Ataman yaxında idi və bayaqdan Şəfəqə baxıb başını razılıqla tərpədirdi. Şəfəq sözünü bitirən kimi o kişi səsinə oxşayan yoğun səslə soruşdu:
-Yaman boevoy qızdı! Nəyindi bu rəis?
Poladov yenə gülümsədi:
-Qızımdı!
-Bəs o hündür oğlanlar?
-Oğlanlarımdı!
Ataman dustaq geyiminin cibindən tənbəki kisəsi çıxardı:
-Dolama da rəis, eşitdiyimə görə axı sənin övladların yoxdu?!
Poladov da öz növbəsində siqaret yandırdı:
-Sən səhv eşitmisən! Belə görünür ki, sizin cinayətkarlar aləmi sosial şəbəkələrdə yayılan bəzi uydurmalara bənzər uydurmalar yayır!
Ataman kisədən bir qədər tənbəki çıxardı:
-Bəs anaları?
-Anaları yoxdu!
Ataman qəlyanını alışdırdı:
-Anasız necə doğulublar?
-Doğulublar da! Özün demədin ki, bu dünyada hələ bilmədiyimiz çox sirrlər yatır?!
Poladov sözünü bitirənə yaxın qaraul rəisi ona yaxınlaşaraq onun nə deyəcəyini gözlədi. Poladov onu təpədən-dırnağa qədər nəzərdən keçirib soruşdu:
-Adın nədi?
-Nəzərova Tünzalə!
-Sizdə də bizim kimidi, bir sutka növbədə olurlar, bir sutka evdə, düzdümü?!
Qaraul rəisi başını tərpətdi:
-Elədir!
-Neçə ildir burda işləyirsən?
-On ildir!
-Dadaşova İlhamə həmişə sənin rəhbərliyin altında növbə çəkib, düzdümü?!
-Bəli!
-Aydındı! Deməli sən də onunla əlbir imişsən!
Tünzalə çiyinlərini çəkdi:
-Doğrusu nə dediyinizi anlamıram?
-Gedərik, şöbədə hər şeyi anlayarsan!
O, bunu deyib üzünü Şəfəqə tutdu:
-Daha qandallımız qalmayıb! Bunu apar maşına, mən də gəlirəm!
Şəfəq Tünzaləyə yaxınlaşıb qolundan tutmaq istədi, lakin Tünzalə birdən geri sıçrayıb tapançasını çıxartı və həm Şəfəqin, həm də Poladovun üzərinə tuşladı:
-Cəhənnəm olun! Yoxsa hər ikinizi güllə-baran eləyərəm!
Poladov sakitcə dilləndi:
-Cəza müddətini ən azı ikiqat artırırsan, silahı at yerə!
Tünzalə bağırdı:
-Heç vaxt, heç vaxt! Mənim cəsədimi də həbs eləyə bilməzsiniz! Sizə cəhənnəm olun burdan dedim, yoxsa dünyanı başınıza uçurdacam! Hə, üçə qədər sayıram, bir, iki..
Lakin Tünzalə üç deyə bilmədi, çünki onun lap yaxınlığında dayanan Ataman qəfildən onun boynunun arxasına elə bir çəpəki zərbə vurdu ki, o, çığırmağa belə macal tapa bilməyib üzüqoylu yerə aşdı və Şəfəq fürsətdən istifadə eləyib bir anın içində onu ağrıdoğurucu fəndə salıb silahını alaraq ayağa durğuzub sürüyə-sürüyə apardı.
Gülnaz da Mayilə kimi bayaqdan bütün bunları bəsxana binasının ikinci mərtəbəsindən izləyirdi, odur ki, Şəfəqi görən andan hikkəsindən əsim-əsim əsirdi. Hər dəfə Şəfəqin cani nəzarətçiləri üzərində qələbəsindən sonra isə havalanmaq dərəcəsinə gəlirdi və Şəfəq Tünzaləni sürüyə-sürüyə aparan ərəfədə daha özünü saxlaya bilməyib başına bir neçə dəfə ikiəlli qapaz salaraq hönkürtü ilə ağlamağa başladı.
Bu ərəfədə isə Poladov Atamana baxıb gülümsədi:
-Bayaq dedim də.. Sən kişisən!
Ataman tüstünü ciyərlərinə çəkdi:
-Mən həmişə əsil kişilər qarşısında kişi oluram! Biz bir-birinə tamamilə əks olan dünyaların insanlarıyıq! Amma səni mən yaxşı tanıyıram, sən əsil kişisən rəis, odur ki, sənə böyük hörmətim var!
Poladov özünəməxsus şəkildə yenə gülümsündü:
-Təşəkkür edirəm Ataman! Sən olmasaydın, bəlkə də artıq o biri dünyada idik!
Ataman yenə qəlyanını tüstülətdi:
-Dəyməz rəis, boş şeydi! Hə, yeri gəlmişkən mən bu qancığı on ildi tanıyıram, əvvəldən heç sevmədim onu! Özü də pozğunun biridi!
Poladov təəcüblə soruşdu:
-Onun pozğun olduğunu hardan bilirsən?
Ataman əlini yellədi:
-Heç, bir sözdü dedim! Nə isə..
Poladov daha bir söz soruşmayıb əli ilə “hələlik” işarəsi verib yola düzəldi və bir qədər sonra həbsxanadan çıxıb maşına əyləşdi.
Tünzalə onunla Şəfəqin arasında oturmuşdu və elə hey nəsə mızıldanırdı. Maşında artıq qandal olmadığına görə Şəfəq onun biləyindən yapışmıdı. Poladov bunu görüb ayı pəncəsinə bənzəyən olduqca iri əli ilə Tünzalənin bu biri biləyindən yapışıb Şəfəqə baxdı:
-Sən dincəl qızım, yoxsa bu gün əməlli-başlı cəngə çıxmısan!
Poladovun əli həqiqətən də polad məngənə kimi idi və o, Tünzalənin əlini sıxmasa da, Tünzalənin qolunun damarları sıxılmağa başlamışdı və bu ona əziyyət verirdi. Odur ki, biləyini Poladovun pəncəsindən çəkmək istədi, lakin bunun müşgül olduğunu görüb ilan kimi fısıldadı:
-Burax biləyimi, səni görüm lənətə gələsən!
Poladov təmkinini pozmadı:
-Ay bədbəxt, sən özün başdan-ayağa lənətsən, amma bunu sadəcə olaraq dərk eləmirsən?!
Tünzalə bir az da bərkdən çığırdı:
-Burax biləyimi, incidir!
Poladov çiyinlərini çəkdi:
-Sıxmıram ki.. Boş saxlamışam! Əgər sıxsam, o saniyə damarların partlayar!
-Gücün arvadlara çatır!
Poladov başı ilə Şəfəqə işarə verib onun qolunu buraxdı və Şəfəq dərhal onun qolundan yapışıb elə qardı ki, Tünzalənin bağırtısı aləmi bürüdü:
-Burax, burax, qolum sındı, sındı!
Poladov ona baxmadan dilləndi:
-Yaxşı deyiblər ki, aslanın erkəyi, dişisi olmaz! Biz aslanıq, siz isə kaftar sürüsü. Kaftar sürülərinə həmişə dişi kaftarlar başçılıq eləyir, özü də dişi kaftarlar erkək kaftarlardsan həm böyük, həm də daha güclü olurlar! Onlar Afrika cəngəlliklərində ağalıq eləmək istəyirlər, özləri ov eləyə bilmir və hansısa bir yırtıcı heyvan ov ələ keçirəndə sürü ilə gəlib ovu həmin heyvandan alırlar! Özləri də zəhərli ilanlardan da pisdilər, çünki ilanlar yalnız onların quyruğunu basanda adamı çalır, bunlar isə acizin zalımıdılar, harda özlərindən zəif, gücsüz görəndə dərhal hucuma keçib parça-parça eləyirlər! Lakin şirlərdən çox qorxurlar, çünki şir elə şirdi! Bizim respublikada da həmişə həyasızcasına onun-bunun ruzusuna əl atan, acizin zalımı, yazığ-yuzuğu dişlərinə keçirən kaftar sürüləri olub! Lakin həmişə də heç nədən qorxmayan, olduqca güclü və cəsarətli şir sürüləri onlara qalib gəlib! Mən uzun illərdi cinayətkarlarla mübarizə aparıram və ömrümdə heç vaxt qadınlara əl qaldırmamışam! Hərçənd ki, elə cinayətkar qadın var ki, bəzən onu təpiyimin altına salıb parçalamaq istəyirəm! Amma yenə də bunu bir kişi göstəricisi hesab eləmədiyim üçün əl saxlayıram!
Poladov bunu deyib üzünü ona döndərdi:
-Sən qadınsan, sənə əl qaldırmayacağam və səni bu qızım Şəfəq danışdıracaq, ona görə ki, tamamilə xəbərin olmadığı milli dəyərlərimizi nümunə gətirib qulağımızı öz iyrənc səsində deşməyəsən! Amma on ildir arvad qiyafəsinə girmiş Nadir Gülənovu dindirəcəyəm, lazım gəlsə işgəncə verəcəyəm ki, həm bədbəxt Ləmana verdiyi işgəncələrə əvəz olsun, həm də on il müddətində hər dəfə növbədə olarkən törətdiyi cinayətlərdə ona yardımçı olanların adını desin! Sonra isə həmin qadın nəzarətçiləri, o cümlədən səni, çünki sən qaraul rəisi olduğun üçün məsuliyyət də ən çox sənin üzərinə düşür, hamınızı ən ağır cəzalarla cəzalanmağınıza müvəffəq olacağam!
Bir qədər sonra Zülfüqarın idarə etdiyi maşın Cinayət Axtarışları Şöbəsinin həyətinə girdi və Zülfüqar maşını saxlayan kimi Şəfəq Tünzaləni maşından düşürüb boynundan yapışaraq şöbənin binasının içinə apardı.
* * *
Üç gündən sonra televiziya kanallarından birində Ləmanın başına gələnlər haqqında bir neçə dəqiqəlik məlumat verildi və onun Respublika prokuroruna yazdığı məktub oxundu. Məktubun məzmunu isə belə idi:
-Çox hörmətli Respublika prokuroru! Mən Qənizadə Ləman Qəni qızı 1992-ci ilin yanvar ayında doğulmuşam. Atam avtoçilingər işləyir, anam isə evdar qadındır. Özümdən böyük Şahbaz adında bir qardaşım var idi, lakin on il bundan qabaq onu öldürdülər.
Mən orta məktəbin hələ onuncu sinifində oxuyarkən rayon icra hakimi Elşad Gurşad oğlunun oğlu Sərvər mən hər gün məktəbdən evə gedərkən yolumu kəsib atmacalar atmağa başlayırdı. Onun hər gün təkrar olunan hərəkəti məni çox əsəbləşdirsə də, bu barədə kimsəyə bir söz söyləmirdim. Nəhayət 2008-ci il yanvar ayının 18-də, onu da qeyd edim ki, həmin gün qar yağmışdı, mən məktəbdən evə qayıdarkən qəfildən Sərvər maşını saxlayıb məni zorla maşına basdı. Əslində maşını mənim tamamilə tanımadığım bir adam idarə eləyirdi, Sərvər isə yanımda oturub ağzımı tutdu ki, çığıra bilməyim. Təxminən saat yarımdan saatdan sonra maşın bir meşənin kənarına çatdı və Sərvər məni maşından düşürüb özü ilə həmin meşənin dərinliklərinə apardı. Mən nə qədər əlləşdimsə onun əlindən çıxa bilmədim və o meşəninm dərinliyində məni yerə yıxıb zorladı. Sonra isə məni qan içində orda buraxıb qaça-qaça çıxıb getdi. Mən bir müddət həmin yerdə yarıhuşsuz qaldım və nəhayət özümə gəlib zorla da olsa ayağa qalxdım. Hər tərəf ağaclıq olduğu üçün ha tərəfə gedəcəyimi bilmirdim və hələ bu azmış kimi qarşımda bir canavar peyda oldu. Amma mən qətiyyən canavardan qorxmadım, çünki çox istəyirdim ki, o məni parçalasın ki, bu biyabırçılıqdan qurtarım! Amma Sərvər kimi əxlaqsız insandan qat-qat namuslu olan canavar mənə dəymədi, sadəcə olaraq bir qədər tamaşa eləyib iki-üç ağız ulayaraq uzaqlaşdı. Bir az sonra güllə səsi eşidildi və mən dərhal bütün qüvvəmi toplayıb səsə tərəf getdim, təxminən üç yüz metr getmişdim ki, irəlidə hündürboylu, yaşlı bir kişi gördüm. Onun əlində tüfəng, yanında iri bir at var idi və o atın ipindən tutmuşdu. Mən ona tərəf getdim və ona əlli addım qalmış o məni görüb təəcüblə baxmağa başladı. Bir az sonra mən ona yaxınlaşdım və o dərhal mənim cırılmış paltarımdan və qan içində olmağımdan başıma nə iş gəldiyini anlayıb uzun plaşını çıxararaq mənə bürüdü! Mən dərhal ağlaya-ağlaya başıma nə iş gəldiyini ona danışdım! O, qəzəb içində məni qaldırıb atın üstünə qoyub dedi:
-Allah səni bu hala gətirənlərə lənət eləsin! Bu dəqiqə səni meşədən çıxararam və evinizə getmək üçün maşın təşkil eləyərəm!
O, atın üstündə məni təxminən on dəqiqənin içində meşədən kənara gətirdi və yolda mənə məlum oldu ki, o meşəbəyidir və gülləni də elə mənim gördüyüm canavarı öldürmək üçün deyil, sadəcə olaraq qovmaq üçün atıbmış!
Yola çıxan kimi o maşın saxlayıb məni otuzdurdu və cibindən pul çıxarıb sürücünün haqqını ödədi.
Bir az sonra mən evimizə gəldim və başıma gələnlərimi ağlaya-ağlaya həm valideynlərmə, həm də qardaşım Şahbaza danışdım!
Şahbaz bunu eşidən kimi dərhal güclü qəzəb içində demək olar ki, qaçaraq getdi. Həm valideynlərim, həm də mən nə qədər onun arxasınca səsləndiksə qulaq asmadı.
Lakin təxminən iki saatdan sonra Şahbazın cəsədini gətirdilər. O, evdən çıxıb icra hakiminin evinə getmiş, qapınının zəngini basıb Sərvəri görmək istədiyini bildirmiş, Sərvər isə əlində tapança qapıya çıxıb ona üç dənə güllə vuraraq öldürmüşdü.
Şahbazın cəsədini görəndə həm anamın, həm də mənim ürəyimiz getdi. O yadıma gəlir ki, özümə gələndən sonra üç gün qurumuş vəıziyyətdə qalmışdım. Lakin üç gündın sonra özümə gəldim və evdən iti bir bıçaq götürüb qoynumda gizlədib icra hakiminin evinə yollandım. Qapının zəngini çaldım, qapını nökər açdı və mən ona Sərvəri görmək istədiyimi bildirdim. Bir qədər sonra Sərvər qapıda göründü və məni görən kimi hırıldayaraq,-“Sən hələ sağsan?!”-deyə sordu. Mən cavab verməyib arxamda gizlətdiyim bıçağı var gücümlə onun ürəyinin başına sapladım.
Məni dərhal həbs elədilər və bir qədər sonra icra hakimi Elşad Gurşad oğlu bundan xəbər tutdu.
O vaxtdan artıq on ildir, əvvəlcə təcridxanada, məhkəmədən sonra isə həbsxanada mənə insanlığa sığmayan işgəncələr verilir. Hər iki gündən bir kameranın qapısı açılır, içəri qadın qiyafəsində nəzarətçilərin arasına soxulan Nadir girərək məni ən amansız üsullarla döyməyə başlayır. O, təxminən beş ay bundan əvvələ qədər, yəni doqquz il yarım idi ki, hər iki gündən bir növbədə olanda məni zorlayırdı, lakin mənim hamilə olduğumu biləndən sonra daha zorlamağa son qoyub, yalnız insanlığa sığmayan üsullarla mənə işgəncə verməklə məşğuldur! Hər dəfə də mənə hədə-qorxu gəlir ki, əgər kiməsə bu barədə desən, həmin gün valideynlərin öldürüləcək və ümumiyyətlə bütün nəslin kəsiləcək, bundan əlavə də səndən qıyma düzəldilib xalqa qoyun əti adıyla satılacaq! Onu da qeyd edim ki, həm qaraul dətəsinin başçısı, həm də bir neçə qadın nəızarətçi onun bu işlərindən çox yaxşı xəbərdardılar və onun bu çirkin işləri icra eləməyindən ötrü hər cür şərait yaradırlar! Buna da əminəm ki, həm Nadir, həm də ona bu işdə yardım eləyənlər bütün bunları rayon icra hakimi Elşad Gurşad oğlunun tapşırığı ilə eləyirlər və buna da şübhə eləmirəm ki, Elşad Gurşad oğlu onlara buna görə yaxşı pul ödəyir. Buna həm də ona görə əminəm ki, Nadir bir dəfə sərxoş olub məni zorlayarkən özü bunu ağzından qaçırıb!
Cənab Respublika prokuroru! Sizdən xahiş edirəm ki, bütün bunlara son qoyulmağından ötrü qərar verəsiz! Sizin bu işə ədalətlə qərar verəcəyinizə əminəm!
28 oktyabr, 2018-ci il. Qənizadə Ləman Qəni qızı..
* * *
Rəvanənin sanatoriyaya gəlişindən artıq bir aya yaxın vaxt keçmişdi, lakin o, Ayşənin tapşırığını icra eləməyə qətiyyən tələsmirdi, çünki onun sanatoriyada dincəlmək üçün göndərişi üç aylıq idi. Odur ki, bunun üçün əlverişli zaman və məqam gözləyirdi. O, bu müddət ərzində Dürdanəyə özünü az qala bir qohum kimi sevdirmişdi, lakin hər ehtimala qarşı Nəzrinin gözündən yayınmağa çalışır, sifətində plastik əməliyyat aparılsa da, yəni Nəzrin onu lap yüz dəfə görsə belə tanıması müşgül ola biləcəyini ehtimal etsə də, qəlbində ona heç vaxt yamanlıq eləməmiş qızcığaza dəhşətli dərəcədə nifrət elədiyi üçün bunu biruzə verəcəyindən ehtiyat edirdi.
Bu gün Dürdanə işdən qayıdarkən bağ evinnin qapısını açmaq istəyəndə gözü həyətdə sağ küncdə qoyulmuş hələ də buğlanan samavara sataşdı, eyni zamanda qapını açıq gördü və qaşlarını çatıb təəcüb edərək içəri girdi. Zülfüqar və Sübhan Poladov masa ətrafında əyləşmişdilər və armudu stəkanlarda pürrəngi çay içirdilər. Nə qədər təəcüblü olsa da, Poladov mülki geyimdə idi və o, Dürdanəni görən kimi ayağa qalxıb əini sinəsinə qoydu:
-Ev sahibəsi xoş gəlib, səfa gətirib!
Dürdanə gülümsündü:
-Siz məni qabaqladız! Sözün düzü heç gözləmirdim?! Siz bizim bu kasıb daxmaya xoş gəlmisiz Sübhan müəllim! Çox məmmun oldum,çox!
Sonra o, Zülfüqarı tənbeh eləməyə başladı:
-Ay saqqalı ağarmış, bunu dünən deyəydin, mən də hazırlıq görərdim, axı bizim hal-hazırda Sübhan müəllimdən də əziz adamımız yoxdu!
Zülfüqar nəsə demək istədi, lakin Poladov onu qabaqladı:
-Onu qınama Dürdanə xanım, mənim bu gün bura gələcəyimi o bilmirdi, mən bunu ona yalnız saat yarım bundan qabaq şöbədə bildirmişəm! Sonra isə mənim evimə getmişik və mən əynimi dəyişəndən sonra taksi tutub gəlmişik!
Dürdanə qaşlarını çatdı:
-Taksi? Bəs niyə taksi? Maşına nəsə olub bəyəm?
Poladov başını buladı:
-Xeyr, maşın əvvəlki kimi sazdı. Bunun səbəbi var! Mən istəmirəm ki, məni burda polis mundirində kimsə görsün, mülki geyimdə isə kimsə mənim kim olduğumu bilməz, münki buralarda heç kim məni tanımır!
Bunu deyəndən sonra Poladov özü oturdu və Dürdanəyə oturmaq üçün yer göstərdi:
-Zəhmət olmasa otur Dürdanə xanım!
Dürdanə oturmayıb əllərini yana açdı:
-Mən yemək hazırlayım..
Poladov başını buladı:
-Sonra hazırlayarsan, hələ burdayam! İndi isə əyləş qulaq as!
Dürdanə təəcüb içində oturmağa məcbur oldu. Poladov sözünə davam elədi:
-Sanatoriyada Zəminə adında bir qadına tibbi xidmət göstərirsənmi?! Yəni kurs-müalicə keçib vitamin iynələri vurursanmı?!
Dürdanə başını tərpətdi:
-Bəli!
-Münasibətiniz də əladı, düzdümü?!
-Bəli! O çox mehriban, istiqanlı bir qadındır!
-Bu sənə elə gəlir Dürdanə xanım! Deməli belə Dürdanə xanım, indi sənə çox kiçik bir kamera verəcəm..
Poladov bunu deyib cibindən kiçik bir kamera çıxarıb ona uzatdı:
-Bunun maqniti var, imkan tapıb bunu həmin qadının qaldığı otağın hündür və diqqət cəlb olunmayan bir yerinə bənd eləyərsən! Qalanı ilə işin yoxdu, çünki bu kamera o qadın həmin otaqda sirrli bir şey saxlayırsa özü bizə göstərəcək! Sən isə elə elə ki, o qadın səndən qətiyyən şübhələnməsin, yəni özünü ona yenə əvvəlki kimi mehriban göstər! Bacararsanmı?
Dürdanə özündən asılı olmayaraq həycanlanmışdı və qəribə şəkildə köksünü ötürüb kameranı alaraq çantasını açıb ora qoydu:
-Narahat omayın Sübhan müəllim, bacararam!
Poladov bir qurtum çay içdi:
-Əla! Hə, indi yemək hazırlaya bilərsən, yəqin Zülfüqar mənim hansı yeməyi xoşladığımı sənə deyib, mənim ən çox xoşladığım təam ət qutabıdır! Ev də qoyun əti varmı?
Dürdanə mətbəxə gedə-gedə dilləndi:
-Əlbəttə var! Özü də qıyması! Bizim bu Zülfüqar işdən gələndən sonra ət yeməyi yeməsə doymur! Mən də məcbur oluram, tez-tez burda yaxında bazar var, ora gedib ət alım! Bilirsiz Sübhan müəlllim, o özü də ət qutabını yaman xoşlayır! Bəlkə də inanmazsız, mən elə bu gün ət qutabı bişirmək fikrində idim!
Dürdanə mətbəx işlərində də çox bacarıqlı olduğu üçün yeməyi tez bir zamanda hazır elədi və cəmisi yarım saatdan sonra masanın üstünə saldığı kraxmallı süfrəyə bir-birinin üstünə qalanmış təxminən iyirmi dənə ət qutabı gətirdi. Poladov qutablara baxıb dilləndi:
-Ay rəhmətliyin qızı, bu qədər qutabı kim yeyəcək?
Düqrdanə gülümsündü:
-Əvvəlcə bir danına baxın Sübhan müəllim, inanıram ki, dadına baxandan sonra iştəhanız ikiqat artacaq və bəlkə də yenə də qutab bişirməmi istəyəcəksiz!
Poladov bir söz demədən qutablardan birini götürüb bir dişləm yedi və olduqca məmmun halda dilləndi:
Bu məcundu ki.. Əla, əla!
O, qutablardan birini tamamilə yeyib qurtarandan sonra qəribəşəkildə başını buladı:
-Bu cür gəlinin qədrini bilməyən o əbləhə səkkiz il yox, otuz il iş verəydilər gərək!
Dürdanə ciddi şəkildə soruşdu:
-Siz onu tanıyırsız?!
Poladov süfrədəki təmiz məhrəba ilə əllərini sildi:
-Əlbəttə! O vaxt onun dayısı Respublika prokurirunun rəsmi şəkildə göstərişi ilə həbsə alınmışdı, istintaq işini isə mənim təyin etdiyim bizim şöbənin baş müstəntiqi Xəlifə Sultanzadə aparırdı. Sənin keçmiş həyat yoldaşının dayısı 23 il müddətində çoxlu rüşvət almışdı və bir neçə il sənin də yaşadığın ev, içindəki əşyalar, eyni zamanda sənin keçmiş həyat yoldaşına məxsus Almaniya istehsalı olan avtomobil də həmin haram pullardan bir qismi ilə alınmışdı. Odur ki, o da dayısı kimi məısuliyyətə cəlb olundu və məhkəmə onu səkkiz il azadlıqdan məhrum elədi. Hələ beş ili var, canı çürüyür dörd divar arasında. Qoy çəksin cəzasını və özünün nə qədər uzunqulaq olduğunu anlasın! Yaxşı bir zərb misal var;-“Eşşək nə bilir zəfəranplov nədir?!”.
Poladov sözünü bitirib ikinci qutabı yeməyə başladı. Zülfüqar ucundan-qulağından Fərrux barədə eşitdiyindən bu ona o qədər də təəcüblü görünmürdü və əslində Dürdanə də Fərruxun barmaqlıqlar arasında olduğunu çox yaxşı bilirdi, lakin onu təəcübləndirən bu deyildi, Sübhan Poladovun heyrətamiz yaddaşı və öz peşəsində olduqca mahir olması idi.
* * *
Rəvanənin səsini eşidəndən sonra Zülfüqar da, yenə hər gün yanına gəlib həm ona vitamin iynələri vuran, həm də ən azı iyirmi dəqiqə həmsöhbət olan Dürdanə, Nəzrinə həmin qadının Rəvanə olmadığını, həm də ona qətiyyən bənzəmədiyini söyləsələr də, qızcığaz ruhən yenə narahat idi və düşünürdü ki, zənni onu aldatmır, o qadın Rəvanədir. Çünki o, on il bu riyakar qadınla bir damın altında, bir evdə yaşamışdı və bu səsi hər gün dəfələrlə eşitmişdi. O, bu şeytani səsi milyonlarla səsin arasından seçə bilərdi. Odur ki, rahatsız idi Nəzrin və özündən asılı olmayaraq sanki bu dəqiqə onu qara basacaqmış kimi, hər bir hənirtidən təlaşlanırdı.
Paşa isə bir tüccar olduğu üçün müəyyən materiallar almaqdan ötrü iki həftəlik Türkiyəyə getmişdi. Odur ki, sanatoriyada qorxu içində yaşayan qızcığazın gözü həmişə yol çəkir, Dürdanə hər gün onun yanına gəlsə də, nədənsə təlaşı uçub getmir, buna görə də, axşamlar Zülfüqarı gözləyirdi.
Zülfüqar isə qızın gözünü yolda qoymur, hər axşam, işdən dönüb şam yeməyi yeyəndən sonra onu yoluxmağa gəlirdi və məhz Zülfüqar gələndən sonra qızcığaz sakitləşir, qəlbində çox bağlandığı bu igid oğlan onun yanında ikən rahatlanır, təlaşı, vahiməsi uçub gedirdi. Lakin Zülfüqar çıxıb gedəndən sonra yenə qızcığazı təlaş bürüyür, ona elə gəlirdi ki, bu dəqiqə həmin qadın onun qaldığı otağa girib Rəvanə sifətinə düşəcək, sonra iblisanə qəhqəhələr çəkə-çəkə əllərini onun boğazına aparıb onu boğacaq!
Bu axşam Zülfüqar əvvəlkindən bir qədər tez gəldi və Nəzrin bütün günü həmişəkindən daha çox narahat olduğu üçün Zülfüqar otağa girəndə həmişəkindən daha çox sevindi və demək olar ki, yüyürərək onun əlindən tutdu:
-Nə yaxşı ki, bu gün həmişəkindən tez gəldin Zülfüqar! Yoxsa bayaqdan çox narahatam! Amma səni görən tək, həmişəki kimi narahatçılığım uçub getdi.
Zülfüqar əlindəki salafan kisəni masanın üstünə qoydu:
-Bu halvadı Nəzrin, bir az bundan qabaq Dürdanə çaldı! O, əla halva çalır! Dadına baxsan özün görəcəksən!
Nəzrin salafan kisəni açıb halva qabını çıxardaraq qabın qapağını açıb çay qaşığı ilə halvadan bir az yedi:
-Ay, ay, nə gözəldi, məcundu, məcun! Ömrümdə belə ləzzətli halva yeməmişəm! Bu Dürdanə doğurdan da qızıl parçasıdı! Zülfüqar, sənə sadəcə olaraq qibtə eləmək olar ki, Dürdanə kimi bacın var! Sən hələ bu halvanın rənginə bax! Hələ rəngi də aləmdir! Mənim adımdan Dürdanəyə çoxlu-çoxlu sağ ol deyərsən!
Zülfüqar sağ əlini yana açdı:
-İnşallah sabah onu yenə görəcəksən, özün də çox sağ ol deyrsən! Yaxşı bunlar öz yerində! Hələ bir mənə de görüm, nəyə görə narahatsan?
Nəzrin çarpayıda oturdu:
-Mən bu gün səhər yenə o qadını gördüm və səsini eşitdim!
-Hansı qadını?
-Onu da.. O, Zəminədi, nədi, onu?!
-Nə olsun ki?!
Nəzrin köksünü ötürdü:
-Bilirsən Zülfüqar, mən səhv eləyə bilmərəm, çünki mən düz on il o səsi eşitmişəm! O, Rəvanədir Zülfüqar, mən buna əminəm!
Zülfüqar Nəzrini daha çox təlaşlandırmamaqdan ötrü yüngülcə başını buladı:
-Elə müğənnilər var ki, səslərini ayırmaq olmur! Əgər üzlərin baxmırsansa, hökmən onları səhv salırsan! İnsanların danışıq səsləri də belədir! Məsələn Azərbaycan televiziyasında Sabir Ələsgərov, radiosunda Eldost Bayramov adlı diktorlar var idi. Onlar hər ikisi əla diktorlar idi. Özü də səsləri bir-birinə o qədər bənzəyirdi ki, əgər hansısa verilişdə onlardan biri mətni oxuyurdusa, gərək hökmən verilişin sonunu gözləyəydin ki, mətni oxuyanın Sabir Ələsgərov və yaxud Eldost Bayramov olduğunu biləsən! Bilirsən Nəzrin, düzdü mən həmin qadının səsini eşitməmişəm, amma yüz faiz əminəm ki, o qadın Rəvanə deyil! Axı özün də bilirsən ki, Rəvanə dustaqxanadadır! Ona səkkiz il iş veriblər, belə ki, onun cəza müddətinin başa çatmasına hələ çox var! Sən heç narahat olma Nəzrin! Bir şeyi də yadında saxla ki, mən polis işçisiyəm və hər axşam da sənin yanına gəlirəm! Bunu bu sanatoriyada hamı bilir, həmin o qadın da. Çünki məni o da bir neçə dəfə görüb! Bunu da bil ki, Nəzrin, mən lovğa adam deyiləm və təkəbbürlü insanlardan da zəhləm gedir! Lakin səni əmin edirəm ki, əgər sənin bir telinə zərər gəlsə bu sanatiriyanın altını-üstünə çevirərəm! Heç kimdən qorxma Nəzrin, yoxsa ürəyim ağrayır, gecələr çox narahat yatıram!
Nəzrini ağlamaq tutmuşdu. Bu sözləri Zülfüqarın dilindən eşitmək onun üçün o qədər xoş idi ki.. Deməli Zülfüqarda ona qarşı sevgi hissləri baş qaldırmışdı. Bu cür sözlər onun sevgisinin təzahürü idi. Odur ki, özündən biixtiyar yenə vurğunu olduğu Füzulinin şeir xəzinəsindən bir göhvər dilindən sədalandı:
Xoşdur nə qədər eyləsə yarım cəfa mənə,
Ta kim, rəqib söyləməsin bivəfa mənə.
Sənsiz diyari-hicrdə sərkştə qalmışam,
Vəslin ümidi billah, olur rəhnüma mənə.
Rəna qəsəd qalıbdı belə xürdi-xabidən,
Xuni-dilim olubdur, əzizim, qəza mənə.
Qan bəstərində qoyma məni zar-mübtəla,
Ver şərbəti-vüsaldan ey meh, şəfa mənə.
Zülfüqar neçə ildən bəri qızcağıazın təmənnasız eşqinin mənasız olmadığını Füzuli dili ilə vurğuladı:
Aşiq oldur kim, qılır canın fəda cananına,
Meyli canan etməsin, hər kim ki, qılmaz canına.
Canını canana verməkdir kamali aşiqin,
Verməyən can etiraf etmək gərək nöqsanına.
* * *
Dürdanə üçün Rəvanənin otağına kamera yerləşdirmək müşgül bir işə çevrilmişdi. Çünki Rəvanə qazdan ayıq idi, belə ki, Dürdanə bir şəfqət bacısı kimi və yaxud sadəcə olaraq aralarında olan isti bağlılığa görəmi onun otağına girərkən, Rəvanə heç zaman hətta subaşına heç vaxt getmirdi, bundan əlavə də heç zaman otağının qapısını kilidləməmiş ordan çıxmırdı. Dürdanə isə növbətçilərdən onun otağına girmək üçün ehtiyat açarını ala bilməzdi, çünki bu elə ilk növbədə xalqın dili ilə desək hulqumu olmayan Nazilə və Fazilə adlı bir-birini əvəz edən əkiz bacılar ondan şübhələnməsələr də, bundan iki dəqiqə keçməmiş hər tərəfə bəyan eləyərdilər və Rəvanə bundan dərhal xəbər tutardı.
Amma çox yaxşı deyiblər ki, içgidən gələn bəla heç bir şeydən gələ bilməz və məhz beş yüz qram spirtli içgi qəbul eləməsi Rəvanənin düyünün açılmasına təkan verdi.
Dürdanə sadəcə hal-əhval tutmaq bahənəsi ilə onun otağına girəndə masanın üstündə boş konyak butulkası gördü, Rəvanə isə elə paltarlı-paltarlı möhkəm sərxoş olduğu üçün divanda uzanıb xorna çəkirdi.
Dürdanə əvvəlcə bunu onun bir kələyi hesab edib şübhələndi, lakin ona yaxınlaşanda ağzından gələn it iyi Dürdanənin şübhələrini dağıtdı və o, gözünü zir-zibil yeyəndən sonra öz nəcisinin içində yatıb xıxıldayan mundar donuz kimi xor-xor eləməyinə baxmayaraq, Dürdanə ondan qətiyyən gözünü ayırmadan olduqca ehtiyatla cibindən dalğaları Cinayət Axtarışları Şöbəsinin xüsusi otağındakı manitora uçacaq olan fındıq boyda kameranı tamamilə nəzərə gəlməyən bir yerə bərkidib otağdan çıxdı.
Dürdanə kameranı ora bənd eləyən kimi Cinayət Axtarışları Şöbəsindəki qurğuya siqnal gəldi və Poladovun təyin elədiyi gənc leytnant Namiq Tahir oğlu dərhal manitorun arxasına keçib müşahidə eləməyə başladı və hətta Dürdanənin otağdan necə çıxdığını gördü.
Bu qurğu olduqca güclü bir proqramla işlədiyinə görə bütün görüntüləri eyni zamanda yaddaşına yazırdı, odur ki, Sübhan Poladovun işini-gücünü atıb indi manitor arxasına keçib Rəvanəni izləməsi vacib deyildi, çünki istədiyi zamanda Namiq qurğunun yaddaşını işə salacaqdı və Poladoba lazım olan görüntülər dərhal ekrana gələcəkdi.
Namiq çox gözləməli olmadı, çünki təxmminən on beş dəqiqə sonra Rəvanə yuxudan ayılıb gərnəşdi və tənbəl-tənbəl ayağa qalxıb ləngər vura-vura masaya yaxınlaşıb mineral su şüşəsini götürüb açaraq başına çəkdi, sonra isə çantasını tapıb ordan bahalı bir siqaret qutusu götürüb çıxararaq siqaret alışdırıb çəkməyə başladı.
Siqareti çəkib bitirəndən sonra ayağa qalxıb divardan asılmış iri aynaya baxdı və saçlarına sığal verib boğuq səslə dilləndi:
-Az qalıb Rəvanə, çox az qalıb, düşmənlərinin sonuna az qalıb! Zülfüqar, Sübhan Poladov və hətta bu hamının dünya gözəli hesab elədiyi iyrənc Dürdanə də yaxın zamanda faciəvi şəkildə gəbərəcəklər.
O bunu deyib çantasından kibrit qutusundan böyük olmayan bombanı çıxarıb güzgüyə tərəf tutdu:
-Bu, bu ən azı o iksinin həyatına son qoyacaq! O mundar gözəllər-gözəlini isə..
Rəvanə barmağındakı iri qaşlı üzüyə işarə elədi:
-Bununla öldürəcəyəm! Lakin ürəyim soyumayacaq, heç soyumayacaq, çünki nə qədər ki, nə qədər ki, o iyrənc Nəzrin və onun atası Paşa sağdır, bu dünya mənə haramdır!
O, yenə üzüyünə baxdı:
-Onları, onları da bunun içindəki zəhərlə gəbərdəcəyəm, mütləq gəbərdəcəyəm! Yalnız bundan sonra Ayşənin dediyi kimi öz payımı alıb dərhal bu hər tərəfi mənə qara görünən ölkəni tərk edəcəyəm! Mənim yerim Avropadı, Avropa.. Hər tərəfi işığa qərq olmuş Avropa.. Burda, hətta bu sanatoriyada da sübh tezdən azan səsi eşitməkdən bezmişəm. Ətim ürpəşir, ətim! Ah, Avropa.. Tək görünüşün deyil, yeməyin, içməyin, geyimin, musiqin nə qədər gözəldi. Bu lənətə gəlmiş respublikada tar, kamança səsi eşitməkdən qulaqlarım deşilir. Avropada isə mən tamam başqa hisslər yaşayacağam, ordakı kişilər burdakılar kimi kobud, kələ-kötür deyillər, zərif, incədilər.. Nəzakətlidilər, mədənidilər. Özü də o qədər inkişaf eləyiblər ki, bir qisminin qadın və yaxud kişi olduğu bilinmir. Nə olsun ki, bu daha yaxşıdır! Mənim belə xoşuma gəlir! Hərçənd ki, burda da belələri nə qədər istəsən var! Amma fərq burasındadır ki, burda arvadlaşmış kişiyə pis baxırlar, aşağılayırlar, orda isə əksinə o daha hörmətli olur! Niyə də olmasın?! Əlbəttə, belə də olmalıdır! Çünki həmin adamlar ömürlərini keyf, ləzzət, həzz ilə sürürlər. Yoxsa ki, o qadağandı, bu qadağandı, o olmaz, bu olmaz.. Orda insan azaddır, azad! Mənə azadlıq lazımdı, zəncir yox.. Mən gənc vaxtlarımda Qulamla Floranın saxladığı fahişəxanada fahişəlik eləyərkən belə azad deyildim, onların köləsinə çevrilmişdim. Kişilər mənimlə yatmaq üçün yaxşı pul ödəyirdilər, lakin o alçaqlar həmin pulun çoxunu ciblərinə qoyurdular. Avropada isə fahişələr kimsənin köləsi deyil, onlarla yatan kişlərin verdiyi pul yalnız onarın özlərinə çatır. Yox Rəvanə, sən daha fahişəlik eləməyəksən, çünki kişilər nə olursa-olsun fahişələrə mundar əsgi kimi baxırlar. Sənin çoxlu pulun olacaq Rəvanə və bu pulla elə bir mənsəbə çatacaqsan ki, fahişələrə çürümüş əşya kimi baxan kişilər sənin ayağına qapanacaq! Sən mütləq bunu edəcəksən Rəvanə, mütləq! Lakin ilk növbədə düşmənlərindəın intiqam almalısan! Bunun üçün isə sənin istənilən qədər zamanın var! Məqamını gözlə Rəvanə və quyruq ələ vermə! Unutma ki, o dünyanın ən hiyləgər adamı olan Sübhan Poladov tükü-tükdən seçir, vay o gündən ki, qarmağını yenə sənin tərəfinə atsın, onda yeddi başın da olsa, xilas ola bilməzsən! Odur ki, olduqca ehtiyatlı ol və sən yalnız bu yolla həm düşmənlərinin məzarını qazıyarsan, həm də bütün arzularına yetərsən!
CİNAYƏT AXTARIŞLARI ŞÖBƏSİNİN
YENİ ƏMƏKDAŞI
Qabil artıq üç ili idi ki, məhbus idi və həmişə də Poladovu yadına salaraq verdiyi vədə əməl etmədiyinə görə onu lənətləyirdi. Əslində onun həbsxana həyatı başqalarına nisbətən daha yaxşı keçirdi, çünki kameraya təzə düşən vaxtı üstünə bozaranları dərhal yerinə oturtmuşdu, həbsxana nəzarətçiləri ona cılız qamətinə görə ağır işlər tapşırmırdılar, özü də zatən az yeyən biri olduğu üçün həbsxana yeməyi də onu qane eləyirdi. Lakin nə olursa-olsun həbsxana elə həbsxana idi, orda şahanə ömür sürməyin yüz ili azad həyatdakı həyatın bir gününə dəyməzdi. Qabil də da burda bütün dustqalar kimi azad həyatda budaqdan-budağa qonan, istədiyi var səmanın ənginliklərində qanad çalıb dünyaya yuxarıdan aşağı baxan və tələ vasitəsi ilə tutulub qəfəsə salınan quşlara bənzəyirdi.
Kameranın iri, dəmir qapısı açıldı və nəzarətçi çavuş içəri girən kimi üzünü Qabil tutdu:
-Çıx, yanına gəliblər!
Qabilin təəcüb eləsə də qapıdan çıxdı və qapıdakı keşikçi dərhal qapını bağladı. Qabilin təəcübünə səbəb onun valideynlərinin o, hələ həbsxanaya düşməmişdən qabaq rəhmətə getdikləri və bacı-qardaşı olmadığından bu üç il ərzində kimsənin onu görməyə gəlməməsi idi. Lakin indi kimsə onu görməyə gəlmişdi.Görəsən kim idi bu adam?!
Görüş otağına girəndə isə Qabilin təəcübü həm artdı, həm də uçub getdi. Axı vədinə əməl eləməyən Sübhan Poladov üç ildən sonra niyə onun görüşünə gəlməli idi?!
Poladov onu görən kimi çavuşa başı ilə;”-Sən gedə bilərsən”,-işarəsi verdi və Qabilə oturmaq üçün yer göstərdi. Qabil oturdu və Poladov nəsə demək istəyərkən onun sözünü kəsdi:
-İndi mənə nə vəd etməyə gəlmisiz?
-Azadlıq!
Qabil qəribə şəkildə gülümsündü:
-Bir daha sizə inamaram! O vaxt mənə azadlıq vəd eləmişdiz, lakin o vaxtdan düz üç il keçib, belə ki, mən hələ də kif iyi verən divarlar arasındayam!
Poladov köksünü ötürdü:
-Özün də bilirsən ki, o vaxt mən səni azad elətdirə bilməzdim, çünki Babaxan seyfi məhz sənə qarət elətdirdiyini demişdi, daha doğrusu səni satmışdı, ona görə də səni azadlığa buraxdıra bilməzdim, çünki o sənin həbsxanaya salınmadığını bilən kimi səndən şübhələnərdi və özün də dediyin kimi harda olursansa ol, səni öldütdürərdi. İndi isə o vaxtdan düz üç il keçib, mən isə məhkəmənin sənə səkkiz il iş kəsdiyinə baxmayaraq, yuxarıya müraciət edib sənin barədə əhv fərmanı almışam və bu gündən etibarən azadsan.
Poladiov bunu deyib masanın üstübndəki qovluğu açaraq əvh sənədini ona göstərdi:
-Bax, adın burda qeyd olunub, bu gündən azadsan! Get əşyalarını topla gəl, səni gözləyirəm, özü də səni Fatmayıdakı evinə özüm aparacağam!
Qabilin uçmağa qanadı yox idi, seviindiyindən atılıb-düşmək istəyirdi, lakin təkcə atılıb-düşmək onun aşıb-daşan sevincini ifadə eləyə bilməzdi, odur ki, bundan vaz keçib Poladovun əlindən öpdü:
-Bilmirəm sizə necə təşəkkür eləyim, məni batalıqda boğulmaqdan xilas elədiz sanki. Allah sizdən razı olsun! İnanın ki, hətta mənimlə bir yerdə oturan dustaqlar da sizin kişiliyiniz barəsində danışırlar! Hamı deyir ki, əgər istintaq işinə Poladov baxırsa, mütləq hər şey ədalətli olacaqdır!
* * *
Zülfüqar maşını Fatmayı bağlarına tərəf sürdükcə Qabil maşının pəncərəsindən bayıra elə nəzərlərlə baxırdı ki, sanki anadangəlmə kor imiş indi gözləri açılıb. Zülfüqar isə Poladovun tapşırığı ilə maşının DVD-sinnən on üç yaşından Azərbaycanda ən populyar müğənniyə çevrilən müğənninin ifasında şən bir mahnı səsləndirirdi. Mahnının musiqisi “Şüştər” məqamı üstündə idi, sözləri isə belə idi:
Mənə hə söylə gözəl, çapım ceyran kəhəri,
Çatdırım evimizə, anama xoş xəbəri.
Qapımızı açacaqsan, günəş tək nur saçacaqsan.
Sevmişəm sən tək ziba gözəli,
Dəyməsin sənə əğyar nəzəri.
Maşın həbsxanadan Fatmayı bağlarına, “Onmetrə” yola, daha doğrusu Qabilin evinə çatana qədər təxminən qırx beş dəqiqə keçdi və nəhayət ki, Qabilin evinin qapısına çatıb dayandı.
Qabil darvazanın qıfılının üstündə möhür görüb Poladova baxdı. Poladov dərhal yaxınlaşıb möhürü qırdı:
-Bunu üç il bundan qabaq mən vurdurmuşam ki, kimsə sənin evinin yiyəsiz olduğunu görüb burnunu soxmasın! İndi daha bu möhür lazım olmayacaq!
O, surqucdan hazırlanmış möhürü bir kənara tullayov qıfılı açdı:
-Buyur cənab Qüdrətov!
Qabil gülümsünüb həyətə girdi və Poladov Zülfüqara işarə elədi, Zülfüqar dərhal maşının yük yerini açıb ordan təxminən üç kiloqram quzu əti, soğan, duz, bir qədər istiot, üç ədəd limonad şüşəsi, təxminən on kiloqram doğranmış odun götürüb onların arxasınca həyətə girdi. Qabil bunları görüb təəcüblə Poladova baxdı. Poladov əllərini yana açdı:
-Sənin həbsxanadan azad olmağını qeyd eləyəcəyik! İndi Zülfüqar quzu ətindən kabab çəkəcək, bir az sonra birlikdə oturub quzu kababı yeyəcəyik! Etirazın yoxdu ki?!
Qabili ağlamağ tutmuşdu, o özündən asılı olmayaraq başını Poladovun enli sinəsinə qoydu:
-Məni həbsxanadan azad etdirməyiniz azmış kimi, hələ mənə atalıq qayğısı da göstərirsiz! Mən daha söz tapa bilmirəm! Kaş on iləvvəl sizə rast gələydim! Siz mənə insan olmağı öyrədsirsiz Sübhan müəllim!
Poladov onun saçlarını sığalladı:
-Sən həmişə insan olmusan övlad, Uca Allah səni də bizi yaradan kimi insan yaradıb! Lakin kamil insan olmağın yolunu sənə anladan olmayıb! Bundan sonra sən şəxsiyyət olacaqsan! Allah isə intəhasız dərəcədə mərhəmətlidi, bağışlayandı, bağışlamağı sevir! Sən dəyişəcəksən övlad, yaxşı əməllər sahibi olacaqsan, vaxtilə törətdiyin günahlar xəzan yarpaqları tökülən kimi töküləcək və sən əməlisaleh bir insana çevriləcəksən! Dara düşənlərə yardım eləyəcəksən, qırx arşın quyuda olanları əlini uzadıb quyudan çıxaracaqsan!
Poladovun sözləri Qabili elə tutmuşdu ki, özündən biixtiyar hönkür-hönkür ağlamağa başladı və elə ağladı ki, artıq kabab tədarükünə başlamış, ürəyi çox yumuşaq olan Zülfüqarın da onun ürək sızladan səsini eşidən kimi gözləri yaşardı.
Yarım saatdan sonra üçü də süfrə kənarında oturub kabab yeyirdi. Üç il müddətində həbsxanada rus millətindən olanların “paraşa” dedikləri yeməyi yeməkdən ağzının dadı-tamı qaçmış Qabil xına kimi qızarmış kabab tikələrini yedikcə ağzı dada gəlirdi və hər tikəni udandan sonra gözlərini göyə qaldırıb Uca Yaradana şükür eləyirdi.
Nəhayət nahar bitdi v Zülfüqar dərhal süfrəni yığışdırmağa başladı. Bunu belə görən Qabil də da ayağa qalxıb ona kömək eləmək istədi, lakin Poladov əlini onun çiyninə qoyub ayağa qalxmağına mane oldu:
-Otur, otur dincəl! Sən bu gün dincəlməlisən!
Qabil oturdu və bir qədər keçəndən sonra dilləndi:
-Sübhan müəllim, mən üç il həbsxanada olmuşam və indi yenidən uşaq yığmaq mənim üçün çox çətin olacaq! Məni bir işə düəzldə bilərsizmi?
Poladov cibindən siqaret qutusu çıxarıb bir siqaret götürdü:
-Bildiiyimə görə sən vaxtilə politexnik universitetinin avtomatika fakültəsində oxumusan, hə?!
-Hə! Özü də əlaçı oxuyurdum!
-Yəqin qırmızı diplomla bitirmisən oranı?
-Xeyr! Həm də nəinki qırmızı diplomla, umumiyyətlə oranı bitirməmişəm! Orda cəmisi iki il oxumuşam!
-Bəs niyə bitirmədin?
-Ali məktəbə daxil olanda 650 bal yığmışdım, amma nədənsə məni pulluya saldılar. Mən iki ililik təhsli haqqını valideynlərimin köməyi ilə birtəhər ödədim, lakin üçüncü ilə qədəm qoyanda pul tapa bilmədim, çünki artıq valideynlərim rəhmətə getmişdi.
-Allah rəhmət eləsin!
-Allah ölənlərinizə rəhmət eləsin!
Poladov siqaretin külünü külqabıya çırpdı:
-Bizimlə işləmək istəyərsən?
Qabilin gözləri böyüdü:
-Sizinlə?
-Hə, bizimlə!
Qabil dodağını qəribə şəkildə büzdü:
-Mən bu boyda boyumla sizin hansı işinizə yarıya bilərəm ki?! Özü də məni polisə qəbul eləməzlər! Eşitdiyimə görə polisə 175 santimetrdən aşağı olanı götürmürlər!
Poladov siqaret yandırdı:
-Cinayət Axtarışları Şöbəsinin başçısı mənəm və ora işçiləri mən götürürəm! O ki, qaldı sənin bizim hansı işə yaramağına, elə düşünürəm ki, sən bizim çox işimizə yarıya bilərsən! Hə, nə deyirsən, razısan, ya yox?!
Qabil artıq bunun yüz faiz zarafat və yaxud sözgəlişi olmadığını başa düşüb dedi:
-Əlbəttə razıyam Sübhan müəlim! Necə deyərlər kor nə istər iki göz, biri əyri biri düz!
Poladov siqaretinə dərin bir qullab vurdu:
-Niyə biri əyri, biri düz! Qoy hər ikisi də düz olsun!
* * *
Sanatoriyada yuxarıda deyildiyi kimi növbətçilər əkiz bacılar idi, Nazilə ilə Fazilə. Onlar bir yumurta əkizləri idilər, buna görə də bir-birinə o qədər bənzəyirdilər ki, onları bir-birindən qətiyyən ayırmaq olmurdu. Onlar növbə ilə bir-birini əvəz eləsələr də, onları görən hər kəs eyni adam hesab elədiyi üçün, özü də bir insanın tamamilə fasilə vermədən növbətçi masasında oturmasına məətəl qalır, gənc bir qadının hər gün səhər səkkiz tamamdan axşam səkkiz tamama qədər istirahətə çıxmadan işə çıxmasından heyrətə gəlirdilər. Məsələ burasında idi ki, onların on ildən bəri işlədikləri bu sanatoriyada kimsə onları birlikdə görməmişdi, bu səbəbdən də -onların əkiz, yəni iki nəfər olduğunu sanatoriyanın müdirindən və bir neçə işçidən başqa kimsə bilmirdi.
Bu bacıların bir xüsusiyyətləri də var idi ki, onlar da bütün bir yumurta əkizləri kimi eyni düşüncədə, eyni xasiyyətdə idilər. Belə ki, onlar hər ikisi çərənçi idi və boşboğazlıq eləməyi, kiminsə qeybətini qırmağı, kiminsə sözünü danışmağı çox sevirdilər. Birdə ki, onların hər ikisində bir balaca qusuru olan adamı məsxərəyə qoymaq, ələ salmaq, cinlətmək adəti ar idi. Sanatoriyada isə ən çox ilişdikləri, sataşdıqları və ələ saldıqları adam hamının “cılız” adlandırdıqları yetim Vasif idi. Belə ki, hər dəfə Vasifi görərkən onu məsxərəyə qoymaqdan, ələ salmaqdan və nəhayət ağlatmaqdan böyük zövq alırdılar.
Bu gün növbədə Fazilədən bir saat qabaq doğulmuş Nazilə idi və kim onun masasının yanından keçirdisə tanıdı-tanımadı yenə həmişəki kimi söhbətə tutur, həmin adamı çənəsinin altına salmaq istəyir, bəzən buna nail olur, bəzən isə daha ağıllı birisilə rastlaşdığı üçün qurdunu öldürə bilmir, həmin adam ona ötəri olaraq bir qədər qulaq verib, işinin arxasınca gedirdi.
Budur nəhayət ki, yetim Vasif göründü və Fazilə çənə aparatını kökləyib yenə dil-dil öyməyə başladı:
-Aaa, kişi gəlir, kişi. Əsil kişi. Maşallah boy-buxun, pəhləvan cüssə, uca qamət.. Əla, əla.. Hüsnünə baxdıqca doymaq olmur! Qızlar görən kimi hayıl-mayıl olur! Neçəsi artıq bunun dərdindən intihar eləyib, bəziləri özünü asıb, bəziləri dənizdə özünü boğub, bəziləri də başqa üsullarla intihar eləyib. Amma bu qızları saymır! Ə, sənin ürəyində qətiyyən rəhm yoxdumu?! Ə, birini gözaltı eləyib evlənsən, o birilər də bilər evlisən, daha səndən əl çəkərlər! O, şair necə deyir;
Keçirəm dar küçədən dalan da lazımdır mənə,
Özüm cayıl bir oğlan canan da lazımdır mənə!
Vasif ona baxmadan “şeirin” arxsını dedi:
Minmişəm boz eşşəyə, palan da lazımdır mənə,
Həmişə doğru olmaz, yalan da lazımdır mənə!
Kasıb-kusub mənlik deyil, kalan da lazımdır mənə,
Boşboğazı susdurmağa, meydan da lazımdır mənə!
Fazilənin gözləri kəlləsinə çıxmışdı. Vasif həmin Vasif deyildi, o, bu gün dil açmışdı, özü də elə dil açmışdı ki, bunu ancaq bir möcüzə hesab eləmək olardı.
O, Faziləyə nəzər salmadan onun atmacalarına cavab versə də, Fazilə heyrət içində onu süzürdü və ona elə gəlirdi ki, Vasifin körkəmi də bir qədər dəyişib! Odur ki, heyrətin şaxələdiyi həyəcan üzündən dili topuq vura-vura dilləndi:
-Sən həminki Vasifsən?!
Vasif yenə ona tərəf baxmadı:
-Bəli, həminki Vasifəm!
Fazilə dodağını büzdü:
-İnsan bir günün içində bu qədər dəyişə bilərmi?! Sən bu gün qılınc kimi kəsirsən, səni tanımaq olmur!
Vasif onunla danışa-danışa, ətrafı diqqətlə nəzərdən keçirirdi və bu dəfə də ona nəzər salmadı:
-Yağış sulu qara, sulu qar isə əsil qara çevrilir və qar yağarkən şaxta qılınc kimi kəsməyə başlayır! Mən də dünənə qədər suyunu qorxa-qorxa axıdan yaz yağışına bənzəyirdim, amma indi hamının qorxduğu güclü şaxtaya çevrilmişəm, odur ki, daha mənimlə ehtiiyatlı olmaq lazımdır, yoxsa şaxtamı püskürdüb hər kəsi donduraram!
Vasif bunu deyib uzaqlaşdı, Fazilə isə onun arxasınca sonsuz bir heyrətlə baxaraq pıçıltı ilə dilləndi:
-Yox ay balam, bu Vasif deyil! Vasif Allahın fağırıdır! Bu isə oddu elə bil! Heç nə başa düşə bilmirəm, üz həmin üz, boy həmin boy, amma xasiyyət tamam başqa?! Heç nə başa düşmədim, heç nə?! Bəlkə bu Vasifin əkiz tayısıdır, Vasifin yerinə işə çıxıb?! Nazilə ilə mən bir yumurta əkizləriyik və daim bir-birini əvəz eləyirik, özü də bunu çoxları bilmir! Bəlkə bunlar da bir yumurta əkizləridilər! Amma bir yumurta əkizləri bioloji cəhətdən bir-birinə bənzədikləri qədər də xasiyyətcə bir-birinə oxşayırlar! Bunun xasiyyəti isə Vasifin tam əksinədi! Anlamıram,heç nə anlamıram?! İndi zəng vurub Naziləyə bunu desəm, o da bir şey anlamayacaq?! Çox müəmmalıdı, çox?!...
Fazilə yanılmamışdı, bu cılız oğlan Vasif deyildi, Qabil Qüdrətiv idi. Sübhan Poladov əksər cırtdan boylu adamlar kimi bir-birinə çox bənzədiklərinə görə onu müvəqqəti olaraq Vasiflə əvz eləmişdi. Çünki cəmisi beş kiloqram ağırlığında olan bir əşyaya gücü çatmayan, eyni zamanda illərlə xəstə olduğu üçün hətta orta məktəb təhsilini fərli-başlı ala bilməyən Vasif, Qabilə tapşırılan işin öhdəsindən heç vaxt gələ bilməzdi. Özü də zatən Poladov, Qabilə elə bir iş tapşırmışdı ki, bunu yüz min adamdan biri ya bacarardı, ya da bacarmazdı.
Sanatoriyada dincələnlər hamısı, o cümlədən Rəvanə nahar eləməkdən ötrü sanatoriyanın yeməkxanasında idilər və böyük iştahla dana ətinin sümüklərinin suyunda kələm, kök, çuğundur qatılmış borş yeyirdilər. Borşdan sonra isə üstündə iki ədəd dana ətinin qıymasından bişirilmiş kotlet olan düyüdən hazırlanmış “daşma” yeyəcək, onun da üstündən armud qurusunun suyunda bişirilmiş kompot içəcəkdilər.
Rəvanə acgözlüklə borşu tıxışışdırırdı və elə bu ərəfədə Qabilin üçüncü mərtəbənin açıq pəncərəsindən onun qaldığı otağa girməsindən tamamilə xəbəri yox idi.
Rəvanənin bombanı harda gizlətdiyini otağı Cinayət Axtarışları Şöbəsindən manitorla izləyən Namiq ona dediyi üçün Qabil onu tapmaqda çox çətinlik çəkmədi. Rəvanə kibrit qutusu boyda bombanı otaqda asılan iri meşə şəklinin arxasında gizlətmişdi. Qabil bombanı götürüb dərhal cibindən vintburan çıxararaq açdı və o biri cibindən balaca bir kəlbətin çıxararaq olduqca ehtiyatla, alnından tər su kimi gedə-gedə “müsbət” və “mənfi” naqilləri kəsdi, bombanı tamamilə zərərsizləşdirdiyinə arxayın olmaq üçün sonra əlindəki xüsusi balaca cihazı naqillərə toxundurdu, və bombanın zərərsizləşdiyinə əmin olub, onun qapağının xırda şuruplarını yenə vintburanla yerinə bağlayıb onu şəkilin arxasına, əvvəlki yerinə qoydu.
Bundan sonra Qabil pəncərədən gəldiyi kimi yenə də pəncərə vasitəsilə üçüncü mərtəbədən sıra ilə bitən ağacların arasında olan boş yerə, torpağın üstünə tullanıb öncə ağaclardan birinin arxasında gozləndi və kimsənin onu görmədiyindən arxayın olub gizləndiyi yerdən çıxıb həmin nöztədən uzaqlaşdı.
Bir qədər sonra Namiq, Poladova bu barədə xəbər verdi. Poladov məmmunluqla başını tərpətdi. Lakin Qabilə tapşırılan iş hələ bitməmişdi, Rəvanənin barmağında qaşında stirinxin zəhəri olan üzük var idi. Qabil nəyin bahasına olursa-olsun həmin üzüyü də zərərsizləşdirməli idi. Amma bu iş daha çətin idi, çünki Rəvanə yalnız vanna otağında çiməndə barmağından üzüyü çıxardırdı ki, çimərkən sabun köpüyü üzüyü çıxarıb yerə salmasın, belə ki, bu zaman üzük suya qarışıb kanalzassiya xəttinə düşə bilərdi.
Rəvanə yeməkxanadan qayıdandan sonra otağın qapısını açıb girəndə söz yox ki, burda kiminsə olduğunu anlamadı və nəşəli halda mahnı zümzümə eləyə-eləyə çantasından yenə bahalı siqaret çıxarıb çəkə-çəkə pəncərəyə yaxınlaşıb ordan bağdakı misilsiz bitgilərə tamaşa eləməyə başladı. Bir qədər sonra qapı döyüldü və Rəvanə bu vaxtar Dürdanənin ona vitamin iynəsi vurmaq üçün gəldiyini bildiyindən;-“Gəl”,-dedi və Dürdanə içəri girdi. Dürdanə içərigirən kimi Rəvanə üzünə süni təbəssüm verdi:
-Yaxşı deyiblər ki, dünyada ən xoşbəxt insan odur ki, həkimlərə işi düşmür! Amma sənin kimi ağ xalatlı qu quşunun mənə iynə vurması tək şəfqət bacısının yardımı deyil, mənim yatmış ruhumu ayıldan bir işıqdır! Ona görə də həmişə düşünürəm ki, təki mənim işim başqa bir tibb işçisinə yox, elə sənə düşsün!
O, bunu deyib qolunu çırmaladı və Dürdanə iynə vuracağı yeri spirtləsiləndən sonra şpirisi hazırlayıb onun qoluna iynə vurdu və iynəni çıxarandan sonra onun barmağındakı üzüyəişarə elədi:
-Bu nə üzükdür belə, Zəminə xanım? Qızıldır?
Zəminə bir qədər tutulsa da, bir neçə saniyəsonra onun sualını cavablandırdı:
-Hə, gözəlim! Xoşuna gəlir?! Qurbandı!
Dürdanə üzüyə bir az da maraqla baxdı:
-Yox, elə belə soruşdum?! Amma əla üzükdü! Sözün düzü mən birinci dəfədi bu cür qadın üzüyü görürəm, yəni qaşı da qızıldan. Adətən kişi üzüklərinin qaşı da qızldan olur! Baxmaq olar?!
Rəvanə dərhal üzüyü barmağından çıxarıb ona uzatdı:
-Əlbəttə!
Dürdanə üzüyü alıb öz barmağına taxdı və başını məmmun halda buladı:
-Doğurdan da əladı! Misilsiz bir şeydi! Kaş mənim də belə bir üzüyüm olaydı! Bİr qohumum bu gün nişanıdı! O, elə burda, bu qəsəbədə yaşayır! Evləri də o qədər uzaqda deyil! Məni də dəvət eləyiblər! Belə bir üzüyüm olsaydı taxıb gedərdim!
Dürdanə bunu deyib üzüyü barmağından çıxarıb ona verdi:
-Sağlığınıza qismət olsun!
Rəvanə üzüyü alıb barmağına taxdı:
-Çox sağ ol! Məni də apararsanmı?
Dürdanə çiyinlərini çəkdi:
-Hara?
-Qohumunun nişanına?!
Dürdanə fikirləşmədən dilləndi:
-Əlbəttə! Mənim işim bu gün dörd tamamda qurtarır. Nişan isə beş tamamda başlayacaq! Gəlib sizi götürərəm, bir yerdə gedərik!
Rəvanə üzünə yenə süni təbəssüm verdi:
-Əla! Orda verərəm üzüyü taxarsan! Amma açığını desəm bu əmanətdi, yəni mənim özümün deyil, bir rəfiqəm var onundu, əslində taxıb qurdumu öldürürəm! Yoxsa qurbandı, bir üzük nədi ki?! Sənin kimi qıza adam kisə-kisə brilyant bağışlasa uf deməz!
Əslində Rəvanə bir an içində Dürdanədən şübhələndiyi üçün ona,-“Mən də səninlə bir yerdə nişana getmək istəyirəm”,-demişdi. Lakin Dürdanənin fikirləşmədən buna razılıq verdiyini görən kimi şübhələri dağılmışdı.
Lakin qaşında zəhər gəzdirdiyi üzük əldən-ələ keçməsin deyə, Dürdanə ilə həmin nişana mütləq gedəcəkdi.
Dürdanəyə gəlincə isə onu həqiqətən də nişana çağırmışdılar, lakin üzüyü Rəvanədən birouz almağı Poladov ona tapşırmışdı.
Əslində Dürdənə, Rəvanəyə vitamin iynəsi əvəzinə yuxugətirici iynə vurub onu yatızdıra və bu işi Qabillə birlikdə icra eləyə bilərdi, lakin məsələ burasında idi ki, qətiyyən yuxusu gəlmədiyi halda iynə vurulan kimi yatan Rəvanə, oyanandan sonra mütləq Dürdanədən şübhələnə bilərdi, odur ki, onu tamamilə şübhəyə salmamaqdan ötrü başqa bir variant seçilmişdi.
Saat dörd tamamda Dürdanənin iş saatı bitdi və o dərhal ağ xalatını çıxarıb qoftasını geyinərək ayağındakı başmağları ayaqqabı ilə dəyişib tibbi köşkdən çıxıb səksən yeddinci otağa gəldi. Rəvanə artıq parıltılı bir paltar geyinib onu gözləyirdi.
* * *
Dürdanə nişana qız evinə çağırılmışdı və Rəvanə ilə birlikdə məclis yerinə çatanda oğlan evindən gələn maşınların siqnalları eşidildi.
Bir qədər sonra klarnet, qarmon və nağaradan ibarət olan musiqiçilər dəstəsinin ifa elədiyi musiqinin sədası altında hamı maşından düşdü və qadınlar əllərində içində qırmızı ipək lentlərlə bağlanmış ipək, xara parçalar, cürbəcür şirniyyatlar, konfetlər, o cümlədən paxlava, şəkərbura, badambura, şorqoğalı olan xonçalar qız evinə daxil oldular. Bir qədər sonra brilyant qaşlı qızıl nişan üzüyü gəlinin barmağına taxıldı və bundan sonra şadyanalıq başladı.
Qadınlar dincəlmədən hey rəqs edirdilər və onlardan biri, daha doğrusu qız evindən olan, yəni gəlinin böyük bacısı, Dürdanənin uşaqlıq dostu Nərminə tez-tez Dürdanəni rəqsə dəvət eləmək istəsə də, Dürdanə çiyinlərini çəkib rəqs eləməyi bacarmadığını bildirirdi. Musiqiçilər bir-birindən oynaq rəqs havaları ifa edirdilər və onların yüksək profesanallıqla ifa etdikləri oyun havaları məclisdəki qadınların sümüyünə düşdüyü üçün ortadan çıxmayıb hey oynayırdılar.
Bütün bunlar, ələlxüsus da klarnetin ruhu təlatümə gətirən səsi Rəvanəni çox nəşələndirmişdi və süfrədəki ləziz təamlardan qarnı doyunca yesə də, nəşəsini beşqat artırmaq üçün şərab içmək istəyirdi. Lakin xalqın adət-ənənənəsinə və milli dəyərlərinə rəğmən bu məclisdə spirtli içgi olmadığından bu Rəvanəyə qismət olmurdu.
Dürdanə isə hətta subaşına getməkdən vaz keçirdi ki, Rəvanə ondan dərhal şübhələ bilər, odur ki, üzüyün içindəki zəhəri şəkər tozu illə əvəz eləməkdən ötrü çıxış yolu axtarırdı. Belə ki, bu çıxış yolunu özü də bilmədən Rəvanə ona göstərdi. O, məclis başlayandan təxminən bir saat sonra ağzını yanında oturmuş Dürdanənin qulağına tutub pıçıltı ilə dedi:
-Könlümə yaman içgi düşüb Dürdanə, mənim üçün burda heç olmasa bir iki yüz qram şərab tapa bilərsənmi?
Dürdanəyə də elə bu lazım idi, o dərhal ayağa durub rəqs eləməkdən tərin-suyun içində olan Nərminəyə yaxınlaşdı və qulağına nəsə dedi. Nərminə başını tərpədib Rəvanəyə baxaraq gözü ilə,-“Arxamca gəl!”-işarəsi verərək yan otağa girdi. Rəvanə cəld ayağa qalxıb onun arxasınca həmin otağa girdi. Burda əla məişət əşyaları, o cümlədən məhz tacir Paşanın fabrikində istehsal olinmuş əla mebel, əla sevant və bu servant da bar var idi. Nərminə Rəvanənin otağa girdiyini görüb barı açaraq ordan xaricdə istehsal olan tünd içgi şüşəsi götürüb qapağını açaraq Rəvanəyə uzatdı:
-Al xanım, qardaşımın kolleksiyasıdı, dayan bu dəqiqə sənə qədəh verim!
O, servantın şüşəsinı açıb ordan yüz qram şərab tutan qədəh götürüb Rəvanəyə uzatdı. Rəvanə məmmunluqla başını tərpədib qədəhi də alaraq ora şərab tökdü və sol əli ilə başını tutub şərabı birnəfəsə başına çəkərək Nərminəyə baxdı:
-Bir qədəh də olarmı?
Nərminə əlini onun əlinin üstünə qoydu:
-Əlbəttə, nə qədər istəsən! İç, nə qədər keyfin istəyir!
Nərminə qədəhə şərab tökə-tökə dilləndi:
-Çox təşəkkür edirəm, siz nə qədər lütfükarsınız!
O, bunu deyib yenə həmin üsulla şərabı başına çəkdi və şərab ona çox ləzzət elədiyinə görə bunu bir də təkrar elədi.
Rəvanə ziyafət olan otağa qayıdanda tünd içginin təsirindən artıq sərxoş idi və gözlərti yarıyumulu vəziyyətdə ləngər vura-vura oturduğu kətili axtarırdı. Lakin tünd şərab artıq onu yarıbihuş elədiyindən hər tərəfi dörd görürdü. Dürdanə bunu hiss eləyib dərhal Nərminəyə baxıb onun möhkəm sərxoş olduğuna işarə elədi. Nərminə başı ilə ona Rəvanəni arxasınca gətirməyi işarə elədi. Dürdanə dərhal Rəvanənin qoluna girib Nərminənin arxasınca apardı. Nərminə ziyafət otağından çıxıb uzun dəhlizlə getdi və dəhlizin küncündə yerləşən otağa girdi. Dürdanə də öz növbəsində artıq ayaq üstündə tamamilə dayana bilməyən Rəvanəni onun arxasınca həmin otağa apardı. Otağa girən zaman Nərminənin səliqə ilə yığılmış çarpayının üstündəki yataq dəstindəki adyalı kənara çəkdiyini gördü. Nərminə ona baxıb dilləndi:
-Onun ayaqqabılarını çıxart, uzandır burda! Narahat olma, bu mənim yatağımdı, bura kimsə girməyəcək! Qoy nə qədər yatırsa yatsın! Durandan sonra taksi çağırarıq, apararsan onu!
Dürdanə dərhal Rəvanəni çarpayıda otuzdurub dikdaban çəkmələrini çıxardaraq onu yatağa uzattdı, sonra isə adyalı onun üstünə örtdü. Rəvanə də sanki elə buna bəndmiş kimi dərhal xoruldamağa başladı.
Bundan sonra Dürdanə ilə Nərminə otaqdan çıxdılar və dəhlizlə gedərkən Nərminə qəribə bir təbəssümlə Dürdanəyə baxıb başını buladı:
-Əcəb rəfiqən var vallah! Beləsinə deyirlər e, şərabın lap çəlləyinə girir. Zalımın qızı sanki illərlə şərab həsrətində olub! İncimə Dürdanə, mən sənin yerinə olsaydım, beləsindən uzaq qaçardım!
Dürdanə cibindən cib dəsmalı çıxarıb alnının tərini sildi:
-Mən bunun belə olduğunu bilmirdim! Bilsəydim heç vaxt bura gətirməzdim! Bağışla Nərminə, istəməzdim belə olsun!
Nərminə onun əlindən tutdu:
-Nahaq məndən bağışlanmaq diləyirsən?! Nə günah işlətmisən ki?! Mən sənə görə deyirəm, çünki beləsi adamı özüylə fəlakətə sürükləyə bilər!
Dürdanə dərhal guya nəyisə xatırlayıb qolundakı saata baxdı:
-Mənə on beş dəqiqəliyə icazə ver, burda yaxında bir yerə dəyməliyəm! Uzaq başı on beş dəqiqəyə qayıdıram!
Nərminə artıq ziyafət otağının girəcəyində idi. O, Dürdanəyə baxmadan dilləndi:
-Gecikmə ha!
Dürdanə dərhal açıq qapıdan həyətə, ordan da küçəyə çıxdı və bir qədər gedib Qabilə zəng vurdu:
-Hardasan?
Qabilin səsi eşidildi:
-Yaxınlıqdayam, özü də səni görürəm!
-Tez gəl!
-Gəlirəm!
Təxminən yarım dəqiqədən sonra Qabil ona yaxınlaşdı və onlar yaxınlıqda iei gövdəli söyüd ağacının arxasına keçdilər. Dürdanə dərhal üzüyü çıxarıb Qabilə uzatdı. Qabil üzüyü alıb diqqətlə baxdı və cibindən maqnitli kiçik bir alət çıxarıb üzüyə tərəf tutdu. Üzük dərhal maqnitə yapışdı. QAbil sakit səslə dilləndi:
-Bu qızıldan deyil, qızıl suyuna salınıb.
Sonra o, üzüyü maqnitdən ayırıb, maqniti bu dəfə üzüyün qaşından təxminən iki santimetr aralıda saxladı və üzüyün qaşının qapağı açıldı. Qabil dərhal cibindən kiçik bir kisəcik çıxarıb üzüyün qaşındakı zəhəri ora tökdü. Sonra başqa bir cibindən kiçik spirt şüşəsi çıxarıb üzüyün qaşının içinə bir qədər spirt tökdü və cibindən ucu çox nazik kiçik vintburan və pambıq çıxarıb pambığı vintburanın ucuna dolayaraq üzüyün qaçının içinə salıb oranı yaxşı-yaxşı sildi, belə ki, pambıq az da olsa yaşıl rəng aldı. Qabil pambığı başqa bir kisəciyə qoyaraq, yenidən üzüyün qaşının içinə spirt tökərək yenə təmiz pambıqla üzüyün qaşının içini sildi və bu dəfə pambıq daha yaşıl rəngə boyanmadı. Bundan sonra Qabil bir də bunu təkrar etdi və nəhayət cibindən başqa bir kisəcikdə ovulmuş şəkər tozu çıxararaq üzüyün qaşının içinə tökdü və qaşı bağlayaraq Dürdanəyə qaytardı. Sonra isə olduqca aşağı səslə dilləndi:
-Hər şey qaydasındadı Dürdanə xanım! Artıq üzüyün qaşının içində insanı bir anın içində məhv edə bilən zəhər yox, sadəcə olaraq şəkər tozu var!
Qabil bunu deyib ağacın arxasından ətrafa nəzər saldı və sağ əlini tərpədib uzaqlaşdı.
Özündən asılı olmayaraq həyəcandan möhkəm tərləmiş Dürdanə isə üzüyü barmağına taxıb ağacın arxasından çıxaraq şadyanalıq yerinə yollandı.
Qarmonun səsi, klarnetin səsinə nisbətən zəif olduğundan uzaqdan yalnız klarnetin və nağaranın səsi eşidilirdi. Dürdanə ora yaxınlaşdıqca isə qarmonun da səsi eşidilməyə başladı. Musiqiçilər yenə də şən, oynaq bir oyun havası ifa edirdilər.
Rəvanə düz iki saat yatdı və yuxudan oyananda əvvəlcə özünü sanatoriyadakı otağında hiss eləyib masanın üstündən mineral su götürüb içmək istədi, lakin sonra buranın başqa bir yer olduğunu görüb keyləşmiş yaddaşını işə saldı və bir qədər keçəndən sonra hər şeyi xatırlayıb durub çarpayıda oturaraq yaxınlıqda qoyulmuş ayaqqabılarını geyindi və ağır-ağır, əsnəyə-əsnəyə otaqdan çıxdı.
Şadyanalıq artıq bitmiş, süfrə yığışdırılmışdı və həmin otaqda yaxın qohumlar, eyni zamanda Nərminə ilə Dürdanə tazə gəlinin ətrafında oturub şay içərək şən bir halda söhbət eləyirdilər.
Rəvanə otağa girən kimi sanki başqalarını görmürmüş kimi dərhal Dürdanənin barmağındakı üzüyə baxdı. Üzük yerində idi və Dürdanə də öz növbəsində dərhal ayağa qalxıb ona yaxınlaşdı:
-Məclis artıq bir saatdır bitib! Sizi gözləyirəm! Yəqin qardaşım da artıq işdən gəlib! Gedək mən sizi sanatoriyaya ötürüm, özüm də qaçım evimizə!
Rəvanə ondan tamamilə şübhələnmədiyi üçün başı ilə onunla razı olduğunu bildir və iki dəqiqədən sonra onlar artıq küçədə idilər. Küçəyə çıxan kimi Dürdanə üzüyü çıxarıb ona uzatdı:
-Bilmirəm sizə necə təşəkkür eləyim?! Sözün düzü, ərdə olanda xeyli üzük-sırğalarım var idi, amma hamısı qaldı orda! Bu da bizdə bir adətdi ki, toya-düyünə gedəndə hökmən nəsə taxıb gedəsən, yoxsa adama birtəhər baxırlar! Çox sağ olun Zəminə xanım! Mən sizin bu yaxşılığınızı heç vaxt unutmaram!
Rəvanə sərxoşluqdan hələ də yüz faiz ayılmamışdı, odur ki, sözləri bir-birinin qarnına sala-sala dilləndi:
-Mən həmişə kömək eləmişəm, həmişə! Təəsüf ki, bu üzük mənim özümün deyil. Yoxsa milyon manata olsaydı belə onu sənə qurban eləyərdim!
Rəvanə çox içdiyi üçün təmiz hava qəbu eləməyi istədiyindən onlar sanatoriyaya piyada getdilər və təxminən yarım saata ora çatdılar. Sanatoriyanın qapısının ağzına çatan kimi Dürdanə, Rəvanə ilə xudahafizləşib evə yollandı. O, bağ evinə çatanda Zülfüqar artıq işdən dönmüşdü və bacısının həm nişan mərasimində, həm də Poladovun tapşırığı ilə “iş” üstündə olduğunu bildiyinə görə özü üçün üç dənə yumurtanın qayğanaını bişirib yemişdi. İndi isə özü dəmlədiyi pürrəngi çay içməklə məşğul idi.
O, bacısını görən kimi bir söz demədən onu diqqətlə süzdü və Dürdanə yaxınlaşıb onun yaxınlığında oturdu:
-Bağışla qaqaş, bu gün sənin üçün yemək hazırlaya bimədim!
Zülfüqar gözünü ondan çəkmədən bir qurtum çay içdi:
-Boş şeydi! De görüm, hər şey qaydasındadımı?
Dürdanə başını tərətdi:
-Hər şey qaydasındadı! Məsələni Qabillə birlikdə həll etdik. Qadın heç bir şeydən şübhələnmədi!
-Əminsənmi? O, çox hiyləgər bir qadındır!
Dürdanə çiyinlərini çəkdi:
-Bəlkə də səhv eləyirəm?!
Zülfüqar nigaran halda dilləndi:
-Yenə də ayıq olmaq lazımdır! O qadından nə desən gözləmək olar!
Dürdanə qardaşının əlindən tutdu:
-Narahat olma qaqaş, mən artıq çox diqqətliyəm.
-Təki sən deyən olsun!
Dürdanə masanın üstündəki dəm çaynikini götürüb özü üçün çay süzdü:
-Məni bir şey təəcübləndirir?! Görəsən nəyə görə Sübhan Poladov bu qadının cani olduğunu, qiyafəsini dəyidiyini bilə-bilə onu həbs eləmir?
Zülfüqar bir anlıq gözləriniu yumub-açdı:
-Çünki daha təhlükəli düşmənləri hürkütmək istəmir! Həm də əgər Rəvanəni cinayət işlətmək istəməmişdən yaxalasa, onun Rəvanə olduğunu subuta yetirmək müşgül olacaq! Çünki qadının üzünü dəyişiblər, elə bir hala gətiriblər ki, onda əvvəlki Rəvanəlikdən əsər-əlamət qalmayıb! Yalnız səsi dəyişməyib, çünki səsi dəyişmək mümkün deyil! Səs isə bir nəfərin ifşası üçün yetərli deyil, çünki bu dünyada səsləri bir-birinə bənzəyən adamlar kifayət qədərdi.
-Bəs bomba, üzüyün içindəki zəhər? Onun ayna qarşısında durub səndən, Sübhan müəllimdən, keçmiş həyat yoldaşından, onun qızından və hətta məndən intiqam almaq fikri?
-Bilirsən bacı, cinayət məcəlləsinin bütün maddələrinə əsasən, cani yalnız cinayət üstündə yaxalananda onun qollarına qandal vurmaq olar! Əsas əməldi, söz yox! Dediyi sözlərə görə kimsəni dörd divar arasına göndərməyə qanun icazə vermir! Əgər qadın hələ cinayəti törətməmişdən həbs edilsə, üstündə və zəhər tapılsa belə, ola bilər ki, onu elə məhkəmə salonundan azad eləsinlər, çünki sifəti dəyişildiyi üçün artıq kimsə onun Rəvanə olduğunu subut eləyə bilməz! Həm də ki, o planlaşdırdığı hələ törətməyib. O, üstündən tapılanları inkar eləyə bilər, deyə bilər ki, mənə aidd deyil, kimsə məni şantaj eləməkdən ötrü otağıma bomba qoyub. Üzüyün içindəki zəhərdən isə qətiyyən xəbərim yoxdu.
-Axı o, sənin dediyinə sanatoruyada qaldığı otaqda güzgü qarşısında dayanıb törədəcəyi cinayətlərdən danışıb.
Zülfüqar bir qurtum çay içdi:
-Bacı, bu hələ onun cinayət üstündə yaxalanması deyil. Əgər Sübhan müəllim buna görə onu yaxalasa, sadəcəö üzünün dəyişildiyinə və cinayət törətməyi planlaşdırdığına görə məsuliyyətə cəlb olunacaq. Lakin cinayəti törətmək istərkən yaxalansa, onda onu müdafiə eləyən vəkilin deməyə sözü qalmır! Sübhan müəllim isə o qadına daha ağır cəza verilməyini istəyir!
-Bəs ruhi xəstəxana? Özün də deyirsən ki, onu orda hazırlayıblar!
Zülfüqar cibindən siqaret qutusu çıxartdı:
-Rəvanə qadın həbsxanasından ruhi xəstə kimi xəstəlik tarixi ilə ruhi xəstəxanaya göndərilib. Aldığımız məlumata görə orda altı ay müalicə alıb və artrıq müalicə olunmuş adam kimi ordan buraxılıb! Bu qanunu bir şeydi ki, həbsxanada ruhi xəstəliyə tutulmuş dustaq ruhi xəstəıxanaya göndəriləndən andan, onun cıza müddəti dərhal sona yetir! Daha doğrusu o, müalicə alandan sonra daha həbsxanaya qaytarılmır. Çünki artıq ruhi xəstəliyə tutulmuş bir adam törətdiklərinə cavabdeh olmadığından həbsxanada otura bilməz! Çünki həbsxanada havalanıb ruhi xəstəxanaya göndərilən adam, evinə, həmin ərzidə yerləşən poliklinikanın nəzarəti ilə buraxılır, həmin poliklinikadan ona həkim təyin olunur və o, artıq müalicəsini evdə davam elətdirir! Bu səbəbdən də Rəvanəni ruhi xəstəxanadan buraxan şöbə müdirini, yəni həmin şöbənin həkimini kimsə buna görə mühakimə edə bilməz! Məhz buna görə də Sübhan müəllim Rəvanəni cinayət üstündə yaxlamaq istəyir ki, cani kimi qəti imkan tədbiri ilə həbsinə qərar versin! Çünki Rəvanə cinayət üstə yaxlansa, Sübhan müəllim onu özünə məxsus üsulu ilə elə dindirəcək ki, qadın hər şeyi boynuna alacaq və özündən qat-qat təhlükəli olanların da adını söyləycək! Əks təqdirdə isə bunlar çox müşgüldür!
Dürdanə bir qurtum çay içdi:
-Sözün açığı bu günənə qədər, o qadının Rəvanə olmasına mənim şübhəm var idi, lakin bayaq nişan mərasimində buna yüz faiz əmin oldum!
-Neylədi ki?
-Heç nə elmədi! Lakin xeyli şərab içib dəngəsini itirdi! Kişilərin sərxoş olması bəlkə də təbii bir haldır! Lakin bir qadın içib sərxoş olursa, məncə həmin qadın dünyanın ən çirkin adamlarından biridir. Belə adamlardan isə nə desən gözləmək olar!
* * *
Bu hadisədən iki gün keçmişdi. Rəvanə olduqca rahat bir şəkildə günorta yeməyindən sonra otağında yumuşaq kətildə oturub suqaret tüstülədirdi.
Qapı döyüldü və Rəvanə qapını döyənin Dürdanə olduğunu biuldiyi üçün qapıya tərəf baxmadan,-“Gəl”,-dedi.
Dürdanə otağa girdi və Rəvanəyə baxıb təbəssüm edərək şpirisi hazırlamağa başladı:
-Bu gün sonuncu vitamin iynəsi vurmalıyam Zəminə xanım! Qoftanızın qolunu çırmalıyın! Güman edirəm ki, indi də sizi incitməyəcəyəm!
Rəvanə siqaret damağındaca qoftasının qolunu çırmaladı:
-İynəni elə vurursan ki, adamın ruhu belə incimir! Sən həiqətən də başqa cür birisən Dürdanə! İndiki adamlara qətiyyən bənzmirsən!
Dürdanə ona iynə vurub yerini spirtəı batırılmış pambıqla sildi:
-Təşəkkür eləyirəm Zəminə xanım! O qədər mehribansız ki, adam lap məətəl qalır! Amma mənə elə gəlir ki, siz qeyri-adi bir qadınsız, sözün açığı indiyə qədər gördüyüm qadınların heç birində sizdə olan xüsusiyyətləri duymamışam!
Rəvanə qoftasının qolunu düzəltdi:
-Məsələn hansı xüsusiyyətləri?
Dürdanə bir neçə addım gedib pambığı zibil qutuysuna atdı:
-İnsanla tamamilə qohum olmadığınız halda ona qarşı olan ən yaxın qohum kimi isti münasibətinizi, qayğıkeşliyinizi, səmimiliyinizi. Sözün düzü indi sizin kimiləri tapmaq müşgüldür. İndi hamı yalan danışır, obraza girir, niqabanır. Mən artıq otuzu haqlamışam, əlbəttə bu o qədər də çox yaş deyil, lakin yığın-yığın insanları xarakterizə etməkdən örü fikrimcə elə bu qədər də yaş yetər!
Rəvanə əlini onun ləkəsiz üzünə çəkdi:
-Cavan ömründə o qədər əziyyətlər çəkmisən ki, artıq insanlara inanmırsan canım! Amma yaxşı da eləyirsən, insan zatən ikiüzlü və zalımdır, bənövşə tək yumuşalsan, hər kəs tapdalayacaq səni!
Dürdanə şrisi də zibil qutusuna atıb qapıya tərəf getdi:
-Məni üzürlü hesab eləyin Zəminə xanım, bu gün icazə almışam, evə tez gedəcəym!
Rəvanə süni şəkildə qaşlarını çatdı:
-Bir hadisə olub məgər?
-Yox, heç bir hadisə olmayıb, bu gün Cinayət Axtarışları Şöbəsinin rəisi bizə qonaq gələcək! Ona görə də tez getməliyəm ki, yaxşı təamlar hazırlayım!
Rəvanə guya bunu bilmirmiş kimi yaxına gəldi:
-Cinayət Axtarışları Şöbəsinin rəisi?!
-Hə! Bəlkə eşitmisiz Sübhan Poladov! Axı mənim qardaşım onun sürücüsüdür! Bu gün qardaşım Zülfüqarın ad günüdür.
Rəvanə tez soruşdu:
-Başqa kimlər olacaq?
-Heç kim! Sözün açığı qardaşım ad günü zad eləmək fikrində deyildi, amma Sübhan müəllim, onun anadan olduğu günü təzəlikcə öyrəndiyi üçün dünən ona deyib ki, sənin ad gününə təşrif gətirəcəyəm!
Dürdanə bunu deyib qolundakı saata baxdı:
-Mən qaçım, iki saatdan sonra qardaşımla birlikdə gələcək!
Dürdanə sözünü bitirib qapıdan çıxmaq istədi, lakin Rəvanə iki addım da atıb onun qolundan tutdu:
-Dayan, tələsmə! Məni də apar özünlə, sənə kömək eləyim!
-Sizin üçün əziyyət olar!
-Heç bir əziyyəti-zadı yoxdu! Həm də o igid qardaşını təbrik eləyim! Sən get geyin, mən də yüngülvarı bir hədiyyə hazırlayım, gəl məni götür gedək!
-Nə hədiyyə? Heç bir hədiyyə lazım deyil!
-Hədiyyəsinz olarmı?!
Dürdanə onun əlindən tutdu:
-Çox xahiş edirəm Zəminə xanım, hədiiyə olmasın!
-Yaxşı, qoy sən deyən olsun! Get Dürdanəcan üstünü dəyiş, mən də hazırlaşım!
Dürdanəyə də elə bu lazım idi, odur ki, heç bir söz demədən qapıdan çıxıb iti addımlarla uzaqlaşdı. Rəvanə isə cin vurmuş toyuq kimi oatın içində gah o yana, gah bu yana fırlanaraq, nəhayət ki, dolambın qapısını açıb ki gün bundan qabaq nişan mərasiminə gedərkən geydiyi zərli paltarı geyindi. Sonra isə iri şəkilin arxasından bombanı götürüb pıçıltı ilə dilləndi:
-Axırınız gəldi! Bu gün mənim həyatımda ən əlamətdar, sizin hyatınızda isə ən bədbəxt gün olacaq! Bundan sonra mən rahat yatacağam! Bu gündən etibarən mənim əzablarım sona yetəcək! Sizi hər şeyə görə peşman eləyəcəyəm! Mən uzun müddətdir bu günü gözləyirəm, bu günün ümidi ilə yaşayıram! Ah, bu gün nə gözəl bir gündür belə!
O, sözünü bitirib bombanı qoynunda gizlətdi, sonra aynaya baxıb saçına sığal çəkdi. Sonra isə otağın qapısından çıxıb qapını kilidlədi və elə bu vaxt Dürdanənin iti addımlarla ona tərəf gəldiyini gördü.
Dürdanə yenə ona baxıb təbəssüm etdi:
-Bu əndisə sizə çox yaxşı yaraşır Zəminə xanım! O gün də nişan mərasimində sizi bu əndisədə çox bəyənmişdilər. Siz içəridə yatanda ordakı qadınların çoxu dedi ki, bu gözəl qadın sanki kraliçadır!
Zəminə gözlərini yığdı:
-Onlar düz fikirləşiblər Dürdanəcan, çünki mənim kraliça olmağıma çox az qalıb!
Dürdanə sağ əlini yuxarı qaldırdı:
-Şübhə eləmirəm ki, siz yaxın zamanlarda kraliça olacaqsız!
Dürdanə bunu deyib saatına baxdı:
-Gedək Zəminə xanım, yoxsa gec olar!
* * *
Zülfüqarla Sübhan Poladov evə daxil olanda Dürdanə artıq üç cürə yemək hazırlamışdı. Əlindən heç nə gəlməyən Rəvanə isə Dürdənin mətbəx geyimlərindən birini geyinib guya ona kömək eləyirmiş kimi özünü göstərsə də, artıq onların ölümünə fitva verdiyi üçün başı-ayağı olmayan cəfəng-cəfəng sözlər danışmağa başlamışdı.
Süfrəyə tamaşa eləyəndən sonra Poladov, Dürdanəni yenə hey təriflədi və Rəvanəyə nəzər salıb soruşdu:
-Dürdanə xanım, bizi bu qadınla tanış eləyərsizmi?
Dürdanə köksünü ötürdü:
-Sübhan müəllim, sizin gəlişiniz məni o qədər həyəcanlandırıb ki, vacib şeyləri unutmuşam!
Sonra o, Rəvanəyə baxdı:
-Üzr istəyirəm Zəminə xanım!
O, bunu deyib Poladova üzünü tutdu:
-Bu Zəminə xanımdır! Sanatoriyamızda dincəlir! Çox xeyirxah, mehriban, səmimi bir insandır! Əgər onun yardımı olmasaydı, mən tez bir zamanda bu qədər yeməyi hazıraya bilməzdim!
Poladov gözünü Rəvanədən çəkmədən dilləndi:
-Bu lap əladır! Biz də istəyirik ki, dünya yalnız xeyirxah, mehriban, səmimi insanlarla əhatə ounsun! Elə buna görə də mübarizə aparırıq! Əfsuslar olsun ki, hələ də dünyada nsanların rahat yaşamağını əngəlləyən və əngəlləmək istəyənlər həddindən artıq çoxdu! Bilmirəm, bəlkə biz dövlətimizin bizə etibar elədiyi vəzifəni lazımınca yerinə yertirə bilmirik, ya da bu cinayətkarların arxa-dayaqları həddindən artıq güclüdür, ya da bunun başqa bir səbəbi var?! Sözün düzü indiyə qədər bu suala cavab tapa bilməmişəm! Amma insanların rahatlığını pozanlar bir rəvayətdə olduğu kimi nəticədə hökmən öz cəzalarına çatırlar. Onların bədbəxtçiliyi də elə bundadır ki, bunu heç vaxt dərk eləmirlər! Əla bir rəvayət var. Deyilənə görə keçmişdə olduqca zalım, qəddar, qan tökməkdən, baş kəsdirməkdən doymayan bir padşah varmış. Hər gün ən azı beş günahsız adamın başını kəsdirirmiş! Onun cəlladı isə baş kəsməyə o qədər öyrənibmiş ki, bir gün ona padşah baş kəsdirməsəymiş, hökmən saraydan kənara çıxıb hansısa bir yoldan ötənin başını kəsirmiş! Bir sözlə padşah bu cəllada o qədər baş kəsdirir ki, axırda həmin məmləkətdə bir dənə də insan sağ qalmır, çünki padşah bütün saray əyanlarının da başını kəsdirmişdi. Cəlladın isə əli gicişirdi, yenə baş kəsmək istəyirdi, amma daha kəsiləsi baş qalmamışdı.
Cəllad buna düz üç gün zorla da olsa dözür və nəhayət səbri tükənir, odur ki, padşaha yaxınlaşıb deyir:
-Hökmdar, artıq səbrim tükəndi, zəhmət olmasa başını cəllad kötüyünün üstünə qoy!
Padşah ondan bunu eşidib, hövlank geri çəkilib qılıncını çıxarır:
-Sən nə həddlə mənə bu cür təkliflər eləyirsən?! Bu dəqiqə sənin başını üzərəm!
Cəllad sakitcə dillənir:
-Günah özündədi hökmdar! Mənə gündə ən az beş adamın başını kəsdirdin! Mən də buna vərdiş elədim! Narahat olma hökmdar, sənin başını kəsəndən sonra, öz başımı da kəsəcəyəm! Qılıncı isə qınına qoyub, yerindən as ki, gələcək nəsillər bu qılınca baxıb bir vaxtlar dünyada sənin kimi bir hökmdar olduğunu bilsinlər!
Bunu eşidən hökmdar qəzəblə cəllada hucum eləyir, lakin adam öldürmək onun üçün su içmək qədər asan olan cəllad, bir anın içində əlindəki nəhəng balta ilə vurub onun qılıncını yerə salır, sonra isə boynundan yapışıb başını cəllad kötüyünün üstünə qoyaraq başını kəsir! Bundan sonra isə cəllad öz başını kəsir!
Poladov diqqətini yenə Rəvanədən ayırmadan sözünə davam eədi:
-Bu rəvayəti danışmaqda sözümün canı odur ki, əgər insanlığa qarşı qətlyamlar törədən o qara qüvvələr bütün insanlığı məhv eləsələr, axır da goreşənlər kimi bir-birini məhv edəcəklər! Çünki qan tökmək, günahsız insanları qətlə yetirmək onları o qədər yırtıcılaşdırıb ki, bir gün yəqin ki, bir-birini parçalayacaqlar!
Bundan sonra Poladov zarafatla Zülfüqara,-“Böyük oğlan olasan”-dedi və süfrə ətrafındakılar Dürdanənin bişirdiyi ləziz yeməklərdən yeməyə başladılar. Rəvanənin isə yeməklər çox ləzzətli olsalar da, iştəhası qaçdığından, həm də Poladovun sözlərindən sonra özü də bilmədən onu vahimə bürüdüyündən, necə deyərlər yeməyi gah ağzına, gah burnuna yeyirdi.
Yemək başa çatmamış, Rəvanə, Dürdanəyə him-cimlə guya subaşına çıxmaq istədiyini bildirib bayıra çıxdı.
Zülfüqarın idarə elədiyi maşın evdən təxminən on metr aralıda durmuşdu.
Rəvanə orğun-ğrğun o yan, bu yana baxıb, qoynundan bombanı çıxararaq maşının altına, özü də mühhərik yerləşən tərəfə yapışdırdı. Sonra ayağa qalxıb yenə də ehtiyatla o yan, bu yana nəzər salıb ayaqyoluna girdi.
* * *
Axşam təxminən səkkiz tamamda Poladov Zülfüqara baxıb ayağa qalxdı:
-Hə, bir də təbrik eləyirəm! Böyük oğlan olasan!
Sonra o, üzünü Dürdanəyə tutdu:
-Sağ ol Dürdanə xanım, hər şeyə görə! Əlin, qolun var olsun! Sözün açığı ağzım dada gəldi! Çoxdandı belə ləzzətli təamlar yeməmişdim! Deyirəm bu Zülfüqar evlənsəydi, sən də bunun xeyir işində gözəl-gözəl yeməklər bişirərdin, biz də gəlib yeyərdik! Nə isə, daha biz gedək!
Dürdanə bir qədər utancaq şəkildə dilləndi:
-Nuş canınız Sübhan müəllim! Allah sizdən razı olsun! Allah sizi bizim başımımızın üstündən əksik eləməsin!
Poladov əlini yellədi və Zülfüqarla birlikdə evdən çıxdılar. Onlar evdən çıxan kimi Dürdanə süfrəni yığışdırmağa başladı və elə bu anda Zülfüqar maşını hərəkətə gətirdi və sürüb getdi.
Rəvanə isə özünü guya Dürdanəyə kömək eləyirmiş kimi göstərsə də, qulağı səsdə idi və özündən biixtiyar tez-tez boynunu uzadıb səsi daha tez almaq üçün əyri-əyri qapıya tərəf baxırdı. Br qədər də keçdi, Rəvanəyə elə gəldi ki, artıq üç dəqiqə deyil, üç ildi gözləyir, lakin nəhayət ki, uzaqdan olduqca güclü partlayış səsi eşidildi və Rəvanənin üzündə elə bir ifadə əmələ gəldi ki, bunu sözlə anlatmaq olduqca müşgül bir şeydir.
Dürdanə partlayış səsini eşitcək, həyəcan içində evin qapısına tərəf yeridi:
-Aman Allah, bu nə səsi belə?! Nə olub görəsən?! Bu səs maşın partlamasına bənzəyir! Aman ya Rəbbim! Birdən..
O, bunu deyib qapıdan çıxmaq istədi, lakin artıq Dürdanənin üzü o tərəfə olduğundan, imkan tapıb üzüyün içindəki tozları stəkandakı suya tökmüş Rəvanə onun qolundan tutub dartdı:
-Ay qız, sakit ol, nə olyb sənə? Bu partlayışın sənin qardaşınla nə əlaqəsi ola bilər axı?!
O, Dürdanəni çəkib kətilin üstündə otuzdurdu:
-Rəngin meyid rəngidi. Nədən heç bir səbəb olmasan belə həyəcanlandın axı?! Məgər bu həndəvərdə daha maşın yoxdu?! Özünü ələ al ay qız! Yoxsa uzaq olsun, min dənə xəstəlik taparsan!
O, masanın üstündən su dolu stəkanı götürüb Dürdanəyə uzatdı:
-Al, al iç! Yoxsa səni infarkt vurar!
Dürdanə dərhal stəkanı alıb suyu başına çəkdi və an keçməmiş tappıltı ilə yerə yıxıldı, stəkan isə əlindən düşüb qırıq-qırıq oldu.
Bunu belə görən Rəvanə bir qədər ona tamaşa eləyib qəh-qəhə çəkdi:
-Ha, ha, ha.. Doğurdan da bu gün çox gözəl bir gün imiş Rəvanə, çox gözəl! Həm ən qatı düşmənin Zülfüqar, həm o hiyləgər tülkü Poladov, həm də bu iyrənc gözəlçə.. Sakitləş daha Rəvanə, sakitləş! Ürəyinin tikanı çıxdı daha, soyudu ürəyin, soyudu.. Amma hələ iki düşmənin də qalıb! Nəzrin və Paşa! Onları da gəbərdəndən sonra dünya ayaqlarına yıxılacaq! Kraliça olacaqsan Rəvanə, kraliça! Bu tarix sənin bütün ömrünün brilyant səhifəsidir! Sən bu günü yaxşı yadında saxla Rəvanə! Çünki bu gün sənin ömrünü uzadacaq, sənə ömrü boyu nəşə verəcək! Mənim bütün arzularımı puç eləyən Zülfüqar, zəhərli qarmağını boğazıma keçirən Poladov, Zülfüqarın özünə oxşayan bu mundar bacısı.. İndi gedin o biri dünyada məhə əhsən deyin! Çünki sizi əlimdə lax yumurta kimi partlatdım! Çox mənəm-mənəm deyirdiz, amma mən sizə nə qədər cılız, aciz olduğunuzu göstərdim! Ha, ha, ha...
Bir xeyli yenə iblisanə qəhqəhələrlə güldü Rəvanə və arxadan Poladovun yoğun, gur səsini eşitməsəydi, hələ yəqin ki, dəqiqələrlə də güləcəkdi.
Poladovun səsi radio qovşağından gəlirmiş kimi onun qulağlarında cingildədi:
-Şahanədir! Bir azdan bu monoloqunuz internet vasitəsilə bütün dünyaya yayılacaq və dünya əhalisi yəqin ki, ilk dəfə olaraq şeytan üzlü insanın artıq bədii deyil, gerçək həyatdakı görüntüsünə tamaşa eləyəcək, səsinə qulaq asacaqlar! Həqiqətən də dünyanın ən güclü aktrisası bu cür sinirlərə təsir eləyən səhnə yarada bilməz! Ona görə də səhnə ilə gerçək həyatın fərqi də elə bundadır! Sifətini dəyişdirsəndə, çirkin mənəviyyatını dəyişdirə bilmədin Rəvanə xanım!
Rəvanə titrəyirdi və geriyə çevrilmək istəsə də, iflic vurmuş adamlar kimi titrədiyindən bunu bacarmırdı.
Poladov daha ona əhəmiyyət vermədən Dürdanəyə yaxınlaşıb dedi:
-Dur qızım, artıq oyun bitdi!
Dürdanə gözlərini açıb yavaş-yavaş ayağa durdu və bu da öz növbəsində Rəvanəni dəhşətə gətirdi. O, dəhşətli bir təlaş içərisində düşündü; “Yaxşı tutalım Poladov bombanı tapıb zərərsizləşdirib, bəs Dürdanə niyə stirixnin zəhərindən ölmədi?!”
Dürdanə ayağa qalxan kimi Poladov yanında dayanmış Zülfüqara Rəvanəni göstərdi:
-Qandalla və apar maşına! And olsun polis şərəfimə ki, onun cəzası çox ağır olacaq! Daha doğrusu onu oturduğu həbsxanaya, özü də əvvəlki kimi Atamanla bir kameraya saldıracam! Ataman da gördüz də, bunun vurduğu bıçaq zərbəsindən ölməyib, sağ-salamatdır! Mən əminəm ki, o, orda buna elə işgəncələr verəcək ki, bu özünə gündə ən azı on min dəfə ölüm hazırlayacaq! O ki, qaldı bunun sifətində plastik əməliyyat aparılmasına, sifətini dəyişsələr də, gözlərindəki şeytan onun dərhal Rəvanə Əmrah qızı olduğunu açıq-aydın nümayiş etdirir!
Zülfüqar dərhal Rəvanəni qandallayıb aparmağa başladı. Rəvanə qiyyə vurdu:
-Mənim günahım yoxdu, məni öyrətdilər! Məni hara aparırsızsa aparın, amma Atamanın yanına aparmayın! Yalvarıram, yalvarıram! Nə olar, ora aparmayın! Hamısını o qancıq Ayşən elədi, mənim heç bir taxsırım yoxdu!
Poladov barmağlarını bir-birinə sürtdü:
-Ayşən! On ikinci və on üçüncü şöbənin müdiri! Mən elə-belə də yəqin etmişdim! Bax düyünün ucu yalnız indi açıldı! İnşallah o düyünü bütünlüklə açacağıq! Şübhə eləmirəm ki, o Ayşən də “Şaum Terror Təşkilatı”nın bir üzvüdür! Yəqin nə qədər xəstəni də məhz azərbaycanlı olduğlarına görə cürbəcür vasitələrlə öldürüb!
Sonra o, başı ilə Zülfüqara işarə elədi:
-Apar!
Zülfüqar Rəvanənin iyrənc səslər çıxarmağına baxmayaraq it ölüsü kimi sürüyə-sürüyə apardı.
* * *
Sübhan Poladov Rəvanəni öz üslübüna rəğmən məharətlə aldatmışdı. O, Dürdanəyə, bilərəkdən Zülfüqarın ad günü və Poladovun təşrif gətirəcəyi barədə Rəvanənin yanında söhmət açmağı tapşırmışdı. Çünki o, çox yaxşı bilirdi ki, Rəvanə bu cür fürsəti əldən qaçırmmaq üçün dərhal Rəvanəyə ona mətbəx işlərində kömək eləmək istədiyini bildirəcək! Əslində isə həmin gün Zülfüqarın ad günü deyildi, bu sadəcə olaraq Poladov tərəfindən Rəvanə üçün hazırlanmış bir tələ idi. Belə ki, onlar maşınla evdən cəmisi iki yüz metr uzaqlaşandan sonra Zülfüqar Poladovun göstərişilə maşını döngəni keçərək saxlamış və Poladov şəxsən özü ağacların arası ilə yüyüyə-yüyürə gəlib evin arxa divarının yaxınlığında tapançadan göyə atəş açmışdı. Dürdanə də güclü güllə səsini guya maşın partlaması səsi kimi başa düşərək həyəcanlanmış, özünü dünyanın ən ağıllı adamı hesab eləyən, əslində isə güllə səsi ilə, partlayış səsini ayıra bilməyəcək qədər əbləh olan Rəvanə, riyasının baş tutduğunu düşünüb, dərhal masasnın üstündəki suya üzüyün qaşındakı tozları tökərək Dürdanədən yapışıb, guya onu sakitləşdirmək məqsədilə suyu ona içizdirmiş və Dürdanənin yıxıldığını görən kimi, onu artıq zəhərlənərək öldüyünü hesab edərək, eyni zamanda kimsənin onu eşitmədiyini zənn edib, bunu həyatının ən xoşbəxt günü saydığını söyləmişdi.
Poladova gəlincə isə o, Rəvanəni qorxuzub ona hər şeyi olduğu kimi dedizdirmək üçün onu Atamanın oturduğu kameraya saldıracağını söyləmişdi. Əslində Rəvanə “Şaum Terror Təşkilatı”nın köləsi olduğu üçün artıq adi cinayətkar deyil, vətən xaini sayılırdı. Odur ki, onu artıq qadın həbsxanasında deyil, xüsusi zirzəmidə saxlayacaqdılar və hətta kimlərə köləlik elədiyini boynuna alandan sonra belə onsuz da onun işi yüngülləşməyəcəkdi və ömürlük dustaq kimi həmin zirzəmidə qalıb çürüyəcəkdi.
* * *
Sübhan Poladov, Rəvanədən onun üzündə plastik əməliyyat eləyənin iqamətgahının yerini öyrənən kimi özü ilə Nəcməddini və Şəfəqi götürüb maşına minərək Zülfüqara hara gedəcəklərini söylədi. Zülfüqar da adəti üzrə heç bir sual vermədən maşını hərəkətə gətirdi.
Təxminən yarım saatdan sonra onlar həmin ünvana çatdılar. Bura o qədər də böyük olmayan şəxsi klinika idi.
Rəvanənin üzündə plastik əməliyyat aparan Cərullayev Anar Yaşar oğlu kabinetində idi və Poladov içəri girən kimi heç bir söz söyləmədən gözü ilə onu Nəcməddinə göstərdi. Nəcməddin də dərhal yaxınlaşıb bu qadın və yaxud kişi olduğu məlum olmayan məxluqun qollarına qandal vurdu.
Cərullayev, Nəcməddin onu qandallayarkən las xoruz kimi səs çıxartdı:
-Siz neynirsiz, mənim qollarıma qandal niyə vurursuz? Mən cərraham, insanlara şəfa verən cərrah! İllərdir Azərbaycan xalqına xidmət göstərirəm! Bududmu mənim təmənnasız xidmətimin əvəzi?!
Poladov ona cavab vermədən onun şkafındakı qovluqları bir-bir açıb gözdən keçirməyə başladı. Bir qədər sonra üzünü elə hey yarı arvad, yarı kişi səsinə oxşayan səsilə özünün çisilsiz vətənpərvər olduğunu bağıran Cərulayevə tutub seyfi göstərdi:
-Aç seyfini görək!
Cərullayev bir az da bərkdən bağırdı:
-Niyə?
-Sənin vətənpərvər olduğun subuta yetmək üçün!
-Açmıram, açmayacam! Orda insanların sirrləri var!
-Hansı sirrləri?
-Bunun sizə heç bir adiyyatı yoxdu!
Poladov tapançasını çıxarıb onun gicgahına dirədi:
-Sən əvvəl kişi olmusan, yoxsa qadın? Yəni kişi ikən özünü arvada çevirmisən, yoxsa arvad ikən özünü kişiyə çevirmisən? Aç dedim, yoxsa elə eləyərəm ki, hər ikisi yoxa çıxar!
Cərullayev məcbur olub qolları qandallı olduğu halda seyfin şifrələrini fırladıb açdı. Seyfin alt gözündə beş kilo geroyin, orta gözündə on beş milyon dollar pul, üst gözündə isə üç ədəd flyaşkard var idi. Poladov ilk öncə flyaşkardalı götürüb kənardakı kompyüterin prosesterinə saldı və mantordan cürbəcür adlar oxumağa başladı:
-Artaşesyan Artaşes Açbarsumoviç.. Həm də Cərullayev Anar Yaşar oğlu. Plastik cərrahiyə əməliyyatları aparan şəxsi klinikanın baş həkimi və baş cərrahı.
Karapetyan Ruben Borisoviç. Həm də Kamandarov Kamandar Bəhram oğlu. “Əziz vətən” cəmiyyətinin sədri.
Nersesyan Saak Saakoviç. Nizaməddinov Nizaməddin Xeyrəddin oğlu. “Vətən mənimdir” cəmiyyətinin sədri.
Çexoyan Sos Sarkisoviç. Həm də Canpuladov Sərxan Canpulad oğlu. “Canım vətən” asossasiyasının sədri.
Mativasyan Qurgen Vazgenoviç. Həm də Mİrzəyev Qulam Manaf oğlu. “Vətənə bağlıyam” cəmiyyətinin sədri.
Arustamyan Samvel Samveloviç. Həm də Atabalayev Atabala Saday oğlu. “Qarabağı almalıyıq!” cəmiyyətinin sədri.
Petrosyan Vladik Vaqarşakoviç. Həm də Baxşıyev Baxşı Bədrəddin oğlu. “Qarabağsız həyat yoxdur” cəmiyyətinin sədri.
Yengibaryan Karine Haykoyeviç. Həm də Həm də Aydəmirova Ayşən Aydəmir qızı. 1 nömrəli ruhi xəstəxananın 12-ci və 13-cü şöbələrinin müdiri.”
Poladov bütün bunları oxuyandan sonra özünəməxsus olmayan bir əsəbiliklə köksünü ötürdü:
-Bu hələ buların aşağı vəzifələr tutan cəsuslarıdır. Yuxarı vəzifələri tutanlar hələ qarmağa ilişməyiblər. Lakin onların da tərcümeyi-halını öyrənəcəyik və həbsə almaqdan ötrü Respublika prokurorundan sanksiya alacağıq. Gör nə günə qalmışık ki, düşmənlər azərbaycanlı cildinə girib min bir riyakarlıqla gözümüzün qabağında Azərbaycan xalqına cürbəcür vasitələrlə qətliyam eləyir, biz ən axırıncı əbləhlər kimi bunu başa düşmürük. Amma arxaları kimə söykənirsə, söykənsin, hamısını həbs eləyəcəyik, sonra isə onların indiyə qədər törətdiyi cinayətləri bütün dünyaya yayacağıq!
Bundan sonra Poladov yaddaş kartını prosesterdən çıxarıb cibinə qoydu və gözü ilə Nəcməddinə, bayaqdan iflic vurmuş adamlar kimi titrəyən Cərullayevi aparmağı göstəriş verdi. Nəcməddin də yenə özünəməxsus şəkildə erməni adı Artaşesyan Artaşes Ambarsumoviçi sürüyə-sürüyə apardı.
* * *
Sübhan Poladov, Nəcməddin, Zülfüqar və Şəfəq ruhi xəstəxananın 12-ci şöbəsinə girərkən orda “ölü saat” olduğu üçün xəstələr yatmışdı. Ayşən isə öz otağında ovçarka cinsli köpəyini yedizdirirdi. Burda daim Ayşənə nökərçilik eləyən Qəhibə adlı tibb bacısı ona polsi işçilərinin bura gədiyini deyəndə Ayşən dərhal yalını yeyib qurtarmış ovçarkasının boynundakı qayışından yapışıb dəhlizə çıxdı. Ovçarka polis işçilərini görən kimi Ayşənin əlindən dartınıb çıxdı, əslində isə Ayşən özü onu buraxdı, lakin elə görüntü elədi ki, guya köpək onun əlindən dartınıb polislərin üstünə getdi. Polis nəfərləri isə heç biri silah çıxarmadıqlarına görə köpəyi əllə ram eləmək lazım gəlirdi. Lakin bu meqəddəs bir heyvan sayılan at deyildi , Ayşənin daim xəstələri qorxuzmaq üçün üstlərinə qısqırdıb bədləşdirib quduzlaşdırdığı mundar bir köpək idi, buna görə də qətiyyən ram olmaq fikrində deyildi, odur ki, sürətlə qaça-qaça qabaqda gələn Poladovun üstünə atılmaq istədi. Poladov artıq silahını çıxarmışdı, lakin atəş açıb bədbəxt xəstələri qorxuzmaq istəmirdi, odur ki, bir qədər geri çəkildi, lakin quduz köpək sevgilisi Ayşənin həddindən artıq qudurtduğu və hər bir insanı dünyanın ən yazıq insanları olan ruhi xəstələr kimi aciz hesab elədiyindən Poladovun üstünə atıldı. Poladov yenə atəş açmaq istəmədiyindən cəld bir şəkildə geri sıçradı, lakin köpək iyrənc səslər çıxararaq ona diş atmaq istədi, ancaq bu zaman Zülfüqar zaman kəsiyində onun boynuna var gücü ilə çəpəki bir zərbə vurdu. Köpək möhkəm ağrı hiss eləyib onu vurana tərəf dönərək ona tərəf atıldı. Zülfüqar isə yenə zamana sığmayan hərəkətlə onun boğazından yapışdı və mundar köpək nə qədər əlləşdisə igid oğlanın polad məngənə kimi onun boğazını sıxan əllərindən xilas ola bimədi.
Zülfüqar köpəyi öldürüb yerə çırpdı.
Ayşən qiyyə vurdu:
-Siz hansı ixtiyarla mənim köpəyimi öldürdüz?! Polissiz deyə nə istəsəz eləyə bilərsiz?! Mən şikayət üeləyəcəyəm! Dövlətin qanunu var, kim köpəklərə əl qaldırsa cinayət məsuliyyətinə cəlb olunacaq!
Bu vaxt Poladov Şəfəqə başı ilə Ayşəni göstərdi və Şəfəq yaxınlaşıb Ayşənə qəfildən elə bir şillə ilişdirdi ki, o yıxılıb dərhal huşunu itirdi.
Bu vaxt əllərində dəyənək üç dənə nəhəng tibb qardaşları göründü. Onlar Ayşənin yıxıldığını və köpəyin gəbərdiyini görüb qaça-qaça ora yaxınlaşdılar. Poladov tapançanı o-nlara tərəf tuşladı:
-Mən burda güllə atıb bədbəxt xəstələri qorxuzmaq istəmirəm. Odur ki, özünüz öz xoşunuzla dəyənəklərinizi yerə atıb əllərinizi arxaya qoyun!
İllərlə qayda-qanunsuz döyüşlərdə iştirak edən pəzəvəng tibb qardaşları Poladovun güllə atmayacığına əmin olandan sonra bir qədər də ürəklənib dəyənəklərini yuxarı qaldıraraq hucuma keçdilər. Lakin dərhal da Zülüfqar və Nəcməddin tərəfindən şil-küt edilib qandallandılar.
* * *
Bir saatdan sonra Ayşən huşu başına gəlmiş halda Cinayət Axtarışarı Şöbəsinin dindirmə otağında idi və Poladov otağa girərək heç bir sual vermədən onunla üzbəüz əyləşib sözə başladı:
-Yengibaryan Karine Hayko qızı.. 1971-ci ildə Bakıda, “Ermənikənd” deyilən bir yerdə anadan olmusan! İlk təhsilini rus məktəbində almısan. 1988-ci ildə Azərbaycandakı qarışıqlıqdan istifadə eləyib azərbaycanlı adıyla şəxsiyyət vəsiqəsi almısan və bir qisim ermənilər kimi Bakını tərk etməmisən! Azərbaycan dilində təmiz danışmağın kimsədə sənin erməni olduğuna şübhə oyatmayıb! Əslində bundan istifadə eləyib, hansısa bir müsəsisədə çalışa da bilərdin! Lakin bir çox erməni qadınlar kimi fahişəliyi ən gözəl peşə saydığın üçün Qulam və Flora adında sutanyorların fahişəxanasında bir müddət fahişəlik eləməsin! Lakin bir gün Bazar əkə adlı bir milyoner özbək, Qulama əlli min dollar ödəyib səni özüylə apardı. Bazar əkə boş yerə sənə əlli min dollar ödəməmişdi. O, azərbaycanlı kimi tanıdığı qızı Özbəkistanın aullarından birinə aparıb ən azı yüz əlli min dollara satmaq fikrində idi. Lakin Bazar əkənin yüz min dollar qazanmaq ümidi boşa çıxdı. Çünki sən Daşkənddə təyyarədən düşən kimi yoxa çıxdın və Bazar əkə onu nə qədər axtardısa tapa bilmədi.
Yola çıxmamışdan Bazar əkəni aldadıb ondan beş min dollar pul almışdın, gizlicə dərhal təyyarəyə minib Moskvaya uçdun və orda bir neçə fahişəlik eləyndən sonra yenə təyyarəyə minib Kislovodskiyə uçdun. Burda sənin yaxın qohimları yaşayırdı və onlar səni çox gözəl qarşılayıb hətta şərəfinə yüngülvari ziyafət də verdilər.
Təxminən iki ildən sonra Bakıya qayıtdın, lakin bu dəfə o artıq “Şaum Terror Təşkilatı” tərəfindən hazırlanaraq və öyrədilərək qayıtmışdın və o vaxtdan da bəri həm onların tapşırığı, həm də öz riyakarlığına rəğmən azərbaycanlılardan cürbəcür üsullarla qisas almaqla məşğul idin.
Bundan əlavə isə özünə yüksək vəzifəli bir oynaş tapdın və onun tapşırığı ilə tamamilə tibbi təhsili olmadığı halda ruhi xəstəxanadakı şöbələrindən ikisinə rəhbərlik eləyərək Azərbaycan xalqının ruhi xəstələrindən qisas almaqla məşğul idin. Bunun səbəbi isə sənin təkcə “Şaum Terror Təşkilatı”nın üzvü olması deyildi, məsələ burasında idi ki, sən dünyanın ən xəstə milləti olan erməni millətinin nümayəndəsi idin. Ermənilər isə türklərin və azərbaycanlıların, onlarla mübarizə aparmaq iqtidarında olmayan zəif, hətta öz-özünü idarə eləyə bilməyən xəstələrini belə öldürməkdən böyük həzz alırlar.
Müdiri olduğun 12-ci şöbədə ovçarka cinsli it saxlayırdın və bədbəxt xəstələrin tutmaları tutanda guya onları sakitləşdirmək üçün, köpəyi onların üstünə qısqırdıb qorxuzurdun. Əslində isə bu xəstələrin nəhəng və olduqca bəd itdən qorxduqları üçün xəstəlikləri daha da ağırlaşırdı və nəticədə onlar cürbəcür qorxunc xəstəliklərə mübtəla olaraq dünyalarını dəyişirdilər. Bundan əlavə sənin ruhi xəstələri zaman-zaman məhv etməkdən ötrü başqa üsulların da var idi. O, tutmaları tutan ruhi xəstələri ordakı oynaşın olan üç dənə tibb qardaşına dəyənəlkə möhkəmcə döydürür, buz kimi soyuq suyu şiddətlə onların üstünə axıtdırır, ac və susuz saxlatdırırdın, bu da xəstələrin xərçəng, miningit, ağ qan xərçəngi kimi xəstəliklərə mübtəla olmasına səbəb olurdu. Sənin bu cür üslullarından qətiyyən xəbər tutmayan xəstələrin valideynləri bədbəxt övladlarını həmin şöbələrə sağ gətirib, ölüsünü aparırdılar.
Rəvanə Əmrah qızı ruhi xəstəxanaya gətiriləndə dərhal onu tanıdın, çünki vaxtilə Qulamla Floranın fahişəxanasında bir yerdə bədəninizi oğraş kişilərə satmışdız. Onun başına gələnləri dinləyəndən sonra dərhal onu öz alətinə çevirdin və sənin üzvü olduğun “Şaum Terror Təşkilatı”nın ən qatı düşmənini, yəni məni məhv eləmək üçün əla plan hazırladın. Mənimlə yanaşı Rəvanənin dünyada ən çox nifrət elədiyi adam, Zülfüqar da ölməli idi. Odur ki, onun sifətində plastik əməliyyat apatdırıb başqa görkəmə saldırdın və saxta şəxsiyyət vəsiqəsi ilə Zülfüqarın bacısı Dürdanənin tibb bacısı işlədiyi dənizkənarı sanatoriyaya, guya dincəlməyə göndərdin!
Hər şey əla gedirdi! Sən də, üzvü olduğun “Şaum Terror Təşkilatı”da, sənin zəncirli kölənə çevrilmiş Rəvanə də, hər şeyin çox asanlıqla başa gələcəyini, bombanın partlayacağını və həm mənim, həm də vaxtilə cəbhədə onlarla erməni dğasını məhv eləmiş Zülfüqarın da partlayıb öləcəyini, bununla da qarşınızdakı kötüyün uçuruma dığırlanacağını düşünürdüz!
Lakin uduzduz, həmişəki kimi yenə uduzduz! Həmişə də uduzacaqsız! Bir şeyi yaxşı yadında saxla ki, Karine Hayko qızı, siz ermənilər tarix boyu uduzmusuz və inşallah qiyamətə qədər də uduzacaqsız! Çüki şeytan heç vaxt qələbə çalmayıb, həmişə uduzub! Siz ermənilər isə şeytanın aləti və kölələrisiz! Biz türklər isə Uca Allahın qullarıyıq! “Karapetyan Ruben Borisoviçi, Nersesyan Saak Saakoviçi, Çexoyan Sos Sarkisoviçi, Mativasyan Qurgen Vazgenoviçi, Arustamyan Samvel Samveloviçi, Petrosyan Vladik Vaqarşakoviçi, hamısını həbs eləmişik və and olsun polis şərəfimə ki, onların şeytan sifətlərinə xalqın illərlə yığılıb qalmış qəzəbini püskürdəcəyəm!
Poladov sözünü bitirib qapıda dayanan çavuşa başı ilə Karineni göstərdi:
-Apar!
Çavuş başını tərpədib Karineni qabağına qatıb apardı. Poladov isə cibindən siqaret çıxarıb tüstülətməyə başladı.
ALİ MƏKTƏB
Sübhan Poladov Cinayət Axtarışları Şöbəsinin tibbi ekspertisiyya labarotoriyasına bir qədər bundan əvvəl gəlmişdi. Artıq on dəqiqə idi ki, tibbi ekspert Mahir Kərimzadə orta yaşlı kişi cəsədinin üzərində müayinə aparırdı. Poladov isə adəti üzrə sakitcə durub Mahir Kərimzadənin hansı qənaətə gələcəyini gözləyirdi.
Nəhayət ki, Mahir Kərimzadə Poladova tərəf çevrildi:
-Qatil, mərhuma on beş bıçaq zərbəsi vurub. Bıçaq çox iti olduğu üçün qatil hər zərbə vuranda asanlıqla mərhumun bədəninə işləyib. Zərbələrdən üçü ürək nahiyəsinə dəyib və mərhumun ürəyini dəlik-deşik eləyib. Gəldiyim qənaətə görə qatil ilk zərbələri də elə mərhumun ürəyinə endirmişdir və yəqin ki, mərhum elə ilk bıçaq yarasından ölmüşdür. Çünki əllərində özünü qorumaq, mübarizə aparmaq nişanələri yoxdur. Daha doğrusu bir sıra qətlə yetirilənlər kimi əllərində bıçaq yaraları, kəsikləri yoxdur. Bıçaq çox iti olmaqla yanaşı, həm də uzun tiyəli olmuşdur. Bəlkə də behbud imiş.
Poladov ötəri olaraq yenə cəsədi nəzərdən keçirdi:
-Behbudların tiyəsi əyri olur. Bıçaq yaralarında bunun əlamətləri varmı?
-Xeyr cənab polkovnik!
-Deməli behbud deyilmiş, sadəcə olaraq bıçaq imiş, amma uzun tiyəli. Belələri adətən dustaqxanalarda gizlin surətdə düzəldilir, ya da qəssablarda olur. Bıçaq nə qədər iti olsa da, əgər zərbələr bu qədər dərinə işləyibsə deməli qatil fiziki cəhətdən güclü adamdır. Mən bu gün səhər, yeni mərhum qətlə yetiriləndən yarım saat sonra bundan qabaq Lətif Lətifovla birlikdə mərhumun qətlə yetirildiyi yerdə, yəni otuz mərtəbəli binanın on səkkizinci mərtəbəsində, mərhumun yaşaydığı evin həndəvərində idim. Bizim ekspert hər yeri yaxşı-yaxşı yoxladı. Əlbəttə orda müəyyən qədər ayaq izləri var idi, ələlxüsus da mərhumun ayaq izləri. lakin Lətif Lətifov, eyni zamanda mən özüm belə qənaətə gəldik ki, bu ayaq izlərinin heç biri qatilə aid deyil!
Mahir Kərimzadə başını işdən ayırmadan təəcüblə soruşdu:
-Niyə?
-Çünki həmin ayaq izlərinin ən böyüyü qırx bir ölçülü idi. Əlbəttə söhbət kişi ayaqqabılarının izlərindən gedir. Lakin mərhuma endirilən olduqca güclü bıçaq zərbələrindən hiss olunur ki, qatil ən azı qırx üç ölçülü çəkmə geyinirmiş.
-Lakin boyu, bədəni o qədər də böyük olmayan adam fiziki cəhətdən çox güclü ola bilər!
-Əlbəttə, bu təbii bir şeydir! Lakin məsələ burasındadır ki, sizin də gəldiyiniz qənaətə görə qatil bütün bıçaq zərbələrini altdan-yuxarı endirib və onun sağ əlinin aşağıdan yuxarı hərəkətini fizikanın qanunları ilə təhlil eləsək, mərhum uzunboylu bir adam olduğu üçün zərbələr onun qarın nahiyəsinə dəyməli idi. Lakin bıçaq zərbələri əsasən mərhumun ürəyini dəlik-deşik etdiyi üçün qayilin boyunun elə ən azı mərhum qədər olduğu ehtimal oluna bilər. Boyu ən azı 183 santimetr olan bir kişi də heç vaxt 41 ölçülü çəkmə geyinmir, əlbəttə əgər ayaqların anadangəlmə şikəst deyilsə?! Lakin bir iş də var ki, mərhumun ayaqqabı izləri həm üçü liftə tərəf, həm də liftdən onun qapısına tərəf istiqamətlənirdi. Bundan əlavə də mərhumun ayaqqabısının izləri elə formadadır ki, sanki qatil onu qətlə yetirən zaman o rəqs eləyirmiş! Əlbəttə bu bəlkə də gülünc səslənir, amma mənə elə gəlir ki, qatil məhz mərhum geyinən ayaqqabılardan geyinibmiş. Özü də bilərəkdən bunu edibmiş ki, izi tapa bilməyək!
Poladov bunları deyən ərəfədə Mahir Kərimzadə mərhumun bədənindəki qanın tərkibini yoxlayıb üzünü Poladova tutdu:
-Cənab polkovnik, mərhumun bədəni üzərində iki cür qan aşkarlandı. Biri üçüncü qrup, o biri birinci qrup. Fərq burasındadır ki, birinci qrupa aid olan qan olduqca cüzidir, üçüncü qrupa aid olan qan isə xeyli çoxdur. Söz yox ki, birinci qrupa aid olan qan qatilə məxsusdur. Lakin məsələ burasındadır ki, qatil çox güclü olduğu üçün bayaq dediyim kimi bıçaq zərbələri mərhumun bədənində olduqca dərin yaralar açıb. Bundan belə nəticə çıxarmaq olar ki, mərhum qatil onu bıçaqlayarkən müqavimət göstərə bilməyib. Lakin qatilə məxsus qan hardan püskürüb belə, bax bu müəmmalıdır?
Poladov yenə mərhumun cəsədinə ötəri nəzər salıb Mahir Kərimzadəyə baxdı:
-Burda müəmmalı heç nə yoxdur Mahir müəllim. Şübhə eləmirəm ki, bu qatilin burnunun qanıdır! Əminəm ki, o, mərhumu öldürərkən burnundan qan açılıb.
Bu vaxt labaratoriyanın başqa küncündə mərhumun qanının tərkibini yoxlayan Rasim Kamalov Poladova yaxınlaşdı:
-Cənab polkovnik, bəlkə qatil ruhi xəstə imiş?!
-Niyə belə düşünürsən?
-On beş bıçaq zərbəsi vurmaq, daha doğrusu mərhumu aşsüzənə döndərmək. Mahir müəllim də deyir ki, mərhum elə aldığı ilk yaradan ölüb. Daha onu dəlmə-deşik eləməyin nə mənası var idi?!
Poladov cibindən siqaret qutusu çıxartdı:
-Eşitmisən, qara intiqam?! Birdə ki, bir az dərin düşünsən Rasim müəllim, görərsən ki, qatil qətiyyən ruhi xəstə deyilmiş.
-Nədən belə qənaətə gəlirsiz cənab mayor?
-Ruhi xəstələr normal insanlara xas olmayan qəzəb hissinə malik olurlar. Belə hallarda onlarda yırtıcı bir ruh əmələ gəlir və bu halda qətl törədirlərsə, bir nəfəri qətlə yetirməklə kifayətlənmirlər, qarşılarına çıxanın bağırsaqlarını yerə tökürlər və bir çox hallarda özlərini də öldürürlər və şuurları olmadığı üçün kifayət qədər iz buraxırlar. Ancaq bu qatil təkcə bir nəfəri qətlə yetirib, özü də düşünülmüş çəkildə, iz qoymadan. Qətli törətməmişdən nə edəcəyini, necə edəcəyini yüz ölçüb, bir biçib. Odur ki, əgər onun burnunun qanını nəzərə almasaq, nə mərhumu qətlə yetirdiyi yerdə, nə mərhumun üstündə balaca bir iz də buraxmayıb. O ki, qaldı onun öz qurbanını belə vəhşicəsinə qətlə yetirməyinə, bunun yəqin ki, böyük bir səbəbi var. Əlbəttə indidən bu səbəb barədə mühakimə yürütmək çox tezdir, lakin mən düşünürəm ki, bu belədir.
* * *
Sübhan Poladov ali məktəb binasına daxil olanda dərs vaxtı olduğu üçün hər tərəfdə sakitlik idi və ara-bir müəllimlərin dəhlizlə o baş-bu başa getdiyi nəzərə alınmasa elə düşünmək olardı ki, burda ins-cins yoxdur.
Poladov üçüncü mərtəbədə diqqətlə kabinetlərin qapısı üstündə yazılan lövhələri oxuyaraq irəlləyirdi və nəhayət kafedra müdiri Novruz Əfəndiyevin kabinetinə çatanda ehmallıca qapını döydü.
Bir qədər sonra içəridən səs gəldi:
-Gəl!
Poladov içəri girdi və əlini pencəyinin cibinə salıb polis vəsiqəsini göstərmək istəyəndə Novruz Əfəndiyev əlini yuxarı qaldırdı:
-Lazım deyil! Mən sizi tanıyıram! Polkovnik Sübhan Poladov. Cinayət Axtarışları Şöbəsinin rəisi. Lütvən əyləşin!
Poladov onunla üzbəüz kətildə oturdu. Novruz Əfəndiyev sözünə davam elədi:
-Bu dəhşətdi, çox böyük bir faciədi. Mən hələ də şok vəziyyətindəyəm. Axı kimin ağlına gələ bilərdi ki, gündüzün günorta çağı o boyda kişini insanlığa sığmayan bir vəhşiliklə qətlə yerirəcəklər?! Yuxuma da girməzdi bu, inanın!
Otaq isti olduğu üçün Poladov pencəyinin düymələrindən birini açdı:
-Sizcə onun tələbələrlə münasibəti necə idi?
-Mən bilən pis deyildi.
-Tələbkar müəllim idimi?
-Fikrimcə, hə.
-İmtahan sesiyaları zamanı çox uşaq kəsirdimi?
-Kəsəndə kəsirdi. Bu xüsusiyyət bütün müəllimlərdə var. Əgər tələbə imtahana yaxşı hazırlaşmayıbsa, ona qiymət yazmaq Azərbaycan elminə zərbə vurmaqdan başqa bir şey deyil. Tələbələr gələcəyin yüksək ixtisaslı kadrları olmalıdırlar ki, xalqa xeyir versinlər. Bizim amalımız yalnız budur.
-Səhv eləmirəmsə siz burda ali məktəblər üçün ədəbiyyat müəllimləri hazırlayırsınız, elə deyilmi?
-Elədir!
-Mən mərhumun bilavasitə kurs rəhbəri olduğu kursun ən əlaçı, ən çalışqan tələbələrindən biri ilə söhbət eləmək istəyirəm. Yəqin ki, buna şərait yaradarsız?!
Novruz Əfəndiyev əllərini yana açdı:
Əlbəttə! Amma başa düşmürəm, nəyə görə tələbələrdən biri ilə, müəllimlərdən biri ilə yox?!
Poladovun səsində ciddilik bir az da artdı:
-Belə lazımdır!
Novruz Əfəndiyev başını tərpətdi:
-Aydındır! Bu dəqiqə!
O, bunu deyib dəhlizə çıxdı və bir müddətdən sonra geri qayıtdı:
- Çağıtdırdım! Adı Sərxandır. O, nəinki mərhum Ramiz müəllimin rəhbəri olduğu kursun ən fəal tələbəsidir, universitetimizin fəxridir. Çox kəlləli uşaqdır. İndi gələr!
Bir qədər sonra kabinetə uzun boylu, bir qədər arıq, uzunsifət, təxminən iyirmi yaşında, özündən çox razı bir gənc daxil oldu və dərhal üzünü Novruz Əfəndiyevə tutdu:
-Mənə görə qulluq Novruz müəllim?!
Novruz Əfəndiyev əlini Poladova uzatdı:
-Sübhan müəllim, Cinayət Axtarışları Şöbəsinin rəisidir.. Mərhum Ramiz müəllimin ölümü ilə bağlı bura təşrif gətirib. Ramiz müəllimin rəhbəri olduğu kursun ən əlaçı tələbəsini görmək istədi, mən də səni məsləhət gördüm.
Sərxan bunu eşidən kimi əllərini yana açdı:
-Mən hazır!
Novruz Əfəndiyev ona yer göstərdi:
-Əyləş!
Sərxan dərhal elə yerdə oturdu ki, Poladov onunla rahat söhbət eləyə bilsin!
Poladov onun özündən olduqca müşdəbeh sifətinə baxıb soruşdu: -Kursunuzda səndən başqa əlaçı uşaqlar yenə var?
-Xeyr! Mən təkəm! Amma sözün düzü başa düşmürəm, bunun Ramiz müəllimin ölümünə nə aidiyyatı var?
-Var ki, soruşuruq. Sənin Ramiz müəllimlə şəxsi münasibətin necə idi?
-Əla! Əladan da əla! Ramiz müəllim savadlı, bilikli uşaqları çox sevirdi, mənimlə qurur duyurdu.
-Deyəsən özündən çox müşdəbehsən, hə?
-Özümdən müşdəbeh deyiləm, amma həqiqət elə bir şeydir ki, nə qədər gizlətməyə çalışsan, hökmən görsəniir. Bu elə mərhum Ramiz müəllimin sözüdü.
-Neçənci kursda oxuyursan?
-Dördüncü.
-Yəni axırıncı.
-Elədir!
-Dərs mövsümmü də bitmək üzrədir, eləmi?
-Elədir!
-Deməli universitetin sizin üçün tərtib etdiyi proqram üzrə hər şeyi keçib bitirmisiz, düzdü?
-Elədir!
-Qasım bəy Zakiri yəqin ki, keçmisiz?
-Elədir!
-Neçənci əsrdə yaşayıb Qasıb bəy Zakir?
Sərxan Poladovun belə bir sual verəcəyini gözləmədiyi üçün tutuldu, bu zaman Novruz Əfəndiyev özünü ortaya soxdu:
-On doqquzuncu əsrdə.
-Sizdən soruşmadım.
Novruz Əfəndiyev qəribə şəkildə başını buladı:
-Məndən soruşmadız. Amma universitetimizin ən əlaçı tələbəsini məsxərəyə qoymaq, bizi təhqir eləmək deməkdi.
Poladov təmkinini pozmadan dilləndi:
-Siz bunu təhqir kimi qəbul edirsiz. Amma mən gündüzün günorta çağı öldürülmüş Ramiz Mirzəyevin qatilini tapmaq üçün düyün nötəsinin açılması kimi qəbul edirəm!
Novruz Əfəndiyevin gözləri böyüdü:
-Düyün nöqtəsinin açılması kimi?
-Bəli!
-Nəyə əsasən belə deyirsiz?
-Qoy sizin bu əlaçı tələbəniz mənim bir-iki sualıma da cavab versin, sonra bəlkə açıqladım. İndi isə bayıra çıxın ki, əlaçı tələbənizə suflyorluq eləməyəsiz. Çıxın! Mən çağıran da gələrsiz!
Novruz Əfəndiyev dilxor halda kabineti tərk etdi. Poladov yenə üzünü Sərxana tutdu:
-Molla Pənah Vaqif kim idi?
Sərxan kinayə ilə güümsədi:
-Şair.
-Azərbaycan şeirinə hansı yeniliyi gətirmişdi?
-Gözəlləri hamısından yaxşı vəsf eləmək yeniliyini.
-Əhsən! Yaxşı, bəs Vaqif hansı əsrdə yaşamışdı?
Sərxan bir qədər düşünüb onun sualına cavab verdi:
-On altıncı əsrdə.
Poldov ona kabinetin qapısını göstərdi:
-Daha sözüm yoxdur. Gedə bilərsən! Bayıra çıxanda Novruz müəllimə de, içəri buyursun!
Sərxan yenə özündən müşdəbeh halda kabinetdən çıxdı və bir qədər sonra Novruz müəllim kabinetə daxil oldu. Poladov ona baxmadan dilləndi:
-Sizin ən əlaçı tələbəniz Azərbaycanın ən görkəmli simalarından biri Molla Pənah Vaqifin sadəcə olaraq təvəllüdünü bilmir.
Novruz Əfəndiyev ironiya ilə gülərək çiyinlərini qaldırdı:
-Molla Pənah Vaqifin təvəllüdündən xəbəri olmamaq insanın savadsız olmağı demək deyil.
-Bəs nədir?
-Bura baxın, bunun Ramiz müəllimin qətlə yetirilməsinə heç bir adiyyatı yoxdur. Görürəm siz cinayətin üstünü açmaq fikrində deyilsiz. Odur ki, mən sizdən şikayət edəcəyəm. Özünüzü gözləyin!
Poladov kətildən ayağa qalxdı:
-Yaxşı bir zərb-misal var. Deyir, soğan yeməmisən, niyə için belə göynəyir?! Əgər elə günü bu gün bura komissiya gətirsəm, sizin əlaçı tələbənizin nə qədər küt olduğu hamıya bəlli olar. Bu da sizin rüşvətxorluğunuzu açılq-aşkar bəyan eləyər. Buna görə isə şəxsən mən sizi ən azı on il azadlıqdan məhrum elətdirərəm.
Novruz Əfəndiyev bu dəfə əsəbi halda dilləndi:
-Görürəm çox qəddar adamsız. Ailələrin firavan yaşamağı sizin rahatlığınızı əlinizdən alır.
-Belə çıxır ki, sizin ailələrinizin firavan yaşamasına görə xalq bədbəxt olmalıdır?! Bayaq gələcəyin yüksək ixtisaslı kadrlarından, onların xalqa xeyirindən, bunun sizin ən yüksək amalınız olduğundan danışırdız. Ən əlaçı tələbəniz kütdən də kütdür. Deməli universitetiniz rüşvət bazasıdır.
-Danışığınıza fikir verin polkovnik. Bura sizin üçün bazar deyil. Ali tədris ocağıdı. Görünür bu da sizin özünüzü reklam eləməkdən ötrü bir metodunuzdur.
-Mən Cinayət Axtarışları Şöbəsinin rəisiyəm. İşlədiyim qırx il müddətində yüzlərlə cinayətin üstünü açmışam. Məsələ burasındadır ki, özümü heç vaxt reklam eləməmişəm və ümumuyyətlə iş üsulum buna imkan vermir. Amma ölkəmizdə demək olar ki, mənim adımı eşitməyən yoxdur. Bunu da unutmayın ki, Novruz müəllim, məni yaxşı tanıyanlar mənə poladpəncə Poladov deyirlər. Hələ indiyə qədər bir dənə də olsun cinayətkar mənim pəncəmdən yaxa qurtara bilməyib.
O. bunu deyib iri və kobud əllərinə işarə elədi:
-Bir oldu ki, bunları kiminsə hulqumuna keçirtdim, min dənə başı olsa belə, hulqumunu bu polad pəncələrdən xilas edə bilməz.
O, sözünü bitirməmişdən kabinetin qapısına tərəf getdi və birdən dayanıb Novruz Əfəndiyevə baxdı:
-Mən qayyıdacağam və qatili hökmən tapacağam! Amma düşünürəm ki, iş tək bununla bitməyəcək, sizin bu ali tədris ocağılnda bir neçə nəfər rüşvətxor əxlaqsızlar da ifşa olunacaq və sizi əmin edirəm ki, onları təcridxanaya özüm aparacağam!
O, sözünü bitirib kabinetdən çıxdı. Novruz Əfəndiyev xeyli təlaş içində onun arxasıyca baxaraq köksünü ötürüb masasında oturdu və bir qədər sonra telefonun dəstəyini götürüb zəng vurdu.
* * *
Artıq bir saata yaxın idi ki, Poladov, Zülfüqarın idarə etdiyi maşında oturub təxminən yüz metr məsafədən ali məktəbdən tələbələrin çıxmasını gözləyirdi.
Budur, nəhayət ki, dərslər bitdiyi üçün tələbələr iki-iki, üç-üç, dörd-dörd, beş-beş universitetin daş pillələri ilə aşağı düşməyə başladılar. Bİr qədər sonra Poladovun dioloqa girdiyi Sərxan göründü. O, kimisə rişxənd atəşinə tutduğu üçün yüksək səslə gülürdü və o qədər uca səslə gülürdü ki, yüz metr məsafədən maşının içində Poladov onun səsini eşidirdi.
Sərxanın rişxənd obyektinə çevirdiyi tələbə enlikürək, canlı-cüssəli olsa da, qıçını çəkdiyi üçün pillələri ağır-ağır düşürdü və üzündən çox pərişan olduğu görünsə də Sərxana cavab vermirdi.
Bir qədər sonra Sərxan onu məsxərəyə qoya-qoya uzaqlaşdı. Qıçını çəkən tələbə isə əl əsasına söykənə-söykənə olduqca ağır addımlarla avtobus dayanacağına tərəf addımladı. Poladov bunu görcək əlini Zülfüqara uzatdı:
-O, qıçını çəkən oğlana tərəf sür!
Zülfüqar başını tərpədib maşını hərəkətə gətirdi və iyirmi saniyə keçməmiş, avtobus dayanacağına zorla irəliləyən oğlandan bir qədər irəli keçib maşını saxladı. Poladov dərhal şüşəni açıb oğlana səsləndi:
-Oğlum, gəl səni aparaq!
Oğlan əvvəl səsdən diksinsə də sonra hər şeyin qaydasında olduğunu görübəlini sinəsinə qoydu:
-Təşəkkür edirəm! Mən bir qədər uzaqda yaşayıram! Sizin üçün çətin olar!
Poladov maşının qapısını açıb çıxdı:
-Heç bir çətinliyi yoxdu! Bir vətən oğlunu, müharibə əlilini mənzil başına çatdırmaq bizim borcumuzdu!
Oğlanın gözləri böyüdü:
-Hardan bildiz mən müharibə əliliyəm?!
Poladov onun qolundan tutdu:
-Mən insanları görkəmlərindən, yerişlərindən, hərəkətlərindən ayırd eləyə bilirəm oğlum! Düz qırx ildi cinayətkarlarla mübarizə aparıram! Bu qırx illik fəaliyyətim mənə çox şeylər öyrədib! Gəl otur və biz səni rahat bir şəkildə inşallah yaşadığın ünvana çatdıraq!
Oğlan daha tərəddüd etmədən Poladova tabe olub maşına oturdu və Zülfüqar dərhal maşını hərəkətə gətirdi. Bgir qədər gedəndən sonra Poladov üzünü cavan oğlana tutdu:
-Ha tərəfdə yaşayırsan?
Oğlan əsasını elə rahladı ki, onun oturmağına mane olmasın:
-Abşeronun şimal-şərq hissəsində, necə deyərlər lap ləpədöyəndə!
Poladov onun sözünü tamamladı:
-Sanatoriyanın yaxınlığında..
Oğlanın yenə gözləri böyüdü:
-Sizə heyrət eləmək olar! Bunu hardan bildiz?
-Bunu intuissiyam mənə söylədi. Adın nədi?
-Qoçəli!
Poladov nəsə demək istədi, lakin Zülfüqar qabağa düşdü:
-Qoşəli?
-Bəli, Qoşəli!
Döngəyə çatdıqları üçün Zülfüqar sükanı sola hərlədi:
-İyirminci əsrin əvvəllərində Bakıda bir dənə igid olub. 1918-ci ildə yüzlərlə daşnakı məhv eləyib! Ona qohumluğun çatırmı?
Oğlan aşını buladı:
-Yox, qohumluğum çatmır, amma o həddindən artıq igid birisi olduğu üçün babamın valideynləri babama o rəhmətliyin adını veriblərmiş. Mənə də atam babamın adını verib!
Poladov təəcüblə Zülfüqardan soruşdu:
-Bəs səni həmin igid Qoçəli ilə hansı tellər bağlayır?
Zülfüqar bu səfər sükanı sağa hərlədi:
-Mən onun kötükcəsiyəm Sübhan müəllim! Ona Həzrət Əli əleyhəssalamın adını veriblərmiş, ona görə də həddindən artıq igid, cəsarətli, fiziki cəhətdən fövqəladə bir gücə malik, eyni zamanda olduqca vətənpərvər bir adam olub! Mənə isə Həzrət Əli əleyhəssalamın qılıncının adını veriblər! Amma əfsuslar olsun ki, mən Qoçəliyə qətiyyən oxşaya bilməmişəm!
Qoçəli sol əlini yüngülcə Zülfüqarın kürəyinə toxundurdu:
-Amma mənə elə gəlir ki, ona çox bənzəyirsən!
Poladov cibindən siqaret qutusu çıxardıb maşının arxa qapısının şüşəsini açdı:
-O təvəzökarlıq eləyir. Cəbhədə çox igidliklər göstərib, orden-medallarla təltif olunub. İndi də neçə ildir ən qatı cinayətkarların yaxalanmasında xidmətləri var!
Poladov üzünü Qoçəliyə tutdu:
-Siqaretin iyi sənə mənfi təsir göstərmir ki?!
Qoçəli gülümsündü:
-Xeyr rəis! Çünki mən özüm də çəkəniyəm! Zülfüqar yaxşı bilər, cəbhə bizə həm vətəni ürəkdən sevməyi, həm də bu zəhəri içimizə çəkməyi öyrədib!
Zülfüqar arxaya baxmadan başını tərpətdi:
-Elədir! Cəbhədə odun-alovun içində bu zəhirmarı çəkməmək mümkün deyil! Evə dönəndən sonra da tərgizmək olmur!
Poladov siqretini allışqanla alışdırdı:
-Məgər indi cəbhədə deyilsən?! O, bir roman var, bizim məhşur yazıçımız Həsən Seyidbəylinin, “Cəbhədən cəbhəyə”. Yəni müharibədəki cəbhədən, cinayətkarlarla mübarizə cəbhəsinə. Biz cəbhədəyik əziz Zülfüqar!
Zülfüqar yenə başını tərpətdi:
-Elədir Sübhan müəllim!
Poladov yenə üzünü Qoçəliyə tutdu:
-O, Sərxandı, nədi, o sənə baxıb nə deyirdi belə? Özü də dişi pişiklər kimi hey hırıldayırdı?
Qoçəli bir qədər kədərli halda dilləndi:
-Hə, indi başa düşdüm ki, onu dərsdən niyə çağırdılar! O, nazir müavinin oğludu. İnanın ki, iki üstəgəl iki bilmir neçə eləyər, amma əlaçı təqaüdü alır! Özü də yetənə yetir, yetməyənə daş atır! İki ay bundan qabaq mənim şikəst qıçıma baxıb məsxərəyə qoyduğu üçün onun üzünə tüpürdüm. Ertəsi gün dərsdən çıxandan sonra avtobus dayanacağına gedərkən üç nəfər məni dövrəyə alıb camaatın gözü qarşısında o ki, var döydülər. Qıçım belə olmasaydı cavablarını verərdim! Amma cəbhədə minaya düşüb, ona görə də qıçımı kəsiblər! Yəni bir ayağım protestdir. Onlar da bundan istfadə eləyib məni yerə yıxdılar, sonra yerbəyerdən o ki, var təpiklədilər!
Poladov ciddi halda soruşdu:
-Bəs niyə huquq mühafizə orqanlarına şikayət eləmədin?
Qoçəli başını buladı:
-Necə şikayət eləyəydim rəis, axı onun atası nazir müavinidir! Şikayət eləsəydim, yəqin ki, bu mənə yüz qat artıq baha başa gələ bilərdi.
Poladov siqaretinə iki dəfə ard-arda dərin qullablar vurdu:
-Eybi yoxdur, o mütləq öz cəzasına çatacaq! Bunu mən Cinayət Axtarışları Şöbəsinin rəisi kimi sənə söz verirəm! İndi isə məni başqa bir şey maraqlandırır! Mənə iki gün bundan qabaq qətlə yetirilən Ramiz Mirzəyev haqqında nə deyə bilərsən?
Qoçəli bir qədər susub dilləndi:
-Ölənin dalınca danışmazlar, çünki artıq şeytan ondan əl götürüb! Amma siz qanun adamı olduğunuz üçün mən özümü sizin sualınıza cavab verməyi özümə borc bilirəm! O, rüşvətxor adam idi, eyni zamanda çox şorgöz bir kişi idi. Qəşəng qızlar dərs danışarkən gah əllərindən tutur, gah bellərini sığallayır, gah da bir bəhanə tapıb sürtüşürdü. Özü də o qədər yolunu azmışdı ki, utanıb-qızarmadan hamının gözü qarşısında şorgözlüyünü nümayiş elətdirirdi.
-Sizin qrupda qəşəng qız çoxdumu?
-Bizim qrupda üç dənə qəşəng qız var! Sədaqət, Nigar, bir də Pərvanə..
-Ramiz müəllim hər üçü ilə bu hərəkətləri eləyirdi?
Qoçəli köksünü ötürdü:
-Hər üçü ilə deyəndə, Sədaqətlə Pərvanə o, onlara qarşı iyrənc hərəkətlər eləyəndə özlərini elə aparırdılar ki, guya heç nə başa düşmürlər. Lakin Nigar buna heç cür imkan vermirdi, o da qızı təhqir edib ağladırdı. Sonra isə imtahanda baxmayaraq ki, Nigar çox savadlı qızdı və imtahanlara əla hazırlaşır, ya onu kəsirdi, ya da beşə bildiyi halda, necə deyərlər tramvay altında qalmış bir üç verirdi.
Poladov siqaretin kötüyünü qapıdakı külqabıya basıb söndürdü:
-Nigar indi dərsdə idimi?
Qoçəli başını buladı:
-Xeyr! Düz üç gündü dərsə gəlmir!
-Səbəbini bilirsənmi?
-Zəng eləmişdim! Dedi ki, möhkəm xəstələnmişəm!
-Aranız çox yaxşıdımı Nigarla?
-Hə! O, çox yaxşı qızdı! Ürəyi təmiz, mehriban! Mənə çox yaxın bir adam kimi hörmət eləyir!
-Bəs bu istilik aranızda necə əmələ gəlib?
-Mən kombi aparatı qoymağı bacarıram rəis! Bir dəfə tənəffüs zamanı Nigar elə sözgəlişi dedi ki, kreditə kombi götürüblər, amma usta lazımdır onu yerləşdirsin! Dedim ki, usta mən! Soruşdu ki, bacararsan? Cavab verdim ki, bacarmasam demərəm ki.. Bundan sonra o mənə ünvanlarını verdi və mən də bazar günü alətlərimi götürüb onlara gəldim! Səhərdən axşama qədər çalışdım və kombini xətasız-səhvsiz onların səksən kvadratmetrlik evlərinə yerləşdirdim! Bundan sonra anası iki dənə yüzlük gətirib mənə vermək isdədi. Mən isə bilrdim ki, onlar çox kasıb adamlardı. Nigarın özündən böyük bir qardaşı var, adı Zəki.. O vaxt o hərbi xidmətdə idi. Yəni onlar Nigarın anasının cəmisi elə iki yüz manat maaşı ilə dolanırdılar! Həm də bilirdim ki, iki gündən sonra Nigarın ad günüdür, on səkkiz yaşı tamam olur. Odur ki, pulu alıb Nigara uzadaraq;-“Bu məndən sənin ad gününə hədiyyə”,-dedim!
O gündən etibarən bizim aramızda olduqca isti münasibətlər yarandı. İndi ondan yaman nigaranam!
Poladov gülümsündü:
-Birdən aşiq olarsan, ha?!
Qoçəli dərindən bir ah çəkib şikəst qıçına işarə elədi:
-Olmaq istəyərdim, amma bunun ucbatından qəlbimi qandalladım!
-Bəlkə qız sənin elani-eşqini müsbət qəbul eləyəcəkdi?!
Yox rəis! Əgər bu olsaydı belə, mən bunu zavallı şikəsti incitməməkdən ötrü verilmiş bir sədəqə kimi qəbul edərdim!
-Amma sən vətən uğrunda şikəst olmusan!
-Elədir! Məsələ burasındadır ki, vətən məni təmənnasız sevir! Qoynunda böyümüşəm, çörəyini yemişəm, havasını udmuşam, suyunu içmişəm! Bunun əvəzində məndən yalnız torpağına qayğı, çörəyinə, suyuna hörmət istəyib! İnsanlar isə belə deyillər rəis! İnsandan öz anasından, bacısından, qardaşından başqa hamı bir təmənna gözləyir! Şikəst insana isə, istər vətəni qorumaq uğrunda, istərsə də başqa səbəbdən əlil olsun, fərqi yoxdur, hamı başqa bir məxluq kimi baxır. Mən əlil olandan bu yana bunu həmişə hiss eləmişəm!
Poladov əlini onun çiyninə qoydu:
-Bəlkə də sən haqlısan! Amma hamı belə düşünmür Qoçəli! Yaxşı bir atalar misalı var; “İgid odur atdan düşə atlana, igid odur hər əzaba qatlana”. Sən bir igidsən, bu səbəbdən də həyatın əzablar içində keçir! O ki, qaldı sənin şikəst qıçına, kim buna rişxəndlə baxarsa, sənin kəsilib düşmüş qıçın belə həmin adamdan qat-qar üstündür! Bir də paxıllıq hissi var Qoçəli! Necə deyərlər pişiyin əli ətə çatmayanda, deyər iy verir. Bizim misilsiz qəhrəmanımız şəhid Mübariz İbrahimova da paxıllıq eləyənlər var. Bilirsən nəyə görə, çünki özləri dünyanın ən qorxaq adamlarıdır! Vətəni sevən, vətən uğrunda ölümə gedən igidlərimizin qəhrəmanlığı onları kompleksə salır! Özlərinin nə qədər cılız, aciz, qorxaq və quş ürəkli olduğunu dərk eləyirlər! Bax, məhz bu adamlar həmişə vətən xaininə, vətən satana çevrilirlər!
Bundan sonra ortaya bir neçə dəqiqəlik sukut çökdü və nəhayət Poladov sukutu pozdu:
-Nigarın qardaşı cəbhədən neçə vaxtdı gəlib:
Qoçəli dərhal onun sualını cavablandırdı:
-Üç aydır!
-Bir yerdə işləyirmi?
-Nigarın dediyinə görə hərbi xidmətdən qayıdandan sonra bir müddət iş tapa bilməyib. Lakin ay yarım bundan qabaq bir tikintidə fəhləlik eləməyə başlayıb! O da hər gün deyil! İş olanda çağırırlar, olmayanda evdə oturur! Bir sözlə vəziyyətləri heç də ürəkaçan deyil!
Bu vaxt Poladovun rassiya aparatına zəng gəldi və o cəld aparatı kəmərindən çıxarıb ağzına tərəf tutdu:
-Poladov eşidir!
Poladov bir qədər qulaq asıb başını tərpətdi:
-Aydındı! Mən təxminən bir saatdan sonra gəlirəm!
O, bunu deyib aparatı xəttdən ayırdı və üzünü Qoçəliyə tutdu:
-Zəkinin boy-buxunu necədi, hündürdü, orta boyludu, yoxsa bəstədir?
Qoşəli qaşlarını çatdı:
-Zəki kimdi?
Poladov gülümsündü:
-Nigarın qardaşını deyirəm də..
Qoçəli əlini başına vurdu:
-Hə.. Mən əməlli-başlı keyəm.. O, hündürboydu rəis. Özü də enlikürək, canlı-cüssəli..
Qoçəli əlni Zülfüqara uzatdı:
-Elə bax Zülfüqar kimi..
Poladov başını qəribə şəkildə tərpətdi:
-Bəs sən dərsdən sonra evlərə kombi qoymaqla məşğul olursanmı?
-Hə!
-Babat pul qazana bilirsənmi?
-Allah bərəıkət versin!
-Ailədə neçə nəfərsiz?
-Mənəm, valideynlərimdi, bir də özümdən kiçik qardaşım. O hələ on birinci sinifdə oxuyur!
-Atan işləyirmi?
Qoçəli yenə başını buladı:
-Xeyr! Onu hələ mən hərbi xidmətdə olanda iflic vurub! Birnci dərəcəli əlildir! Buna görə pensiya alır. Anam isə yüzdən çox toyuq saxlayır və yumurtalarını satır! Bizim vəziyyətimiz şükürlər olsun Uca Allaha ki, Nigar gilinki kimi acınacaqlı deyil rəis!
Poladovbayaq açdığı şüşəni bağladı:
-Sən Nigar gilə kömək eləyirsənmi Qoçəli?
Qoçəli susub bu suala cavab vermədi. Poladov da arif bir insan olduğu üçün Qoçəlinin verdiyi zəkatın kimsənin bilməməsini istədiyi üçün ona daha bu barədə sual vermədi.
* * *
Nigarın anası Kamalə xanım qapılarının zəngi çalındığı üçün gedib qapını açanda Poladovu görən kimi təəcüblə qaşlarını çatdı:
-Kimi istəyirsiz?
Poladov polis vəsiqəsini çıxarıb ona göstərdi:
-Mən Cinayət Axtarışları Şöbəsinin rəisiyəm! İki gün bundan qabaq sizin qızınız təhsil aldığı universitetin müəllimi Ramiz Mirzəyevi qətlə yetiriblər. Qatili tapmaqdan ötrü universitetin bütün müəllim heyətini və orda təhsil alan tələbələri dindiririk! Yəqin siz Tələtov Nigar Əfrasiyab qızının anasız?
Kamalə xanım başını tərpətdi:
-Hə!
-Qızınız dərsə gəlmədiyinə görə onunla evdə görüşməyi lazım bildim! Narahat olmayın, Nigara bir neçə sual verib gedəcəyəm! Güman edirəm ki, qızınız evdədi?!
Kamalə xanım sanki birdən ayılıbmış kimi əl-ayağa düşdü:
-Hə, əlbəttə! Buyurun, buyurun içəri! Deməli o alçaq Ramiz Mirzəyevi öldürüblər!
Poladov içəri keçdi və Kamalə xanım ona oturmağa yer göstərdi:
-Buyurun rəis, əyləşin!
Poladov oturdu. Kamalə xanım sözünə davam elədi:
-O, əxlaqsızın ucbatından yazıq uşaq dərsindən qalıb. Göz verib, işıq vermirdi uşağa. Əlbəttə, yaxşı deyiblər, nə tökərsən aşına, o da çıxar qaşığına! Bir gün kimsə o əxlaqsızı vurub öldürməli idi. Yəqin elə pozğunluğunun üstündə öldürüblər onu!
Poladov diqqətlə olduqca kasıb görünən evə diqqət etdi:
-Zəhmət olmasa qızınızı çağırın!
-Hə, əlbəttə! Bu dəqiqə!
Kamalə xanım içəriu otağa keçdi və bir qədər sonra Nigarla birlikdə qayıtdı. Nigar, Qoçəlinin dediyi kimi həqiqətən də çox gözəl bir qız idi və zatən qadınların, qızların gözəlliyinə əhəmiyyət verməyən Poladov bir anın içində on səğkkiz yaşlı qızın gözəlliyinə valeh oldu. Belə ki, özündən biixtiyar olduqca sadə paltar geyinmiş qıza bir qədər tamaşa eləyib əli ilə ona üzbəüz kətili göstərdi:
-Otur qızım!
Eyibsiz üzündən pərişanlıq tökülən Nigar oturdu və sanki nəsə cinayət işləmiş adam kimi Poladovun gözlərinə baxmamağa çalışdı.
Poladov bir qədər sukutdan sonra sal etdi:
-Ramiz müəllim səni nə vaxtdan narahat eləyirdi qızım?
Bir qədər keçəndən sonra Nigar olduqca aşağı səslə onun sualını cavablandırdı:
-Mən dördüncü kursda oxuyuram. O, bizə bu ildən dərs deməyə başlayıb. Elə dərslər başlayandan, yəni sentyabırın on beşindən.
Poladov Kamalə xanıma ötəri nəzər salıb yenə üzünü Nigara tutdu:
-Sən dərhal anana bu barədə məlumat verdinmi?
Nigar başını buladı:
-Xeyr! Mən bunu çox gizli saxladım! Lakin bir həftə bundan qabaq o mənə..
Nigar sözün dalını gətirə bilməyib susdu.
Poladov səsinin tonunu dəyişdi:
-De qızım, utanma! Bu çox vacibdi!
Nigar ağlamsındı:
-O, mənə iyrənc təklif eləyəndən sonra evə gəlib anama hər şeyi danışdım!
-Bəs qardaşın Zəki, bu barədə bildimi?
Həm Kamalə xanım, həm də Nigar heyrət içində Poladova baxdılar. Kamalə xanımın gözləri böyüdü:
-Siz Nigarın Zəki adında qardaşı olduğunu hardan bildiz?
Poladov pencəyinin döş cibindəki polis vəsiqəsinə işarə elədi:
-Bu bizim peşəmizdi xanım! Burda təəcüblü heç bir şey yoxdu!
Sonra o, üzünü yenə Nigara tutdu:
-Hə, Zəki bunu bildimi?
Nigar başını buladı:
-Xeyr! Mən ona bunu söyləyə bilməzdim rəis!
-Niyə?
-Çünki o bu barədə bilsəydi, mütləq Ramiz müəllimin qol-qabırğasını qırardı.
Kamalə xanım qızının sözünə əlavə etdi:
-Və cavan ömrü zindanda çürüyərdi.
-O, hansı inşaatda işləyir?
Kamalə xanım heyrət içində soruşdu:
-Onun inşaatda çalışdığını da bilirsiz demək?!
Poladov kətildən ayağa qalxdı:
-Hə! Çünki mən onunla hökmən görüşməliyəm!
Kamalə xanım çiyimlərini qaldırdı:
-Nəyə görə?
-Qanun belə tələb edir xanım!
Kamalə xanım əlini ürəyinin üstünə qoydu:
-Yoxsa düşünürsüz ki, o pozğunu mənim oğlum öldürüb?
-Sözün açığı, zərərçəkmişin cəsədinin üzərindən iki cür qan aşkarlanıb. Biri mərhuma aiddir, biri isə qatilə! Biz üzərimizə düşən vəzifəni yerinə yetirməkdən ötrü oğlununuz qanını analiz eləyəcəyik! Əgər onun qanı qatilin qanı ilə uyğun gəlməsə üzr istəyib buraxacağıq getsin! Yox əgər uyğun gəlsə, onda onu qanun naminə həbs eləyəcəyik!
Kamalə xanım olduqca kədərli bir görkəm aldı:
-Rəis, axı mənim oğlumun bu işlərdən qətiyyən xəbəri yoxdur!
-Ona görə də narahat olmağına dəyməz! Onu cəmisi bir saatlığa işindən ayırmalı olacağıq! Yenə də təkrar edirəm, əgər günahı yoxsa, dərhal sərbəst buraxacağıq! İndi isə zəhmət olmasa mənə onun iş ünvanını deyin!
Zəkinin iş ünvanını öyrənəndən sonra Poladov Kamalə xanımdan üzr istəyib oranı tərk etdi və Zülfüqarın idarə etdiyi avtomobilə əyləşibona həmin ünvana sürməyi göstəriş verdi.
Həmin inşaatda güclü iş gedirdi. Poladov, Zəkininin harda olduğunu xəbər alanda, ona dedilər ki, o, on yeddinci mərtəbədədir, orda çalışır. Poladov aşağıda işləyən fəhlələrdən birinə Zəkini çağıtdırdı və təxminən beş dəqiqədən sonra Zəki göründü.
O, Qoçəli demişkən, elə Zülfüqar kimi hündür boylu, enlikürək, olduqca cüssəli bir gənc idi. Əynində göy rəngli kambinzon var idi və yaxına gəlincə Poladovun ona özünü təqdim eləmədinə imkan vermədi:
-Vəsiqənizi göstərməyə ehtiyac yoxdu rəis! Mən sizi tanıyıram, daha doğrusu sizi bir neçə dəfə ən qatı cinayətkarları yaxladağınız üçün televiziyada göstəriblər. Siz Sübhan Poladovsuz! Açığı ağlıma gəlməzdi ki, məhz siz mənim izimə düşəcəksiz?! Sözün düzü sizin yerinizə bir başqası olsaydı, özümü elə aparacağdım ki, guya bu qətldən qətiyyən xəbərim yoxdu! Amma bilirəm ki, siz başqalarının tayı deyilsiz və sizi aldatmaq mümkün deyil! Həm də bunu da bilirəm ki, siz heç vaxt heç kimə qarşı ədalətsizlik eləməmisiz və eləməzsiz! Ona görə də o əxlaqsızı ğldürdüyümü etiraf eləyirəm! Hərçənd ki, o mundarı qətlə yetirərkən iz buraxmamaq üçün əvvəlcədən plan hazırlamışdım.
Zəki bu sözü deyərkən anası ilə Nigar hər ikisi ürəklərini tutdular. Poladov isə cibindən siqaret qutusu çıxarıb ağzını açaraq Zəkiyə uzatdı:
-Buyur siqaret götür!
Zəki başı ilə təşəkkür eləyib bir siqaret götürdü və Poladov da qutudan bir siqaret götürüv damağına qoyaraq cibindən alışqan çıxarıb əvvəlcə Zəkiyə tərəf tutdu, sonra isə öz siqaretini alışdırdı.
* * *
Dindirmə otağında Zəki danışır, Poladov isə ona sual vermədən dinləyirdi:
-Əvvəllər mənim o açağın hərəkətlərindən xəbərim yox idi. Lakin ümumiyyətlə hərbi xidmətdən qayıdandan sonra həmişə bacımı qanı qara, əsəbi halda görürdüm və hiss eləyirdim ki, bunun nəsə bir səbəbi var! Amma nə qədər soruşurdumsa, heç nə demir, gizlədirdi. Beş gün bundan qabaq isə axşam işdən dönəndən sonra onu elə bir halda gördüm ki, sanki o dünya ilə bu dünya arasında idi. Yenə pərişanlığının səbəbini soruşdum. Amma bacım yenə mənə heç nə demədi. Mən mobil aparatımın diktafonunu açıb görünməyən bir yerə qoydum, siqaret almaq bəhanəsilə evdən çıxdım və uzaqbaşı beş dəqiqədən sonra qayıdıb gizlin mobil telefonumu götürüb yenə siqaret çəkmək bəhanəsilə çölə çıxaraq anamla bacımın beş dəqiqə ərzində nə danışdığına qulaq asdım.
Zəki bunu deyib cibindən mobil aparatını çıxarıb səs yaddaşını açdı və Kamalə xanımla Nigarın arasındakı söhbət qulağa gəldi:
-“Qızım amanın günüdür, bax yenə deyirəm, qardaşın bu barədə bilməsin, yoxsa qan düşər!
-Ana, özün də eşitdin ki, nə qədər soruşdu, mən yenə ona heç nə demədim!
-Gördüm qızım, gördüm! Amma tapşırmaq mənim borcumdu qızım! Sən narahat olma qızım, mən polisə mütləq o əxlaqsızdan şikatət eləyəcəyəm, mütləq!
-Yox ana, yox!
-Niyə?
-Demişəm, yenə də deyirəm, mən utanıram, utanıram! Axı sən polisə şikayət eləsən, polis məni dindirəcək! Mən o pozğunun hərəkətlərini polisə necə deyəcəm?!
-Bir az mədəni şəkildə deyərsən!
-Polis hər şeyi təslifatı ilə öyrənmək istəyir ana, mədəni şəkildə yox!
-Ay qızım, ay gözümün işığı, bir başa düş, qoy polis onu həbs eləsin ki, sən də dərsə rahat gedib-gələ biləsən də. Gör nə qədər əziyyət çəkmisən, gecələr yatmamısan, oxumusan, universitetə daxil olmusan, indi də düz dörd ildi nə gecən var, nə gündüzün.. Kitab oxumaqdan gözlərinin suyu quruyub! Amma indi deyirsən ki, daha dərsə getməyəcəyəm!
-Ana, axı mən polisə necə deyə bilərəm ki, o, mənim..
Bundan sonra telefondan Nigarın hönkürtüsü gəldi və Zəki aparatı qapadıb Poladova uzatdı:
-Buyurun rəis! Onsuz da o mənə daha lazım olmayacaq!
Poladov telefonu alıb cibinə qoydu:
-Bu əşyayi-dəlildir! İndi isə de görək mərhumu öldürməkdən ötrü necə plan qurdun ki, iz qalmasın?!
Zəki bir qədər susub sözə başladı:
-Mən məsələdən hali olandan bir qədər sonra telefiziya kanallarından birində “Dəri-dəri” ayaqqabı fabrikində hazırlanan kişi ayaqqabılarının reklamı getdi və Nigar bu ayaqqabıları görən kimi özündən biixtiyar nifrətlə dilləndi:
-Bu ayaqqabılardan bizə dərs deyən o tərbiyəsiz Ramiz müəlim də geyir! Ayağı da elə bil eşşək ayağıdı. Uşaqlar deyir ki, o, qırx beş ölçüdə ayaqqabı geyinir!
Bu vaxt anam aşağı səslə dilləndi:
-Ay qız yavaş, qardaşın eşidər! Birdə ki, nə eşşək-eşşək salmısan, Zəki də qırx beş ayaqqabı geyinir də.
Mən o biri evin pəncərəsindən televizoru izləyirdim və anamla bacım bundan xəbərsiz idi. Ona görə də onlar elə düşünürdülər ki, mən onların dilindən çıxan sözləri eşitmədim. Mənə də elə bu lazım idi. Ertəsi gün iş zamanı mən briqadirdən bir saatlığa icazə alıb özümü ticarət mərkəzinə vurdum və həmin ayaqqabıdan bir cüt aldım! Bunu ona görə elədim ki, ayaqqabı izləri eyni olduğundan polis qətl törənən nöqtədə qırx beş ölçülü ayaqqabıların yalnız mərhuma aid olduğunu düşünsün!
Poladov yalnız indi növbəti sualını verdi:
-Bəs qanın necə oldu ki, mərhumun qanına qarışdı?
-Bu məndə hərbi xidmətdən qalıb. Əsəbləşəndə, həyəcanlananda, qəzəblənəndə mütləq burnumdan qan açılır. Yalnız bu uzqaqbaşı bir dəqiqə davam eləyir. Qanım qatı olduğu üçün bir dəqiqədən sonra kəsilir. Mən onu qətlə yetirəndə burnumdan qan açıldı və mən işi həll edib qurtarana qədər qan kəsildi. Lakin burnumun qanı onun qanına qarışdı, vəssalam!
Poladov cibindən siqaret qutusu götürüb siqaret yandırdı:
-Mən aktda bunların hamısını, o cümlədən sənin öz xoşunla polisə təslim olduğunu qeyd eləyəcəyəm və sənin telefonundakı anan ilə bacının dioloqunu istintaq işinə əlavə edəcəyəm! Hesab eləyirəm ki, bu səsnin işini xeyli yüngülləşdirər! Mən güclü vəkil tanıyıram! İstəsən onu səninlə görüşə göndərərəm! Narahat olma, maddi vəziyəti ağır olanlar üçün vəkilə Dövlət özü pul ödəyir! Mən istintaq işində həmçinin sizin ailənin maddi vəziyyətinin olduqca ağır olduğöunu da qeyd eləyəcəyəm! Amma sənin mərhumu vəhşicəsinə qətlə yetirməyin işləri bir xeyli korlayır! Axı sən onu öldürmək üçün qəti qərara gəlmişdinsə, elə bir bıçaq zərbəsi ilə də öldürə bilərdin?!
Zəki dərindən köksünü ötürdü:
-Mən cəbhədə kontiziya olmuam rəis! Bu mənim tibbi sənədimdə var! Sözün düzü mən onu elə siz demişkən bir bıçaq zərbəsi ilə öldürmək istəyirdim. Lakin səhər saat səkkizə on beş dəqiqə qalmış, mən liftdə çıxıb, onu yaşadığı evin qarşısında gözlədiyim vaxt, o, dərs dediyi ali məktəbə getmək üçün evindən çıxanda, onun dünyanın bütün əxlaqsızlıqları hopmuş iyrənc sifətini görən kimi əsəblərim o qədər gərildi ki, o an daha özümü idarə eləyə bilmədim və ona var gücümlə bıçaq zərbələri endirməyə başladım! Amma peşman deyiləm rəis! Çünki mən tək bacımı deyil, xalqın mələk kimi pak, təmiz qızlarını heç olmasa bir dənə əxlaqsızın əlindən xilas eləmişəm!
Bununla da onların söhbəti bitdi və Poladov qapıda dayanan çavuşa Zəkini biradamlıq kameraya aparmasını göstəriş verdi.
PİNƏÇİ
Mayor Sübhan öz dəstəsi, yəni Nəcməddin, Zülfüqar və Şəfəq, eyni zamanda tibbi ekspert Mahir Kərimzadə, iz axtaran ekspertlər Lətif Lətifov, Rasim Kamalovla birlikdə ağır bir cinayət hadisəsi törədilmiş mənzilə daxil olarkən gördükləri mənzərə onları dəhşətə gətirdi. Burda biri on bir, digəri on üç yaşında oğlan uşağı, eyni zamanda onların otuz beş yaşlı anaları vəhşicəsinə qətlə yetirilmişdi. Belə ki, Şəfəq göz yaşlarını tuta bilməyib ağlamağa başladı. Poladov əlini onun çiyninə qoyub sakitləşdirməyə başladı:
-Sakit ol qızım, özünü ələ al! Dünyada hər gün minlərlə bu cür hadisələr baş verir. Çünki insanların bir qismi Uca Allaha yox, lənətə gəlmiş kor şeytana səcdə edir.
Özündən asılı olmayaraq əl-ayağı titrəyən Mahir Kərimzadə ara vermədən köksünü ötürə-ötürə cəsədlərn üstündə dərhal müayinə aparmağa başladı.. Rasim Kamalov fotoaparatını çıxarıb cürbəcür istiqamətlərdən cəsədlərin fotoşəkillərini çəkməyə, Lətif Lətifov isə əlindəki xüsusi cihazla hər tərəfdə iz axtarmağa başladı. Poladov əsəbi halda otağın içində var-gəl edirdi. Nəcməddinlə Zülfüqar isə qəzəblərindən dil-dodaqlarını çeynəyirdilər. Bir qədər sonra Lətifov üzünü Poladova tutdu:
-Qatilin ayaq və əl izlərini götürə bildim cənab mayor. Onun çox kiçik ayağları varmış. Təxminən otuz səkkiz ölçüdə. Əlləri də çox balaca imiş. Mənə elə gəlir ki, o, cırtdan boylu olmasa da, yarımadammış.
-Aydındır! Şübhə eləmirəm ki, o alçaq uşaqları zorlayıb, sonra qətlə yetirib!
Bu vaxt cəsədlərin üzərində müayinə aparan Mahir Kərimzadə söhbətə qarışdı:
-Zənniniz sizi aldatmayıb cənab polkovnik. Hər iki oğlanın bədənində zorakılıq əlamətləri var. Qatil onları zorlamış, sonra isə qətlə yetirmişdir.
Poladov ona yaxınlaşdı:
-Bəs qadın?!
-Onun bədənində zorakılıq əlamətləri yoxdur. Belə görünür ki, o monyak uşaqları zorlayan zaman anaları mane olmaq istəyibmiş, bu zaman qatil onu qətlə yetirib.
Lətif Lətofov dilləndi:
-Bəlkə hələ iyrənc niyyətini həyata keçirməmişdən əvvəl qətlə yetirib?!
Mahir Kərimzadə gözlərini cəsədlərdən ayırmadan dedi:
-Ola bilər! Lakin məsələ burasındadır ki, o, qadını tələm-tələsik öldürüb. Mənə elə gəlir ki, qadın onunla mübarizə də aparıb.
Poladov evi nəzərdən keçirə-keçirə dilləndi:
-Əgər o, uşaqları zorlayıb öldürməmişdən qabaq qadın onunla mübarizə aparsaydı, uşaqlardan heç olmasa biri köməyə adam çağırmaq üçün bayıra qaça bilərdi. Əlbəttə telefonla kiminləsə əlaqə saxlamaq qeyri-mümkün idi, çünki qatilin əlində soyuq silah var idi. Nə isə.. Bunlar hamısı hələlik yalnız və yalnız fərziyədir. Əsas qatili tapmaqdır. Sonra o özü cinayəti nə şəkildə törətdiyini söyləyəcək! Əlləri, ayağları balacadısa deməli boyu da çox bəstədir.
Bu vaxt Rasim Kamalovun səsi eşidildi:
-Servantdakı bir çox qabların üstündə qatilin əl izləri yoxdur Sübhan müəllim.
Poladov ötəri olaraq servanta nəzər saldı:
-Deməli məqsədi əsasən oğlan uşaqlarını zorlamaq olub.
O, ötəri olaqraq yenə evi nəzərdən keçirtdi:
-Evdən görünür ki, bu bədbəxtlər kasıb bir şəraitdə yaşayırlarmış. Belə olan halda monyak bura qarət məqsədi ilə gələ bilməzdi. Zərər çəkənlərin qohumları ilə əlaqə saxlamaq lazımdır. Həm bu bədbəxtləri dəfn eləsinlər, həm də kələfin ucunu tapmaqda bizə kömək eləsinlər. Bİzə bədbəxt hadisə haqqında məlumat verən qonşu dedi ki, uşaqların atası bir neçə il bundan qabaq qəza nəticəsində dünyasını dəyişib. Bu ailəyə uşaqların dayısı maddi yardım göstərirmiş. O, Qubanın Nügədi kəndində yaşayır, fermerdir. Həmin qonşu bədbəxt hadisə haqqında artıq telefonla ona məlumat verib. Yoldadır, bura gəlir, yəqin bir qədər sonra burda olacaq.
Poladov bunu deyib Nəcməddinə baxdı:
-Get bizə ölüm hadisəsi haqqında məlumat verən qonşunu bura çağır!
Nəcməddin dərhal evi tərk etdi, Poladov isə yenə cəsədlərə nəzər saldı:
-Mərhumların üstlərinə mələfə örtməyin vaxtı gəlib çatıb!
Bunu eşidən kimi Zülfüqar pal-paltar və döşəküzü yığılan dolambın qapısını açıb ordan bir neçə ağ rəngli döşəküzü götürüb hər üç mərhumun üzərinə örtdü. Elə bu ərəfədə Nəcməddin, Gülarə adlı təxminən otuz beş yaşında bir qədər kök, ağbəniz, qəşəng qadınla qayıtdı. Gülarənin gözlərindən olduqca pərişan, eyni zamanda sarsıntı içində olduğu dərhal bilinirdi. O içəri girən kimi Poladova baxdı. Poladov isə öz növbəsində ona oturmaq üçün yer təklif elədi:
-Buyurun xanım, lütvən əyləşin!
Gülarə sarsıntı içində idi və çalışırdı ki, artıq üzərlərinəmələfə örtülmüş cəsədlərə tərəf baxmasın. O cibindən yaylıq çıxarıb artıq ağalamaqdan şişmiş gözlərini sildi:
-Yox rəis, otura bilməyəcəyəm. Elə haldayam ki, heç cürə özümü ələ ala bilmirəm.
Poladov dərhal dilləndi:
-Yaxşı, sizin üçün necə rahatdı elə də hərəkət eləyin! Ancaq mümkün olsaydı mənim bir neçə sualıma cavab verərdiz?!
-Buyurun rəis.
-Bayaq dediz ki, siz bu mənzilin sahibəsilə, yəni qətlə yetirilmiş qadınla, iki uşağın anası ilə möhkəm rəfiqə olmusuz, elədirmi?!
-Elədir Rəis! Biz Dilşadla ilə bacıdan artıq idik. Həm də mənim oğlumla bu bədbəxt uşaqların böyüyü Elməddin bir sinifdə oxuyurdular. İndi onlar haqqında keçmiş zamanda danışanda dilim qatlanır. Bu yazıqların bu hala salınmasından da mənim uşağım Rüfət xəbər tutub. Dərsdən sonra bütün günü ya Elməddin bizdə olurdu, ya da Rüfət bunlarda. Bədbəxt Dilşadın kiçik uşağı Niyaməddin də tez-tez gəlirdi bizə. Bir ailə kimiydik, bir ailə.
Bu yerdə Gülarə özünü saxlaya bilməyib hıçqırtı ilə ağladı:
-Yazıqları gör nə günə salıblar. Bu cür də vəhşilik olar?! Yaxşı, ay vicdansız evi qarət eləmək istəyirsən, elə də. Daha bu nə dəhşətdi törədirsən?! Uşaqlar məktəbdə ikinci növbədə oxuyurlar. Mənim uşağım əlində çantası gəlir bunlara ki, hər gün ki, kimi məktəbə bir yerdə getsinlər. Gəlib görür ki.. Uşağın rəngi bayaqdan meyid rəngidi. Elə narahatam ki, birdən o da qorxar, bəd xəstəlik-zad tapar. Allahım sən özün qoru!
Bunu deyəndən sonra Gülarə yenə nəsə demək istədisə qəhər onu boğdu və sözünün arxasını gətirə bimədi və Poladov dərhal masanın üstündəki qrafindən stəkana su töküb ona verdi:
-Alın, su için! Su adamın əsəblərini sakitləşdirir, dərdlərinə şərik olur. Bir az özünüzü ələ alın! Sakitləşin!
Gülarə stəkanı alıb suyu başına çəkdi:
-Mən artıq sakitəm rəis! Buyurun sizi eşidirəm!
-Burda qonşuluğda çox alçaq boylu, əlləri, ayağları balaca kişi xaylağı varmı?
Gülarə bir qədər düşünüb onun sualını cavablandırdı:
-Yox rəis! Hamısı normal kişilərdir. Yalnız bir nəfər var, adı Əjdərdir. Sənəti də pinəçilikdir. Burda məhəllədə pinəçi köşkü var. Camaatın çəkmələrini təmir eləyir. O da əlildir, daha doğrusu qıçları şikəstdir, qoltuq ağacı ilə yeriyir.
-O, çoxdan əlil olubmu?
-Təxminən səkkiz-doqquz il olar məhəlləmizə köçüb, biz onu həmişə belə görmüşük.
-Aydındı! Bu evə gəlib-gedən çox idimi?
-Qadın hə! Demək olar ki, bütün yaxın ərazidə yaşayan qadınlar həftə səkkiz, mən doqquz Gülarənin yanında idilər. Onun ipək kimi xasiyyəti var idi. İnanın ki, hələ indiyə qədər bir adamın qəlbini qırmayıb, bir insanı iynənin ucu qədər də özündən incitməyib. Hamına başına dönüm, qadanı alım deyə müraciət eləyib. Varlı deyildi rəhmətlik, Qubadakı qardaşı ona yardım eləyirdi. Amma mənəviyyəti çox zəngin idi. Deyir buğda çörəyin olmasın, buğda dilin olsun. Buğda dili var idi rəhmətliyin. Qəlbi hər kəsi qızdığrcaq qədər isti idi. İnanın ki, onu bir gün görməyəndə elə bilirdim nəsə çıatmır.
-Yaxşı bəs bu evə kişi xaylağları da gəlib-gedirdilərmi?
-Yox Rəis, yox! Gülarə çox namuslu qadın idi. Deyirdi ki, mən əri ölmüş dul qadınam. Evimə yad kişi ayaq bassa adıma min dənə şəbədə bağlayarlar. Hamı da bunu bilirdi. Bircə onu bilirəm ki, bütün qonşu kişilər ona çox ləyaqətli bir qadın kimi baxırdılar.
Poladov, Nəcməddinlə Zülfüqara baxdı:
Gedin bu ərazidə yaşayan bütün qonşuları dindirin! Baxın görün, bu gün bu məhəllədə bəstəboy kişi görüblərmi?
Nəcməddinlə Zülfüqar bir söz demədən yüngülcə başlarını tərpədib evdən çıxdılar. Şəfəq isə artıq ağlamağını ksmişdi və Poladovun ona da nəsə bir iş tapşıracağını gözləyirdi.
Poladov ona yüngülcə nəzər salıb Gülarəyə baxdı:
-Çox sağ olun xanım! Sizi narahat elədiyimə görəı min dəfə üzr istəyirəm. Gedə bilərsiz!
Gülarə qapıya tərəf gedib yenə yaylıqla şişmiş gözlərini sildi:
-Əgər lazım olsa yenə çağıtdırın!
Gülarə evi tərk edən kimi Poladov siqaret yandırıb Şəfəqə üzünü tutdu:
-Necəsən qızım?
Şəfəq sanki nəsə bir günah eləyibmiş kimi onun üzünə baxmadan dilləndi:
-Yaxşıyam Sübhan müəllim!
-Onda gəl mənimlə!
Şəfəq dərhal ayağa durub artıq evdən çıxmış Poladovun arxasıyca evi tərk etdi.
Poladov küçəyə çıxıb o tərəf, bu tərəfə nəzər saldı. Qətlə yetirilənlərin küçə qapısının yaxınlığında köhnə bir “zaparojest” markalı avtomobil durmuşdu. Poladov bayaq bura gələndə bu maşını sezmişdi, lakin tələsdiyi üçün ona o qədər də əhəmiyyət verməmişdi. Üzbəüz səkidə isə bir pinəçi köşkü var idi. Poladov iti addımlarla küçəni keçib əlində çəkməçi çəkici çəkməçi linginin üstündə ayaqqabı mıxlayan pinəçiyə səsləndi:
-Ə kişi, bu zaparojest sənindi?
Pinəçi əlinin işini saxayıb onun sualına cavab verdi:
-Hə, mənimkidi, nə olub ki?
-Niyə onu burda, köşkünün yaxınlığında saxlamırsan?
Pinəçi bir qədər tutulsa da onun sualını bu şəkildə cavablandırdı:
-Burda saxlasam, bu kibrit qutusu boyda köşkümün qarşısını tutacaq!
-Bir az aşağıda, ya yuxarıda saxlasan köşkün əməlli-başlı görünər! Dur, maşını ordan götür! O evdə rəhmətə gedənlər var! Bir azdan ora adamla dolacaq, yəqin xeyli maşın da gələcək! Tez elə dur, camaatın hüzür mərasiminə gəlməyinə maneçilik törətmə!
Pinəçi ağır-ağır yerindən qalxdı:
-Baş üstə rəis!
O, hər iki qıçı şikəst olduğu üçün əl ağaclarına söykənib tısbağa yerişi ilə köşkü tərk edib avtomobilinə yaxınlaşdı. Bu elə avtomobil idi ki, qaz, tormoz və ortadakı pedalları hamısı sükana bənd edilmişdi. O, təxminən ən çoxu yeddi dəqiqədən sonra öz Sovetlər Birliyinin bəsit texnikası ilə istehsal olunmuş maşınına əyləşib hərəkətə gətirərək səkinin o biri tərəfinə tərəf sürüb saxladı. Sonra isə mühərtiki söndürüb qıçları qırılmış dozanqurdu kimi ürəküzən bir hərəkətlə özünün pinəçi köşkünə girdi.
Elə bu vaxt Nəcməddinlə Zülfüqar, Poladova yaxınlaşdılar və sözə birinci Zülfüqar başladı:
-Bu ərazidə yaşayan bütün qonşuları, hətta uşaqları da dindirdik cənab polkovnik və belə məlum oldu ki, bu həndəvərdə..
O, pinəçi köşkünə tərəf baxdı:
-Bircə bu iki qıçından şikəst pinəçidən başqa bəstəboy kişi yoxdu və ümumiyyətlə bu ərazidə boyu həddindən artıq bəstə bir adam görməyiblər!
Poladov üzünü bayaqdan onun yanında ağzına su alıb susan Şəfəqə tutdu:
-Sən huquq fakültəsini qurtarmısan qızım! Ona görə də deyə bilərsənmi bundan hansı məntiqi nəticəyə gəlmək olar?
Şəfəq burnunu çəkdi:
-Əgər bəstəboy kişi göydən düşməmişdisə, onda bu pinəçinin qıçlarının həqiqətən də şikəst və yaxud əksinə sağlam olduğunu yoxlamaq lazımdır! Mənim onun gözlərindən də heç xoşum gəlmədi.
Bu vaxt Mahir Kərimzadə ilə Lətif Lətifov küçəyə çıxdılar. Poladov isə məmmunluqla başını tərpətdi:
-Əhsən qızım! Bax, elə mən də bunu düşünürdüm! Onun əlil maşını kimi düzəldilən maşınını da pinəçi köşkü olan tərəfdə deyil, bu tərəfdə saxlaması da, sənin sözlərinə qüvvət verir! Ona görə də indi biz onun qıçlarının şikəst və yaxud qeyri şikəst olduğunu yoxlayacağıq!
O, üzünü Mahir Kərimzadəyə tutdu:
-Hə, başla fəaliyyətə Mahir müəllim! Gəl ardımca!
O bunu deyib pinəçi köşkünə yaxınlaşdı və açıq qapının girəcəyində dayandı:
-Ə kişi, qıçlarının şikəstliyi barədə bir arayışın varmı?
Pinəçi bir anın içində tərlədi və dili topuq vura-vura dilləndi:
-Arayış var, amma evdədi!
-Nə olar?! Qoy o, evdə qalsın! Biz indi bunu yəqin etmək üçün qıçaların üzərində müayinə aparacağıq! Dur gəl bu yana!
Pinəçi eeldəyib gözlərini dolandıra-dolandıra əl ağaclarına söykənib ayağa qalxdı, Mahir Kərimzadə əlindəki kiçik cihazı onun qıçları üzərində gəzdirdi və dərhal da üzünü Poladova tutdu:
-Bu adamın qıçları şikəst deyil cənab polkovnik, sap-sağlamdır!
Pinəçi titrədi:
-Mən iki qıçından şikəstəm, bu barədə tibbi kağızım var! Mən Qarabağ müharibəsinin əliliyəm! 1993-cü ildə minaya düşmüşəm, hər iki qıçım gedib!
Poladov dilləndi:
-Yəqin o kağızı da rüşvət verib almısan! Amma and olsun pols şərəfimə ki, sənə o kağızı verənin də qanı getdi və mən yüz faiz əminəm ki, sən nəinki Qarabağ müharibəsində, hətta hərbi xidmətdə belə olmamısan!
Sonra Poladov tapançasını çıxarıb ona tuşladı:
-At o əl ağaclarını o yana və çıx bayıra, tez ol! Yoxsa burdakı səkkiz güllənin hamısını o bədbəxt uşaqları zorlayarkən sənə yardım etmiş orqanına vuracağam!
Poladov tamamilə özünəməxsus olmayan bir səslə çığırdı:
-Tez ol, tez!
O, bunu deyib tətiyi çəkdi:
-Tez ol, yoxsa vurdum!
Pinəçi tamamilə axsamadan, iti addımlarla köşkdən çıxdı və ömründə bəlkə ilk dəfə qeyzindən özünə yer tapa bilməyən Poladov tapançanın arxası ilə onun təpəsinə var gücü ilə bir zərbə ilişdirdi. Pinəçi tappıltı ilə yerə sərildi və Zülfqarla Nəcməddin dərhal onu ayağa qalxızıb qandalladılar.
Faciəvi hadisə baş verən evdən aşkarlanan izlərin, eyni zamanda qanından analiz götürüləndən sonra uşaqları zorlayanın və vəhşicəsinə öldürənin, eyni zamanda uşaqların anasını insanlığa sığmayan üsulla qətlə yetirənin məhz onun olduğunu subut elənəndən sonra Poladov, Əjdər adlı pinəçini uşaqlara zor tətbiq eləmiş orqanını ülgüclə çərtib, siçovul basmış zirzəmiyə atdırdı və burda ac siçovullar onun iyrənc bədənini dişləm-dişləm edib öldürdülər.
HEYRƏITAMİZ QİYAFƏ
Oqtay nə qədər çalışsa da, heç cürə Dürdanəni unuda bilmirdi. Belə ki, Dürdanənin surəti onun özündən asılı olmayaraq hər zaman gözünün qarşısında idi və sözsüz ki, bu onun həyatına, yaşayışına olduqca mənfi təsir göstəriirdi. Valideynləri onun eyninin açılmamasının səbəbini biməsələr də, Şəfəq bundan xəbərdar idi və qardaşının daimi pərişanlığı söz yox ki, onu da çox narahat eləyirdi, buna görə də üzə vurmasa da, hər gün səkkiz saat iş zamanı Zülfüqarla bir yerdə olarkən özündən asılı olmayaraq tez-tez Zülfüqarı əyri-əyri süzürdü. Söz yox ki, Poladov bunun səbəbini bilməsə də, Şəfəqin Zülfüqara qarşı olan mənfi münasibətini yaxşı duymuşdu və ömründə ilk dəfə olaraq sezdiyi baxışların səbəbini anlaya bilmirdi? O, bilirdi ki, Zülfüqar çox namuslu oğlandır və bunun səbəbi onun şorgözlüyü ola biməz. Bəs Şəfəqin, üzə vurmasa da Zülfüqarı əyri-əyri süzməyinin səbəbi nədə idi, bax bunu mütləq bilmək istəyirdi Sübhan Poladov.
Buna görə də nəhayət ki, günlərin bir günü Şəfəqdən söz almaqdan ötrü xırda bir siyasət işlətməyə məcbur oldu və Şəfəq veriləcək tapşırığı yerinə yetirməkdən ötrü onun kabinetinə girəndə salamlaşan kimi ona oturmaq üçün yer göstərdi:
-Otur qızım!
Şəfəq oturdu və bu neçə ay müddətində ən azı doğma dayısı kimi alışdığı ağsaqqalın nə deyəcəyini gözlədi. Poladov onun gözünün içinə baxdı:
-Vaideynlərin, qardaşın necədilər?
-Yaxşıdılar Sübhan müəllim, duaçıdılar!
-Hər gün işdən dönəndən sonra onlara iştirak etdiyin əməliyyatlardan danışırsanmı?
-Danışıram Sübhan müəllim!
-Sənə görə narahat olmurlar ki?
-Xeyr əsla! Əksinə dəstək verirlər! Mənə də deyirlər ki, sən vətənə borcunu şərəflə verirsən!
-Əhsən! Yaxşı, mənə de görüm, bizim bu qrupda xoşuna gəlməyən varmı? Yəni hər gün əməliyyaayta bir yerdə yollandığın Nəcməddin, Zülfüqar ürəyincədirlərmi?
-Əlbəttə!
-Onların hansı bir iş yoldaşı kimi daha çox ürəyinə yatır?
-Fərqi yoxdur! İkisi də.
-Məsələn onlardan birini səninlə birlikdə uzaq səfərə əməliyyata göndərsəm, hansını seçərsən?
Şəfəq çiyinlərini çəkdi:
-Fərq eləməz Sübhan müəllim!
-Yox, yenə də?
-Oğlunuzla bir yerdə getmək daha yaxşı olar məncə!
-Deməli bu iki cavanın arasında sənin üçün nəsə bir fərq var?! Bunu mənə anlada bilərsənmi? Bu mənim üçün çox vacibdi qızım!
-Mən elə sözgəlişi dedim Sübhan müəllim!
-Yox qızım, sözgəlişi heç nə olmur! Əlbəttə Nəcməddin mənim oğlumdur, Zülfüqar isə yaddır! Lakin bizim işimiz elə işdir ki, burda qohumbazlıq eləmək kimlərinsə bədbəxtçiliyinə gətirib çıxara bilər. Mən istər oğlum olsun, istər başqa birisi, öz köməkçilərimi yaxşı tanımalıyam! Bilirsən qızım, mən bu şöbənin rəisi kimi, bütün günü kabinetimdə oturub ancaq göstəriş verə bilərdim. Amma sözün açığı kimsəyə etibar eləmədim! Çünki indiyə qədər hansısa cinayət işinin açılmasında iştirak eləməmişəmsə, həmin iş dosxan doqquz faiz ya bağlı qalıb, ya da istintaq işi düzgün aparılmadığından günahsız bir adamı cinayətkarın əvəzinə tutub həbs eləyiblər! Mənim yaşım artıq altımışı keçib qızım! Təqaüdə getmək vaxtım çoxdan çatıb. Amma bu şərt deyil, çünki mən qarşıma məqsəd qoymuşam ki, ölənə qədər xalqımın asayişinin qorunmasında iştirak eləyim! Lakin ölüm deyilən bir şey var ki, o kimsədən izn almadan gəlir. Bu səbəbdən də mən elə kadrlar hazırlamaq istəyirəm ki, necə ki, mən qırx ildi cinayətlərin üstünü açıram, onlar da qırx il cinayətlərin üstünü açsınlar. Buna görə sizi ətrafıma yığmışam. Ancaq hər üçünüzə nə qədər yaxından bələd olsam da, hələ mənə qaranlıq olan şeylər də var! İncimə qızım, sənin Zülfüqara olan münasbətini duymuşam! Ona tez-tez əyri-əyri baxdığını hiss eləmişəm! Bax bunun səbəbini öyrənmək istəyirəm! Xahiş edirəm bunu məndən gizlətmə! Yoxsa aramız soyuya bilər!
Şəfəq bir qədər susub dilləndi:
-Əslində bunun elə də ciddi bir səbəbi yoxdur Sübhan müəllim! Daha necə deyərlər Allahdan gizlin deyil, sizdən nə gizlin! Səbəb Zülfüqarın bacısı Dürdanədədir! Mənim qardaşım Oqtay ona aşiqdi. O, isə qardaşımın eşqinə rədd cavabı verib! O vaxtdan qardaşımın həyatın büsbütün dəyişib. Yeməkdən qalıb, eyni heç cürə açılmır ki, açılmır, daim pərişan halda gəzir!
-Yaxşı bəs burda Zülfüqarın nə günahı var?
-Zülfüqarın heç bir günahı yoxdu və zatən nə qardaşımın eşqindən, nə də yəqin ki, Dürdanənin rədd cavabından xəbəri yoxdu! Lakin bu mənim özümdən asılı deyil Sübhan müəllim! Onun bacısı mənim özümdən çox sevdiyim qardaşımın ürəyini sındırdığı üçün hər gün Zülfüqarı görəndə bu yadıma düşür. Buna görə də ona baxarkən baxışlarım xeyli sərtləşir!
Poladov güümsündü:
-Amma əslində sənin nəinki Zülfüqara, hətta Dürdanəyə də qarşı münasibətin mənfi olmamalıdı! Çünki ürəyə hökm eləmək olmaz!
-Bilirəm Sübhan müəllim, bu mənim özümü də çox narahat eləyir və daim ən çox özümü rahatsız eləyən bu hissi özümdən kənarlaşdırmaq istəyirəm, amma nə qədər eləyirəmsə bacarmıram! Sözün açığı mən o vaxt sanatoriyada olanda Dürdanə qardaşımın eşqinə rədd cavabı verəndən sonra onu acılamışdım, lakin dərhal da peşman olmuşdum, buna görə də indiyə qədər vicdan əzabı çəkirəm!
Poladov cibindən siqaret qutusu çıxartdı:
-Oqtayın Dürdanəyə aşiq olmağını valideynlərin bilirmi?
-Xeyr!
-Nəyə görə?
-Oqtay bu barədə onlara heç bir söz deməyib və mənə də tapşırıb ki, onları bundan xəbərdar etməyim!
-Narahat olma qızım, hər şey yaxşı olacaq! Sənin qardaşın Oqtay çox tərbiyəli, mədəni, intilekti yüksək biridir! Mənə elə gəlir ki, Dürdanə ona ərdə olduğu üçün rədd cavabı verib! Düşünüb ki, valideynlərin buna heç vaxt razılıq verməzlər! Əgər istəsəydin sənə bir məsləhət verərdim qızım?!
-Buyurun Sübhan müəlim!
Poladov siqaret alışdırdı:
-Sən qardaşından gzilin bunu valideynlərinə və nənənə anlat! Eyni zamanda Oqtayın Dürdanənin eşqindən xiffət elədiyini başa sal! Gör onlar nə fikrə gələcəklər?!
Şəfəq başını buadı:
-Amma mən qardaşıma söz vermişəm, əgər bunu pozsam, qardaşımın qəlbi daya artıq sınar.
Poladov nəsə demək istəyirdi ki, onun rabitə aparatının zəngi eşidildi və Poladov dərhal aparatı ağzına tutdu:
-Poladov eşidir! Hansı ünvanda? Aydındı!
O, dəstəyi yerinə qoyub ayağa qalxıb üzünü Şəfəqə tutdu:
-Gedək qızım! Yenə ölüm hadisəsi törənib!
Onlar kabinetdən çıxdılar, Poladov kabinetinin qapısını kilidləyib kəmərindən rabitə aparatanını çıxarıb xəttə saldı:
-Mahir müəllim, dəstəni götür, Qəmküsar küçəsi 114 nömrəli ünvana gəl!
Sonra o, Nəcməddinə zəng vurdu:
-Bura bax, min maşına, biz də Şəfəqlə gəlirik!
Bundan sonra Poladov aparatı xəttdən ayırıb kəmərinə taxdı və demək olar ki, yüyürə-yüyürə pillələrlə düşdü. Şəfəq də onun arxasıyca eyni sürətlə pillələri düşdü və bir azdan sonra onlar artıq Nəcməddinin də oturduğu maşına oturdular. Poladov maşına oturan kimi dilləndi:
-Qəmküsar küçəsi 114 nömrəli ev.
Zülfüqar yenə adəti üzrə mühərriki dövrə gətirib maşını yerindən tərpədərək şöbənin həyətindən çıxıb üzü Qəmküsar küçəsinə tərəf istiqamət götürdü. Eyni zamanda da tibbi ekspert və ekspertlər Rasim Kamalov və Lətif Lətifovun mindiyi polis maşını onların arxasınca sürdü.
Onlar Qəmküsar küçəsi 114 nömrəli evə girəndə, içəri otağın tən ortasında bir kişini asılmış vəziyyətdə gördülər. Rasim Kamalov dərhal fotoaparatını çıxarıb cürbəcür istiqamətlərdən cəsədin foroşəkillərini çəkməyə başladı. Bir qədər sonra Poladovun göstərişilə Zülfüqarla Nəcməddin əlcək taxaraq cəsədi düşürərək tavana uzatdılar. Mahir Kərimzadə də öz növbəsində dərhal cəsədin üstündə müayinə aparmağa başladı. Elə bu ərəfədə də başqa bir otağda iki nəfər qadın ürək sızladan səslə göz yaşı tökürdülər.
Bir qədər sonra Mahir Kərimzadə Poladova üzünü tutdu:
-Cəsədin üzərində tamamilə əl izləri yoxdur. Ancaq məsələ burasındadır ki, qaytanın üzərində də mərhumun əl izləri yoxdur. Mənə elə gəlir ki?!
Poladov onun sözünə əlavə etdi:
-Sənə elə gəlir ki, onu öldürüb sonra asıblar, düzdü?!
-Elədir cənab polkovnik!
-Əgər qaytanın üzərində mərhumun əl izləri yoxdusa, deməli sən haqlısan. Çünki qaytan öz-özünə onun boğazına sarınmayıb ki..
Mahir Kərimzadə yenə cəsədə nəzər salıb üzünü Poladova tərəf çevirdi:
-O, təxminən iki saat bundan qabaq boğulub!
Poladov cəsədə tərəf əyildi:
-Deməli onu boğublar!
Mahir Kərimzadə əli ilə cəsədin başının arxa tərifinə işarə elədi:
-Amma təkcə bununla bitmir cənab polkovnik, məsələ burasındadır ki, mərhumun başına arxa tərəfdən küt alətlə vurublar! Baxın, orda dərin yara açılıb və yaranın üzərində qan laxtalanıb!
Poladov diqqətlə Mahir Kərimzadənin göstərdiyi nahiyəyə baxdı:
-Bu da onun əvvəlcə qətlə yetirilib sonra asılmasını yüz faiz subut eləyir!
O, bunu deyib Lətif Lətifova səsləndi:
-Sən döşəməyə diqqətlə bax!
Lətif Lətifov əlində kiçik cihazı döşəmə üzrəndə dolaşdırmağa başladı:
-Baş üstə cənab polkovnik!
Poladov bunu deyib həmin otaqdan çıxaraq eyvana daxil oldu və pəncərəyə yaxınlaşıb açaraq diqqətlə həyəti seyr eləməyə başladı:
-Evlər köhnədir, amma həyətə söz ola bilməz. Şəhər yerində bu qədər meyvə ağacları lap möcüzədir.
Bu vaxt Lətif Lətifovun səsi eşidildi:
-Döşəmədə yalnız qadın başmağlarının, bir də mərhumun ayaq izləri var cənab polkovnik.
Poladov dərhal həmin otağa qayıtdı və Lətif Lətifov onu görən kimi əli ilə otağın tən ortasına işarə elədi:
Amma bax bu nöqtədə izlər bir-birinə girir! Sanki süpürləşiblər!
Poladov, Lətif Lətifovdan bunu eşidən kimi o biri otağa keçib göz yaşı tökən iki qadına yaxınlaşdı:
-Bağışlayın, mərhumun həyat yoldaşı hansınızsız?
Qadınlardan biri ağlaya-ağlaya başını yavaş-yavaş yuxarı qaldırıdı
-Mənəm!
-Adınız nədir?
-Zemfira!
Poladov sağ əli ilə o biri qadına işarə elədi:
-Bəs bu xanım kimdir?
Zemfira aşağı səslə dilləndi:
-Minurə.. Mənim xalam qızıdır.
-Minurə xanım çoxdandı sizdə qalırdı, yoxsa ölüm hadisəsi ilə əlaqədar gəlib?
-Düz üç aydır mənim qonağımdır. Xalam qızıdır, amma mənə bacıdan artıqdır. Elə sarsılıb ki..
Minurə hıçqıra-hıçqıra, kişi səsinə oxşayan yoğun səslə dilləndi:
-Elə yaxşı insan idi ki Səməndər, elə yaxşı insan idi ki.. Mənə deyirdi sən mənim bacımsan Minurə, bura sənin öz evindir.
Minurə bunu deyib qəfildən hönkürürdü:
-Axı neyçün belə elədi, neyçün? Nə dərdi vardı axı? Kaş bunlar hamısı yuxu olaydı.
Poladov gözünü Minurədən ayırmadan soruşdu:
-Mərhumun başına bu faciə gələn zaman siz harda idiz?
Zemfira dərindən ah çəkdi:
-Biz yaxınlığdakı bazara xına almağa getmişdik.
-Aldızmı xına?
-Aldıq, amma sağ almayaydıq. Onsuz da bundan sonra bizə lazım olmayacaq.
Minurə hönkürtüsünü saxlayıb gözlərinin yaşını yaylıqla sildi:
-Səməndərin başına o cür müsibət gələndən sonra xına bizə daha heç vaxt lazım olmayacaq.
Poladov otağa diqqətlə nəzər saldı:
-Elə deməyin xanım. Ölənin dalıyca ölmürlər ki. Siz hələ gəncsiz, həyatınız qabaqdadır. Belə görürəm ki, hələ ərə getməmisiz?!
Minurə başını buladı:
-Yox, yox.
Poladov tavana diqqət etdi:
-Ailə quracaqsız, oğul-uşaq sahibi olacaqsız. Ömrü boyu yasa batmaq insanlara yalnız bədlik gətirir. Ölüm haqdır, insan ölümə məhkumdur. Ölümsüz yalnız Allahdır. Gec-tez onsuz da hamımız bu dünyadan köçəcəyik. Gənc ikən gül kimi həyatınızı soldurmayın.
Minurə yenə alamağa başladı:
-Səməndərin ölümü, özü də faciəli ölümü mənə çox ağır təsir eləyib, çox. Heç cürə özümü ələ ala bilmirəm.
Poladov yenə də onu təpədən dırnağa qədər südü:
-Özünüzə toxtaxtlıq verin!
Minurə yenə yaylıqla gözlərini sildi:
-Çalışaram!
Poladov üzünü Zemfiraya tutdu:
-Polisə siz zəng vurmuşduz?
-Bəli, bəli.. Axı o, neyçün özünü asmalı idi?
-O, özünü asmayıb. Onu öldürüb, sonra asıblar.
Zemfira bunu eşidən kimi Minurəyə baxdı və heyrət içində üzünü Sübhana çevirdi:
-Nə? Necə? Necə yəni öldürüb asıblar?
-Elə sadəcə. Bir çox qatillərin seçşdikləri ən sadə usulla. Qatillər çox zaman bu üsuldan istifadə edirlər ki, iz qalmasın. Cinayət şöbəsinin əməkdaşları elə güman etsinlər ki, mərhum özü-özünü asıb.
-Aman, aman! Bu dəhşətdi. Deməli bədbəxt Səməndəri öldürüblər! Kim eləyib bunu görəsən kim?
Zemfira sözünü bitirməmiş Minurədən də betər hönkürməyə başladı:
Lənət olsun, lənət olsun! Axı o kimə neyləmişdi? Aman Tanrım, bu nə sirrdir belə görəsən?
Otaq isti olduğu üçün Poladov tərləmişdi, odur ki, cibindən yaylıq çıxarıb tərini sildi:
-Mərhumun düşməni var idimi?
Zemfira əlinin arxası ilə gözlərinin yaşını sildi:
-Düşmən deyəndə, Səməndərin özündən böyük bir qardaşı var. Bu həyətdə yaşayır. Oğrunun, quldurun, başkəsənin biridir. Dustaqxanadan cəmisi bir aydır çıxıb. Çıxan kimi də kəsdirdi başımızın üstünü ki, evimi mənimsəmisiz, bu sizə baha başa gələcək. Srağagün Səməndərlə bir-birini o ki, var döydülər. Qonşular güclə ayırdı. Səməndərə dedi ki, səni öldürəcəyəm. Qonşular şahiddilər. Soruşa bilərsiz. Cənab mayor, sözün düzü mən ondan şübhələnirəm. İnanın ki, cəmisi bir aydır dustaqxanadan çıxıb, hamının zəhləsini töküb. Yetənə yetir, yetməyənə bir daş atır.
-Adı nədir?
-Şirzaddır adı.
-Neçə yaşı var?
-Otuz beş. Səməndərdən düz üç yaş böyükdür.
-Dustaqxanaya nəyə görə düşübmüş?
-Biz Səməndərlə ailə quranda o elə dustaqxanada idi. Səməndər deyirdi ki, o, bir nəfəri döyüb ölümcül hala gətiribmiş. Ona görə onu tutublar!
-Neçə il oturub?
-Yeddi il.
-Bağışlayın xanım, sizin neçə yaşınız var?
-İyirmi səkkiz.
Poladov yenə tərini silib yaylığı cibinə qoydu:
-Neçə ildi Səməndərlə ailə qurmuşduz?
-Yeddi il idi.
-Övladınız varmı?
Zemfira yenə hövülləndi:
-Var. Altı yaşında bir oğlumuz var.
-Bəs indi uşaq hardadır?
-Təzəlikcə internata vermişəm.
-Niyə?
-Hər dəfə Şirzad həyətdə hay-küy salanda, bədbəxt Səməndərlə dava tutanda uşağın bağrı yarılırdı. Rəngi kağız kimi ağarırdı, əli-ayağı başlayırdı titrəməyə. Çox qorxurdu, çox. Gördüm uşağ əldən gedir, Səməndərlə danışdım, apardım verdim ora.
Poladov yenə Minurəyə baxıb üzünü Zemfiraya tutdu:
-Səməndər harda işləyirdi?
-Metroda. Operator işləyirdi orda.
-Növbəylə işləyirdi?
-Hə! Bir sutka işdə olurdu, bir sutka evdə.
-Bəs bu Şirzad işləyirmi?
-Nə bilim, guya işləyir.
-Harda?
-Döymə sexində. Dustaqxanada öyrənib, indi guya burda karına gəlib.
-Şirzad dustaqxanada oturarkən, Səməndər onun yanına gedirdimi?
Zemfira başını qəribəşəkildə tərpətdi:
-Əlbəttə. Ən azı ayda bir dəfə iki zənbil doldurib aparırdı. Gözündən gəlsin onun.
-Nə aparırdı?
-Nə bilim, şəkər, düyü, yağ, çay, toyuq əti, konserva, qatılaşdırılmış süd. Mövsüm vaxtlarında meyvə-tərəvəz.
-Bəs evdə hazırlanan yeməklərdən aparmırdı? Məsələn, paxlava, şəkərbura, şorqoğalı, şirin çörək, badambura, bamiyə, kətə və ilaxır?
Poladov bunu soruşanda Zemfira bir qədər tutuldu, lakin sonra özünü ələ alıb onun sualını cavablandırdı:
-Yox, aparmırdı.
-Aydındı!
Poladov Zemfiraya daha sual verməyib o biri otağa qayıtdı. Bu vaxt həyətdən səslər gəlməyə başladı. Poladov dərhal qapıya tərəf getdi. Səməndərin qardaşı Şirzad içəri girmək istəyirdi, lakin qapıda dayanan polis nəfəri ona mane olurdu:
-Vətəndaş, dedim ki, bura girmək olmaz.
Şirzad olduqca hüzünlü halda dilləndi:
-O, mənim qardaşımdır, axı neyçün başa düşmək istəmirsiz?!
Bu ərəfədə Poladov qapıdan çıxıb üzünü Şirzada tutdu:
-Sizin adınız Şirzaddı?
-Bəli! Xahiş edirəm rəis, məni içəri buraxın!
-İçəridə ekspertlər iz axtarırlar. Tibbi ekspertlər isə cəsədi müayinə edir. Sizi içəri buraxa bilmərik.
Şirzad ağlamsındı:
-Axı o mənim qardaşımdır.
-Qanun buna yol vermir. O ki, qaldı evdəki qadınlara, onlar hələ biz gəlməmişdən artıq evdə idilər, yəni ayaqlarının izi evə yağış kimi səpələnib!
Şirzad ağlamsına-ağlamsına başını buladı:
-Çox pis qanunlarınız var.
-Siz belə düşünürsüz?! Amma başa düşmürsünüz ki, qardaşınızın qatilini tapmaqdan ötrü bu çox vacibdir.
Poladov bunu deyib ona həyətdə qapı tərəfdə qoyulmuş skamyanı göstərdi: -Odur ki, özünüzü ələ alıb əyləşin və mənim bir neçə sualıma cavab verin?!
Şirzad köksünü ötürüb oturdu:
-Baş üstə!
-Qardaşınızın ölümünü sizə hansı şəkildə anladıblar?
-Əlabbas zəng vurub dedi ki, Səməndər özünü asıb! Yəni intihar eləyib.
-Sizə düzgün məlumat verməyiblər. Daha doğrusu qonşunuzun bildiyi bu qədərdir. Məsələ burasındadır ki, qardaşınız intihar eləməyib, onu boğub, sonra iz qalmasın deyə boğazından asıblar.
Şirzad özündən asılı olmayaraq ayağa durdu:
-Siz nə danışırsız, necə yəni boğublar?!
-Bizim ekspertlərin qənaətləri belədir.
-Deməli mənim qardaşımı öldürüblər, hə?!
-Hə! Xahiş edirəm sakitləşin, oturun və mənim suallarıma cavab verin! Hardan gəlirsiz?
Şirzad artıq ağlamsınmır inildəyirdi, odur ki, Poladovun sualına iniltili səslə cavab verdi:
-İşdən gəlirəm.
-Harda işləyirsiz?
-Döymə sexində. Rusca buna çkanka deyirlər.
-Ordan bura nə qədər yol var?
-Çox uzaq deyil. Marşurut avtobusuyla yarım saat. Əlbəttə əgər tlxac olmasa.
-İndi tıxaca düşmüşdünüzmü?
-Xeyr! Həm də mən taksiylə gəldim.
-İş yoldaşlarınız, eyni zamanda sex müdiri təsdiq eləyə bilər ki, siz yarım saat bundan əvvələ qədər işdə olmusuz?
-Əlbəttə! Rəis, olmaya məndən şübhələnirsiz?
-Hə, şübhələnirəm. Çünki mənim peşəmin bir tərəfi də elə şübhələnməkdir. Deyilənə görə bir neçə ay bundan qabaq dustaqxanadan çıxmısız, dustaqxanbaya adam öldürdüyünüzüə görə düşübmüzsüz. Bir də ki, eşitdiyimə görə tez-tez mərhum qardaşınızla dalaşırmızsız. Özü də onu öldürəcəyinizlə hədələyirmişsiz?!
-Bunlar hamısı düzdür. Hərçənd ki, bizim dalaşmağımızda müəyyən səbəblər var idi. Amma o mənim qardaşımdı, qanımız bir, canımız birdi. Necə deyərlər ətini yesəydim də, sümüyünü atmazdım. Həm də mənim onu öldürmədiyimi mənimlə bir sexdə çalışan iyirmi nəfər təsdiq eləyə bilər. Mən bura gələnə qədər sexdən ayrılmamışam.
-Deyə bilərsinizmi mərhum qardaşınızla hansı səbəbdən dalaşırdız?
Şirzad inildəyə-inildəyə dərindən ah çəkdi:
-Xeyr rəis, mən bunu sizə deyə bilməyəcəyəm!
-Nədən?
-Bu başqa bir məsələdir. Bir də elə düşünürəm ki, bunun mənim yazıq qardaşımın qətlinə heç bir adiyyatı yoxdur.
-Güman edirəm ki, siz səhv düşünürsüz. Bəlkə də elə bunun sizin mərhum qardaşınızın qətlinə adiyyatı var.
Şirzad ondan bu sözü eşidən kimi inadla başını buladı:
-Yox.. Yox, yox.. Yəqin ki, mən səhv düşünmürəm.
-Hər halda qardaşınızın qatilinin tapılmasını istəyirsizsə, gərək heç bir şey gizlətməyəsiz.
-Elə şeylər var ki, onu kimsəyə söyləmək olmaz. Bu kişiliyə sığışan bir hərəkət deyil.
-Bəlkə sizin kişiliyə yaraşdırmadığınız o şey, qardaşınızın qatilini tapmaqda bizə kömək eləyə bilər! Onda belə çıxır ki, siz qardaşınızın qatilinin tapılmağını istəmirsiz. Elə isə deyin görüm, sizcə bu kişiliyə yaraşan bir hərəkətdirmi?!
-Axı bizim öz aramızda baş verib rəis! Başqa birisinə adiyyatı yoxdur! Həm də mən yüz faiz əminəm ki, bu məsələnin qardaşımın ölümünə heç bir aidiyyatı yoxdur!
-Mən isə nə qədər ki, siz mərhum qardaşınızla aranızda olan münaqişənin səbəbini mənə anlatmamısız, bu məsələnin qardaşınızın ölümü ilə əlaqədar olmadığına qətiyyən əmin deyiləm! Bura baxın, yenə də deyirəm, əgər istəyirsizsə qardaşınızın qatili tapılsın, gərək bizə kömək eləyəsiz! Odur ki, öncə qardaşınızla aranızda olan konfliktin səbəbini bizə anladın! Özü də mən hesab eləmirəm ki, bu sizin kişiliyinizə xələl gətirə bilər!
Şirzad bir qədər düşünüb dilləndi:
-Yaxşı rəis! Amma xahiş eləyirəm bu söhbəti elə yerdə eləyək ki, kimsə bilməsin!
Poladov ona küçə qapısını göstərdi:
-Gedək maşında oturaq!
Onlar küçəyə çıxdılar. Zülfüqar içəridə idi və maşının qapılarını kilidləmişdi, lakin Poladovda da maşının qapısının açarı olduğundan cibindən çıxarıb maşının qapısını açdı və onlar maşına oturdular və maşına oturan kimi Şirzad daha Poladovdabn sual gözləmədən sözə başladı:
-Heç bilmirəm necə deyim rəis?! Vallah bu elə bir məsələdir ki, adam onu danışanacan ölüb yerə girsə daha yaxşıdır. Məsələ burasındadır ki, mən bir neçə il bundan qabaq mərhum qardaşımın arvadı Zemfira ilə, necə deyərlər fırlanırdım. Günlərin birində onunla birlikdə teatr tamaşasına getdik. Bir də baxıb gördüm ki, qardaşım da həmin tamaşaya baxmaq üçün ora gəlib. Tamaşa hələ başlamamışdı. Mən Zemfiranı onunla tanış elədim. Bundan bir müddət sonra mən həbsxanaya düşdüm. Mən həbsxanada olanda o mənim yanıma heç olmasa ayda bir dəfə əlidolu gəlirdi, özü də məni görən kimi göz yaşlarını saxlaya bilməyib ağlayırdı. Mən adam bıçaqlamışdım və mənə yeddi il iş kəsmişdilər. Odur ki, düz yeddi il oturandan sonra məni azad etdilər və söz yox ki, sevinə-sevinə evə gəldim və elə bir şey gördüm ki, düşündüm ki, kaş heç dustaqxanadan qayıtmayaydım. Çünki qardaşım Səməndər artıq yeddi il idi ki, yəni mən dustaqxanaya düşəndən bəri, vaxtilə mənim metrəm olmuş Zemfira ilə evlənmişdi. O vaxtdan da bizim aramızda qarşıdurmalar başladı və nə mən heç cürə onun elə bir qadınla evlənməsini qəbul eləyə bildim, nə də o mənə qarşı olan buzunu əridə bilmədi.
Poladov cibindən siqaret qutusu çıxarıb ona uzatdı:
-Siqaret götür!
Şirzad bir siqaret götürüb damağına qoydu və Poladov özü də qutudan bir siqaret götürüb alışqanla həm Şirzadın, həm də özünün siqaretini alışdırdı:
-Yəqin ki, həbsxanadan gələndən sonra qardaşınızla bir evdə yaşamadız?!
Şirzad tüstünü ciyərlərinə çəkdi:
-Xeyr! Mən elə həmin gün həyətin küncündəki kiçik bir evə köçdüm!
Poladov da öz növbəsində siqaretə dərin bir qullab vurdu:
-Qardaşının evində bir qadın da var. Onu tanıyırsız?
Şirzad dodağını büzdü:
-Yox tanımıram! Təxminən üç aydı onlardadı.
-Qardaşınızın arvadı deyir ki, uşağı qardaşınızla sizin aranızda olan münaqişələrə görə bir ay bundan qabaq internata verib! Bu həqiqətən də belədimi?
Bilmirəm! Bu barədə heç nə deyə bilmərəm! Təkcə onu bilirəm ki, anası uşağın beynini elə doldurub ki, mən onu yanıma çağıranda qaçıb evlərinə girirdi.
-Evli olmusanmı?
Şirzad başını buladı:
-Xeyr!
-Niyə?
-Nə bilim?! Nəsə qadınlara etibar eləmirəm!
-Amma səni də qadın doğub böyüdüb!
-Orası elədir! Amma məsələ burasındadır ki, mənim taleyim elə baş-ayaqdı ki, inanmıram bəxtimə fərli-başlı biri çıxsın! Görürsüz, indi də qardaşım özünü asıb! Kaş öləydim, amma bunu görməyəydim!
Poladov maşının qapısını açıb düşdü və başı ilə Şirzada işarə elədi:
-Düş!
Şirzad maşından düşdü və Poladov dərhal maşının qapılarını kilidlədi. Sonra onlar yenə həyətə keçdilər və Poladov içəri keçib Zemfiraya yaxınlaşdı:
-Oğlunuzun adı nədir?
Zemfira onun bu siualına təəcüb etsə də, Poladovun sualını cavablandırmağa məcbur oldu:
-Ənvər! Nəyə görə soruşursuz ki, rəis?
-Lazımdı ki, soruşuram! Bəs familiniz nədi?
-Cəbrayılzadə.
-Deməli Əkbər Səməndər oğlu Cəbrayılzadı. Altı yaşında. Onu hansı internata vermisiz?
Zemfira yenə Minurəyə baxıb udqundu:
-Keşlədəki internata!
Poladov bütün operativ qrupa səsləndi:
-Siz şöbəyə gedin və maşın təşkil eləyin ki, gəlib cəsədi tibbi ekspertiziya labaratoriyasına aparsın! Mən isə Keşlədəki internat məktəbinə gedirəm!
Bundan sonra o Zülfüqara başı ilə işarə verib üzünü yaxınında dayanan Şəfəqə tutdu:
-Gəl sən də bizimlə gedək qızım! Çünki internat məktəbə əliboş getmək günahdı! Sən bizə deyərsən ki, ora gözləri qapıda qalan uşaqlar üçün nə aparaq?
Sonra Poladov internat məktəb eşidən kimi özündən asılı olmayaraq gözləri dolmuş Nəcməddinə baxdı:
-Yaxşı, gəl sən də gedək! Güman edirəm ki, uşaqların dilini sən bizim hamımızdan yaxşı bilirsən!
Onlar həyətə çıxdılar. Şirzad skamyada oturub olduqca pərişan halda siqaret çəkirdi. Poladov əli ilə ona,-“Arxamca gəl”,-işarəsi verib küçəyə çıxdı. Şirzad da onun ardınca çıxdı və Poladov cibindən vizit kartını çıxarıb ona uzatdı:
-Biz gedirik, sən o qadına, yəni Minurəyə göz ol! Əgər evdən çıxıb getsə onu güd! Gör hara gedir?! Amma elə elə ki, səni görməsin! Əgər hansısa bir evə daxil olsa, hökmən ünvanı yadında saxla! Sonra isə mənə zəng vurub bu haqda məlumat ver! Şübhə eləmirəm ki, hər şeyi anladın?!
Şirzad başını tərpətdi:
-Anladım rəis!
-İndi özünə elə yer seç ki, o qapıdan çıxarkən səni görməsin! Sonra təxminən yüz metr interval saxla və onu güd! Görsən ki, dönüb arxaya baxır tez gizlən! Yox əgər maşın tutub getsə, dərhal sən də bir maşın tutub arxasınca get! Pulun var?
-Var rəis!
-Yaxşı hələlik!
Poladov bunu deyib artıq bütün dəstənin oturduğu maşına əyləşdi və Zülfüqar dərhal maşını hərəkətə gətirib yola düzəldi.
* * *
Onlar əsasən valideynləri olmayan, ya da valideynləri tərəfindən atılan uşaqların himayə olunduğu internat məktəbə çatanda burda kiçik yaşlı uşaqlar üçün “Nağıl Teatrı”nın aktyorları tərəfindən “Badi-badi giriftar” tamaşası göstərilirdi. Təxminən iki yüzə yaxın yaşları səkkizdən çox olmayan uşaq qabaq sıralarda əyləşmişdilər. Arxa sıralarda isə müəllimlər, tərbiyəçilər, müdir və müavini oturmuşdular. Müdir Poladovgili görən kimi ayağa durub onlara sarı gəldi. Poladov ona əli ilə-,“uşaqların sevincini pozmayaq”,-işarəsi verdi və müdir başını tərpədib oturduğu yerdə oturdu.
Tamaşa isə çox gülməli olduğu üçün davam etdikcə tək uşaqlar gülmürdülər, elə böyüklər də, yəni müəllimlər də uğunurdular. Belə ki, bir qədər sonra asılmış adamı görüb az qala bədənində qanı donan Şəfəq də onlara qoşulub gülməyə başladı. Poladovun da, Zülfüqarın da üzlərində tbəssüm var idi. Nəcməddin isə gülmürdü. O, özü də vaxtilə düz on dörd yaşına qədər uşaq evində böyüdüyü üçün şirin, acı xatirələrə dalmışdı və özündən asılı olmayaraq gözləri yaşarmışdı. Tamaşa isə bu şəkildə gedirdi:
Cəsur adlı təxminən səkkiz yaşlı oğlan mahnı oxuya-oxuya meşə ilə gedir və birdən qabağına bir div çıxır. Div nəhəng olsa da Cəsur qorxmur. Div ona yaxınlaşır.
DİV-Aa, balaca oğlan! Hardan bildin ki, mən möhkəm acam! İndi səni yeyəcəyəm!
CƏSUR-Mənim bir damcı ətim var! Sənin dişinin dibində qalaram! Bax əgər Muştaqı yesən, onda əməlli-başlı doyarsan!
DİV-Muştaq? O kimdi elə?
CƏSUR-O kök və yağlıdı! Əti ən azı əlli mənimki qədər olar. Özü də bu meşədə yaşayır!
DİV-(O tərəf bu tərəfə baxır) Hə?! Ha tərəfdə yaşayır?
CƏSUR-(Ona yaxındakı palıd ağacının iki yoğun budağını göstərir) Başını o budaqların arasına salsan, onu görəcəksən!
DİV-Hə? Doğru deyirsən? Dayan bir baxım! (Başını budaqların arasına salmaq istəyir, lakin başı çox yekə olduğu üçün ora girmir) Ay, ay, başım ora girmir!
CƏSUR-Əgər istəöyirsən ki, qarnın əməlli-başlı doysun, gərək başını hökmən ora salasan! Ordan görəcəksən ki, Muştaq orda yatıb özüyçün!
DİV-Bəlkə o çıxıb gedib?
CƏSUR-Yox, nə danışırsan? Gedib eləməyib, ordadı!
DİV-Sənin başın bura rahat girər, bir bax görüm!
CƏSUR-(Palid ağacının budaqları arasından baxır) Hə, burdadı, özü də mışıl-mışıl yatıb. Gör nə kökdü?! Lap mənim də onu yeməyim gəlir!
DİV-(Dodaqlarını yalayır) Ağzımın suyu axdı! Keç görüm! (Cəsur kənara çəkilir və Div zorla-bəla ilə başını palıd ağacının budaqları arasına salır) Vay başım, vay başım, boğuldum ki.. Adə, burda heç kim yoxdu ki.. Deməli məni aldatdın, hə?! (Başını budaqların arasından çıxartmaq istəyir, amma nə qədər çalışırsa bacarmır!) Vay-vay, balaca oğlan, deməli mənə kələk gəldin?! Dayan, dayan qoy başımı çıxardım! (Yenə nə qədər əlləşirsə başını çıxarda bilmir).
CƏSUR-(Ona arxadan təpik vurur) Al, al!
DİV-Vay-vay! (Cəsur cibindən şam və kibrit çıxarıb şamı yandırıb onun arxasına tutur. Diz çığırır). Vay yandım, yandım! Kömək eləyin, kömək eləyin yandım!
CƏSUR-(Şamı bir də onun arxasına vurur) Yan-yan tökül! Hə, elə bilirdin məni, insan övladını yeyə biləcəksən?!
(Bu vaxt iri bir ayı ora yaxınlaşır).
AYI-(Divə tərəf baxır) Bu kimdi belə?
CƏSUR-Divdi.
AYI-O, ora neyçün girib?
DİV-(Yenə qışqırır) Kömək eləyin, kömək eləyin! Ay ana, ay ana!
CƏSUR-Dedi bu meşənin ağası mənəm, mən dedim yox ayıdı! Mən dedim ayı səndən çox güclüdü, div dedi ki, mən ayını bir barmağımla yıxaram! Nə isə sözümü çəp gəldi, savaşdıq. Mən də yapışdım ondan başını saldım ora!
AYI-Nə, dedi ki, mən ayını bir barmağımla yıxaram?! Yaxşı div sən baxarsan?! (Palıd budaqlarının ən yoğununu qırıb divi kötəkləməyə başlayır) Al, al! İndi gördün ki, ayı kimdi, al sənə, al!
(Zaldakılar, həm uşaqlar, həm də böyüklər uğunub gedir. Cəsur isə əli ilə uşaqlarla vidalaşıb səhnəni tərk edir. Bir qədər sonra div başını ordan çıxardı və ayı ilə əl-ələ tutub səhnə önünə gəlirək uşaqlara baş əydilər. Uşaqlar ayağa durub onlar üçün əl çaldılar. Bu vaxt Cəsur da səhnə arxasından çıxıb səhnə önünə gələrək uşaqlara baş əydi və uşaqlar onu daha da sürəkli alqışlarla alqışladılar. Bir qədər sonra tamaşada iştirak edən bütün aktyorlar səhnə arxasından çıxıb səhnə önünə gəlib uşaqlara baş əydilər. Uşaqlar onları da sürəkli alqışlarla alqışladılar! Poladov da, Zülfüqar da, Şəfəq də, hətta Nəcməddin də üzlərində təbəssüm ayağa qalxıb tamaşanın iştirakçılarını alqışlamağa başladılar!
Onlar uşaqlar üçün xeyli şokalad-konfet, meyvə və oyuncaq gətirmişdilər. Hədiyyələr paylanandan sonra uşaqlar çox sevinirdilər və üzlərindən hiss olunurdu ki, bu cür bəxşişlər onlara tez-tez qismət olmur! Qızlar gəlincikləri, oğlanlar ayı, canavar, tülkü, dovşan oyuncuqlarını bağırlarına basıb şokalad yeyirdilər. Valideynləri tərəfindən atılmış, eyni zamanda yetim uşaqları sevindirmək istər Poladovu, istərsə də onunla ora gələn jər kəsi də kifayət qədər multlu eləmişdi. Lakin Poladovun öz dəstəsini götürüb bura gəlişinin səbəbi tək daim boyunlarını büküb gözlərini qapıya zilləyən məsum cocuqları sevindirmək deyildi, bunun bir başqa səbəbi də var idi. Onlar həm də bura altı yaşlı Cəbrayılzadə Əkbər Səməndər oğlu ilə görüşmək üçün gəlmişdilər.
Poladov oranın müdirinə bunu bildirəndən sonra müdir dərhal onun istəyini yerinə yetirmək üçün boyda demək olar ki, hamısından balaca olan oğlan uşağına yaxınlaşıb əlindən tutaraq Poladovun qarşısına gətirdi. Əkbər ayı oyuncağını bağrına basaraq xoruzlu konfet sorurdu. Poladov əlini onun saçlarına çəkdi:
-Sən nə qəşəng oğlansan! Adın Əkbərdi, hə?
Əkbər başını tərpətdi:
-Hə!
-Necədi bura, xoşuna gəlir?
-Yaxşıdı!
-Evinizə getmək istəmirsən?
Əkbər başını buladı:
-Yox istəmirəm!
-Niyə?
Əkbər xoruzlu konfetin taxtasını ikiyə böldü:
-O arvad mənim xoşuma gəlmir!
-Hansı arvad?
-O, bizdə qalan arvad. Minurə!
-Niyə xoşuna gəlmir ki?
-O məni vurur!
-Bəs anan ona heç nə demir?
-Yox demir! Çünki anam onu məndən çox istəyir!
-Nyə görə belə düşünürsən?
-Atam gecələr işdə olanda, anam məni yanında yatızdırmır, onu öz yanında yatızdırır!
Bu yerdə Poladov dəstəsinə nəzər salıb yenə üzünü Əkbərə tutdu:
-Məgər o Minurədi, nədi, uşaqdı ki, anan onu yanında yatızdırır?!
-Bilmirəm! Yekə arvaddı, amma anam bütün gecəni onu qucaqlayıb bağrına basır! O da anamın üstünə çıxır!
Poladov yenə nəsə soruşmaq istəyirdi ki, mobil telefonu zəng çaldı və o, dərhal telefonu kəmərindən çıxarıb qulağına tutdu. Telefondan Şirzadın səsi eşidildi:
-Rəis, bu mənəm Şirzad! Tək Minurə yox, Zemfira da onunla birlikdə maşın gəlib qardaşımın cəsədini müayinə eləməkdən ötrü sizin labaratoriyaya aparandan sonra evdən çıxıb taksiyə oturdular. Mən də dərhal taksi tutub onların arxasıyca düşdüm. Onlar Səkkizinci kilometr qəsəbəsində iyirmi mərtəbəli bir binaya gəlib üçüncü bloka girdiər, lakin mən onlar məni görərlər deyə ora girmədim. Buna görə də neçənci mərtəbəyə qalxmaqlarından xəbərim olmadı. İndi də burda həmin binanın həyətindəyəm! Bilmirəm nə edim?
Poladov bir qədər düşünüb dilləndi:
-Sən durduğun yerdə dur! Əgər yenə binadan çıxsalar, dərhal onları güd! Sonra mənə zəng vur!
Poladov aparatı kəmərinə tutub üzünü dəstəsinə tutdu:
-Getdik!
Onlar Səkkizinci kilometrdəki iyirmi mərtəbəli binaya çatanda artıq Poladov Cinayət Axtarışları Şöbəsi ilə əlaqə saxlayıb həmin əraziyə iki maşın polis əməkdaşları göndərilməsini göstəriş vermişdi. Bunun səbəbi isə Minurə ilə Zemfiranın həmin binadakı üçüncü blokun altmış dənə evdən hansında olduğunu müəyyən etməkdən ötrü idi. Çünki Şirzad onların hansı bloka girdiyini görsə də, iyirmi mərtəbədə yerləşən altmış evdən hansına girdiklərini görməmişdi. Odur ki, onlar binanın qarşısına çatan ərəfədə operativ qrup da özünü həmin əraziyə yetirdi və Poladov dərhal evdə olarkən gizlicə telefonuna çəkdiyi Minurə ilə Zemfiranın görüntüsünü böyüdülmüş halda onlara göstərdi:
-Bu ikisini yaxalamaq lazımdır! Onlar bu binada, bu blokdadılar! Ancaq bu..
-O, Minurəni göstərdi:
-Qiyafəsini dəyişib kişi qılığına girə bilər! Hamınız bunların təsvirini dərhal aparatlarınıza köçürün və dərhal axtarışa!
Operativ qrupun bütün üzvüləri dərhal Minurə ilə Zemfiranın təsvirini öz aparatlarına köçürtdülər və Poladov əlini binaya uzadan kimi bir-birinin ardınca bloka girdilər. Poladov üzünü öz dəstəsinə tutdu:
-Siz burda gözləyin! Onlar liftlə düşüb aradan çıxa bilərlər! Onlara dedim, sizə də deyirəm, o özünü Mnurə kimi qələmə vermiş qatil qiyafəsini dəyişib kişi görkəmində burdan çıxa bilər! Odur ki, diqqətli olun! İstər qadın qiyafəsində olsun, istər kişi, kimsəni nəzərinizdən qaçırmayın! Unutmayın ki, onlar hər ikisi tamam başqa qiyafədə də görünə bilərlər! Mən isə yuxarı qalxıram!
Minurə ilə Zemfira isə səkkizinci mərtəbədə idilər. Onlar burda internet vasitəsilə elan verib öz evində dərzilik eləyən Elmira adlı ev sahibəsini aldadaraq guya onun yanına toy paltarları tikdirməyə gəldiklərini söyləmişdilər və əgər tikəcəyi paltarlar xoşlarına gəlsə haqqını ikiqat ödəyəcəkləırini vəd etmişdilər. Elmira da onlara inanıb necə deyərlər yağlı müştəriləri əldən buraxmamaq üçün onların ölçülərini götürəndən sonra onlar üçün çay dəstgahı hazırlayıb biskivitə, pirojnaya və başqa dadlı təamlara qonaq eləmişdi. Lakin onarın məqsədi elə dərzi Elmiranı paltar biçdirmək fikrilə aldadıb bir qədər sonra burdan getmək deyildi. Onlar Elmiranın tək yaşadığına yüz faiz əmin olmaq istəyirdilər ki, əgər belədirsə onu öldürüb onun evinə, eyni zamanda malına-mülkünə sahib olsunlar! Dərzi Elmiranı soruşanlara isə evi onlara satdığını, özünün isə çıxıb xaricə getdiyini söyləsinlər! Onu öldürəndən sonra onun cəsədini evdən necə çıxarmağa gəlincə isə onlar artıq liftə minərkən belə planlaşdırmışdılar ki, onu xırda tikələrə bölüb çamadanlara yığaraq aparıb uzaq bir yerdə basdırsınlar. Əlbəttə bu əslində biri qadın, digəri isə kişi olan iki qatilin Poladovun onların izlərinə düşəcəyindən, daha doğrusu Şirzadın onları güdüb yerlərini Poladova xəbər verəcəyindən və Poladovun da həm dəstəsi, həm də operatiiv qrupla birlikdə onları dərzi Elmiranın yaşadığı binada axtaracağından qətiyyən xəbərləri yox idi.
Operativ qrup axtarışda idi. Poladov isə liftə minmədən pillələri qalxa-qalxa mərtəbələri evlərin qapısındakı ad-familiyalar yazılmış lövhələri oxuya-oxuya gəzib-dolaşırdı ki, nəhayət səkkizinci mərtəbəyə gəlib çıxdı və qonşu lövhələri ouxuyandan sonra gözü dərzi Elmiranın qapısındakı lövhəyə sataşdı. Orda bu sözlər yazılmışdı:
-Ağamirova Elmira Dəyanət qızı. “Dərzi”.
Poladov bir qədər düşünüb qapının zəngini çaldı.
Zemfira ilə Minurə söz yox ki, qapının zəngini çalanın yəqin ki, dərzi Elmiranın hansısa müştərisi olduğunu zənn etdilər. Artıq onlardan şübhələnməyə başlayan Elmira özü isə, vaxtı uzatmaqdan ötrü ağır-ağır şirniyyat yeyib çay içən qonaqlarından üzr istəyib qapıya tərəf getdi və gözlükdən baxarkən mülki geyimdə olan Poladovu görən kimi qapını açıb sual etdi:
-Sizə nə lazımdır?
Poladov pencəyinin döş cibindən polis vəsizqəsini çıxarıb ona göstərdi:
-Mənə axtarışda olan iki qadın lazımdır! Bəlkə siz onları görmüsüz?!
Sonra o, mobil aparatını kəmərindən çıxarıb Minurə ilə Zemfiranın təsvirlərini ona göstərdi:
-Baxın bu qadınlar!
Dərzi Elmira bir söz demədən gözü ilə ona,-“Onlar içəridədilər”,-işarə elədi və Poladov dərhal tapançasını çıxarıb içəri girdi.
Biri qadın, digəri kişi olan iki qatil, Poladova Elmiranın nə danışdığını eşitməsələr və qapıda duranın Poladov olduğunu görməsələr də “xain xoflu olar”, zərb-misalına rəğmən gözləri qapıda idi və pəhləvan cüssəli Poladovu içəri girən görüncə hər ikisi təlaş içərisində ayağa qalxdı. Poladov isə sakit bir halda tapançanı onların üstünə tuşladı:
-Zemfira xanım, belə görürəm ərinin ölümü münsibətilə təzə paltar tikdirmək istəyirsən!
Sonra o, üzünü Minurəyə tutdu:
-Səni isə qadın paltarında gəzmək bezdirmədimi?! Şəxsən mən heç bir saniyədə qadın əndisəsini əynimdə saxlaya bilmrəm! Sözün açığı cinayətkarlarla qırx illik mübarizəmə əsaslanıb deyə bilərəm ki, hələ indiyə qədər sizin seçdiyiniz üsula rast gəlməmişəm! Açığı heç lənətə gəlmiş kor şeytan da sizin qədər hiyləgər deyil! Sizə lap məətəl qalmaq olar! Əgər televiziya kanallarında kriminal hadisələrlə bağlı reportajlar getsə və sizin cinayətiniz orda hallansa, yaxud sosial şəbəkələrdə bu haqda məlumat verilsə xalq çox heyrət edəcək. Özü də mən yüz faiz əminəm ki, ən azı qırx gün xalq yalnız sizdən danışacaq!
Poladov bunu deyib tapançasının lüləsini aşağı salmadan rabitə aparatını çıxarıb xəttə qoşdu:
-Tez səkkiznci mərtəbəyə gəlin! Siçovulları tələyə salmışam! Özünüzlə iki dənə qandal gətirin!
Poladov bunu deyib rabitə aparatını kəmərinə taxdı və üzünü yenə Minurəyə tutdu:
-Səni kişi həbsxanasına elə qadın qiyafəsində saldıracağam! Çünki görürəm qadın paltarı geyinmək çox xoşuna gəlir!
Sonra o, rəngi ağarmış Elmiraya baxdı:
-Tək yaşayırsız Elmira xanım?
-Hə, tək yaşayıram!
-Özünüz də dərzisiz!
-Elədir!
-Bunları əvvəldən tanımırdız?!
-Yox, qətiytyən tanımırdım! Mən internet vasitəsilə yaxşı paltar tikməyim haqqında bir beş il bundan qabaq, bir də beş gün bundan qabaq, yəni müştərilərim azaldığı üçün elan vermişəm! Elə zənn elədim ki, bunlar həmin elanı oxuyub mənə paltar tikdirmək üçün yanıma gəliblər! Özü də özlərini elə apardılar ki, mən əvvəlcə onların əqiqətən də mənə toy paltarları tikdirmək istədiklərinə inandım! Lakin sonra..
O, əli ilə Minurəytə işarə elədi:
-Ələlxüsus da bunun şübhəli danışığı, hərəkətləri məni həm şübhləndirdi, həm də vahiməyə saldı. Nə yaxşı ki, gəlsiz rəis! Yoxsa hiss eləməyə başlamışdım ki, məni öldürmək istəyirlər. Çünki elə hey tək yaşayıb, yaşamadığımı soruşurdular. Mən isə söhbəti dəyişib başqa şeydən danışırdım!
Poladov iki addım irəli gəldi:
-Bundan sonra tək yaşamayın Elmira xanım! Bax, bunlar adam öldürüblər.
O, Zemfiranı göstərdi:
-Bu qadın, yanındakı məxluqla birləşib öz ərini öldürüb! Yanındakı isə əslində qadın deyil, qadın qiyafəsinə bürünmüş kişidi! Siz təsəvvür eləyin, düz yeddi il gecələr də yatmayıb alnının təri ilə ona çörək verən bir insanı, qadın qiyafəsinə girmiş məşuqu ilə birlikdə öldürən insan daha nələr törədə bilər?! Özü də bunlar tək deyil, belələri kifayət qədər var! Mən qırx illik təcrübəmə əsasən bunu deyirəm! Ona görə də təkliyi buraxın! Tək yaşamaq zatən kimsəyə xeyir gətirməyib!
Poladov yenə nəsə demək istəyirdi ki, Nəcməddin, Zülfüqar və Şəfəq açıq qapıdan içəri girdilər və Zülfüqarla Nəcməddin göstəriş gözləmədən şığıyıb Minurə ilə Zemfiranın qollarına qandal vurub sürüyə-sürüyə apardılar!
Poladov Şəfəqə baxıb Minurəni göstərdi:
-Görürsən qızım, qadın qiyafəsinə girmiş kişi elə tək qadın həbsxanasında deyil, hər yerdə var!
Sonra Poladov üzünü əli-ayağı titrəyən Elmiraya tutdu:
-Sizdən isə çox-çox üzr istəyirəm və bu iki qatilin yaxlanmasında bizə yardımçı olduğunuza görə sizə təşəkkür edirəm!
Poladov bunu deyib Şəfəqə baxdı:
-Gedək qızım!
Onlar qapıdan çıxdılar. Elmira isə ütün varlığı əsə-əsə yaxınlaşıb qapını bağladı və sanki üstünə dünyanın ağırlığı çökübmüş kimi kresloda oturub elə büzüşdü ki, indi onu görənlər, əlli yaşlı qadın deyil, beş yaşında uşağa bənzədərdilər!
* * *
Poladovun göstərişi ilə əvvəlcə Minurəni dindirmə otağına gətirdilər. Poladov ona oturmağa yer təklif eləmədiyi üçün ayaq üstə idi və başını aşağı salmışdı. Poladov ondan iyrəndiyi üçün əli ilə deyil, tapançanın lüləsi ilə əvvəlcə onun parik-şinyonunu başından götürüb yerə atdı, sonra tapançanın lüləsini onun çənəsinin altına salıb yuxarı qaldırdı:
-Gözümün içinə bax!
Minurə onun gözünün içinə baxdı və bu anda Poladovun gözlərində elə bir zəhm var idi ki, Minurə artıq bu dünyada deyil, cəhənnəmdə olduğunu zənn etdi, lakin başını aşağı sala bimədiyi üçün nəzərlərini başqa səmtə çevirdi. Poladov bunu sezən kimi səsini bir qədər qaldırdı:
-Gözümün içinə bax dedim!
Lakin Minurə onun gözünün içinə baxacaq qədər cəsarətli bir adam olmadığı üçün sadəcə olaraq həqiqətən də siçovul gözlərinə bənzəyən gözlərini döydü. Poladov tapançasını sol əlinə alıb onun çənəsinə möhkəm bir yumruq ilişdirdi. Minurə tappıltı ilə yerə sərildi. Poladov tapançanı yenə sağ əlinə alıb onun üstünə tuşladı:
-Ayağa dur!
Minurə ufuldayaraq qalxmaq istəsə də Poladovun vurduğu zərbədən nakayut vəziyyətinə düşdüyündən başı gicəlləndiyi üçün qalxa bilməyib yerə aşdı. Poladov bu dəfə ona möhkəm bir təpik ilişdirdi. Minurə kos kimi otağın içində bire neçə dəfə fırlandı. Poladov ona yaxınlaşıb başının üstündə dayanıb yenə təkrar etdi:
-Ayağa dur!
Minurə yenə qlxmaq istədi, lakin bu dəfə də yarıya qədər qalxıb gicəllənərək yerə aşdı. Poladovun səsi bu dəfə əvvəlkilərdən də möhkəm gurladı:
-Üçə qədər sayıram, əgər durmasan, səni cəhənnəmə vasil eləyəcəyəm!
Minurə ölmək istəmdiyi üçün yenə qalxmağa çalışdı, özü də bu dəfə masadan yapışdı ki, dursun, lakin yenə gücü çatmadı və yenə tappıltı ilə yerə aşdı.
Poladov ondan möhkəm iyrəndiyi üçün qapıdakı çavuşu səslədi və çavuş dərhal otağa girdi:
-Buyurun cənab polkovnik!
Poladov başı ilə ona Minurəni göstərdi:
-Bunu kətildə otuzdur!
Çavuş dərhal Minurədən yapışıb kətildə otuzdur və Poladov ona başı ilə,-Çıx!,-işarəsi verdi. Çavuş qapıdan çıxdı və Poladov tapançanı zorla kətildən yıxılmaqdan özünü saxlayan Minurənin üzərinə tuşladı:
-Adın, soyadın, atanın adı?
Minurə inildədi:
-Cəlilova Minurə Cəlil qızı!
Poladov yenə tapançanın lüləsini onun çənəsinə söykədi:
-Mən səndən qondarma ad-familini soruşmuram, əsil ad-familini soruşuram! Özü də and olsun valideynlərimin tuhuna ki, bu dəfə də mənə yalançı ad-famil söyləsən, səni güllə-baran eləyəcəyəm! Həm də buna görə məni kimsə qınamayacaq! Hə, mən gözləyirəm! Bir, iki..
Minurə inildəyə-inildəytə dilləndi:
-Yox öldürmə rəis, öldürmə! Deyirəm, deyirəm! Adım Siyavuşdu, familim Manafov. Atamın adı da Manafdı. Yəni Manafov Siyavuş Manaf oğlu!
-Zemfiranı nə vaxtdan tanıyırdın?
-Onunla doqquz il bundan qabaq tanış olmuşduq! Şəhər kənarında yerləşən fahişəxanada!
-Qulamla Floranın fahişəxanasında?
-Bəli! O vaxt mən bazarda ət alveri eləyirdim, odur ki, yaxşı pulum var idi.
-Ölü atların ətini satırmışsan demək camaata, hə?!
Siyavuş köksünü ötürdü:
-Hə! Daha gizlətməyin nə mənası?! Ölü atları cürbəcür bölgələrdən gətirirdilər, mən də satırdım! Gündə ən azı iki yüz manat gəlirim var idi. Odur ki, tez-tez həmin fahişəxanaya gedirdim və bir gün Zemfira ilə tanış oldum! O, mənim o qədər xoşma gəldi ki, hər gecə ora gedib onunla yatdım! Lakin bu hamısı deyildi, mən ona Qulamla, Floradan gizli pul da verirdim. Sonra məni məhz ölü atların ətini satdığıma görə tutdular və səkkiz il iş verdilər. Mən üç ay bundan qabaq həbsxanadan çıxdım. Onu da deyim ki, həbsxanaya düşənə qədər də mənim şəxsi evim olmamışdı, Bakıya gələn gündən daim kirayədə qalırdım. Həbsxanadan çıxandan sonra isə pulum yox idi ki, kirayə ev tutum! Həm də möhkəm ac idim. Düz üç gün ac-susuz gəzdim və daldalanmağa yer tapa bilmədim. Elə bu ərəfədə Zemfiraya rast gəldim! O, mənim halımı görüb mənə sual etdi ki, bu nədir, sən həbsxanaya düşməmişdən kişi idin, indi kişidən çox qadına bənzəyirsən?! Olmaya səndən həbsxanada qadın kimi istifadə eləyiblər? Sonra o mənə dedi ki, mənim belə kişilərdən daha çox xoşum gəlir, odur ki, dur burda mən gedib öz paltarlarımdan gətirim, geyin və səni evə aparım deyim ki, guya xalam qızısan, bir ad da uydurub deyərik! Beləliklə biz onlara getdik və o, məni əri Səməndərlə tanış eləyib dedi ki, doğma xalam qızıdır, bölgədən gəlib! Səməndən də tamamilə şübhələnməyib ona inandı. O vaxtdan mən onlarda qalmağa başladım!
-Və Səməndər qazanıb gətirdi, sən də yedin!
-Elədir! Bu minvalla iki ay keçdi. Səməndər metroda növbə ilə işləyirdi və biz o növbədə olanda gecələr bir-birimizə sarılıb yatırdıq! Uşaq isə anasının yanında yatmaq istədiyi üçün tez-tez bizə mane olurdu. Odur ki..
-Odur ki, sən onu vururdun!
Siyavuş bir qədər susub dilləndi:
-Hə, hərdən əsəbləşib vururdum! Lakin sonra daha vurmağa ehtiyac qalmadı, çünki anası onu internata verdi və biz hər iki gecədən bir, yəni Səməndər növbədə olanda, səhərə qədər mazaqlaşırdıq. Lakin həmin gecə Səməndər xəstələndiyi üçün gecə yarısı işdəki müdirindən icazə alıb evə döndü. Özündə qapının açarı olduğu üçün qapını açıb evə girdi. Özü də bu bir vaxt idi ki, biz cinsi əlaqədə idik və gözümüz heç bir şeyi görmürdü!
Səməndər bizi bu vəziyyətdə görüb bıçaq götürərək hər ikimizi doğrayacağını bildirib əvvəlcə mənim üstümə gəldi və az qalmışdı ki, məni bıçaqlasın, Zemfira masanın üstündəki ağır vazla arxadan onun başına vurdu. Səməndər qan içində yerə yıxıldı və məlum oldu ki, ağır vaz onun gicgahını zədələyib. Buna görə də Səməndər bir müddət çapalayıb öldü! Mən özümü itirib quruyub qaldım. Lakin bir qədər keçəndən sonra Zemfira bir qaytan tapıb gətirdi və mənə dedi ki, gəl köməkləşib onu tavandan asaq! Sonra isə haray-həşir salaq ki, biz yuxuda ikən o, özünü asıb! Polis də gələndə elə biləcək ki, o, intihar eləyib!
Nə isə, biz köməkləşib onu tavandan asdıq və Zemfira mənə dedi ki, əgər polis bizi çək-çevirə salsa, elə fikir formalaşdıracaq ki, Səməndər qardaşı Şirzadla yola getmədiyi üçün, cinayət üstündə illərlə həbsxanada oturan qardaşı onu öldürüb! Vəssalam rəis! Mənə elə gəlir ki, artıq hər şeyi sizə danışdım! Amma çox xahiş eləyirəm ki, mənə bir kişi paltarı verin, bunları çıxarıb onları geyinim!
Poladov başını buladı:
-Yox! Sənə kişi paltarı verməyəcəklər! Çünki kişi paltarını kişilər geyər! Sən isə zatən kişi deyilsən!
-Axı mən sizə hər şeyi danışdım, cinayətimi boynuma aldım!
Poladov ataöa durdu:
-Cinayətini ona görə boynuna aldın ki, səni öldürməyim! Yoxsa ömrü boyu məşuqənlə törətdiyin cinayəti gizli saxlayacaqdın!
Siyavuş siçovul kimi ciyildədi:
-Onu mən öldürmədim, Zemfira vurdu.
-Amma sən Zemfira llə birləşib bədbəxtin cəsədini asdın! Yəni olduqca ağır bir cinayəti cani-qəlbdən ört-basdır elədin. Bu isə qətli törədən qatilin cinayətindən daha ağır bir cinayət hesab olunur!
Poladov bunu deyib çavuşu səslədi və çavuş içəri girən kimi başı ilə ona Siyavuşu göstərdi:
-Apar!
Çavuş Siyavuşu qabağına qatıb apardı. Poladov isə dindirmə otağından çıxıb öz kabinetinə sarı getdi və dəhlizdə Nəcməddinlə rastlaşan kimi ona öz kabinetini göstərdi:
-Gəl, səninlə işim var!
Bir qədər sonra onlar Poladovun kabinetinə daxil oldular və Poladov oğluna oturmaq üçün yer göstərdi. Nəcməddin oturdu. Poladov saatına baxıb ondan soruşdu:
-Nə oldu, qızla danışa bildin?
Nəcməddin təəcüblə dodağını büzdü:
-Nə qız?
Poladov cibindən siqaret qutusu çıxartdı:
-Şəfəq!
Nəcməddin çiyinlərini çəkdi:
-Şəfəqə nə olub ki? Onu elə indi görmüşəm! Oturub səbirsizliklə gözləyir ki, ona yenə nə iş tapşıracaqsız?
Poladov siqaretini alışdırdı:
-Siz yox, sən! Mən sənin atanam! Min dəfə də sənə demişəm ki, mənimlə sizlə danışma! Sizlə yad adamla danışarlar! Əgər bu mədəniyyət Avropadan gəlibsə, bizə lazım deyil, çünki doğmaların bir-birinə siz deyə müraciət eləməsi, onları yadlaşdırır! Bax dəfələrlə demişəm, yenə də təkrar edirəm, bunu birdəfəlik qulaqlarında sırğa elə! Mənimlə sənlə danışacaqsan! Başa düşdün?!
Nəcməddin başını tərpətdi:
-Başa düşdüm! Amma Şəfəqə nə danışacağaımı başa düşmədim?
Poladov siqaret sümürdü:
-Sən ona dəlicəsinə aşiq olmusan, yoxsa ağıllıcasına?
Nəcməddin udqundu:
-Yenə başa düşmədim?
Poladov köksünü ötürdü:
-Burda başa düşülməməli nə var ki?! Deyirəm ki, sən bu bizim qızımız Şəfəqə bir könüldən min könülə vurulmusan, yoxsa onu görərkən baxışlarındakı o eşq şüaları saxtadır?! Şəfəq düz altı aydır bizimlə çalışır! Sən də düz altı aydır ki, onu görən kimi yazıq sifəti gətirirsən! Bu isə mən bildiyim qədər eşq əlamətidir! Yaxşı bəs onda kimi gözləyirsən? Gözləyirsən ki, başqa birisi qızı sənin əlindən alıb aparsın?! Bura bax cavan oğlan, qızların öz eşqini elan eləyə bilməyən oğlanlardan zəhləsi gedir! Çünki naz eləmək qıza yaraşar, oğlana yox!
Nəcməddin böyük bir günah işlədibmiş kimi başını aşağı salmışdı və ondan tər su yerinə axırdı.
Poladov əllərini yana açdı:
-Bax, qan-tərin içindəsən! Artıq iyirmi səkkiz yaşın var! Sənin taylarının bəzilərinin üç, hətta dörd uşağı var! At bu utancaqlığın daşını bala! Əlbəttə, abır-həya gözəl şeydi, amma baxır harda?! Hər şeyin ölçüsü var övlad! Uca Allah insanları cüt yaradıb! Odur ki, hər sağlam şəxs evlənməlidi! Mən də bir vaxtlar evlənmişdim! Amma cəmisi altı ay bir yerdə ömür sürdük, qara ölüm onu məndən alıb torpağın altına apardı! Amma insanların doxsan beş faizinin taleyi mənimki kimi olmur! Evlənirlər, oğul-uşaq sahibi olurlar. Qəbr evinə qədər də bir yerdə olurlar! Dur bala, dur get qıza elani-eşq elə! Özü də mən yüz faiz əminəm ki, o sənin eşqinə rədd cavabı verməyəcək! Dur get, get qızın razılığını al, mən də elə günü sabah elçiliyə gedim! Onu da bil ki, hər şeyi alıb hazır qoymuşam! Dur oğlum, sıxılma! Dur ayağa!
Nəcməddin tər içində durub özünəməxsus olmayan ləngərli yerişlərlə atasının kabinetini tərk etdi və heç iki addım getməmişdi ki, Şəfəqlə üz-üzə gəldi. Şəfəq ona ani nəzər salıb tapşırıq almaq məqsədilə Poladovun kabinetinə girdi. Poladov onun məqsədini anlayıb ayağa qalxıb ona dedi:
-Yaxşı gəlmisən qızım! Mənim işim var, sən otur burda, zəng eləyən olsa, de ki, vacib işdən ötrü gedib, təxminən iki saatdan sonra qayıdacaq! Nəcməddini görmədin?
Şəfəq əlini qapıya uzatdı:
-Elə indi dəhlizdə idi!
Poladov qapıya tərəf getdi və Şəfəqə baxmadan dinləndi:
-Qoy o da gəlib otursun burda, sənə qulaq yoldaşı ki, darıxmayasan!
Poladov bunu deyib qapıdan çıxdı və bir dəqiqədən sonra Nəcməddin kabinetə daxil olub keçib bir tərəfdə oturdu.
O, kətildə oturan kimi Şəfəq ondan soruşdu:
-Nəcməddin, idmanın hansı nöülə məşğul olmusan?
Nəcməddin hələ də tər içində idi, indi isə Şəfəqlə ikilikdə qalandan sonra tər necə deyərlər dabanından gedirdi. Odur ki, yaylıq çıxarıb alnının tərini sildi:
-Boksla!
Şəfəqin gözləri böyüdü:
-Boksla?
-Hə!
-Neçə il?
-Dörd il! Sonra hərbi xidmətə gedim! Hərbi xidmətdən sonra da Polis Akademiyasına daxil oldum. Ona görə də gedib cəmiyyətdə məşğul olmağa daha vaxtım olmadı!
-Nəaliyyətlərin var?
-Hə! Yeniyetmələr üzrə bir dəfə Azərbaycan çempionu olmuşam!
Şəfəq gülümsündü:
-Sən bir işə bax, axı mən də neçə il bundan qabaq dzyüdo üzrə Azərbaycan çempionu olmuşam!
Nəcməddin yenə yaylıqla aramsız axan tərini sildi:
-Bilirəm Şəfəq, bilirəm! Mən sənin haqqında çox şeyi bilirəm!
Şəfəqin qaşları çatıldı:
-Hardan bilirsən? Yoxsa bunları sənə Sübhan müəllim deyib?!
-Yox Şəfəq, bunları mənə atam deməyib! Özüm öyrənmişəm, sənin tərcümeyi-halından!
Şəfəq məmmunluqla başını tərpətdi:
-Əhsən! Amma mən elə bilirdim ki, sən mənim haqqımda heç nə bilmirsən?!
Nəcməddin yenə tərini sildi və Şəfəq onun tər-su içində olduğunu yalnız indi sezdi:
-Bura bax, niyə belə tərləmisən?
Nəcməddin yenə udqundu:
-Bilmirəm!
-Bəlkə sənə soyuq dəyib, indi soyuqdəymən çıxır, ona görə belə tərləmisən?!
Nəcməddin başını buladı:
-Yox Şəfəq, mənə soyuq dəyməyib! Bu tərin başqa səbəbi var!
-Nədi bəs səbəbi?
Nəcməddin onun bu sualına cavab vermək istədisə bacarmadı. Odur ki, köksünü ötürdü:
-Heç, heç!
Şəfəq ona növbəti sual verdi:
-Nəcməddin, ən yaxın dostun kimdir?
Nəcməddin bir qədər susub hüzünlü səslə dilləndi:
-Mənim çox yaxın bir dostum var idi, Cəfər! Biz qardaşdan artıq idik! Bir-birimizi həddindən artıq çox sevirdik! Amma mən onu çox erkən itirdim! O vaxt onun cəmisi on dörd yaşı var idi. Yəni düz on dörd il bundan qabaq! O vaxtdan qəlbimdə böyük bir boşluq əmələ gəlib və mənə elə gəlir ki, o boşluğu daha kimsə əvəz eləyə bilməz!
Şəfəq də çox hüzünlənmişdi, lakin maraq hissi onu susmağa qoymadı:
-Axı bu necə oldu?
Nəcməddin kövrəlmişdi, ona görə də bu dəfə yaylıq üzünü yox, gözlərinin yaşını sildi:
-Mən uşaq evində böyümüşəm Şəfəq! Valideynlərimi xatırlamıram! Düz on dörd yaşına qədər, yəni Sübhan müəllim məni övladlığıa götürənə qədər orda olmuşam! Uşaq evində isə lap balaca vaxtından yeganə bir dostum var idi, Cəfər! Biz bir-birimizə çox bağlı idik! Yeməyimiz bir yerdə yeyirdik, dərslərə bir yerdə hazırlaşırdıq, bir yerdə oynayırdıq! Cəfər çox vəfalı, çox ağıllı, olduqca mərd, istiqanlı və heyrət ediləcək dərəcədə bilikli oğlan idi. Lakin öldürdülər mənim can dostumu. Təsəvvür eləyin, on dörd yaşlı günahsız, məsum bir yeniyetməni ordakı müəllimlər vəhşicəsinə qətlə yetirdilər! O vaxtdan özümə gələ bilmirəm Şəfəq, heç cürə gələ bilmirəm! Cəfər faciəli şəkildə ölənə qədər mən dilli-dilavər, hətta bir az da çox danışan bir yeniyetmə idim! Amma Cəfər öləndən sonra sanki hər şeyimi götürüb özüylə apardı. O zamandan bəri mən heç vaxt ürəkdən gülməmişəm, ürəkdən sevinməmişəm! O vaxtdan içim yanır Şəfəq və nə qədər eləyirəmsə bu yanğını söndürə bilmirəm!
Şəfəq hövüllənmişdi və ayağa qalxıb Nəcməddinin lap yaxınlğındakı kətildə oturdu:
-Deyirsən onu müəllimlər öldürdü?!
Nəcməddin başını tərpətdi:
-Hə, müəllimlər öldürdü!
-Bəs onları həbs eləyən olmadı?
-Oldu, niyə olmadı?! Sübhan müəllim Cəfərin qətlinə fərman verən fizika müəlliməsi Gülşəni həbs elədi. Lakin bilavasitə Cəfəri, Gülşənin fitvası ilə boğazından asan idman müəllimi Sabiri, Gülşən özü yaxalanmamışdan zəhərləyib öldürdü ki, iz qalmasın!
-Axı bu necə baş vermişdi?
Şəfəq bu sualı verən kimi Nəcməddin bir müddət xəyallara dalıb dilləndi:
-Bu çox uzun bir əhvəlatdı...
FİZİKA MÜƏLLİMƏSİ
Həmin əhvalat bir sinema lenti kimi gəlib Nəcməddinin gözünün önündən keçdi, o da nə cür xatırlayırdısa, eləcə də Şəfəqə danışmağa başladı:
-Bayaq da dedim ki, mən valideynlərimi qətiyyən xatırlamıram, onların öldüyündən, qaldığından da xəbərərim yoxdu. Bundan əlavə məni neçə yaşında, bəlkə də neçə aylıq olanda gətirib uşaq evinə veriblər, bu da xatırimdə deyil. Təkcə onu bilirəm ki, gözümü açıb oranı görmüşəm. Elə gözümü açandan da Cəfər ən yaxın sirdaşım, ən yaxın arxadaşım olmuşdu. O, çox mehriban, qayğıkeş idi. Biz bir-birimizə çox bağlı idik, çox.. Həmin gün Cəfər xəstələnmişdi, qızdırması var idi. Daha doğrusu dünəndən qızdırmadan od tutub yanırdı. Mən axşam tibbi məntəqəsi bağlı olduğu üçün, səhər tezdən gedib Hökümə xanım adlı həkimə bu barədə demişdim və Hökümə xanım gəlib Cəfərin qızdırmasını ölçmüş, ciyərlərinə qulaq asmış və demişdi ki, ona möhkəm soyuq dəyib. Sonra isə ona iynə vurmuşdu ki, qızdırması düşsün. Ona görə də nahar vaxtı mənimlə birlikdə yeməkxanaya gedə bilməmişdi. O, xəstələnmişdi deyə, yemək mənim də boğazımdan getmirdi. Odur ki, bizə nahar vaxtı nəzarət eləyən Akif müəllimdən icazə alıb öz yeməyimi də, Cəfərin yeməyini də elə bir boşqaba tökdüm və məcməiyə qoyub, üç fal çörək də götürüb yola düzəldim. Cəfərlə birlikdə qaldığımız və onun yataqda yatdığı otağa girəndə gördüyüm mənzərə məni elə bir vəziyyətə saldı ki, bütün vücudum tir-tir titrəməyə başladı. Mənim həyatda yeganə dostum Cəfər boğazından asılmış vəziyyətdə idi. Mən özümdən biixtiyar məcməiyini yerə saldım və bir qədər sanki qıc vəziyyətində qalandan sonra Cəfərə tərəf yüyürdüm. Dolambacın üstünə çıxıb onun qıçlarından yapışaraq;-Cəfər, Cəfər, canım qardaşım, sənə nə oldu, nə oldu? Ay Allah, bu nədi belə? Cəfər, Cəfər. Qurban olum, ölmə Cəfər, ölmə!,-dedim. Lakin o mənə hay vermədi. Mən onun mənə hay vermədiyini görüb inləyə-inləyə ayaqlarını buraxıb bir qədər kənara çəkildim və öldüyünə yüz faiz əmin olandan sonra qiyyə vurub hönkürməyə başlayır. Bu vaxt bizimlə bir otaqda qalan o biri uşaqlar içəri girirlər. Bu olduqca faciəli mənzərə onları da dəhşətə gətirdi. Onların hamısı ağlamağa, fəryad qoparmağa başladı. Onların səsinə otağa başqa uşaqlar və müəllimlər gəldi. Bu mənzərə tək məni deyil, hamını sanki iflic vəziyyətinə saldı.. Bir neçə saniyə sonra otağa məktəbin müdiri Talıb müəllim girdi. O, ən çox sevdiyi şagirdlərdən biri, daha doğrusu birincisi Cəfəri belə bir vəziyyətdə görən kimi huyşunu itirib özündən getdi. Onun müavini Qədir müəllim isə özünü itirməyib polisə və təcili yardıma zəng vurdu və bir qədər sonra ora başlarında Sübhan müəllim, polislər, eyni vaxtda da təcili yardım işçiləri gəldilər.
Sübhan müəllimgili maşınlardan düşən kimi demək olar ki, yüyürə-yüyürə əvvəlcə məktəbin həyətinə, ordan da binasına daxil oldular. Dəhlizdə xeyli qadın və kişi müəllimlər var. Qadınların müəllimələrin bəziləri hıçqırtı ilə ağlayırdı. Polis işçiləri içəri daxil olanda, təcili yardım həkimləri də eyni zamanda içəri girdilər və Sübhan müəllim onların Cəfər asılan otağa grib cəsədə baxmağına mane olmadı, lakin göstəriş verdi ki, Cəfərin cəsədinə əl vurmasınlar.
Biz, yəni şagirdlər dəhlizdə dayanmışdıq. Mən elə hey dayanmadan hönkürüb ağlayırdım. Müəllimələr məni ovundurmaq istəyirdilər, lakin əllərindən bir şey gəlmirdi. Çünki mən yetim Nəcməddin, kimsəsiz Nəcməddin, sanki öz doğma qardaşımı itirmişdim.
Sübhan Poladov yanımızdan ötərkən ani olaraq mənə nəzər saldı, sonra əli ilə başımı sığallayıb həmin otağa girdi və bir qədər keçəndən sonra dəhlizə çıxıb əlini mənim boynuma qoydu:
-Oğlum, mənə dedilər ki, sən Cəfərin ən yaxın dostusan. Odur ki, əgər istəyirsən ən yaxın dostunun qatili tapılsın, ağlamağını kəs və gəl mənimlə!
Mən zorla da olsa ağlamağımı dayandırıb onunla birlikdə otağa girdim. İçəri girəndən sonra o, diqqətlə dolabçaya, sonra yenə cəsədə və tavana nəzər salııb üzünü öz köməkçisinə tutdu:
-Döşəmədən tavana qədər təxminən üç metr əlli santimetrdi. Dolabçanın hündürlüyü təxminən səksən santimetrdi. Tutalım uşaq onun üstünə bir oturan stul da qoyubmuş ki, əlləri qarmağa çatsın ki, ilgəyi ona keçirə bilsin!
Sonra o, mənə baxdı:
-Sən içəri girəndə Cəfərin ayağı tərəfdə stul gördünmü?
Mən başımı tərpətdim:
-Gördüm!
Sonra əlimlə həmin stulu göstərib dedim:
-Bu stul yerə aşmışdı!
Bu yerdə Qədir müəllim mənim sözümə əlavə etdi:
-Hə! Yerə aşmışdı, amma mən onu düzəldib yerinə qoydum!
Sübhan müəllim diqqətlə srula baxdı:
-Bu stulun hündürlüyü də təxminən əlli santimetrdi. Uşaq stulun söykənəcəyin üstünə çıxa bilməzdi, çünki belə olan halda mütləq səntirləyib yıxılardı. Ona görə də məsafəni stulun oturan hissəsindən hesablamaq lazımdı. Səksən, o da əlli, bu elədi bir metr otuz santimetr. Burdan tavana bənd edilən qarmağa qədər olan məsafə isə təxminən iki metrdi. Belə çıxır ki, ilgəyi qarmağa keçirməkdən ötrü uşağın boyu ən azı bir metr yetmiş beş santimetr olmalıydı ki, dabanları üstə dayanandan sonra əllərini qaldırıb ilgəyi qarmağa rahatca keçirə bilsin. Bədbəxt uşağın boyu isə uzaqbaşı bir metr altmış santimetrdən çox deyi! Ona görə də daha tamamilə şübhə qalmır ki, bədbəxt uşağı, özü də öldürüb asblar!
Bu vaxt müdir müavini Qədir müəllm dilləndi:
-Aman ya Rəbbim!.. Hisslərim məni aldatmayıbmış! Ona görə də dərhal sizə zəng vurdum!
Subhan müəllim soruşdu:
-Kimdənsə şübhələnirsizmi?
Qədir müəlim başını buladı:
-Xeyr! Mən ümumiyyətlə heç kimdən şübhələnmirəm, sadəcə olaraq burda hamının, xüsusilə də məktəbimizin müdiri Talıb müəllimin xüsusi qayğı göstərdiyi, eyni zamanda bütün dərslərindən əla qiymət alan, hətta özündən yeni kompyüter proqramları icad edən, demək olar ki, məktəbin bütün müəllimlərinin və şagirdlərinin sevimlisi olan bir şagiirdin intihar elədiyinə inanmadım! Birdə ki, o, altı aylığ olandan bizim internatda böyüyüb. Onu məktəbin həyət qapısının yaxınlığında atıb gediblərmiş. Yəni demək istəyirəm ki, o, valideynlərini qətiyyən xatırlamırdı ki, başqa atılmış uşaq kimi onların həsrətini çəksin!
Sübhan müəllim ona növbəti sualını verdi:
-Sizin internat-məktəb məgər körpə uşağları da qoynuna alır? Axı mən bilən belə bir qanun ancaq uşaq evlərinə aiddi?!
Qədir müəllim onun sualını belə cavablandırdı:
-Düz deyirsiz cənab mayor, lakin məsələ burasındadır ki, bizim internat-məktəb respublikamızda atılmış uşağları lap körpəliyindən himayəsinə götürən yeganə internat-məktəbdir.
Sübhan müəllim köksünü ötürdü:
-Deməli bu zavallı uşaq əlaçı imiş?!
O, bunu deyib kəmərindən rassiya aparatını çıxarıb qulağına tutdu:
-Lətif müəllim, Mahir müəllimi də götür köhnə bazarın yanındakı internat- məktəbə gəl! Furqonlu maşınla gəlin!
Sonra o, aparatı yenə kəmərinə keçirib yaxınlığında dayanmış polis nəfərlərindən ən hündürünə üzünü tutdu:
-Əlcəyin var?
Hündürboy polis başını buladı:
-Yoxdu cənab mayor.
Sübhan müəllim cibindən bir cüt əlcək çıxarıb ona uzatdı:
-Cinayət Axtarışları İdarəsinin hər bir məmurunun yanında əlcək olmalıdı. Al, gey əllərinə!
Polis nəfəri əlcəkləri alıb əllərinə geyindi və Sübhan müəllim oturan stullardan birini götürüb tumboçkanın üstünə qoyaraq yenə ondan soruşdu:
-Bıçağın var?
Hündürboy polis yenəı başını buladı:
-Yoxdu cənab mayor!
Sübhan müəllim sağ əlini yellədi:
-Bəs onda sənin nəyin var?
O, bunu deyib cibindən kiçik bir qatlanma bıçaq çıxarıb ona verdi:
-Al bunu, çıx dolabçanın üstünə, ilgəyi kəs, uşağın cəsədini ehmallıca düşürt aşağı! Sonra uzat çarpayıya!
Hündürboy polis dərhal dolambın üstünə çıxıb ilgəyi kəsdi və Cəfərin cəsədini boş çarpayıya uzatdı. Sübhan müəllim ondan əlcəkləri alıb öz əllərinə taxdı, sonra başqa bir çarpayıdan mələfə götürüb cəsədin üstünü örtüb üzünü mənə tutdu və onunla mənim aramda belə bir dioloq oldu:
-Sən yeməkxanadan gələndə ikinci mərtəbənin dəhlizində kimsəni gördünmü?
-Mən uzaqdan hündürboy adam gördüm. Ancaq onun arxası mənə tərəf idi, ona görə üzünü görə bilmədim..
-Ha tərəfə getdi?
-Küncdəki pilləkandan aşağı düşdü.
-Deməıli bilmədin kim idi?
-Yox!
-Bəs o nə geyinmişdi?
-Cəfərin yanına tələsirdim, ona görə yaxşı fikir vermədim.
-Saçı nə rəngdə idi, yadında qaldımı?
-Deyəsən kürən idi. Hə, kürən idi..
-Düz idi, yoxsa qıvrım?
-Yadımda qalmayıb, ancaq gur saçları var idi.
-Çox ucaboy idi?
-Hə!
-Enlikürək idi, yoxsa?!.
-Hə, enlikürək idi.
Sübhan müəllim bu yerdə üzünü Qədir müəllimə tutdu:
-Bu məktəbdə belə bir kişi xaylağı var?
Qədir müəllim cavab verdi:
-Burda iki nəfər çox ucaboy adam var. Biri idman müəllimidi, Sabir müəllim.. Amma onun saçı qaradı. O, biri isə təmirçi-fəhlədi, adı Mirzədi. Qalan kişi xaylağları o qədər də ucaboy deyillər.
Sübhan müəllim yenə sual etdi:
-Mirzənin saçı kürəndimi?
Qədir müəllim diksinən kimi oldu:
-Hə!
Sübhan müəllim ondan bunu eşidən kimi yenə məndən soruşdu:
-Sən Mirzəni tanıyırsan?
-Hə!
-O, gördüyün adam, ona bənzəyirdimi?
-Boy-buxunda bənzyirdi.
-Bəs saçları necə, onunkuna oxşayırdımı?
-Bir az oxşayırdı..
-Sən dəhlizdə o hündür adamdan başqa heç kimi görmədin?
Mən bir neçə saniyə düşünüb cavab verdim:
-Yox, yox.
-O adam tez-tez yeriyirdi, yoxsa?
-Çox tez-tez yeriyirdi, elə bil qaçırdı.
-Amma başını geriyə çevirib baxmadı, hə?
-Yox baxmadı.
-Onun əlində bir şey var idimi?
Mən yenə bir qədər düşünüb xatırladım:
-Əlində çanta var idi.
-Sən onu görəndə onunla güncdəki pilləkan arasında təxminən nə qədər məsafə vardı?
-Çox az. Heç iki metr olmazdı.
-Yaxşı, içəri girəndə nə gördün?
Mən həmin səhnəni xatırlayıb yenə özümdən asılı olamayaraq hönkürdüm:
-İçəri girdim, gördüm ki...
Bundan sonra qəhər məni boğdu deyə danışa bilmədim!
Sübhan müəllim yenə mənim başımı sığallayaraq cibindən bir mobil telefon aparatını qabı ilə birlikdə çıxarıb mənə uzatdı:
-Al, bunu sənə bağışlayıram! Maqazadan təzə alınıb, öz nömrəmi də ora yazmışam. Mənim adım Sübhandı, mayor Sübhan. Haçan xətrin istəyir mənə zəng vurarsan, yaxşı? Bunun kamerası da var. Bax bu düymələri basan kimi haranı, kimi istəsən kino kimi çəkəcək. Əgər qəribə, qeyri adi bir hadisənin şahidi olsan, imkanın olsa çək, sonra bax bu düymələri bas, çəkdiyin təsvir dərhal internet vasitəsilə mənim aparatıma da köçəcək, yaxşı?
Mən ağlamağımı kəsərək aparatı alıb qabından çıxarıb ekranını açdım. Bir qədər tamaşa eləyəndən sonra qabına qoyub kəmərimə taxdım və Sübhan Poladova;-“Baş üstə!”,-deyib, həm də minnətdarlıq elədim! Bundan sonra o, mənə yenə bir neçə sual verdi və mənim cavablarımdan belə qənaətə gəldi ki, Cəfərin guya özünü asmağını nümayiş etdirməkdən ötrü qatil bilərəkdən onun ayağı tərəfə stul qoyubmuş. Məsələ burasında idi ki, həmin stul sınıq idi və Sübhan müəllimin fikrinə görə əgər Cəfər özünü asmaq istəsəydi belə həmin stuliu dolambın üstünə qoyub bunu edə bilməzdi. Çünki sınıq stul dərhal sınar və Cəfər hələ özünü asmamışdan yıxılıb zədələnərdi.
Bundan sonra Sübhan Poladov Cəfərin cəsədinə baxıb dedi:
-Əgər bu yazıq uşaq özünü asmaq istəsəydi, gərək onda daha hündür əşyalardan istifadə eləyəydi.
Sonra o, ətrafa nəzər saldı və otağın küncündə masanın üstünə qoyulmuş kompyüter prosesterinə tərəf gedərək arxasına baxıb məndən soruşdu:
-Bundan hal-hazırda istifadə eləyirdizmi?
Mən başımı tərpətdim:
-Hər gün axşamlar dərslərimizi onunla öyrənirik.
Sonra bizim aramızda yenə belə bir söhbət baş verdi:
-Bu gün sizə məktəbdə hansı dərsləri keçiblər?
-İnformatika, riyaziyyat, ədəbiyyat, ingilis dili, tarix bir də idman.
-Lap axırıncı dərsiniz idman olub hə?
Mən başımı tərpətdim.
Sübhan müəllim prosesterə işarə elədi:
-Bəs bunun şunurlarını burdan kim çıxarıb?
Mən dərhal ora yaxınlaşıb prosesterin arxasına baxıb gördüm ki, kimsə prosestirin şunurlarını ordan çıxarıb. Bu məni çox təəcübləndirdi və,-“Biz heç vaxt şunurları ordan çıxarmırıq!”-, dedim.
Sübhan Poladiv bunu məndən eşidən kimi üzünü öz köməkçisinə tutdu:
-Deməli bu prosester qatilə lazım olub!
Mən şunurları yerinə taxmaq istəyəndə o məni qoymadı:
-Əl vurma! Əl vursan əllərinin izi onun üstündə qalacaq! Bu da bizim ekspert üçün qatilin əl izini müəyyənləşdirməyə çətinlik yaradacaq!
Sonra o, Qədir müəllimə yanında dayanan hündürboylu polisi göstərdi:
-O, təmirçi-fəhlənin boyu bunun kimi olar?
Qədir müəllim başını tərpətdi.
Sübhan müəllim ona növbəti sual verdi:
-Ümumiyyətlə necə adamdı?
Qədir müəllim belə cavab verdi:
-Bir az tündməcazdı. Heç kimə yovuşan deyil. Neçə ildi burda işləyir. Mən hələ onun bir dəfə də gülümsədiyini görməmişəm.
Sübhan müəllim yenə mənim başımı asığalladı:
-Deməli uşaqlara da münasibəti o qədər də yaxşı deyil, hə?
Qədir müəllim də mənə baxdı:
-Uşaqlar onu heç sevmir.
Sübhan müllim məndən soruşdu:
-Niyə onu sevmirsiz?
Mən;-“Bir söz soruşanda adamı it kimi qapır. Hamısının ondan zəhləsi gedir”,-dedim!
O, əlini çiynimə qoyub bir xeyli aşağı əyildi:
-Heç görmüsənmi, o hansısa bir uşağa yaxınlaşıb onunla mehriban danışsın, bir sözlə o anda özünə bənzəməsin?
Mən başımı buladım. O, üzünü Qədir müəıllimə tutdu:
-Sizcə o Mirzənin əxlaqı necədi?
Qədir müəllim dərhal onun sualını cavablandırdı:
-Mən ondan bu neçə ildə çirkin bir hərəkət görməmişəm. Adamın başının üstündə Allah var. Xasiyyəti nə qədər tünd olsa da, əxlaqı təmiz adamdı..
Sübhan müəllim qamətini düzəltdi:
-Aydındı! Yəqin ki, onun burda alətlərini saxlamaq üçün və paltarlarını dəyişmək üçün bir otağı da var, eləmi?
Qədir müəllim yenə onun sualına fikirləşmədən cavab verdi:
-Əlbəttə var. Müdirimiz onunla o biri fəhləyə kiçik bir otaq verib.
Bundan sonra Sübhan Poladov aşağı əyilib qarışı ilə prosesterin hündürlüyünü ölçdü:
-İki qarışdan bir qədər artıq. Təxminən əlli santimetr. Deməli bu prosesterin hündürlüyü burdakı oturacaq stulların hündürlüyü qədərdi.
Sonra o, üzünü yenə Qədir müəllimə tutdu:
-Müəllimlər də uşaqlarla bir vaxtda, bir yerdə nahar eləyir?
Qədir müəlim yenə dərhal cavab verdi:
-Xeyr! Müəllimlər, ümumiyyətlə burdakı işçilər bufetdə, özü də istədikləri vaxt nahar eləyir.
Sonra onların arasında belə bir sual-cavab getdi:
-Amma uşaqlar nahar eləyən zaman onların üzərində nəzarət eləmək üçün növbətçi müəllimlər olur, düzdü?
-Elədi!
-Bəs burda iş rejimi necədi?
-Burda bütün müəllimlər və qalan işçilərin işi səhər səkkiz tamamda başlayır, axşam altı tamamda bitir. Burdakı müəllimlər adi orta məktəblərdəki müəllimlər kimi deyil, onlar hamısı həm də tərbiyəçidilər.
-Bəs gecələr?
-Hər gecə iki müəllim, üç aşpazdan biri və üç tibb işçisindən biri növbətçi qalır.
-Bəs qaraulçu necə?
-Onlar da üç nəfərdi. Hər gecə biri keşik çəkir.
-Gecə növbədə olan müəllimlərin biri qadın, biri kişi olur, hə?
-Elədi! Qadın müəllimə qızlara nəzarət eləyir, kişi müəllim oğlanlara.
-Burda ümumiyyətlə neçə şagird, neçə müəllim var?
-Yüz əlli şagird, müdirlə və mənimlə birlikdə otuz iki müəllim.
-Müəllimlərin neçəsi qadın, neçəsi kişidi?
-Əgər müdirimizlə mən hesaba alınmasaq, on beş qadın, on beş kişi.
-Bəs müəllimlərdən başqa neçə işçi var?
-Əgər tibb işçilərini, aşpazları və keşikçiləri nəzərə almasaq, bir sürücü, bir təmirçi fəhlə, bir dənə adi fəhlə, təsərrüfat işləri üzrə müdir, anbardar, üç nəfər də xadimə, vəssalam. Hə, bir də müdirin katibəsi.
Bundan sonra Sübhan müəllim mənə üstündəki adyalın yarısı yerə düşmüş çarpayını göstərdi:
-Cəfərin çarpayısı bu idi?
Mən başımı tərpədib;-“Hə!”,-dedim.
O, əlini çarpayılara uzatdı:
-Deməli bu otaqda altı uşaq yaşayır, hə?
Mən Cəfərin çarpayısına baxıb yenə özümdən asılı olmayaraq ağladım, lakin həm də onun sualını bu şəkildə cavablandırdım:
-Daha beş nəfər qaldıq.
O, yataqların üstündəki yastıqlara baxdı:
-Siz hərdən zarafatlaşanda yastığları bir-birinə atırsız?
Mən ağlaya-ağlaya başımı tərpətdim.
Bu vaxt iki nəfər əllərində çamadan otağa daxil oldu və Sübhan müəllim onlardan birinə dərhal Cəfərin cəsədini göstərdi:
-Sən başla! Uşaq asılmış vəziyyətdə idi. Düşürtdük aşağı! Mənə elə gəlir ki, onu boğub, sonra asıblar?!
Həmin adam dərhal əlcəklərini taxıb çamadanını açdı və ordan xüsusi cihaz çıxartdı, Cəfərin üstünə salınmış mələfəni götürüb cəsədin hər bir yerini diqqətlə nəzərdən keçirməyə başladı. Bu ərəfədə Sübhan müəllim o biri kişiyə üzünü tutub pəncərədəki qarmağı göstərdi:
-Əvvəlcə bu qarmağa bax! Gör üstündə iz varmı?
Həmin adam da dərhal əlcəklərini taxıb çamadanını açıb iz axtaran cihazını götürüb pəncərəyə yaxınlaşdı və cihazı qarmağın üzərində gəzdirməyə başladı və bir qədər sonra Sübhan müəllimə baxıb;-“Cənab mayor, bu qarmağın üstündə heç bir iz yoxdu”,-dedi.
Sübhan müəllim ona proseteri göstərdi:
-Bir bunun üstünə bax!
O kişi prosesterə yaxınlaşıb stulun altından kənara çəkir və cihazı onun üzərində gəzdirərək Sübhan müəllimə baxmadan dilləndi:
-Bunun üstündə qırx altı ölçülü ayyaqabıların izi var.
Bunu eşidəndə Sübhan müəllimin köməkçisinin gözləri böyüdü:
Qırx altı ölçülü?
Bu vaxt Sübhan müəllimin köməkçisi dedi:
-Cənab mayor, elə bu dəqiqə o təmirçi-fəhləni həbs eləmək lazımdı!
Hə, onu da deyim ki, o vaxt Sübhan müəllim hələ mayor rütbəsində idi, odur ki, ona “cənab mayor”,-deyə müraciət edirdilər.
Hə, köməkçi bunu deyən kimi, Sübhan müəəlim sağ əlini yuxarı qaldırdı:
-Kəmhövsələ olma! Sən hardan bilirsən ki, onun ayaqları qırx altı ölçüdədi?
Sonra o, orda iz axtaran əməkdaşa dolabçanı göstərdi:
-Lətif müəllim, bir bunun üstünə bax!
Lətif müəllim dərhal cihazı dolabçanın üstündə gəzdirib dilləndi:
-Həmin ayyaqqabı izləri bunun üstündə də var! Ancaq burda təxminən otuz səkkiz ölçülü ayaqqabı izləri də var!
Sübhan müəllim bunu ondan eşidən kimi mənə baxdı:
-O, bu zavallı cocuğun ayaqqabılarının izidi. İlk dəfə uşağı asılı vəziyyətdə o görüb.. Elə bilib ki, dostu hələ ölməyib, ona görə dərhal dolabçanın üstünə çıxıb, onun ayaqlarını qucaqlayıb. Bəs bədbəxt uşağın ayaq izləri necə, tamamilə yoxdumu?
Lətif bir də cihazı dolabçanın üzərində gəzdirib başını buladı.
Bu vaxt Cəfərin cəsədini müayinə eləyən adam, yəni indi mən onu da, Lətif müəllimi də artıq çox yaxşı tanıyıram, daha doğrusu Mahir müəllim əlindəki toyuq tükünü Sübhan müəllimə tərəf tutdu:
-Cənab mayor, bunu uşağın ağzından çıxartdım. Deməli onu yastıqla boğublar.
Sübhan müəllim başını tərpətdi:
-Mən, elə belə də düşünürdüm.
O, bunu deyib yataqlardakı yastıqlara nəzər saldı:
-Özü də qatil uşağın başının altındakı yastıqdan istifadə eləməyib. Yastığı başqa çarpayıdan götürüb, uşağı qətlə yetirəndən sonra yerinə qoyub..
Bu bvaxt Mahir müəllim dedi:
-Amma hər ehtimala qarşı uşağın cəsədini labaratoriyaya aparsaq pis olmaz.
Sübhan müəllim onun sözünü təsdiqləıdi:
-Ona görə sizə furqonlu maşınla gəlməyi tapşırdım.
Sonra o, üzünü Lətif müəllimə tutdu:
-Gəl bax, gör cəsədin üstündə əl izləri var?
Lətif müəllim dərhal cihazı Cəfərin cəsədinin üzərində gəzdirib dilləndi:
-Heç bir əl izi yoxdu, ancaq ayağlarında kişi əllərinə nisbətən xeyli kiçik əl izləri var!
Sonra o, mənə baxdı:
-Bu da şübhəsiz ki, uşağın dostunun əl izləridi.
Sübhan müəllim köksünü ötürdü:
-Deməli qatil əlcəklə işləyib. Sən indi döşəməyə bax!
Lətif müəllim döşəməni nəzərdən keçirib dedi:
-Burda aləm bir-birinə qarışıb. Yox, burda iz götürmək mümkün deyil..
Sübhan müəllim dedi:
-Bu ona görədi ki, biz gələnə qədər bu otaqda xeyli adam olub.
Sən uşağın adyalını, döşəyini, yastığını da bir yoxla! Bəlkə onların üzərində nəsə var?!
Lətif müəllim dərhal onun tapşırığına əməl eləməyə başlayıb dilləndi:
-Burda da aləm bir-birinə elə qarışıb ki.. Qadın, kişi, cürbəcür yaşda uşaqların ayaqqabı izləri necə deyərlər bir-birinin üstünə minib.
Bundan sonra Sübhan müəllim otaqdan çıxıb Mirzənin əşyalarını saxladığı guşəyə getdi və bir qədər sonra Mirzəni onun huzuruna gətirdilər. O, Mirzəni boş otaqlardan birinə aparıb dindirdi. Əlbəttə mənim onların arasındakı söhbətdən xəbərim olmadı, lakin bir qədər keçmiş gördüm ki, Mirzə oraqdan çıxıb yenə işinin dalınca getdi. Bu isə o demək idi ki, 46 ölçülü ayaqqabı geyinən və kürən saçlı Mirzənin Cəfərin qətlində əli yoxdu.
Mən isə çox darıxırdım və tezliklə Cəfərin qatilnin tapılmasını istəyirdim. Gözümün qarşısına Cəfərlə birlikdə keçirdiyim anlar, dəqiqələr, hətta saniyələr gəlirdi. Sözün açığı mən Cəfər qətlə yetirilənə qədər yetim bir uşaq olsam da, özümü xoşbəxt hesab eləyirdim, lakin Cəfər öləndən sonra sanki üstümə dağların ağırlığı çökmüşdü.
Bundan sonra polis işçiləri başda Sübhan Poladov olmaqla oranı tərk edib getdilər və bir qədər sonra xəbər gəldi ki, məktəbin müdiri Talıb müəllim həkimlərin səyi ilə özünə gəlib. Hə, onu da deyim ki, Talıb müəllimin övladı yox idi və o məhz Cəfəri övladlığa götürmək istəyirdi.
Həmin gecə mənim gözümə yuxu getmirdi və gözümün qabağına Cəfərlə bağlı xatirələr gəlirdi. Biz gah gah bir-birinə qartopu atır, gah bir-birini cinlədib qaçır, gah kompyüterin qabağında oturub dərslərə hazırşalır, gah birlikdə yeməkxanada yemək yeyir, gah sinif otağında dərs keçir, gah idman zalında zarafatlaşıb güləşir, eyni zamanda yüyürərək keçinin üstündən tullanır, gah məktəbin həyətində qaçaraq bir-birini ötür, televizorda Azərbaycan filmlərinə baxır, Azərbaycan muğam ifaçılarına tamaşa eləyir, gah yaşadığımız otağın içində yastıqları bir-birinə atıb ürəkdən gülüşürdük.
Nəhayət ki, məni yuxu aparmadığı üçün ayağa qalxıb paltarlarını geyinib otaqdan çıxdım. Dəhlizə çıxandan sonra pillələrlə aşağı birinci mərtəbəyə düşdüm. Birinci mərtəbədə giriş qapısının yaxınlığındakı şərəf lövhəsində Cəfərin şəkili vurulduğu üçün bir neçə saniyə dayanıb onun şəklinə tamaşa elədim. Bu anda onun gözlərimdən özündən biixtiyar yaş axmağa başladı. Elə bu ərəfədə uzaqdan addım səsləri eşitdim və gecə vaxtı məktəb yataqxanasının içində uşaqların gəzməsinə icazə verilmədiyinə görə növbətçi müəllimin məni görəcəyindən ehtiyat elədiyim üçün yaxınlığdakı sutunun arxasına keçdim. Bir qədər sonra nəhəng qamətli idman müəllimi Sabir müəllim mənim yaxınlığımdan gəlib keçdi. Sabir müəllim şərəf lövhəsinin önünə çatanda nədənsə ayaq saxlayıb lövhəyə baxmağa başladı. Bu zaman mən onu yaxşı görürdüm, lakin o məni görmürdü. O, bir neçə saniyə lövhədə Cəfərin şəklinə baxıb və pıçıltı ilə anlaşılmaz sözlər deyərək ordan uzaqlaşdı. Onun uzaqlaşdığını görən kimi sutunun arxasından çıxdım və geriyə qayıdaraq pillələrlə qalxmaq istiyərdim ki, pillələrin döndüyü yerdə bir-birinə sarmaşan iki kölgə gördüm. Mən dərhal ayaq saxladım və bu vaxt kölgələri səsi eşidilməyə başlaydı. Mən kölgələri səslərindən tanıdığım üçün bir az təlaş, bir az heyrət içində diqqətlə onların səsinə qulaq asmağa başladım. Bu kölgələr isə idman müəllimi Sabir müəllimin və internat məktəbin müdiri Talıb müəllimin həyat yoldaşı fizika müəlliməsi Gülşən müəllimənin kölgələri idi. Kölgələrin danışığı məni şübhəyə saldığı üçün kəmərimdən Sübhan müəllimin mənə bağışladığı mobil telefonu çıxarıb açdım və ekranını kölgələrə tərəf tutdum.
Onların arasında isə belə bir danışıq gedirdi:
SABİR-Daha dözə bilmirəm. Səbrim tükənib. Belə gizli görüşlər məni lap təngə gətirib.
GÜLŞƏN-Bir az da döz! Amma bundan sonra gərək daha da ehtiyatlı olasan! Eşidirsən?! Bayaq o mayor, Talıbın yanına gəlmişdi. Yaman qır-saqqız olub! Deyəsən nəsə bir iz qoymusan.
Mən onların danışıqlarını bir az da yaxından eşitmək və daha aydın səslə yazmaq üçün pillələrlə iki addım yuxarı qalxdım və bu vaxt hiss eləmədən öz kölgəm tavandakı gecə lampasının işığında olduqca iri bir şəkildə əlimdəki mobil aparatla birlikdə divara düşdü. Onlar əlimdə mobil aparat mənim kölgəmi görən kimi dərhal bir-birindən aralandılar və Gülşən bağırdı:
-Bu kimdi? Deyəsən onun əlində əl telefonu var?! O bizim səsimiz yazır.
Bundan sonra Sabir müəllim iti sürətlə pillələri düşüb mənə tərəf gəldi. Mən onun kölgəsinin yaxınlaşdığını görüb dərhal qaçmağa başladım. Sabir müəlim mənim kim olduğmu müəyyənləşdirə bilməsə də arxamca qaçdığı üçün yəqin ki, məni arxadan görürdü.
Sonra o, məni haqlamaq üçün var qüvvəsilə arxamca yüyürməyə başladı. Lakin o nə qədər güclü və sağlam bir idmançı olsa da mənimlə ayaqlaşa bilmədi. Mən o biri başdakı pıllərlə olduqca cəld ikinci mərtəbəyə qalxıb otağımıza girdim və yoldaşlarının dərin yuxuda olduğunu görüb dərindən nəfəs aldım, sonra zaman kəsiyində soyunub yatağıma girdim və mobil aparatın Sübhan müəllimin mənə öyrətdiyi şəkildə düymələrini basıb internet vasitəsilə çəkdiklərini onun aparatına göndərdim. Bundan sonra aparatı söndürdüm və olduqca ehtiyatla yatağından qalxıb güncdə qoyulmuş zibil qabına yaxınlaşaraq, qabın qapağını açıb aparatı demək olar ki, kağızdan ibarət olan zibillərin arasında gizlətdim və cəld bir hərəkətlə qabın qapağını bağlayıb qayıdıb yerinə girdim. Bu vaxt Sabir müəllimin addım səsləri lap yaxınlıqdan eşidildi və mən həyəcan içində adyalı başına çəkdim. Bir neçə saniyə sonra Sabir müəllim qapını açıb içəri girdi, əvvəlcə bir qədər gecə lampasının işığında yatmış uşaqlara nəzər saldı, sonra işığı yandırıb bağırdı:
-Ey, durun ayağa! Tez olun! Tez, tez!
Uşağlar onun gur səsini eşidəndən sonra şirin yuxudan oyanıb əsnəməyə başladılar. O, isə bağırmaqda davam elədi:
Tez olun qalxın! Mənə məlumat çatdırılıb ki, sizlərdən hansınızsa narkotik qəbul eləyir. Ona görə də mən həm sizin özünüzü yoxlamalıyam, həm də bu otağda axtarış aparmalıyam. Geyinməyin! Çünki paltarlarınızı yoxlayacağam!
Bundan sonra o bir-bir, mən də içində olmaqla hamımızın paltarlarımızı yoxladı. Paltarların ciblərində bir şey tapa bilməyəndən sonra döşəklərimizi yastığlarmızı, adyallarımızı bir kənara atıb baxdı, bundan da bir şey çıxmayandan sonra otağı başdan-başa ələk-bələk elədi, lakin zibil qabına baxmaq onun ağlına gəlmədi. Mən onun zibil qabına baxacağından qorxduğum üçün tir-tir əsirdim, lakin gücümü toplayıb bunu büruzə vermirdim. Nəhayət Sabir müəllim heç bir şey tapa bilmədiyi üçün olduqca əsəbi bir halda otağı tərk eləyib getməyə məcbur oldu.
Uşağlar yuxulu olduqları üçün bir qədər sonra yuxuya gedirlər. Mən isə onların yuxuya getdiklərinə əmin olandan sonra ehmalca ayağa qalxıb zibil qabını açaraq aparatı tapıb çıxartdım və qoynumda gizlətdim.
Bundan təxminən yarım saat sonra otağımızın qapısı yenə açıldı və məni vahimə bürüdü, lakin otağın gur işığı yanan kimi nə inki vahiməm keçib getdi, əksinə sanki üstümdən bir dağ götürüldü. Bu Sübhan müəllim idi. Mən onu görən kimi cəld ayağa durub geyindim və o, mənə yaxınlaşıb yenə başını sığallayıb dediı:
-Çox şükürlər olsun Allaha! Yəqin telefonu söndürmək üçün nəsə bir səbəb olub?
Mən dərhal onun sözünü tamamlayıb dilləndim:
-Mən onların kölgələrini çəkərkən mənim kölgəmi gördülər. Sabir müəllim məni girlədi. Amma üzümü görə bilmədi. Mən qaçıb tez bura gəldim. Təsviri sizin telefonunuza göndərəndən sonra aparatı söndürüb zibil qabında gizlətdim və yatağıma uzandım.. Bir qədər sonra Sabir müəllim gəlib hamını yuxudan durğuzdu və hər yeri axtardı. Amma zibil qabna baxmaq ağlına gəlmədi. Mən həyəcandan tir-tir titrəyirdim.
Bundan sonra Sübhan müəllim otaqdan çıxıb yaşına uymayan bir cəldliklə yanında da dörd polis nəfəri yüyürərək birinci mərtəbəyə düşdülər və zaman kəsiyində Sabir müəllimin otağını tapıb içəri girdilər. Mən də özümdən asılı olmayaraq onların arxasınca yüyürdüm. Lakin burda gördükləri mənzərə onların da, mənim də tüklərimizi ürpəşdirdi. Sabir müəllim ölmüş halda döşəmənin üstündə uzanmışdı. Onun əlində şərab içmək üçün boş qədəh var idi.
Sübhan müəllim dəhal onun nəbzini tutub dedi:
-Gecikdik! Keçinib!
Sonra o, Sabir müəllimin əlindəki qədəhə işarə elədi:
-Mən əminəm ki, onu zəhərliyiblər!
Sonra o, rabitə aparatını kəmərindən çıxarıb Mahir Kərimzadəyə zəng vurub tez bura gəlməsini tapşırdı və yanındakı polislərə;-“Mənimlə gedək”,-deyə göstəriş verdi.
Bundan sonra onar yenə demək olar ki, qaça-qaça dəhlizə çıxdılar və pillələrlə üçüncü mərtəbəyə qalxdılar. Mən də əvvəlki kimi onların arxasınca düşdüm. Bir qədər keçmiş onlar otağlardan birinə girdilər. Burda Gülşən müəllimə əlində kiçik güzgü tutub dodağına pamada çəkməklə məşğul idi. O, Sübhan müəllimi görən kimi qəribə bir jest aldı və özünü elə göstərir ki, guya buna çox təəcüblənib.
Sübhan müəllim ona baxıb sərt bir şəkildə dilləndi:
-Gülşən Qənbər qızı, siz Sabir Səfa oğlunu, Cəfər Cəfərzadəni xüsusi amansızlığla öldürməyə təhrik etdiyinizə görə və polis işçilərini izinizdən yayındırmaq üçün Sabir Səfa oğlunu zəhərləyib öldürdüyünüzə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinin.1 bəndinə, 2.5. və 2.6. bəndinə əsasən həbs edilirsiz!
Gülşən əvvəlcə yavaş-yavaş güldü sonra isə qəhqəhə çəkib dedi:
-Deməli siz otuz ildi insanları bu yolla həbs eləyib özünüzə reytinq qazanmısız?! Bu da bizim respublikada uzun illərdən bəri baş verən riyakarlığın bir forması. Ha-ha-ha, nə qədər gülüncdü. Deməli siz caynağınıza yalnız günahsız insanları keçirdib daim ictimayyətin gözünə kül üfürmüsüz?! Bu səfərki fitnəniz keçməz mayor! Gedin işinizi asanlaşdırmaqdan ötrü başqa yerdə hərif axtarın! Mən sizin iyrənc caynağınıza keçən qadınlardan deyiləm!
Sübhan müəllim isə belə dedi:
-Siz artıq mənim caynağımdasız Gülşən xanım!
Sonra o, mobil aparatını açıb mənim çəkdiyim təsviri ona göstərdi: -
Bu sizin kölgəniz və sizin səsinizdi!
Gülşən müəllimə kinayəilə güldü:
-Yaxşı montaj eləmisiz. Onsuz da o kölgənin mənə aid olduğunu kimsə subut eləyə bilməz.
Sübhan müəllim dedi:
-Səs ki, yüz faiz sizinkidi.
Gülşən müəllimə yenə riya niqabını üzünöə taxdı:
-Bu da keçməz mayor! Çünki siz mənə ləkə yaxmaqdan ötrü yaxşı təqlid bacaran hansısa bir qadını öyrədib mənim səsimlə danışdırmısız. Bilmirəm sizə neyləmişəm ki, mənə qara yaxmaqdan bu qədər canfəşanlıq göstərirsiz? Bəlkə dünən ərimlə sorğu-sual eləyən zaman, mən sizin üçün çay gətirəndə mənə gözünüz düşüb? Çəkinməyin, deyin! Mən müasir qadınam, belə şeyləri normal hesab eləyirəm..
Sübhan müəllim köksünü ötürdü:
-Özünüzü çox gülünc aparırsız Gülşən xanım! Hamı bilir ki, mən yalnız dəlillərə və faktlara əsasən istintaq işi aparıram.
Gülşən müəllimə yenə riyakarlığını ört-basdır eləmək istdədi:
-Görürəm elə. Günahsız adamlara iftira yaxmaqdan ötrü hətta bizim məktəbin uşaqlarından da məharətlə istifadə eləməyə başlamısız, bəzi uşağlara mobil aparatlar verib gecə yarısı dəhlizləri dolaşdırırsız.
Bu yerdə Sübhan müəllim qəribə şəkildə gülümsədi:
-Siz burda özünüz də bilmədən özünzü ifşa elədiz Gülşən xanım! Əgər təsvirdəki kölgə sizə aid olmasaydı, siz heç vaxt onun bir uşaq tərəfindən mobil aparatla çəkildiyini heç zaman bilməzdiz.
Sonra o, üzünü polislərə tutub dedi:
-Axtarın!
Polislər Gülşənin üstünü axtarmağa başladılar.
Gülşən bağırdı:
-Mən şikayət eləyəcəyəm və inanıram ki, sizi buna görə məsuliyyətə cəlb eləyəcəklər!
Sübhan müəllim təmkinini pozmadı:
-Kimə istəsəz şikayət eləyə bilərsiz, buna sizin yüz faiz haqqınız çatır.
Polislər Gülşənin üstündən bir şey tapa bilmədilər. Odur ki, o, iblisanə bir qəhqəhə çəkdi:
-İndi məhz sizin özünüzü gülünc aparmağınızı əlinizin altında olan bu polis nəfərləri də görür.
Sübhan müəllim ona bir söz demədən yaxınıllaşıb onun boğazından asılmış iri medalyonu çıxartdı. Bu zaman Gülşənin rəngi meyid kimi ağardı. Sübhan müəllim medalyonun qapağını açıb onu Gülşənə tərəf tutdu: Bu da sizin bir qədər bundan qabaq idman müəlimi Sabir müəllimi o biri dünyaya göndərmək üçün istifadə elədiyiniz zəhər.!
Sonra o, polislərə Gülşəni göstərdi:
-Qandallayın!
Polislər Gülşəni qandalladılar. Sübhan müəllim isə sözünə davam elədi: -Əslində siz bu zəhəri əriniz Talıb müəllim üçün saxlamışdız ki, əgər xüsusi amansızlıqla öldürtdüyünüz on dörd yaşlı Cəfərin ölümündən sonra keçirtdiyi ağır infarktdan ölməzsə, bu zəhərdən istifadə eləyib onu da doğma övladı kimi sevdiyi Cəfərin yanına göndərəsiz. Vaxtilə orta məktəblərin birində rəsm müəllimi işləmisiz. Ali məktəb savadınız yox idi, ona görə sizə texniki elmlərdən dərs demək qismət olmamışdı. O zaman o məktəbin müdirini yoldan çıxarıb onunla gəzdiz və fizikadan dərs deməyə başladız. Lakin tamamilə elmdən xəbərsiz bir adam olduğunuza görə uşağlara heç bir şey öyrədə bilmirdiz. İşiniz-gücünüz isə uşağlardan rüşvət istəmək və gizlicə kişi müəllimlərlə əxlaqsız hərəkətlər eləmək idi. Hətta əxlağınızı o qədər itirmişdiz ki, bəzən yuxarı sinif çagirdləri ilə də zinakarlıq eləyirdiz. Bir neçə ildən sonra orda birinci məşuqunuz sayılan müdir bundan xəbər tutub sizi məktəbdən qovdu. İnternat məktəbinə göz yaşlarıyla gəldiz. Bu, Talıb müəllimə sizi qəlbigeniş, kövrək və haqsızlığa məruz qalmış bir qadın kimi göstərdi. Ona görə sizin savadnızı imtahan etmədən məktəbə götürdü. Bir qədər sonra işvəli baxışlarınız, uca qamətiniz, iri sinəniz, kişilərdə şəhvət doğuran əndamınız artıq bir neçə ildi arvadı rəhmətə getmiş Talıb müəllimin kişi hissiyatını oyatdı. Məktəbə gələndən bir qədər sonra Talıb müəllim haqqında hər şeyi öyrəndiz. Onun dəyəri milyonlarla ölçülməyən əcdadlarından qalma imarəti olduğunu biləndən sonra nəyin bahasına olursa-olsun onun arvadı olmaq qərarına gəldiz və hər dəfə sizi görəndə öz hisslərini güclə cilovlayan Talıbı çox asanlıqla yoldan çıxarıb istəyinizə nail olduz. Əlbəttə məqsədiniz aydın idi, siz bivaris Talıb öləndən sonra o padşah imarətinə bənzəyən malikanəyə sahib olmaq istəyirdiz. Lakin sizin cazibədarlığınız qarşısında mum kimi əriyən Talıb müəllimin imarəti sizə yox, övladlığa götürmək istədiyi gələcəkdə vətənə, xalqa gərəkli övlad ola biləcək bilikli, istedadlı və olduqca tərbiyəli Cəfər üçün qoyacağını biləndən sonra qəlbinizdə iyrənc niyyətlər baş qaldırdı və sizə mane ola biləcək on dörd yaşlı zavallı cocuğu aradan götürmək qərarına gəldiz. Buna görə əvvəl bir vaxtlar ağır çəkili boksçu olmuş və dəfələrlə beyni zədələnmiş Sabiiri torunuza salıb tez bir zamanda məşuqunuza çevirdiz, sonra isə bədbəxt Cəfərin ölümünə fitva verdiz. Planı özünüz qurmuşduz. Mirzənin boy-buxunu ilə Sabirinki çox uyğun gəlirdi. Mirzənin kürən saçlarına bənzəyən pariki siz özünüz düzəltmişdiz. Mirzədən təzə ayaqqabılarını hardan aldığını öyrənmək, həmin ayaqqabılardan almaq, qətli icra eləməyə gedərkən idman çantası götürmək, uşağı qətlə yetirib otağdan çıxandan sonra isə təsadüfən görən olarsa Sabiri, Mirzə zənn etsinlər deyə pariki çıxarmamaq, ümumiyyətlə iz qoymamağdan ötrü əlcək taxmaq, uşağı yastıqla boğmaq, oturacaq stullardan birini yerə aşırmaq, kompyüter prosesterindən istifadə eləmək və ilaxır. Bir sözlə hər şeyi əvvəlcədən düşünüb qurmuşduz. Həmin gün Cəfərgilin sinifinin axırıncı dərsi idman dərsi idi. Sabir müəllim, Cəfərin dərsə gəlmədiyini görüb bunun səbəbi ilə maraqlandı. Uşaqlar onun qızdırmalı olduğunu söylədilər. Dərs bitən kimi Sabir bunu sizə bildirdi. Sizə də elə bu lazım idi. Qızdırmalı bir uşağın nahar zamanı yeməkxanaya getməyəcəyinə əmin idiniz. Bir sözlə Cəfərin xəstələnməsi iyrənc niyyətinizi həyata keçirmək üçün olduqca əlverişli şərait yaratdı. İnternat məktəbində yaşayan bütün uşaqların düz saat iki tamamda nahar elədiyini çox yaxşı bildiyin üçün Sabir müəllimə uşaqlar bir nəfər kimi yeməkxanaya axışan kimi qətli icra eləmək göstərişini verdiz! O da illərlə başına beş yüz kiloluq zərbələr dəyərək onu manqutlaşdıran beyni ilə sizin bu insanlıqdan kənar planını həyata keçirməkdən ötrü dərhal hərəkətə başladı və çızdığınız planla hərəkət eləyərək tez bir zaman içərisində günahsız uşağı qətlə yetirdi. Olduqca tədbirlə hərəkət elədiyini düşünərək heç zaman ələ keçməyəcəyini zənn edirdiz. Lakin məktəbin sakinlərindən olan Nəcvməddin adlı yeniyetmənin sizi mundar hərəkətlər eləyən zaman və biavasitə ifşa olunacağınızı açıq-aşkar bəyan edən danışığınızı çəkəndən sonra planların büsbütün alt-üst oldu. Amma yenə cinayət məsuliyyətindən qaçmaq ümidilə yarım saat bundan əvvəl məşuqun Sabiri zəhərləyib öldürdüz!
Bu vaxt Mahir müəllim içəri girdi və Sübhan müəllim ondan soruşdu:
-İşlər necədi?
Mahir müəllim dedi:
-Zərərçəkmişi zəhərləyiblər cənab mayor!
Sübhan müəllim bunu eşidən kimi yenə üzünü Gülşənə tutub dedi:
-Daha sözünüz qalmadı ki, Gülşən xanım?!
Gülşənin deməyə həqiqətən də sözü qalmadığı üçün cavab vermədi. Sübhan Poladov polislərə işareə elədi:
-Aparın!
Polislər Gülşəni aparmaq istəyərkən mən özümdən biixtiyar onun üstünə hucum eləyib ağlaya-ağlaya yumruqlamağa başlayıb dedim:
-Neyçün öldürdün Cəfəri, neyçün? Axı o sənə neyləmişdi?! Allah sənə lənət eləsin!
Bundan sonra huşumu itirdim və ayılanda başımın üstündə mənə yardım eləyən Sübhan müəllimi gördüm. O, mənim özümə gəldiyimi görüb soruşdu:
-Necəsən igid oğlan?
Mən başımı tərpətdim:
-Yaxşıyam!
O, yenə əlini saçıma çəkdi:
-Mənim övladım olmaq istəyirsənmi Nəcməddin?
Mən əvvəlcə duruxdum, lakin sonra onun gözlərində o qədər səmimiyyət, istilik, mehribanlıq gördüm ki, özümdən asılı olmayaraq onun qucağına atılıb bir neçə dəfə;-“Ata, ata”,-dedim.
O, məni bağrına basıb başımdan öpüb dedi:
-İnşallah sabah səhər sənin axranca gələsəyəm və bundan sonra burda yox mənim yanımda yaşayacaqsan! Daha doğrusu mənim oğlum olacaqsan!
Bu əhvəlatdan düz bir gün sonra səhər tezdən o mənim arxamca gəldi v tez bir zamanda hər şeyi sənədləşdirib məni evinə apardı və beləliklə mən onun övladına çevrildim!
Şəfəq özündən asılı olmayaraq Nəcməddin bu bir günün içində baş vermiş, lakin uzun əhvalatı nəql elədikcə göz yaşı töküb ağlayırdı və Nəcməddin hekayəti bitirəndən sonra o dərindən bir ah çəkib gözlərinin yaşını növbəti dəfə sildi:
-Sən on dörd il bundan qabaq ən əziz, ən yaxın dostunu itirmisən! Lakin bədbəxt deyilsən Nəcməddin, çünki dostunu itirəndən sonra özünə Sübhan Poladov kimi ata, eyni zamanda arxa, dayaq tapmısan! Ona görə də deyirlər ki, Allah bir tərəfdən alır, o biri tərəfdən verir! Sübhan müəllim çox gözəl insandı, çox! İnan ki, mən onu elə atam qədər sevirəm!
Bu vaxt Nəcməddin ağzından bu sözü çıxartığına görə xeyli tərlədi. Lakin artıq gec idi, çünki söz artıq onun ağzından çıxmışdı. Belə ki, bu dəfə onun ağzı onun qəlbinin hökmü ilə dindi:
-Şəfəq, bəs məni, məni nə qədər sevirsən?
Nəcməddin bunu deyəndən sonra onu xəcalət təri basdığı üçün rəng verib, rəng aldı. Lakin Şəfəqin rəngi qətiyyən dəyişməmişdi və o, Nəcməddindən bunu olduqca təbii qəbul eləyib soruşdu:
-Sənə nə oldu Nəcməddin, niyə haldan-hala düşdün? Məgər bir cinayət işlətdin?! Əgər kimsə ona yaxın birisininin onu nə qədər sevdiyilə maraqlanırsa, bu bir qəbahət deyil Nəcməddin! Bunu da sənə deyim ki, sənin mənə münasibətin necədisə, mənimki də sənə elədi! Mən idmançıyam Nəcməddin və başqa qızlar kimi naz eləməkdən zəhləm gedir! Bunu da bil ki, sənin mənə qarşı olan hisslərini elə səninlə ilk dəfə burda rastlaşanda hiss eləmişəm və bunu səndən çoxdan gözləyirdim, lakin çox utancaq olduğunu bildiyin üçün səbrimə dayanırdım! Hə, onu da deyim, mənə elə gəlir ki, Sübhan müəllim bilərəkdən bizim ikimizi bir neçə saatlığa bu kabinetdə qoyub ki, nəhayət ki, dilə gələsən!
Nəcməddin yaylıqla tərini sildi:
-Düz deyirsən Şəfəq! O, mənim sənə aşiq olmağımı çox yaxşı duyubmuş, buna görə də belə bir variant hazırlayıb! Həm də çox istəyir ki, onun gəlini məhz sən olasan! Ona görə o, getdiyi yerdən gələn kimi mən bunu ona bildirəcəyəm və şübhə eləmirəm ki, o çox sevinəcək!
Bu vaxt əslində heç yana getməmiş və manitor vasitəsilə başqa otağdan onları izləyən Sübhan müəllimin gur səsi eşidildi:
-Deməli inşallah elçi gedirik! Hə, bu yəqin ki, mənim altmış iki illik ömrümdə ən əlamətdar hadisə olacaq!
Nəcməddinlə Şəfəq onun divar arxasından səsini eşidəndə əvvəlcə diksindilər, lakin sonra onun kələyini anlayıb gülməyə başladılar və sonra Sübhan Poladova qoşulub xeyli güldülər!
* * *
Şəfəq valideynlərinə, nənəsinə və qardaşına Sübhan Poladovun onlara elçi gələcəyini söyləyəndə ailə üzvülərinin hamısı çox sevindi və Yasəmənlə Ayna nənə Şəfəqin “Hə”sini vermək üçün tədarük görməyə başladılar.
Ertəsi gün istirahət günü idi və Sübhan Poladov vəd etdiyi kimi düz saat on iki tamamda onların qapısını döydü. Ailə üzvüləri onu da və yanında rəngdən-rəngə düşən Nəcməddini də çox yaxşı qarşıladılar. Kiçik “Hə” mərasimi cəmisi yarım saat çəkdi, çünki Sübhan Poladov Şəfəqin barmağına brilyant qaşlı bir qızıl üzük taxaraq şirin çay içib bir qədər süfrəyə qoyulmuş şirnilərdən yeyəndən sonra Şəfəqi çağırıb alnından öpüb, hər iki gəncə uzun ömür, sağ sağlığı, xoşbəxtlik arzulayıb ayağa qalxdı. Bundan sonra ailə üzvüləri utancından başını yuxarı qaldırmayan Nəcməddini bağırlarına basıb öpdülər və həm Daşdəmir, həm Yasəmən, həm Ayna nənə, həm də Oqtay artıq Nəcməddinin onların ailəsinin bir üzvü olduğunu söylədi. Bundan sonra Poladov xudahafizləşib Nəcməddinlə birlikdə oranı tərk etdi.
Əslində Sübhan Poladovun Şəfəqin valideynlərindən və nənəsindən onun “Hə”sini alana qədər “bəlkə razılaşmayacaqlar”, “bəlkə verməyəcəklər”, düşünən Nəcməddin, Poladovun dilindən, “elçiliyə gəlmişəm”,-sözünü eşidən kimi tərəddüd etmədən və dərhal razılıq verdiklərini görən kimi xəyallarında iki yox, yüzlərlə qanad taxıb ucsuz-bucaqsız, eyni zamanda ləkəsiz səmalarda uçmaqda idi və utancından rəng verib, rəng alsa da, aramsız olaraq tərləsə də, özünü dünyanın ən xoşbəxt adamı hesab eləyirdi, çünki Şəfəqi görən andan qızın eybsiz çöhrəsi onun gözünün qarşısından getmirdi və düşünürdü ki, əgər Şəfəq ona qismət olmasa, bu ona yəqin ki, qəbr əzabından da betər olar!
NİLUFƏR RESTORANI
Eliçilikdən sonra qızını çox sevən Daşdəmir müəllim, eyni zamanda oğulluğunu xoşbəxt görmək istəyən Sübhan Poladov, qərara aldılar ki, gənclərin toyunu Bakının ən gözəl guşələrindən birində yerləşən, əsrarəngizliyi ilə bir çox restoranlardan seçilən, bir neçə ziyafət salonu olan, ən böyük salonu düz 500 adam tutan “Nilufər” restoranında toy mərasimi keçirsinlər. Odur ki, vədələşib bir yerdə, o cümlədən Nəcməddin də yanlarında Daşdəmir müəllimin maşını ilə həmin restorana gəldilər.
Restoranın müdiri Təhmiraz müəllim çoxdan tanıdığı polkovnik Sübhan Poladov onun kabinetinə daxil olanda əvvəlcə özündən asılı olmayaraq duruxdu, lakin sonra Poladovun onun yanına öz qudası ilə birlikdə toy məsələsinə görə gəldiyini bilən tək yersiz həyəcanı yox olub getdi.
Kabinetə girəndən beş dəqiqə sonra onlar ordan çıxdılar və 500 nəfərlik toy mərasimi salonuna daxil oldular. Bu salon Şərq memarlıq üslubu ilə bəzədilmişdi, belə ki, içəri girən adama hansısa keçmiş padşahın sarayını xatırladırdı. Salon olduqca geniş və işıqlı idi, özü də tavandakı çılçıraqlar elə şəkildə idilər ki, sanki elektriklə deyil, nəhəng şamlarla işıqlanırdı. Bundan əlavə də çılçıraqlar elə işıq saçırdı ki, sanki salonun tavanından dörd ədəd yox, qırx ədəd çılçıraq asılıb. Salonun divarlarındakı, eyni zamanda tavanındakı nəqşlər heyrətamiz idi, belə ki, burda başdan-başa Azərbaycanın dahi şairləri Nizaminin, Nəsiminin və Füzulinin surətləri, o cümlədən Nəsiminin yaradıcılığını əks etdirən ərş, fərş, səma, ay, ulduzlar, günəş, buludlar və sairə. müəzzəm bir şəkildə təsvir edilmişdi.
Sübhan Poladov, Daşdəmir müəllim, Nəcməddin dinib-danışmadan bütün bunlara heyrətlə baxırdılar və nəhayət Poladov olduqca məmmun halda sükutu pozdu:
-Təhmiraz müəllim, salona söz ola bilməz. Sözün açığı elə valeh oldum ki, söz tapa biulmirəm deməyə. Şəxsən mən sizin bu restoranı çox bəyəndim və yalnız indi anladım ki, niyə övladlarına toy eləyən insanların əksəriyyəti toy eləməkdən ötrü məhz sizin restoranınızı seçir.
Bu zaman Daşdəmir müəllim onun sözünə qüvvət verdi:
-Buna yalnız məftun olmaq olar. Sizin restoiranın sorağını çoxdan eşitmişdsim, hərçənd ki, heç vaxt burda olmamışdım, amma Sübhan müəllimə də təklif elədim ki, uşaqlara toy eləməkdən ötrü buranı seçək!
Poladov bu zaman üzünü Nəcməddinə tutdu:
-Sən də bəyəndinmi Nəcməddin?
Nəcməddin başını tərpətdi:
-Çox gözəldir! Bundan yaxşısını təsəvvür eləmək olmaz!
Biri Cinayət Axtarışları Şöbəsinin rəisi, digəri məhşur bir tüccar olan müştərilərinin onun restoranı barəsində dedikləri xoş sözlərdən məmmun olan Daşdəmir müəllim əlini sinəsinə qoyub qonaqlara dəfələrlə təşəkkür elədi.
Bundan sonra qonaqlar bu füsunkar salona doyunca tamaşa eləməkdən ötrü hələ bir müddət də burda oldular. Lakin onlardan heç biri onsuz da təmiz olan döşəməni təkrar-təkrar silən xadimə qadına qətiyyən fikir vermədi. Bu qadın isə çox hörmətli oxucunun bundan əvvəlki fəsildə tanış olduğu fizika müəlliməsi Gülşən idi.
Törətdiyi ağır cinayətlərə görə Sübhan Poladov onu həbs eləyəndən sonra məhkəmə ona on dörd il günə-gün iş kəsmişdi. Həbsxana həyatı çox ağır keçmişdi cani Gülşənin. Günahsız bir yeniyetməni öldürtdüyündən xəbər tutan dustaq qadınlar onu hər gün aşağılamış, təhqir etmiş, üzünə tüpürmüşdülər. Lakin tülküdən də hiyləgər olan Gülşən nəhayət ki, çıxış yolu tapmış, günlərin birində qadın dustqalar tərəfindən təhqir olunarkən yerə yıxılaraq çapalamağa başlayaraq özünü iflic vurmuş kimi aparmağa başlamışdı. Bir qədər sonra vaxtilə tibb universitetində rüşvətlə təhsil alan, sonra da rüşvətlə qadın xəstəxanasında həkim kimi çalışmağa başlayan Zemfira həkim, onu müayinə edərkən, söz yox ki, onun hiyləsini anlamamış və ona xəstəlik tarixi yazaraq həbsxana xəstəxanasına göndərmişdi.
Xəstəxanadakı həkimlər də onun sol qolunun, sol qıçının və ümumiyyətlə bədəninin sol tərəfinin durmadan titrədiyini, eyni zamanda qol-qıçının buz kimi soyuq olduğunu görüb onu həqiqətən iflic vurduğunu güman edərək müalicə eləməyə başlamışdılar.
Bu oyuna başlamamışdan, bədəninin buzlaması üçün düz bir gün tamamilə su içməyən və əsasən də bununla xəstəxanadakı rüşvətlə özlərinə yer eləyən, əslində isə heç bir tibbi savadı olmayan “tibb işçiləri”ni inandıran Gülşən hiyləsinin baş tutduğunu görüb bu oyuna illərlə, daha doğrusu cəza müddəti sona yetəınə qədər davam edərək, yataqdan qalxmamış, tibb işçiləri ona iynə vurmaq və yaxud yemək yedizdirmək üçün gələn zaman dərhal qıl-qıçını əsdirməyə başlamış, bununla da özünü təhqirlərdən, soyülməkdən, aşağılanmaqdan xilas etmişdi.
Gündə bir neçə dəfə tualetə gedən zaman qol-qıçını yataqdakından qat-qat çox əsdirən və bununla da tək tibb elmindən tamamilə xəbəri olmayan saxta “tibb işçiləri”ni deyil, xəstəxanadakı dustaq xəstələri məharətlə aldadan, azadlığa buraxılana qədər özünü iflic vurmuş adamlar kimi aparan Gülşən, həbsxanadan ayrılan kimi qəddini bir az da əymiş, təxminən bir ay dilənçşilik eləyib çörəkpulu qazanmışdı. Lakin vaxtilə internat məktəbin müdiri Talıb müəllimin arvadı, eyni zamanda həmin internat məktəbdə fizika müəlməsi işləyən Gülşən həbsxanadan buraxılandan sonra gecələməyə bir damı yox idi. O, dustaqxanadan azad olunanda avqust ayı idi. Odur ki, düz bir ay, yəni sentyabrın ortalarına qədər parklardan birində gecələdi. Lakin qabaqdan qızıl payız gəlirdi və bir neçə gündən sonra havalar soyumağa başlayacaqdı. Odur ki, buna bir çarə tapmalı idi. Lakin hiyləgərlikdə necə deyərlər şeytana papış tikən Gülşən bunun çarəsini nəhayət ki, tapa bildi. O, həbsxanadan çıxandan düz bir ay sonra Azər adında bir nəfərlə tanış oldu. Azər “Nilufər” restoranına arxası furqonlu maşınla ərzaq daşıyırdı. Gülşən ona yalandan evinin və bütün əşyalarının yandığını, bu səbəbdən də dilənçi vəziyyətinə düşdüyünü dedi. Evsiz-eşiksiz bir qadını özünə məşuqə eləmək niyyətində olan Azər, dərhal Təhmiraz müəllimin yanına gedib, hər şeyi yanıb külə dönmüş bir qadını xadimə kimi işə götürməkdən ötrü ona ağız açdı. Təhmiraz müəllim ürəyi rəhmli bir adam olduğu üçün Gülşəni öz restoranında işə götürdü və ona orda gecələməyədə yer verdi.
Artıq on beş gün idi Gülşən bu restoranda həm xadimə kimi çalışır, həm də gecələyirdi. Hələlik xadimə işlləyə-işləyə düşüncələrində gələcəyini qururdu cani qadın. Xəyallarında restoran müdiri multi-milyoner Təhmiraz müəllimi toruna salır, əvvəlcə onun məşuqəsinə, sonra arvadına çevrilir, daha sonra isə başını əkib onun milyonlarının sahibi olurdu.
İndi isə vaxtilə həyatını tərsinə çevirən, bütün planlarını alt-üst edən iki nəfər, Sübhan Poladov və Nəcməddin burda bitmişdi. Belə ki, əgər Poladov,-“Nəcməddin, sən də bəyəndinmi?”,-deməsəydi, Gülşən on dörd il bundan qabaq arıq, sısqa bir yeniyetmə olan, indi isə qəvi bir pəhləvana bənzəyən Nəcməddini tanımayacaqdı. O vaxt Poladovun onu ifşa eləməsinə Nəcməddin səbəb olmuşdu və onun on dörd il cəhənnəmin dibində yanmağına bais məhz bu iki nəfər idi.
Poladovu görən kimi tanıyan və onun nəzərincə bu dünyanın ən təhlükəli insanı olan yüksək rütbəli polis zabiti onu tanımasın deyə dərhal üzünü başqa tərəfə çevirən, eyni zamanda bütün varlığı titrəyən bu məkrli qadın, Nəcməddinin adını eşidəndən sonra başını aşağı əyib, ağır-ağır onlara baxıb, Poladovun yanında dayanan uca boylu, enlikürək, olduqca yaraşıqlı cavanın məhz onun on dörd il azadlığdan məhrum olunmasına səbəb olan Nəcməddin olduğuna heç bir şübhəsi qalmadı.
Artıq qəlbi kin püskürürdü zatən varlığında kindən başqa bir şey olmayan xəbis qadının. Lakin onun kininin bu dərəcə ifraz olunmasına səbəb Nəcməddinin boy-buxunu deyildi, O. onların arasındakı söhbətin hamısını eşidirdi və az bir zaman içərisində ona məlum olmuşdu ki, Sübhan Poladov artıq Cinayət Axtarışları Şöbəsinin rəisidir və on dörd il bundan qabaq onu zindan divarları arasına saldıran andan, bu atasının-anasının kimliyindən xəbəri olmayan oğlanı övladlığa götürüb, özü də bu azmış kimi indi də onun üçün on minlərlə adamadan birinə qismət olan dəbdəbəli bir toy eləmək istəyir.
Üzünü tamamilə əks istiqamətə çevirib eyni nöqtəni təkrar-təkrar silən Gülşən o qədər uzaqda olmasa belə qulaqlarını elə şəkləmişdi ki, onların ağzından çıxan bir sözü belə qaçırmasın. Onun düşmənləri isə sanki onun şəklənmiş qulaqlarına sözləri mıxlamaqdan ötrü hər sözü rəvan və aydın şəkildə deyirdilər. Nəhayət Poladov restoranın müdiri Təhmirazdan soruşdu:
-Biz Daşdəmir müəllimlə belə fikrə gəlmişik ki, toya elə beş yüz nəfər qonaq çağıraq. Yəni iki yüz əlli qonaq mən, iki yüz əlli qonaq Daşdəmir müəllim. İndi siz bizə deyin görüm, hər adam başına nə qədər ödəməliyik?
Təhmiraz müəllim onun sualını dərhal cavablandırdı:
-Sözün açığı mən on beş ildir bu restoranı işlədirəm və həmişə də adam başına yüz manat almışam. Çünki xərclərim həddindən artıq çoxdu. Bir də ki, mənim restoranımda olan təamlar hamısı delekotesdir. Məsələn qırqovul, kəklik, turac kababı. Yox-yox, ürəyinizə başqa şey gəlməsin Sübhan müəllim, bunların hamısı necə deyərlər öz həyətimdəndir, meşələrdən tutulmayıb. Sizə onların saxlandıqları qəfəsləri də göstərə bilərəm! Mənim qadağan olunmuş quşları, heyvanları ovlamaqla işim olmaz! Hə, bundan əlavə də dəvəquşu saxlatdırıram və toy mərasimlərində toya gələn qonaqlar dəvəquşu kababı da yeyir. Bu çox ləzzətli bir şeydi. Onu da deyim ki, mənim restoranım Şərq memarlıq üslubunda bəzədildsiyi üçün, yeməklər də hamısı Şərq mədəniyyəti mətbəxinin qaydaları ilə hazırlanır. Əlbəttə ilk növbədə Azərbaycan mətbəxi.
Bu yerdə Poladov onun sözünü kəsdi:
-Təhmiraz müəllim, sən bizə bunarın qiymətini deyəcəksən, ya yox?!
Təhmiraz müəllim bir qədər susub köksünü ötürdü:
-Elə indi qərara aldım ki, sizi qonaq eləyim, daha doğrusu pulun yarısını cavanlara bağışlayım! Yəni adambaşı əlli manat, vəssalam!
Bu yerdə Daşdəmir müəllim dilləndi:
-Əslinə qalanda biz adambaşı yüz manatdan da ödəyə bilərik. Burda heç bir problem yoxdu. Amma indi ki, ürəyin bu cür istəyir, qoy belə də olsun! Buna görə də sizə təşəkkür edirəm!
Daşdəmir müəllim sözünü bitirən kimi Poladov əlavə etdi:
-Mən isə Daşdəmir müəllim, qanun keşikçisi, yəni hər şeyin qiymətini dadına baxandan sonra verdiyimə görə, sizə inşallah toy bitəndən sonra təşəkkür edəcəyəm!
Bununla da onların söhbəti bitdi və onlar toy gününü təyin edib Təhmiraz müəllimlə xudahafizləşib restoranı tərk etdilər.
Gülşənin isə içi yanırdı. O, düz on dörd il onu məhkum edənlərdən intiqam almaq hissi ilə yaşamışdı. İndi isə onlar özləri onun gözünün qabağında bitmişdilər və intiqam almaq üçün onun əlinə inanılmaz dərəcədə fürsət düşmüşdü. Lakin onun ətrafında artıq on dörd il bundan qabaq, cinayətinin izini itirməkdən ötrü zəhərləyib öldürdüyü yelbeyin Sabir müəllim yox idi ki, bir qədər işvə-naz edib, düşmənlərinin qətlinə fitva versin! Bundan əlavə onun pulu da yox idi ki, muzdlu bir qatil tutub düşmənlərini onun vasitəsilə öldürsün!
Beləliklə çox düşündü, çox götür-qoy elədi kini artıq alova dönüb ağzından yeddi başlı əjdaha kimi bayıra püskürən kudurət timsalı olan qadın, nəhayət ki, onu özünə pulsuz-parasız məşuqə eləmək istəyən şəhvətinin əsiri Azəri seçdi.
Söz yox ki, iki nəfəri, özü də biri yüksək rütbəli Cinayət Axtarışları Şöbəsinin rəisini, o biri isə cavan baş leytnantı öldürdüyünə görə elə ələ keçərkən polis işçiləri tərəfindən işgəncələr veriləcəyinə, sonra isə ömürlük dustaq edilib, yenə də nəzarətçi-polislər tərəfindən hər gün şillə-yumruq, təpik yeyə-yeyə canını vaxtından qabaq həbsxana divarları arasında çürütmək istəməyən Azər əvvəlcə buna razılıq vermədi. Lakin Gülşən hiylə niqabını taxıb göz yaşları tökə-tökə Sübhan Poladova, on dörd il bundan qabaq cəmisi on dörd yaşında yeniyetmə olan Nəcməddinə o ki, var böhtanlar atdı, eyni zamanda Azərin şəhvətini qıcıqlandıra-qıcıqlandıra elə hərəkətlər elədi ki, şorgözlük mücəmməsi olan Azər ovsunlanaraq təslim oldu və bir tapança taçıb toy günü hər ikisinin işini bitirəcəyinə Gülşənə söz verdi.
* * *
Artıq bahar öz yaşıl köynəyini təbiətə geyindirmiş, düymələrini də bağlamışdı. Uca Allahın yaratdığı hər yaranmış bu yaşıllığın içərisində olduqca füsunkar görünürdü. Köçəri quşlar yaşıl ağacların uca budaqlarında artıq özlərinə yuva qurmuşdular və hətta bir qismi bala çıxarmışdı. Sevdalı quşlar yaşıl təbiətin zümzüməsinə səs verərək sevdalı nəğmələri ilə bütün mövcudatı xətasız bir nizamla, müəzzəm bir gözəlliklə yaradan Uca Allaha şükürlər edirdilər. Sanki bütün yaradılış bir ağızdan-”Həmd olsun Sənə ey böyük Allah, Sən nə qədər qüdrətlisən”,-deyirdi.
Azərbaycan xalqının ən gözəl bayramlarından biri, yaşıllıq, ruzi-bərəkət, əmin-amanlıq rəmzi olan Novruz bayramı öz mübarək qədəmini müqəddəs torpağa basmışdı.
Şəfəqlə Nəcməddinin toyu düz Novruz bayramı gününə, yəni mart ayının iyirmi birinə təyin olunmuşdu və budur gənclərin toy mərasimi Novruz bayramı ilə qol-qola girib bu toyun arzusunda olanların həyatına təşrif gətirmişdi.
Toya dəvət alan beş yüz qonağın ən azı dörd yüz doxsanı Nilufər restoranına yığışmışdı. Artıq bəyin adamları el adəti üzrə gəlingilə gedib gəlini uzunluğu ən azı səkkiz metr olan par-par parıldayan maşına mindirib toy mərasimi keçirilən salona gətirmişdilər. Polis mundirində başqa cür görünən Şəfəq, gəlin paltarında tamamilə başqa cür görünürdü. Polis mundirini əyninə geyinərkən sərt baxan, cinayətə meylli olan adamları təlaşlandıran, hətta qorxuya salan, nəzərləri yalnız ciddilik ifadə eləyən bu gözəl qız indi gəlin paltarında həmişəkindən qat-qat incə, zərif və mülayim görünürdü. Belə ki, onun polis sıralarında çalışdığını bilməyənlər heç vaxt buna inanmazdılar. Lakin bu yalnız bir görüntü idi, Şəfəq elə həmişəki Şəfəq idi və gəlin kürsüsündə oturduğu zaman da hansısa bir cinayətkarı tərksilah eləməyə, yaxalamağa hazır idi. Çünki bu olduqca vətənpərvər qızın xisləti belə yoğrullmuşdu, çünki o canından daha çox vətənini sevirdi və hər əməli ilə doğma vətəninə nə qədər məhəbbət bəslədiyini bəyan edirdi.
Hər kəsin üzündə olduqca güclü bir nəşə, sevinc var idi və artıq toy mərasimi başladığı üçün masabəyi mikrofonu əlinə götürüb sözə başladı:
-Əziz və möhtərəm qonaqlar! Öncə sizin hamınızı Nəcməddinlə Şəfəqin toyuna gəldiyinizə görə salamlayır və xoşgəlmisiz deyirəm! Qoy günləriniz və bütün ömrünüz həmişə belə şadyanalıq, sevinc, şənlik içində keçsin! Həmişə üzünüz gülsün, təbəssüm heç vaxt üzünüzdən əskik olmasın! Heç vaxt pərişan, peşiman olmayasız! Eyni zamanda hamınızın adından növcavanlara üzümü tutub deyirəm, toy gününüz mübarək olsun! Günləriniz, həyatınız yalnız xoşbəxtlik, firavanlıq, bol-bol ruzi-bərəkət, əmin-amanlıq içərisində keçsin! Uca Allah sizə uzun ömür versin və canınız ömrünüz boyu o qədər sağlam olsun ki, heç vaxt həkimlərə işiniz düşməsin, heç vaxt yatağa düşməyəsiz, iynəyə, dərmana möhtac olmayasız! Qoy Uca Allah sizə istədiyiniz qədər övlad versin, özü də sağlam, gümrah, ağıllı, tərbiyəli, zəhmətkeş, vətənpərvər övladlar! Yox-yox, mən tuş-filan çaldırmayacağam! Bu cür şeylər bizə yad ellərdən gəlib! Bizim milli toylarımızda tuş, filan olmayıb! Mən də istətirəm ki, əcdadlarımızdan qalan ənənəni bərpa edək və bu yersiz ,lazımsız tuşu-filanı ləğv eləyək! Hələlik uzun danışmayacağam, çünki ən vacib məələlər var! Yəni bəyimizin atası Sübhan Poladovu, gəlinizimizin valideynlərini və nənəsi Ayna xanımı öncə təbrik edib, sonra da mikrafon qarşısına dəvət eləmək istəyirəm ki, öz ürək sözlərini desinlər!
Masabayi sözünü bitirib Poladova baxdı və Poladov yaxına gəlib mikrafonu əlinə alaraq bu sözləri dedi:
-Mənim altmış üç yaşım var və yalnız bir söz demək istəyirəm ki, bu yaşıma qədər bu günki qədər sevincək olmamışam! Çünki oğlumun toyudur və o, doğma qızım qədər sevdiyim Şəfəqlə evlənir! Sizcə mənim üçün bundan da gözəl bir gün ola bilərmi?! Bu səbəbdən də həm Şəfəq qızıma, həm də onun doğmalarına məni özlərinə qohum seçdiklərinə görə dərin minnətdarlığımı bildirir və sizə, əziz qonaqlara bu toya təşrif gətirdiyinizə görə hədsiz təşəkkür edirəm!
Toya gələn vəzifəsindən, tutduqları mövqeydən, imkanlı və yaxud o qədər də imkanlı olmamaqlarından asılı olmayaraq bütün qonaqlar Poladovun qısa çıxışından o qədər məmmun qaldılar ki, sanki toyda deyil, hansısa bir başqa məclisdəki kimi onu sürəkli alqışlarla alqışlamağa başladılar.
Onun çıxışından sonra Şəfəqin valideynləri və nənəsi eynilə Poladov kimi qısaca çıxışlar edib, gənclərə xoşbəxtlik arzulayaraq, qonaqlara minnətdarlıqlarını bildirdilər. Bundan sonra xanəndə oynaq bir ritmdə toy mahnısı oxumağa başladı. Mahnının sözləri belə idi:
Qonasqlar dəstə-dəstə, toplanırlar arəstə,
Bir sevinc var hər kəsdə, toy gününüz mübarək!
Hey şənlənir qonaqlar, hər yan nura bələnir,
Bütün aləm dillənir, toy gününüz mübarək!
Nəqarat:
Arzular arzu üstə, arzumu bəzə gəlin,
Tazə bəy, tazə gəlin, toy gününüz mübarək!
Bəy igid, gözəl gəlin, gəlməsin gözə gəlin,
Tazə bəy, tazə gəlin, toy gününz mübarək!
Bu gün güllər tellənir, diləklərimiz çinlənir,
Növcavanlar evlənir, toy gününüz mübarək!
Nəqarət:
Gənc xanəndənin səsi olduqca füsunkar idi və toy mahnısı da o qədər oynaq bir ritmdə idi ki, qadın qonaqlardan bir neçəsi dərhal qol açıb meydana girdilər və Şəfəqin anası ilə nənəsini rəqsə dəvət etdilər, sonra isə Şəfəqə tərəf gəlib onu rəsq meydnına dəvət etdilər. Əvvəlcə Şəfəq başını bulayıb bundan boyun qaçırmaq istədi, lakin əsasən yaxın qohumlardan olan qadın qonaqlar əl çəkmədilər və Şəfəq naəlac qalıb onların təklifini qəbul edərək onlara qoşuldu.
Gənc xanəndə qız bunu belə görüb bilavasitə təzəgəlinə aid mahnı oxumağa başladı:
Qədəminlə ruzi gəlsin,
Nübar gəlsin tazə gəlin,
Bizlərə sən sevinc gətir,
Aləmi bəzə gəlin!
Nəqarət:
Oyna gülüm oyna,
Mən qurbanam boyuna,
Bir hava çaldırginən,
Hamı girsin oyuna.
Gəzə-gəzə gəlin, gəlir tazə gəlin,
Üzünü bağlayın, gələr gözə gəlin.
Sevincdən bir büsat quraq,
Qonaqları rəqslə yoraq,
Gəlsin qoy musiqi səsi,
Sədalansın toy nəğməsi.
Gənc xanəndə öz mahnı çələngini bitirəndən sonra musiqçilər iti templi bir oyun havası ifa eləməyə başladılar və bu dəfə Cinayət Axtarışları Şöbəsinin əməkdaşları meydana atılıb rəqs eləməyə başladılar, belə ki, oynaya-oynaya Poladovu rəqsə dəvət etdilər. Poladov da eynilə gəlini kimi başını bulayıb rəqs eləyə bilmədiyini bildirdi. Lakin polis nəfərləri təkid etdikləri üçün onara qoşulmağa məcbur oldu. Lakin üzünü musiqçilərə tutub “ləzgihəngi” çalmalarını istədi. Musiqçilər “ləzgihəngi” ifa etməyə başladılar və bayaqdan rəqs eləyə biulmədiyini bəhanə eləyən Poladov əlli-altmış il bundan qabaq Azərbaycanın ən məhşur rəqqası Əlibala Abdullayevin yaratdığı heyrətamiz rəqs elementlərilə əsil qafqazlı olduğuna dəlalət eləyən cəld hərəkətlərilə rəqs eləməyə başladı. Polis nəfərləri onun rəqsindən olduqca böyük həzz alıb Nəcməddini də rəqsə dəvət elədilər və həm Poladovu, həm Nəcməddini, eyni zamanda Şəfəqi dövrəyə aldılar.
Zülfüqar da bu “birlik” rəqsinn iştirakçısı idi. Özü də o bura həm bacısı Dürdanə ilə, həm də Səma, Pakizə, Nəzrin, eyni zamanda Paşa müəllimlə birlikdə gəlmişdi. Buna görə də Dürdanə, Nəzrin və Paşa müəllim bu olduqca ürəkaçan mənzərəyə baxıb başlarını məmmun halda tərpədirdilər.
Şəfəqin qardaşı Oqtay isə üç stul aralıdan artıq neçə müddətir dərdindən dəli-divanə olduğu Dürdanədən bir an olsun belə gözünü çəkməyərək gözləri nəmlənmiş halda tez-tez ah çəkirdi.
Çox yaxşı duymuşdu Dürdanə Oqtayın onu bir an olsun belə gözdən qoymadığını, lakin onda özünə qarşı sevgini daha da tüğyan etdirməməkdən ötrü tamamilə baxmırdı çox sevdiyi bacısının toyunda belə olduqca pərişan görünən Oqtaya tərəf. Lakin insan psixologiyasında yazılmamış belə bir qanun var, əgər kiminsə baxışları aravermədən birinə dikilibsə, o adam nəzərləri ona dikilənə tərəf yalnız bir müddət baxa bilməz. Dəqiqələr keçəndən sonra isə hökmən yarım saniyə olsa belə həmin adama tərəf nəzər edəcəkdir. Odur ki, nə qədər iradəsi güclü olsa da, Dürdanə də artıq onu sıxmağa başlayan nəzərlərə qarşı bir nəzər edib dərhal da üzün başqa səmtə, daha doğrusu artıq başda Poladov olmaqla,qardaşı Zülfüqarın da sıralarında olduğu polislərdən ibarət “taqım”ın “yallı”sına tamaşa etməyə davam etdi.
Dürdanə Oqtaya tərəf baxarkən, Oqtay özündən asılı olmayaraq bütün normal düşüncəli bəşər övladlarına məxsus bir tərzdə ani olaraq üzünü başqa səmtə çevirdi və elə bu da kifayət elədi ki, salonun künc tərəfində, kimsənin məhəl qoymadığı bir nöqtədə bir nəfərin əində tapança Nəcməddini nişangaha götürdüyünü görsün. Oqtayı bunu sezən kimi soyuq bir tər basdı.
Cani isə tək Nəcməddini nişçangaha götürməmişdi, o gizlicə tapançasının lüləsini gah Nəcməddinə, gah da Poladova tərəf tuşlayırdı. Poladovla Nəcməddin isə “yallı” getdiklərindən heç cürə nişangaha gəlmirdilər. Elə bu ərəfədə artıq gəlin kürsüsündə yenidən oturmuş Şəfəqin gözləri vahimə içində salonun künc tərəfinə baxan və nə edəcəyini bilməyən nəhəng qamətli qardaşına tuşlandı. Şəfəq dərhal bir təhlükə olduğunu hiss edib qardaşının baxdığı nöqtəyə baxdı və yüzlərlə adamın arxasından artıq hədəfi rahat vurmaq üçün ayağa qalxıb tapançanın lüləsini Sübhan Poladova tərəf tuşlayan canini gördü.
Elə bu ərəfədə zatən rəqs eləməkdən xoşu gəlməyən Zülfüqar, bir neçə vaxtdır onunla birlikdə polis vəzifəsini ləyaqətlə yerinə yetirən, həqiqətən də bir bacısı kimi sevdiyi Şəfəqə tərəf baxdı və baxan kimi də onun baxışlarındakı həyəcanı hiss elədiyi üçün bu təlaşın hardan gəldiyinə nəzər saldı. Bütün bunlar demək olar ki, zaman sığmayan bir vaxtda baş verdi və özüylə toy yerinə tapança gətirməsə də, daim kəmərində, görünməyən yerdə polis bıçağı gəzdirən Zülfüqar elə zaman kəsiyindəcə iti bıçağı kəmərindən çıxarıb ildrım sürətilə caniyə tərəf vızıldatdı.
Bu elə bir zaman idi ki, cani artıq Poladovu vurmaq üçün tapançanın tətiyini çəkməkdə idi, lakin Zülfüqarın atdığı iti bıçaq onun düz boğazına girdiyindən güllə açılsa da Poladova tərəf deyil, tavana tərəf uçdu.
Bu həm acı, həm də olduqca dramatik mənzərə hamını şaşırtı. Güllə səsi eşidən qadınlar qışqırışdılar, kişilər dəhşətə gəldi, toya gəldikləri üçün silah götürməyən poislər isə caniyə tərəf yüyürüşdülər.
Azər adlanan cani isə iti bıçaq onun qırtlağını parçaladığı üçün artıq keçinmişdi. Toyda isə intəhasız şükürlər olsun Uca Allaha ki, elə Uca Allah tərəfindən Zülfüqar vasitəsi ilə bədbəxt hadisənin qarşısı alınsa da, aləm bir-birinə qarışdı.
Toy başlayandan tez-tez salonun qapısından boylanan və məşuqu Azərin nə vaxt onun qatı düşmənlərini öldürəcəyini səbirsizliklə gözləyən Gülşən fitnəsinin baş tutmadığını görüb daban aldı. Salondan güllə səsi eşitdiyinə görə onun qorxub qaçdığını güman edən istər restoranın mühafiuzəçiləri, istərsə də toya qonaq gələn onlarla polis nəfərləri ona tamamilə əhəmiyyət vermədiklərinə görə arxasına baxmadan hey qaçdı. Zülfüqarın atdığı bıçaq Azəri dərhal öldürdüyündən bu işdə əli olduğuna subut olmadığından qaçmaya da bilərdi. Lakin o, Sübhan Poladovu çox yaxşı tanıyırdı və bilirdi ki, Poladovun gözünə dəysə, o yırtıcı bu cinayətin hökmən onun daşının altından çıxdığını biləcək.
Bu hadisədən qorxuya düşən qonaqların əksəriyyəti bunun təkrar baş verə biləcəyindən ehtiyat elədikləri üçün oranı tərk etdilər. Toya qonaq gələn polislər artıq toy keçirilən salonda qərar tuta bilməyib Sübhan Poladovun göstərişilə caniyə firva verəni yaxalamaqdan ötrü bütün restoranı və ətrafını nəzarətə götürdülər. Şəfəqin valideynləri, nənəsi, eyni zamanda Dürdanə, Səma, Pakizə, Paşa müəllim və Nəzrin toy salonunu tərk eləməsələr də güclü təlaş içərisində idilər. Zülfüqar polislərə qoşulub həqiqətən də atası qədər sevdiyi Poladovun qətlinə fərman canini fitvalayanı yaxalamaqdan ötrü salondan çıxmışdı. Poladov isə salonda idi və bu işdə əli olduğundan şübhə ediləcəyindən vahimələnib az qala diz çöküb başı-ayağı olmayan sözlər danışan Təhmiraz müəllimə qulaq asırdı. O, demək olar ki, ağlaya-ağlaya hey dil tökürdü:
-Mən elə bu dəqiqə restoranımı bağlayaram və bu restorandan nə qazanmışamsa od vurub yandıraram! Bilmirəm, bəlkə də mənə inanmırsız, ancaq and olsun yeddi arxa dönəmimə ki, mənim bu işdən xəbərim yoxdu. Bilmirəm, az qalır başıma hava gəlsin?! Axı bu binamus sizi nəyə görə öldürmək istəsin, nəyə görə? Heç nə, heç nə başa düşə bilmirəm, heç nə? Bəlkə bu əbləh havalanıbmış?! Bu alçaq mənim restoranıma ərzaq daşıyırdı. Adi sürücüdü. Həmişə özünü sakit bir adam kimi biruzə verib. Axı onun sizə qarşı düşmənçiliyi hansı səbəb üzündən ola bilər? Tapançanı hardan tapıb? Razıyam Sübhan müəllim, qandallayın məni, aparın nə cəza istəyirsiz verin! Günahkaram, çox böyük günahkaram, ona görə də cəzamı çəkməliyəm! Çünki restoranıma işə götürdüyüm adamları yaxşı tanımamışam, tərcümeyi-halları ilə tanış olmamışam! Məsuliyyətsiz olmuşam, məsuliyyətsiz. Buna görə də cəzamı çəkməliyəm! Sizdən xahiş edirəm Sübhan müəllim, çox xahiş edirəm! Deyin qandal gətirib məni qandallasınlar!
Təhmiraz ara vermədən hey danışırdı,lakin bu yerinə çatanda Poladov onun üstünə çığırdı:
-Susun! Yetər! Siz lap mənim zəhləmi tökdüz!
Poladovun səsində o qədər zəhm var idi ki, onsuz da bayaqdan qorxusundan az qala şalvarını batırmış Təhmiraz dizi üstə çöküb hönkürtü ilə ağlamağa başladı:
-Bağışlayın məni, Allah xatirinə bağışlayın! Nə danışdığımı, nə çərənlədiyimi bilmirəm?! Ancaq bu işdə mənim əlim yoxdu, yoxdu! Axı siz mənə neyləmişdiz ki, mən sizə qarşı belə iyrənc sui-qəsd təşkil eləyim?! Axı mən bunu nəyə görə eləməliyəm ki?! Balalrım var, ali məktəblərdə oxuyurlar, hər gecə mənim işdən gəlməyimi səbirsizliklə gözləyirlər! Onların gözünü yolda qoymayın Sübhan müəllim, yalvarıram sizə, yalvarıram! Mənim bu işdə əlim yoxdu, yoxdu...
Təhmiraz bunu deyib bir az da ucadan hönkürməyə başladı. Bayaqdan onun sərsəmləməyindən təngə gəlmiş Poladovun qulağı onun dediklərini alsa da, gözünü çırtma vursan qanları çıxmaz dərəcədə pərişan olan bəylə gəlindən və onların ətrafında oturan Daşdəmirdən, Yasəməndən, Oqtaydan çəkmirdi. Nəhayət o, nəzərlərini onlardan ayırıb bir qədər kənarda başlarını aşağı salıb oturan Dürdanəyə, Paşa müəllimə və Nəzrinə nəzər yetirdi. Salonda isə onlardan başqa kimsə qalmamışdı və hətta musiqiçilər də aradan yox olmuşdular. Elə bu ərəfədə Poladovun gözü cani Azərin cəsədinə və artıq onun cəsədini aparmağa gələn adamlara dəydi. Bu vaxt Təhmiraz hönkürtüsünü kəsib dərslərindən iki almış uşaq kimi hıçqırtı ilə ağlamağa başladı. Poladov ani olaraq ona nəzər salıb cəsədə yaxınlaşdı və üzünə hələ mələfə salınmamışdan diqqətlə ona baxdı, sonra isə geriyə dönüb üzünü Təhmiraza tərəf çevirdi:
-Deməli bu adam sənin işçin idi hə?!
Təhmiraz sualın ona verildiyini anlayıb hıçqıra-hıçqıra dilləndi:
-Hə! Onu görüm lənətə gəlsin, necə ki, gəldi!
Poladov ona tərəf çevrildi:
-Sənin restoranına çoxdan ərzaq daşıyırdı?
-Bir neçə ildi!
-Narkotik qəbul eləyirdi?
Təhmiraz başını buladı:
-Mən bilən yox!
-Həbsxana cəzası çəkmişçdimi?
Təhmiraz ayağa qalxdı:
-Xeyr!
-Əvvəllər harda işləmişdi?
-Öz maşını var imiş və taksavatlıq eləyirmiş.
-Onu hardan tanıyırdın?
-Bir biznesmen tanışım var, Xanağa. O, məndən xahiş eləmişdi ki, bunu işə götürüm.
Bu vaxt Poladova zəng gəldi və o, aparatı əlinə götürdü. Aparatdan dərhal səs gəldi:
-Şübhəli kimsəni tapa bilmədik cənab polkovnik!
Poladov bir söz deməyib aparatı kəmərnə keçib Təhmiraza baxdı:
-Şübhə eləmirəm ki, sənin restoranının hər tərəfində kameralar quraşdırılıb.
Təhmiraz dərhal başını tərpətdi:
-Elədir!
Poladov başı ilə ona işarə elədi:
-Gedək!
Təhmiraz ümid hissi ilə başını tərpədib onun qabağına düşdü və onlar restorandakı kameraların götürdüyü görüntülərin yaddaşa köçürüldüyü otağa gəldilər. Təhmiraz özü pultun düymələrini basıb iyirmiyə qədər manitorun görüntülərini yayımlandırmağa başladı. Bu təxminən beş dəqiqəçəkdi və nəhayət Poladov, təxminən bir saat bundan qabaq “bəy-gəlin” havasının sədası altında qohumların, dostların müşayətilə bəylə gəlinin restoranın pillələrini qalxan zaman, cani Azərə kimsə sezməsin deyə gözləri ilə Poladovun özünü və bəyi, yəni Nəcməddini göstərən Gülşəni görüncə əlini yuxarı qaldırdı:
-Saxla! Görüntünü geri qaytar, sonra bir də gətir!
Təhmiraz dərhal onun dediynə əməl elədi. Bundan sonra Poladov ondan bunun bir neçə dəfə təkrar olunmasına göstəriş verdi və diqqətlə görüntünü izləyəndən sonra barmağını Gülşənə uzadıb Təhmirazdan soruşdu:
-Bu qadın kimdi?
Təhmiraz dərhal cavab verdi:
-İki həftə olar mənim restoranımda xadimə işləyir!
-Onun kimin vasitəsilə restoranına götürmüsən?
Təhmiraz gözünü manitordan çəkmədən dilləndi:
-Həmin o bir az bundan qabaq sizin polislər tərəfindən öldürülən sürücü Azərin!
Poladov ona baxmadan soruşdu:
-Bu qadının adı Gülşəndirmi?
Təhmiraz heyrət içində Poladova baxdı:
-Hə, Gülşəndir! Azər dedi ki, onun evi-eşiyi yanıb, qalmağa yeri də yoxdu. Mən də onu həm xadimə kimi işə götürdüm, həm də icazə verdim ki, elə restoranda gecələsin!
Poladov pulta işarə elədi:
-Davam et!
Təhmiraz görüntülərin arxasını manitorlara gətirməyə başladı. Poladov diqqətlə baxırdı və manitorun birində toy başlayandan bir az sonra cani Azərin toy salonuna girib arxa tərəfdə boş bir stul tapıb oturmasını, başqa bir manitorda isə Gülşənin ona yaxın bir yerdə boş stul, tapıb oturmasını, bundan sonra cani Azərin dörd bir tərəfə nəzər salıb, kimsənin ona əhəmiyyət vermədiyinə əmin olandan sonra cibindən nəsə çıxarıb əlini masanın altında saxlamasını, eyni zamanda tez-tez Gülşənlə baxışdığını və Gülşənin ona gizli göz işarələrilə ona qətli tez icra eləməyi üçün göstəriş verməsini, daha sonra isə Azərin sağ əlini masanın altından çıxardıb hələ oturduğu yerdə gah Nəcməddini, gah Poladovun özünü nişangaha götürməsini, nəhayət ayağa qalxıb tapançasının lüləsini ona tərəf tuşlamasını, eyni zamanda Züfüqarın bir göz qırpımından da tez iti bıçağı onun boğazına atmasını, bundan sonra isə Gülşənin başqa qonaq qadınlar kimi vahimə içində çığırıb-bağırdığını deyil, dərhal ayağa qalxıb var gücü ilə qaça-qaça toy salonunu tərk etməsini gördü. Yalnız bundan sonra qətlə fitva verənin məhz Gülşən olduğuna əmin olandan sonra həmin görüntüləri öz aparatının ekranına, eyni zamanda caniyə fitva verənin axtarışında iştirak edəcək operativ qrupların rabitə aparatlarının ekranlarına yolladı. Sonra isə Təhmiraza bir söz demədən onun kabinetindən çıxıb operativ qrupların başçısı ilə əlaqəyə girdi:
-Görüntüləri gördüz! Caniyə fitva verən həmin qadındır! Dərhaı onun izinə düşün, eyni zamanda görüntüləri bütün postlarıa göndərin! Onu da bilin ki, o qiyafısini dəyişə bilər, yəni başına başqa rəngdə şonyon qoyar, sifətini başqa görkəmə salar, odur ki, olduqca diqqətli olun! Bunu da unutmayın ki, o çox təhlükəli bir qadındır! Hər an başqa bir cinayət törədə bilər, bundan əlavə yaxalanarkən cürbəcür rollara girə bilər! Odur ki, görən kimi dərhal qandallayıb huzuruma gətirin!
Poladov sözünü bitirib aparatı kəmərinə keçirdərək toy salonuna döndü. Burda bəylə gəlin, Şəfəqin doğmaları, həmçinin də bir neçə qonaq, yəni Dürdanə, Paşa müəllim və Nəzrin yenə bayaqkı kimi məyus halda oturmuşdular. Onların hamısı Poladov salona girən kimi ani olaraq ona nəzər salıb başlarını aşağı dikdilər.
Poladov bəylə gəlinin yaxınına gəlib uca səslə dedi:
-Niyə qanınız qaradı? Baxın mənə, mənim keyfim əvvəlkindən də kökdü! Qonaqlar qaçdılar, nə olar, qoy qaçsınlar! Özləri bilərlər! Bircə güllə atıldı, özü də kimsəyə dəymədi, eyni zamanda cani, mənim çox sevdiyim sürücüm Zülfüqar tərəfindən öldürüldü. Amma qonaqlar vəlvələyə düşüb dərhal qaçdılar. Biz pollislərə isə hər gün kimlərsə güllə atır, kimlərsə bizi öldürmək üçün planlar hazırlayır, hər gün yox, hər an həyatımız tükdən asılı olur! Lakin qaçmırıq, çünki biz də qaçsaq, onda bu milləti, bu xalqı, bu insanları cinayətkarlardan, monyaklardan, yırtıcılardan, analarının əmcəyini kəsənlərdən kim qoruyacaq?! Amma burdakı qonaqlar təkcə bir güllə səsindən vahimələnib qaçdılar, özü də kişi qonaqlar arvadlarından daha sürətlə qaçdılar. Siz isə..
Poladov əli ilə Şəfəqin doğmalarına, o cümlədən Dürdanəyə, Səmaya, Pakizəyə, Nəzrinə və Paşa müəllimə işarə elədi:
-Siz isə qaçmadız mənim əzizlərim, qaçmadız! Çünki siz yalnız və yalnız Uca Allahdan qorxursuz! Allahdan qorxan insan isə heç nədən və heç kimdən qorxmaz! Qoy Uca Allah həmişə yardımçınız olsun! Mən toy təzə başlayanda dedim, yenə də deyirəm, mən bu gün çox xoşbəxtəm, çox! İnan ki, bu gün mənim ən xoşbəxt günümdür! Çünki oğlum evlənir, özü də əsli-nəcabəti, soyu-kökü, yeddi arxa dönəni təmiz olan, pak olan, əxlaqı, tərbiyəsi, mənəviyyatı özü kimi gözəl olan Şəfəq balamla evlənir.
O, əllərini Şəfəqə tərəf uzatdı:
-Gəl, gəl qızım, gəl səni bağrıma basım! Çünki sən öz ləyaqətinlə, vətənpərvərliyinlə, namusunla, qeyrətinlə, ismətinlə mənim qəlbimi çoxdan fəth eləmisən və inanıram ki, inşallah mənim evimə qədəm qoyandan sonra ocağım sənin işığınla daha da gur alışacaq! Eyni zamanda inanıram ki, sən mənə gözəl-gözəl nəvələr bəxş eləyəcəksən!
Onun haqqında dediyi olduqca isti sözlərdən çox təsirlənmiş Şəfəq özündən biixtiyar gözlərindən bahar buludu kimi yaşlar axıda-axıda gəlib başını atasına bərabər tutduğu Poladovun çiyninə qoydu. Poladov da gözləri yaşarmış halda onu bağrına basıb alnından öpdü. Bu zaman Şəfəq ona sığınıb onun üçün bəlkə də dünyalar qədər qiyməti olan bir söz dedi:
-Ata..
Poladov ondan bu sözü eşidəndən sonra o qədər kövrəldi ki, gözlərindən axan yaş qızcığazın əllərini islatdı. Bundan sonra Poladov gözlərinin yaşını silmədən Şəfəqin atası Daşdəmirə baxdı. Daşdəmir gülümsəyə-gülümsəyə əllərini yüngülcə yana açdı:
-Bu gündən onu sizə verdim Sübhan müəllim! Bu gündən o artıq sizin qızınızdı!
Şəfəq bunu eşidən kimi dzyüdo yarışlarında döşək üstündə rəqiblərinə “hippon”la qalib gələn, polis mundirində cinayətkarların qolunu qıran igid bir qız kimi deyil, dörd-beş yaşında kiçik bir qızcığaz kimi yüyürə-yüyürə gəlib atasının qolları arasına girib dedi:
-Mən həm də sənin qızınam ata!
Daşdəmir müəllim onun ipək tellərini sığalladı:
-Əlbəttə yavrum! Yox, sən mənim tək qızım deyilsən, həm də canımın bir parçasısan!
Yalnız bundan sonra ordakı qonaqların, yəni Şəfəqin o biri doğmalarının, eyni zamanda Dürdanənin, Nəzrinin, Paşa müəllimin, Səmanın və Pakizənin eyni açıldı və onlar bayaqdan sanki heç bir şey olmayıbmış kimi bir-birinə baxıb gülümsəyərək onları alqışladılar.
Nəcməddin də gülürdü. Təxminən bir saat on beş dəqiqə bundan qabaq baş verən hadisə onu müvəqqəti olaraq məyus etsə də, indi çox xoşbəxt idi. Çünki sevgilisinə qovuşurdu, igid Zülfüqarın şücaətilə qəfil atılan güllə onun atasına dəyməmişdi, eyni zamanda ona artıq on dörd ildən çoxdu ki, doğmalıq eləyən Poladov onun çox sevdiyi Şəfəqi gəlini kimi yox, qızı kimi qəbul edirdi. Odur ki, on dörd il bundan qabaq ən yaxın dostu, qardaşı qədər sevdiyi Cəfərin faciəli ölümündən sonra ilk dəfə idi ki, ürəkdən gülürdü və sanki yalnız indi onun üstündən nəhəng bir qaya parçası götürülmüşdü.
Zülfüqara gəlincə isə o da Poladovun operativ qrupa göndərdiyi görüntüləri öz aparatına köçürmüşdü və yanında bir neçə polis nəfəri daim Poladovu gəzdirdiyi polis maşını ilə Gülşənin izinə düşmüşdü.
Gülşən fitvası baş tutmayandan sonra bacardığı qədər sürətlə qaça-qaça restotrandan çıxdı, dərhal bir taksi saxlayıb minərək sürücüyə Novxanı bağlarına sürməyi tapşırdı. Yaşı təxminən otuz yaşlarında cavan sürücü etiraz eləmədən Novxanı bağlarına tərəf istqamət götürdü. Lakin hələ şəhərdən çıxmamışdan Dövlət Yol Polisi əməkdaşı çubuğunu qaldırıb maşını saxlamağı göstəriş verdi. Sürücü dərhal onun tələbinə boyun əyib maşını saxladı. Gülşən arxada oturmuşdu və yol polisinin məhz onu yaxalamaq üçün maşını saxlatdırdığını zənn etdiyindən bütün varlığı titrəyirdi. Lakin yol polisi nəfəri ona qətiyyən əhəmiyyət vermədən üzünü sürücüyə tutdu:
-Sənədlərini!
Sürücü bir söz demədən gözcükdən sənədlərini çıxarıb ona uzatdı. Yol polisi nəfəri diqqqətlə sənədləri gözdən keçirib sürücüyə qaytardı:
-Artıq neçə ildir ki, bu sovetlər dönəmindən qalma avtomobillərin şəhərdə sürülməsi qadağan edilib! Bu avtomobillər şəhərin ümumi mənzərəsini gözdən salır. Özün də görürsən ki, şəhərimiz başdan-başa novruz əhval-ruhiyəsi ilə bəzədilib. Xarici turistlərin sayı-hesabı yoxdu. Hamı bilir ki, Bakı şəhəri xarici turistləri tək gözəl görünüşü ilə deyil, göz oxşayan avtobobilləri ilə də valeh eləyir. Sən isə bu bataqlıq qurbağasına bənzəyən tır-tırı şəhərin içində o yan, bu yana sürüb həş şəhər əhalisinin, həm də şəhərimizə gələn qonaqların ürəyini bulandırırsan. Buna görə də cərimə olunursan!
Sürücü yazıq-yazıq dilləndi:
-Qardaş, özün bilirsən ki, vəziyyət çox ağırdır, dolanmaq olduqca çətindir. Mənim Almaniya istehsalı olan maşın almağa gücüm çatmır. Bunu ucuz qiymətə almışam, kasıbçılığımı eləyirəm. İki körpə uşağım var, onları güclə dolandırımam. İndi də sən məndən cərimə pulu istəyirsən. Mən qazandığımı sənə versəm, uşaqlarım ac qalacaq! Güman eləyirəm ki, sən bir azərbaycanlı balası olaraq heç vaxt buna razı olmazsan!
Sürücünün bu obrazlı nitqindən sonra yol polisi nəfəri köksünü ötürdü:
-Yaxşı, cəriməni qoyaq bir kənara! Amma qanun, qanundu. Ona görə də sərnişini düşürt get və bir də bu maşınla şəhərdə görünmə! Əgər şəhərimizə yaraşan maşınla taksavat elədiyini görsəm, səni yaınız təbrik eləyərəm!
Sürücü başı ilə ona təşəkkür eləyib sağ əlini arxada oturmuş Gülşənə tərəf açdı:
-İnciməyin xanım, görürsüz də, mənlik deyil. Gərək düşəsiz!
Yol polisi nəfəri maşını saxlayarkən ürəyi ağzına gəlmiş Gülşən, polisin qanun əsasında onun maşından düşməyini tələb eləməsindən qətiyyən narahat olmadı, çünki yol polisi nəfəri maşını ona görə saxlatırmamışdı, lakin mənzilbaşına çatmağı ləngiyindən çox narahat idi. Çünki ona elə gəlirdi ki, əgər Novxanı bağlarında yay-qış yaşayan tanışı Səlimin bağına özünü yetirsə, Səlimin dörd tərəfdən ən azı iki metr yarım çarhasarı olan bağında rahat daldalana bilər və sirr saxlamağı çox gözəl bacaran, eyni zamanda uzun müddətdir, arvadı öldüyü üçün arvadsız qalan Səlim onu bağında bəsləməklə yanaşı, heç vaxt ələ verməz.
Sovetlər dönəmində buraxılan maşından düşəndən sonra ya Almaniya, ya Koreya, ya da başqa bir Avropa dövləti istehsalı olan maşın saxlamaq üçün yol kənarında dayandı və heç iki dəqiqə deyildi durmuşdu ki, avtoxuliqanlıq eləyən bir nazir balası son model avtomobillə qoca bir piyada qadını vurdu və qoca qadın elə hadisə yerindəcə öldü. Elə buna görə də Gülşənin bəxtindən dərhal yolda güclü tıxac əmələ gəldi. Çünki bədbəxt hadisə ilə bağlı bura dərhal həm yol polisi işçiləri, həm cinayətkarları tutan polislər gəldilər.
Nazir balası onu tutub polis maşınına otuzdurmaq istəyən polis işçilərini hədələyir, atasının nazir olduğunu deyir və onların rütbələrini aldıracağını, paqonlarını sökdürəcəyini söyləyirdi. Polislər isə onun hədə-qorxularına qətiyyən əhəmiyyət vermədən onu polis maşınına otuzdurdular, elə bu zaman təcili yardım maşını gəldi və tibb işçiləri bədbəxt qoca qadının cəsədinə mələfə çəkib təcili yardım maşınına qoyaraq apardılar.
Yalnız bundan sonra tıxac yavaş-yavaş çəkilməyə başladı. Gülşən isə ələ keçəcəyindən çox qorxduğu üçün nanə yarpağı kimi əsir, tıxacın tez çəkilməyini səbrsizliklə gözləyir və gözü ilə saxlamağa maşın axtarırdı. Elə bu vaxt Zülfüqar polis maşınını onun yaxınlığında saxladı. Gülşən yaxınlığında dayanan polis maşını görən kimi, “bəlkə də bu maşın da başqa səbəbdən burda dayandı”.-deyə düşünüb üzünü sol tərəfə çevirdi ki, onu görməsinlər. Lakin Gülşən öz düşüncəsində səhv eləmişdi, çünki polis maşını məhz onu yaxalamaqdan ötrü burda dayanmışdı.
Polis maşınından Zülfüqar özü birinci düşdü və iti addımlarla Gülşənə yaxınlaşıb heç bir söz demədən biləyindən tutub özünə çəkərək onu bir anın içində qandaladı.
Zülfüqar onun biləyindən yapışarkən olduqca möhkəm ağrı hiss eləyən Gülşən kürsüyə gələn kaftar it kimi eybəcər səs çıxardı. Sonra isə bütün varlığı titrəyə-titrəyə aşağıdan yuxarı, boyu ən azı 185 santimetr olan onu qandallayan Zülfüqarın üzünə baxdı və ona elə gəldi ki, bu adam deyil, pois mundiri geyinmiş yırtıcı bir pələngdir.
Zülfüqar əlini atıb onun cibindən sənədlərini çıxarıb baxdı, sonra onun hay-küyünə, “məndən nə istəyirsiz, siz məni kiminləsə səhv salırsız, mən şikayət eləyəcəyəm, yəqin hansısa canidən külli miqdarda pul alıb, onun əvəzinə məni həbs edirsiz, mən zəif, gücsüz, yoxsul bir qadınam, bu qədər haqsızlıq olmaz, deməli bu ölkədə heç bir qayda-qanun yoxdu, əgər ölkənin polisi belə ədalətsizdisə, deməli burda hər şey saxta və yalandır”,-kimi ifadələr işlətməyinə qətiyyən əhəmiyyət vermədən sürüyə-sürüyə maşına apardı. Polis nəfərləri onu Zülfüqardan alıb arxa tərəfə mindirdilər və biri sağ, biri sol tərəfdən onun yanında oturdular. Çavuş rütbəli polis isə Zülfüqarın yanında əyləşdi.
Tıxac artıq tamamilə çəkilmişdi və Zülfüqar maşını hərəkətə gətirməmişdən kəmərindən rabitə aparatını çıxarıb ağzına tərəf tutdu:
-Cənab polkovnik, qadını “”20 yanvar”da yaxaladıq!
Aparatdan Poladovun səsi gəldi:
-Tutduğunuz adamın həmin qadın olduğuna əminsizmi?
Zülfüqar dərhal cavab verdi:
-Bəli cənab polkovnik! Yaxalayan kimi sənədlərinə baxdıq! Qənbərova Gülşən Qənbər qızı.
Poladovun səsi gəldi:
-Özü dü ki, var! Afərin Zülfüqar! Onu şöbəyə gətirin!
Zülfüqar -,“baş üstə”,-deyib aparatı kəmərinə keçirtdi və maşını hərəkətə gətirdi.
Gülşən isə yalandan göz yaşı töküb inləyirdi:
-Mənim evim-eşiyim, bütün əşyalarım yanıb külə dönüb. Heç nəyim yoxdu, bir quru canımdan başqa. Mən dünyanın ən yazıq, ən bədbəxt adamıyam. Bilmirəm məni nədə günahlandırsız? Günah eləyirsiz, günah.. Zəif, aciz, heç bir günahı olmayan bir qadının qollarına qandal vurub aparırsız.
Gülşən hey çərənləyirdi. İstər onun sağında, solunda oturan polislər, istərsə də Zülfüqarın yanında oturan polis çavuşu onun bu ilanı yuvasından çıxara bilən sözlərinə az da olsa inanmağa başlamışdılar, odur ki, üzlərində, gözlərində bu “zavallı” qadına görə məyusluq hiss olunurdu. Lakin həm müəllimi, həm rəisi olan, həm də dünyanın ən doğru-dürüst adamlarından hesab elədiyi Sübhan Poladovun heç vaxt ədalətsizlik eləmədiyini bilən Zülfüqar, qadının saxta göz yaşlarına, süni ifadələrinə qətiyyən inanmırdı, odur ki, günahsız insanara qarşı olduqca rəhmli olan ürəyindən indi daş asılmışdı.
Gülşən, Zülfüqardan başqa polislərin üzüçünü də inandırmışdı və bunu hiss elədiyi üçün niqabının üstündən bir niqab da örtdü:
-Mən şübhə eləmirəm ki, polislərin arasında haqq sevən, qeyrətli, namuslu oğlanar var. Mən onlara gücənəcəyəm, buna görə də əminəm ki, həmin polislər məni düşdüyüm böhtandan hökmən xilas edəcəklər.
Gülşəndən bu sözləri eşidəndən sonra Zülfüqarın yanında oturan polis çavuşu artıq dilini kilidləyə bimədi:
-Bəlkə bu qadının doğurdan da heç bir günahı yoxdu?! Onu yalnış olaraq yaxalamışıq?!
Zülfüqar ona baxmadan dilləndi:
-Görüntüləri sən də gördün!
Çavuş ani olaraq yola baxıb üzünü Zülfüqara tərəf çevirdi:
-Gördüm, əlbəttə gördüm! Amma bu görüntülər bu qadının rəisimiz Sübhan Poladova qarşı sui-qəsddə əli olduğunu yüz faiz subuta yetirmir. Görüntülərdə o cani ilə sadəcə olaraq söhbət eləyir. Bu isə bu qadının həbs olunmasına heç bir əsas vermir. Cani ilə hər kəs söhbət eləyə bilərdi.
Gülşən olduqca məharətlə niqablandığına rəğmən artıq özünə tərəfdar tapdığını görüb əvvəlki niqablarının üstündən daha qalın bir niqab taxdı:
-Ay sənə qurban olum, ay sənin başına dönüm. Ay səni yetirən torpağa qurban olum. Yoxdu, yoxdu mənim millətimdən, yoxdu, yer üzündə tayı-bərabəri yoxdu mənim millətimin. Bilirdim, bilirdim ki, haqqı müfadiə eləyənlər hökmən tapılacaq. Çünki bu böyük xalq özü heç vaxt haqqı-nahaqa verməyib. Ayağının altında ölərəm övladım. Bu maşını sürən oğlanı yaxşı-yaxşı başa sal, qoy o da başa düşsün ki, mən günahsızam. Daha məni şöbəyə aparmasın!
Zülfüqar yenə ona əhəmiyyət vermədən ani olaraq çavuşa baxıb üzünü yola çevirdi:
-Mən neçə ildi Sübhan müəllimi tanıyıram və onun iş üslubuna yaxşı bələdəm. O, heç vaxt səhv eləmir və cinayətkarları heç vaxt bağışlamır. Çox yox, uzaqbaşı yarım saatdan sonra bu qadının əsl simasını görüb, boş yerə xərclədiyin mərhəmət hissinə görə özünü qınayacaqsan!
Bundan sonra maşının salonunun içinə bir sakitlik çökdü və belə ki, artıq dil-dil ötməyinin heç bir faydası olmadığını görən Gülşən də susdu.
Yarım saatdan sonra isə cani qadının saxta sözlərinə aldandığı üçün qəlbində ona qarşı mərhəmət hissi oyanan polis çavuşu, Gülşənin tərcümeyi-halı ilə tanış olaraq, onun on dörd il bundan qabaq günahsız bir yeniyetməni öldürtdüyünə və ifşa olunmasın deyə uşaqğın qatilinə zəhər verib öldürdüyünə görə on dörd il azadlığdan məhrum olduğunu öyrənəndən sonra Poladova qarşı hazırlanmış sui-qəsdin məhz onun tərəfindən hazırlandığına əmin olub həqiqətən də özünü qınayaraq əbləh adlandırırdı.
Poladov isə Gülşəni dindirmədən ona belə dedi:
-İndiyə qədər həbsə aldığım cinayətkarları bir neçə sıraya bölmək olar. Sən onların ən dəhşətləlilərindənsən. Ona görə də sənin cəzan da dəhşətli olmalıdı. Qadın həbxsanasının yeni rəisi mənim yaxın tanışımdı. Ona tapşıracağam ki, səni məhkəmə salonundan qadın həbsxanasına aparandan sonra səni “Ataman”ın yanına saldırsın və Atamana desin ki, Poladov onun bu qadının üstündə qayda-qanunsuz məşqlər aparmağını istəyir. Ataman qadındı, lakin Azərbaycanda ən məhşur qabadayısıdı. Özü də onu şəxsən mən özüm tutub damladığıma baxmayaraq mənim xatirimi çox istəyir. Qoy o, sənin anadan əmdiyin südü burnundan qətrə-qətrə gətirib töksün! Lakin bunu da bil ki, bu dəfə daha özünü iflic vurmuş kimi aparsan, artıq sənə kimsə inanmayacaq. Həm də artıq mənim tələbimlə həm həbsxanada. Həm də həbsxananın xəstəxanasında, rüşvətlə, tapşırıqla, yerlipərəstliklə, qohumbazlıqla işləyən həkimlər deyil, tibb elmini çox gözəl bilən, əsl xəstə ilə, yalançını o saniyə ayırd eləyə bilən tibb işçiləri çalışır. Get, o biri dünyada cəhənnəm əzabı çəkməmişdən, bu dünyada da cəhənnəm əzabı çək ki, ağlın başına gəlsin!
Poladov bunu deyib qapıda dayanan çavuşa işarə elədi və çavuş dərhal Gülşəndən yapışıb onu biradamlıq kameraya apardı.
ŞƏKƏR FABRİKİ
Məscidlər müsəlmanların ibadətfagı, səcdəgahıdır. İbadətlə məşğul olan müsəlmanlar imkaları daxilində beş vaxt, on yeddi rikət namazlarını məscidlərlə qılarlar. Bundan başqa məscidlərdə din xadimləri tərəfindən xütbələr oxunar, İslam dinin kökləri, budaqları, İslam əxlaqı haqqında məlumat verilir, Ramazan, Qurban bayramları mərasimləri keçirilir, Azərbaycandakı məscidlərdə isə üstəlik məhərrəm və səfər aylarında İmam Hüseyn əleyhəssalam əzadarlıqları, təziyələri, Kərbəla müsibəti ilə əlaqədar Aşura axşamları və Aşura günləri hüzün mərasimləri keçirilir. Bir sözlə məscidlər hələ sevgili Peyğəmbərimiz Həzrəti Muhəmməd əğleyhəssalatu vəssəlləmin şərəfinə Mədinə şəhərində “Məscidül-Nəbi” inşa olunandan müsəlmanların təkcə ibadətgahına, səcdəgahına deyil, İslam dini ilə, İslam fəlsəfəsi ilə, İslam tarixi ilə maariflənməsinə xidmət edir.
Oqtay artıq neçə il idi, daha doğrusu hərbi xidmətini “Murovdağ”da çəkib qayıdandan sonra ibadətlə məşğul olurdu və on yeddi rikət namazını imkanı daxilində məscidlərdə qılırdı. Hər gün vaxtında sübh namazına duran Oqtay vaxt itirmədən dəstəmaz alıb evlərindən təxminən beş yüz metr aralıda yerləşən məscidə yüyüb iki rikət namazını qılar, günortalar işdə olduğu üçün fasilə zamanı öz iş otağında “Zühr” və “Əsr” namazlarını qılar, axşamlar isə işdən dönəndən sonra yenə evlərinin beş yüz metrliyində yerləşən “Sarı məscid”ində “Şam” və “Xüftən” namazlarını qılardı. Oqtay “şiə” məzhəbindən idi və Peyğəmbərin Əhli-Beytinə olduqca dərin bir məhəbbəti olduğu üçün İmam Hüseyn əleyhəssalam əzadarlıqlarında hökmən iştirak edər, Ramazan ayında “Əhya” gecələrində, “Qədr” gecəsi səhərə qədər oyaq qalıb Allaha həmd-sənalar, şükürlər, zikllər, dualar edər, Aşura günlərində Kərbəla şəhidləri üçün göz yaşı töküb zəncir vurmaqdan belə çəkinməzdi.
Artıq illər idi ki, qəlbi, ruhu Uca Yaradanla, Onun sevdikləri ilə qırılmaz tellərlə bağlı olan Oqtay hər gün xüsusilə məsciddə namaz qılmaqdan, Uca Allaha dualar eləməkdən, dini mərasimlərdə, qəndillərdə iştirak eləməkdən, Ramazan ayında düz bir ay oruc tutmaqdan və müqəddəs Quranı gündə bir cüz, yəni iyirmi səhifə oxumaqdan doymazdı.
Bütün bunlardan əlavə Azərbaycan Elmlər Akademiyası Məhəmməd Füsuli adına Əlyazmalar İnsitutunda böyük elmi işçi kimi çalışan və ərəb, fars dillərini mükəmməl bilən Oqtay, ilahiyyat alimlərinin yazdıqları olduqca vacib olan kitabları oxmağı dini cəhətdən savadını artırmağı çox sevirdi. Belə ki, cavan olmağına baxmayaraq az qala əsil ilahiyyatçı alim qədər savadı və elmi var idi.
Fəqət hər gecə yatmamışdan qabaq ən azı bir saat mütaliə eləməyi, imkanı daxilində internetdə dini saitlərdən bilmədiklərini öyrənməyi ona yetmirdi, belə öyrəndikcə öyrənmək istəyən bu əxlaqı tay-tuşlarına nümunə ola biləcək cavan “Sarı məscidi”n də axundunun və bura qonaq kimi dəvət almış din xadimlərinin möizələrinə də qulaq asıb yenə nəsə təzə bir şey öyrənmək istəyirdi.
Lakin son zamanlar axşamlar Oqtay “Şam” və “Xüftən” namazlarını qılmaq üçün “Sarı məscid”ə gələrkən burdakı mənzərə onu qətiyyən açmırdı. Çünki azərbaycanlıların qanına susamış, azərbaycanlılara qarşı qətliyamlar törətmiş, Azərbaycanın əzəli torpaqlarını işğal etmiş ermənilərə deyil, 1918-ci ildə Azərbaycanı işğaldan və Azərbaycan xalqını tamamilə qırılıb qurtarmaqdan xilas etməkdən ötrü Azərbaycana gələn, bu torpaqda minlərlə şəhid verən Anadolu türklərinə qarşı fitnələr, böhtanlar səslənməyə başlamışdı. Məscidə yeni təyin olunmuş Hacı Rasim 170 kiloqramlıq piyli cəmdəyinə rəğmən fısıldaya-fısıldaya Türkiyə türklərini sünni adlandıraraq, şiələrin qatı düşməni elan edir, ağlına gələni uydurub onsuz da İslami cəhətdən maarifi yox dərəcəsində olan insanlarda Türkiyə türklərinə qarşı nifrət yaradırdı.
Bu gün isə “Şam” və “Xüftən” namazlarından sonra Hacı Rasim lap coşmuşdu. O, müqəddəs Qurani-Kərimin,-“Dünyada ən iyrənc səs uzunqulağın səsidir”,-mübarək ayəsində deyildiyi kimi səsinin yoğun yerinə salıb var gücü ilə bağırırdı:
-Onlar bizim düşmənlərimizdi. Onlar dinsiz mürtədlərdir. Onlar İslam dinini gözdən salırlar. Hamısı münafiqdi. Onlarda hər şey saxtadı. Onlar zalım və qəddardılar. Onlar hər bir şiənin başını kəsmək istəyirlər və imkan düşdükcə ya gizli, ya da açıq-aşkar bunu eləyirlər. Onlar tarix boyu şiələrə badalaq vurmuşlar, daim sui-qəsd törətmiş, imkanları daxilində şiələrə qarşı qətliyamlar həyata keçirmişlər. Biz onları öz həyatımızdan silməliyik. Onlardan tarix boyu biz şiələrə yalnız ziyan gəlib. Çoxları da bilirlər ki, sünnilərin quyruğu var. Türklər isə hamısı sünni olduğu üçün hamısının quyruğu var deməli. Kimlərsə yalandan uydurur ki, guya türklər 1918-ci ildə bizi daşnakların bizə qarşı qətliyamdan xilas eləməyə gəliblərmiş. Bu ağ yalandır. Onlar bilirsiz bura niyə gəlmişdirlər?! Bizim neftimizi, başqa sərvətlərimiz ələ keçirməyə. Amma iştahları ağızlarında qaldı, çünki heç nə əldə eləyə bilmədilər. Lakin bunun əvəzində daşnakların öldürtdüklərindən də çox bizimkiləri öldürdülər. Əslində əsil soyqırımı daşnaklar yox, türklər bizə qarşı törətmişdilər. Bunu sovet dövrü bizim yazıçılarımız, şairlərimiz də öz əsərlərində yazıb. Əgər mənə inanmırsızsa, Qılman İlkinin “Şimal küləyi” romanında bunu oxuya bilərsiz. Odur ki, ehtiyatlı olmaq lazımdır. Buna görə də biz dostlarımızdan möhkəm yapışmalıyıq.
Hacı Rasim bu yerdə səsini yavaşıtdı:
-Kimdi bizim dostlarımız?! Bilirsizmi?! Özünüz yaxşı bilirsiz, kimdi bizim dostlarımız, çox yaxşı bilirsiz. İzaha ehtiyac yoxdu. Mən düz on beş il ilahiyyat təhsili almış, gecəsini-gündüzünü ibadətlə keçirən, halal zəhmətlə qazandığı pulun doxsan faizini zəkat verən..
O. qəfildən sözünə ara verib hönkürtü ilə ağlamağa başladı və bir xeyli ağlayandan sonra göz yaşları içində sözünə davam elədi:
-Axı onların, o bədbəxtlərin halına biz yanmasaq, kim yanacaq?! Biz onların ac qarnını doyuzdurmasaq, kim doyduracaq?! Biz onları qırx arşın zülmət quyunun dibindən çəkib çıxarmasaq, kim çıxaracaq?! Mən burda fond açmışam mənim əzizlərim, xeyriyyə fondu.. Kim cəhhənəmi deyil, behişti qazanmaq istəyirsə, imkanı daxilində bizim fonda pul keçirsin. Xahiş edirəm, çox xahiş edirəm sizdən, gəlin köməkləşək, o, acından cürbəcür xəstəliklərəmübtəla olan insanlara, o cümlədən ehtiyac içində yaşayanlara, pis insanlar tərəfindən zülmə məruz qalanlara, əlillərə, zəlillərə kömək eləyək. Bu savabdır mənim əzizlərim, çox savabdır. Bu həm də ona görə bizə lazımdır ki, biz özümüzün saxtakar, yalançı, münafiq, şarlatan deyil, əsil mömin bir müsəlman olduğumuzu düşmənlərimizə nümayiş etdirək. Qoy onlar bizim bu saleh əməllərimizdən xalət çəksinlər və özlərinin məhz cəhənnəm sakinləri olduqlarını nəhayət ki, başa düşsünlər..
Hacı Rasim bu yerdə yenə sözünə ara verib bir qədər sonra dilləndi:
-İnsanları İslami cəhətdən maarifləndirməkdən ötrü canını qoyan, yıxılanın əlindən tutan, özü ac qalıb yeməyini aca yedizdirən işıqlı bir bir iman sahibi olaraq sizə deyirəm. Bizim dostlarımız şiə məzhəbinin cəfakeşləri, bayraqdarları, qoruyucuları, tək bizim deyil, dünyadakı bütün şiələrin qoruyucuları o təqva sahibləridir. Odur ki, biz daim onların bayrağını başımız üstə qaldırmalı, onların tərtib etdiyi şüaları oxumalıyıq. Bax bu zaman bizim üçün behiştin qapıları açılacaq, biz dünyamızı dəyişərkən behiştin ən gözəl yerində uyuyacağıq.
Oqtay bu yerdə artıq özünü saxlaya bilməyib Hacı Rasimə belə bir sual verdi:
Hacı, əgər mümkünsə deyə bilərsiz ki, Vazeh Türkü kim olub?
Hacı Rasim, Vazeh Türkinin kim olduğunu bilmirdi. Odur ki, sağ əlini yellədi:
-Mən belə mənasız sulların cavabını bilmirəm və bilmək istəmirəm. Əgər xalq üçün vacib olan məsələlər haqqında sualın varsa, buyur.
Oqtay sakitcə dilləndi:
-Siz Kərbəla müsibətindən çox danışırsız, amma Vazeh Türkünü tanımırsız. Vazeh Türkü İmam Hüseyn əleyhəssalamın səhabələrindən biri olub və Kərbəla müsibəti zamanı lənətə gəlmiş Yezidin qoşunundan yetmiş nəfəri öldürəndən sonra şəhid olub.
Hacı Rasim bunu eşidən kimi səsini ucaltdı:
-Bu kiminsə uydurmasıdır. Orda belə bir adam olmayıb.
Oqtay yenə təmkinini pozmadan dedi:
-Yaxşı onda mənim sizə başqa bir sualım var?! “Fəth” surəsinin 29-cu ayəsində Uca Allah buyurur:
-“Muhəmmədun Rəsulillhi vəlləzinə məəhu əşiddəu ələlkuffəri ruhməu bəynəhum tərəhum rukkəən succədən yəbtəğunə fəzlə minallahi və rizvənə siməhum fi vucuhihim min əsəri succud.” Deyirsiz on beş il ilahiyyat dərsləri almısız. Bunu bizim üçün tərcümə eləyib mənasını anlada bilərsizmi?
Əslində İslam dinindən, eyni zamanda müqəddəs Qurani-Kərimdən tamamilə anlayışı olmayan Hacı Rasim, Oqtayın bu sualından sonra sadəcə olaraq quruyub qaldı və nə cavab verəcəytini bilmədiyi üçün möhkəm bir əsəbilik içində dilini-dodağını çeynəməyə başladı.
Oqtay isə yenə təmkinini pozmadı:
-Mübarək ayənin tərcüməsi belədir;”Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandılar. Onları həmişə ruku və səcdə halında daim Allahın lütf və bəxşişini diləyən görərsən.” Güclü ilahiyyat təfsirçilərinə görə bu mübarək ayə bilavasitə sevgili Peyğəmbərimiz Həzrəti Muhəmməd əleyhəssalatu vəssələmin pak Əhli-Beytinə aiddir.
Oqtay bunu deyib iki addım irəli gəldi:
-Sizin nə müqəddəs Qurani-Kərimdən, nə də ilahiyyat elmindən xəbəriniz yoxdu. Deməli sizin məqsədiniz xalqı İslam dini ilə maarifləndirmək deyil, siz burda xalqı, burda ibadət eləməyə gələnləri bizə qırılmaz tellərlə bağlı olan qardaşlarımız olan türk millətinə qarşı fitvalayırsız, insanlara İslam ehkamlarını, İslam əxlaqını başa salmaq əvəzinə fitnə-fəsad törədirsiz. Ən çətin anlarda Azərbaycan xalqının yanında olmuş türk xalqına sünni libası geyindirib, şiəlik pərdəsi altında böhtanlar yağdırırsız. Həm də utanıb-çəkinmədən Azərbaycan xalqının şərəfi, namusu-qeyrəti olan üç rəng bayrağımızın əvəzinə, hansısa həmişə xalqımıza qarşı gizli-gizli təxribatlar aparan düşmənlərin bayrağını burda ucaltmaq istəyirsiz.
Hacı Rasimi “Sarı məscid”də ibadətə gələn yüzlərlə insanın qarşısında mat və ifşa eləyən Oqtay, bu axşam da məsciddən pərişan döndü. Lakin evə girən kimi bütün ailəsinin, o cümlədən toylarından və Şəfəqin Sübhan Poladovun evinə gəlin köçməsindən sonra ilk dəfə olaraq Nəcməddinlə birlikdə ata evinə qonaq gəlmiş Şəfəqin, televizorun ətrafına yığışıb Azərbaycanın üç rəngli bayrağına həsr olunmuş verilişə baxarkən, gözəl səsli bir aktyorun bayrağımız haqqında oxuduğu şeiri dinləyəndən sonra məyusluğu tamamilə keçib getdi. Bayrağa həsr olunmuş şeir isə bu şəkildə idi:
Bu bayrağa Peyğəmbər azanı hopmuş,
Bu bayrağa şəhidimin qanı hopmuş,
By bayrağa qoca türkün şanı hopmuş.
Bu bayraq daim Allaha səcdədədir,
Əbədi hürriyyətə peymanədədir.
Ucaldıqca ucalacaq ərşə kimi,
Sancılacaq düşmənə bir tişə* kimi.
Üfüqlərdə bərq vuracaq günəş kimi.
Hər bir zaman bir az da yüksəlmədədir,
Əbədi hürriyyətə peymanədədir.
Tariximin yazarıdır bu bayrağım.
Azadlığın timsalıdır bu bayrağım.
Düşmənimin məzarıdır bu bayrağım.
Ay-ulduzun əksi bu dürdanədədir,
Əbədi hürriyyətə peymanədədir.
Məhşərə tək enməyəcək bu bayrağım,
Sevda ilə açılacaq hər sabahım.
Haqqdan gəlmiş, haqqdan yanan bu çırağım.
Ol səbəbdən hər şeydən daha öndədir,
Əbədi hürriyyətə peymanədədir.
(*”Tişə* Keçmişdə müəslman aləmində ucu sivri, iri döyüş baltasına deyilirdi”-müəllif.)
* * *
Bu romanın birinci hissəsindən tanıdığımız Qabil, Sübhan Poladov onu cəza müddəti başa çatmamışdan həbsxanadan azad elətdirəndən sonra artıq neçə müddət idi ki, Poladovun tapşırıqlarını yerinə yetirməklə bərabər, şəkər və şəkər tozu istehsal eləyən fabrikdə işə düzəlmişdi. Bu olduqca böyük bir fabrik idi və burda istehsal olunan şəkər, tək respublikanın dükanlarında satılmırdı, bir neçə xarici ölkəyə ixrac olunurdu. Bu fabrikin təxminən beş yüzə yaxın işçisi var idi ki, Qabil də onlardan biri idi. Burda işə düzəlmək istəyərkən fabrikin dəhlizində fabrikin müdiri Qənimət onu görəndə, onun cılız qamətinə ağız büzmüş və ;-“Axı sən burda nə iş görə bilərsən, burdakı şəkər kisələrinin elə çəkisi qırx kiloqramdır”,-demişdi. Lakin bu sözdən heç xoşlanmayan Qabil əvvəlcə elə yerindəcə yuxarı tullanaraq havada mayallaq vurmuş, yerə düşəndən sonra isə yaxınlığda qoyulmuş çəkisi həqiqətən də qırx kiloqram olan şəkər kisəsini başının üstünə bir neçə dəfə qaldırıb endirmişdi. Bunu heyrətlə qarşılayan müdir başını məmmunluqla tərpədmiş və ondan sənədlərinin hazır olduğunu soruşmuşdu. Qabil dərhal sənədlərini, şəxsiyyət vəsiqəsini təqdim etmiş, Qənimət onları gözdən keçirib, onu dərhal fəhlə kimi işə götürmüşdü. Bir sözlə fabrikə əvvəllər sadəcə olaraq fəhlə kimi işə düzələn Qabil, zaman keçəndən sonra bir vaxtlar Azərbaycan Texniki Universitetində təhsil aldığı üçün avtomatikanın qanunlarından başı çıxdığından, cırtdan boylu olduğuna baxmayaraq, əmək qabiliyyəti nümunəvi olduğundan onu fəhləlikdən sex ustasına yüksəltmişdilər. O, bu sexdə dünya şöhrətli, zəmanənin ən dəyərli alimlərindən olan, azərbaycanlı alim Lüfvü Ələsgərzadənin “qeyri-səlist-məntiq” nəzəriyyəsi əsasında fəaliyyət göstərən cihazlardan əla baş çıxardığı üçün, hər gün səhər onları təkrar-təkrar gözdən keçirir və hər şeyin qaydasındsa olduğunu görəndən sonra işçilərə dəzgahları işə salıb çalışmalarına icazə verirdi. Burda yaxşı maaş alırdı Qabil, ayda altı yüz manat. Bu da onun dolanacağına bütünlüklə bəs edirdi. Bir uşaq payı yediyindən aza qane olan, hava nə qədər soyuq olsa belə, yaşadığı evi o qədər də qızdırmağı sevməyən, bir sözlə işığa, qaza, suya qənaət edən, sexdə çalışdığı zaman belə üst-başını çirklənməyə qoymayan, eyni zamanda bir ayaqqabını ən azı beş il geyməyi bacaran bu adam, həbsxanada oturandan sonra həyatı əməlli-başlı dərk eləməyə başladığından xasiyyətcə çox dəyişmiş, ac, ehtiyac içində olan insanların nələr çəkdiyini başa düşmüş və bir ay müddətində sexdə qazandığı puldan imkanı daxilində ağır vəziyyətdə yaşayan insanlara əl belə tutmağa başlamışdı.
Üç ildən artıq idi bu fabrikdə çalışırdı valideynlərini çoxdan itirmiş, tək-tənha yaşayan Qabil. Lakin o, bununla yanaşı gizli şəkildə Sübhan Poladovun məxsusi bir agenti idi. Poladov onu hələ Rəvanəni yaxalamaqda fəal iştirak elədiyi vaxtdan Cinayət Axtarışları Şöbəsinin xüsusi agentinə çevirmişdi. Belə ki, Qabil bu müddət ərzində bir neçə caninin ələ keçməsinə vasitəçi olmuşdu. İşdən sonra, eyni zamanda bazar günlərində əsasən Bakı şəhərinin ucqar küçələrində yerləşən qutabxanalarda çox xoşladığı ət qutabı, xaşxanalarda mal ayağından bişirilmiş xaş yeyən, eyni zamanda bilavasitə gənclərin bir qisminin narkotik qəbul elədiyi məhəllələrdə dolaşan və balaca boyuna rəğmən kimsədə şübhə oyatmayan Qabil, narkotik satanların yerini öyrənib Poladova xəbər verməklə yanaşı, cinayət axtarışında olan bir necə caninin gizli yuvasını tapıb Poladova məlumat çatdırmışdı.
Bütün bunlara görə Cinayət Axtarışları Şöbəsindən pulla mükafatlandığı zaman, adığı pulların hamısını talasamiya xəstələri üçün xüsusi fonda keçirmiş və bu barədə kimsəyə bildirməmişdi vaxtilə oğurluq üstündə həbsxanada oturan Qabil.
Bir sözlə məhz həbsxanada oturandan bəri düşüncəsi, fikirləri tamamilə dəyişən Qabil, üç il idi şəkər istehsal olunan fabrikdə çalışırdı və halal zəhməti ilə para qazandıqca da ruhu daha da işıqlanır, insanların evlərini cürbəcür vasitələrlə yıxanlara qarşı nifrəti daha da artır, insanların evlərini intəhasız eşq ilə tikənlərə qarşı hörməti, məhəbbəti daha da artırdı.
Bu gün də adi iş günlərindən biri idi və səhər tezdən sexdəki dəzgahları diqqətlə gözdən keçirən Qabil adəti üzrə siqaret çəkmək üçün sexin qapısından dəhlizə çıxdı. Əslində bu bir dəhliz deyildi, öz növbəsində uzun və enli bir sex idi. Lakin Qabilin işlədiyi sexdən və ümumiyyətlə bütün sexlərdən bayıra yol burdan keçdiyindən fəhlələr bura dəhliz deyildilər.
Qabil siqaretini elə təzəcə alışdırmışdı ki, fabrikdəki fəhlələr İmişlidən gələn şəkər çuğunduru kisələrini, yük lifti işləmədiyindən, pillələrlə qaldırıb dəhlizin bir küncünə yığmağa başladılar. Belə ki, bura yığılandan sonra kisələr tərəzidə çəkiləcək, sayılacaq, bundan sonra şəkər istehsal olunmaq üçün sexlərə paylanacaqdı.
Qabil üç il idi ki, tez-tez bu kisələrlə rastlaşırdı və sexlərə paylanandan sonra, işlədiyi sexdə onların ağzını məhz özü açırdı. İndi də siqaret çəkə-çəkə hər gün gördüyü kisələrə yüngülcə nəzər yetirdi. Kisələrin üstündəki ekiketkalar eyni idi. Onlarda belə yazılmışdı; “İmişlidən sizə şirin töhvələr”.
Qabil kisələrin üstündəki yazılara ötəri nəzər salıb həmişəki kimi yüngülcə gülümsədi. Lakin kisələrdən bir neçəsinin üstündəki yazıya gözü sataşanda özündən asılı olmayaraq sağ qaşı yuxarı qalxdı. Bu kisələrin üstündə xırda hərflərlə, özü də əl ilə bu sözlər yazılmışdı; “İmişlidən təzə, sərin töhvələr”.
Bu yazı Qabilin diqqətini çəkdi, odur ki, özündən asılı olmayaraq ora yaxınlaşıb təkrar-təkrar həmin kisələrin üstündəki yazını oxudu. Lakin onun bu cür maraqlanmasına səbəb tək bu olmadı. Bu kisələrin həcmi də o birilərlə uyğun gəlmirdi. Bunlar o birilərə nisbətən böyük kisələr idi və məhz bu onu şübhəyə saldı. Odur ki, bir qədər gözləyib kisələri gətirən fəhlələrin yenə yük dalınca getdiyini görüb, kimsənin onu görməyəcəyinə əmin olandan sonra siqaretini söndürüb zibil qabına atdı və yaxınlaşıb həmin kisələrdən birini başının üstünə qaldırdı. Kisə həcmcə böyük olsa də, çəkidə o birilərdən xeyli yüngül idi. O, kisəni yerə qoyub əi ilə yoxladı. Kisənin içindəkilər şəkər çuğunduru deyildi. Üç il idi şəkər çuğundurlarını əlinə götürürdü Qabil, amma indi onun əli şəkər çuğunduru kimi möhkəm çuğundurlara deyil, xeyli yumuşaq mala dəyirdi. Bu səbəbdən də əmin idi ki, kisənin içindəkilər şəkər çuğunduru deyil. Tamamilə əmin omaqdan ötrü üstündə həmin yazı olan o biri kisələrdən bir neçəsini də yoxladı. Onların da içindəki ilk olaraq yoxladığı kisədəki kimi şəkər çuğunduru deyildi. Deməli bu kisələrin içində hansısa bir müəmma var idi.
Lakin ona burda çox durmaq olmazdı. Odur ki, yenidən bir siqaret yandırıb damağına qoydu və işlədiyi sexin qapısı ağzına gəlib siqaretini çəkməyə başlayaraq burda işə girəndən bəri dəfələrlə rastlaşdığı beş nəfəri yadına saldı. Bu adamlar səhər tezdən fabrikə gəlir, nə öz aralarında, nə də bir-birilə kəlmə kəsmir, nahar fasiləsi zamanı nə bufetdə, nə yeməkxanada görünmür, axşam iş saatı bitəndə yenə burunlarını sallaya-sallaya fabriki tərk edirdilər. Lakin Qabili təəcübləndirən bu adamların sanki başqa planetin sakinləri olmaları deyildi, məsələ burasında idi ki, onlar Qabilin fabrikdə gördüyü sexlərin heç birində çalışmırdılar. Səhərlər hardasa qeyb olur, axşamlar görünür və fabriki tərk edirdilər.
Bu müəmmalı fikirlər Qabili düşündürərkən fabrikin müdiri Qənimətin müavini Qara Teymur, bir neçə fəhlə ilə göründü. O, diqqətlə kisələri gözdən keçirib bir-bir tərəzidə çəkməyə başladı və şübhəli kisələri tərəzidə çəkməyib o birilərindən ayırdı, sonra üzünü fəhlələrə tutub içində şəkər çuğundarları olan kisəsləri göstərdi:
-Daşıyın sexlərə!
Fəhlələr kisələri arabalara qoyub sexlərə daşımağa başladılar. Qabil, Qara Teymur ondan şübhələnməsin deyə işlədiyi sexə girdi. Bir qədər sonra fəhlələr onun usta olduğu sexə də on beş ədəd şəkər çuğunduru kisəsi gətirdilər. Qabil onlara kisələri sexin sağ küncünə yığmalarını göstəriş verdi. Fəhlələr kisələri onun göstərdiyi yerə qoyub sexdən çıxdılar.
Fəhlələr sexdən çıxandan bir az sonra Qabil yenə sexin qapısından çıxdı. Kimsə görünmürdü. O, irəli gəlib təxminən səksən metr uzunan dəhliz boyu baxdı. Fəhlələrdən biri Qara Teymurun nəzarəti altında bir neçə kisəni arabaya qoyub aparırdı və dəhlizin sonuna çatandan sonra sağa tərəf buruldu. Qabil əmin idi ki, bu həmin kisələrdir. Odur ki, olduqca ehtiyatla onların arxasınca hərəkət elədi. Bir qədər sonra onlar dəhlizin sonuna yetdilər və Qabil ehtiyatı əldən verməyərək onların döndüyü nazik, uzun dəhlizə nəzər etdi. Bir qədər sonra onlar bu ən azı yetmiş metr uzunluğunda olan dəhlizin də sonuna çatıb kisələri arabadan boşaltdılar, Qara Teymur fəhləyə nəsə deyib aşağı endi və fəhlə kisələri bir-bir pillələrlə aşağı endirməyə başladı.
Fəhlə növbəti dəfə kisələrdən birini götürüb pilələrlə enməyə başlayan zaman Qabil sürətlə yüyürə-yüyürə nazik, uzun dəhlizin sonuna istiqamət götürdü və ora çatan kimi üzü aşağı baxdı. Burda, pillələrin birdiyi yerdə bir qapı var idi. Qara Teymur qapının ağzında dayanmışdı və fəhlə kisəni açıq qapıdan içəri apardı. Qabil kisələrin hara daşındığını bilən kimi cəld başını geri çəkdi ki, onu görməsinlər.
Bundan sonra Qabil yüyürərək geri qayıtdı. Bir qədər sonra o işlədiyi sexdə idi və Poladovla əlaqə saxlamaq üçün iş saatının bitməyini gözləyirdi.
Düz saat altı tamamda fabrikdə iş saatı bitən kimi o xalatını çıxarıb, pencəyini geyindi və iti addımlarla fabriki tərk edib xəlvət bir yerə gələrək Poladova zəng vuraraq məsələdən onu hali elədi.
Poladov onu diqqətlə dinləyəndən sonra həmin kisədəkilərin şəkər çuğunduru deyil, geroyin emal eləməkdən ötrü narkotik maddələr olduğuna əmin olduğuna baxmayaraq, həmişə Uca Allahına tapınıb səbr ilə iş görməyi sevdiyindən, narkotik istehsal eləyən caniləri sadəcə olaraq fabrikdə axtarış aparmaqla deyil, dəlillərlə, subutlarla yaxalamağa qərar verdi. Çünki qırx illik təcrübəsinə rəğmən bilirdi ki, bu cür “axtarışlar” bəzən nəticəsiz olur və çirkin işlər görənlər elə kələklər qururlar ki, özləri necə deyərlər sudan quru çıxır, lakin polisləri pis vəziyyətdə qoyurlar. Onlar çox zaman “ağ ölüm” istehsal eləyən aparatlarına elə qıfıllar vururlar ki, açılması olduqca müşgül olur və bununla yanaşı istehsal elədikləri zəhəri elə məharətlə gizlədirlər ki, ən mahir xəfiyyə gəlsə belə bunu aşkarlaya bilmir.
Bu səbəbdən də Qabil, Poladovdan belə bir tapşırıq almışdı:
-Qətiyyən tələsməyəcəksən. Məqamın yetişməsini gözləyəcəksən, yoxsa hər şey alt-üst olar və yüz faiz əmin olandan sonra bacardığın qədər zirək tərpənəcəksən. Sənin zirəkliyinə, tədbirlə iş görə biməyinə çox inanıram. Diqqətli ol! Həmin gizli sexin yaxınlığında kimsə olmadığı zaman sənə verdiyim kiçik kameralardan birini sexin qapısı ilə üzbəüz bir yerə yerləşdir. Lakin elə yer seç ki, kimsə görməsin! Bu ona görədir ki, onlar bir də o qapını açarkən kamera bunu görüntüyə alsın ki, biz burda görüntünü böyüdüb sexin qapısının şifrələrini öyrənənək! Sənin bunu eləməyinə inanıram! Ən əsası odur ki, qətiyyən tələsmə!
Bu səbəbdən də imkan tapıb gizli sexin qapısı ilə üzbəüz bir yerə kiçik kamera yerləşdirən Qabil qətiyyən tələsmirdi. Yenə hər gün səhər səkkiz tamamda işdə olur, axşam altı tamama qədər çalışır, iş rejimi başa çatandan sonra xalatını soyunub pencəyini və yaxud gödəkçəsini geyinib qutabxanalarda, xaşxanalarda şam eləyir, sonra şəhərin ucqar məhəllələrtini dolaşır və nəhayət təxminən gecə saat on tamamda artıq yatmaq üçün Fatmayı bağlarındakı evinə yollanırdı.
Həmin əhvalatdan düz bir həftə sonra tikiş fabrikinə yenə İmişlidən yeni şəkər çuğunduru kisələri gəldi. Qabil bundan xəbər tutan kimi elə işlədiyi sexin qapısının ağzından izləməyə başladı. Çirkin işlər görənər yenə bir həftə bundan qabaqkı kimi hərəkət elədilər və içində şəkər çuğunduru olan kisələr sexlərə paylanandan sonra beş müaəmmalı kisə arabaya qoyulub gizli sexə aparıldı.
Bu əhvalatdan bir həftə sonra fabrikə başına uzunsov molla papağı qoymuş, olduqca şişman, nəhəng bir adam gəlməyə başladı. Qabil artıq üçüncü dəfə idi ki, onu burda görürdü. O, əlində diplomat çanta fabrikin qapısından içəri girən kimi fısıldaya-fısıldaya pillələrlə ikinci mərtəbənin dəhlizinə qalxıb fabrikin müdiri Qənimətin kabinetinə girirdi. Siqaret çəkmək üçün sexdən dəhlizə çıxan, əvvəllər ona əhəmiyyət verməyən Qabil, bu dəfə geyimi molla geyiminə oxşayan bu şişman adamın bura nəyə görə gəldiyinə təəcüb etdi və bu dəfə guya dəhlizdə gəzişirmiş kimi özünü aparıb fabrikin müdiri Qənimətin kabinetinə yaxınlaşıb sakit addımlarla kabinetə yaxınlaşıb ayaq saxladı. Kabinetin qapısı üstünə kupka vurulmuş dəmir qapı olduğu üçün içəridən heç bir səs eşidilmirdi. Odur ki, Qabil bir qədər dayanandan sonra kimsənin görməsindən ehtiyat edib geri döndü və siqaretə son qullab vurub zibil qabına atmaq istərkən molla qiyafəli adamın müdirin kabinetindən çıxdığını gördü. Qabil cəld siqaretin kötüyünü sexin qapısı yaxınlığındakı zibil qabına atıb üzünü tamamilə başqa səmtə çevirdi ki, şişman adam şübhələnməsin. Lakin şişman adam, Qabilk üzünü başqa səmtə çevirməmişdən ötəri olsa da ona tərəf nəzər etdiyi üçün onu gördü.
Bir qədər sonra şişman adam bir qədər sonra fabriki tərk etdi və olduqca səssiz addımlarla onun arxasınca küçəyə çıxan Qabil onun “96-96” nömrəli son model qəşəng avtomobilə minərək sürüb getdiyini gördü.
Maşın gözdən itəndən sonra Qabil dərhal mobil aparatını çıxarıb Poladova zəng etdi:
-Cənab polkovnik, indi bura şişman bir adam 96-96 nömrəli son model, təzə bir avtomobillə gəlmişdi. O, artıq üçüncü dəfədir ki, bura gəlir. Mən ondan şübhələndim.
Aparatdan Poladovun səsi eşidildi:
-Əhsən Qabil! İndi get işinlə məşğul ol ki, səndən şübhələnməsinlər. Axşam işdən sonra səninlə əlaqə saxlayacağam.
Qabil aparatını xəttdən ayırıb kəmərinə keçirdi və bu səfər iti addımlarla sexə qayıtdı.
Axşam işdən sonra Poladovdan ona zəng gəldi:
-O şişman adam “Sarı məscid”in axundu Hacı Rasimdir. Sən ibadətlə məşğul olursanmı?
-Bəli cənab polkovnik! Həbsxanada oturandan etibarən namaz qılmağa başlamışam.
-Əla! Sənə bir tapşırıq! Bir müddət axşamlar həmin məsciddə namazlarını qılıb sonra o biri tapşırıqları yerinə yetirəcəksən! Bu günlərdə aldığım məlumata o axund həmin məsciddə üç rəng bayrağımıza, eyni zamanda türk millətinə qarşı təbliğatlar aparır. Sən orda namazlarını qılacaqsan və onun çərənləmələrinə əhəmiyyət verməyəcəksən. Amma imkanın daxilində onun kimlərlə görüşdüyünə, kimlərlə əlaqə saxladığına göz qoyacaqsan. Diqqətli ol! Elə elə ki, kimsə səndən şübhələnməsin! Çalış özünü bir qədər avamlığa vur! O, axund fabrikə gələrkən səni görübmü?
-İki dəfə uzaqda olduğum üçün məni görməyib, amma üçüncü dəfə isə yanımdan ötərkən gördü deyəsən.
-Gərək elə eləyəydin ki, səni görməyəydi. Eybi yox, daha keçib. Amma bundan sonra yenə də o, fabrikə gələndə çalış daha səni görməsin, yoxsa şübhələnər. Gecən xeyrə qalsın!
Qabil özündən asılı olmayaraq başını tərpətdi:
-Xeyrə qarşı cənab polkovnik!
Ertəsi gün Qabil, Poladovun tapşırığına əsasən işdən çıxandan sonra yolüstü yeməkxanalardan birində yüngülcə şam eləyib, “Sarı məscid”ə yollandı. O, məscidin həyətində xüsusən dəstəmaz almaq üçün çəkilən su kranlarından birində dəstəmaz alıb, çəkmələrini çıxardaraq məscidə daxil oldu. Şam namazaına hələ bir qədər qaldığı üçün məscidin minarəsindən azan səsi eşidimirdi. Artıq məscidə şam namazını qımaqdan ötrü xeyli adam yığılmışdı və onlar azan səsinin gəlməsini gözləyirdilər. Odur ki, Qabil də məscidin pəncərələrinin birinin yanında dayanıb gözləməli oldu. Elə bu vaxt Hacı Rasim məscid binasına daxil oldu və ilk rastlaşdığı iki nəfər yüngül saqqal saxlamış cavanla salamlaşmadan belə dedi:
-Məgər siz bilmirsiz ki, şəhərdə iki-iki, üç-üç gəzməyi cənab Şulst qadağan eləyib?!
Cavanlar gülüşdülər və onlardan biri, nisbətən boyca balacası ona belə cavab verdi:
-On gün idi şəhərdən çıxmışdıq. Bir də ki, bu nə oyundur belə?! Bizdə cənab Şulstun xüsusi vəsiqəsi var.
Bundan sonra həm Hacı Rasim, həm də iki cavan bir-birinə qoşulub xeyli güldülər. Ələlxüsus da Hacı Rasim elə qəhqəhə çəkirdi ki, sanki məscidə deyil, sirkə, təlxəklərə tamaşa eləməyə gəlib. Elə bu vaxt məscidin minarəsindən azan səsi eşidildi, Hacı Rasim cibindən yaylıq çıxararaq gözlərinin yaşını silib namaz qılanlara pişnamazlıq eləməkdən ötrü minbərə tərəf getmək istədi, lakin gözü artıq yaxındakı qutudan möhür götürüb özünə namaz qılmaq üçün yer seçmək istəyən Qabilə sataşdı. O, bir neçə saniyə Qabilə nəzər salıb yanındakı cavan adama pıçıltı ilə dedi:
-Mən bu cırtdanı hardasa görmüşəm, amma heç cür yadıma sala bilmirəm?!
Cavan adam aşağı səslə dilləndi:
-Bu cırtdanboylular hamısı bir-birinə bənzəyir Hacı. Bəlkə sən bunu deyil, bir başqasını görmüsən?!
Hacı Rasim başını buladı:
-Yox-yox, mən əminəm ki, gördüyüm bu idi, özü də lap bu yaxınlarda, amma xatırlaya bilmirəm?!
Cavan adam əllərini yana açdı:
-Bunu xatırlamasan nə baş verəcək bəyəm?! Camaat səni gözləyir. Buyur irəli!
Hacı Rasim bir də artıq “iqamə” oxuyan Qabilə nəzər saldı və birdən onu harda gördüyünü xatırladı:
-Yadıma düşdü. Bu Qənimətin şəkər fabrikində işləyir.
O, səsinin ən aşağı yerinə saldı:
-Bu qabaqlar bura gəlməzdi. Bunun bura ibadət eləməyə gəlməyi məni heç açmır!
O, yandakına baxmadan pıçıltıya bəzər səslə dedi:
-Ona diqqət elə! Namaz bitəndən sonra onu gözdən qoyma! Bax, gör hara gedir? Harda yaşadığını öyrənə bilsən çox yaxşı olar!
O, bunu deyib irəli keçdi və gözü elə hey orda-burda hamıdan qabaqda namaz qllmağa başladı.
Qabil Hacı Rasimin ona şübhəli-şübhəli baxmasını duymuşdu. Lakin namaz qılarkən həm lənətə gəlmiş kor şeytanı, həm də başqa fikirləri beynindən qovub, yalnız Uca Yaradanın eşqi ilə ibadətinə başladığı üçün təkbir deyə-deyə, “Həmdsurə”, “İxlas” oxuya-oxuya, “qunut” tuta-tuta, “ruku” eləyə-eləyə və səcdəyə gedə-gedə özündən biixtiyar göz yaşı axıda-axıda Uca Allahdan keçmiş günahlarının bağışlanmasını diləyir və Allah eşqilə coşan qəlblərin yeganə təsəllisi olan, kainata Uca Allah tərəfindən rəhmət olaraq göndərilən, heç bir bəşər övladına nəsib olmayan əlçatmaz zirvələri fəth etmiş, “Sidrətül-Müntəha”ya yüksələrək Uca Allahın nurunu görmüş, kainatın Əfəndisi, sevgili Peyğəmbərimiz Hərəti Myhəmməd əleyhəssalatu vəssəlləmdən bəşər övladına miras qalmış namazını qılırdı.
Bayaqdan guya acların, eytiyacı olanların, xəstələrin halına yandığı üçün göz yaşı tökən, əslində külli miqdarda var-dövlət əldə eləmək məqsədilə xeyriyyə fondu açıb, orda toplanan pulların 100 faizini mənimsəyən, bundan əlavə gizlicə dəhşətli çirkin işlər görən, supermünafiq Hacı Rasim isə, xalqa özünü namaz qılan kimi göstərsə də, Uca Yaradana nəinki inanmadığı, üsyan elədiyi üçün 170 kiloqram piy yığınına rəğmən ağır-ağır əyilib-durur, sabah da nə qədər para qazanacağını, xalqı hansı yollarla dövlətə xəyanət eləməyə sürükləyəcəyini, xalqın azadlığını, müstəqilliyini əlindən alıb, onu başqa bir dövlətin köləsinə çevirəcəyi barədə düşünürdü.
Təxminən yarım saatdan sonra “şam” və “xüftən” namazları bitdi və məscidə ibadət eləməyə gələnlər dağılmağa başladılar.
Bu axşam qeyri-adi heç bir şeylə rastlaşmayan Qabil də məscidi tərk etdi və adəti üzrə iti addımlarla avtobus dayanacağına tələsdi ki, marşrut avtobusuna minsin və bundan sonra Fatmayı bağlarına getmək üçün bir marşurut avrobusu da dəyişməli idi ki, heç olmasa gecə on bir tamamda evində olsun ki, səhər işə gedənə qədər yatıb dincələ bilsin. Lakin dayanacağa çatanda həmin marşurut avtobusuna minmədi, çünki olduqca həssas ruhu ilə hiss elədi ki, kimsə onu güdür. Odur ki, həmin marşurut avtobusunu buraxıb olduqca ehtiyatla başını 90 dərəcə çevirib baxdı. Bu Hacı Rasimin yanındakı yüngül saqqal saxlamış cavanlardan, daha doğrusu onunla söhbət eləyən cavan idi. Əslində bu Qabilçün heç bir təhlükə doğurmurdu, çünki Qabil sadəcə olaraq evinə gedirdi. Lakin Cinayət Axtarışları Şöbəsinin agenti olduğu üçün istəmirdi ki, ondan şübhələn adamlar onun harda yaşadığını bilsinlər.
Bir qədər keçdi və dayanacağa tamam başqa istiqamətə gedən avtobus yaxınlaşdı. Bu marşurut avtobusunu gözləyənlər dərhal avtobusa soxuldular. Qabil də özünü elə göstərdi ki, guya həmin avtobusa minmək istəyir. Saqqallı cavan onun məhz bu marşurut atobusuna minəcəyini güman edib, arxa qapıdan avtobusa mindi. Qabilə də elə bu lazım idi, o ayağını avtobusun “ayağaltı”na qoysa da, saqqalı cavan arxa qapıdan avtobusa minən kimi, ayağını götürdü və elə bu zaman sürücü düyməni basıb avtobusun qapılarını bağladı.
Saqqallı cavan dilxor olub avtobusun arxa qapısını döyməyə başladı. Sürücü artıq avtobusu hərəkətə gətirmişdi, lakin arxa qapının az qala sınacağaını görüb əyləcləri basdı:
-Nə var, qapını niyə sındırırsan?
Saqqalı cavan bağırdı:
-Uşaq, uşaq bayırda qaldı.
Sürücü başını bulayıb avtobusu əylədi və düyməni basdı. Arxa qapı açıldı. Saqqallı cavan iti sürətlə avtobusdan düşdü və o tərəf, bu tərəfə baxdı. Cırttanboylu adam yox idi. Saqqallı cavan yüyürə-yüyürə yaxınlqdakı tinə özünü yetirdi və uzun prospekt boyu baxdı. Cırtdanboylu adam sanki yağlı əppəy olub göyə çəkilmişdi.
Saqqallı cavan qəzəblə yerə tüpürüb həmin məkandan uzaqlaşdı.
Qabil isə yağlı əppəy olub göyə-zada çəkilməmişdi. O, lap yaxındakı afişa vurulmuş sutunun arxasında idi və saqqallı cavan sutuna yaxınlaşanda elə fırlandı ki, Hacı Ramizin “cəsusu” onu görmədi.
Saqqallı cavanın ordan uzaqlaşdığına əmin olandan sonra Qabil, Sübhan Poladovla telefon əlaqəsi saxlayıb, yeni tapşırıq aldı və yenə dayanacaqda gözləməyə başladı. Bir qədər sonra onun gözlədiyi marşurut avtobusu gəldi və avtobusa mindi.
Ertəsi gün Hacı Rasimin ən yaxın köməkçilərindən biri olan, daha doğrusu ona çirkin işlər görməkdə yaxından kömək eləyən, özünü dindar bir cavan kimi göstərmək üçün qısa saqqal saxlayıb xətt qoymyş İldırım, axşam yenə cırtanboylu adam məsciddən çıxandan sonra onu qarabaqara izləməyə başladı. Cırtdanboylu adamın yerişindən, hərəkətindən belə görünürdü ki, o, İldırımın onun arxasınca gəldiyini hiss eləmir. Lakin cırtdanboylu adam arxadan onu addımbaaddım izləyəni çox yaxşı duymuşdu, özünü sadəcə olaraq o yerə qoymurdu.
Cırtdanboylu tamamilə arxasına baxmadan ağır addımllarla şəhərin küçələri ilə irəlləyir, hərdən də dayanıb yoğun və hündür sutunlara vurulan afişaları oxuyurdu. Artıq hava çoxdan qaralsa da, şəhərin gur işıqları hər tərəfi çıraqban elədiyindən İldırım onun ha tərəfə getdiyini, nə elədiyini çox yaxşı görürdü. Beləliklə cırtdanboylu adam təxminən yarım saat şəhərin gur küçələrində veyillənəndən sonra “”Nizami” metrosuna daxil oldu.
İldırım qaçaraq onun arxasınca metroya daxil oldu və onu gözdən itirəcəyindən qorxduğu üçün o qədər tələsdi ki, az qaldı ekskalatora ayağını qoyanda yıxılsın. Lakin səntirləsə də özünü birtəhər saxladı və ekskalatorla üzüaşağı yüyürməyə başladı.
Cırtdanboylu isə bu dəfə qeyb olmaq fikrində deyildi, odur ki, ekskalatordan düşəndən sonra sakitcə “Koroğlu” stansiyasına gedən qatarın gəlməsini gözlədi. Bir qədər sonra qatar gəldi və cırtdanboylu qatara mindi. İldırım da o biri qapıdan dərhal qatara mindi və qatar hərəkətə gələn kimi gözünü bir an olsun cırtdanboylu adamdan çəkmədi.
Cırtdanboylu isə ona qətiyyən əhəmiyyət vermirdi, bir kənarda sakitcə dayanıb özünü elə göstərirdi ki, guya fikirlər dünyasına qərq olub.
Qatar bir neçə stansiya keçib təxminən iyirmi dəqiqədən sonra “Koroğlu” stansiyasına çatdı. İldırım yenə onu qarabara izləməyə başladı. Cırtdanboylu metrodan çıxıb Mərdəkana gedən marşurut avtobusuna mindi. İldırım da cəld addımlarını yeyinlədib həmin avtobusa soxuldu.
Təxminən qırx dəqiqədən sonra avtobus Mərdakana çatdı və cırtdanboylu adam burda düşüb yenə tələsmədən vaxtilə Bakının ən varlı adamlarından biri olmuş və kasıb-kusuba əl tutmaqda, xalqın maariflənməsində, savadlanmasında, gözünün açılmasında, rifahının inkişafında el atası Hacı Zeynalabdin Tağıyevlə çiyin-çiyinə fəaliyyət göstərmiş, necə deyərlər ətək-ətək pul xərcləmiş Murtuza Muxtarovun bağında yerləşən sanatorioyaya üz tutdu.
Cırtdanboylu adam, daha doğrusu gənc oğlan təxminən yeddi-səkkiz dəqiqədən sonra sanatoriyanın geniş darvazasından içəri girdi.
İldırım bir qədər gözlədi və onun uzaqlaşdığını görən kimi sanatoriyanın darvazasına yaxınlaşıb səksən yaşlı qapıçşıdan soruyşdu:
-Babacan, indi bu qapıdan içəri bir cırtdanboylu oğlan girdi. Deyə biməzsən, o burda neyləyir?
İxtiyar gülümsündü:
-O burda işləyir, elə burda da yaşayır. Yetim uşaqdı, uşaq evində böyüyüb. Kimsəsi yoxdu. Amma müdirimiz ona yaxşı baxır. Gündə üç dəfə isti yemək, yatmağa yer, əla yataq, birdə ki, pul.
Bəs onun adı nədi babacan?
-Adı Vasifdi. Fağır uşaqdı. Burdakı işçilərin hamısı onun xətrini çox istəyir. Elə mən də çox istəyirəm. Yazıqdı da.. Görürsən zavallının cəmisi bir qarış boyu var.
-Bəs o, ibadətlə məşğul olurmu?
İxtiyar çiyinlərini çəkdi:
-Onu deyə bilmərəm! Bəlkə də olur! Nəyə görə soruşursan ki?
İldırım burnunu çəkdi:
-Heç elə-belə..
Bunu deyəndən sonra İldırım ötəri olaraq sanatoriyanın tək Azərbaycanda bitən bitgilərlə deyil, xarici ölkələrdən də gətirilmiş bitgilərlə əhatə olunmuş bağına, eyni zamanda padşah saraylarından da füsunkar görünən, vaxtilə bağ mövsümü zamanı Murtuza Muxtarovun yaşadığı imarətə baxıb, çirkin mənəviyyatına rəğmən sıyıq beynilə heç bir şey anlamadan, imtahandan iki almış tələbə kimi suyu süzülə-süzülə oranı tərk etdi.
Əslində isə həm Hacı Rasimin, həm onun şilləvuranı İldırımın, həm artıq onun fabrikində çalışan cırtdanboylu adamın “Sarı məscid”də namaz qılmasından xəbər tutan Qənimətin olduqca dolaşıq fikirlər burulğanına düşmələrinin səbəbi Sübhan Poladov idi. O, bu dəfə də narkotik satmaqda ittiham edəcəyi adamarı bir növ məsxərəyə qoymuşdu. Belə ki, Qabil ona, ondan şübhələndikləri üçün izləndiyini bildirəndən sonra, dərhal zəng vurub Mərdəkandakı sanatoriyanın baş həkimi, eyni zamanda müdiri ilə danışmış və Qabili bir axşamlıq Vasiflə əvəz eləmişdi. Qabillə Vasif isə ikisi də cırtdanboylu olduğundan və bir-birinə çox bənzədiyindən Vasifi güdən İldırımın əli boşa çıxmış, məscidə ibadət eləməyə gələn cırtdanboylu adamın şəkər fabrikində deyil, Mərdəkandakı sanatoriyada çalışdığılnı güman edərək zəng vurub Hacı Rasimə bu barədə məlumat vermişdi. Bundan sonra cırtdanboylu adamdan daha xətər gəlməyəcəyini düşünən Hacı Rasim də öz növbəsində dərhal şəkər fabrikinin müdiri Qənimətə zəng vurub onu məsələdən hali etmişdi.
Dünən axşam onun fabrikində çalışan Qabilin “Sarı məscid”də namaz qıldığından şübhəyə düşən və onu fabrikindən kənarlaşdıracağını düşünən Qənimət, Hacı Rasimdən bu məlumatı alandan sonra dərhal fikrindən dönsə də, hər ehtimala qarşı ertəsi gün səhər saat doqquz tamamda Qabil işlədiyi sexə daxil olub onu bir balaca sorğu-suala tutdu:
-Eşitdiyimə görə ibadətlə məşğul olursan.
Qabil onu şübhəyə salmamaq üçün başını tərpətdi:
-Bəli Qənimət müəllim!
-Bildiyim qədər günortalar namazlarını burda, fasilə zamanı qılırsan, bəs axşamlar necə?
-Evdə.
-Harda yaşayırsan?
-Fatmayı bağlarında.
-“Sarı məscid”i tanıyırsan?
-Eşitmişəm!
-Heç orda olmusan?
Qabil başını buladı:
-Xeyr! Nəyə görə soruşursuz ki?
Qənimət əlini yellədi:
-Heç! Get işinlə məşğul ol!
Qənimət bunu deyib sexə ötəri nəzər salıb oranı tərk etdi.
Qabil isə təmkinini pozmadan sexdən çıxıb siqaret yandıraraq damağlna qoyub çəkməyə başladı.
Bundan təxminən iki saat keçəndən sonra fəhlələr onun işlədiyi sexə şəkər çuğundarları olan kisələr gətirib Qabilin dediyi küncə yığmağa başladılar. Fəhlələrdən biri o birisndən bir xeyli canlı-cüssəli olsa da, bir qədər ləng tərpənirdi. Odur ki, o biri fəhlə zarafatca ona dedi:
-Ə, nə tısbağa kimi sürünürsən?! Bir az cəld olsana! Belə getsə şişib-şişib axırda indi gördüyümüz o, piy yığınına dönəcəksən.
Canlı fəhlə kisəni arabadan götürüb sağ əlinin çeçələ barmağını göstərdi:
-Sənin kimi qurumuş olmaqdansa, elə piy yığını olmaq yaxşıdı. O qədər tırıqsan ki, qızlar səni görəndə ürəkləri bulanır, ödləri ağızlarına gəlir.
Fəhlələr yenə bir-birini cinlədə-cinlədə sexdən çıxdılar. Onlar sexdən çıxandan bir qədər sonra Qabil sexdən çıxdı və siqaret yandırıb səbrini basaraq gözləməyə başladı. Təxminən beş dəqiqədən sonra “piy yığını” göründü. Onun əlində “diplomat” çanta var idi. Qabil onu görən kimi cəld mobil telefonunu çıxarıb qollarını çarpaz şəkildə sinəsinin üstündə bir-birinə keçirdi və sağ əlində tutmuş aparatın ekranını qoltuğunun altından Hacı Rasimə tərəf uzatdı, özü isə elə bir vəziyyət aldı ki, guya onu görmür. Hacı Rasim ötəri ona nəzər salsa da heç nə başa düşmədi və bir anlıq bu cırtdanboylunun məscidə gələn cırtdanboylu ilə bir-birinə nə qədər bənzədiklərini düşünüb ötüb keçdi.
Bir qədər sonra Qabil pillələrlə düşdü. “Piy yığını”, yəni Hacı Rasim artıq görünmürdü. Qabil fabrikin həyətinə çıxıb həyət qapısından bayıra boylandı. Hacı Rasim “96-96” nömrəli son model avtomobilinə minib yola düzəldi.
Qabil dərhal Poladova zəng vurub ona həm məsələni anladaraq, həm də Hacı Rasimi əlində çanta görüntüsünü onun aparıtına göndərərək geri qayıtdı.
Hacı Rasim isə tamamilə arxayınçılıq içində vaxtilə meyxana deyən olduğu üçün, bədahətən dediyi meyxanaya qulaq asa-asa dəyəri ən azı 100 min dollar olan avtomobili idarə eləyərək şose yol ilə hərəkətdə idi.
Meyxananın sözləri isə belə idi:
Gecələr gec yatıram, səhərlər erkən dururam,
Səhərlər şıllaq atır, gecələr zurna çalıram.
Hər gecə bir nazik bədənə qurban oluram,
Deyirəm canım mənim, əmi sənə nə çalsın?
At işvə-nazını, qoyma rəngim saralsın.
Ay can alan, candı bu gecə yenə,
Rasim firavandı bu gecə yenə.
Gəl gülüm yatağıma, canım-dərmanım mənim,
Odumu söndür yenə, xanım, sultanım mənim.
Gəl ki, şad olsun günüm-güzəranım mənim.
Gəl ki, yoxsa gül kimi saralıb-soluram,
Çoxu bilmir ki, mən cavanlara mal vururam.
Ay can alan, candı bu gecə yenə,
Rasim firavandı bu gecə yenə.
Hacı Rasim bu meyxanaya qulaq asa-asa vaxtilə yeniyetmə bir qızı zorladığı üçün həbsxanada yatdığını, orda özü kimi mundar adamlarla birlikdə mundar işlər gördüyünü, narkotikə necə qurşandığını gözünün önünə gətirib xoşhal olurdu. Lakin onun bu nəşəsi o qədər də uzun sürmədi və “Sarı məscid”ə iqtiqamətlənən prospektə burulanda burda polis maşının dayandığını və hündür qamətli, yaşlı bir polis polkovnikinin əli ilə ona “saxla”, işarə etdiyini gördü. Hacı Rasimin dərhal içərisi dağılmağa başlasa da, maşını saxlamaqdan başqa çarəsi olmadığından əyləcləri basdı.
Polkovnik dərhal özünü təqdim etdi:
-Cinayət Axtarışları Şöbəsinin rəisi Sübhan Poladov. Maşınında axtarış aparacağıq!
Poladov bunu dayanıb yanında dayanan Nəcməddinə işarə elədi. Nəcməddin dərhal Hacı Rasimin maşının qapısını açıb diplomat çantanı götürərək atasına uzatdı. Poladov da öz növbəsində çantanı açdı və ordan bir geroyin kisəciyi götürüb yanında dayanmış Lətif Lətifova uzatdı. Lətifov dərhal paketi cırıb bir az tozlardan götürüb iylədi və üzünü Poladova tutdu:
-Geroyindir cənab polkovnik!
Poladov başını tərpədib çantanı bağlayaraq bir qədər kənarda dayanmış Şəfəqə uzatdı:
-Al qızım! Çək, protokol yaz, akt bağla!
Şəfəq başını tərpədib çantanı aldı və Poladov üzünü artıq bura yığışmış adamlara tutdu:
Siz də şahid olduz ki, “Sarı məscid”in axundu, Fətullayev Rasim Xudayar oğlunun şəxsi avtobilindən bir çanta geroyin aşkar edilib götürüldü.
Ora yığılan adamlar yerbəyerdən onun sözünü təsdiqlədilər və onların arasından biri, təxminən altmış yaşlı, başına buxara papaq qoymuş kişi Hacı Rasimə yaxınlaşaraq bir parça onun sifətinə tüpürdü:
-Tfu sənə əxlaqsız! Hər axşam Sarı məsciddə badətə gələnlərə əxlaq dərsi verir! Amma bilirdik, yaxşı bilirdik kim olduğunu?! Xeyriyyə fondu açıb toplanan pulların hamısını mənimsəməyini. Gecələri fahişələrlə keçirdiyini. Lakin subut eləyə bilmirdik. Bax, bu da sənə subut!
Kişi bunu deyib üzünü Poladova tutdu:
-Allah sizdən razı olsun rəis. Sağ olun, çox sağ olun ki, bu bütün günü təmiz adamlara qara yaxan, münafiq adlandıran, əslində özü münafiqin ən yekəsi olan alçağı yaxaladız. Bütün günü Sarı məsciddə məndən mömin adam yoxdu, mən mələyəm, mən müqəddəsəm deyə bağırır. Siz bunun donuz cəmdəyinə baxın! Məgər mömin də bu cəmdəkdə olar?! Özü də həmişə Azərbaycan xalqını türk qardaşlarımıza qarşı qızışdırmaqdadı. Bilirsiz bunun əslində heç bir dini savadı da yoxdu.
Bu yerdə Hacı Rasim bağırdı:
-Yetər, yetər! Bunlar hamısı böhtandır, şərdir! Mən hacıyam, mən şikayət eləyəcəyəm! Bu içində narkotik olan çantanı da maşınıma siz qoymusuz. Mənim bundan xəbərim yoxdur.
Poladov iri ekranlı mobil aparatının ekranını açıb ona göstərdi:
-Bu sənsən, yoxsa nənəndi?!
Hacı Rasim bir az da bərkdən bağırdı:
-Bu videomontajdı.
Poladov gülümsündü:
-Onda sənin bu yekə qarnın da vidfeomontajdı?!
Poladov bunu deyib Hacı Rasimi yaxınlığında durmuş polis leytantına göstərdi:
-Qandalla, apar maşına!
Leytnant Hacı Rasimə yaxınlaşıb qollarına qandal vurdu. Hacı Rasim yenə bağırdı:
-Mən şikayət eləyəcəyəm! Mən hacıyam. Bu sizə baha başa gələcək!
Poladov bu dəfə sərt şəkildə dilləndi:
-Hə, tülkü həccə gedir. Cinayət Axtarışları Şöbəsində dəlilərlə sənin həcc ziyarətinə hansı məqsədlə getdiyini və ümumiyyətlə İslam dini pərdəsi altında hansı hoqqlalardan çıxdığını, kimlələrə köləlik elədiyini, artıq on ildən çoxdur gənclər ağ ölümlə zəhərlədiyini və bundan nə qədər ar-dövlət əldə etdiyini sənə subut eləyəcəyəm. Sonra isə mediya işçilərini çağırıb səni hər yerdə rüsvayi-cahan eləyəcəyəm!
Poladov bunu deyib başı ilə leytnanta işarə elədi:
-Aparın!
Leytnant Hacı Rasimi polis maşçınına apardı. Poladov isə Zülfüqarın idarə elədiyi maşına yaxınlaşıb qapısını açdı və üzünü həmin leytnanta tutdu:
-Siz bunu aparın, biz isə şəkər fabrikinə gedirik!
Bundan sonra Poladov, artıq Nəcməddinin də qərar tutduğu maşına əyləşdi və Zülfüqar dərhal maşını hərəkətə gətirib şəkər fabrikinə tərəf iqatiqamət götürdü.
Şəkər fabrikinə daxil olan kimi Poladov, Zülfüqarla və Nəcməddinlə kimsəyə bir söz demədən pillələrlə qalxıb uzun sex-dəhlizə girdilər və burda onları gözləyən Qabillə rastlaşdılar. Qabil başı ilə Poladova gizli sexin harda yerləşdiyini göstərdi. Poladov dərhal yanındakılarla birlikdə həmin tərəfə getdilər və pillələrlə düşüb gizli sexin qapısına çatdı.
Qabilin gizli sexin qapısı ilə üzbəüz yerdə quraşdırdığı kameranı çıxarıb cibinə qoyandan sonra Poladov artıq gizli sexin qapısının şifrələrini bildiyi üçün heç bir çətinlik çəkmədən qapını açdı və onlar içəri daxil oldular.
Qabilin Poladova bir neçə gün bundan qabaq barələrində məlumat verdiyi beş nəfər beş cihaz arxasında geroyin istehsal eləməklə məşğul idilər. Onlar əli silahlı polis işçilərini görən kimi özlərini itirib ayağa durdular. Poladov kənarda qoyulmuş artıq emal olunmuş və olunmamış kisələrə ötəri nəzər salıb rabitə aparatını çıxarıb ağzına tərəf tutdu:
-“Qənimət şəkər fabriki”nə cinayətkarları aparmaq üçün bir neçə qandal maşın göndərin!
Bundan sonra Poladov aparatı kəmərinə keçirib üzünü geroyin istehsal eləyən həmin beş nəfərə tutdu:
-Cəzanız o qədər ağır olacaq ki, nəinki illərdir geroyin istehsal elədiyinizə görə, anadan olduğunuza peşman olacaqsız və sizi dünyaya gətirən valideynlərinizə lənət oxuyacaqsız!
Bundan sonra Poladov oğlu Nəcməddinə baxdı:
-Sən maşın gələnə qədər bunları burda tərpənməyə qoyma! Əgər hansısa tərpənsə, gülləni sıx beyninə!
Sonra o Zülfüqara üzünü tutdu:
-Biz də gedək buranın müdiri Qənimətlə Qara Teymuru, bir də onlara köləlik eləyən fəhləni yaxalayaq!
Təxminən iki dəqiqədən sonra tuzağa düşdüyünü yalnız yaxalanarkən anlayan Qənimət yüz ilin xəstəsi kimi ayaqlarını güclə çəkə-çəkə Poladovla Zülfüqarın qabağında gedirdi. Qara Teymur isə qaçmağa cəhd göstərdiyi üçün Zülfüqardan olduqca ağır bir yumruq yediyindən yarıhuşsuz vəziyyətdə pencəyinin yaxalığının boyun hissəsi Zülfüqarın əlində ayaqlarını sürüyə-sürüyə addımlayırdı. Qara Teymurun göstərişi ilə gizli sexə yük daşıyan gicbəsər fəhlə isə altı yaşında bir cocuq kimi göz yaşı tökə-tökə qarşıda gedirdi.
Onlar bayıra çıxanda polis maşını göründü. Nəhəng polis maşınının içindən səkkiz cüssəli polis nəfəri düşdü. Qabil də burda dayanmışdı. Poladov polislərə Qəniməti, Qara Yusifi və artıq ağalamağını kəsib çaqqal kimi vaqqıldayan fəhləni maşına mindirməyi və gizli sexdəki Nəcməddinin nəzarəti altında beş adamı qandallayıb gətirməyi, eyni zamanda ordakı narkotik kisələrini müsadirə eləyib götürməyi və sexin qapısını möhürləməyi göstəriş verib gizli sexin qapısının yaxınlığından çıxardığı kiçik kameranı Qabilə uzatdı:
-Al, bu yenə sənə lazım olacaq!
Qabil kameranı alıb cibinə qoydu. Poladov sözünə davam elədi:
-Əhsən Qabil! Düşünürəm ki, bu gün sənin keçmişdə bilməyib törətdiyin günahlar tamamilə silindi! Bu uzun illərdir gənclərimiz ağ ölümlə öldürən alçaqları məhz sənin əzmkarlığın, şücaətin, qətiyyətin sayəsində yaxladıq! Əslində bu günün əsil qəhrəmanı sənsən!
Qənimətlə Qara Teymur polis maşınına aparıla-aparıla gözləri kəllələrinə çıxmış halda Qabilə baxırdılar.
Bir qədər sonra Nəcməddin və bir neçə polis həmin beş nəfəri qolları qandallanmış halda gətirib polis maşınına mindirdilər. Bunun dalınca içində narkotil olan kisələr polis maşınına daşındı.
Axırıncı kisə polis maşınına daşınandan sonra həm Zülfüqarın idarə etdiyi maşın, həm də polis maşını hərəkətə gəlib yola düzəldilər. Poladov əlini yelləyib Qabillə xudahafizləşdi.
Qabil polis maşınları gözdən itənə qədər onların arxasınca baxdı və onlar görünməz olandan sonra üzünü geri çevirəndə fabrikin işçilərinin həm təəcüblə, həm də yazıq-yazıq ona baxdıqlarını gördü.
Burda yüzdən çox işçi olsa da, ortalıqda elə bir sukunət hökm sürməkdə idi ki, bir qədər iti əsən küləyin vıyıltısından başqa bir səs də eşidilmişdi.
Zatən tamamilə qorxaq bir adam olmayan, lakin indi bu sukunətdən qorxan Qabil bir qədər onarın ümidsizlik ifadə eləyən gözlərinə baxdı. Nəhayət uzun zaman işsiz qalıb elə bu yaxında fəhləliyə düzələn Muxtar dilləndi:
-Vəziyyətdən belə görünür ki, bu fabrik bağlanacaq. Burdakı maaş məni qane etməsə də, uzun fasilədən sonra burda fəhləliyə başlamışdım. Bəs indi mənim aqibətim necə olacaq?! Balalarım yenə ac qalacaq?
Qabil köksünü ötürdü:
-Bu fabrik müsadirə olunacaq! Çünki burda iyrənc işlər görülürdü. Əlbəttə sizin bu işlərdən xəbəriniz yox idi. Bunu huquq mühafizə orqanı işçiləri çox gözəl bilirlər. Aranızdan bir fəhlə Qənimətlə Qara Teymura köləlik eüləyirdi, onu da tutub apardılar. Amma işsiz qalacağınıza görə narahat olmayın! Mən Cinayət Axtarışlarının Şöbəsinin rəisi pokovnik Sübhan Poladovu çox yaxşı tanıyıram! Onu bir az bundan qabaq özünüz də gördüz! Yüz faiz arxayın olun ki, o, sizi işsiz qoymayacaq! Mən belə güman edirəm ki, bura müsadirə olunandan sonra rəhbərliyi yenidən namuslu bir adama tapşırılıb fəaliyyətə başlayacaq! Buna görə də sizə səbr diləyirəm!
* * *
Cinayət Axratışları Şöbəsinin dindirilmə otağına gətirilənə qədər Hacı Rasim pəzəvəng qamətinə və piyli cəmdəiyinə rəğmən az qala qulaqbatırıcı səslə hay-küy salır, bağırdıqca bağırır, onu böhtana salmaq üçün dəhşətli bir oyun qurulduğunu şikayət eləyəcəyini birlidir və onu həbs eləyənlərin bunun hesabını verə bilməyəsəyini söyləyirdi. Ən çox söylədiyi söz isə guya illərlə müqəddəs İraqın “Nəcəfül-Əşrəf” və İranın “Qum” şəhərlərində mükəmməl ilahiyyat təhsli alması idi.
Onun zəhlətökən səsi Poladovu bezdirsə də əvvəl heç nə deməyib susurdu və dindirmə otağına gətirilən kimi həmişəki kimi şöbənin həyətində maşının içində oturub əmr gözləyən Zülfüqara zəng edib maşının “sandıqça”sında saxladığı müqəddəs Qurani-Kərimin həcmcə kiçik bir neçə surəsi olan “çərəkə”ni gətirməyi göstəriş verdi. Bir qədər sonra Zülfüqar əlində “çərəkə” dindirmə otağına gəldi. Poladov başı ilə Zülfüqara işarə elədi və Zülfüqar dərhal “çərəkə”ni açıb Hacı Rasimə tərəf tutdu. Poladov əlini ona uzatdı:
-Deyirsən on beş il ilahiyyat təhsili almısan. Elə isə oxu görək orda nə yazılıb?!
Hacı Rasim səsini kəsib bir qədər ərəb dilində ən sadə və aydın şəkildə yazılmış çərəkəyə baxıb üzünü başqa səmtə çevirdi:
-Mən dəstəmaz almamışam, ona görə də bunu oxuya bilmərəm.
Poladov sakitcə dilləndi:
-Elə isə apararlar səni, bu dəqiqə dəstəmaz alarsan. Amma dəstəmaz aldın, almadın sən onsuz da orda yazılanları oxuya bilməyəcəksən. Çünki sən nə müqəddəs “Nəcəfül-Əşrəf”də, nə də “Qum”da nəinki təhsil almamısan, heç o şəhərlərdə olmamısan belə.
Poladov bunu deyib üzünü Zülfüqara tutdu:
-Ordan bir ayəni oxusan belə kifayətdir.
Zülfüqar başını tərpədib bir ayə oxudu:
-“İqrə bismi Rəbbikəlləzi xələq. Xələqəl insana min ələq. İqrə Rəbbukəl əkrəm. Əlləzi əlləməl bil qələm. Əlləməl insana mələm ya ələm”
Poladov xüsusi zövq ilə ayəni dinləyəndən sonra Hacı Rasimdən soruşdu:
-Mənə eə gəlir ki, bunu dilimizə tərcümə eləməkdən ötrü dəstəmaz almaq vacib deyil. Əgər sən həqiqətən də on il ilahiyyat təhsili almısansa bu ayəni bizim üçün tərcümə elə.
Şübhəsiz ki, daim müqəddəs Qurani sadəcə olaraq özünü ilahiyyatçı alim kimi əlinə götürən, əslində nə Allah, nə də müqəddəs Qurana inanmayan Hacı Rasim susdu.
Poladov bunu görüb Züfüqara buyurdu:
-İndi sən, Cinayət Axtarışları Şöbəsinin rəisinin sürücüsü, polis çavuşu Zülfüqar, bu ayəni bizim üçün tərcümə elə!
Zülfüqar dərhal sözə başladı:
-Yaradan Rəbbinin adı ilə oxu! O Rəbbin ki, insanı bir qətrə qan laxtasından yaratdı! O Rəbbin ki, əzəmət və kərəm sahibidir! O insana qələmlə yazmağı öyrətdi! O insana bilmədiklərini öyrətdi! “Ələq” surəsi, ilk beş ayə..
Bu yerdə ayələrin olduqca dərin hikmətindən ehtizaza gəldiyi üçün gözlərindən yaş axan Poladov cibindən dəsmal çıxarıb gözlərinin yaşını sildi və yaxınlaşıb Zülfüqarın alnından öpdü:
-Sağ ol Zülfüqar, çox sağ ol! Sən bunu oxumaqla Uca Yaradanın intəhasız inayəti və mərhəməti ilə mənə də çox şeylər anlatdın! Çox sağ ol övladım! Allah səni var eləsin!
Çərəkəni örtüb gözlərinin üstünə qoyub öpən Zülfüqar da çox kövrəlmişdi. Bu kövrəlmənin iki səbəbi var idi. Birinci səbəb yalnız 1973-cü ildə “embralogiya” elminin kəşfinin, müqəddəs Qurani-Kərimdə 1450 il bundan əvvəl bəyan etdiyi mübarək ayə ilə bağlı idi. Düzdü, Zülfüqarın bu ayənin hikmətindən artıq neçə il idi xəbəri var idi və ayəni əzbər bilirdi. Lakin ayənin ecazının Poladovu kövrəltməsi, onun da gözlərinin nəmlənməsinə səbəb olmuşdu. İkinci səbəb isə dünyada ən çox hörmət elədiyi insanın onun haqqında bu cür isti sözlər deməsi idi.
Gözləri yaşarmış Zülfüqar böyük minnətdarlıq əlaməti olaraq Poladovun əlindən öpüb otağdan çıxdı.
Sübhan Poladov isə Hacı Rasimə yenə elə sual verdi ki, o yenə də suala cavab tapa bilməyib susmaqla kifayətləndi.
Poladovun sualı isə bu şəkildə idi:
-Sən bir vaxtlar on üç yaşında yeniyetmə bir qızı zorlayıb ləkələyəndə, sonra da öldürmək istəyəndə də bu cür piyli idin, yoxsa buna görə səkkiz il iş alıb həbsxanada oturanda belə şişdin?
Bu sualdan sonra Hacı Rasimin elə bil başına bir qazan qaynar su tökdülər.
Poladov isə sözünə davam elədi:
-Şübhə eləmirəm ki, sən o yazıq qızcığazı ləkələyənə qədər də nə qədər qızların namusuna təcavüz eləmisən. Lakin rusların yaxşı bir məsəli var, oğurluq üstündə tutulmayan oğru sayılmaz. Sən də o vaxta qədər yaxalanmamışdın. Ancaq ani bir zərurət qızcığazı ölümdən xilas eləmişdi. Küçədə tay-tuşları ilə gizlənpaç oynayan on yaşlı Mirbağır, sən Həmidə adlı qızcığazı zorlayandan sonra öldürmək istəyən ərəfədə gizlənmək üçün həmin zirzəmiyə girdi ki, yoldaşları onu görməsinlər. Sən, ifşa olunmayasan deyə rəzllliyini görüb sənə tərs-tərs baxan Mirbağırı da öldürmək istədin. Lakin uşaq zirək tərpənib qaçdı və qışqırıb o ərazidə yaşayan insanları yazıq qızcığazın harayına çağırdı. Sən Mirbağırın səsini eşidib qızcığazı orda qoyub zirzəmidən qaçdın. O vaxtlar Bakı şəhərinin yuxarı məhəllələrində Abşeron kəndlərindəki bəzi toylarda meyxana deyirdin. Odur ki, bizim idarədə fotorobotunu müəyyənləşdirməyə ehtiyac qalmadı. Çünki həmin hadisədən cəmisi iki gün qabaq atası Mirəsədlə Bakı kəndlərinin birində yaxın qohumlarının toyuna gedən Mirbağır səni tanımışdı.
Çox gizlənə bilmədin, cəmisi iki saatdan sonra ələ keçdin və səni ilk olaraq bizim şöbəyə gətirdilər. Lakin burda sənin bəxtin bir az gətirdi ki, o zaman mən böyük bir quldur dəstəsini yaxalamaq üçün operativ qrupun başında Qaradağ qəsəbəsinə getmişdim. Nə isə.. Onda necə oldusa sənə cəmisi səkkiz il iş kəsdilər. Aldığım məlumata görə dustaqxanada oturduğun müddətdə gic-gic meyxanalar deyib onsuz da başdan boş bir qisim dustaqların başını qata-qata, eyni zamanda Babaxan adlı bir qabadayıya köləlik eləyirdin. Nə isə, birtəhər cəza müddətini başa vurub azadlığa çıxdın. Artıq işlədiyin çirkin işə qədər yaşadığın məkanda yaşaya bilməzdin, çünki o ərazidə hamı sənə dəhşətli dərəcədə nifrət eləyirdi. Odur ki, ordakı evini satıb, ordan xeyli uzaq bir ərazidə ev aldın və dərhal özünü mömin bir müsəlman kimi qələmə verib “Sarı məscid”də özünə yer elədin. Gah ona yaltaqlandın, gah buna yaltaqlandın, nəhayət səni mömin bilənlərdən birinin vəsaiti ilə müqəddəs həcc ziyartinə yollandın. Ziyarətdən qayıdandan sonra artistizmini bir az da gücləndirdin və elə hey zülmə məruz qalmış müsəlmanlar üçün yalandan göz yaşı tökməyə başladın. Bir qədər sonra bəxtin burda da gətirdi ki, həmin məscidin axundu rəhmətə getdi və sənə çox inanan avam adamlar həmin məscidə axund təyin etdilər. Bundan sonra işlərin lap yağ kimi getməyə başladı. Xeyriyyəçilər tərəfindən kasıb zümrəyə zəkat məqsədilə gətirilən yardımların əksəriyyətini mənimsəməyə başladın, sonra isə daha çox para qazanmaq üçün özün xeyriyyə fondu açdın və bura toplanan pulların hamısını evinə apardın. Lakin bu da sənə bəs eləmədi, şəkər fabrikinin müdiri Qənimətlə əlaqə saxlayıb həftə səkkiz, mən doqquz ondan hər dəfə ən azı on kiloqram geroyin aldın və bu geroyinləri elə məscidəcə özün kimi münafiqlər vasitəsi ilə əridirdin. İndi isə zəhmət çək, kimlər sənə bu çirkin işdə kömək eləyib, onların adını de! Yoxsa cəzan çox ağır olacaq, çox...
Hacı Rasim sanki bayaqdan quduz köpəklər kimi səslər çıxaran və bağırdıqca ağzından köpük daşan həmin adam deyildi. Odur ki, Poladovun tələbinə həmin an əməl eləyib bir-bir narkotik satmaqda ona vasitəçi olanların adlarını və yaşadığı ünvanları söylədi.
Bundan sonra Poladov həmin adamları həbs elməkdən ötrü operativ qrup göndərdi və operativ qrup çox keçmədən “Sarı məscid”də Hacı Rasimdən geroyin alıb narkomanlara satan on üç nəfər adamın üstündə və yaxud evində geroyin kisəcikləri aşkarlayaraq onları həbs eləyib Cinayət Axtarışları Şöbəsinə gətirdi.
Şəkər fabrikinə gəlincə isə bu hadisədən düz bir həftə sonra fabrik sənədləşdirilərək Nəzrinin atası Paşa müəllimə satıldı. Paşa müəllim isə fabrikdə işləyən işçilərin heç birini işdən kənarlaşdırmayıb öz işlərində saxladı. Bu da söz yox ki, onların böyük bir sevincinə səbəb oldu. Lakin Qabil daha burda işləyə bilməzdi, çünki artıq burdakı işçilər onu Cinayət Axtarışları Şöbəsinin əməkdaşı kimi tanıyırdılar. Bu səbəbdən də hələlik iş axtarmayıb Sübhan Poladovun göstərişini gözləməyə başladı.
NİQAB
Cavidin otuz yaşı var idi. Ona, anadan olanda valideynləri Azərbaycanın dahi şair-dramaturqu Hüseyn Cavidin adını vermişdilər. Məsələ burasında idi ki, Cavidin ən çox sevdiyi sənətkar da elə Hüseyn Cavid idi. O, hələ yeniyetmə vaxtlarından bu Azərbaycan dramaturgiya sahəsində misilsiz xidmətlər göstərmiiş sənətkarın əsərlərini mütaliə eləməkdən həzz alırdı. Buna rəğmən hələ cəmisi on beşı olarkən bir pərdəli dram əsərləri yazmağa başlayan Cavid, sonralar Cavidin üslubu ilə bir neçə əsər yaratmışdı. Lakin on səkkiz yaşına çatanda hərbi xidmətə çağırılan və vətəninin hududlarını düşmənlərdən qorumaq üçün əsgər dostları ilə birlikdə soyuqda, şaxtada, yağışda, qarda, istidə gecələrini səngərdə keçirən Cavid, hərbi xidmətinin sonuna lap az qalmış düşmənlərin ara vermədən atdıqları artileriya mərmilərindən bir neçəsi onun qərar tutduğu səngərə düşdüyündən möhkəm yaralanmış, eyni zamanda güclü kontuziya almış, yalnız hərbi qospitalda həkimlərin səyi nəticəsində ölümün pəncəsindən qurtulmuşdu. Ancaq həkimlər Uca Allahın şəfqəti ilə onu həyata qaytarsalar da. ona bütün insanlara çox lazım olan bir vasitəni, nitqini bərpa edə bilmədilər. Onu ard-arda ildırım kimi çaxan mərmi səsləri ruhunu həddindən artıq sarsıtdığı üçün dili birdəfəlik tutulmuş, qulağı isə olduqca ağır eşitməyə başlamışdı.
Yaralandığı və kontuziya olduğu gündən düz bir ay sonra hərbi xəstəxanada gözünü açan Cavid, bir qədər sonra olub-keçənləri xatırlasa da, başının üstündə dayanan baş həkimin;-“Necəsən igid bala”?-sualına cavab vermək istəyərkən, nitqinin ittidiyini başa düşüb xeyli ağlasa da, onun yaşaması üçün günlərlə tər tökən vətənpərvər tibb işçiləri bu yerdə ona köməklik göstərməkdə aciz qalmış və baş həkim onun ruhu xəstəliyə tutulacağından qorxub yanındakı tibb bacısına ona sakitləşdirici iynə vurmağı göstəriş vermişdi.
Lakin düşdüyü vəziyyətdən nə qədər sarsılsa da, Cavid Uca Allahın inayəti ilə ruhi xəstəliyə tutulmamış və bir müddət sonra özünün artıq həyatının sonuna qədər lal qalacağını dərk edib zaman-zaman bunu qəbul etmişdi.
Hərbi qospitalda müalicə alandan sonra onsuz da hərbi xidmət müddəti sona yetmiş Cavid evə dönmüş və nitqinin tamamilə itdiyinə baxmayaraq vaideynləri onun yüz faizli ölümdən qurtardığına, eyni zamanda sağ-salamat evə döndüyünə görə olduqca sevinmişdilər.
Qarabağ müharibəsi əlili kimi təqaüd alan Cavid isə həm onu üzən nitqsizlik kompleksindən çıxmaq, həm də başını qatmaq üçün yenidən yaradıcılığa başlamış və artıq odun-alovun içindən döndüyü üçün və keçirtdiyi sarsıntılara rəğmən mənası dərin, xarakterləri dolğun, bədii səviyyəsi xeyli yüksək, eyni zamanda obrazlarının dili sadə, aydın, rəvan möhtəşəm dram əsərləri yazmağa başlamışdı. Lakin yaratdığı möhtəşəm əsərləri olduqca zəif və dəyərsiz hesab edən Cavid, bunları üzə çıxarmaqdan vaz keçmiş, hər dəfə guya əvvəlki əsərlərində elədiyi xətaları düzəltməkdən ötrü yeni bir əsər meydana gətirməyə başlamışdı.
Elə-belə də davam eləyirdi Cavidin həyat və yaradıcılığı. Bu ya bir qeyri-adi təvəzökarlıq idi, ya da bir xəta? Özü də bilmirdi. Lakin yenə yazır, yazır, elə hey yazırdı.
Onun özündən düz on yaş böyük Vurğun adlı qardaşı var idi. Vurğun aktyor idi, İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişdi və Dövlət teatrlarından birində aktyor kimi işə düzəlmişdi. İstedadlı biri idi və rejisorların ona tapşırdığı obrazların öhdəsindən məharətlə gəlirdi. Özü də gecə-gündüz rol üzərində işləyirdi. Tamaşaçılar onu bəyənir və alqışlayırdılar. Lakin işlədiyi kollektivdə əksəriyyəti onu sevmirdi. Çünki çox paxıl idi və imkanı daxilində onunla bir kollektoivdə çalışan aktyorların ayağından çəkməyə çalışırdı. Yəni onlardan hansınınsa əlində bu teatrda deyil, başqa teatrda tamaşaya qoyulan əsərin rol dəftəri görsəydi, dərhal teatrın müdirinə xəbər verir və həmin aktyorların müdiriyyət tərəfindən şiddətli töhmət almasına, bəzi hallarda isə işdən kənarlaşmasına vasitəçi olurdu. Lakin həmin teatrda işləyən rejissorları bu qətiyyən maraqlandırmırdı. Onlara Vurğunun istedadı lazım idi ki, quruluş verdikləri tamaşalar onun olduqca tempramentli, dinamik, lirik-daramatik, psixoloji çıxışları tamaşaçıları valeh eləsin.
Hər dəfə də rejisorların ümidlərini doğruldurdu Vurğun və tamaşa bitəndən sonra tamaşaçılar onu gül-çiçəyə qərq edirdilər.
O, həm də incəsənətdən yazan mətbuat işçilərinin obyekti idi, belə ki, ən azı həftədə bir dəfə adı cürbəcür qəzetlərdə vurğulanır, tez-tez onun haqqında məqalələr yazılır, eyni zamanda bir sıra telekanallara dəvət alıb tamaşaçıların çox baxdıqları verilişlərdə iştirak edirdi.
Bütün bunlar artıq neçə il idi ki, Vurğunun başını gicəlləndirməkdə idi, belə ki, şöhrəti ilə elə qanadlanıb uçurdu ki, artıq nəinki bir sıra insanları, hətta valideynlərini özündən aşağı sayır, özü vaxtilə hərbi xidmətdən min bəhanə ilə yayındığı halda, cəbhədə əlil olmuş lal qardaşını tamamilə adam yerinə qoymurdu.
Lakin bu tipli adamların həmişə bəxti gətirdiyi üçün on altı il bundan qabaq kitabxanada tanış olduğu Həmayillə evlənmişdi. Həmayil isə tam onun əksinə idi. Yəni Vurğun nə qədər ədabaz idisə Həmayil bir o qədər sadə, Vurğun nə qədər paxıl idisə, Həmayil bir o qədər təmiz qəlbli, Vurğun nə qədər şöhrətpərəst idisə, Həmail bir o qədər şöhrəti sevməyən, hətta tez-tez istər teatr işçilərinin, istərsə də incəsənətin başqa sahələrində çalışan xadimlərin evlərinə tez-tez gəldikləri zaman sadəcə olaraq süfrə açaraq, süfrəyə çay və şirni gətirdikdən sonra onların söhbətlərinə tamamilə qarşımayan, mətbuat işçilərinin ondan müsahibə almaq istədikləri zaman başını bulayıb uzaqlaşan bir xanım idi.
Yalnız bu hamısı deyildi. Həmayil həm də olduqca zəhmətkeş, çalışqan, səliqəli, böyüyün-kiçiyin yerini bilən, eyni zamanda qayınatasına, qayınanasına, əlil qayınına çöx hörmət eləyən, onların qulluğunda duran, onlarla olduqca mehriban və səmimi olan bir gəlin idi.
Onların on beş yaşında Aytac adlı bir qızları var idi. Aytac çox ağıllı bir qız idi və qətiyyən lovğalığından yerə-göyə sığmayan atasına bənzəməmiş, hər cəhətdən bir Azərbaycan xanımının bütün yüksək keyfiyyətlərini özündə cəmləşdirən anası Həmayilə oxşamışdı. Belə ki, dərs əlaçısı olmaqla yanaşı, çox yatmağı sevməz, anası kimi səhər erkən yuxudan qalxar, ev-eşiyi, həyət-bacanı süpürürər, bir qədər sonra məktəbə yollanar, dərsdən gələndən sonra bir az çörək yeyib təxminən iki saat dərslərinə hazırlaşar və yenə ev işlərində anasına kömək eləməyə başlayar, nənəsi, babasl, əmisi üçün tez-tez çay dəmləyiib süfrəyə qoyar, axşamlar isə onlarsız diliinə bir tikə çörək belə vurmaz, şam yeməyini hökmən onlarla birlikdə yeyərdi.
Əlil əmisini də çox sevirdi Aytac və otuz yaşına çatan, lal olduğu üçün evlənməyi ağlına belə gətirməyən və bu səbəbdən də heç zaman övladı olmayacağını düşünən Cavid mehrini qardaşı qızı Aytaca elə salmışdı ki, onu qardaşı qızı deyil, öz doğma balası hesab eləyirdi.
Nitqini itirən Cavid isə demək olar ki, ara vermədən yazdıqca yazır, yaratdıqca yaradırdı və artıq altı ay idi ki, 1918-ci ildə Azərbaycanda baş verən təlatümlü hadisələrdən, ermənilərdən ibarət daşnak-bolşevik neofaşist hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri qeyri-insani vəhşiliklərdən, qətliyamlardan, Bakının ən məhşur qoçuları qoçu Nəcəfqulunun, Teymur Açurbəylinin igid oğlanları başına yığıb onlarla mübarizə aparmaqlarından, Azərbaycan Demokratik Cumhuriyyətinin üzvülərinin Məmməd Əmin Rəsulzadənin, Fətəli Xanxoyskinin, Nəsib bəy Yusifbəylinin, Əlimərdan bəy Topçubaşovun və sairələrinin olduqca çətinliklə Azərbaycanın müstəqilliyini elan eləmələrindən, başlarında Nuri paşa olmaqla Qafqaz İslam Ordusunun Azərbaycanı xilas eləmək üçün gəlmələri və həm daşnakara, həm bolşeviklərə, həm kazaklara, həm denikinçilərə, həm ingilislərə qarşı heyrtamiz bir igidliklə savaşıb zəfər çalmalarından, eyni zamanda 1920-ci ildə Azərbaycanın 11-ci qırmızı ordu tərəfindən işğalı və işğaldan sonra bolşeviklərin yerli əhaliyə qarşı törəkdikləri haqsızlıqlardan, kütləvi həbslərdən, bolşeviklərin yerli satqınlarla birlikdə dini və milli dəyərlərlə bağlı nə varsa hamını məhv etməklərindən, Azərbaycanın əsl tarixini, adət-ənənələrini, mədəniyyətini, ədəbiyyatını, elmini əks etdirən milyonlarla kitablara od vurub yandırmaqlarından, məscidləri, ibadətgahları, ziyarətgahları, xanəgahları, dini mədrəsələri söküb yerlərində donuz fermaları və yaxud başqa iyrənc tikililər tikmələrindən, Azərbaycanın ən qabaqcıl ziyalılarını həbs edib bir hissəsini işgəncələr verib edam etdiklərindən, bir qismini isə soyuq Sibir çöllərinə sürgün eləmələrindən, evlərinin əllərindən almalarından, onların ailələrini heç bir səbəb olmadan uzaq Qazaxstana sürgünə göndərməlirdən və ümumiyyətlə Şura Hökümətinin saysız-hesabsız cinayətlərindən bəhs edən bədii film ssenarisi yazırdı. Ssenaridə həm elatası Hacı Zeynalabdin Tağıyevin müdrik obrazı, sonradan məşəqqətlərə qalmış ailəsi, həm Tağıevlə birlikdə Azərbaycan Şura Hökuməti tərəfindən işğal olunana qədər xalqın rifahının yüksəlməsi, iqtisadiyyatının inkişafı, marriflənməsi, savadlanması, firavan olması üçün milyonlarını xərcləyən Murtuza Muxtarovun parlaq obrazı, onun zülmə məruz qalmış ailəsi, 1937-1938-ci illərdəki repressiya dövründə günahsız olaraq həbs olunmuş Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin, Seyid Hüseynin və başqa sənətkarların faciəsi, onların ailələrinin başlına gələn müsibətlər, onları şantaj eləyən, böhtan atan bir neçə satqının mənfur obrazı, o cümlədən minlərlə günahsız insanın tifaqlarının dağılmasına səbəb olan, Şura Hökümətinin sadiq kölələri Həmid Sutanovun, Çingiz İldrımın, Əliheydər Qarayevin, Ruhulla Axundovun, Dadaş Bünyadzadənin 1938-ci ildə Stalinin qərarı ilə özlərinin də həbsə alınıb güllələnməsi, eyni zamanda o dövrlərdə Azərbaycana rəhbərlik etmiş Mircəfər Bağırovun, azərbaycanlı ziyalıları canla-başla həbsə alıb işgəncələr verən Markaryan Ruben Ambarsumoviçin, Qriqoryan Xoren İvanoviçin, Borşev Timofey Mixayloviçin, Yemelyanıv Stepan Fyodoroviçin, öz xalqına işgəncələr verməkdən həzz alan əxlaqsız Atakişiyev Ağasəlim İbrahim oğlunun olduqca qəddar obrazları öz əksini tapmışdı. Cavidin altı aydan bəri üzərində işlədiyi ssenaridə baş verən bəlalı hadisələr, ah-nalələri ərşə yüksələn xalqın göz yaşları, 1920-ci ildən, 1938-ci ilə qədərki dövrü əhatə edirdi.
Çox tər axıtmışdı Cavid bu ssenarini yazmaq üçün, bəzən gecələr belə yatmamışdı və nəhayət ərsəyə olduqca mükəmməl bir əsər meydana gətirmişdi.
Vurğun isə şikəst qardaşını zatən adam yerinə qoymadığına görə onun yaradıcılığı ilə də qətiyyən maraqlanmırdı və onun gecə-gündüz işlədiyindən xəbəri olsa da, cəfəngiyyat yazdığını hesab eləyir, bu səbəbdən də onun otağına gəlib bir dəfə də olsun onun cəbhədən əlil qayıdandan sonra on il ərzində yazdıqlarını oxumamışdı.
Aytac isə çox gənc olmasına baxmayaraq artıq neçə il idi ki, Cavid hər dəfə növbəti əsərini bitirəndə əmisinin yazdıqlarını oxuyur və məmmun halda onu qucaqlayıb öpürdü.
Bu gün isə indi haqqında söhbət açdığımız və Cavidin dünən tamamladığı ssenarini oxudu. Oxuduqca da heyrət onu bürüdü və ssenaridə yazılan hadisələrə rəğmən qədər həyəcanlandı ki, bir neçə dəfə ayağa qalxıb yaxındakı su kranından soyuq su içdi. Və nəhayət ssenarini oxyuyub bitirəndən sonra əmisi ilə üzbəüz oturub öz zərif, kiçik əlləri ilə onun iri, kobud əllərindən tutdu və bir qədər onun intəhasız bir səmimiyyət ifadə eləyən gözlərinə baxıb, əmisinin qulağı çox ağır eşitdiyi üçün uca səslə dedi:
-Əmi, mən bu ssenaridə çox mətləblərdən hali oldum. Burdakı bütün hadisələri, müsbət-mənfi xarakterləri, xaqlqımızın başına gələn faciələri sanki öz gözlərimlə gördüm. Əmi, bu çox güclü ssenaridi. Bu xalqımızın iyirmi bir illik tarixini əhatə eləyir. Burda dəhşətlər, vəhşətlər var. Sanki o dövrə bir güzgü tutur bu ssenari. Sən bunu lazımi yerə təqdim eləsən, hökmən bunun əsasında film çəkərlər. Özü də elə film ki, lap “Osqar” mükafatına layiq görülər. Hökmən bunu elə əmi, hökmən! Hara lazımdı mən də səninlə gedərəm! Qoyma bu da o biri əsərlərin kimi yatıb qalsın əmi! Bu xalqa çox vacibdi, çox! Hə əmi, hə..
Cavid çiyinlərini çəkdi.
Aytac əmisinin bu hərəkətini görüb bir qədər incik halda ayağa qalxdı:
-Onda mən bunun üstünə düşəcəyəm, mütləq düşəcəyəm!
Aytac bunu deyib əmisinin otağından çıxdı və bir qədər sonra əmisinin yazdığı ssenari barədə nənəsinə, babasına və anasına xəbər verdi.
Vurğun bu axşam olduqca qanı qara evə gəldi və masa ətrafında oturub siqareti-siqaretə calamağa başladı. Onun bu qədər qanının qara olmasının səbəbi isə bu gün səhər Qubada bədii filmin çəkilişi zamanı baş verən hadisə idi. Vurğun bu filmə qədər bir neçə filmdə ikinci dərəcəli və yaxud epizodik rollarda oynasa da, indi baş rolda oynamaq üçün dəvət almışdı. Lakin bu gün filmin ilk çəkilişi başlayanda burda bəxti həmişəki kimi üzünə gülməmiş, daşa dəyib qırılmışdı.
Əhvalat isə belə baş vermişdi. İlk çəkiliş bu şəkildə gedirdi. Vurğun kiçik qayıqda avar çəkə-çəkə sevgilisi ilə birlikdə çayda gəzintiyə çıxmışdı və onlar bir-biri ilə aşiqanə söhbətlər eləyirdilər. Vurğunun sevgilisini Türkiyədən dəvət almış məhşur aktrisa oynayırdı. Onların qayığının ətrafında quruluşçu rejisorun, quruluşçu opretatorun və quruluşçu operatorun oturduqları başqa bir qayıq var idi ki, bu qayığı “avarçəkmə” yarışlarında nəaliyyətləri olan pəhləvan cüssəli Behbud iri avarlarla idarə eləyirdi.
Behbud qayığı olduqca peşəkarcasına idarə elədiyi üçün kameraman rahatlıqla işlini göpür və heç bir çətinlik çəkmədən hər şeyi istədiyi kimi görüntüyə alırdılar.
Quruluşçu opertordan başqa iki dənə də köməkçi operatlar var idi ki, onlardan biri kamerasını çayın sağ sahilindən, o birisi sol sahilində quraşdırmışdı və rejisorun “mator”, sözünü eşidən kimi kameralarını işə salıb çəkməyə başlamışdılar.
Bir sözlə artıq on dəqiqə olardı ki, çəkiliş başlamışdı və hər şey qaydasınca gedirdi. Lakin birdən çayın kənarındakı təpədən sürətlə çaya dığırlanan qaya parçası ordakı bütün yaradıcı heyətin ovqatını təlx elədi. Qaya parçası olduqca sürətlə yuvarlanıb çaya düşdü, bu zaman su elə şahə qalxdı ki, Vurğunla türkiyəli aktrisanın oturduğu qayıq bir neçə dəfə atılıb düşdü və üzü üstə çevrilməsə də, aktrisa münazivətini saxlaya bilməyib qayıqdan suya aşdı.
Bu zaman hər kəs, hətta kənardan onları müşahidə edənlər də vəlvələyə düşdülər, aktrisa isə üzə bilmirdi və özündən asılı olmayaraq artıq ondan uzaqlaşmış qayıdan yapışmaq istəyirdi. Lakin artıq gec idi, qayıq get-gedə axar çayda ondan uzaqlaşmaqda idi. Vurğun isə avar çəkib ona kömək eləmək əvəzinə canını qurtarmaq üçün başqa bir səmtə, daha doğrusu sahilə doğru üz tutdu.
Aktrisa isə saniyə bə saniyə ölümlə daha çox pəncələlirdi və əgər Behbud ondan artıq iyirmi metr uzaqda olan qayıqdan özünü suya atıb tez bir zaman içində onun köməyinə yetişməsəydi, yəqin ki, ölüm öz pəncəsində onu boğub o biri dünyaya göndərəcəkdi.
Pəhləvan cüssəli, olduqca cəsarətli, mərd Behbud boğulmaqda olan aktrisanın uzun saçlarından yapışıb yuxarı qaldırdı və elədi ki, ağzına oksigen getsin, sonra isə arxası üstə qayığa tərəf üzdü. Behbudun idarə elədiyi qayıqda oturanlar isə sanki acığa düşübmüş kimi get-gedə daha şiddətlə axan çayda avar çəkə bimədikləri üçün başlarını itirmişdilər və qayıq da idarəsiz qalıb get-gedə uzaqlaşırdı.
Lakin Behbur elə Behbud idi, odur ki, əsl kişi kimi hərəkət eləyib aktrisanı sahilə çıxarandan sonra yenə suya atıldı və şiddətlə axar çaya sinə gərərək çox çətinliklədə olsa da quruluşçu rejisorunvə quruluşçu operatorun oturduqları qayığa tərəf üzdü.
Bir az bundan qabaq aktrisanın boğulacağından qorxan bu adamlar, axar su alıb onları apararkən artıq öz canları üçün elə qorxmuşdular ki, rəngləri meyid rənginə dönmüşdü. Lakin Behbud özünü qayığa çatdırıb olduqca güclü əllərilə qayığı ram eləyndən sonra onların rəngləri yenə əvvəlki hala gəldi.
Aktrisanın ağzına o qədər də su getməmişd, odur ki, huşu başında idi, lakin su həddindən artıq soyuq olduğu üçün, tufan zamanı titrəyən nazik budaq kimi titrəyirdi.
Onun bədənini spirtlə ovdular və yaxınlığda elə Behbudun köməyi ilə iri bir tonqal qaladılar ki, tonqalın istisi bu türkiyəli, özü də çox bahalı aktrisanı özünə gətirsin.
Vurğun isə utanmaz-utanmaz aktrisa ilə üzbəüz oturub tez-tez ondan,-“nasılsın”, nasılsın”, “iyimisin”,-deyə soruşurdu.
Türkiyəli aktrisa isə tam özünə gələndən sonra buna cavab olaraq bir parça onun üzünə tüpürdü:
-Tfu sana aşağılıq hərif. Sən də kəndini bi erkək sanıyorsun demək? Sən erkəkmisin?!
Vurğun üzündəki tüpürcəyi silib, heç nə omayıbmış kimi gözlərini döydü:
-Əlbəttə, mən erkəyəm!
Aktrisa üz-gözünü turşutdu:
-Ya öyləmi? Öyləmi diyorsun? Yox canım?! Vay-vay-vay.. Sana bayan əndisəsi geymək lazım. Dəf ol gözümün karşısından gözüm səni görməsin!
Aktrisa bunu deyib üzünü quruluşçu rejissora tutdu:
-Əfəndim, bən bu abdalla hiç bir zaman çalışmam! Əgər bənimlə iş birliyi yapmaq istiyorsuzsa bu budalanı kovun gitsin! Yoksa bən gidəlim!
Quruluşçu rejissor sanki buna bəndmiş kimi Vurğuna baxdı:
-Eşitdin də. Dur şələ-küləni yığışdır get! Səndən bizə yar olmaz.
Çox məhşur kinorejissorun qarşısında söz deməyə cəsarət eləməyən Vurğun suyu süzülə-süzülə ayağa qalxıb bir qədər uzaqlaşdı. Lakin türkiyəli aktrisanın səsini eşidib ayaq saxladı:
-Əfəndim, bənim hilaskarım çox güçlü bi erkək, həm də çox yakışıklı. Nədən onu o abdalın yerinə koymayasız?!
O, əlini bir qədər kənarda tonqalı gücləndirməkdən ötrü çırpı yığan Behbuda uzatdı:
-Bence bu rolu ona versəz, filminiz tüm dünyanı fəth edər. Bi ona bakın! Na kadar cüssəli, na kadar yakışıklı. Şimdi böyle erkekler çok az. Sinemada isə tamam yok.
Bu dəfə quruluşçu rejissorun səsi gəldi:
-Düz deyirsiz xanım əfəndi. Amma bir özündən soruşaq, sonra da yoxlayaq. Əgər istedadı varsa, çəkilişi davam etdirərik və sizin istədiyiniz kimi həmin rola onu çəkərik.
Bu sözləri eşidəndən sonra hikkəsi başına vuran Vurğun daha onların sözlərinə qulaq asmağı özünə təhqir hesab edib uzaqlaşdı və bir az sonra şose yola çıxıb bir maşın tutaraq Bakıya qayıtdı.
O, evə girən kimi onun üçün məcməidə isti xörək, göyərti və çörək gətirən Həmayil isə ilk çəkilişin müvəffəqiyyətlə keçdiyini güman edib soruşdu:
-Hə necə oldu? Çəkiliş yaxşı getdimi? Yəqin hər şey əla olub. Yaxşı bəs niyə gəldin? Axı sən hələ bir həftə orda olmalı idin?!
Vurğun bir qədər susub bağırdı:
-Öldülər, hamısı gəbərdi. Sudan bir dənə əjdaha çıxıb hamısını uddu.
Həmayil heyrətlə soruşdu:
-Hamısını?! Vay-vay.. Türkiyəli aktrisanı da?
Vurğun ona ani nəzər salıb üzünü başqa səmtə çevirdi:
-Hə, türkiyəli aktrisanı da.
-Çox yekə idi əjdaha?
-Hə, çox yekə idi. Buludlara qədər olardı.
Həmayil məcməini masanın üstünə qoyub əlləri ilə başını tutdu:
-Aman Allah, nə pis oldu. Çox pis oldu, çox..
Vurğun əsəbilikdən titrəyə-titrəyə bir siqaret yandırıb damağına qoydu:
-Hə, çox pis oldu, çox..
Bu vaxtı xasiyyətcə anasına çox oxşasa da, onun qədər avam olmayan Aytac dilləndi:
-Ana, atam zarafat eləyir.
Həmayil qızına tərəf döndü:
-Zarafat eləyir?
Aytac başını tərpətdi:
-Hə.
-Hardan bilirsən?
Aytac gülümsündü:
-Ay ana, axı indi iyirmi birinci əsrdir, ikinci əsr deyil. Məgər indiyə qədər bilməmisən ki, əjdaha mifik bir obrazdır. Əslində belə bir varlıq heç zaman olmayıb. O ki, qaldı böyük ilanlara, onların bəzilərinə sadəcə olaraq iriliklərinə görə əjdaha deyirlər. Bu bizim dilimizdə belədir. Bir bax, görürsən, atamın qanı qaradır. Bu ona görədir ki, yəqin çəkiliş alınmayıb, ya da atamın sözü rejisorla düz gəlməyib. Görmürsən vaxtından qabaq Qubadan qayıdıb?!
Həmayil üzünü Vurğuna tutdu:
-Aytac düz deyir ay Vurğun?!
Vurğun siqaretinə daha dərin bir qullab vurdu:
-Hə düz deyir, düz deyir. Lənətə gəlsinlər! Hər şey pozuldu. Axı bu mənim kinoda ilk böyük rolum olmalı idi. Alınmadı, alınmadı..
Həmayil əlini onun əlinin üstünə qoydu:
-Yaxşı əsəbləşmə, xörəyini ye, yəqin ki, çox acsan.
Vurğun siqaretin kötüyünü külqabıya basdı:
-Mən bunu belə qoymayacağam, bu onlara çox baha başa gələcək, çox.
Bu yerdə Aytac dilləndi:
-Mən o ssenarini oxumuşdum ata. Açığını deyim ki, heç xoşuma gəlməmişdi. O ssenari lap Latın Amerikasının teleseriallarındakı ssenarilərə oxşayır. Gündə yüz dəfə ər arvadına deyir mən səni sevirəm, arvadı da ərinə. Sanki sevirəm sözündən başqa heç nə bilmirlər. Yaxşı ki, sən orda oynamamısan. Mən yüz faiz əminəm ki, o film çəkiləndən sonra özünə tamaşaçı toplaya bilməyəcəkdi. Amma Cavid əmim elə bir ssenari yazıb ki, necə deyərlər daşdan keçər. Bax ata, sən ordakı rollardan birini oynasan, bu tamam başqa şey olar. Çünki ordakı xarakterlər mənfi və yaxud müsbət olmasından asılı olmayaraq o qədər dolğundu, hadisələr o qədər canlı təsvir edilib ki, insanı heyrət bürüyür. Sözün düzü bunu Cavid əmim yazdığı üçün demirəm, bu həqiqətən də “Osqar” mükafatı almağa layiq bir ssenaridi.
Aytacın sözlərindən sonra Vurğunun birdən-birə içindəki bayaqdan onu dağıdan hiddət sakitləşdi. O, burnunu çəkib sakitcə Həmayilin onun üçün gətirdiyi isti xörəyi yeməyə başladı.
Aytac isə hey danışır, əmisinin ssenarisini tərifləyir, xəyallarında həm əmisi, həm də atası haqqında qurduqlarını dili ilə obrazlı şəkildə təsvir edirdi:
-Siz təsəvvür eləyin ki, əmimin ssenarisində Azərbaycanın 1918-ci ildən ta ki, 1938-ci ilə qədər ki tarixi hərtərəfli əks olunub. Elə yazıb ki, əmim bunu, oxuduqca sənə elə gəlir ki, sən də o hadisələrin içindəsən, hər şeyi gözünə görürsən, qəlbinə duyursan.Yox-yox, mən bunu heç cürə sözlə ifadə eləyə bilmirəm, gərək özünüz oxuyasız və mən əminəm ki, oxusaz, siz də özünüzdən asılı olmayaraq həmin hadisələrin içinə düşəcəksiz.
Aytac bunu deyib bayaqdan çox ac olduğu üçün yeməyi xalqın dili ilə desək gözünə soxan atasına bir az da yaxınlaşdı:
-Ata, əmim şikəstdi. Özü də sanki dünyadan küsüb. İndiy qədər nə qədər dram əsərləri yazıb, heç birini də üzə çıxartmayıb. Elə bil ki, özü yazıb, özü də oxuyur. Bunları bir tərəfə qoyuram, amma indi ona gərək kömək eləyəsən ata. Sənin əlin çox yerə çatır. Sən ölkəmizdə bu dəqiqəən çox tanınan və sevilən aktyorlardansan. Əmimin yazdığı ssenari məhz sənin sayəndə işıq üzü görə bilər. Ata, artıq neçə ildi əmim yazır, yaradır, amma sən onun yaradıcılığı ilə heç maraqlanmırsan. Axı sən ona kömək eləməsən, kim ona bu işdə kömək eləyəcək ata. Ata xahiş edirəm, çox xahiş edirəm, əmimə kömək elə!
Vurğun yeməyini bitirib dəsmalla ağzını sildi:
-Əlbəttə qızım, hökmən kömək eləyəcəm, hökmən!
Atasından bunu eşidən Aytac olduqca sevincək olub onu öpdü:
-Çox sağ ol ata!
Bu zaman Vurğun üçün çay gətirən Həmayil araya söz qatdı:
-Çox savab iş görərsən Vurğun. Əgər Cavidin əsəri qəbul olunsa, filmi çəkilsə, yəqin ki, bu onun ürəyinə xeyli istilik gətirər və dili tutulandan sonra düşdüyü vəziyyətdən çıxar.
Vurğun bir qurtum isti çaydan içdi:
-Əlbəttə! Amma gərək əvvəlcə Cavidin ssenarisini mən özüm yaxşı-yaxşı oxuyum!
Aytac atasının yaxınlığındakı kətildə oturdu:
-Oxu ata, oxu! Heç şübhə eləmirəm ki, vurulacaqsan əmimin əsərinə. Çox xoşun gələcək, çox..
Aytac yenə demək istəyirdi ki, evin qapısının zəngi çalındı və Həmayil dərhal gedib qapını açdı.
Qapıda bir kişi ilə bir qadın dayanmışdı. Kişi qapı açılan kimi sözə başladı:
-Bağışlayın xanım, biz kirayə ev axtarırıq, burda, sizin qonşularınız dedi ki, siz kirayə otaq verirsiz. Biz də gəldik. Bizə düzgün məlumat veriblər, yoxsa..
Həmayil onun sözünü ağzında qoydu:
-Sizə düzgün məumat veriblər, lakin bu işə qayınatamnan, qayınanam baxır. Zəhmət olmasa sağ tərəfdəki qapını döyün!
Kirayə ev axtaranlar dərhal təşəkkür edib Ağaxanla, Məsumanın yaşadığı qapıının zəngini çaldılar.
Bir qədər sonra Vurğunla Cavidin atası Ağaxan onlara boş evi göstərdi. Onlar da burda hər şey, yəni istilik sistemi, vanna otağı, mətbəx, paltaryuyan maşın və ilaxır.. qaydasında olduğu üçün dərhal burda kirayənişin kimi qalmağa razılaşdılar.
* * *
Bu əhvalatdan üç ay keçmişdi. O vaxta qədər hər şey qaydasında gedirdi. Lakin üç ayın tamamında Aytac dünyada ən çox sevdiyi insanlardan biri olan əmisi Cavid üçün isti xörək aparanda elə sarsıldı ki, özündən asılı olmayaraq üstündə bir kasa isti küftə-bozbaş, göyərti doğranmış təndir çörəyi olan məcməi əlindən düşdü və içində bozbaş olan kasa sınıb qəlpələrə bölündüyü üçün isti bozbaşın suyu Aytacın qıçlarına sıçrayıb onu yandırdı.
Lakin Aytac bunun fərqində belə oilmadı, çünki evin tən ortasında tamamilə qanına boyanmış əmisinin cəsədi onu o qədər dəhşətə gətirdi ki, çığırtısı ən azı iki yüz metr uzaqda eşidildi.
Qızcığazın qiyyəsinə anası, nənəsi, babası və Amaliya adlı kirayənişin dərhal qaçıb gəldilər. Ağaxanla, Məsumə hələ otuz bir yaşı tamam olmamış mələklər qədər pak, günahsız övladlarını bu şəkldə görüncə hər ikisi nalə çəkib onun qanlı cəsədinin üstünə yıxıldılar. Həmayil də güclü şəkildə sarsıldığı üçün münazivətini itirib kiçik qardaşı qədər sevdiyi qaynının cısıdinin ayaq tərəfinə aşdı. Amaliyanın isə gözləri böyümüşdü, o bir neçə dəfə ah çəkib gözləri nəmli halda Cavidin otağını tərk etdi.
O zaman Vurğun evdə yox idi, Aytac əmisinin cəsədini qan içində görməmişdən bir qədər əvvəl iş dalınca getmişdi. Lakin arvadının zəngindən sonra başı lovlu halda bir taksi tutub evə gəldi və qardaşını belə halda görüb cəsədin üstünə yıxılaraq hönkür-hönkür ağlamağa başladı.
Yalnız çox ağlaya bilmədi Vurğun. Çünki artıq bir kənarda dayanıb səssiz fəryad qoparan Ağaxan irəli gəlib onun qolundan tutub Cavidin cəsədindən ayırdı:
-Səhnədə əla rola girirsən, lakin burda daha rol oynaya bilməyəcəksən.
Vurğun gözlərindən yaş axa-axa atasına baxdı:
-Sən nə danırrsan ata?! Nə rol, nə səhnə?!
Ağaxan sərt şəkildə dillənmək istəsə də, səsi ney naləsinə bənzədi:
-Onu sən öldürmüsən!
Vurğun ildrım vurmuş kimi sıçrayıb ayağa qalxdı:
-Mən öldürmüşəm?
-Bəli, sən öldürmüsən, sən!
Vurğun gözləri kəlləsinə çıxmış halda dedi:
-Ata..
Ağaxanın səsi bir qədər də yanıqlı çıxdı:
-Kəs! Kəs! Nankor! Aldatdın onu! Altı ay gecələr də yatmayıb yaratdığı əsəri kinossenarilər müsabiqəsinə onun adı ilə deyil, öz adınla göndərdin! Ssenari müsabiqənin laureatı oldu. Buna görə düz iyirmi beş min manat mükafat aldın. Yalvardıq sənə, mən də, Məsuma da, Aytac da, Həmayil də.. Dedik heç olmasa bu namərdliyinin əvəzində o pulun yarısını ona ver! Bunu da eləmədin! Sonra bildin ki, səni ifşa eləyəcəyik və hər yerdə rüsvay olacaqsan, öldürdün onu ki, subut eləyə bilməyək ki, o ssenarini sən yox, o yazıb. Tfu sənə rəzil! Allah sənə lənət eləsin!
Ağaxan tez-tez vahimə içərisində dayanıb ona baxan Vurğunun üzünə tüpürür və onu doğma qardaşını öldürməkdə günahlandırdı. Məsumə, Aytac, Həmayil isə onsuz da elə bir halda idilər ki, Vurğunu günahlandırmağa gücləri yox idi. Məsumə ilə Həmayil, Cavidin artıq mələfələrə bürünmüş cəsədi üstündə ağı deyir, Aytac isə əmisinin cəsədinin ayaqlarını qucaqlayıb ara vermədən için-için ağlayırdı.
Ağaxan bir qədər də Vurğunu lənətləyəndən sonra onun qolundan yapışdı:
-Gedək!
Vurğun təlaş içində soruşdu:
-Hara?
-Polisə!
Vurğun qolunu atasının dəmir pəncəsindən xilas etmək istəsə də gücü çatmadı:
-Ata sən nə danışırsan? Axı mən öz doğma qardaşımı necə öldürə bilərəm?
Ağaxan onu qapıya tərəf dartdı:
-Hər an vicdanını itirə-itirə. Şöhrətin səni elə bir dərin uçuruma yuvarlatdı ki, tək vicdanını deyil, simanı, əqidəni, insanlığını, hər şeyini itirdin. Buna görə də sənə heç bir yamanlıq eləməmiş doğma qardaşını öldürdün. Gedək! Orda polis idarəsinbdə səni elə bir hala salarlar ki, qardaşını öldürdüyünə görə yox, özünü niyə öldürmədiyinə görə peşmançılıq çəkərsən..
Ağaxan bir az da onu qapıya tərəf dartdı, lakin bu dəfə Vurğuna qorxu hissi o qədər güc gəldi ki, dartınıb atasının əlindən çıxa bildi:
-Mən öldürməmişəm, mən öldürməmişəm. Düzdü mən alçaqlıq eləyib onun yazdığı ssenarini öz adımla müsabiqəyə təqdim etdim və lauerat olub iyirmi beşmin manat mükafat aldım. Amma mən qardaşımı öldürməmişəm, öldürməmişəm!
Ağaxan irəli gəlib yenə onun qolundan yapışdı:
-Dedim sənə artistlik eləmə! Sən bu cür hoqqabazlığınla axmaq adamları inandıra bilərsən, məni yox!
Bu vaxt Məsumə göz yaşlarını saxlayıb güclə eşidiləcək səslə dilləndi:
-Ay Ağaxan, bəlkə doğurdan da Cavidi o öldürməyib.
Ağaxan arvadına baxmadan dilləndi:
-Nə olar.. Əgər doğurdanda belədirsə polis hökmən bunu biləcək.
Ağaxan bunu deyib Vurğunu qapıdan həyətə çıxartdı və elə bu vaxt həyətə küçə qapısından Cinayət Axtarpışları Şöbəsinin rəisi polkovnik Sübhan Poladov, baş leytnant Nəcməddin Poladov, polis çavuşu Zülfüqar və leytnant Şəfəq daxil oldular.
Ağaxan onları görən kimi üzünü Poladova tutub Vurğunu göstərdi:
-Bu, bu öldürüb öz doğma qardaşını.
Vurğun güclü vahimə içində dilləndi:
-Mən öldürməmişəm, mən öldürməmişəm. Axı mən doğma qardaşımı necə öldürə bilərəm?!
Ağaxan yenə onun üstünə çığırdı:
-Kəs səsin namərd!
Ağaxan bunu deyəndən sonra sanki birdən ayılıbmış kimi təəcüblə Poladovdan soruşdu:
-Sizi kim xəbərdar elədi? Axı biz elə bir vəziyyətdəyik ki, polisə zəng vurmağı hələ beynimizə vurmamışıq. Birdə ki, zəhmət çəkib gəlməsəydiz də olardı, çünki o bədbəxti bu cəllad öldürüb.
Poladov sakitcə dilləndi:
-Bizə qonşularınız zəng vurdular. O ki, qaldı bizim bura, yəni ölüm hadisə törənən yerə gəlməyimizə, bu elə bizim işimizdi ağsaqqal.
Poladov danışa-danışa evə girdi və kimsəyə bir söz demədən mələfəni qaldırıb Cavidin cəsədinə baxdı:
-İndi bura tibbi ekspertlər gəlib cəsədin üərində müayinə aparacaqlar. Bu da bizə imkan verəcək ki, mərhumun kim tərəfindən öldürüldüyünü müəyyənləşdirək.
Vurğunu darta-darta təzədən içəri gətirən Ağaxan soruşdu:
-Bəs bunu aparmırsız?
Poladov başını buladı:
-Hələ yox!
-Niyə?
-Çünki hələ qatilin o olub-olmadığını bilmirik!
Ağaxan itələyib Vurğunu yerə yıxdı:
-Amma mən əminəm ki, rəis, bu mundar öz doğma qardaşını öldürüb!
Poladov mələfəni örtüb üzünü ona tutdu:
-Nəyə görə əminsən ağsaqqal?
Ağaxan Poladova yaxınlaşdı:
-Çünki o, çox rəzil hərəkət eləmişdi. Bədbəxt Cavidin alnının tərilə altı aya yazdığı kinossebarini öz adı iləı müasbiqəyə göndərmiş və buna görə iyirmi beşmin manat mükafat da almışdı. Amma bizim hər şeyi bəyan eləyəcəyimizdən qorxub doğma qaradşını öldürdü ki, ssenarini onun yazdığı ört-basdır olsun.
Poladov ötəri olaraq qadınlara nəzər edib üzünü ona tərəf çevirdi:
-Belə şeylər çox olur ağsaqqal. Ələlxüsus da indiki dövrdə. Lakin bu onun öz doğma qardaşının qatili olmasına əsas vermir. Allah mərhuma qəni-qəni rəhmət eləsin! Mən bildiyimə görə bizim dinimizdə belədi ki, günahsız öldürülən insan şəhid sayılır. Odur ki, sənin oğlun da şəhiddi. Bu səbəbdən də məqamı behiştdi yəqin. Əlbəttə, düzünü yalnız Uca Allah bilir. Allah sizə səbr versin! Bir az səbr elə ağsaqqal, iki dəqiqə keçməz ki, bizim ekspertlər burda olarlar və o biri oğlunuzun qatil olub-olmadığı aşkara çıxar. İndi isə oğlunuz da götürüb həyətə çıxın!
Ağaxan Vurğunun qolunu buraxmadan onunla birlikdə həyətə çıxdı.
Elə bu vaxt ekspertlər Mahir Kərimov, Rasim Kamalov və Lətif Lətifov içəri girdilər. Poladov onları görən kimi üzünü artıq bir kənarda oturub göz yaşı tökən qadınlara tutdu:
-Çox xahiş eləyirəm xanıımlar, hələlik buranı tərk edəsiz ki, bizim ekspertlər qatilin izini axtarsınlar.
Qadınların hər üçü, yəni Məsumə, Həmayil və Aytac bir söz demədən bir söz demədən evi tərk etdilər. Bundan sonra Mahir Kərimov cəsədi müayinə eləməyə, Rasim Kamalovla, Lətif Lətifov isə evin içində iz axtarmağa başladı.
Bir qədər sonra Rasim Kamalov üzünü Poladova tutdu:
-Mərhuma cəmisi bir bıçaq zərbəsi vurulmuşdur. Lakin zərbə boyun arteriyasına endirildiyi üçün mərhumun qanı dayanmadan və şiddətlə axdığı üçün dərhal ölmüşdür. Güman edirəm ki, mərhuma bıçaq zərbəsi oturduğu yerdə endirilmişdir. Çünki zərbə yuxarıdan aşağı endirilmişdir. Yaranın dərinliyi yeddi santimetrdir. Onu da dedim ki, bıçaq zərbəsini endirən qüvvətli adam olmuşdur, çünki iti bıçaq zərbə endirilən kimi boyun arteriyasını tamamilə kəsmişdir.
Poladov evin bir küncündə qoyulan kompyüterə nəzər saldı:
-Mərhum yazıçı-dramaturq imiş. Çox güman ki, nəsə bir əsər üzərində kompyüter arxasında işləyirmiş və şübhə eləmirəm ki, qatilin ona arxadan yaxınlaşdığını qətiyyən hiss eləməyib.
Mahir Kərimov kompyüterin qarşısında yerə aşan kətilə işarə elədi:
-Elədir! Lakin çox güman ki, qatil onu bıçaqlayan kimi mərhum arxası üstə yerə aşmışdır.
Bu vaxt Rasim Kamalov döşəməyə işarə elədi:
-Burda dörd dənə qadın ayaqqaqılarının, iki dənə kişi çəkməsinin və iki dənə kişi başmağının izi var. Bunlardan biri mərhuma aiddir, görürsüz, hər tayı bir tərəfdə düşüb qalıb. Özü də 43 öldüdərlər. O biri kişi başmağının izi isə məhz mərhumun qətlə yetirildiyi hissədədir. Bundan da əlavə həmin başmağın izi həm qapıdan mərhumun qətlə yetirildiyi nöqtəyə, həm də həmin nöqtədən qapıya uzanır.
Poladov soruşdu:
-Hansı ölçüdədi kişi başmağı?
-Qırx iki ölçüdə cənab polkovnik.
Poladov Lətif Lətifova baxdı:
-Sən həmin başmağın izini həyətdə axtar Lətif müəllim.
Lətif Lətifov dərhal bir söz demədən həyətə çıxdı.
Bundan sonra Poladov Şəfəqə baxdı:
-Qızım, sən çıx həyətə, burda gənc bir qız var idi, onu bura çağır!
Şəfəq də danışmadan həyətə çıxdı və bir qədər sonra Aytacla qayıtdı.
Poladov üzünü Aytaca tutdu:
-Sən mərhumun nəyisən qızım?
Aytac yaylıq çıxarıb gözlərinin yaşını sildi:
-Qardaşı qızıyam.
-Adın nədi qızım?
-Aytac..
-Səhv eləmirəmsə mərhumu ölmüş vəziyyətdə ilk dəfə sən görmüsən.
-Elədir!
-Mərhumu qan içində görəndə də nalə çəkmisən və səsinə anan, nənən, baban, birdə başqa bir qadın gəlib. Düzdümü?
Aytac bir də gözlərinin yaşını sildi:
-Elədir!
-Bəs o qadın kimdi?
-O, bizim həyətdə kirayənişin qalır.
-O, sənin səsinə bura gəldi, bir qədər sonra da getdi, düzdümü?
-Hə!
-Bir az sonra atan da gəldi, bəs sən əmini qan içində görəndə, atan harda idi?
-Atam iş dalınca getmişdi, evdə yox idi, lakin anam əmimin qətlə yetirildiyini telefonla ona xəbər verən kimi taksiyə oturub gəlib.
-Və həyətə girən kimi daha yaşadığınız evə yox, bura gəlib, düzdümü?
-Düzdü!
-Bəs bu müsibət üz verəndən sonra biz bura gələnə kimi bu evə babandan və atandan başqa bir kişi xaylağı giribmi?
Aytac başını buladı:
-Xeyr! Qonşulardan bəzisi evdən gələn qiyyələri eşitdiyindən qaça-qaça gəlib sadəcə olaraq qapıdan boylandılar və yəqin ki, sarsıldıqları üçün çıxıb getdiləre.
-Bəs təcili yardıma zəng vuran olubmu?
Aytac bu dəfə əlini yellədi:
-Yox-yox.. Biz elə vəziyyətdə idik ki.. Birdə axı əmim onsuz da ölmüşdü.
Bu vaxt əllərinə əlcək taxmış Lətif Lətifov əlində bir cüt kişi başmağı evə daxil olub başmağları Poladova göstərdi:
-O başmaq izləri, bu başmağa aiddir.
Poladov soruşdu:
-Onu hardan götürdün?
-Sağ tərəfdəki evin qapısı ağzından.
Poladov başmağları Aytaca göstərdi:
-Bu başmaqlar sənin atanındımı?
Aytac diqqətlə başmağlara baxıb dilləndi:
-Bəli!
Poladov qapıya işarəelədi:
-Zəhmət olmasa atanı bura çağır qızım.
Aytac bir söz demədən həyətə çıxdı və bir qədər keçmiş Vurğunla qayıtdı. Bu vaxt Ağaxan da içəri girdi, lakin Poladov sağ əlini yuxarı qaldırıb onu saxladı:
-Sən çıx ağsaqqal, lazım olanda çağıtdırarıq.
Ağaxan köksünü ötürüb bayıra çıxdı və Poladov Vurğuna hələ də Lətif Lətifovun əlindəki başmaqları göstərdi:
-Bu başmalar sənindimi?
Vurğun udqundu:
-Bəli mənimdi. Bunlar həyət başmaqlarıdı.
-Onları axırıncı dəfə nə vaxt geyinmisən?
-İş arxasınca getməmişdən.
-Nəyə görə?
-Kirayəşinlərimizin yaşadığı evin sobasının bacası güclü küləkdən əyilmişdi, dama çıxdım ki, onu düzəldim.
Poladov evin pəncərəsindən həyətə nəzər saldı:
-Kirayənişin qadın o evdə tək yaşayırmı?
-Xeyr, həyat yoldaşı ilə birlikdə yaşayır.
-Onun həyat yoldaşı şikəstdimi?
Vurğun qəribə jest aldı:
-Yox, sağlam bir adamdır.
Poladov diqqətlə pəncərədən həmin dama baxdı:
-Axı güclü külək üç gün bundan qabaq olub. Əgər sağlam bir kişi xaylağıdısa, niyə bu müddət ərzində dama çıxıb bacanın əyriliyini düzəltməyib?
Vurğun yenə udqundu:
-Bilmirəm.
-Sən dama çıxıb bacanı düzəldəndə saat neçə idi?
-Təxminən ikinin yarısı.
-Bəs iş dalınca saat neçədə getdin?
-İkiyə on beş dəqiqə qalmış evdən çıxdım.
Poladov Aytaca baxdı:
-Bunu təsdiq eləyə bilərsənmi qızım?
Aytac yenə başını tərpətdi:
-Bəli, çünki atam evdən çıxanda mən saata baxdım. İkiyə düz on beş dəqiqə qalmışdı.
-Onun küçə qapısından bayıra çıxdığını gördünmü?
-Gördüm, ona görə ki, bizim evdən küçə qapısı yaxşı görünür. Mən gördüm ki, atam küçə qapısını açıb çıxdı.
-Sonra neylədin?
-Sonra mətbəxə keçdim və qazana baxdım görüm ki, xörək bişib, ya yox?!
-Xörək də bişməmişdi, düzdümü?
-Elədir, amma bişməyinə çox az qalmışdı.
Poladov döşəmənin üzərində parçalanmış kasa qırıqlarına, sınmış, amma bölünməmiş göyərti dolu boşqaba, üstündə qəşəng bir qız təsviri olan metal məcməiyə, iki yerə bölünmüş küftəyə, biri başqa səmtə, o biri başqa səmtə düşmüş kartoflara, ora-bura səpələnmiş təndir çörəyinin tikələrinə və artıq döşəmənin rəngini bir xeyli dəyişmiş bozbaş suyuna baxdı:
-Odur ki, xörəyin bişməyini gözlədin. Bir qədər sonra bozbaş bişdi və sən bozbaşın yağlı yerindən çəkib əmin üçün apardın.
Bu yerdə Aytac özündən asılı olmayaraq əmisinin cəsədinə baxdı, yenə özünü saxlaya bilməyib hönkürdü və ürək sızladan iniltilli bir səslə dilləndi:
-Tapın mənim əmimin qatıini, yalvarıram sizə, tapın! Mənim əmim bir mələk idi. Cəbhədə şikəst olmuşdu. Ordan lal qayıtmışdı, qulağı da çox ağır eşidirdi. Ömründə kimsəyə pislik eləməmişdi, o qədər mehriban idi ki.. Tapln onun qatilini, yalvarıram sizə, nə olar.
Poladovun gözləri yaşarmışdı, lakin qəlbində günahsız bir müharibə əlilini qətlə yetirənə qarşı güclü bir alov yanırdı. Odur ki, gözləri yaşarmasına baxmayaraq səsində yırtıcı heyvanları belə qorxuda biləcək sərtlik duyuldu:
-Darıxma qızım, sakit ol! Biz hökmən sənin əminin qatilini tapacağıq, özü də tezliklə inşallah!
Bu vaxt Mahir Kərimov cəsədin üzərindəki müayinə bitirib mələfələri onun üstünə çəkdi:
-Mərhum ikiyə düz beş dəqiqə qalmış qətlə yetirilib.
Poladov dilləndi:
-Dəqiq?!
Mahir Kərimov əlindəki kiçik cihaza işarə elədi:
-Dəqiq.. Mənim cihazım səhv eləyə bilməz. Bunun üstündə çoxdandı əlləşirdim. Dəfələrlə də sınaqdan çıxarmışam.
Bu vaxt Vurğun ümidli bir səslə diləndi:
-Gördüz?! Qızım da təsdiq elədi ki, mən ikiyə on beş dəqiqə qalmış evdən getmişəm. Yəni qardaşım öldürüləndə evdə olmamışam.
Poladov yenəbaşmağlara işarə elədi:
-Ancaq qatil sənin başmaqlarını geyinibmiş?!
Vurğun yazıq bir şəkildə dilləndi:
-Bilmirəm necə olub, bilmirəm? Amma rəis, inanın ki, qardaşımı mən öldürməmişəm. Aparın məni, günahkaram, qardaşıma qarşı xəyanət eləmişəm, aparın, nə cəza verirsizsə verin, lap güllələyin! Lakin qardaşımı mən öldürməmişəm, mən öldürməmişəm.
Poladov üzünü Lətif Lətofova tutdu:
-Sən başmaların içindəki ayaq izlərini yoxla!
Lətif Lətifov başını tərpədib əindəki böyüdücü lupanı başmağların içinə tutdu və bir qədər sonra bir qədər heyrət içində dilləndi:
-Başmaqların içindəki ayaq izləri otuz yeddi ölçüdədir. Çox güman ki, qadın ayaqlarının izləridir.
Poladov nədənsə pəncərədən kirayəşinlər yaşadığı evə nəzər saldı:
-Bax, mənə də elə bu lazım idi.
O, üzünü Vurğuna tutdu:
-Get, o kirayənişin qadını bura çağır!
Vurğun dərhal çıxdı və bir az keçmiş Amaliya ilə birlikdə qayıtdı.
Poladov diqqətlə bu hündürboylu, ağbəniz, qaynargözlü, sinəsini bayırda qoymuş qadını süzdü. Amaliya cəsarətini yığıb Poladovun gözünə baxmağa çalışsa da, bacarmırdı və saniyə-bə-saniyə Poladovun bəşər övladının yalanlar dünyasını yandıracaq qədər olduqca iti baxışları onu təlaşlandırmaqda başladı.
Poladov bir qədər onu təpədən-dırnağa qədər süzəndən sonra soruşdu:
-Burda kirəyənişin qalırsan, xanım?
Amaliya kövrək halda Cavidin cəsədinə baxıb üzünü Poladova çevirdi:
-Bəli! Ərim Xaqani ilə birlikdə üç aydır burda kirayənişinik.
-Ərin harda işləyir?
-O gitara çalandı. Tez-tez Dağıstana iki günlük, üç günlük toylara gedir. İndi də ordadı.
Poladov gözünü ondan ayırıb pəncərədən bayıra baxdı:
-Zəhmət olmasa, şəxsiyyət vəsiqəni, bir də nigah haqqında şəhadətnaməni gətir!
Amaliya bir söz demədən qapıdan çıxdı və iki dəqiqədən sonra qayıtdı:
-Şəxsiyyət vəsiqəm də, nigah haqqında şəhadətnaməm də yadımdan çıxıb bundan əvvəl yaşadığımız evdə qalıb.
-Bəs niyə gedib indiyə qədər gətirmirdin?
Amaliya yazıq görkəm aldı:
-Bilməmişəm, unutmuşam, indi siz deyəndən sonra gedib baxdım, gördüm ki, yadımdan çıxıb qalıb orda.
Poladov bayaqdan susub bir kəlmə danışmayan Şəfəqə, Nəcmədinə və bu evdə hər şeyi mobil telefonla görüntüyə alan Zülfüqara baxdı:
-Nə olar?! İndi bizim əməkdaşlarımızla gedib üç ay bundan əvvələ qədər yaşadığın evdən şəxsiyyət vəsiqənlə nigah haqqında şəhadətnaməni gətirərsən.
Amaliya əllərini yana açdı:
-Bilirsiz, mən biz bura təzə köçəndən iki-üç gün sonra onlarla telefon əlaqəsi saxlamışdım, məsələ burasındadır ki, onların evinin mülkiyyət sənədi olmadığı üçün onları o evdən çıxarmaq istəyirdilər. Hansısa şirkət orda yeni binalar inşa edəcəkmiş. Bilmirəm, əgər onlar hələ də orda yaşayırlarsa, demək mənim sənədlərimi gedib götürə bilərik. Amma ordan köçüb gediblərsə, bu mümkün olmayacaq.
Poladov kənarda qoyulmuş ev telefonuna işarə elədi:
-Nə olar?! Zəng elə, öyrən!
Amaliya telefona yaxınlaşıb dəstəyi götürərək altı dənə nömrə yığdı və bir az keçəndən sonra üzünü Poladova tutdu:
-Rabitə xətti açılmır. Deməli onları ordan köçürdüblər.
Poladov təmkinini pozmadan dilləndi:
-Nə olar, onda get, gitara çalan ərinin nigah haqqındakı şəhadətnaməsini gətir!
Amaliya talandan bir qədər gözlərini döyüb dilləndi:
-Bilirsiz, mən utandım deməyə, biz VVAQ vasitəsilə nigaha girməmişik, şəriət yolu ilə kəbin kəsdirmişik.
Poladovun səsi indi bir az da sərtləşdi:
-Yəqin ki, sizə şəriət yolu ilə kəbin kəsən din xadiminin sizə verdiyi kəbin kağızı indi yaşadığınız evdədi.
Amaliya bir qədər nə deyəcəyini fikirləşib nəhayət ki, sözə gəldi:
-Yox, bilirsiz, o kəbin kağızı başqa bir ünvanda qalıb.
Poladov bir addım ona tərəf gəldi:
-Hansı ünvanda?
-Bir rəfiqəmin evində.
-Rəfiqənin adı nədi?
-Gülçöhrə.
-Harda yaşayır?
-“Sovetski” deyilən ərazidə. Qədirli küçəsində. Amma artıq oraları da söküblər.
Poladov qəzəb içində Lətif Lətifova baxdı:
-Lətif müəllim, bu qadının ayaqlarının izini götür və 42 ölçülü kişi başmağının içindəki izlə tutuşdur!
Lətifov dərhal Amaliyaya yaxınlaşdı:
-Zəhmət olmasa əyləşin xanım!
Amaliya geri sıçradı:
-Olmaz, heç cürə olmaz! Ərim çox qısqancdı. Əgər bilsə ki, mənə yad kişinin barmağı toxunub qiyamət qoparar.
Lətifov əllərindəki əlcəklərəişarə elədi:
-Mən əlcəylə işəyirəm xanım.
Amaliya başını tərpətdi:
-Nə olsun ki.. Mən özüm də heç vaxt buna razı olmaram!
Bu vaxt Poladovunh olduqca qəzəbli səsi eşidildi:
-Özünü çox gülünc aparırsan xanım! Sinəni elə açmısan ki, orda şeytanlar oynayır, amma özünü mömin br qadın kimi göstərmək istəyirsən. Unutma ki, qanun qarşısındasan və qanuna riayət eləmək hər kəs kimi sənin də borcundur.
Amaliya başını əyib iri döşlərinin tamamilə göründüyü sinəsinə baxdı və cəld əli ilə sinəsini örtdü:
-Aman tanrım. Bədbəxt Cavidin faciəli ölümü məni elə çaşdırıb ki, səhvən ancaq evdə geyindiyim paltarla bura gəlmişəm. Biyabır oldum. İcazə ver rəis, gedim evə bunun üstündən abırlı bir şey geyinim.
Poladov köksünü ötürdü:
-Yaxşı get!
Amaliya baş əyib evdən çıxdı. Poladov Nəcməddinə baxdı:
-Sən çıx həyətə ki, sonra buranı küçə qapısı ilə səhv salmasın.
Nəcməddin dərhal həyətə çıxdı və gözünü Amaliyanın girdiyi qapıya zillədi.
Dəqiqələr keçdi, lakin Amaliya kirayənişin qaldığı evin qapısından çıxmadı ki, çıxmadı. Nəcməddin bunu görüb həmin evin açıq qapısından içəri girdi və gördüyü mənzərə onu heyrətə gətirdi. Evin dalana açılan pəncərəsi açıq idi. Amaliya isə evdə yox idi, qaçmışdı.
Nəcməddin pəncərəyə yaxınlaşıb bayıra baxdı. Bu uzun bir dalan idi, lakin həmin pəncərə küçəyə çox yaxın bir yerdə yerləşirdi.
Nəcməddin pəncərədən dalana tullanıb küçəyə tərəf yüyürüb o tərəf, bu tərəfə baxdı. Küçədən ara-sıra adamlar keçirdilər. Amaliya isə görünmürdü.
Nəcməddin yüyürərək həmin küçənin kəsişdiyi küçəyə özünü yetirdi. Burdan artıq maşınlar şütüyürdülər. Hiyləgər qadın burda da görünmürdü.
Nəcməddin aşağı küçəyə tərəf yüyürdü. Burda da Amaliyanın izi-tozu belə yox idi.
Baş leytnant Nəcməddin Amaliyanın yoxa çıxdığını yəqin edəndən sonra kəmərindən sabitə aparatını çıxarıb atasına zəng vurdu və Amaliyanın qaçdığı barədə ona məlumat verdi.
* * *
Amaliya, Nəcməddin onun arxasınca evin pəncərəsindən dalana tullalanda dalanın çıxdığı küçə boyu təxminən iki dəqiqə əvvəl qaçıb həmin küçənin kəsişdiyi küçəyə burulmuşdu olduqva iti sürətlə bu tinəı qədər uzaqbaşı iki yüz metr məsafəsi olan küçəni keçərək tindən başqa küçəyə burulmuşdu. Tindən burulandan sonra bir neçə saniyə nəfəsini dərib yoldan ötən mebel maşının qabağına yüyürmüşdü. Mebel maşının sürücüsü onu vuracağından ehtiyat elədiyi üçün dərhal maşını saxlamışdı. Sürücü kabinanın pəncərəsinin şüşəsini açıb başını azca ordan çıxardaraq;-“Ay bacı, məni dəmirbarmaqlıqlar arasına göndərmək istəyirsən?”,-deyə soruşmuşdu.
Amaliya səsini süni bir fəryadla yoğurub göz yaşları içində demişdi:
-Ay qardaş, sənə quban olum, ayağının altında ölüm, məni zülmdən qurtar! Ərim qumarbazdı. Evimizdə nə varsa, hamısını qumarda uduzub. İndi də məni qumara qoyub. Əlindən güclə qurtulub qaçmışam. Arxamca gəlir, yalvarıram sənə qardaş, məni bu maşının yük yerində gizlət, yoxsa indi bura çatacaq, saçımdan tutub sürüyəcək.
Fərhad adlı sürücü onun göz yaşlarına, yalvarışlarına inanıb maşından düşmüş və mebel maşının yüz yerini açıb onu ora mindirmiş, sonra sürüb getmişdi.
Lakin uzun illərdən bəri yüzlərlə azərbaycanlıları cürbəcür tələlərlə qətlə yetirmiş erməni Amaliya bu dəfə özü də bilmədən tələyə düşdü.
Çünki bu həmin yük maşını idi ki, vaxtilə Zülfüqar bunun sükanı arxasında oturmuşdu. Sürücünün yanında isə iki pəhləvan ekiz qardaşlar Nüsrətlə Heybət oturmuşdular, belə ki, onlar növbəti müştərrinin mebelini boşaldıb, Paşa müəllimin sahibi olduğu mebel mağazasına qayıdırdılar.
Amaliya maşının yük yerində gizlənəndən təxminən beş dəqiqə sonra Zülfüqarın idarə elədiyi polis maşını mebel maşınına çatıb siqnalladı və ötüb keçərək qarşıda dayandı.
Mebel maşının sürücüsü onu siqnalayanın polis maşını olduğunu görüb dərhal maşını kənara verərək saxladı.
Zülfüqar polis maşınından düşüb mebel maşınına tərəf gəldi. Nüsrətlə Heybət onun Zülfüqar olduğunu görüb sevinclə bir-birinə baxaraq maşından düşdülər və növbə ilə onu bağırlarına basdılar. Nüsrət böyük səmimiyyətlə əlini onun çavuş nişanlı paqonuna toxundurdu:
-Ən şərəfli yolu sən seçmisən Zülfüqar.
Heybət qardaşının sözünə qüvvət verdi:
-Cəbhədə mənfur ermənilərə qarşı savaşmısan, indi də burda daxilimizdə olan düşmənlərlə mübarizə aparırsan. Əhsən sənə qardaş! Özü də bu polis mundiri sənə çox yaraşır.
Zülfüqar sağ əlini Nüsrətin, sol əlini Heybətin çiyninə qoydu:
-Sizi görməyimə çox şad oldum. Boş vaxtım olsaydı oturub doyunca söhbət eləyərdik. Məsələ burasındadır ki, bu vaxtilə mənim də sürdüyüm yük maşının yük yerinin qapıları azca aralıdır.
Zülfüqar başı ilə polis maşınına işarə elədi:
-Bizim rəis, polkovnik Sübhan Poladov, bunu belə görüncə bir az təəcüb etdi, düzü. Biz qatil bir qadını axtarırıq. Bəlkə siz o qadını görmüsüz?
Heybət soruşdu:
-Nə geyinib, görkəmi necədi:
-Əynində qırmızı kofta, qara tuman var. Ucaboylu, ağbəniz, qara saçlı bir qadındır, təxminən qırx yaşında.
Zülfüqar bunu deyib kəmərindən mobil aparatını çıxarıb ekranını açdı və bayaq ölüm hadisəsi baş verən evdə çəkdikləri görüntünü onlara göstərdi:
-Baxın, bu qadındır.
Nüsrətlə Heybət bir-birinə baxdılar və Nüsrət dərhal maşının arxasına keçib yük yerinin qapısını açmaq istədi, lakin qapı açıq idi. O, qapını tam aralayıb baxdl. Qadın qaçmışdı.
Bu vaxt bir qədər onların yanında qərar tutmuş mebel maşının sürücüsü Fərhad qəzəblə yerə tüpürdü:
-Tfu, lənət şeytana! Maşının qarşısını kəsib dedi ki, guya əri onu qumara qoyub, arxamca gəlir, əgər əlinə keçsəm, məni qumarbazların əlinə verəcək. Qoyun minim sizin maşının yük yerinə, bu ərazidən uzaqlaşan kimi düşüb gedəıcəm. Mənim də yazığım gəldi, mindirdim. Onu bura mindirərkən, dedi qapıları arxadan bağlamayım ki, içəridə havasızlıqdan boğularam. Əgər qapıları başlasaydım qaça bilməzdi.
Zülfüqar isə onun sözlərinə qətiyyən əhəmiyyət vermədən diqqətlə Amaliyanın qaça biləcəyi yola baxırdı, birdən nəsə görüb 180 dərəcə geri dönüb yüyürərək maşına minib sükan arxasına keçib maşını hərəkətə gətirərək həmin andaca enli küçədə maşını qövsi bir hərəkətlə tamamilə əksinə fırladaraq son dərəcə sürətlə sürməyə başladı və arxada, Şəfəqin yanında əyləşmiş Poladovun verəcəyi sualını qabaqlayıb həyəcanla dilləndi:
-Mən onu gördüm, irəli baxsaz siz də görəcəksiiz.
Amaliya əvvəlcə bir qədər uzaqdan görünürdü, lakin Zülfüqar maşını elə sürətlə sürürdü ki, təxminən iki saniyə keçəndən sonra lap yaxından görünməyə başladı. O var gücü ilə uzun küçə boyu qaçırdı və bu dəfə də şeytanlığı havaya uçduğundan qarşısına tin çıxmırdı, lakin qaça-qaça tez-tez arxasına baxdığı üçün polis maşının saniyə-bəsaniyə ona yaxınlaşdığını hiss eləyib sağ tərəfdə tikilisi hələ başa çatmamış binaya soxuldu.
Zülfüqar bunu görən kimi dərhal maşını saxlayıb düşdü və Nəcməddin, Şəfəq, Poladov da cəld düşdülər.
Poladovun amiranə səsi eşidildi:
-Siz onun arxasınca gedin! Ehtiyatlı olun, bu qadın son dərəcə dəhşətli bir qatildir. Mən isə burda qərar tutum ki, tikilisi başa çatmamış binanın içində sizi azdırıb çıxsa onu yaxalayım!
Hər üçü Amaliyanın girdiyi yerdən binaya girdilər və bacardıqları qədər sürətlə hələ on doqquz mərtəbəsi tikilən binanın pilələri ilə üzüyuxarı yüyürməyə başladılar.
Amaliya da çox sürətlə qaçırdı çox qəribə olsa da iki sağlam və güclü kişidən daha irəlidə onun arxasınca qaçan Şəfəqin başını görüb o tərəfdən, bu tərəfdən hörülmüş, lakin aralığı bir daş yarım hörülməmiş tikilinin cəmisi otuz santimetrlik arasından 90 dərəcə bucaq altında dönüb başqa tərəfdən dəmir qapısı olan iri salona soxuldu və sürətini bir qədər də artırıb dəmir qapıya yaxınalaşaraq açmaq üçün əlini dəstəyə atdı, lakin onun arxasınca həmin dəlikdən keçərkən tapançası əlindən düşüb quma batmış və yarıqaranlıq yerdə tapançasını axtarmağın, qatil qadının aradan çıxmağına səbəb ola biləcəyindən, vaxtı itirməmək üçün onun arxasınca gəklən Şəfəqin onu haqlayacağını görüb qoynundan olduqca iti bir bıçaq çıxararaq geriyə fırlanıb bıçaqla Şəfəqi vurmaq istədi. Lakin Şəfəq onun indiyə qədər rastlaşdığı aciz və zəif qadınlardan deyildi, odur ki, Amaliyanın ilk həmləsi uğursuz oldu.
O, əlindəki iti bıçaqla havada bir neçə dəfə dairə vururaq Şəfəqə həmlə etdi, lakin hər dəfə həmləsi boşa çıxdı.
Amaliya on üç il karatenin, “qoceru” növü ilə məşğul olduğundan çox cəld idi, lakin indi onun qarşısındakı gənc polis qadın ondan daha cəld idi, belə ki, Amaliya onu hətta bıçaqla vura bilmirdi.
Nəcməddinlə Zülfüqar otuz santimetrlik aradan keçə bilmədiklərinə görə ora giriş üçün vasitə axtarırdılar və dəmir qapını tapan kimi onu açmaq istədilər. Lakin qapı o tərəfdən bağlı idi və bu tərəfdən yalnız açarla bağlanıb açıldığı üçün qapını aça bilmədilər.
Amaliya isə elə məhz buna görə bu dəiiyə soxulmuşdu. Çünki hər birinin çəkisi ən azı səksən beş kilo, kürəylərinin eni iiki dəfə yarım həmin dəliydən enli olan Zülfüqarla Nəcməddinin o dəlikdən bu salona girməsi mümkün deyildi. Amaliya da bunu yaxşı bildiyindən və dəmir qapının bayır tərəfdən açılacağının qeyri mümkün olduğundan, nəyin bahasına olursa-olsun bu çox gözəl, həddindən artıq cəsarətli, on dənə erməni kişini yıxıb sürüyə biləcək qədər təpərli bir türk qızını öldürəcəyi ümidi ilə iti bıçağı hərləməkdə idi. Düşünürdü ki, əgər bıçaq fayda verməsə, düşməninə on üç il müddətində öyrəndiyi öldürücü karate zərbələri endirəcək.
Düşündüyü kimi də oldu. Çünki ondan daha cəld olan Şəfəq nəhayət ki, zaman kəsiyində onun bıçaq tutmuş biləyindən yapışa bildi və onlar bir müddət süpürləşəndən sonra bıçaq Amaliyanın əlindən düşdü.
Bundan sonra Amaliya qaydasız döyüşə keçdi. Lakin Şəfəq daha güclü idi, odur ki, bu döyüşdən söz yox ki, qalib çıxdı və Amaliyaya sarsıdıcı yumruq zərbələri endirəndən sonra onun qolundan tutub ağrıdoğurucu fəndə saldı.
Amaliyanın qiyyəsi aləmi bürüdü və elə bu vaxt otuz santimetrlik arası olan divarın bir hissəsini bir kuvalt tapıb sökən Nəcməddinlə Zülfüqar “savaş meydanı”na daxil oldular.
Amaliya bədəninə dağ basılmış dişi eşşək kimi anqırırdı. Şəfəq isə bayaqdan çox qəzəbləndiyi üçün artıq neçənci dəfə idi ki, bu sözləri təkrar edirdi:
-Sındırım qolunu?! Sən özünü nə hesab eləyirsən?!
Nəcməddin onunla yeni ailə qurduğu Şəfəqə yaxınlaşıb əliniu onun çiyninə qoydu:
-Sakit ol Şəfəq! Dur gedək Şəfəq, kişi bizi gözləyir!
Şəfəq həddindən artıq çox sevdiyi Nəcməddinin sözündən çıxmayıb Amaliyanın qolunu buraxıb ayağa qalxdı və Zülfüqar Amaliyanın koftasının boynunan yapışıb dəmir qapını açaraq it ölüsü kimi sürüyə-sürüyə apardı. Nəcməddin isə cibindən salafan kisəcik çıxarıb Amaliyanın əlindən düşmüş bıçağı kisəciyə salıb Şəfəqlə birlikdə artıq açıq dəmir qapıdan çıxdı. Bundan sonra Şəfəq gəlib bayaq dəlikdən keçərkən yarıqaranlıq yerdə quma batmış tapançasını tapıb götürdü və onlar bayaq var qüvvələri ilə qaçaraq çıxdıqları pillələrdən aramla endilər.
Binanın damında isə ustalar və fəhlələr heç bir şeydən xəbərləri olmadan çalışırdılar.
* * *
Cinayət Axtarışları Şöbəsində Lətif Lətifov tərəfindən ayaq izləri yoxlanandan sonra Amaliyanı dindirmə otağına gətirəndə, yaxalanandan bəri Cinayət Axtarışları Şöbəsinə gətirilinə qədər Cavidin qatili oldğunu dandığı kimi yenə qatil olduğunu inkar etməyə başladı:
-Sizin məni həbs etməyə heç bir əsasınız yoxdu. Mən kimsəni öldürməmişəm. Mən sizdən şikayət eləyəcəyəm.
Poladov onun başdan-başa fahişəlik ifadə eləyən görkəmindən iyrəndiyi üçün ona baxmamağa çalışırdı. Odur ki, gözlərini tavanda dolandırdı:
Bəs niyə qaçdın?
Amaliya yağlanmamış dəmir qapı kimi cırıldadı:
-Çünki siz polislərin qətlə yetirilmiş adamın əsl qatilini tapmağı bacarmadığınız üçün işinizi asanlaşdırmağa görə günahsız adamları tutub damladığınız barədə çox eşitmişəm. Bilirdim ki, işinizi elə bir günə həll eləməkdən ötrü qətli mənim boynuma yıxacaqsız, mən də günahsız olduğumu kimsəyə subut eləyə bilməyəcəm. Ona görə də qaçdım. İndi də bilirəm ki, hər cür saxta subutlar gətirib guya mənim Cavidin qatili olduğum haqqında istintaq işi açacaqsız. Mən vəkil tələb eləyirəm, əgər özünüzü həqiqətən də qanun adamı hesab eləyirsinizsə, onda qanunla hərəkət eləyin və mənim tələbimi yerinə yetirin!
Poladov sakitcə dilləndi:
-Qanun belədi ki, vəkil caninin dindirilməsi başa çatandan sonra istintaq işi ilə tanış olur və yalnız bundan sonra tutulan şəxslə görüşə buraxılır.
Amaliya yenə bağırdı:
-Mən kimsəni öldürməmişəm! Görürəm, mənə əliniz çatmadığına, sizə təslim olmadığıma görə cinayəti mənim boynuma yıxmaq istəyirsiz. Çünki siz buna da öyrəşmisiz ki, əgər cinayət baş verən məkanda gözəl bir qadınla rastlaşırsızsa, dərhal işi elə qurmaq istəyirsiz ki, həmin qadın sizin iyrənc istəyinizə əməl eləyib, ağuşunuza atılsın ki, ona qara ləkə yaxmayasız. Mən siz dediyiniz o qadınlardan deyiləm, odur ki, boynuma atdığınız böhtandan yaxa qurtarmaq üçün ayaqlarınıza qapanmayacağam!
Poladov yenə təmkinini pozmadı:
-Mən yüz faiz əminəm ki, mərhumu sən qətlə yetirmisən. Özü də necə yetirdiyini sənə deyə də bilərəm. Sən mərhumu qətlə yetirməkdən ötrü, əvvəcə iz buraxmamaq üçün əllərinə əlcək geymisən, sonra mərhumun qardaşının həmişə qapılarının ağzında qoyduğu həyət başmağını geymisən və kimsənin gördüyünə əmin olan kimi, Cavidin otağına girmisən, onun isə qulağı ağır eşitdiyinə görə kompyüter qarşısında oturub işlədiyi zaman, sənin ora girdiyini duymayıb. Sən arxadan ona yetişib, iti bıçaqla var gücünlə onun boyun nahiyəsinə zərbə endirmisən və iti bıçağın zərbəsi onun şah damarını kəsdiyi üçün bədbəxt dərhal ölüb. Sən onun öldüyünə əmin olandan sonra ehtiyatla otağdan çıxıbbədbəxtin qardaşına aid olan başmağları yerinə qoymuasan, özün də o başmağları geyinməmişdən qabaq yenə özünə aid olmayan, həyətdə bir tərəfdə düşüb qalmış, tullanmalı qadın başmağlarını geymisən. Sənin mərhumun qatili olduğunu açıq-aşkar subuta yetirən, mərhumun qardaşına aid kişi başmağlarının içindəki qadın ayaqlarının izinin sənə aid olmasıdır. Sən bunu heç cürə inkar eləyə bilməzsən. Elə təkcə bu dəlil kifayətdi ki, biz səni mərhum Cavidin qatili kimi ittiham eləyək. Lakin sənin insan qatili olduğunu subut eləyən başqa bir dəlil var. Sən bizim işçimiz polis leytnantı səni yaxalamaq istəyərkən, onu iti bıçaqla öldürmək istəmisən.
Poladov bunu deyib masanın üstündəki bükülünü açıb bıçağı ona göstərdi:
-Bu da sənin amansız bir qatil olmana aid əşyayi-dəlil.
Poladov bıçağı ona göstərəndən sonra yenə bükərək qapıda dayanan polis çavuşunu çağırdı. Çavuş yaxınlaşan kimi salafan kisəciyə bükülmüş bıçağı ona uzatdı:
-Bunu apar baş leytnant Nəcməddinə ver!
Çavuş polis salamı verib bıçağı götürüb getdi.
Çavuş qapıdan çıxandan sonra Poladov yenə Amaliyaya baxmadan dilləndi:
-Hansı dinə qailsən?
Amaliya qail sözünün mənasını bilmirdi, lakin sualın dindən getdiyini başa düşdüyü üçün onun sualını cavablandırdı:
-Mən müsəlmanam.
Poladov qəribə şəkildə gülümsündü:
-Yox canım?! Sən müsəlman imişsən demək?!
-Əlbəttə!
-Elə isə mənə deyə bilərsənmi müsəlman nə deməkdi?
Söz yox ki, Amaliya bu sualın cavabını bilmirdi. Odur ki, cavab verməyib susdu.
Poladov qəfildən onun arxasına keçib qollarını arxaya qararaq, onun qiyyəsinə əhəmiyyət vermərəyək möhkəm bir iplə bir-birinə bağladı:
-Cavab verə bilmirsən, çünki müsəlman deyilsən.
Bundan sonra Poladov kiçik çantadan balaca bir qutu çıxardıb qapağını açdı və cibindən kiçik bir maqqac çıxararaq qutunun içindəki böcəyi götürüb Amaliyaya göstərdi:
-Bu Mesopotamiya böcəyidi. İndi daha Mesopatamiya yoxdu. Həmin torpaq İraq adlanır. Lap qədimdə isə Babllstan olub. Amma bu böcəyə indi də Mesopotamiya böcəyi deyirlər. Keçmişdə quldarlar, onlara üsyan eləyən qulların beyninə bunu yeridirdilər. Bu böcəklər insan beyni yeyir, daha doğrusu bunların ən çox xoşladığı qida insan beynidir. Əgər hər şeyi etiraf eləməsən, bu böcəyi sənin başına qoyacağam. O da bir qədər sonra sənin beyninə girəcək və yavaş-yavaş, tədricən sənin beynini yeyəcək. Əlbəttə, böcək çox balacadı, sənin beynini yeyib qurtarmaq üçün ona bəlkə də bir il vaxt lazım olar. Lakin məsələ burasındadır ki, o sənin beyninə girən kimi əvvəl havalanacaqsan, bir neçə saniyədən sonra öləcəksən. Özü də sənin başına bu böcəyi yeritdiyimi kimsə bilməyəcək.
Poladov bunu deyib maqqacla tutduğu böcəyi onun başına yaxınlaşdırdı. Amaliyanın gözləri kəlləsinə çıxdı, ondan durmadan tər axmağa başladı, rəngi meyid rəngi kimi ağardı və ölümdən çox qorxduğu üçün Avropa ölkələrində ət kombinatında elektrik cərəyanı verilən donuz kimi səs çıxartdı:
-Yox, lazım deyil, yalvarıram, hamısını deyərəm, hamısını.
Poladov maqqacı bir qədər ondan uzaqlaşdırdı:
-Kim olduğunu, nə qədər cinayətlər törətdiyini, nə qədər günahsız insanın həyatına son qoyduğunu, kimlərə xidmət göstərdiyini, hamısını, hamısını bircə-bircə danışacaqsan. Əgər bir kəlmə yalan danışsan və yaxud nəyisə gizlədib deməsən, böcək kəlləni deşib girəcək.
Amaliya bu dəfə kürsüyə gələn qancıq it kimi səs çıxartdı:
-Söz verirsizmi ki, işgəncə verməyəcəksiz, daha başıma bu böcəyi yeritməyəcəksiz.
Poladov başını tərpətdi:
-Söz verirəm! Amma yenə də təkrar edirəm, əgər bir kəlmə yalan desən, lənətə gəlmiş şeytanını çağır ki, sənə kömək eləsin! Hərçənd ki, lənətə gəlmiş kor şeytan yalnız yoldan azdırmaqda çox mahirdi, yoldan azdırdığı adamlara kömək eləməkdəsə çox acizdi, daha doğrusu onlar onun toruna düşüb günahlar, cinayətlər törədəndən sonra qanun tərəfindən yaxalananda kənardan onlara baxıb qəhqəhə ilə gülür. Hə, başla görək!
Amaliya bir qədər susub sözə başladı:
-Əsil adım Tamara Adamyandır. Daha doğrusu Adamyan Tamara Avanesovna. Milliyətcə erməniyəm, Azərbaycanın Qazax şəhərində dünyaya göz açmışam. On beş yaşım olanda Tiflisə gedib dörd illik tibbi təhsil almışam. Bu müddət ərzində orda çox məhşur bir karate ustasının dərnəyində karatenin “qoceru” növü ilə təlimlər keçmişəm və harda olmağımdan asılı olmayaraq, düşmənlərimə daim tutarlı zərbələr endirməkdən ötrü karatenin bu növü ilə məşğul olmuşam. Tiflisdə isə təhsilimi bitirindən sonra “Şaum Terror Təşkilatı” mənimlə maraqlanıb və mənim azərbaycan dilini təmiz bildiyimə, eyni zamanda tibbi təhsil aldığıma görə ora üzv seçiblər. O gündən etibarən mən onların göstərişlərinə əmə eləməyə başlamışam və daim onlarla internet vasitəsilə gizli şifrələrlə əlaqə saxlamışam. Onlardan ilk dəfə göstəriş alandan sonra Tovuz şəhərinə gəlib ordakı doğum evində tibb bacısı işləməyə başlamışam. Burda işləyərkən anadan yeni doğulan yüzlərlə sağlam oğlan uşaqlarının göbəyinə zəhər tökmüşəm. Belə ki, bu uşaqlarbu zəhərin təsirindən bir aydan sonra öldüklərinə görə, hamı onların anadan olarkən qanlarında virus olduğundan öldüklərini zənn edtiyi üçün məni bu qətllərdə kimsə şübhəli bilməyib. Lakin təxminən yüz on oğlan uşağını qətlə yetirdikdən sonra növbəti doğulan oğlan uşağının göbəyinə zəhər tökərkən Günəş adlı bir tibb bacısı məni görüb və üstümə hucum çəkib yumruqlamağa başlayıb. Mən isə bilərəkdən ona əl qaldırmayıb, məni döyməsinə, daha doğrusu üz-gözümdə nişanlar qoymağa imkan vermişəm ki, bununla bağlı mıni yox, onun özünü ittiham eləsinlər. Belə də olub, tibbi ekspert mənim Günəş tərəfindən döyüldüyüm barədə akt bağlayandan sonra, Günəşin mənim haqqımda söylədiklərinə kimsə inanmayıb və mənim deyil, onun barəsində istintaq işi açılaraq həbsə alınıb. Mən isə artıq ələ keçə biləcəyimdən ehtiyat elədiyim üçün həmin doğum evini tərk edib Gəncəyə gələrək, ordakı hərbi qospitalda tibb işçisi kimi işə düzəlmişəm. Burda da yüzlərlə yaralı əsgərə gizlicə, kimsənin görmədiyi vaxtlar viruslu iynələr vuraraq qətlə yetirmişəm. Lakin sonra ifşa olunacağımdan qorxub öx xahişimlə işdən azad olunub Bakıya gəlmişəm. Bakıda isə o vaxtdan bəri gözləmə mövqeyində olmuşam, yəni gitara çalan Xaqaninin məşuqəsinə çevriləndən sonra hələ “Şaum Terror Təşkilatı”ndan bir sifariş almadığım üçün heç bir hərəkət eəməmişəm.
Poladov soruşdu:
-Bəs Cavidi niyə öldürdün?
Tamara Adamovna yenə bir qədər susub dilləndi:
-Onu təxminən on bir il bundan qabaq mən Gəncədəki hərbi qospitalda tibb bacısı işləyərkən yaralı halda cərrahiyə masasına gətirdilər. Mən başqa şöbədə çalışırdım və imkan düşdükcə gizlicə ora girib təzəcə cərrahiyə əməliyatı olunmuş, ağızlarında hava balışı, bədənlərində sistem olan əsgərlərə iynə ilə virus vurub öldürürdüm.
Cavidin üstündə saatlarla cərrahiyə əməliyyatı apardılar. O əməliyyat olunarkən tibb işçilərinin birindən eşitdim ki, cəbhədə pulyamotçu imiş və elə son döyüşdə on doqquz dənə erməni əsgərini öldürüb. Kinimdən, küdürətimdən titrəməyə başladım və Cavidin üzərində cərrahiyə əməliyyatı bitəndən sonra imkan tapıb ora girdim.
Mən əvvəlcə ona viruslu iynə vurmaq istdim, lakin sonra fikrimi dəyişib ağzındakı hava balışını çıxarıb bir qədər kənarda saxladım, Cavid tamamilə huşsuz olsa da, mən onun ağzından hava balışını çıxardanda gözlərini açıb mənə baxdı, sonra yenə yumdu. Təxminən bir dəqiqə keçəndən sonra onun öldüyünü zənn edib hava baışını onun ağzına taxdım ki, hamı onun uğursuz əməliyyat nəticəsində öldüyünü zənn eləsin.
Dəhlizə çıxdım, elə bu vaxt o şöbədə işləyən tibb bacılarından biri ora girdi və dərhal ordan çıxıb Cavidin üzərində cərrahiyə əməliyyatı aparmış cərrahı çağırmağa getdi. Mən Cavidin yüz faiz öldüyünə əmin olub pillələrlə aşağı düşdüm və dərhal işdən azad olunmağım barədə ərizə yazıb sənədlərimi almaq istədim. Lakin sənədlərimi almaq mənə qismət olmadı. Çünki bir qədər keçmiş Gəncə polisi qospitala gəldi və rəis göstəriş verdi ki, burda işləyənlərin hamının sənədləri yoxlanısın, eyni zamanda sənədlər yoxlanılana qədər kimsə qospitalı tərk etməsin.
Sənədləri yoxladıar. Mənim şəxsiyyət vəsiqəmdə adım familiyam, atamın adı, Adamova Tamara Adamovna, milliyətimin isə yəhudi olduğu qeyd olunduğu üçün, eyni zamanda başqa şöbədə çalışdığıma görə məndən şübhələnmədilər. Lakin sənədləri qaytarmadılar, çünki tək mənim deyil, qospitalda işləyənlərin hamısının sənədləri polis şöbəsinə aparılıb aparatdan keçirilməli idi. Mənim şəxsiyyət vəsiqəm saxta deyildi, çünki mən uşaq olanda atam ölmüş, anam bir yəhudiyə ərə getmişdi. Yəhudi isə məni övladlığa götürüb, öz adına yazdırdığı üçün mən şəxsiyyət vəsiqəsi alarkən orda milliyətimin yəhudi olduğu qeyd olunmuşdu. Lakin mən yenə də qorxu içində idi. Gəncə polisinin rəisi çox sərt bir adam idi və yəqin ki, bu işin üstündən elə-belə keçməyəcəkdi. Bundan əlavə də eşitdim ki, Cavid ölməyib, qospitala təzə dəvət almış türkiyəli cərrah özünü yetirərək onu həyata qaytara bilib.
Daha heç cürə orda qala bilməzdim. Gürcüstana gedib ordan Yerevana getmək istədim. Lakin “Şaum Terror Təşkilatı”ndan Bakıya getmək göstərişi aldım. Odur ki, Gəncə-Bakı qatarına minib Bakıya gəldim.
Bakıya gələndən sonra yenə bir müddət “Şaum Terror Təşkilatı”nın göstərişləri ilə hərəkətə başladım. Sənədlərim olmadığı üçün dövlət müəssələrində işə düzələ bilmirdim. Odur ki, özəl müəssələrdə çalışmağı qərara aldım. Xırdalanda kolbasa zavodunda işə düzəldim və imkan daxilində kolbasalara gizilicə zəhər qatmağa başladım. Bu elə zəhər idi ki, kolbasanı yeyən adamın tədricən ağ ciyərləridə xərçəng xəstəliyi əmələ gəlir və bir müddətdən sonra ölürdü. Yenə də, kolbasalara qatdığım zəhər tədricən öz təsirini göstərdiyinə görə, xərçəng xəstəliyinə tutulmuş adamların, məhz bir ay əvvəl zəhər qatılmış kolbasa yediyi üçün ağır xəstəliyinə düçar olduqlarına görə kimsə məndən şübhələnmirdi. Beləlikdə mən on bir ilə yaxın bu zavodda çalışdım və burda istehsal olunan yollarla kolbasaya zəhər qatdım və bu zəhərin təsirindən minlərlə adam amansız xəstəliyə tutulub öldü. Lakin bir gün bunun da üstünün açılacağından ehtiyat elədiyim üçün Soçi şəhərində yerləşən “Şaum Terror Təşkilatı”na həmin zavodu tərk etmək istədiyimi bildirdim. Onlar dərhal razılıq verdilər və mən ordan aralandım. Bir müddət sonra Xaqani ilə tanış oldum. O, hər həftə Dağıstana iki-üç günlük toylara gedir və ətək-ətək pul qazanırdı, eyni zamanda bütün var-yoxunu da mənim üçün xərcləməyə hazır idi. O, evli idi və söz yox ki, mənim üçün ayrıca bir ev tutmalı idi.
Mən əvvəllər Binəqədidə kirayədə qalırdım. Lakin Xaqani şəhərdə yaşadığı üçün mənim üçün şəhərdə kirayə ev tutmağı qərara aldı. Kirayə evi bir yerdə axtardıq. Nəhayət Cavidgilin həyətindəki ev çox xoşuma gəldi və ev yiyəsi Ağaxanla danışıb orda məsgunlaşdım.
Hər şey öz qaydasıyla gedirdi. Bakıda olandan bəri “Şaum Terror Təşkilatı”dan tapşırıq almamışdım. Çünki ordan mənə məlumat gəlmişdi ki, burda Bakıda Sübhan Poladov adında çox təhlükəli bir polis rəisi var və təşkliatın Bakıdakı iqamətgahını dağıdıb, eyni zamanda təşkilatın bir çox üzvünü həbs eləyib.
Bir sözlə kirayə qaldığım evdə yeyib-içib yatırdım və dünənə qədər hər şey öz yolu ilə gedirdi. Lakin ora köçəndən təxminən bir həftə sonra bütün rahatlığım pozuldu. Çünki Cavidi gördüm. Onu o vaxta qədər görməmişdim, lakin eşitmişdim ki, cəbhədən lal qayıdıb. Mən onu pəncərədən gördüm. O, məni görmürdü. Hava almaq üçün çıxmışdı yəqin.
Onun üzünü yaxşı xatırayırdım. Çox yaraşıqlı idi. Özü də onlarla erməni əsgərini qətlə yetirmişdi. Cərrahiyə əməliyyatından sonra onu ödürmək üçün ağzından hava balışını götürəndə gözlərini açıb mənə baxmışdı. Lakin o zaman huşu demək olar ki, başında olmadığı üçün məni tanıyıb-tanımayacağına əmin deyildim.
Uzaqbaşı həftədə bir dəfə həyətə çıxdı və mən onu görən kimi evə girdim ki, məni görməsin. Eyni zamanda onu öldürmək üçün imkan axtarırdım, çünki əgər bu elə son döyüşündə on doqquz dənə erməni əsgərini qətlə yetirən qatı düşmənimi öldürməsəydim, hiddətdən havalana bilərdim. Nəhayət ki, bu gün günorta radələrində əlimə belə bir fürsət düşdü.
Vurğun, yəni Cavidin böyük qardaşı mənim xahişimlə sobanın bacasının dama çıxıb əyriliyini düzəldi və bir qədər sonra harasa çıxıb getdi.
Həyət başmağlarını daim qapılarının ağzında qoyurdu. Mən həyətin bir küncündə atılıb qalmış köhnə başmaqları geyinib onların qapısına yaxınlaşdım və orda həmin başmağları Vurğunun başmaqları ilə dəyişib Cavidin evinə girdim. O, kompyüter arxasında oturub nəsə yazırdı. Qulaqları ağır eşitdiyi üçün mənim gəlişimi duymadı. Arxadan ona yaxanlaşıb var-gücümlə bıçağı boynuna sapladım. Bıçaq onun şah damarını kəsdiyi üçün kətil qarışıq yerə aşıb dərhal öldü. Mən ordan çıxıb yenə başmağları dəyişdim, kirayənişin qaldığım evə qayıtdım və bir qədər sonra Aytacın qiyyəsini eşidib ora getdim, vəssalam!
Tamara Adamyan yalnız cinayətdən ibarət olan həyatını nəql eləyəndən sonra soruşdu:
-Sizə bütün həyatımı və fəaliyyətimi danışdım. Daha mənim başıma böcək yeridməyəcəksiz yəqin?!
Poladov maqqacla tutduğu böcəyi sol əlinin üstünə qoydu və altı ayağı olan böcək iti sürətlə onun əlinin üstündə yeriməyə başladı. Sonra maqqacı masanın üstünə qoyub sağ əli ilə yüngülcə böcəyə toxundu:
-Siz ermənilər, günahsız insanları, çağaları, xəstələri cürbəcür üsullarla qətlə yetirə-yetirə özünüzü dünyanın ən ağıllı adamları hesab eləyirsiz. Amma beyniniz yalnız xainliyə, məkrə, riyaya, iyrənc işlər görməyə çalışdığı üçün bəzən uşağın belə inanmayacağı şeylərə inanırsız. Axı, burda, Bakıda, özü də indiki zamanda Mesopatamiya böcəyi hardan ola bilər?! Bu adi hörümçəkdi. Bu hörümçəklər tor qurmurlar, öz ovlarını, daha doğrusu milçəkləri tor vasitəsi ilə deyil, ayaqları ilə yaxalayırlar. Sonra isə ovlarını yuvalarına aparıb iiyini sorurlar.
Bunu Poladovdan eşidən kimi Tamara Adamyan bağırdı:
-Aldatdız məni demək?! Məni qorxuzub, hər şeyi danışmağa məcbur elədiz. Sizi lənətə gələsiz!
Poladov gülümsündü:
-Nə qədər gülüncdür, özü yalnız lənətdən ibarət olan bir insan, başqasına lənət oxuyur.
Adamyanın bu dəfə səsi erkək şirin pəncəsinə keçmişqancıq kaftar kimi çıxdı:
-Mənə işgəncə verəcəksiz demək?!
Poladov başını tərpətdi:
-Təbii.. Minlərlə azərbaycanlının ölümünə bais olan iblis bir qadını elə bir üsulla öldürmək lazımdır dı, illər ərzində törətdiyi qətllər, işlətdiyi cinayətlər hər an onun özünə qayıdıb bədənində zəlzələlər qopartsın və nəinki törətdiyi saysız-hesabsız cinayətlərə, anadan olduğuna peşman olsun, eyni zamanda onu əkən ataya, doğan anaya lənət oxusun!
Bundan sonra Poladov qapıda dayanan çavuşu səslədi:
-Çavuş!
Çavuş dərhal yaxınlaşıb polis salamı verdi.
Poladov iblis qadını ona göstərdi:
-Apar, zirzəmiyə at! Qoy əvvəlcə kif göbələkləri onun iyrənc vücudunu yavaş-yavaş zəhərləsin! Sonra isə, minlərlə günahsız adamı qətlə yetirdiyinin əvəzinə onun yerdə qalan bütün ömrünü zəhərə döndərərik.
Çavuş bir söz demədən iblis qadının bağlı qollarını açıb apardı.
Poladov isə həm çox qəzəbli, həm də kədərli görünürdü. Çünki qiyamətə qədər məkrləri, riyaları ilə planlar qurub onun xalqına qarşı terrorlar törədəcəkdilər. Tarix boyu belə olmuşdu və dünya dağılana qədər də belə olacaqdı.
QAÇIRILMIŞ QIZ
Poladov evinə çox qanı qara dönsə də, ondan bir qədər əvvəl Nəcməddinlə evə gəlmiş gəlini Şəfəqin gülərüzü onu xeyli sakitləşdirdi.
Şəfəq qayınatası evə girən kimi dərhal yemək masasına süfrə salıb süfrəyə isti xörək gətirdi və məcməidəkiləri süfrəyə yığa-yığa dilləndi:
-Atamın sizdən bir xahişi var Sübhan əmi!
Poladov möhkəm ac olduğu üçün sulu xörəkdən iki xörək qaşığı içəndən sonra gəlininə baxdı:
-O nə xahişdi elə?!
Şəfəq ona yaxın bir yerdə oturdu:
-Bir az bundan qabaq mənə zəng eləmişdi. Xahiş edir ki, əgər mümkünsə onunla birlikdə elçiliyə gedəsiz.
Poladov çörək dişlədi:
-Bunu özü mənə deyə bilmirdi?! Yaxşı, bu nə elçilikdi belə?!
-Qardaşım Oqtayı evləndirmək istəyirlər.
Poladov başını tərpətdi:
-Gözəl! Oqtay əməlisaleh biridi. Məmmuniyyətlə onun üçün elçi gedərəm. Yaxşı bu bəxtəvər qız kimdi belə?
Bu vaxt Nəcməddin də gəlib süfrə ətrafında əyləşdi. Şəfəq isə qayınatasının sualını dərhal cavablandırdı:
-Bizim Zülfüqarın bacısı Dürdanə..
Poladovun bir müddət yeməyi ağzında qaldı və təəcüblə Şəfəqin üzünə baxdı. Lakin bir qədər keçəndən sonra əlindəki çörək tikəsini çörəkqabıya qoydu:
-Bu ki, əladı.. Əladan da əladı. Dürdanə də hər cür tərifəlayiq bir qızdı. Bax, buna varam! Bu məni çox sevindirdi.
Bir qədər sonra Poladov yeməyini bitirib bir qədər televizora baxdı və çox yorğun olduğu üçün elə televizora baxa-baxa onu yatağındaca yuxu apardı.
Ərdə olduğu üçün Oqtayla ailə qurmağa razılıq verməyən Dürdanənin isə Oqtayla tale ulduzunun cütləşməyinə səbəb isə Ayna nənə olmuşdu.
Ayna nənə son illər daim məyus görünən nəvəsi Oqtayın pərişanlığının səbəbini nəhayət ki, elə Oqtaya and verərək özündən öyrənmişdi. Bundan sonra Ayna nənə oğlu Daşdəmirdən xahiş edib Dürdanənin tibb bacısı işlədiyi sanatoriyaya səhhətni sağlamlaşdırmaqdan ötrü kağız aldırmışdı.
Sanatoriyada isə ona müalicə-kursu keçərkən məhz Dürdanə xidmət göstərmişdi. Ayna nənənin sanatoriyaya gəlişinin ikinci günündə Dürdanə ona vitamin iynəsi vurub getmək istəyərkən onu saxlamışdı və onların arasında belə bir dioloq baş vermişdi.
-Qızım, bir dəqiqə ayaq saxla!
-Buyur Ayna nənə!
-Bİr söz soruşsam, inciməzsən ki?
-Əlbəttə yox!
-Niyə ərə getmirsən?
-Daha ərə getmək fikrim yoxdu Ayna nənə.
-Axı niyə?
-Çünki qəlbim sınıb.
-Qəlbin sınıb və daha insanlara inanmırsan, düzdümü?!
-Elədir!
-Səncə bəşər övadının hamısı pisdimi?
-Əlbəttə yox.
-Elə isə niyə insanlara inanmırsan? Axı insanların hamısı eyni cür deyil. Əgər bəxtinə pis adam çıxmışdısa, bu o demək deyil ki, bütün insanlar alçaqdırlar.
-Orası elədi, əlbəttə. Lakin açığı sizə deyim, taleyin bir dəfə mənə acılar yaşadıb. Daha o acıları yaşamaq istəmirəm.
-Bəzən acılar yaşayan insanın zaman keçəndən sonra bütün həyatı bəxtəvərlik libasına bürünür. Bİr də ki, unutma qızım. Bizim ağamız, başımızın tacı, qəlbimizin sultanı Həzrəti Muhəmməd əleyhəssalatu vəssələmin çox mənalı bir hədisi var. O həzrət buyurur ki, Allah dörd cür insanları xoşlamır. Birincisi kişi ikən özlərini qadın kimi aparanarı. İkincisi qadın ikən özlərini erkək kimi aparanları. Üçüncüsü iki gözündən kor olan insanı məsxərəyə qoyanları. Dördüncüsü isə evlənmək iqtidarında olub, evlənməyənləri. Bax qızım, çox yaxşı bilirəm ki, sən ərdə olmusan və gəlin getdiyindən bir müddət sonra böhtana düşüb dəhşətli məşəqqətlər yaşamısan. Nəhayət ərin bəlkə də elə sənə elədiyi zülmlər ucbatından Uca Yaradan tərəfindən cəzalanaraq həbsxanaya salınıb. Sən isə qanuna əsasən ondan boşanmısan. Mənim yetmiş beş yaşım var qızım. İndiyə qədər çox simalar, çox sifətlər, hər zümrədən olan insanlar görmüşəm. Sən mələk kimi günahsızsan qızım. Amma bilmirəm nədən ötrü mənim nəvəm Oqtaya əziyyət verirsən? Axı onun sənə hansı yamanlığı dəyib?
-Mən?? Mən ona neyləmişəm ki?
-Sən onun ülvi, pak məhəbbətinə rədd cavabı vermisən və o zamandan O daim pərişan bir həyat sürür. Üzü heç vaxt gülmür. Sən onu bəlkə də bilmyərəkdən həyatdan küsdürmüsən qızım.
-Axı mən ərdə olmuşam Ayna nənə. Bu halda mən onun elani-eşqinə necə müsbət cavab verə bilərdim?
-Sən ərindən boşanmısan. Axı ərdə olub, ərindən boşananlara ərə getmək ha vaxtdan qəbahət olub?!
-Axı Oqtay subaydı Ayna nənə.
-Nə olsun ki.. Mən bilrəm, duyuram, görürəm ki, onun qəlbi yalnız sənə bağlıdı. Əgər səninlə ailə qurmasa ömrü boyu subay qalacaq. Bu isə onun faciəsi deməkdi. Elə sənin özünün də faciən deməkdi. Məgər sən istəməzsən ki, başqaları kimi övladın olsun, onu bağrına basasan, öpüb-oxşayasan, qayğısını çəkəsən, onunla nəfəs alasan. Bu Uca Allahın bir lütvüdü. Bu həyatın nizamıdı. Niyə bu nizamı pozmaq istəyirsən? Birdə ki, qızım, mən dünyagörmüş bir adamam. Mən bunu da çox yaxşı görürəm ki, sən hələ də bakirəsən. Sənin ərinin ən böyük günahlarından biri də o olub ki, kişiliydən məhrum olduğu halda səninlə evlənib. Ona görə də gəl bu daşı ətəyindən tök və mənim ocağımın gəlini ol!
Bundan sonra Dürdanə bir müddət heyrət içində Ayna nənəyə baxmış, sonra diz çökərək hönkürtü ilə ağlaya-ağlaya onun dizlərini qucaqlamış, Ayna nənə də öz növbəsində onun başını qucaqlayıb, saçlarından öpmüşdü.
* * *
Elçilik mərasimindən düz bir həftə ötmüşdü. Zülfüqar adəti üzrə Poladovu Cinayət Axtarışları Şöbəsinə gətirməmişdi və Poladov maşından düşüb şöbənin binasının giriş qapısından girməmişdən Nəzrindən Zülfqara zəng gəldi. Zülfüqar dərhal mobil aparatı kəmərindən çıxarıb xətti açaraq qulağına qoydu və dərhal Nəzrinin olduqca təlaşlı səsi eşidildi:
-Zülfüqar, evimizə saqqallı quldurlar soxulublar, atam evdə yoxdur, xidmətçi qadını güllə ilə vurub öldürdülər. Mən vanna otağında gizlənmişəm. Amma hər yeri axtarırlar. Yəqin ki, məni tapacaqlar. Bilmirəm nə eləyim?
Zülfüqar həyəcanla dedi:
-İndi biz ora gələcəyik Nəzrin. Çalış özünü onlara göstərmə! Yox əgər səni ələ keçirsələr, mobil telefonunu qoynunda gizlət! Biz onunla sənin yerini təyin eləyəcəyik. Ən əsası odur ki, qorxma Nəzrin, qorxma! Səni hökmən xilas edəcəyik Nəzrin, hökmən!
Zülfüqar bunu deyib dərhal artıq öz kabinetinə daxil olmuş Poladovla əlaqə saxlayıb ona bu haqda məlumat verdi.
Poladov dərhal kabinetini bağlayıb pillələrlə düşdü və yaşına uyğun olmayan bir sürətlə maşına əyləşdi.
Zülfüqar maşını elə sürətlə sürürdü ki, sanki küçələr boyu avtomobil deyil, gözlə szilməsi güclə mümkün olan qara bir kölgə uçurdu. O, maşını Bakı şəhərinin geniş və uzun prospektləri boyunca ən azı saatda 200 kilometr sürətlə uçurdurdu. Buna görə də uzaqbaşı beş dəqiqənin içində Nəzringilin həyətinin qarşısına yetişdi. O, maşını saxlayan kimi dərhal hər ikisi tapançalarını çıxarıb açıq qalmış küçə qapısından həyətə, ordan da Paşa müəllimin imarətinə girdilər. Lakin artıq gec idi. Necə deyərlər lələ köçmüş, yurdu qalmışdı. Nəzrin artıq orda yox idi. Quldurlar Paşa müəllimin seyfini aça bilmədiklərinə görə özlərilə aparmışdılar. Xidmətçi qadının isə cəsədi döşəmənin üstünə sərələnmiş halda idi.
Zülfüqar gözləri yaşarmış halda Nəzrinin divardaki şəklinə baxdı.
Poladov özündən asılı olmayaraq yerə tüpürüb rabitə aparatını çıxarıb ağzına yaxınlaşdırdı:
-Bütün postlara! Hər yeri nəzarətə götürün! Hava limanını, dəniz limanını, dəmiryol vağzalını, avtobus vağzalını! Nəzrin adında gənc qız qaçırılıb. Boyu təxminən 165 sanyimetr, zərif qamətli, ağbəniz, qara saçlı, iri, ala gözləri var. Bİr azdan onun şəklini sizə göndərəcəyəm. Quldurlar saqqallıdırlar. Bütün maşınlar yoxlanılsın! Heç nəyi gözdən qaçırmayın! Bir məlumat alan kimi mənimlə əlaqə saxlayın!
Bakının bütün polisləri dərhal güclü iş rejiminə keçdilər və Poladovun göstərişinə əsasən hər tərəfi nəzarətə götürdülər.
Nəzrinin mobil aparatının yeri müəyyənləşsə də, quldurlar aparatı onun üstündən aşkar elədiklərinə görə yolda tulladıqlarından, aparat yol kənarından tapıldı. Buna görə də quldurların Nəzrini hara apardıqlarını müəyyən eləmək mümkün olmadı.
* * *
Şəkər fabrikindəki əhvalatdan sonra Qabil Poladovun köməkliyi ilə yanacaqdoldurma məntəqəsində işə düzəlmişdi. Burda da onun işi pis getmirdi. İş saatı on saat olsa da, həvəslə çalışır, əsasən Azərbaycan xalq mahnılarını, təsnifləri hey zümzümə eləyə-eləyə müştərilərin maşınlarına yanacaq doldururdu. Ən çox xoşuna gələn isə vaxtilə Hacı Tələt Qasımovun oxuduğu “Dəli Ceyran” idi. O, bu ruhoxşayan nəğməni gündə ən azı əlli dəfə zümzümə eləyirdi. Nəğmənin ahəngi isə onun “tenor” səsinə çox uyğun gəldiyi üçün hey oxuyurdu:
Gözəlim aşiqini salma nəzərdən,
Həsrətindən ölürəm, gəl bizə hərdən.
Sənə çoxdan vurulub bu dəli könlüm,
Neyləyim ki, xəbərin, yoxdu xəbərdən.
Gəl mənə naz eləmə ay dəli ceyran,
O qara gözlərinə olmuşam heyran.
Qabil Almaniya markalı maşının yanacaq bakını yanacaqla doldurandan sonra, hündür, qapqara və şüşələri də qara olduğu üçün içərisi tamamilə görünməyən maşının yanacaq bakını açıb yanacaq şlanqını bakın içinə saldı və bak dolana qədər həmin nəğməni ifa eləməyə başladı.
Maşının sürücüsü ona yanacaq bakını ağzına qədər doldurmağı tapşırmışdı. Odur ki, kənardakı cihaza baxıb bakın nə zaman dolacağını gözləyə-gözləyə böyük bir həzz ilə zümzümə eləyirdi. Elə bu zaman hər tərəfli iri maşının içindən qəribə bir səs gəldi. Qabil əvvəlcə səsin ahəngini müəyyənləşdirə bilmədi, lakin saniyə keçməmiş bu səsin bir qız qiyyəsi olduğunu anladı. Qiyyə cəmisi bir neçə saniyə davam edib kəsildi. Lakin bu səs Qabili şübhəyə saldığı üçün oxumağını saxlayıb əlini cibinə salaraq məhşur professor Tural Hüsenzadənin nəzəriyyəsinə əsasən özünün düzəltdiyi kiçik lazer aparatını çıxardaraq hər tərəfi bağlı qara maşına tərəf tutdu. Bu aparat isə bağlı divarın o biri tərəfini göstərməyə qadir olduğundan dərhal maşının salounun içini ekrana gətirdi. Burda qolları və ağzı bağlı bir qız var idi. Qabil aparatın ekranına diqqətlə baxdı və hələ Paşa müəllimin seyfini yarmağa gedərkən divarda şəklini, sonra isə Rəvanəni ifşa eləməkdən ötrü bir günlük Vasifi əvəz eləyərkən sanatoriyada gördüyü Nəzrini tanıdı. Onun hər iki tərəfində saqqalları sinələrinə çatan əli silahlı adamlar oturmuşdular.
Elə bu vaxt kənadakı aparat maşının yanacaq bakının dolduğunu göstərdi və Qabil cihazı cibinə qoyub bakı bağladı.
Qara maşın sürüb getdi. Qabil isə onun nömrəsini görtürüb dərhal Poladova zəng vuraraq onu məsələdən hali eləyərək maşının nömrəsini ona dedi.
Poladova da elə bu lazım idi. O, dərhal bütün postlara həmin maşının nömrəsini bildirdi və Zülüfqara Qabilin işlədiyi yanacaq doldurma məntəqəsinin yerləşdiyi prospekt boyu sürməyi tapşırdı.
Zülfüqar yenə maşını uçurtdu və beş dəqiqə keçməmiş həmin maşınla üz-üzə gəldi.
Vahabilər duyuq düşüb maşını arxaya sürdülər və maşının sürücüsü sükanı 180 dərəcə fırladıb üzü o biri tərəfə istiqamət götürdü.
Zülfüqar da dərhal qara maşının arxasınca sürdü və tezliklə ona yaxınlaşdı. Lakin bu vaxt quldurlardan biri qara maşının arxa şüşəsini açıb başını çıxardaraq onlara tərəf avtomat silahdan güllə atmağa başladı. Poladov da öz növbəsində maşının arxa şüşəsini açıb əli avtomat silahlı qulduru nişangaha götürərək dərhal vurdu. Bir neçə saniyə sonra qara maşında sol tərəfdə oturan quldur sol şüşəni açıb onlara tərəf güllə yağışı yağdırdı. Lakin Poladov sərrast güllə ilə onu da vurdu. Nəhayət üçüncü, yəni qabaqda oturan quldur qabaq tərəfdən sağ şüşəni açıb başını çıxardaraq avtomat silahın darağını boşaltmağa başladı. Zülfüqarn idarə etdiyi maşının şüşələri zirehli olduğu üçün gülləbatmaz idi, odur ki, bu vahabinin də nəinki əlindən bir şey gəlmədi, əksinə onun da aqibəti yoldaşları kimi oldu.
Quldurlardan təkcə biri, yəni qara maşının sürücüsü sağ idi. O, isə maşını idarə elədiyi üçün güllə ata bilmirdi. Zülfüqar isə onu haqlamaqda idi, amma bir az məsafə buraxırdı ki, qara maşının pəncərəsindən onlara tərəf güllə atmağa imkanı olmasın.
Bayaq Qabil qara maşına yanacaq doldurarkən, ağzındakı əsgini açmağa müvəffq olub qiyyə vuran və dərhal da yanında oturan vahabilər tərəfindən ağzına əsgi tıxanan Nəzrinin qolları və ağzında əsgi olsa da, məsələdən hali idi və arxada gələn maşının məhz Zülfüqarın idarə etdiyi maşın, qara maşındakı vahabiləri öldürənin isə məhz Poladov olduğunu bütün qəlbi ilə hiss eləyirdi, lakin artıq sağında və solunda oturan əli silahlı vahabilər gəbərdiyinə baxmayaraq heç cürə möhkəm bağlanmış əllərini aça bilmirdi.
Amma nə qədər çətin olsa da ağzındakı əsgini yenə ağzından çıxara bildi və dərindən nəfəs alıb böyük bir ümidlə xilas olunacağını gözləməyə başladı.
Qara maşının sürücüsü isə artıq bu yarışa davam gətirməyəcəyini görüb maşını saxladı və arxaya aşıb tapançanı Nəzrinin gicgahına dirədi.
Elə bu vaxt Zülfüqar da maşını saxladı və Poladovla hər ikisi əllərində tapança qara maşına yaxınlaşdılar.
Sürücü qapıları içəridən kilidləmişdi, odur ki, maşının qapılarını açmaq mümkün deyildi, lakin tapança ilə vurub arxa şüşəni sındırandan sonra vahabi tapançasının lüləsini Nəzrinin gicgahından çəkmədən dilləndi:
-Əgər əlli metr geri çəkilməsəz qızı öldürəcəyəm! Əgər güllə atsaz, mənim barmağım da mexaniki olaraq tətiyi çəkəcək və qızın gicgahı dağlacaq! Poladov Zülfüqara baxdı və Zülfüqar özünü elə göstərdi ki, guya geri çəkilir, lakin qəfildən atdığı güllə quldurun gicgahını parçaladı və vahabi əlində tapança cansız bir əşya kimi oturacağın üstünə aşdı.
Poladov dərhal zəng vurub Nəzrini xilas etdiklərini Paşa müəllimə bildirdi.
Paşa müəllimin milyonlar sahibi olduğunu və pullarını evdə seyfində saxladığını, eyni zamanda gənc və gözəl bir qızı olduğunu öyrənən quldurlar, əvvəlcə Nəzrini girov götürərək, Paşa müəllimdən 20 milyon manat qopartmağı planlaşdırsalar da, tamah onlara güc gəlmiş və Paşa müəllim evdə olmayan zaman onun milyonlar dolu seyfini, eyni zamanda gənc, gözəl qızını qaparmaq üçün evə basqın eləmiş, evə girən kimi dərhal xidmətçi qadını öldürmüş, sonra isə vanna otağında gizlənmiş Nəzrini tapıb, bu cür qızlardan ötrü elə ən azı on beş milyon dollar pul ödəyən məzhəbcə vahabi olan ərəb şeyxlərindən birinə satmaq üçün Səudiyyə Ərəbistanına aparmağı qərara almışdılar. Nəzrinlə birlikdə Paşa müəlimin seyfini də aparan quldurların ümidləri hər iki tərəfdən puç olmuşdu. Çünki nə Nəzrini ölkədən çıxarıb aparmaq, nə də onsuz da içi boş seyfi açmaq onlara qismət olmamışdı.
Nəzrinin gicgahına tapança dirəmiş quldur Zülfüqar tərəfindən gəbərdiləndən sonra Poladov dərhal əlini salıb içəridən qara maşının arxa qapısını açıb Nəzrini ordan çıxardaraq əllərini açdı və Zülfüqara baxmadan onu bağrına basdı:
-Necəsən qızım?
Nəzrin gözü yaşlı ona sığındı:
-Yaxşıyam Sübhan müəllim.
Poladov Zülfüqara baxıb gülümsədi:
-Gicgah elə şeydi ki, zədələnən kimi insan hələ ölməyibsə belə fiziki fəailiyyətini tamamilə itirir. Yəni nəinki tapançanın tətiyini çəkməyə, hətta ölmək üçün gözlərini qırxmağa belə qüdrəti olmur.
Poladov bunu deyib Nəzrinə baxıb zarafatla dedi:
-Hə qızım, Zülfüqar artıq səni ikinci dəfədir ki, ölümdən xilas eləyir. Yaxşı bəs sən bu zəhmətini nə ilə dəyərləndirəcəksən?
Nəzrin gözü yaşlı özündən asılı olmayaraq yaxınlaşıb Zülfüqara sığındı:
-Onsuzda neyləsəm də bunun dəyərini ödəyə bilmərəm Sübhan müəllim!
Zülfüqar gülümsəyərək onun saçlarını sığalladı:
-Əsl insan, belə şeyləri təmənnasız eləyir. Bu bizim həyatımızın mənasıdır.
Nəzrin başını Zülfüqarın sinəsinə qoymuşdu. Zülfüqar isə hey onun saçlarını sığallayırdı.
Poladov bu olduqca ürəkaçan mənzərəni bir qədər seyr edib dilləndi:
-Bir həftə bundan qabaq Daşdəmir müəlimə qoşulub Şəfəqin qardaşı Oqtaydan ötrü Zülfüqarın bacısı Dürdanənin elçiliyinə gəldim. İndi isə çox istəyrdim ki, Zülfüqarın böyüyü kimi Nəzrinin elçiiyini eləyim.
Poladov onlara yaxınlaşdı:
-Razısanmı qızım?
Nəzrin göz yaşları içində gülümsəyərək başını tərpətdi:
-Razıyam Sübhan müəllim!
Poladov üzünü Zülfüqara tutdu:
-Sən nə deyirsən cavan oğlan?
Zülfüqar çiyinlərini qaldırdı:
-Mən nəkarəyəm. Siz mənim böyüyümsüz. Bilirsiz ki, mən heç vaxt böyüyün sözündən çxmaram.
Poladov bir addım da irəli gəlib onların hər ikisini bağrına basdı:
-Xoşbəxt olun mənim balalarım!
Bundan sonra Poladov qara maşının yük yerini açıb baxdı. Paşa müəlılimin seyfi burda idi, lakin quldurlar onu aça bilməmişdilər.
Elə bu vaxt Nəzrin qaçırılarkən iş yerində olan və bu barədə Poladov ona xəbər verdiyi üçün təzyiqi ən azı iki yüz əlliyə qalxan, lakin bir az əvvəl Poladovdan Nəzrinin xilası barədə məlumat alan Paşa müəllimin maşını onların yaxınığında dayandı. Maşını onun sürücüsü idarə edirdi deyə Paşa müəllim arxada əyləşmişdi. O, maşın dayanan kimi düşüb qızına tərəf yüyürdü və yenə də bu əsərin əvvəlində olduğu kimi Nəzrini elə bağrına basdı ki, sanki indi onu bağrından buraxsaydı, yenə atasının milyonları ucbatından başı daim bəlalar çəkən qızcığazı yenə oğurlayıb aparacaqdılar.
Paşa müəllim yeganə və dünyada qiyməti heç bir şeylə ölçülməyən sərvəti, canından artıq sevdiyi qızını bir söz demədən bağrında saxlayandan sonra Poladova yaxınlaşıb minnətdarlıq hissi ilə onun əlini sıxdı. Poladov o biri əlini Zülfüqara tərəf uzatdı:
-Zülüfqar Nəzrinin gicgahına tapança dirəmiş vahabinin düz gicganından vurdu.
Paşa müəllim Zülfüqara yaxınlaşıb onu bağrına basdı:
-Mən bu igidin mənim üçün elədiklərinin əvəzini heç vaxt verə bilmərəm. Bir vaxtlar onun yaxşılıqlarının əvəzində ona haqsızlıqlar da eləmişəm. Bu günahı heç cürə yuya bilmərəm. Yəqin o da, üzdən bunu bildirməsə də məıni ürəyində bağışlamır. Lakin indi bu əziz övladımı, hər şeydən mənim üçün daha qiymətli olan, gözümün bəbəyini ömürlük ona etibar eləmək istəyirəm.
Paşa müəllim bunu deyib Nəzrinlə Zülfüqarın əllərini üst-üstə qoydu:
-Züfüqar, ey igid insan, düşünürəm ki, daha məni ürəyində də bağışlayarsan, səhv eləmirəm ki?!
Zülfüqar gözləri yaşarmış halda onun əlindən öpdü, Paşa müəllim də kövrək hisslərlə onu yenə bağrına basıb alnından öpdü:
-Mənim oğlum yoxdu, təkcə bir qızım var. Amma bundan sonra artıq sən də mənim oğlumsan Zülfüqar.
Poladov yaxınlaşıb onun qolundan tutdu:
-Sözün açığı mən sabah sənin yanına Zülfüqar üçün Nəzrini istəməyə gələcəkdim. Amma sən məni qabaqladın. Hə, doğurdan Paşa müəllim, quldurlar Nəzrinlə birlikdə sənin seyfini də oğurlamışdılar. Amma seyfin qapısını açmağa imkanları olmayıb, çünki dördü də bir az bundan qabaq cəhənnəmə vasil oldu.
Paşa müəllim əlini yelədib yenidən Nəzrini bağrın basdı:
-Cəhənnəm olsun o seyf! Tullayacam onu! Dünyanın bütün seyfləri və onların içindəki trilyonlar qurban olsun mənim yavruma! Bir də ki, Sübhan müəllim, quldurlar o seyfdən onsuz da heç bir şey əldə eləyə bilməyəcəkdilər. Çünki mən çoxdan ordakı pulların yarısından çoxunu uşaq evlərinə keçirmişəm, qalanını isə banka yatızdırmışam və fikrim var ki, o bankdakı pulların da əksəriyyətini kimsəsiz uşaqlar üçün ayırım. Sizə isə Sübhan müəllim nə qədər təşəkkür eləsəm də, sizin misilsiz əməllərinizi ifadə eləməz. Qoy Uca Allah həmişə yardımçınız olsun!
Paşa müəllim bunu deyib əli Nəzrinin boynunda maşına oturdu.
Bir qədər sonra maşın hərəkətə gəldi və Nəzrin çevrilib arxa şüşədən Poladovla Zülfüqara nəzər saldı. Onların hər ikisi sevinc içində gülümsəyirdi.
Nəzrinin quldurların cəngindən xilasından bir ay sonra Bakının Huquq Mühafizə Orqanları vahabilərin şəhərdəki bütün gizli yerlərini aşkarlayıb sonuncu yuvalarını da dağıdaraq dünyanın ən iyrənc məxluqları olan minlərlə vahabini həbs elədi.
* * *
Bu gün bazar günü olduğu üçün Şəfəqlə Nəcməddin bütün günü Şəfəqgidə olmuşdular. Dürdanə ilə nişanlandığına görə düşdüyü sıxıntıdan çıxan və eyni birdəfəlik açılan Oqtay da bundan çox şad olduğundan, hə o, həm də bütün ailə, o cümlədən Daşdəmir, Yasəmən və Ayna nənə böyük bir sevinc içində yeyib-içmiş, deyib gülmüşdülər.
Poladova gəlincə isə gəlini onu da evlərinə aparmaq istəsə də, razılaşmamış, onlar evdən çıxandan sonra axşama qədər, pürrəng çay dəmləyib içə-içə internetdə ona lazım olan saitlərə nəzər etmişdi.
Axşam oğlu ilə gəlini evə dönəndə o, mantorda olduqca maraqlı bir sənədli videoyazıya baxırdı. Şəfəq içəri girən kimi atası qədər sevdiyi qayınatasını öpüb soruşdu:
-Nəyə baxırsan əmi?
Poladov manitora işarə elədi:
-Qızılquşlara.
Şəfəq manitora baxdı. Uzaqbaşı beş aylıq xoruz-beçə böyüklüyündə olan tükləri qəribə rəngə çalan bir qızılquş ən azı yüz metr yüksəklikdən şığıyıb torpağın üstündə sürünən uzunluğu ən azı iki metr olan gözlüklü ilanı caynağlarına götürüb havaya qalxdı. Qızılquşun caynağında ilan nə qədər qıvrılıb onu sancmaq istəsə də bacarmadı, qızılquş xeyli yüksəklərə qalxandan sonra ilanın cəsədini buraxdı. İlanın cəsədi təxminən üç yüz metr yüksəklikdən yerə düşüb parçalandı. Qızılquş isə havada dövrə vurub qəfildən şığıyaraq başqa bir gözlüklü ilanı caynağına keçirtdi.
Videoyazıda başqa qızılquşların da eyni hərəkəti görüntüyə gəlirdi və Şəfəq bu xeyirin şər üstündə qələbəsini ifadə eləyən mənzərəyə həyəcanla baxaraq qayınatasından həmişə danışdığından xeyi aşağı səslə soruşdu:
-Bəs niyə qızılquş ilanı öldürüb yemədi və dərhal başqa ilanı cayanağna aldı?
Poladov qabağındakı armudu stəkandakı çaydan bir qurtum içdi:
-Çünki bu qızılquşlar ilan ovçularıdı. Bu ilanlar isə dünyanın ən zəhərli ilanarıdı. Amma əgər qızılquşlar bu ilanları yesə, çəkisi bir kioqramdan artıq olmayan qızılquş, əgər ilanın bütün bədəninin zəhərli olmasını nəzərə qalmasaq belə, çəkisi ən azı bir kiloqram olan ilanı yeyən kimi doyacaq və həmin gün daha ilan ovuna çıxmayacaq. Lakin bu zəhərli ilanlar onların qidası olmadığından və bu qızılquşlar əsasən dovşanlarla qidalandığı üçün, sadəcə olaraq ilanları başqa canlıların rahatlığına görə bir növ öhdələrinə düşən bir vəzifə kimi yerinə yetirirlər. Məsələ burasındadır ki, əgər bu qızlquşlar o zəhərli ilanları ovlamasa, o zəhərli ilanlar həmin ərazidə bir də dənə də canlını sağ qoymazlar. Qarşılarına çıxan hər canlını çalıb öldürərlər.
Qayınatasının oduqca ətraflı şərhindən sonra Şəfəq dərin düşüncələrə daldı və onun hansı səbəbdən bu xeyirlə şərin mübarizədini ifadə eləyən sənədli görünytüyə baxdığını anladı.
Bu həyəcanlı görüntüdəki zəhərli ilanlar hər an insanların rahatlığını pozan yığın-yığın canilərə, qızılquş isə insanların asayişini qorumaq üçün onları ovlayan huquq mühafizə orqanlarının işçilərinə bənzəyirdi.
ANANIN YUXUSU
Bu gün istirahət günü olduğu üçün Poladov evdə idi. Nəcməddinlə Şəfəq isə adəti üzrə Şəfəqgilə getmişdilər. Poladov darıxmasın deyə Şəfəqin qardaşı Oqtayın ona Azərbaycanda İslam dininin yayılması və xalqın mədəniyyətinə, ədəbiyyatına, adət-ənənələrinə və ümumiyyətlə həyatına müsbət təsiri barədə yeni yazdığı kitabı təqdim eləmişdi, belə ki, vaxt məhdudluğundan qırx ildən çoxdur bir dənə də nə elmi, nə də bədii əsər oxumağa macal tapmayan bu kitabdan bir sıra heç vaxt eşitmədiyi hadisələri, tarixləri öynənmək üçün artıq iki səhifə oxumuşdu ki, qapının zəngi çalındı. Poladov kitabı büküb rəfə qoydu və gedib qapını açdı.
Qapıda Cinayət Axtarışları Şöbəsinin baş müstəntiqi Xəlifə Sultanzadə əlində diplomat çanta dayanmışdı. O, yüngülcə başını əyib Poladovu salamladı:
-Salam əleyküm!
Poladov ulularımızdan qalan ənənəni pozmadı:
-Əleyküm salam!
Xəlifə üzünə təbəssüm verdi:
-Qonaq qəbul eləyirsizmi cənab polkovnik?!
Poladov qapıdan çəkilib əlini evin içərisinə tərəf tuşladı:
-Bizim xalqın ən gözəl adətlərindən biri də qonaq qəbul eləməkdi. Buyur!
Xəlifə içəri keçdi və Poladov ona oturmaq üçün yer göstərdi:
-Əyləş!
Xəlifə təşəkkür edib əyləşdi və nəsə demək istəyirdi ki, Poladov onu qabaladı:
-Şübhə eləmirəm ki, səni hansısa rüzgar bu istirahət günündə bura atıb. Ona görə də başla görək!
Xəlifə çantanı masanın üstünə qoyub açdı və ordan bir qovluq çıxartdı:
-Həqiqətən də məni bura şimaldan və ya cənubdan əsdiyi bilinməyən bir rüzgar atıb. Nə qədər çalışıram, bu küləyin ha tərəfdən əsdiyini anlaya bilmirəm?! Düşünürəm ki, anlasaz, yenə siz anlayacaqsız. Sözün açığı şəkər fabriki əməliyyatı iulə bağlı başınız qarışıq olduğuna görə sizi narahat eləmək istəmirdim. Amma dünən öyrəndim ki, əməliyyatı yenə həmişəki kimi uğurla bitirmisiz, ona görə də bu gün yanınıza gəldim.
Xəlifə bunu deyib qovluğu açdı və ordan bir oğlan uşağının fotoşəklini çıxarıb Poladova göstərdi:
-On iki yaşı var. Adı Orxandı. Altıncı sinifdə oxuyur, həm də musiqi məktəbində musiqi təhsili alır. Skripka çalmaq öyrənir. Düz dörd gündü yoxa çıxıb. Məsələ burasındadır ki, uşaq musiqi dərsi keçəndən sonra həmişəki kimi evlərinə tərəf yox, tamamilə əks istiqamətə yollanıb və keçdiyi küçələrdən birində, hansındakı kameralar xarabdı, məhz orda yoxa çıxıb.
Poladov diqqətlə uşağın şəklinə baxdı:
-Skripkası əlində imiş?
-Bəli!
-Uşağın psixi vəziyyəti?
-Normal durumda imiş. İndiyə qədər nə valideynləri, nə də müəllimləri onun psixikasında çatışmayan bir şey hiss eləməyiblər. Özü də həmişə həm dərs əlaçısıdı, həm də musiqi məktəbində də həm ixtisasından, həm də solfedciadan beş alıb.
-Uşağın valideynləri zəngindirlərmi?
Xəlifə başını buladı:
-Xeyr! Atası ali məktəblərdən birində tarixdən dərs deyir, anası isə evdar qadındır.
-Deməli uşağı pul qazanmaq məqsədi ilə oğurlamayıblar, başqa bir səbəb var.
-Elədir cənab polkovnik!
-Skripkadan ona dərs deyən müəllimi dindirmisisz?
-Bəli! Bela Aslanova. Asif qızı. Uşağın itməsi ona da çox ağır təsir eləyib. Göz yaşı töküb ağlayır. Deyir ki, hal-hazırda ən çox sevdiyim şagirdim o idi.
Poladov mobil aparatını çıxarıb uşağın fotoşəklini aparatında əks elədi:
-Uşaq dərsdən çıxanda ona bir söz deməyib ki?
-Xeyr! Daha doğrusu deyib ki, evimizə gedirəm.
Poladov masanın üstündəki siqaret qutusundan bir siqaret çıxartdı:
-Müəmmalıdır, çox müəmmalıdır. O, hansı musiqi məktəbində oxuyur?
-“Kamanlı alətlər” musiqi məktəbində.
Poladov bir siqaret alışdırıb ayağa durdu:
-Bu gün nə orta məktəblərdə, nə də musiqi məktəblərində dərs yoxdu. Qalsın sabaha! Amma sən mənə uşağın yaşadığı evin ünvanını ver, çünki mən uşağın valideynləri ilə görüşməliyəm.
Xəlifə də ayağa qalxdı:
-Bəlkə mən də sizinlə gedim?!
Poladov asılqandan pencəyini götürüb geyindi:
-Nə olar, gedək!
Onlar küçəyə çıxıb Xəlifənin şəxsi avtobobilinə mindilər və maşın Orxanın yaşadığı ünvana tərəf istiqamət götürdü.
* * *
Yarım saatdan sonra onlar Orxangilin evində, Orxanın valideynləri, anası Bənövşə, atası Hilalla masa arxasında üzbəüz oturmuşdular. Bənövşə ilə Hilal dəhşətli bir sarsıntı içində olduqları üçün Poladov sualları onlara aramla, tələsmədən verirdi. Onlar da öz növbələrində Poladovun suallarına demək olar ki, ara vermədən ah çəkə-çəkə, eyni zamanda iniltili bir səslə cavab verirdilər. Bu minvalla təxminən on beş dəqiqə keçdi və Poladov növbəti sualını verdi:
-Deyirsiz ki, bu dörd gün ərzində, yəni uşaq itəndən bu yana, sizə uşaqla bağlı zəng gəlməyib. Bundan da belə nəticə çıxarmaq olar ki, Orxanı girov götürməyiblər. Həm də girov götürməyə bir əsas da yoxdu, çünki siz mən gördüyüm qədər milyoner deyilsiz. Lakin mümkünsə mənim bu sualıma düşünüb cavab verin. Sizin düşmənləriniz varmı?
Bənövşə ilə Hilal, Poladovdan bu sualı eşidən kimi bir-birinə baxdılar və üzlərini Poladova çevirib eyni zamanda başlarını bulayıb bir ağızdan dilləndilər:
-Xeyr rəis, bizim düşmənimiz yoxdu.
Bundan sonra Poladov ayağa durdu:
-Aydındı! Bu gün istirahət günüdü. Mən sabah həm Orxanın təhsil aldığı musiqi məktəbinə, həm də orta məktəbə gedib müəllimləri, hətta şagirdləri də bir-bir dindirəcəyəm. İlk növbədə isə Orxana skiripkadan dərs deyən müəllimə ilə görüşəcəyəm.
O, bunu deyib cibindən bir vizit kartı çıxarıb Hilala uzatdı:
-Bu mənim vizit kartımdı. Fövqaladə nəsə baş versə dərhal mənə zəng vurun!
Hilal vizit kartını alıb cibinə qoydu, elə bu zaman Bənövşə ayağa qalxıb olduqca üzüntülü bir səslə dilləndi:
-Tapacaqsınızmı mənim uşağımı rəis?!
Poladov bir qədər susub dedi:
-Sözün açığı, mən heç vaxt, heç nəyə görə söz vermirəm. Çünki hər şey Uca Allahın əlindədi. Biz əlimizdəın gələni edəcəyik, lazım gələrsə özüqmüzü təhlükəyədə atacağıq ki, Orxan balamız sağ-salamat sizin yanınıza qayıtsın! Amma yenə də deyirəm, hökm verən yalnız Allahdır! Gəlin Allaha təvəkkül eləyək, Allaha güvənək, Allaha sığınaq!
Poladov bunu deyib, bayaqdan ağzına su alıb oturan Xəlifə ilə birlikdə evdən çıxdı. Bir qədər sonra onlar Xəlifənin maşınına minib yola düzəldilər.
* * *
Ertəsi gün Poladov ilk olaraq musiqi məktəbinə gedib Orxana skripkadan dərs deyən Bela xanıma Orxanla bağlı bir neçə sual verməkdən ötyrü boş bir otağa dəvət elədi.
Bela xanım təxminən əli yaşında orta boylu, bir qədər kök, qalın və qabarıq dodaqlı, qaraşın, bir qədər də çirkin qadın idi. O, olduqca pərişan görünürdü və Poladovun sulllarına cavab verdikcə burnunu çəkib, hey gözlərinin yaşını silirdi.
Poladov artıq beş dədiqə idi onu dindirdi və növbəti sualı belə oldu:
-Küçələrdəki bütün kameralar göstərir ki, Orxan burdan çıxıb, evlərinə tərəf deyil, tamam başqa istiqamətə üz tutub. Bəlkə valideynlərindən gizlin getdiyi bir yer varmış. Məsələn, interklub. Mən sizə belə bir sual vermək istəyirəm, Orxan son zamanlar məşğələ sona yetməmişdən sizdən evə getmək üçün icazə almışdımı?
Bela xanım bir qədər düşünüb dilləndi:
-Son vaxtlar, iki dəfə almışdı.
-Məşğələnin bitməyinə nə qədər qalmış?
-Təxminən yarım saat.
-Bəs nəyə görə icazə almağını sizə demişdimi?
Bela çiyinlərini çəkdi:
-Hər ikisində dedi ki, evdə çox çalışacağam. Amma mənə icazə verin gedim evə, çünki vacib bir iş var. Amma rəis, hansı vacib işdi, bunu demədi, mən də istedaına və çalışqanlığına inandığım üçün hər iki dəfə ona icazə verdim, lakin o bunun səbəbini məndən gizlədəndə, əlacı şagirdimin ürəyini sındırmamaqdan ötrü daha dərinə getmədim.
-Bela xanım, gəlin açıq danışaq, Orxan həmin gün də sidən icazə almışdımı?
Bela bir qədər susub dilləndi:
-Nə gizlədim, almışdı.
-Bəs niyə bunu onun valideynlərinə, eyni zamanda məndən qabaq sizi dindirən Xəlifə Sultanzadəyə demədiz?
Bela yenə yaylıqla gözlərini sildi:
-Bilmirəm? Özüm də bilmirəm? Sözün düzü vicdan əzabı çəkirəm. Orxanın itməsində günahlar özümü hesab eləyirəm. Əgər mən ona icazə verməsəydim, bəlkə də başına bu iş gəlməzdi. Amma qorxdum, çox qorxdum..
Bela bunu deyib hönkürtü ilə ağlamağa başladı:
-Mən bunu Orxanın valideynlərinə deyə bilməzdim. Desəydim, onların üzünə necə baxa bilərdim?!
Bu zaman Poladovun gözlənilməz sualı Belanı duruxdurdu:
-Bəs niyə mənə dediz?
Bela hönkürtüsünü kəsib bir qədər yazıq-yazıq baxıb dilləndi:
-Sizin gözləriniz sanki insanın ruhunu görür, baxışlarınız elədi ki, orda sizdən hansısa bir sirri gizlətməyin müşgüllüyü həkk olunub. Həm də mən sizin haqqınızda çox eşitmişəm, bilirəm ki, sizi aldatmaq mümkün deyil. Buna görə də mən günahımı sizin qarşısında etiraf eləməyə məcbur oldum. Sizdən çox xahiş edirəm cənab rəis, əgər Azərbaycan Dövlətinin Huquq Qanunlarının cinayət məcəlləsində buna görə maddələr varsa, məni həbs eləyin ki, vicdan əızabı nəhayət ki, məni rahat buraxsın.
Poladov yaxn pəncərədən ani olaraq küçəyə nəzər salıb üzünü Belaya tutdu:
-Xeyr Bela xanım, buna görə cinayət məcəlləsinin bəndləri yoxdu. Amma arxayın olun! Çünki biz inşallah Orxanı tapacağıq və onu oğruyanlara elə ağır cəzalar verəcəyik ki, tək on iki yaşlı, ata-ananın tək övladını oğurlamaqlarına görə deyil, indiyə qədər törətdikləri cinayətlərin hamısına görə peşman olacaqlar.
Poladov nəsə demək istəyirdi ki, onun mobil telefonuna zəng gəldi və öz aparatı kəmərindən çıxarıb qulağına tutdu. Aparatdan qadın səsi eşidildi:
-Rəis, bu mənəm, Orxanın anası Bənövşə. Sizinlə görüşmək istəyirəm.
-Yəqin nəsə eşitmisiz?
-Xeyr rəis, sizə sadəcə olaraq bütün gecəni gördüyüm yuxumu danışmaq istəyirəm.
-Şübhə eləmirəm ki, bu yuxu Orxanla bağlıdır?!
-Elədir rəis.
-Narahat olmayın Bənövşə xanım, evdə oturun, bir azdan mən sizdə olacağam!
Poladov bunu deyib bir anın içində Belanın əksini aparata götürdü, lakin bunu elə elədi ki, Bela qətiyyən anlamadı, sonra aparatı xəttdən ayırıb kəmərinə taxaraq üzünü Belaya tutdu:
-Mən qırx ildir ən kriminal hadisələri çözmüşəm, ən təhlükəli caniləri yaxalamışam, kimsə mənim məngənəmdən xilas ola bilməyib, kimsə mənim cəngimdən yaxasını qurtara bilməyib. Orxanı oğurlayanlar da qurtara bilməyəcəklər. Bağışlayın Bela xanım, iş saatınız neçədə bitir?
Belə əlini yana açdı:
-Bu sizin nəyinizə lazımdı?
-Orxanla bağlı dindirdiyim hər kəs haqqında aktda qeyd eləməliyəm. Buna görə də bunu bimək istəyirəm.
Bela qolundakı bahalı saata baxdı:
-Mənim iş saatım həftənin günlərinə əsasən müxtəlif cürdü. Yəni birinci, üçüncü və beşinci günlər saat üçdə, ikinci, dördüncü, altıncı günlər isə saat ikidə.
-Bəs Orxan son dəfə dərsdən çıxanda saat neçə idi?
Bela bir qədər düşünüb dilləndi:
-O, orta məktəbdə ikinci növbədə oxuyur, ona görə də skripka məşğələsinə səhər saat on tamamda gəliri və mən onunla düz bir saat dərs keçirdim, lakin sonuncu dəfə o məndən yenə icazə aldığı üçün saat on birin yarısı buraxdım.
-Bəs on bir tamamda kiminlə dərs keçirsiz?
Bela dodağını büzdü:
-Məgər bununda Orxanın itməsi ilə bir əlaqəsi ola bilər?
Poladov ayağa qalxdı:
-Mən Cinayət Axtarışları Şöbəsinin rəisiyəm və eyni zamanda Orxanın itməsi ilə əlaqədar istintaq qrupunun rəhbəriyəm, odur ki, mənim hər sualıma cavab verməyə borclususz Bela xanım!
Bela köksünü ötürdü:
-Könül adlı bir qız.
Bela bunu deyib saata baxdı:
-Bir azdan gələcək. Cənab rəis, daha icazə versəydiz, mən şagirdlərimə dərs keçdiyim sinif otağıma gedərdim.
-Əlbəttə!
Poladov bunu deyib otaqdan çıxdı və iti addımlarla musiqi məktəbinin pillələri ilə düşüb küçəyə çıxaraq sükanının arxasında Zülfüqarın oturduğu maşına minmək istərkən təxminən on iki yaşında qəşəng bir qız uşağının əlində skripka musiqi məktəbinin qapısından girmək istədiyini gördü və dərhal ona yaxınlaşıb soruşdu:
-Qızım, Orxanı tanıyırsan?
Könül ona tərəf çevrilib başını tərpətdi:
-Hə!
-Sən beş gün bundan qabaq bura gələrkən onu görmüsənmi?
-Hə əmi! Mən bu qapıdan girəndə, o çıxdı.
-Bəs onda saat neçə idi, yadında qalıbmı?
-Əlbəttə! Saat on bir tamam idi. Həmişə Bela müəllimə əvvəl ona dərs keçir, sonra mənə, yəni Orxan on bir tamamda dərsdən çıxır, mən isə dərsə başlayıram. Eşitdiyimə görə Orxan itib əmi. Məgər hələ tapılmayıb?
Poladov sağ əini yuxarı qaldırdı:
-Tapılacaq inşallah! Çox sağ ol qızım.
Poladov bunu deyib maşına əyləşib əlini irəli uzatdı:
-İslam Ordusu küçəsi 124.
Zülfüqar yenə adəti üzrə bir söz soruşmadan maşını hərəkətə gətirib həmin ünvana istiqamət götürdü.
Maşın hərəkətdə ikən Poladov mobil aparatla Qalibə zəng vurdu:
-İşlərin necə gedir?
Apartadn Qabiin səsi eşidildi:
-Əla!
-Gərək ki, sən bir gün işləyirsən, bir gün evdə olursan?!
-Elədir cənab pölkovnik.
-Deyəsən indi iş günün deyil, odur ki, gəzirsən özünçün.
-Elədir cənab polkovnik. Şəhərdə özümçün veyllənirəm.
-İndi sənə bir qadının şəklini göndərəcəyəm. O, “Kamanlı alətlər” musiqi məktəbində musiqi müəlliməsidi. Oranı tanıyırsanmı?
-Bəli cənab polkovnik.
-O saat üç tamamda işdən çıxacaq. Onu təqib eləyərsən. Əgər Simuzər küçəsinə, kameraların xarab olduğu istiqamətə getsə, dərhal zəng vurub mənə bildir! Amma elə elə ki, şübhələnməsin. Əgər başqa istiqamətə getsə, yenə təqib et! Evinə getsə, ora girəndən sonra uzaqda dur gözlə! Əgər bir saat müddətində evindən çıxmasa, onun evinə yaxınlaş və kiçik kameranı yaxın, görünməyən bir yerə bənd elə! Sonra gəz özünçün! O, evindən çıxan kimi bizim manitorda bu görünəcək və mən bunu sənə bildirəcəyəm! Bundan sonra hara getsə izini buraxma!
-Baş üstə cənab polkovnik!
* * *
Musiqi məktəbindən çıxandan yarım saat sonra Poladov, Orxangildə masa arxasında oturub Bənövşə xanımın bütün gecəni təkrar-təkrar gördüyü yuxusunun nəqlinə qulaq asırdı:
-Orxan itəndən bəri gözümə heç cürə yuxu getmirdi, amma bu gecə başımın altına müqəddəs Quranı-Kərimi qoyan kimi məni yuxu apardı və yuxuda elə hey dəniz kənarında, lap ləpədöyəndə qəribə fasadları olan üçmərtəbəli bir villa görürdüm. Burda çoxlu adam var idi. Məsələ burasında idi ki, kişilər də, qadınlar da başlarına şlyapa qoymuşdular. Onlar hey əylənib şənlənir, çalıb oxuyurdular. Məsələ burasındadır ki, Orxana skripkadan dərs deyən Bela müəllimə də onların arasında idi. Qadınlar həm də xəmir yoğururdular. Mən bütün bunlarla bərabər Orxanımı görürdüm. O qaranlıq bir zirzəmidə qolları bağlı idi və hey məni səsləyib deyirdi:
-Ana, gəl məni xilas elə! Yoxsa bu adamyeyənlər məni yeyəcək! Bir də tez-tez təkrar edirdi ki, bu torpaq Allahın piridir.
Bənövşə xanım yuxusunu nəql eləyib bitirəndən sonra bütün vücudu titrəyə-titrəyə soruşdu:
-Mənim yuxuma inanırsızmı?
Poladov başını tərpətdi:
-İnanıram Bənövşə xanım! Əlbəttə inanıram və şübhə eləmirəm ki, bu rəhmani bir yuxudur.
-Mənim Orxanım xilas olacaqmı?
Poladov sakitcə dilləndi:
-Narahat olmayın Bənövşə xanım, mən dünən də dedim, əlimizdən gələni, hətta əlimizdən gəlməyəni də eləyəcəyik ki, Orxan balamız xilas olsun! Siz sadəcə olaraq səbr edin! Səbr edin, çünki Allah səbrliləri sevər!
Poladov danışa-danışa mobil aparatı ilə internetə girib ona lazım olan bir məlumatı əldə eləyən kimi söhbətin səmtini başqa məcraya yönəltdi:
-İnanıram ki, yuxunuz çin olacaq və biz tez bir zamanda Orxan balamızı xilas eləyib sizin yanınıza gətirəcəyik! Amma indi Bənövşə xanım, yuxuda gördüyünüz həmin villanın yerini müəyyənlişdirməkdən ötrü gərək bizimlə Cinayət Axtarışları Şöbəsinə gedəsiz.
Bənövşə xanım dərhal ayağa qaıxdı:
-Onda icazə verin, mən içəridə üstümü dəyişim!
Poladov başını tərpətdi və Bənövşə xanım içəri otağa keçib bir qədər sonra başqa geyimdə ordan çıxdı. Poladov ona bir söz demədən evdən çıxdı. Bənövşə xanım da onun arxasınca gəldi və Poladov arxa qapını açıb Bənövşə xanımı maşına oturdandan sonra, özü də Zülfüqarın idarə etdiyi maşına oturmaq istərkən, Qabildən ona zəng gəldi. Poladov dərhal mobil aparatı kəmərindən çıxarıb qulağına tutdu. Qabilin səsi eşidildi:
-Obyekt evinə getdi və indi evindən çıxdı.
Poladov dərhal dilləndi:
-Onu gözdən qoyma! Dünyanın axırına getsə belə təqib elə! Amma elə elə ki, səni görməsin!
-Baş üstə cənab polkovnik!
Poladov aparatı xəttdən ayırıb kəmərinə keçirdərək maşına əyləşdi və Zülfüqara göstəriş verdi:
-Şöbəyə!
Züfüqar dərhal maşını hərəkətə gətirdi.
Bir qədər sonra yenə Poladovun mobi telefonu zəng çaldı. Poladov aparatı kəmərindən çıxarıb qulağına tutdu:
-Eşidirəm səni Qabil!
Qabilin səsi eşidildi:
-Obyekt taksiyə oturdu. Mən isə taksi tutana qədər, onun oturduğu taksi gözdən itdi.
-Taksinin nömrəsini götürə bildinmi?
-Bəli! 66-99.
-Hansı maşındandır?
-Köhnə mersedeslərdir, tünd göy rəngdə.
-Yaxşı, sən özünü çayçılardan birinə ver və mənim zəngimi gözlə!
-Baş üstə!
Poladov aparatı kəmərinə keçirdib Bənövşə xanımdan soruşdu:
-Bela xanıma yaxşı bələdsizmi?
Bənövşə xanım təəcüblə ona baxdı:
-Əlbəttə! Mehriban bir qadındır, özü də həm yaxşı musiqi pedaqoqudu, həm də olduqca tələbkar müəllimədir. Orxanım düz üç ildir onun şagirdidir. Skripkanı tutmağı, kamanı necə aparıb gətirməyi, bütün notları təmiz götürməyi, bir sözlə o cür çətin bir alətdə çalmağı ona Bela xanım öyrədib. Özü də onu musiqi müsabiqəsində iştirak eləməkdən ötrü hazırlayırdı. Orxan həmin müsabiqədə Üzeyir Hacıbəylinin məhz skripka üçün bəstələdiyi etüdü çalmalı idi.
Bənövşə xanım bunu deyib qəfildən hönkürdü:
-Axı necə oldu, necə oldu ki, mənim zavalı balam gündüzün günorta çağı yoxa çıxdı. Allahım yalvarıram sənə, mənim yavrumu mənə qaytar!
Poladov onu sakitləşdirməyə çalıpşdı:
-Sakit olun Bənövşə xanım, lütvən sakit olun! Özünüzü ələ alın! Gecə gördüyünüz yuxunu fikirləşin! Özünüz deyirsiz ki, başınızın altına müqəddəs Qurani-Kərimi qoyub yatmısız və Orxanın tapılmasına ümid verən yuxu görmüsüz. Belə yuxular başqa yuxulara bənzəməz Bənövşə xanım. Birdə ki, mən qırx ildən yuxarıdı ki, cinayətkarların izindəyəm və həmişə də onları yaxlamaqda Uca Allah həmişə yardımçım olub. Bir azdan şöbədə inşallah sizin yuxuda gördüyünüz həmin villanın məhz sizin köməyinizlə yerini öyrənəcəyik və bu da bizə Orxanın tapılması üçün yüz faiz şans verəcək. Birdə ki, deyirsiz ki, yuxuda Orxan tez-tez bura Allahın piridir deyirdi. Həm də deyirsiz həmin villa lap ləpədöyəndə yerləşirdi. Mənə elə gəlir ki, bu Pirallahı qəsəbəsidir.
Bənövşə xanım ağlaya-ağlaya dedi:
-Bəlkə mənim yuxuda gördüyüm villa heç həyatda yoxdu?!
Poladov başını buladı:
-Əgər müqəddəs Qurani-Kərimi başınızın altına qoyub yatmasaydız, həmin villanın mövcudluğu sual altında ola bilərdi. Lakin mən müqəddəsQurani-Kərimin qüdrətinə çox inanıram. Belə ki, müqəddəs Qurani-Kərimin 59-cu surəsi olan “Həşr”, yəni Toplanma surəsinin 21-ci ayəsində Uca Allah buyuirur;-“Ya Peyğəmbər! Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allah qorxusundan kiçildiyini, parça-parça olduğunu görərdin.” Uca Allah müqəddəs Qurani-Kərimin mübarək ayələri xatirinə bizə kömək olar inşallah!
* * *
İyirmi beş dəqiqədən sonra onlar manitor arxasında oturmuşdular və bu işə baxan Namiq, Poladovun göstərişi ilə Pirallahı qəsəbəsindəki villaları bir-bir ekrana gətirirdi. Təxminən yüz dənə villa ekrana gələndən sonra nəhayət Bənövşə xanım, yuxuda gördüyü villanı gördü:
-Budur, budur rəis, həmin villadır.
Poladov diqqətlə ekrana baxdı:
-Baxın, fasadlarının üstündə iyrənc və buynuzlu məxluqun şəkli var.
Poladov bunu deyib üzünü Namiqə tutdu:
-Oğlum sən bu villanın həyətini ekrana gətir!
Namiq dərhal villanın ən azı yüz sot olan həyətini ekrana gətirdi.
Poladov diqqətlə villanın həyətinə baxandan sonra, villanın təsvirini öz mobil telefonuna köçürtrü və üzünü Bənövşə xanıma tutdu:
-Bu da sizin yuxunuz Bənövşə xanım. Gördüz müqəddəs Qurani-Kərimin qüdrətini?! İndi isə mən sürücümə tapşıracaq ki, sizi aparıb evinizə qoysun və siz də evinizdə oturub gözləyin! İnşallah Orxan balanı gətirəcəyik və onu necə bağrınıza basacağınızı biz də görəcəyik!
Zülfüqar Bənövşə xanımı evlərinə aparandan təxminən iyirmi dəqiqə sonra Poladovun rassiya aparatına zəng gəldi və o, dərhal aparatı kəmərindən çıxarıb ağzına tərəf tutdu. Aparatdan növbətçi polisin səsi eşidildi:
-66-99 nömrəli, göy rəngli köhnə mersesdes Zirə qəsəbəsi ilə Piralllahı qəsəbisini birləşdirən körpüyə daxil oldu.
Poladov dərhal rabitə aparatını kəmərinə keçirib, mobil telefonunu çıxararaq Qabilə zəng vurdu:
-İndi sənin telefonuna bir villa şəkli göndərəcəyəm, dəniz kənarında yerləşir. Özün görəcəksən. Pirallahı qəsəbəsində yerləşir. Dərhal bir taksi tutub Pirallahıya get! Orda neçə gün bundan qabaq oğurlanmış on iki yaşlı Orxan adlı uşaq saxlanılır. Uşağın da şəklini sənin aparatına göndərəcəyəm. Adətən villaların zirzəmiləri olmur. Lakin bu villanı uşaq oğruları bir il bundan qabaq özləri inşa etdirdikləri üçün zirzəmisi də ola bilər. Yəni uşaq zirzəmidə, ya da çardaqda gizlədilə bilər. Mənim operativ qrupla indi ora gəlməyim, uşaq üçün təhlükə doğura bilər. Yəni ələ keçməsinlər deyə uşağı girov götürə, hətta öldürə də bilərlər. Sabah uşaq oğrularının qardaşlıq bayramıdır. Mən bildiyim qədər onlar həmin gün canlı-cüssəli bir yeniyetməni kəsib qanını xəmirə qatırlar və həmin xəmirdən minlərlə şirniyyat hazırlayıb şeytana səcdə eləyənlərə paylayırlar. Əsas odu ki, bir yol tapıb ora girərək uşağın əl-qolunu açaraq elə villada başqa bir yerdə gizlədəsən, sonra mənə zəng vurasan! Əlbəttə uşağı ordan çıxara bilsən bu əla olar! Lakin bu çox çətindir. Odur ki, dediyimi elə! Sənə inanıram Qabil və zəngini gözləyirəm! Ehtiyatlı ol!
Poladov bunu deyib Qabuilin aparatına həm villanın təsvirini, həm də Orxanın şəklini göndərdi. Sonra aparatını xəttdən ayırıb kəmərinə keçirtdi.
* * *
Qabil Poladovun tapşırığına əsasən dərhal taksi tutub Pirallahı qəsəbəsinə yollandı. Bura Bakıdan düz altmış kilometr uzaqlıqda yerləşdiyi və bəzi yollarda yüngülvari tıxac olduğu üçün taksi ora təxminən bir saat on dəqiqəyə çatdı. Qabil həmin villadan təxminən üç yüz metr aralıda taksinin pulunu ödəyib düşərək ehtiyatla villaya yaxınlaşmağa başladı və elə bu zaman arxadan gələn iri yük maşınının sürücüsü maşını əyləyib onu səslədi:
-Eşq olsun köhnə dosta!
Qabil dönüb baxdı. Bu vaxtilə on bir il onunla bir sinifdə oxuyan, həıtta bir parta arxasında əyləşən, hamının “Pələng balası” adlandırdığı nəhəng Mikayıl idi. Mikayıl nəinki onların siniflərində, hətta bütün məktəblərində ən nəhəng oğlan idi. Qabil isə əksinə məktəbdə ən cılız uşaq idi. Mikayıl yanında oturan şlyapalı, eynəkli və uzun saqqal saxlamış adama əhəmiyyət verməyərək maşından düşüb Qabili bağrına basdı:
-Neçə il, neçə yay, neçə qış, neçə payız, neçə bahar?! Necəsən qaqaş? Özün yatıb-dura bilirsən?
Qabil onun bağrında tamam görünməz olmuşdu, lakin səsi gəlirdi:
-Mən əlayam! Amma səni görəndən sonra keyfim qazağı oynayır.
-Sən burda neynirsən qaqaş?
-Qabil səsini qaldırdı:
-Təzəlikcə bura köçmüşəm.
-Hə, əla! Buranın havasından yer üzündə yoxdu. Hara gedirsən qaqaş?
Qabil irəli nəzər edib bir az da ucadan dilləndi:
-Dənizə lap yaxından, ləpədöyöəndən tamaşa eləmək mənim xobbimdi.
Mikayılın səsi onsuz da gur idi, lakin indi həmişəkindən də gur çıxdı:
-Mən də bu gördüyün qəşəng villaya ərzaq aparıram!
O, bunu deyib maşının kabinəsində oturan adama işarə elədi:
-Dünən də bura ərzaq daşımışdım, bu şlyapanın xahişi ilə. Yaxşı pul verir.
Mikayıl yenə nəsə demək istədi, lakin Qabilin pıçıltılı səsi onu saxladı:
-Bura bax Mikayıl, mənə həmin qəşəng villanın həyətinə keçmək lazımdı. Orda bunlar yeniyetmə bir uşağı əli-qolu bağlı saxlayırlar.
Mikayılın özündən asılı olmayaraq qaşları çatılsa da, əsəbini cilovlaya bildi və səsinin tonunu xeyli aşağı saldı:
-Maşının altı hündürdü. Tez keç ora bir çıxıntıdan yapış, tez ol! Elə elə ki, görsənməyəsən! Arxayın ol maşını elə sürəcəyəm ki, sənə xətər toxunmayacaq. Villanın həyətində onsuzda maşın xeyli ləngiyəcək, çünki yük çoxdu. Özüm sənə nə vaxt ordan çıxmaq lazım olduğunu deyəcəm!
Mikayıl bunu deyib yenə səsinin gur yerinə saldı:
-İndi tələsirəm qaqaş! Sonra gəlib özüm səni taparam! Bir dəqiqə telefonunu mənə ver!
Qabi bir söz demədən telefonunu kəmərindən çıxarpıb ona uzatdı. Mikayıl düymələri basıb aparatı ona qaytardı:
-Nömrəmi yazdım! Zəngləşib danışarıq qaqaş! Hələik!
Mikayıl Qabilin əlini sıxıb maşına əyləşdi. Qabil də onun maşına əyləşməyini gözlədi və o sükan arxasına keçən kimi olduqca cəld yük maşının altına girdi və Mikayıl maşını hərəkətə gətirənə qədər bir polad çxıntıdan yapışıb ayaqlarını başqa bir polad çıxıntıya dirədi.
Mikayıl sükan arxasına oturan kimi şlyapalı bir qədər əsəbi halda dilləndi:
-Nə çox ləngidin.
Mikayıl ayağını qaza basdı:
-Narahat olma, üç dəqiqə gec olsa qiyamət qopmaz. Uşaqlıq dostumu görmüşəm. Sən uşaqlıq dostunu görəndə vaz atıb keçirsən bəyəm?!
Şlyapalı dinməyib əsəbi halda üzünü başqa səmtə çevirdi.
Bir qədər sonra yük maşını villanın səksən faizi cürbəcür meyvə ağacları ilə dolu bir hektarlıq həyətinə daxil oldu və dörd nəfər gəlib dərhal un, şəkər tozu kisələrini, yağ qutularını və başqa ərzaqları içəri daşımağa başladılar.
Mikayıl kabinədən düşüb siqaret çəkə-çəkə diqqətlə ətrafa baxırdı və kimsənin görə biməyəcəyinə əmin olandan sonra pıçıltılı səslə dedi:
-Çıx Qabil, tez sol tərəfdəki iri çarhovuzun arxasına keç! Allah köməyin olsun! Uzağa getməyəcəm! Maşını uzaqbaşı villanın darvazasından yüz metr məsafədə saxlayacağam! Dara düşsən zəng elə dərhal köməyinə gəlim!
Qabil zaman kəsiyində maşının altından çıxıb iri çərhovuzun arxasına keçdi və bir metr otuz santimetr boyuna baxmayaraq aşağı əyildi ki, görsənməsin.
Bundan xeyli sonra Mikayılın idarə etdiyi maşından təxminən üç ton ərzaq boşaldılıb qurtardı və Mikayıl sükan arxasına əyləşib mühərriki işə salaraq maşını hərəkətə gətirib villanın iri həyətində dövrə vurub darvazaya yaxınlaşdı.
Darvaza açıldı, Mikayıl maşını bayıra sürərək ordan təxminən yüz metr aralıda saxladı və düşüb kapotu açaraq elə görüntü yaratdı ki, guya mühərrik xarab olub.
Qabil isə hələ də çərhovuzun arxasında idi və tez-tez ehtiyatla boylanıb baxırdı ki, imkan düşən kimi daha təhlükəsiz, daha xəlvət bir yerə özünü salsın. Bu minvalla dəqiqələr keçdi və nəhayət bütün ərzaq həyətdən villanın iri mətbəxinə daşınandan sonra həyətdəki adamlar, o cümlədən Mikayılın maşını ilə gələn şlyapalı adam, eyni zamanda maşından ərzaqları həyətə daşıyan dörd nəfər villanın içinə keçdilər.
Qabil bir qədər də gözlədi və həyətdə ins-cins görünməyəndə olduqca iti sürətlə yüyürərək hündür əncir ağacına dırmaşdı və özünə elə yer seçdi ki, əncir ağacının bir-birinə bitişik enli yarpaqlarının arasından tamam görünməz olsun.
O, sakitcə səbrini basıb cibindən professor Tural Hüseynzadənin “İti göz nəzəriyyəs”inə əsasən özünün düzəltdiyi lazer aparatını çıxarıb villaya tərəf tutub sağa-sola hərləməyə başladı. Bu aparatın başqa lazer aparatlarından üstünlüyü onda idi ki, onun şüaları işə düşərkən başqa lazer aparatları kimi qırmızı işıq xətti görünmürdü, yəni bu aparat işə düşərkən bunu aparatı işə salan adamdan başqa kimsə hiss eləmirdi. Aparat üç mərtəbəli villanın iyirmi otağını, içəri eyvanlarını, olduqca iri mətbəxini kiçik ekranına gətirirdi. Mətbəxdə qadınlar artıq işə başlamışdılar. Onlar ordakı kişilərin köməyi ilə un kisələrinin ağzını açıb unları iri bir qabın içinə boşaldırdılar. Bela xanım da onarın arasında idi. O, sevinc içində Qabilin tamam anlamadığı bir dildə yanındakılarla gülüb-danışırdı. Qabil lazer aparatını bir qədər də hərlədi və villanın aşağı mərtəbəsindəki otaqlardan birinin döşəməsində zirzəmiyə açılan qapı göründü. Qabil aparatın üstündəki düyməni sıxaraq gücünü bir az da artırdı və qaranlıq zirzəminin içi görüntüyə gəldi. Orxan burda idi. Onun qolları arxadan bağlı idi və yarıhuşsuz vəziyyətdə idi. Qabil aparatda onun təsvirini görən kimi kəmərindən mobil aparatını çıxarıb Poladova zəng vurdu:
-Uşaq burdadı cənab polkovnik! Həmin villada, bir zirzəmidə. Qolllarını bağlayıblar, özü də yarıhuşsuz vəziyyətdədi.
Poladovun səsi eşidildi:
-Sən onun yanındasan?
-Xeyr! Mən villanın həyətində hündür bir əncir ağacının sıx budaqları arasındayam. Burda mətbəxdə güclü hazırlıq gedir. Mənə təqib etdirdiyiniz Bela xanım da burdadı. O, bir neçə qadınla birlikdə xəmir məmulatı hazırlayırlar. Yəqin bu gecə bayram keçirdəcəklər.
-Bəs sən bunların hamısını necə bildin?
-Mən vaxtilə politexnik unuversitetində mənə dərs deyən məhşur professor Tural Hüseynzadənin “İti göz nəzəriyyəsi”nə əsasən lazer aparatı düzəltmişəm. Ən azı yüz metr məsafədən divar arxasını, döşəmə altını göstərə bilir. Bütün bunları onunla görürəm.
-Əhsən! Biz bu dəqiqə çıxırıq Qabil. Əgər biz ora gələnə qədər uşağı kəsmək istəsələr, bütün gücünü ortaya qoy və buna imkan vermə!
-Kəsmək istəsələr?
-Bəli, kəsmək istəsələr. Mənim indi aldığım məlumata sabah bu adamyeyənlərin bayramıdı. Odur ki, bir azdan uşağı kəsmək istəyəcəklər ki, qanını həmin xəmir məmulatına qatsınlar. Uşağı elə məhz buna görə oğurlayıblarmış. Sən nə vasitə ilə olursa-olsun özünü uşağın yanına yetir! Əgər biz gələnə qədər onu ordan çıxara bilməsən, onda gizlət, elə yerdə gizlət ki, onlar axtarmağa başlayarkən zaman keçsin və biz özümüzü yetirək! Hə aslanım! Allah köməyin olsun! Tez-tez mənimlə əlaqə saxla!
Poladov aparatı xəttdən ayırdı. Qabilin gözləri isə işıq saçırdı. İndi bu gözlərdə onun cılız qamətinə uyğun gəlməyən cəsarət, müsəlman qanına yerikləyən adamlyeyənlərlə savaşa yırtıcı pələng kimi atılmaq qığılcımı görünürdü. Odur ki, bir qədər də gözləyib əncir ağacından düşdü, lakin döyüşə atılmaq həvəsi nə qədər coşqun olsa da, yenə ehtiyatı əldən verməyib əncir ağacının gövdəsinin arxasından dörd bir tərəfə nəzər saldı və kimsənin görmədiyinəı əmin olan kimi bir ley cəldliyilə yüyürərək zirzəmiyə tərəf uzanan eyvana girdi. Burda kimsə yox idi. Qabil yenə ehtiyatını möhkəm tutaraq ayaqlarını pişik kimi basaraq zirzəminin qapısına yaxınlaşdı. Zirzəminin qapısı kilidli idi, lakin Qabil kilid açmağı yaxşı bacarırdı. O, o tərəf, bu tərəfə baxıb cibindən dürraliminumdan təxminən on santimetr uzunluğunda bir naqil çıxardı və naqili iki qatlayıb kilidin dəliyinə salıb bir neçə dəfə o tərəf, bu tərəfə hərlədi. Nəhayət kilid açıldı və Qabil dərhal naqili cibinə qoyub cibindən kiçik bir bıçaq çıxarıb zirzəminin qapısı ilə döşəmənin arasına salaraq qapını açıb piləllərin üstünə düşüb qapını bağladı.
Bir qədər sonra Qabil Orxanın qollarını ipdən azad eləmişdi. Orxan isə yarıhuşsuz vəziyyətdə olduğu üçün Qabilə gözləri yarıyumulu halda baxırdı.
Qabil əlini onun çiyninə qoydu:
-Orxan, mən səni burdan çıxarmağa gəmişəm. Mənə diqqətlə qulaq as! Nə desəm elə! Əgər ananı-atanı görmək istəyirsənsə dediklərimə əməl elə! Yaxşı?!
Orxan tamamilə özündə olsmasa da başını tərpətdi. Qabil onun əlindən tutdu:
-İndi biz bu zirzəmidən çıxacağıq, sonra ehtiyatla həyətə çıxacağıq, sonra imkan olsa mən səni burdan tamamilə çıxardacağam! Çıxarda biməsəm gizlədəcəyəm, onsuz da yarım saatdan sonra polislər burda olacaq və sən bu cəhənnəmdən xilas olacaqsan! Oldu Orxan?!
Orxan yenə başını tərpətdi və Qabil yarıhuşsuz, yaxşı yeriyə bilməyən Orxanı əvvəlcə zirzəmidən, sonra isə villanın binasından çıxartdı. Lakin Qabil nə qədər ehtiyatla tərpənsə də həyətə çıxan kimi iki nəfər cüssəli, özü də cavan kişi onları görərək öz dillərində nəsə deyə-deyə onlara tərəf yüyürdü. Qabil məcburiyyət qarşısında olduğu üçün Orxanın əlini buraxıb bir anın içində hər ikisini vurub bayıltdı, sonra o tərəf, bu tərəfə baxıb yenə Orxanın əlindən tutub sıx meyvə ağaclarına tərəf yüyürdü və Orxanı olduqca enli gövdəli bir tut ağacının arxasına keçirdib həyətin hündür hasarına nəzər saldı. Hasar ən azı üç metr hündürlükdə idi. Qabil tək olsaydı elə bir sıçrayışla hasara dırmaşıb o biri tərəfə tullana bilərdi. Lakin yarıhuşsuz Orxanı ora çıxarmaq mümkün deyildi. Odur ki, aşağı səslə Orxana dedi:
-Sən burda dayan, özün də qorxma! Mən onların başını qatmalıyam. Ona görə də bir az uzaqlaşacağam ki, sənin burda olduğunu bilməsinlər! Sən isə yerindən tərpənmə, yaxşı Orxan?!
Orxan yenə gözləri yarı yumulu halda başını tərpətdi.
Qabil isə ondan təxminən otuz metr aralıda olan hündür ərik ağacının arxasına keçib gözlədi.
Bir qədər sonra üç nəfər kişi həyətə çıxdı və bayılmış iki nəfəri görüb onlara tərəf yüyürdülər. Bayılmış kişilərin huşları yavaş-yavaş qayıdırdı və onlar cırtdanboylu bir adamın uşağı qaçırmaq istədiyini dedilər. O biri kişilər çığır-bağır salaraq içəridə olanları səslədi və içəridən dərhal on beş nəfər hərəsi üç Qabil boyda cüssəli kişi çıxaraq meyvə ağaclarına tərəf yüyürməyə başladılar. Qabil artıq Poladovla əlaqə saxlayıb vəziyyəti ona anlatmışdı. Lakin Poladov əməliyyat qrupu ilə birlikdə hələ Zirə qəsəbəsi ilə Pirallahı qəsəbəsini birləşdirək körpüyə təzəcə daxil olmuşdular. Buna görə də Qabil, hələ də yüz metr villanın həyətindən aralıda maşını saxlayan Mikayıla zəng vurdu.
Mikayıl fikirləşmədən;-Gəlirəm qaqaş”,-deyib dərhal maşının kapotunu bağlayıb sükan arxasına keçərək maşını 180 dərəcə fırladıb villaya tərəf iustiqmət götürdü. Qabil isə onları Orxandan yayındırmaq üçün ərik ağacının arxasından çıxıb döyüşə hazır vəziyyət aldı.
On beş qansoranın on beşi də Qabilə hucum elədi və döyüş başladı.
Mətbəxdəki bütün qadınlar, o cümlədən Bela xanım da artıq dayanıb bu cırtdanın neçə dəqiqədən sonra öldürüləcəyi gözləyirdilər.
Cırtdanboylu bir türk balası və on beş dənə cüssəli insanlıq düşməni. İndi Qabildə bir bəbir çevikliyi, bir aslan cəsarəti, bir pələng qəzəbi var idi. O, millətinin bir yeniyetməsini xilas eləməkdən ötrü ölümdən, ölümcül hala düşməkdən, hətta ömrü boyu şikəst qalmaqdan qorxmadan, həyatını yüz faizli təhlükəyə ataraq savaşırdı və nəhayət nə qədər güclü, nə qədər cəsarətli, nə qədər cəld olsa da, eyni zamanda adamyeyənlərin bir neçəsini də vurub bayıltsa da yerbəyerdən aldığı zərbələrdən yerə yıxıldı və əgər elə bu an Mikayıl yük maşını ilə villanın darvazasını qırıb maşını içəri sürməsəydi, yəqin ki, Qabil həyata əlvida deməli olacaqdı.
Mikayıl darvazanı qırıb yük maşınını villanın həyətinə sürdü və dərhal maşından düşüb yırtıcı pələng kimi nərə çəkə-çəkə Qabili döyənlərin üstünə hucum elədi və hərəsinə təkcə bir yumruq vurub bayıltdı.
Bundan sonra on dənə qansoran Mikayıla hucum elədi, lakin Mikayıl pəhləvan idi və zərbəsi o qədər sarsıdıcı idi ki, hansına bir yumruq vururdusa ağzı-burnu partlamış halda yerə yıxılaraq huşunu itirirdi.
Beləliklə təxminən iki dəqiqənin içində Mikayıl bu on nəfəri də elə bu dünyada qəbr əzabı dadızdırdı.
Bu ərəfədə bayaq onun maşını ilə bura gələn şlyapalı tapança çıxarıb ona tərəf tuşladı:
-Çox qabağa getdin deyəsən, mənə elə gəlir ki, sənə ölüm hökmünü kəsməyin zamanı gəlib çatıb.
O, bunu deyib tapançadan atəş açmaq istədi, lakin bu vaxt Poladovun sərrast gülləsi onu yerə sərdi.
Artıq həm Züfüqarın idarə etdiyi maşın, həm də dörd ədəd polis maşını Mikayılın yük maşını ilə vurub yerə aşırdığı darvaza qarşısında durmuşdular və Poladov, Nəcməddin, Zülfüqar, Şəfəq, eyni zamanda on iki dənə cüssəli polis nəfərləri maşınlardan düşüb əllərində silah açıq darvazadan içəri girmişdilər.
Polislər yüyürərək bir an içində nlanlıq düşmənlərini qandalladılar. Bu vaxt Orxan Qabilin onu gozlətdiyi ağacın arxasından çıxdı və Şəfəq yüyürərək ona yaxınlaşıb soruşdu:
-Necəsən Orxan?
Orxan güclə eşidiləcək səslə dilləndi:
-Yaxşıyam!
Şəfəq əlini onun əlinin üstünəı qoydu:
-Narahat olma Orxan, indi səni ananın yanına aparacağıq!
Şəfəq bunu deyib Orxanın əlindən tutub gətirdi. Bu vaxt Poladov, qorxudan quruyub qalmış Belaya yaxınlaşdı:
-Çox məharətlə maskalanmışdız Bela xanım, az qala məni də inandıracaqdız. Sizdən əla aktrisa olardı. Təəcüb edirəm ki, niyə bu qədər istedadınız ola-ola Hollivuda getməmisiz?! Əgər ora getsəydiz çox bahalı bir aktrisa olardız. Amma rolunuzu nə qədər peşəkarcasına oynasaz da, bütün canilər kimi siz də səhvə yol verdiz. Mənə Orxanın yoxa çıxdığı gün də guya sizdən məşğələ bitməmidən yarım saat qabaq icazə aldığını söyləməklə özünüzü mənim məngənəmə keçirtdiz.
Poladov bunu deyib yanında dayanan polisə baxdı:
-Apar!
Polis, Belanı qabağına qatıb apardı, bu ərəfədə polislər ordakı bütün qadınları və kişiləri qabağlarına qatıb polis maşınlarına mindirdilər.
Mikayıl isə möhkəm döyülüb əzilmiş Qabilə ayağa qalxmağa yardım eləyirdi. Poladov onlara yaxınlaşıb əlini artıq ayağa qalxmış Qabilin çiyninə qoydu:
-Səni xəstəxanaya götürəkmi?
Qabil başçını buladı:
-Ehtiyac yoxdu cənab polkovnik! Görürsüz artıq ayaq üstəyəm, özümü də əla hiss eləyirəm, çünki Orxan xilas olundu. Amma əgər uşaqlıq dostum Mikayıl köməyə yetişməsəydi, artıq dünyamı dəyişdiyim üçün ürəyiniz ağrıyacaqdı.
Poladov nəhəng qamətli Mikayıla baxdı:
-Sağ ol igid!
Mikayıl əlini sinəsinə qoyydu:
-Vətənimin əmin-amanlığı üçün hər an canımdan keçməyə hazıram!
Poladov gülümsəyib əlini onun çiyninə vurdu:
-Səninlə inşallah hələ görüşəcəyik və sənin bu igidliyini hökmən dəyərləndirəcəyik.
Poladov bunu deyib villanın mətbəxinə keçib iri qabda artıq yoğrulmuş xəmirə nəzər salaraq üzünü onun ardınca mətbəxə keçən Zülfüqara tutdu:
-Bunlar uşağı kəsib qanını bu xəmirə qatacaqdılar, sonra həmin xəmirdən minlərlə kətəyə bənzər bir şey bişirib özləri kimi şeytana səcdə edənlərə paylayacaqdılar. Bunlar artıq əsrlərdir bu iyrənc işlə məşğul olurlar.
Zülfüqar təəcüblə soruşdu:
-Bunlar nə millətidi Sübhan müəllim?
-Əslində bunların milləti yoxdu. Əfsuslar olsun ki, ABŞ, İngiltərə və bir sıra nəhəng dövlətlər əsrlərdir bunların köləsinə çevrilib və bu dövlətlərin bütün bankları bunların əlindədi. Onu da deyim ki, bunlar heç vaxt olduqları kimi görünməyiblər və hər zaman özlərini cürbəcür millətlər, cürbəcür adlar altında qələmə veriblər.
Poladov bunu deyib mətbəxdən çıxdı və əli ilə yaxınlığdakı Polis leytnantına villanı göstərdi:
-Binanın içində axtarış apararsız, sonra göstəriş verərsiz ki, binanın üstündəki bu şeytan nişanlarını burdan çıxarıb binanı möhürləsinlər!
Leytnant əlini gicgahına aparıb polis salamı verdi:
-Yerinə yetiriləcək cənab polkovnik!
Bundan sonra Poladov Şəfəqin yanında dayanmış Orxana yaxınlaşıb dilləndi:
-Sən bir qəhrəmansan Orxan! Ona görə ki, artıq altı gündü bu adamyeyənlərin əsiri olduğun halda əsil kişilik nümayiş etdirib dözmüsən. Gedək, gedək oğlum, ilk növbədə səni valideynlərinə təhvil verək!
Bir qədər sonra Orxan, Şəfəq, Poladov və Nəcməddin Zülfüqarın idarə elədiyi maşında idilər və daha Zülfüqar maşını bura gələrkən ən azı saatda 180 kilometr deyil, saatda 80-90 kilometr sürürdü.
Orxan Poladovla Şəfəqin arasında oturmuşdu və maşın körpünü keçəndən sonra Poladov Orxanın artıq bir qədər özünə gəldiyini görüb onun gur saçlarını tumarladı:
-Orxan, mənim bir neçə sualıma cavab verə bilərsənmi?
Orxan başını tərpətdi:
-Əlbəttə!
-Niyə həmin gün musiqi dərsi bitəndən sonra evinizə tərəf yox, əks istiqamətə getdin?
-Bela müəllimə mənə dedi ki, skripkanın aşıqları boşalıb, təmirə ehtiyacı var. Burdan çıxıb Simuzər küçəsi ev nömrə 56-ya gedərsən. Orda Saşa adlı əla bir skirpka təmirçisi var. Aləti ona verib deyərsən məni Bela xanım göndərib, zəhmət olmasa bu alətə baxın! Yanında pulun varmı? Mən pulum yoxdur dedim. O isə, eybi yoxdur, aləti verərsən ona təmir eləsin, özün isə sonra evinizə gedib atandan on manat alıb gətirib Saşa dayıya verəırsən, o vaxta qədər də Saşa dayı sənin alətini əla təmir eləyər. Amma burdan çıxanda kimsə səni görüb hara getdiyini soruşsa, ora getdiyin barədə kimsəyə bir söz söyləmə, çünki söyləsən, sonra aləti xarab olan Saşa dayıya düzəltdirmək istəyəcək. Saşa dayı hər adamın alətini təmir eləmir, lakin mənə çox böyük hörməti olduğu üçün mən onun yanına adam göndərəndə keçə bilmir. Bax Orxan, get ha,mütləq get Saşa dayının yanına. Qarşıda müsabiqə var, əgər alətin sözünə qulaq asmasa münsiflər çalğını heç bəyənməyəcəklər. Mən də Bela xanım mənimlə dərsini keçib bitirəndən sonra məktəbdən çıxıb Simuzər küçəsinə getdim. Lakin orda Saşa adlı bir adam yaşamırdı. Geri qayıtmaq istəyərkən qəfildən məni tutub furqonlu bir maşının furqonuna mindirdilər və orda qollarımı bağlayıb ağzıma əsgi tıxadılar.
-Çox qorxdunmu?
Orxan bir qədər susub zəif səslə dilləndi:
-Hə! Maşın bir xeyli gedəndən sonra onlar məni düşürdüb zirzəmiyə gətirdib orda qolları bağlı saxladılar.
-Sənə yeyib-içmək verirdilərmi?
-Hə! Mənə bütün günü meyvə şirələri içizdirirdilər.
-Onlardan, niyə məni bura gətirmisiz deyə soruşurduinmu?
Orxan başını buladı:
-Xeyr!
-Niyə?
-Çünki hamısı adamyeyənə oxşayırdı. Onlar mənə Amerikan filmlərindəki ujostları xatırladırdı.
-Bəs Bela xanım zirzəmidə sənin yanına gəldimi?
Orxan yenə başını buladı:
-Xeyr!
Bundan sonra Poladov Orxana daha sual vermədi.
* * *
Orxanı görərkən Bənövşə xanımın sevincindən ürəyi getdi və Poladov ona ürək dərmanı verməli oldu. Hilal isə oğlunu bağrına basıb bir xeyli buraxmadı.
Bir qədər sonra Bənövşə xanım özünə gəlib Orxanı ərinin bağrından alıb öz bağrına basdı və için-için ağlaya-ağlaya üzünü Poladova tutdu:
-Həyatım boyu sizə dua eləyəcəyəm rəis! Balamı mənə qaytarmaqla məni dünyanın ən xoşbəxt adamı elədiz.
Poladov dedi:
-Buna görə ilk növbədə Uca Allaha şükürlər eləyin, sonra yuxunuz vasitəsilə sizə Orxanın yerini bildirən Uca Allaha yenə şükürlər eləyin! Sonra da tək mənə deyil, Orxanı xilas eləməkdən ötrü canını yüz faizli ölüm təhlükəsinə atan, eyni zamanda Orxanı oğurlayanlar tərəfindən möhkəm döyülən Qabil Qüdrətovdan, tanımadığı bir uşağın üstündə biz yetişənə qədər o mundar adamlarla çarpışan adını da bilmədiyim yük maşının sürücüqsündən ötrü dualar edin!
On iki yaşlı Orxanın xilasından sonra Qabil özü istəməsə də Poladov onu xəstəxanaya gətirmişdi. Orada tibb işçiləri onu müayinədən keçirmidilər və məlum olmuşdu ki, iki qabırğası sınıb, dalağı zədələnib və ümumiyyətlə möhkəm döyüldüyünə görə bədəni başdan-başa gömgöydü və buna görə də hökmən xəstəxanada ən azı bir ay yataraq müalicə almalıdır.
Qabil artıq iki həftə idi xəstəxanada müalicə alırdı və bu müddət ərzində Poladov hər gün işdən sonra gəlib onu başa çıxır, gəlini Şəfəqin bişirdiyi nəfis təamlardan gətirirdi.
Bu gün isə istirahət günü olduğu üçün Qabili yoluxmağa Poladov, Nəcməddin, Şəfəq və Zülfüqarla birlikdə gəlmişdi.
Onların əli ləziz yeməklərlə olan zənbillərlə dolu idi və Poladovdan başqa hər üçü Qabili görməyə tələsirmiş kimi palatanın qapısından bir qədər tələsik girdilər.
Qabil öz çarpayısında oturmuşdu və çarpayının ayaq tərəfində oturan nəhəng qamətli Mikayılla söhbət eləyirdi. Onları, o cümlədən Poladovu görən kimi Mikayıl uca qamətinə uymayan bir çevikliklə ayağa qalxdı və Poladov irəli gəlib hələ Qabillə görüşməmişdən əlini onun çiyninə qoydu:
-Otur igid, otur!
Mikayıl başını bulayıb Qabilin çarpayısından aralandı:
-Təşəkkür edirəm rəis. Sizə mane olmayım! Sözün açığı mən Qabilin xəstəxanada olduğunu bu gün onunla telefon əlaqəsi saxlayandan sonra bilmişəm. Ona görə gəldim onu yoxluxmağa. İndi isə icazə versəydiz, mən gedərdim.
O, bunu deyib Qabilə baxdı:
-Yasdığın yüngül olsun qaqaş.
Mikayıl sağ əlini yuxarı qaldırıb palatadan çıxdı. Lakin nədənsə həm Zülfüqar, həm Nəcməddin, həm də Şəfəq heyrətlə onun arxasınca baxdılar.
Poladov isə öz növbəsində onların gözlərindəki bu heyrətin hansı səbəbdən doğduğunu soruşdu:
-Sizə nə olub, niyə adamın arexasınca belə heyrət içində baxdız?
İlk olaraq Şəfəq, Mikayıl artıq ordan xeyli uzaqlaşdığına baxmayaraq dodaqlarını büzüb çiyinlərini qaldırdı:
-Heyrətamizdi, çox heyratamizdi.
Poladovun qaşları çatıldı:
-Nə heyratamizdi?
-Bu qədər də oxşarlıq olar?
Poladovun gözlərində təəcüb ifadəsi bir az da gücləndi:
-Nə oxşarlıq?
Şəfəq yalnız indi Qabilin üzünə təbəssüm edib zənbildəki qabları Qabilin çarpayısındakı dolabçanın üstünə yığmağa başladı:
-Mən bu pəhləvanı Orxanı xilas etməyə gedərkən görmüşdüm, amma onda ona o qədər fikir verməmişdim. Həm də o, onda bir az başqa görkəmdə idi, gözlərində çox güclü qəzəb qığılcımları var idi. Onda lap pələng kimi baxırdı.
Qabil onun sözünə əlavə etdi:
-Düz on bir il bir sinifdə oxumuşuq. O vaxt hamı ona pələng balası deyirdi.
Poladov, Qabillə əl tutdu:
-Yaxşı, qoy olsun pələng balası. Axı burda heyrət ediləcək nə var ki? Bütün cəsarətli adamların baxışları pələng, aslan baxışlarına oxşayır. Bu igid də çox cəsarətli biridir. Biz Pirallahıdakı o masonlara aid villanın qırılıb yerə düşmüş darvazasından içəri girəndə mən hələ maşının içində ikən onun zorba, zorba masonlarla necə mücadilə etdiyini gördüm. Hansına bir yumruq vurudusa, həmin adam yerə aşıb kos kimi fırlanırdı.
Qabil əlavə etdi:
-O olmasaydı yəqin ki, indi mənim məızarımın üstünə gələcəkdiz. Sübhan müəllim, orda son dəfə sizinlə telefon əlaqəsi saxlayan zaman siz hələ körpünü təzə adladığınızı dediz, mən isə onların nəzərini Orxandan yayındaırmaq üçün həmin an savaşa atılmalı idim. Mikayıl isə uzaqda deyildi, villanın həyətindən yüz metr kənarda maşını saxlayıb mənim zəngimi gözləyirdi. Bu zaman mən ona zəng vurdum, sonra isə döyüşə girdim. Əvvəlcə bir neçəsini vurub-yıxdlm, lakin onlar çox idilər, özü də demək olar ki, hamı ağır çəkili idmançılar idi. Nəhayət onlar məni yerbəyerdən yumruqlayıb yerə yıxaraq gücləri çatana qədər təpikləməyə başladılar. Elə bu vaxt Mikayıl gəldi, nə gəldi, yük maşını sürətlə sürüb darvazanı qırdı və maşını saxlayıb düşdü. Qalanını isə özünüz gördüz.
Poladov Qabilin çarpayısının ayaq tərəfində oturdu:
-Yəqin əvvəldən ona özünü təhlükəyə atacağını söyləmişdin, eləmi?!
-Bəli! Daha doğrusu o, onlar üçün yük maşını ilə ərzaq gətirirdi və mən villanın həyətinə girməmişdən onu məsələdən bir balaca agah elədim. O da əvvəlcə mənim villanın həyətinə girməyimə yardımçı oldu, sonra da..
Poladov hələ də heyrət içində olan Zülfüqara, oğluna və gəlininəbaxdı:
-Yaxşı, bunların hamısı əla! Bəs bunların gözləri niyə kəllələrinəçıxıb, onu bilmirəm?
Qabil gülümsədi:
-Mən deyimmi?
Poladov başını ona tərəf döndərdi:
-Desən əla olar!
-Sözün düzü mən də o əvvəl bunu ağlıma gətirməmişdim, lakin indi anladım.
-Nəyi anladın?
-Mikayılın sizə həddindən artıq çox bənzəməyini. Elə bil sizi cavanlaşdırıblar.
Poladov bu sözdən sonra əvvəlcə gülümsədi, lakin birdən ciddi görkəm aldı:
-Mənə həöddindən artıq bənzəməyini?
-Bəli!
-Deməli bunları heyrətləndirən bu imiş?
Bu dəfə Şəfəq dilləndi:
-Hə ata. O igid sizə o qədər bənzəyir ki, Qabil demişkən cavan olmasaydı, onu sizinlə səhv salmaq olardı.
Zülfüqar əlavə etdi:
-Məndə o gün fikir verməmişdim, amma indi.. Sözün açığı hələ indiyə qədər bu qədər oxşarlıq görməmişdim.
İndi Nəcməddin mövzunu qüvvətləndirdi:
-Düzdü ata! Bu lap möcüzədi.
Bu dəfə yenə Şəfəq dilləndsi:
-Bəlkə o sizin qohumunuzdu ata, amma tanımırsız?!
Poladov başını buladı:
-Mən bütün qohumlarımı yaxşı tanıyıram qızım. Bu igidi isə həmin gün ilk dəfə idi görürdüm.
O, bunu deyib Qabilə baxdı:
-Yaxşı. Bu mövzunu burda bitirək! Biz Qabili youxmağa gəlmişik,amma tamamilə başqa bir şeydən danışırıq.
Poladov yenə nəsə demək istəyirdi ki, bu vaxt Orxan və valideynləri Hilalla, Bənövşə palataya daxil oldular. Onların da əlində ərzaq dolu zənbil var idi.
Onlar içəri girəndən sonra ilk olaraq Orxan ordakıların hamısı ilə salamlaşıb Qabilə yaxınlaşaraq onu öpdü. Sonra Bənövşə ilə Hilal sevinc dolu təbəssümlə salamlaşıb Qabilə yaxınlaşaraq onu öpdülər. Bundan sonra Bənövşə xanım zənbilin içindəkiləri onsuz da üstündə boş yer olmayan dolaççanın zorla üstünə yerləşdirməyə başladl:
-Yarpaq dolması, qızardılmış toyuq, albalı kampotu, nar şirəsi, ətti piraşki, potrtoğal şirəsi, balaca bir qabda beçə balı.
Qabil udqundu:
-Siz neynirsiz? Niyə Orxanın atasının bir aylıq maaşını xərcləyib bu qədər şey almısız, bişirmisiz? Mən cılız bir adamam. Bir baxın mənim üçün Sübhan müəllim gili nə qədər yemək-içmək gətirib. Axı mən bu qədər yeməyi tıxışdırsam partlayıb ölərəm. Mən onsuz da az yeyən adamam. Sizdən çox xahiş edirəm, yığın onları zənbilə,çox xahiş edirəm.
Bənövşə xanım onun əlindən tutdu:
-Payı geri qaytarmazlar oğlum!
Hilal müəllim zövcəsinin sözünə qüvvət verdi:
-Bu bizim milli dəyərlərimizə heç uyğun gəlməz.
Qabil köksünü ötürdü:
-Onda sizdən çox xahiş edirəm, mən sizə Orxanın xilası zamanı özünü ən azı mənim qədər təhlükəyə atan Mikayılın telefon nömrəsini verim, onunla əlqəsaxlayın və bu ləziz təamları, şirələri ona verin! O, maşallah pəhləvandı. Ona görə də bunların hamısını həzmi-rabedən elə keçirər ki, mədəsinə qətiyyən ağırlı gəlməz.
Bənövşə ilə Hilal bir qədər pərt halda bir-birinə baxdılar. Poladov onların vəziyyətini hiss eləyib dilləndi:
-Yaxşı Qabil, bilirəm sən bunları bu insanların bir də sənin üçün ərzaq gətirməmələri üçün deyirsən, amma görürsən, onların ürəyi sınır. Gəli qırmayaq onların qəlbini! Biz burdan çıxanda bu ərzaqları götürüb tanıdığımız yoxsul bir ailəyə verərik. Bu zaman savabı sənə yazılacaq və Uca Allah yanında üzün bir az da ağ olacaq.
***
Bu gün iş günü olmadığı və öz şəxsi maşını olmadığı üçün Mikayıl uşaqlıq dostu Qabili xəstəxanaya yoluxmağa payi-piyada gəlmişdi, odur ki, ordan çıxandan sonra da payi-piyada doğma Bakının adamla qaynayan küçələri ilə evə gedirdi. Düşüncələrə dalmışdı bu hələuşaq vaxtından tay-tuşlarından boy-buxununa görə xeyli seçilən, pəhləvan cüssəli, uca boylu, kürəyi qapı kimi enli iri bir yük maşınının sürücüsü Mikayıl. Nə idi onu Avropanın bütün şəhərlərini öz gözəlliyi ilə kölgədə qoyan Bakının nəhəg prospektləri, uzun küçələri, geniş meydanları ilə payi-piyada evlərinə yol alan Mikayılı düşüncələrə daldıran?! Söz yox ki, onu bu qədər dərin fikirlərə qərq edən Cinayət Axtarışları Şöbəsinin rəisi polkovnik Sübhan Poladova bu qədər oxşarlığı onu fikirlər aləminə səyahət eləməyə məcbur eləmişdi. Mikayıl bu yaşı altmışı keçmiş, saçları qar kimi ağarmış, geniş alınlı, baxışları heyrətamiz dərəcədə cəsarət, mərdlik, vətənpərvərlik ifadə eləyən, bir qədər iri sifətli, təndürüst qamətli insana nəyə görə bu qədər bənzəyirdi?
Villanın həyətində Mikayıl fırtınalı bir çarpışmadan çıxdığına görə, şlyapalı mason tapançanın lüləsini ona tərəf tuşlayıb atəş etmək istərkən sərrast güllə ilə şlyapalını cəhənnəmə vasil eləyib onu ölümdən qurtaran bu artıq qırx ildən artıqdır canından çox sevdiyi vətəndə yaşayan əhalinin rahatlığını qorumaqdan ötrü daim özünü təhlükəyə atan bu vətən fədaisinin üzünə əməlli-başlı baxmamışdı. Lakin onlar Qabilin yatdığı palataya girəndə artıq ruhunun sakit bir mövqeydə olduğu üçün ani olsa da nəzər salmışdı bu ixtiyarlıq dövranına qədəm qoyan polis cəngavərinə.
Sanki qocaldmışdılar Mikayılı, daha doğrusu ən azı iyirmi beş yaş böyük görünməkdən ötrü qrim eləmişdilər. Saçlarını ağartmış, alnının qırışlarını çoxaltmış, üzünün dərisi yaşlı adamın dərisinə oxşasın deyə xətlər qoymuşdular.
Xəstəxanadan evlərinə payi-piyada çatana qədər təxminən yarım saat ərzində elə hey bu barədə düşündü Mikayıl və evə girərkən anası Məryəmi mətbəxdə yemək bişirdiyini gördü. Məryəm onun qapını açıb içəri girdiyini eşidib dilləndi:
-Necədi Qabil?
Mikayıl pencəyini soyunub masa ətrafında əyləşdi:
-Yaxşıdı şükür Allaha!
-Apardıqlarını verdinmi ona?
-Hə ana, nə qoymuşdun hamısını düzdüm dolambaçın üstünə.
-Yanında adam var idi?
-Mən girəndə kimsə yox idi, lakin sonra polkovnik Poladov yanında bir neçə nəfər Qabili yoluxmağa gəldilər. Mən də yer darısqal olduğu üçün sağollaşıb çıxdım. Nə bişirirsən ana?
-Kartof qızardıram oğlum. Üstünə də yumurta vuraram yeyərsən. Deyəsən bərk acımısan, hə?!
-Yox-yox.. Hələ acımamışam.
-Onda hələlik televizora bax, bir azdan yemək hazır olar. Çay istəyirsən gətirim?!
-Yox ana, istəmirəm. Bilirsən ki, mən acqarnına çay içmirəm. Yemək bişər yeyərəm inşallah, sonra üstündən çay içərəm. Televizora baxmağa isə heç həvəsim yoxdu.
Mikayıl sözünü bitirməmiş Məryəm mətbəxdən çıxıb ona tərəf gəldi:
-Səsin birtəhər gəir, niyə bu qədər fikirlisən oğlum? Olmaya yenə o namərd qızı namərd yadına düşüb?
Mikayıl başını buladı:
-Yox ana, mən uzun müddətdir onu tamamilə yadıma salmıram. Daha doğrusu onu həyat kitabımdan tamamilə silmişəm.
Məryəm onun lap yaxınlığındakı kətildə oturdu:
-Bəs niyə bu qədər tutqun görünürsən?
Mikayıl əllərini yana açdı:
-Bunu hardan çıxartdın ana? Mən həmişəki kimiyəm də..
Məryəm başını buladı:
-Yox oğlum. Mən səni yaxşı tanıyıram. Sənin nəsə bir dərdin var.
-Bu sənə belə gəlir ana. Mənim heç bir dərdim-zadım yoxdu.
Məryəm əlini onun əlinin üstünə qoydu:
-Gəl sən məndən gizlətmə. Ana qəlbi həssas olur oğlum. Bunu da başa düş ki, övladın dərdi, həm də ananın dərdidi.
Mikayıl gülümsədi:
-Ay ana, ay ana.. Mənim sənin kimi anam var. Belə olan halda mənim nə dərdim ola bilər axı?!
-Yox-yox.. Məni aldada bilməzsən. Səndən əl çəkən deyiləm. Sən qəlbində nəsə bir sirr giləyirsən. Aç mənə sirrini oğlum, qəlbin də rahatlansın.
Mikayıl köksünü ötürdü:
-Yaxşı ana. Açıram bu sirri sənə. Amma qəlbim onsuz da rahatlanmaycaq.
Mikayıl bunu deyəndə Məryəmin üzünə kədər çökdü və özündən asılı olmayaraq qaşları çatıldı:
-Yəni dərdin bu qədər ağırdı oğlum?
Mikayıl başını buladı:
-Bu dərd deyil ana. Sadəcə olaraq ruhumda nəhəng bir sual peyda olub? Ba bu suala heç cürə cavab tapa bilmirəm. Cinayət Axtarışları Şöbəsinin rəisi Sübhan Poladov... Mən ona çox bənzəyirəm ana.Bir fərqimiz var ki, o məndən ən azı iyirmi beş yaş böyükdü. Axı bu qədər bənzəyiş hardan peyda ola bilər? Bu məni çox təəcübləndirir. Kaş bu suala cavab tapa biləydim.
Məryəmin bədənində qanı donmuşdu. Onun əli-ayağı buzlamışdı. Axı o zamandan düz otuz yeddi il keçmişdi. Hər şey unudulub keçmişdə qalmışdı.
Məryəmin başı gicəlləndi, gözləri qaraldı və qəfildən kətil qarışıq yerə aşarkən Mikayıl onu tutdu:
-Sənə nə oldu ana? Aman Allahım, özün kömək ol!
Mikayıl sarsıntı içində huşunu itirmiş anasını qolları üstünə alıb çarpayıda uzandırdı və təcili yardıma zəng vurmaq üçün telefon aparatının dəstəyini götürdü. Bu vaxt Məryəmin olduqca zəif səsi eşidildi:
-Lazım deyil oğlum, lazım deyil. Onları narahat eləmə. Bəlkə təcili yardıma məndən qat-qat çox ehticaı olan xəstələr var. Sən mənə bir stəkan soyuq su ver oğlum.
Mikayıl dəstəyi yerinə qoyub boşbir skəkan götürüb su kranını açaraq su ilə doldurub çarpayıya yaxınlaşıb anasına içizdirdi. Məryəm sudan iki qurtum içib dilləndi:
-Su qədər ömrün olsun oğlum. Otur, otur mənim yanımda.
Mikayıl çarpayının ayaq tərəfində oturdu. Məryəmin yenə zəiz səsi eşidildi:
-Sözün açığı mən bu sirri özümlə məzara aparmaq fikrindəidim. Amma indi başqa düşürəım ki,əgər bu sirri özümlə məzara aparsam, deməli həm də özümlə obiri dünyaya böyük bir günah da aparcağam. Məsələ burasındadır ki, sən mənim doğma övladım deyilsən Mikayıl.
Mikayılın gözləri xeyli böyüdü:
-Sən nə danışırsan ana? Xahiş edirəm yataqda uzananda da zarafat eləmə. Mən sənin qolların üstündə böyümüşəm. Hətta sənin məni əmizdirməyin belə yuxu kimi yadıma gəlir. Əgər mən sənin doğma övladın olmasaydım, sənin döşünə süd hardan gələrdi?
-Sən düz deyirsən oğlum, mən səni əmizdirmişəm, özü də düz iki il. Lakin..
Məryəm bir qədər susub dilləndi:
-Lakin məsələ burasındadır ki, mənim doğduğum uşaq bir həftədən sonra öldü. Az qala havalanmışdım. Bu ərəfədə, yəni mənim doğma övladım öləndən bir həftə sonra sən doğulmuşdun. Anan səni doğarkən ölmüşdü və səni doğum evində işləyən Afilə adlı bir tibb bacısı mənim qohumum Seyfəddinə baha qiymətə satmışdı. Sənin yerinə isə bic doğulub ölmüş çağanı qoymuşdu ki, atana həmin ölmüş uşağı göstərsin. Mən sənin atanı tanımıram və onun kim olduğunu da bilmirəm. Lakin eşitmişdim ki, o milisdə çalışırmış və işlədiyi i0darənin böyüyü tərəfindən ezamiyyətə göndərildiyi üçün sən doğulan gün Bakıda yox imiş, sən doğulandan bir gün sonra Bakıya qayıdıb və Afilə onu aldadaraq sənin əvəzinə ölmüş uşağı göstərib. O da bundan çox əsəbləşib və Afiləni də, orda işləyən başqa tibb işçilərini də məhkəməyə verib. Sonralar eşitdim ki, həmin Afilə məhz sənin doğma anana səni doğduğu zaman məsuliyyətsiz yanaşdığına görə işdən kənarlaşdırılıb və ona iki il icbari iş kəsiib. Lakin o sənə, səkkiz kiloqram doğulan salam oğlan uşağına görə Seyfəddindən o qədər pul almışdı ki, yəqin ki, iki il yox, on ildə işləməsəydi, dolanacağıana bəs edərdi.
Seyfəddin mənim doğma əmim oğlu idi, məhşur memar idi. Verdiyi memarlıq layihələrinə görə ən azı on min mükafat alırdı. Yəni o zamanlar sovet dönəmində bu qədər pulu kimsə qazana bilmirdi. Lakin artıq on beş il idi evlənsə də övladı olmamışdı. Buna görədə hardansa vasitəçi tapıb Afilə ilə gizli danışıqlar aparıb səni baha qiymətə almışdı.
Mən isə bayaq deyidim kimi övladım doğularkən öldüyündən havalı kimi idim. Döşlərimdən isə süd daşıb gedirdi. Seyfəddin arvadı Vəcihə ilə birlikdə yanıma gəlib səni mənim qucağıma qoydular. Bu elə bir vaxt idi ki, mən həyatdan küsmüşdüm. Ona görə əvvəlcə üzünə belə baxmadım. Sən isə möhkəm ac oldğun üçün elə hey ağlayırdım. Sonra birdən üzünə baxdım və ruhum dəyişdi. Dərhal elə sevdim səni ki.. O qədər şirin, yaraşıqlı göründün mənə ki. Bağrıma basıb o ki, var əmizdirdim. Seyfəddinlə Vəcihə isə mənə təklif elədilər ki, səni həm əmizdirim və dayəlik eləyim. Mən dərhal razılaşdım, çünki bu Uca Allah tərindən mənə verilən bir mükafat idi. Onlar mənim razılığımı alan kimi məni maşına mindirib evlərinə gətirdilər. Sarayda yaşayırdılar. O qədər varlı idilər ki, hətta o zaman, yəni sovetlər dönəmində qulluqçuları belə var idi.. Hə, onu da deyim ki, mən hələ doğmamışdan iki ay qabaq ərimdən ayrılmışdım. Ona görə də tək yaşayırdım. Bu minvalla iki il keçdi. İki ildən sonra bir axşam Seyfəddinlə Vəcihə Dövlət Filarmoniyasında konsertə baxmağa getdilər və geri dönərkən avtomobil qəzasına uğrayıb hər ikisi həlak oldu. Onlar öləndən sonra qardaşları, bacıları hələ qırxları çıxmamışdan onların malının-mülkünün üstündə bir-birini didməyə başladı. Mənim isə heç bir şeydə gözüm olmadığm üçün səni götürüb ata evimə gəldim. Artıq süddən kəsilmişdin. Ona görə də səni anamın yanında qoyub hər gün işə gedirdim. Karamel fabrikində işə girmişdi. Babat maaş alırdım, lakin bu üçümüzə bəs edirdi. Anam da pensiya alırdı axı. Çox zəhmətlə böyütdük səni Mikayıl, çox.. Bax belə.. Nəhayət ki, açdım sənə mənim də uzun illərdir qəlbimi dağıdan sirri. Üstümdən elə bir ağır bir yük götürüldü. İndi daha rahat ölə bilərəm.
Mikayıl ağlayırdı, cəngavər xasiyyətinə, qəvi cüssəsinə uymayan bir tərzdə xısın-xısın ağlayırdı. O, ağlaya-ağlaya iri başını Məryəmin qolunun üstünə qoydu:
-Yox-yox, ölmə ana, yalvarıram ölmə! Sən ölsən mən də ölərəm çünki. Sən mənim anamsan ana. Mənim başqa heç bir anam yoxdu. Mənim otuz yeddi yaşım var. Amma indi də sənə ehtiyacım var ana. Bu dünyada səndən başqa heç kimim yoxdu ana. Sən də ölsən mən tamamilə tək qalaram. Bu yaşında yetim qalaram ana. Ona görə də yalvarıram, bir də ölüm sözünü dilinə gətirmə ana, yalvarıram.
Məryəm o biri əlilə onun başçını sığalladı:
-Mən səni qollarımın üstünə alıb ilk dəfə yedizdirəndən etibarən ancaq sənin xoşbxtliyin üçün yaşamışam Mikayıl. Bundan sonra da əgər Uca Allah mənə ömür qismət eləsə sənin səadətin üçün ömür sürəcəyəm. Amma səndən bir söz soruşum oğlum, əlbəttə mən sənin həmin polis rəisinin oğlu olub-olmadığına yüz faiz əmin deyiləm, ancaq sən mənim indi danışdıqlarımı ona deyəcəksənmi?
Mikayıl başını buladı:
-Xeyr ana! BU yaşımda daha mənə ata lazım deyil. Sənin kimi anam var, mənə bəsdi.
-Amma o polis rəisidi oğlum.
-Nə olar, qoy lap daxili işlər naziri olsun. Mənim ona ehtiyacım yoxdu.
-Yox oğlum, sən məni başa düşmədin oğlum. Mən demək istəyirəm ki, polislər qanun keşikçiləridi, onları aldatmaq olmaz. Ona görə də o bu oxşarıq məsələsi ilə maraqlansa, sən ona həqiqəti söyləməlisən.
Mikayıl anasının damarları çıxmış, arıq əlini sığalladı:
-Ana, o zamandan düz otuz yeddi il keçib. Sübhan Poladov da polis rəisidi. Nə olsun ki, biz bir-birimizə çox bənzəyirik. Əgər o bu oxşarlığın səbəbi ilə maraqlansa və mən də ona sənin nəql elədiyin əhvalatı danışsam, elə düşünə bilər ki, biz bunu özümüzdən uydurmuşuq ki, mən bu yaşımda Azərbaycanın çox məhşur bir polis rəisinin oğluna çevrilim.
Məryəm Mikayılın köməyilə dirsəklənib oturdu:
-Amma indi tibbi aləmdə də çox inkişaf gedib. DNT testi deyilən bir şey var. Onun vasitəsilə övladın kiməsməxsus olduğu çox asanlıqla müəyyənləşir. O rəis, yəqin ki, çox ağıllı, tədbirli adamdı və uydurmaya da inanmaz. Əgər sən ona bu oxşarlığın səbəbini anlatsan, o dərhal bunu elətirəcək. Sənin yad əllərə düşməyində onun, əlbəttə mən yenə sənin atanın məhz o olduğuna əmin deyiləm,lakin kim olursa-olsun, sənin doğma atanın heç bir günahı yoxdur. O, sənin ananı atıb getməyib, bayaq da dedim, onu həmin ərəfədə ezamiyyətə göndəriblərmiş.
Mikayıl susub dinmədi və bununla da onların söhbəti bitdi.
* * *
Toylar toyu olan, daha doğrusu evlənən şəxslərə ailə qurma vəsiqəsi, nəsil artırma sənədi verməklə yanaşı xalqın milli-mənəvi dəyərlərini əks etdirən, mədəniyyətinin zənginliyini, tarixinin, adət-ənənələrinin qədimliyini nümayiş etdirən ən gözəl vasitədir. Toylar bizə yeddi arxa dönənimizdən miras olaraq qalmışdır və biz toylar vasitəsilə həyatımızdakı üzüntülərdən, sıxıntılardan, çətinliklərdən qurtularaq işıqlı bir həyata qədəm qoyuruq. Toylar bizi gələcəyə, yaşamağa, firavanlığa səsləyir. Toylar ümiddir, gələcəyə xoş bir cığır açan həyatımızda ən əlamətdar hadisələrin bünövrəsi, özülüdür. Lakin bəzən şeytanruhlu, xəbis, mundar insanlar toyları yasa çevirir və gələcəyə inşa ediləcək körpünü bəd xislətilə vurub dağıdaraq, toya sevinc, nəşə içiində gəlmiş insanları pərişandan da pərişan edir.
Nilufər restoranında bu axşam yenə bir çox axşamlarda olduğu kimi vur-çatlasın var idi. Qonaqlar restoranda bişirilən dəvəquşu kababı, qırqovul basdırması, kəklik qovurması, quzu bozartması yeyib, cürbəcür meyvə şirələri, mineral sular içərək dəstə-dəstə rəqsə girir, tər dabanların süzülənə qədər ortadan çıxmır, hey nəşələnir, eyni zamanda tez-tez bəylə-gəlini rəqsə dəvət edərək ortaya alıb türk ahəngində yallı gedirdilər. Orta yaşlı müğənni isə məclisi qızışdırmaqdan ötrü gah “segah”, gah “şur”, gah “bayatı-şiraz”, gah “çahargah”, gah “mahur”, gah “şüştər” məqamları üstündə Azərbaycanın klassik bəstəkarlarının mahnılarını, eyni zamanda xalq mahnılarını bir-birinə bənd edib popurilər oxuyur, son illər ərzində möcüzəli çalğısı ilə tək Azərbaycana deyil, Dağıstana, Orta Asiyaya, Rusiyaya, Ukraniyaya, Moldovaya səs salmış Vahid adlı klarnet çalan yanındakıların müşayətilə ecazkar şəkildə oyun havaları ifa edir, bəzən arada sakitlik yarananda bir masabəyi kimi artrıq qırx ildən çoxdur tanınan Əliağa müəllim mikrafonu götürüb məzəli əhvalatlar danışır, eyni zamanda növcavanlara qonaqların adından xoş bir gələcək arzulayırdı.
Bir sözlə axşam saat on bir tamama, yəni işıqlar söndürülüb şamlar yandıralaraq süfrələrə vağzalı sədası altında Azərbaycanın milli mətbəxinin şah yeməyi olan plov gələnə qədər toya gələn qonaqların hamısının üzündə xoş təbəssüm, sevinc ifadəsi var idi. Lakin işıqlar sönüb, şamlar yandırılıb, vağzalı sədası altında süfrələrə plov gətirilərkən, sanki dil açıb Azərbaycanın keçməkeşli tarixini, üzüntülərini, kədərlərini, eyni zamanda Azərbaycan xalqının zəngin mədəniyyətini, tolirantlığını, gözəl təbiətini əks etdirən vağzalı havasını müəzzəm notlarla ifa eləyən klarnet çalan Vahid, işıqlar yandırılan kimi masabəyi Əliağanın mikrafonu əlinə götürüb yenə gurultulu sözlər demək istərkən, qəfildən yerə yıxılaraq çapalayıb bir anın içində gözlərini ədəbi olaraq yumana qədər.
Almaniyada istehsal olunmuş qara rəngli klarnet Vahidin əlindən düşərkən sanki vağzalı havasının birdən başını kəsdilər və cəmisi iyirmi beş yaşı olan gənc Vahid oturduğu stuldan yerə aşdı.
Qadınlar qışqırışdılar. Vahidin yanında oturmuş musiqiçilər, nağara çalan Şamil, qarmon çalan Əvəz, sintezator çalan Malik, skripka çalan Ədalət, eyni zamanda masabəyi Əliağa müəllimVahidin başının üstünü aldılar.
Əliağa müəllim Vahidin göm-göy göyərdiyini görüb çığırdı:
-Tez olun, həkim çağırın, tez olun!
Qarmon çalan Əvəz əlləri titrəyə-titrəyə Vahidin nəbzini tutdu və bir qədər sonra iniltili sələ dilıəndi:
-Gecdi, gecdi Əliağa müəllim, Vahid ölüb.
Bundan sonra aləm bir-birinə qatışdı və sevinclər kədərə, nəşələr məyusluğa, toy isə yasa çevrildi.
Bir qədər sonra bura restoranın lap yaxınlığında yerləşən polis məntəqəsindən polislər, bundan bir az sonra isə təcili yardım işçiləri gəldi. Təcili yardım həkimi gömgöy göyərmiş Vahidin cəsədinə baxıb üzünü polis kapitanına tutdu:
-Onu zəhərləyiblər. Mən buna əminəm. Zəhər çox güclü bir zəhər olduğu üçün dərhal öz təsirini göstərib. Mən otuz ildən çoxdu həkim işləyirəm. Çox zəhərlənənlər görmüşəm. Ağır zəhərlənənlərin bədəni, eyni zamanda sifəti bu halda olur.
Polis kapitanı həkimi dinləyən kimi çığırdı:
-Kimsə salondan çıxmasın! Hamının üstü axtarılacaq! Bu bədbəxti zəhərləyiblər.
Bu vaxt bayaqdan öz kabinetində məşuqəsi ilə şirin-şirin söhbət elədiyi üçün heç bir şeydən xəbəri olmayan və yalnız bu faciə barədə indi xəbər tutan, Nilufər restoranının müdiri Təhmiraz qaça-qaça salona girib Vahidə tərəf yüyürdü və cəsədin yanında dayananların üzündən Vahidin artıq öldüyünü duyub iki əlli öz başına qapaz saldı:
-Mən nə bədbəxtəm, mən nə bədbəxtəm. Axı nəyə görə faciələr həmişə mənim restoranımda baş verir. Aman Allah, axı neyçün, neyçün, hə? Mənim nə günahım var axı?
O, bunu deyib polis kapitanına yaxınlaşıb hər iki əlini ona uzatdı:
-Qandallayın məni, yalvarıram sizə, bezdim daha, bezdim! Bir tikə çörək pulu qazanmaq istəyirik, irinə-çirkə çevrilib burnumuzdan gəlir. Yox, mən daha yaşaya bilmirəm. Bacarmıram. Tutun aparın məni! Basın dama! Ya da elə burda güllələyin ki, canım bu iyrənc dünyadan qurtarsın. Tutun, tutun!
Polis kapitanı onun ata-anasını itirmiş kiçik yaşlı yetim uşağa bənzəyən sifətinə baxıb aşağı səslə dilləndi:
-Çəkilin bir kənarda dayanın, özünüzü südəmər uşaq kimi aparmayın! Yekə kişisiz, ayıbdır! Camaat sizə baxır. Çəkilin kənara, tez olun! Gedin bir tərəfdə əyləşin!
Bundan sonra polis kapitanı üzünü həkimə tutdu:
-Deməli zəhərlənib. Amma onun nədən zəhərləndiyini dəqiqləşdirmək lazımdı.
O, sözünü bitirib kəmərindən rassiya aparatını çıxarıb ağzına tərəf tutdu:
-Kapitan Əmirzadə. Xahiş edirəm Nilufər restoranına ekspert göndərin!
Burda bir nəfəri zəhərləyiblər. Onun nədən zəhərləndiyini müəyyənləşdirmək lazımdır.
Polis kapitanı sözünü qurtarıb rassiya aparatını kəmərinə keçirtdi və gözlərini restoranın bütün toy salonu boyunca dolandırdı:
-İndi bura ekspertlər gələcək və bu bədbəxtin nədən zəhərləndiyini biləcəyik. Ondan sonra onun kim tərəfindən zəhərləndiyi dərhal məlum olacaq.
Toy əhli bütünlüklə təlaş içində idi, musiqiçilər ağlaşırdılar. Lakin bəylə-gəlinin üzlərində elə bir kədər ifadəsi var idi ki, sanki onların gələcək xoşbəxtlikləri də əllərindən alınmışdı. Belə ki, onlar hər ikisi başlarını aşağı salıb nə biribirin, nə də kimsənin, hətta valideynlərinin belə üzünə baxmadan sanki Vahidin ölümündə günahkar kimi baxışlarından sonsuz bir peşmançılıq nümayiş etdirirdilər.
Bu da təsadüfü deyildi, çünki hər ikisi toylarında öz çalğısı ilə ruhları oxşayan Vahidin çalmağını istəmişdilər və valideynləri də onların arzusunu yerinə yetirərək toyu aparmaq üçün məhz Vahidlə danışmışdılar.
Ekspert gəldi və ilk öncə Vahidin cəsədinə baxaraq təcili yardım həkiminin onun haqqında qoyduğu diaqnozu təsdiqlədi. Sonra isə süfrəyə nəzər saldı və ilk olaraq onun nəzərini Vahidin oturduğu stulun qarşısındakı armudu stəkan cəlb elədi. Stəkanda yarıya qədər içilmiş çay var idi. Ekspert kiçik aparat çıxarıb stəkanın içinə uzatdı və dərhal uca səslə dedi:
-Çaya, çaya zəhər qatıblar.
Bu vaxt restoran müdiri Təhmiraz titrəyə-titrəyə dilləndi:
-Biz burda qonaqlara çay vermirik. Mənim bu çaydan xəbərim yoxdu.
O, yenə nəsə demək istəyirdi ki, masabəyi Əliağa müəllim onun sözünü ağzında qoydu:
-Çayı ona mən vermişəm.
Bütün baxışlar Əliağa müəllimə tərəf tuşlandı. Əliağa müəllim qarşısındakı çay termusunu göstərdi:
-Məndə şəkər xəstəliyi var, ona görə də daim toya gələndə özümləçay götürürəm, çünki bilirəm ki, restoranlarda çay vermirlər. Vahidin də klarnet ifa elədiyi zaman soyuq bir şey içmədiyini yaxşı bilirdim. Çünki bu çox ziyandır. Artıq neçənci dəfədir bir yerdə toya düşürük və hər dəfə mən onu çaya qonaq eləyirəm. Amma mən çaya zəhər qatmamışam. Termusda hələ xeyli çay qalıb.
O, bunu deyib temusun qapağını açdı:
-Buyurub yoxlaya bilərsiz.
Ekspert polis kapitanına, polis kapitanı da ona baxdı və ekspert yaxınlaşıb əlindəki aparatla termusun içindəki çayı yoxladı:
-Bu çaya isə heç nə qatılmayıb.
Polis kapitanı soruşdu:
-Bəs armudu stəkan?
Əliağa müəllim dilləndi:
-Onu da mən vermişəm, daha doğrusu armudu stəkana çay süzüb ona ötürmüşəm.
Polis kapitanı ona yaxınlaşdı:
-Mərhum sizin ona verdiyiniz çaydan zəhərlənib, ona görə də sizi polis məntəqəsinə aparmağa məcburuq.
Əliağa müəllim çiyinlərini qaldırdı:
-Axı mənim günahım yoxdu. Bir Allah şahiddir ki, mən çaya zəhər qatmamışam. Axı mən bu gənc insanı, eyni zamanda səsi-sorağı uzaqlardan gələn gözəl sənətkarı neyçün zəhərləməli idim?!
Polis kapitanı əllərini yana açdı:
-Bütün dəlillər sizin əleyhinizədi. Ona görə də sizi aparmağa məcburuq.
O, bunu deyib yanındakı polis çavuşuna Əliağa müəllimi göstərdi. Polis çavuşu Əliağa müəllimə yaxınlaşdı. Əliağa müəllim sonsuz bir təlaş içində onun qabağına düşdü və gedə-gedə bu sözləri dedi:
-Əgər bu dünyada haqq və ədalət varsa, mənim günahsızolduğumç yaxın zamanda subuta yetiriləcək.
Sonra o dönüb Təhmiraza baxdı:
-Bu da sizin adı dillərdə gəzən restoranınız. Elə bil lənətləyiblər sizin bu gözəllər-gözəli restoranınızı. Yaxşı olardı birdəfəlik bu ayağı sürüşkən restoranınızı boşayaydız.
Elə bu vaxt toya qonaq gələnlərdən Səyavuş və həyat yoldaşı Nərminə polis kapitanına tərəf qaçdılar. İlk olaraq Səyavuş olduqca həyəcanlı səslə dilləndi:
-Uşağımız, uşağımız itib kapitan! Bayaqdan axtardağımız yer qalmayıb. Yoxu, heç yerdə yoxdu. Bu restoranda hər dəlmə-deşiyi axtardıq.
Uşağın anası Nərminə elə bir sarsıntı içində idi ki, dili söz tutmurdu. Polis kapitanı ani olaraq Nərminəyə nəzər yetirib üzünü Səyavuşa tutdu:
-Oğlandı, qız?
Səyavuş olduqca hüzünlü bir görkəm almışdı, səsi isə zorla çıxırdı:
-Oğlandı, səkkiz yaşı var. Adı Teymurdu. Kapitan, yalvarıram tapın bzim uşağımızı. Mən biznemenəm. Sizi dünya malından qəni eləyərəm.
Gecə saat bir idi. Yatmamışdan qabaq dərin fikirlərə qərq olan Mikayıl təzəcə dərin yuxuya getmişdi ki, qapının zəngi çalındı. Məryəm ana da dərin yuxuda idi, odur ki, zəngin səsini duymurdu. Bir qədər keçdi və zəng bir də çalındı. Mikayıl gərnəşə-gərnəşə ayağa qalxdı:
-Lənət şeytana! Görəsən bu vaxtı kimdi belə?
O, qapıya gəib açdı və qapıda dayanan iki polis nəfərini görüncə heyrətləndi. Polis leytnantı ciddi səslə soruşdu:
-12-12 nömrəli yük maşını sizindimi?
Mikayıl başını tərpətdi:
-Bəli!
-Bizimlə getməlisiz!
-Niyə?
-Çünki bir az bundan əvvəl minik maşınını vurmususz, daha doğrusu qəza törətmisiz və minik maşının sürücüsü ölüb.
Mikayıl gülümsündü:
-Siz nə danışırsız, nə qəza, nə minik maşını, nəı sürücü. Mən səkkiz tamamda maşınımı gətirib küçə qapısının yaxınlığında saxlamışam və heç yana getməmişəm. Maşınım da ordadı.
Polis leytnantı başını buladı:
-Siz maşınla qəza törətmisiz və maşınınızı iki tin burdan aralıda saxlayıb evə gəlmisiz.
Mikayılın qaşları çatıldı:
-İki tin aralı?
-Bəli!
-Siz nə danışırsız?!
-Maşınızın buferi zədələnib və qabaq şüşəsi qırılıb.
Bu vaxt artıq yuxudan durub onlara yaxınlaşan Məryəm ananın səsi eşidildi:
-Oğlum, mənim oğlum axşamdan bəri evdədi və evdən bayıra çıxmayıb, axı o necə qəza törədə bilər?
Polis leytnantı dodağını büzdü:
Bilimirəm bibi?! Sözün düzü mən də heç nə anlamıram. Lakin qəza sizin oğlunuzun maşını ilətörənib və minik maşınındakı adam elə yerindəcə ölüb. Bizi də bura ona görə göndəriblər.
Məryəm ana gözlərini yumdu:
-Aman Allah!
Polis kapitanı sözünə davam elədi:
-Ona görə də oğlunuzu aparmalıyıq.
Məryəm ana yaxınlaşıb Mikayılın əlindən tutdu:
-Get oğlum! Allah başımızın üstündədi. Tez bir zamanda günahsız olduğun aydınlaşar. Əgər tezliklə səni buraxmasalar, polis rəisinin yanına gedəcəyəm.
Mikayılı apardılar və Məryəm ana onun arxasınca çıxıb bu min əziyyətə böyüdüb boya-başa çatdırmış övladının polis maşınına minməyini gözlərilə gördü.
Ağladı Məryəm ana, çox ağladı. İlk növbədə ona görə ki, Mikayıl heç bir qəza törətməmişdi. İkincisi isə ona görə ki, o artıq otuz yeddi il idi mehrini, saçınıp süpürgəö, qollarını odlu kösöv eləyib, kiptiyilə od götürüb böyütdüyü igidə salmışdı və onun Mikayıldan başqa kimsəsi yox idi.
* * *
Mikayıl polis məntəqəsinə aparılandan sonra düz üç gün gözlədi Məryəm ana və Mikayılın qayıtmadığını görüb Cinayət Axtarışları Şöbəsinə gəldi.
Poladovun istər toyda baş verən hadisədən, istərsə də gecə saat birdə yük maşınının minik maşınını vurmasında, eyni zamanda minik maşınının sürücüsünün yerindəcə ölməsindən xəbəri var idi. Lakin bu istintaq işlərini başqa polis şöbəsinin işçiləri apardığına görə Poladov bu işdə kənar mövqe tutmuşdu və özünün başçılıq etdiyi şöbənin işləri ilə məşğul olurdu.
İş saatı təzə başlamışdı ə Zülfüqar adəti üzrə səhər səkkizin yarısında Poladovu, Nəcməddini və Şəfəqi maşına mindirib şöbəyə gətirmişdi.
Poladov kabinetinə girən kimi həmişəki kimi ilk növbədə pəncərəni açdı ki, otağın havası dəyişsin. Sonra isə oturub bəzi sənədlərə baxmağa başladı. Bir qədər sonra polis çavuşu ehtiyatla içəri girib polis salamı verdi:
-Yaşlı bir qadın sizi görmək istəyir cənab polkovnik!
Poladov ona tərəf baxmadan dilləndi:
-Gəlsin!
Çavuş çıxdı, bir neçə saniyədən sonra Məryəm ana kabinetə girdi, Poladov başını qaldırıb ona baxdı və bu anda Məryəm ananın ru8hu bir anlıq təlatümə gəldi;-“Aman ya Rəbbim, Mikayıl bu adama nə qədər bənzəyir. Yox, bu onun atasıdır, başqa cür ola bilməz.”
Poladov ona heyrətlə baxan Məryəm anaya oturmaq üçün yer göstərdi:
-Buyurun xanım, əyləşin!
Məryəm ana ruhu bir anlıq donmuş halda əyləşdi. Poladov maraq etdi:
-Kimdənsə şikayətiniz var?! Bəlkə kimsə sizi incidir? Heç çəkinməyin, söyləyin!
Məryəm ana başını buladı:
-Bəli, şikayətim var rəis!
-Kimdən?
-Polis işçilərindən.
Poladov gözlərini qıydı:
-Səbəbi nədir?
-Səbəbi odur ki, üç gün bundan qabaq oğlumu heç bir səbəb olmadan polis məntəqəsinə aparıblar. Bu üç gün içində iki dəfə ora getmişəm, amma məni oğlumun yanına buraxmayıblar.
-Onu nəyə görə tutublar?
-Guya özünün maşını ilə gecə saat birdə bir dənə maşını vurub, maşının içindəki adam da ölüb. Amma rəis oğlum həmin axşam mənim yanımda olub, heç çölə çıxmayıb.
-Əminsizmi?
-Əlbəttə!
-Siz ha tərəfdə yaşayırsız?
-Qanlıgöl tərəfdə. Mənim oğlum yük maşını sürür. Pedoqoji universitetin hərbi fakültəsini qurtarmışdı, ona görə də hərbi xidmətə zabit kimi getmişdi. Cəbhədən qayıdandan sonra orta məktəbdə hərbi fənnən dərs deyirdi, sonra müdir ondan şagirdlərdən pul yığmağı tələb elədi, o da razılaşmadı. Buna görə işdən çıxdı və neçə il inşaatlarda malakeşlik elədi. İndi də neçə ildi bu yük maşını nisyə götürüb işlədir. Bilirsiz rəis, siz mənim oğlumu tanıyırsız.
-Tanıyıram?
-Hə, tanıyırsız. Oğlumun adı Mikayıldı..
Məryəm ana yenə nəsə demək istədi, lakin Poladov onun sözünü ağzında qoydu:
-Dayan, dayan, Pilallahı qəsəbəsində Orxan adlı uşağı quldurların əlindən xilas eləməkdən ötrü özünü təhlükəyə atan Mikayılmı?
-Elədir qadan alım!
Poladovun qaşları çatıldı, bir qədər susub köksünü ötürdü:
-Mən Mikayılı yaxşı tanıyıram xanım. Bilirəm ki, o heç vaxt bu cür iş görməz. Yaxşı eləyib bura, mənim yanıma gəlmisiz xanım. İndi isə gedin evə və qətiyyən narahat olmayın! Tezliklə Mikayıl yanınıza gələr.
Məryəm ana ayağa qalxdı:
-Ömrü boyu sənə dual eləyərəm rəis, Allah səni bizim kimi insanların başının üstündən əksik eləməsin. Minbudaq olasan rəis. Doğurdan da nə yaxşı ki, sənin yanına gəldim. Ürəyim elə bir yerinə gəldi. Yoxsa az qalmışdı ruhum bədənimdən çıxsın. Yazıq uşaq qayıdıb mənim cəsədimi görsəydi nə günə düşərdi. Çox sağ ol rəis,çox sağ ol!
Məryə ana qapıya tərəf getdi və çıxmaq istərkən Poladovun yoğun və gur səsi onu saxladı:
-Xanım sizdən bir söz soruşum?
Məryəm ana 180 dərəcə döndü:
-Buyur rəis.
-Mikayıl sizin doğma övladınızdımı?
Məryəm ana buzladı, həyəcandan bir neçə saniyə dili söz tutmadı, lakin nəhayət udqunaraq dilləndi:
-Xeyr rəis, o mənim doğma övladım deyil.
Poladov əli ilə ona yenidən oturmaq üçün yer göstərdi. Məryəm ana oturdu. Bir nerçə sanyə sükunət hökm sürdü, nəhayət Poladov həmişəkindən aşağı səslə dilləndi:
-Danışın! Mən onun haqqında hər şeyi bilməliyəm.
Məryəm ana aramla, tələsmədən, heç bir şeyi nəzərdən qaçırmadan bir neçə gün bundan qabaq Mikayıl üçün danışdıqlarını Poladova nəql elədi.
Poladov sağlam bir adam idi, yaşı altmış üçü haqlasa da, heç vaxt ürəyindən şikayət eləməmişdi. Lakin indi onun ürəyi bəırk sancırdı, rəngi isə meyid rəngi kimi ağarmışdı.
Məryəm ana həm Mikayılın, həm də özünün həyat tarixçəsini qısa şəkildə danışçıb bitirdi, lakin Poladova Mikayılın onu oğlu ola biləcəyini ehtimal etdiyini söyləmədi və hekayətinə nöqtə qoyandan sonra yenə ayağa durdu:
-Sözün açığı mən Mikayılın özünə də bu əhvalatı eləbu yaxınlarda söyləmişəm və heç vaxt başqasına söyləmək fikrim olmayıb. Lakin siz pölissiz, polisi aldatmaq isə dövlətə xəyanət eləmək deməkdi. İndio isə icazə versəydiz mən gedərdim rəis.
Poladov masanın üstündəki qrafindən stəkana soyuq su töküb birnəfəsəö başına çəkdi:
-Əlbəttə! Buyurun xanım, özünüz də arxayın olun! Mən əminəm ki, Mikayılın günahı yoxdu və tezliklə o azad olacaq.
Məryəm ana xudahafizləşib çıxdı, Poladovun isə ruhunda fırtınalar qopmaqda idi. Məryəm ananın söylədikləri, Mikayılın ona bir alma kimi bənzərliyini tamamlayırdı. Çox şey deyirdi bu tarixçə və bu oxşarlıq ona. Lakin o hökmən bunu dəqiqləşdirməli idi. Bunu isəö yalnız DNT testi ilə müəyyənləşdirmək olardı.
***
Poladovun göstərişi ilə iz axtaranlar Rasim Kamalov və Lətif Lətifov Mikayılın yük maşınının kabinəsində təkrar-təkrar iz aradılar və nəhayət oturacağın yanından qan izi tapdılar.
Poladov özü isə Mikayılın yük maşını ilə vurulub öldürülən minik maşının sürücüsünün neçə gün bundan qabaq Nilufər restoranında baş verən faciə zamanı nağaraçalan Şamil olduğunu öyrənən kimi Nilufər restoranına gəldi. Restoranın müdiri Təhmirza onu görən kimi az qaldı ayaqlarına düşsün və çənəsini işə salıb başı-ayağı olmayan sözlər deyə-deyə yenə Poladovun zəhləsini tökməyə başladı. Poladov isə ona qətiyyən əhəmiyyət verməyib özüylə gətirdiyi namiq vasitəsilə toy olan salondakı kameralarn yaddaşını işə saldırdı. Namiq təkrar-təkrar manitora baxdı və plov gətirilərkən işıqlar söndüyündən kameralar yalnız qaranlıq göstərdiyi üçün özü ilə gətirdiyi içində olduqca güclü proqramlar olan flyaşkardı aparata salıb görüntünü işıqlandıra bildi və dərhal barmağını manitira uzatdı:
-Görürsüz cənab polkovnik, işıqlar sönən kimi nağaraçalan klarnetçalanın çayına nəsə tökür.
Namiq bu epizodu təkrar-təkrar ekrana gətirdi. Poladov dilləndi:
-Aydındı! Nağaraçalan solaxaydı və nağaranı bütün nağaraçalanlar kimi sol tərəfdə deyil, sağ tərəfdə tutub çalır, özü də klarnetçalanın sağ tərəfində lap yaxınlığda oturub. İşıqlar sönən zaman vağzalı ifa olunarkən həzin havanın ahənginə uyğun gözlərini yuman klarnetçalanın bunu duymayacağına əmin olub bir anın içində zəhəri onun çayına tökür. Polislər isə ondan qətiyyət şübhələnməyib, əvəzinə mərhum klarnetçalanı isti çaya qonaq edən yaşlı masabəyini polis məntəqəsinə apardıqlarına görə gecə saat bir qalmış restorandan çıxaraq özüünün şəxsi avtomobili ilə evlərinə gedir, lakin onu bu işə vadar eləyən cani o ərəfədə yüz maşınını küçə qapılarının yaxınlığında saxlamış Mikayılın yük maşınını oğurlayaraq iz qalmasın deyə səkkiz tonluq yük maşınını çəkçisi uzaqbaşı bir ton olan minik maşının üstünə sürür və nağaraçalanı qətlə yetirir, özü də yük maşınını onun üstünə elə sürətlə sürür ki, nağaraçalan nəinki həmin an ölür, hətta cibindəki mobil telefon aparatı xıncım-xıncım olur. Deməli cani qətli icra elətdirməkdən ötrü hər şeyi əvvəlcədən ölçüb-biçibmiş.
Poladov bundan sonra sanki öz-özüylə danışırmış kimi pıçıltıya bənzər səslə dilləndi:
-İlk növbədə bu işdə tamamilə əli olmayan yaşlı masabəyini azad etdirmək lazımdı. Sonra isə həmin gün burda iştirak eləyən musiqçiləri dindirmək lazımdır.
Poladov sözünü bitirib kəmərindən rassiya aparatını çıxarıb ağzına yaxınlaşdırdı.
-Sübhan Poladov. Məni kapitan Əmirzadə ilə calaşdırın!
Bir neçə saniyə gözləyəndən sonra Poladov dilləndi:
-Kapitan Əmirzadə, o gün Nilufər restoranında baş verən ölüm hadisəsi ilə bağlı istintaq işini kim aparır?
Aparatdan səs gəldi:
-Müstəntiq Mürsəqulov cənab polkovnik.
-Ona Mürsəqulova anlat ki, müstəntiq işləmək xoruz döyüşdürmək deyil. Neçə gündü bu restoranda ölüm hadisəsi baş verib, o isə bir dəfə də burda olmayıb və hətta toyu təsvirə gətirən kameralara da baxmayıb. Həm də de ki, bu dəqiqə o gün sənin həbsə aldığın qoca masabəyini azad etsin! O ki, qaldı istintaq işinə, onu özüm aparacağam!
-Göstərişiniz dərhal yerinə yetiriləcək cənab polkovnik!
Poladov rassiya aparatını kəmərinə keçirtdi və Namiqə başı ilə “gedək”,-işarəsi verdi.
Bir qədər sonra onlar restorandan çıxdılar və Zülfüqarın idarə elədiyi maşına mindilər.
Poladov şöbəyə gəldi və kabinetinə girəndən bir qədər sonra ekspertlər Rasim Kamalovla Lətif Lətifov onun yanına gəldilər. İlk olaraq Rasim Kamalov sözə başladı:
-Yük maşınını yaxşıca-yaxşıca yoxladıq cənab polkovnik!
Poladov onlara oturmağa yer göstərdi:
-Əyləşin!
Onlar oturduğlar və Poldov soruşdu:
-Nə tapdız?
Bu dəfə Lətifov dilləndi:
-İlk növbədə oturacağın yan tərəfində qan izi aşkarladıq. Bundan əlavə kabinənin döşəməsində üç kişinin ayaqqabı izləri var. Biri qırx altı, biri qırx iki, digəri isə qırx bir ölçüdə.
Poladov dərhal Mikayılı yadına saldı:
-Qırx altı ölçülü ayaqqabı yük maşının sahibinə aiddir. Amma o biri ayaqqabı izləri.. Niyə iki nəfərin ayaqqabı izləri? Müəmmalıdır?
-Sükanın üzərində də üç nəfərin əl izləri də var cənab polkovnik! Onlardan biri nəhəng bir adama məxsusdur. O birilər isə xeyli kiçikdir.
Poladov nədənsə öz əllərinə baxdı:
-Nəhəng adam yük maşının sürücüsü Mikayıldır. O birilər isə? Eyni zamanda eynək qırıqları..
Bu zaman Lətifov nəsə demək istədi lakin Rasim Kamalov ondan qabağa düşdü:
-Sınıb tamamilə yararsız hala düşmüş eynək qırıqları. Astikmatizim xəstələrinə aid eynək qırıqları.
Poladov üzünü ona tutdu:
-Eynəyin nömrəsini yoxladızmı?
Bu dəfə yenə Lətifov kolleqasının sözünü ağzında qoydu:
-Bəli cənab polkovnik! Məlum oldu ki, eynək sahibinin gözü əlli faiz görürmüş.
Lətifov bunu deyib salafan kisəciyi açıb eynək qırıqlarını Poladova göstərdi:
-Budur onlar.
Poladov diqqətlə eynək qırıqlarını nəzərdən keçirdi:
-Deməli cani yük maşınını olduqca sürətlə idarə edib və obyektin maşınına çarparkən zərbə o qədər qüvvətli olub ki, səkkiz tonluq yük maşının buferi zədələnib yayarsız hala düşüb, eyni zamanda qabaq şüşəsi qırılıb, bundan əlavə də faraları sınıb dağılıb və buna da rəğmən qabaq şüşə qıırılaraq qırıqları caninin şübhə yox ki, harasındasa iz qoyub, eyni zamanda eynəyi gözündən düşüb paralanıb. Təsəvvür eləyin, eynək qırılıb, işıq faralarıda sınıb. Deməli cani maşını sürüb həmin məkandan uzaqlaşdıra bilməzdi. Amma yük maşını cinayət törənmiş nöqtədə yox, ordan təxminən üç yüz metr aralıda saxlanılıb. Bundan isə belə nəticə çıxarmaq olar ki, cani cinayəti törədəndən sonra artıq maşını idarə eləyə bilmədiyi üçün kiməsə zəng vurub köməyə çağırıb, o adam da gəlib sükanın arxasına keçərək yük maşınını cinayət yerindən uzaqlaşdırıb. Məqsədsə o imiş ki, yük maşınını əvvəlki yerinə sürüb gətirsinlər ki, polis Mikayılı bu işdə müqəssir bilsin. Lakin çox güman ki, yük maşını minik maşınına çarpılarkən mühərrikdə də nəsə bir problem əmələ gəlib. Ona görə də yük maşınını Mikayılgilin küçə qapısı yaxınlığına sürüb gətirə bilməyiblər, hadisə yerindən təxminən üç yüz metr aralıda saxlayıb düşüb qaçıblar. Elə buna görə də yük maşının kabinəsindən yük maşının sürücüsü Mikayılın ayaq və əl izlərindən əlavə bir yox, iki adamın ayaq və əl izlərini aşkarlamısız. O ərazidə isə tamamilə kameralar quraşdırılmayıb. Bu da bizim işimizi çox çətinliyə salır. Yük maşınının mühərrikini də yoxlatdırmaq lazımdır.
Bundan sonra o, öz-özünə danışırmış kimi aşağı səslə dilləndi:
-Eynəkli adam? Mərhumun ailəsi ilə görüşmək lazımdı. Mütləq görüşmək lazımdı.
* * *
Bir saatdan sonra Poladov öz şəxsi avtomobilində qətlə yetirilən Şamilin həyat yoldaşı Gülmirə ilə dindirmə otağında masa arxasında üzbəüz oturmuşdu. Gülmirənin üzündə elə bir ifadə var idi ki, sanki həyat yoldaşı deyil, uzaq bir qohumu ölüb. Poladovun ilk sualı da məhz buna rəğmən verildi:
-Üzünüzdən görürəm ki, mərhumun ölümü sizə o qədər də ağır təsir eləməyib. Səbəbini deyə bilərsizmi?
Gülmirə bir qədər susub dilləndi:
-Nə gizlədim, mən ondan çoxdan boşanmaq istəyirdim, amma məni qorxuzurdu ki, əgər bunu eləsəm məni öldürəcək.
-Niyə ondan boşanmaq istəyirdiz?
-Narkoman idi çünki. Əla nağara çalırdı, demək olar ki, mövsüm zamanı hər gün toyda idi, özü də ən məhşur musiqiçilərlə toya gedirdi, ətək-ətək də pul qazanırdı. Bundan əlavə Azərbaycanın çox məhşur müğənnisi Səlimə Bəylərova ilə Avropanın cürbəcür ölkələrinmdə, Amerikada konsertlər çalıb. Amma nə olsun?! Düz dörd il idi ki, geroyin iyləyirdi, özü də gündə ən azı üç dəfə. Siz təsəvvür eləyin rəis, bu adam hər gün dörd yüz əlli manat geroyinə pul verirdi, dörd yüz əli manat. Təsəvvür eləyirsizmi, hər gün toyda olan adamın evində nəinki diş qurtdalamağa çöp belə yox idi, hətta bütün ev əşyalarını da satıb narkotikə vermişdi. Elə buna görə də iki il bundan qabaq yeganə övladımız acından sağalmaz bir azara tutulub öldü. Uşaq ölənə qədər məni işləməyə də qoymurdu, lakin uşağın vəfatından sonra iri mağazalardan birində xadimə işləməyimə mane olmadı. Günlərlə deyil, həftələrlə ac qalmışdım rəis, həftələrlə. Allah heç bir qıza narkomandan ailə qurmaq qismət eləməsin. Geroyin iyləyəndən sonra mən evdə əgər adi bir qab yusaydım, səsdən diksinirdi və üstümə hucum eləyib dişindən çıxanı deyəndən sonra məni təpiyinin altına salırdı. Günün iyirmi dörd saatını sarsıntı içindəı yaşayırdım. Amma boşana bilmirdim, qorxurdum çünki, bərk qorxurdum. Sidqim siyrilmişdi rəis. İnanın ki, ölüb, ağ günə çıxmışam. Bilirsiz, neçə gündü ölüb, yalnız ölən günü qohumları gəlib basdırdılar vəssəlam. Hamının ondan elə zəhləsi gedirdi ki, başsağlığına da gələn yoxdur. Eşitdiyimə görə maşını da elə əzilib ki, daha maşın dəmirçiləri də ona çarə eləyə bilməzlər. Yoxsa satıb bunun illər boyu mənə vurduğu zərərlərdən az bir hissəsini bərpa eləyərdim. Məsələn, evə bir az ev əşyaları alardım.
-Onun düşməni çox idimi?
Gülmirə çiyinlərini çəkdi:
-Nə bilim? Təkcə onu bilirəm ki, onu kimsə istəmirdi, hətta ən yaxın qohumlarl belə ondan üz döndərmişdi.
-Evinizə o sağ olanda çox adam gedib-gəlirdi?
-Nə biiim?! Musiqçilər çox gəlirdi, çünki bayaq da dedim, bu narkoman olsa da, çox peşəkar bir sənətkar idi. Artıq iyirmi il idi nağara çalırdı, yəni lap uşaq yaşlarından, özü də məhşur bir nağara çalan var Zöhrab Məmmədov, onun tələbəsi olmuşdu.
Gülmirə qəfildən nəsə xatırlayıb dilləndi:
-Rəis, eşitdiyimə görə bu qəzaya uğrayan gecə Nilufər restoranında klarnetçalan Vahidi zəhərləyib öldürüblər, sonra bu ordan çıxıb və..
Poladov sakitcə dilləndi:
-Vahidi sizin əriniz Şamil zəhərlyib öldürüb Gülmirə xanım.
Gülmirənin gözləri böyüdü:
-Siz nə danışırsız? Vahidi Şamil zəhərləyib?
-Bəli!
-Aman ya Rəbbim!
-Sonra isə onun özünü öldürüblər.
Gülmirə özündən biixtiyar ayağa qalxdı:
-Əminsizmi?
Poladov başını tərpətdi:
-Restoranın toy salonunda quraşdırılan kameralar Şamilin Vahidin çayına necə zəhər tökdüyünü görüntüyə alıb. İnanmırsızsa, görüntünün üzü bizdə şöbədədir, istəyirsiz gedəndə sizi də şöbəyə aparım, həmin görüntüyə baxın!
Gülmirə sonsuz bir əsəb içində yerinə oturdu:
-Tfu Şamil sənə! Gorbagor! Cəhənnmin dibində yanırsan indi yəqin! O yazıq Vahid sənə neyləmişdi ki, onu zəhərlədin? Elə yaxşı uçaq idi, elə yaxşı uşaq idi rəis. Neçə dəfə bizdə olmuşdu, o qədər mehriban, şirindil, gülərüz uşaq idi ki.. Vay-vay, indi onun anası gör nələr çəkir?! Axı Vahid çox gənc idi, çox.. Özü də elə qəşəng çalırdı ki.. Tfu sənə Şamil. Sənin mundar bir adam olduğunu bilirdim, amma bu dərəcə yox. Allah sənə lənət eləsin Vahid, lənət!
Bundan sonra araya bir qədər sükunət çökdü və nəhayət Poladov sükunəti pozdu:
-Sizbilən Şamil hansı səbəbdən Vahidi zəhərləyə bilərdi?
Gülmirə çiyinlərini çəkdi:
-Nə bilim vallah?
-Şamil sizin yanınızda Vahid haqqında nəsə bir xoşagəlməz sözlər işlətmişdimi və yaxud Vahidə zərər verəcəyi haqqında nəsə demişdimi?
Gülmirə başını buladı:
-Yox-yox.. Heç nə deməmişdi. Əksinə, həmişə deyirdi ki, o zəmanənin Əşrəfidi. Bir vaxtlar Əşrəf Əşrəfzadə öz füsunkar çalğısı ilə necə tamaşaçı məhəbbəti qazanıbmışsa, indi də Vahid çalğısı ilə həmin məhəbbəti qazanıb. Həmişə tərifləyirdi. Özü də o, Vahidlə toya gedəndə, Vahid ona başqalarından daha çox pul verirdi. Bİr sözlə Vahiddən çox razı idi.
-Qısqanc adam idimi Şamil?
Gülmirə qəribə bir jest elədi:
-Yerə soxum onun boyunu, necə ki, soxdum. Nə qısqanclıq rəis? Bu adam narkotik qəbul eləməkdən başqa heç bir şey barədə düşünmürdü. Bir də ki, rəis, yəqin siz bu sualı elə-belə sözgəlişi verdiz, çünki çox yaxşı bilirsiz ki, narkomanın qeyrəti-namusu olmur. Narkoman bir dəfə geroyin iyləməyə görə arvadını da verər.
-Siz düz deyirsiz, mən bütün bunları çox yaxşı bilirəm. Ancaq istintaq işinə hökmən bunu əlavə eləməliyik ki, Şamil bu qətli qısqanclıq zəminində törətməyib. Daha sizə sualım yoxdu Gülmirə xanım. Gedə bilərsiz! İstəyirsizsə sürücümə deyim sizi evinizə aparsın!
Gülmirə ayağa qalxdı:
-Təşəkkür eləyirəm rəis! Sürücünüzə əziyyət verməyin! Evə piyada getmək istəyirəm ki, yol boyu Şamilin goruna o ki, var lənət oxuyum! Sağ olun!
Gülmirə bunu deyib qapıya tərəf getdi sonra qəfildən 180 dərəcə dönüb dedi:
-Bir ay bundan qabaq Şamil də, Vahiddə Səlimə Bəylərova ilə birlikdə Fransaya getmişdilər. Lakin orda Səlimə Bəylərova ilə Vahidin arasında bir balaca xoşgəlməz hadisə baş verib.
Poladov soruşdu:
-Nə hadisə?
Gülmirə çiyinlərini çəkdi:
-Bilmirəm rəis, Şamil ancaq bunu demişdi ki, onlar Parisdə konsert çverərkən Vahid qəfildən acıq eləyib səhnədən çıxıb, sonra dərhal hava limanına gəlib bilet alaraq Bakıya uçub vəssalam! Sözün düzü mən o vaxt bunun fərqinə varmadım, ona görə də səbəbini Şamildən öyrənmədim. Gülmirə bunu deyib dindirmə otağının qapısından çıxdı. Poladov isə yenə dərin düşüncələrə daldı, bir qədər keçəndən sonra ordan çıxıb kabinetinə gəldi və düyməni basıb baş leytnant Nəcməddini çağırdı. Nəcməddin içəri girən kimi Poladov dilləndi:
-Qanlıgöl ərazasində yerləşən Optika mağazasına gedin! Kameraların yaddaşına baxın, əli sarıqlı və yaxud üzünə leykaplastor yapışdırılmış adamın dükana girib-girmədiyini izləyin! Eyni zamanda satıcıdan ayın on beşində gözü əlli faiz görən adamın eynək alıb-almadığını soruşun!
Nəcməddin bir söz demədən sadəcə olaraq başını tərpədib kabinetdən çıxdı.
Bundan sonra Poladov Rasim Kamalovu kabinetinə çağıtdırdı və Kamalov içəri girən kimi ona dedi:
-Alın bunu Rasim müəllim və üç nömrəli polis məntəqəsinə gedin! Zəng vurub tapşıracam sizi buraxsınlar! Orda yük maşının sürücüsü Seyfullayev Mikayıl Seyfulla oğlu günahkar şəxs kimi saxlanılır. Onun qanından analiz götürün və yük maşının kabinəsindən tapılmış qan ilə tutuşdurun! Sonra dərhal bu barədə mənə məlumat verin!
Rasim Kamalov sağ əlini yuxarı qaldırdı:
-Baş üstə cənab polkovnik!
O, bunu deüyib kabinetdən çıxdı və Poladov masasının üstündəki telefon aparatının dəstəyini götürüb zəmg vurdu:
-Cinayət Axtarışları Şöbəsinin rəisi Sübhan Poladov. Bir azdan sizin məöntəqəyə tibbi ekspert Rasim Kamalov gələcək, onu dərhal məntəqənizdə dustaq kimi saxlanılan Seyfullayev Mikayıl Seyfulla oğlunun yanına buiraxarsız. O, Mikayılın qanını analiz eləyəcək!
Bundan sonra Poladov dəstəyi yerinə qoyub masanın üstündəki su qrafinindən stəkana soyuq su töküb içdi və dərindən köksünü ötürüb kabinetdən çıxdı.
* * *
Məryəm ana Poladovla görüşəndən sonra həm otuz yeddi il bundan qabaq baş vermiı tarixçəni ona danışdığına, həm də onun Mikayılı tezliklə buraxdıracağına əmin olduğu üçün xeyli rahatlıq tapsa da, yenə də əziyyətlə böyütdüyü övladından çox nigaran idi. Çox sevirdi o Mikayılı. Blmirdi, doğma övladı bir həftəlik olanda ölmüşdü deyə buna görə mehrini Mikayıla salmışdı, ya da sadəcə olaraq bağrında böyütmüşdü bu səbəbdən?! Bilmirdi, mənasını anlaya bilmirdi Məryəm ana bu sevginin? Təkcə onu bilirdi ki, Mikayıl onun övladı idi, yəni doğma övladı bir həftəlik olarkən ölməsəydi, onu necə sevərdisə, Mikayılı da o dərəcədə sevirdi. Buna rəğmən də düşünürdü ki, Mikayılsız ona həyat yoxdu.
Şər qarışmışdı artıq. Məryəm ananın gözü qapıda idi və küçədən nəsə bir səs gələndə Mikayılın gələcəyini düşünüb özündən asılı olmayaraq qapıya yaxınlaşırdı. Lakin saniyələr keçirdi və küçədən gələn səsin başqalarına aid olduğunu anlayıb peşman-peşman bir qədər qapıdan uzaqlaşırdı.
Nəhayət ki, axşam saat səkkiz tamamda qapı səssizcə açıldı və başı qapının yuxarı çərçivəsinə dəyən Mikayıl içəri girdi.
Məryəm ana yaşı altmışı keçsə də gənc bir qız çevikliyilə övladına tərəf yüyürüb bu səfər özü onun qucağına atıldı.
Hər ikisi ağlayırdı və bir neçə dəqiqə bir kəlmə söz danışmadan ağlaşdılar. Sonra çarpayıda yanbayan oturdular və nəhəng Mikayıl anasını deyil, körpə qızınının saçlarını tumarlayan kimi onun ağarmış saçlarını tumarladı:
-Sənə qurban olum ana. Sən mənim hər şeyimsən ana. Bu neçə günü məntəqədə oturarkən sənə nə nə qədər ehtiuyacım olduğunu başa düşdüm.
Məryəm ana başını onun yoğun palıd budağına bənzəyən qoluna söykədi:
-Yox oğlum, elə demə, yalvarıram sənə elə demə! Ürəyim dayanar yoxsa. Mən sənə qurban olum Mikayıl.
Mikayıl başını buladı:
-Sən də bu sözü bir də dilinə gətirmə ana! Çox xahiş edirəm ana, bir də dilinə gətirmə!
Yaxşı oğlum, bir də dilimə gətirmərəm. Ancaq gəl şərt kəsək, əgər sən bundan sonra belə bir söz işlətsən, mən də deyəcəyəm, danışdıq?
Mikayıl başını tərpətdi.
Bundan sonra Məryəm ana soruşdu:
-Səni rəis buraxdırdımı Mikayıl?
-Bəli ana!
-Səninlə görüşdümü?
-Xeyr! Cani mənim maşınımla qəza törədəndə qabaq şüşə qırıldığından şüşə qırıqları onun harasınısa kəsibmiş, buna görə də ekspertlər kabinədə qan ləkələri aşkarlayıblar. Sübhan Poladov ekspetlərdən birini mənimlə görüşə göndərdi, o da mənim qanımı analiz elədi. Sonra caninin qanı ilə tutuşdurublar, görüblər ki, cinayəti törədən mən deyiləm. Həm də maşınımın kabinəsində başqa dəlillər də aşkarlanıb. Məsələn caninin eynəyi sınıb kiçik qırıqlara bölünüb. Mən isə ömrümdə gözü zəif görənlərin taxdığı eynəkdən taxmamışam. Bundan başqa sükanda canilərin əl izləri aşkarlanıb.
Məryəm ananın qaşları çatıldı:
-Canilərin?
-Bəli! Onlar iki nəfər olublar və mənim maşınımı növbə ilə idarə eləyiblər. Daha doğrusu qəza törənənə qədər, biri, sonra isə ikincisi. Lakin minik maşınına çarpılarkən mənim maşınımın mühərrikində problem yarandığı üçün hadisə yerindən cəmisi üç yüz metr uzaqlaşa biliblər. Sonra mühərrik sönüb və onlar gecənin qaranlığında kimsə onları görməsin deyə düşüb qaçıblar.
Məryəm ana ayağa durdu:
-Ay onların başı batsın! Durduğun yerdə səni işə salmaq istəyirdilər. Amma min dəfə sağ olsun o rəis, sağ olsun! Yəqin möhkəm acsan Mikayıl?! Düzü neçə gündü səni aparıblar, mən dilimə bir tikə çörək vurmamışam. Bu dəqiqə yağ-soğan eləyim, yeyək!
Mikayıl ayağa durub qamutun üstündən siqaret qutusu götürdü:
-Hə əlbəttə ana! Sözün açığı bu neçə günü aclıq hiss eləməmişəm. Yalnız su içmişəm. Özümlə siqaretdə götürməmişdim, ona görə də həm də siqaretsiz qalmışdım. Sən yeməyi hazırla, mən də bu qəm zurnasından bir dənə filəyim!
Mikayıl bunu deyib siqaret yandırıb dərin düşüncələr içində çəkməyə başladı, Məryəm ana isə yemək hazırlamaq üçün mətbəxə keçdi və mətbəxdə soğan soyub doğrayarkən Mikayılla Sübhan Poladov haqqında, daha doğrusu Poladovun onun atası ola bilməsini ehtimal eləməsi haqqında söhbət açmaq istədi, lakin sonra bu fikrindən nədənsə vaz keçdi.
* * *
Atası Ziyadın fitvası ilə gecə saat birdə Mikayılın yük maşınını qaçırıb Şamilin minik maşınına çarpan Eltonun qəza törədən zaman təkcə eynəyi qırılmamış, şüşə qırıqlarından biri üzündə yara açmamışdı, özündən asılı olmayaraq zərbədən əli sükandan çıxdığına görə bir anlıq zərblə yan tərəfə aşmış və başı maşının qapısının dəstəyinə dəymişdi. Bir sözlə atasının fitvası ilə tanımadığı bir adamı öldürən Elton özü də zədələnməişdi. Odur ki, qəza töprətdiyi gecə evə gələndən sonra evdə heç nədən xəbəri olmayan anasına yaralarını sarıtdırmış, səhər isə kiçik qardaşını Optika mağazasına eynək almağa göndərmiş, eynəyi gözünə taxandan sonra isə hələ bir müddət evdən çıxmamağı qərara almışdı. Lakin kiçik qardaşının dərsdə, anasının isə işdə olduğu üçün siqaret almaq üçün mağazaya göndərmək üçün adam tapa bilmədiyindən evdən çıxıb evlərindən cəmisi yüz metr aralıda yerləşən mağazadan siqaret almağı qərara almış və tini burularkən üstündə “polis” yazılan maşınının ona tərəf gəldiyini görüb özündən biixtiyar özünü itirib qaçmağa üz qoymuşdu. Polis maşını isə məhz onu yaxalamaq üçün burda idi və etnəkli bir adamın onları görüb qaçdığına görə maşının sürətini artırıb bir neçə saniyənin işində ona çatmışdılar.
Polis maşınından iki olduqca cüssəli polis nəfəri düşüb bir anın içində onu yaxalayaraq maşının arxasına mindirmişdilər.
Şəfəqlə Nəcməddin bu dəfə yerlərini dəyişmişdilər. Bu dəfə həmişəkinin əksinə olaraq Şəfəq qabağda Zülfüqarın yanında, Nəcməddin isə arxada oturmuşdu. Elton isə onunla Poladovun arasında idi.
Ondan durmadan tər axırdı. Maşında isə sükunət hökm sürürdü. Kimsə ondan bir söz soruşmurdu. Nəhayət Elton lalapiti adamlar kimi güclə başa düşüləcək tərzdə dilləndi:
-Mənim heç bir günahım yoxdu. Mikayılın maşınını mən oğurlamamışam. Leqqovoy maşını mən vurmamışam.
Poladov gülümsündü:
-Buna deyirlər ki, qarğa məndə qoz var. Əgər sən bu cinayəti törətməmisənsə, hardan bilrdin ki, biz səni məhz buna görə yaxaladıq, hə? Bax burda sənə təşəkkür eləmək lazımdır ki, cinayətini inkar edib bizim əsəblərimizi gərginləşdirmədin. Həm də artıq şübhə eləmirəm ki, şöbədə mənim suallarıma dəqiq-dürüst cavab verəcəksən. BU da sənin işini bir qədər yüngülləşdirəcək.
* * *
Şöbədə dindirmə otağında yenə Poladov xeyli susub ona heç bir sual vermədi və nəhayət aravermədən bütün bədənindən tər axan Elton özü sözə başladı:
-Atam mənə “hunday” alacağını vəd elədi, dedi ki, bunu eləsən həm cibinə yaxşı pul qoyacam, həm də səninçün təptəzə hunday alacam.
-Sənin atan milyonerdimi?
-Xeyr, məhəlləmizdən bir qədər kənarda, gur bir yerdə qəzet köşkü var. Qəzet, jurnal, qələm, dəftər və başqa xırda şeylər satır.
-Bəs o səninçün bu zaman necə hunday ala bilərdi?
Elton başını aşağı saldı:
-Bilmirəm, bilmirəm?
-Bilirsən, yaxşı bilirsən, amma gizlədirsən. Atan narkotik alveri eləyir hə?
Elton dinmədi. Poladov səsini ucaltdı:
-Səndən soruşuram, atan narkotik alveri eləyir hə?
Elton zorla başını tərpətdi.
-Atanın adı nədi?
Eltonun olduqca zəif səsi eşidildi:
-Zərdüşt.
-İndi işdədimi?
-Bəli!
-O, qəzet satmaq adı ilə narkomanlara narkotik satırmı?
Elton yenə bir qədər susub dilləndi:
-Bəli!
Poladov düyməni basdı və çavuş otağa girdi. Poladov ona baxmadan dilləndi:
-Baş leytnant Nəcməddini bura çağır!
Çavuş çıxdı və bir qədər sonra Nəcməddin dindirmə otağına girdi. Poladov üzünü ona çevirdi:
-Qanlıgöl ərzasindəki qəzet köşkündə qəzet satan Zərdüşt adlı adamı dərhal həbs eləyib bura gətirin! Eyni zamanda köşkün içini yaxşı-yaxşı yoxlayın! O orda geroyin gizlədib.
Nəcməddin başını tərpədib çıxdı və Poladov Eltona növbəti sualını verdi:
-Atanın Şamili qətlə yetirtməkdə məqsədi nə idi?
Elton ağır-ağır başını buladı:
-Mən bunun səbəbini bilmirəm rəis, doğru sözümdür. Atamın onunla tanışlığı-zadı da yox idi, sadəcə olaraq bilirdi ki, nağara çalandı, özü də çox uzaqda da yaşamır.
-Yalan danışırsan. Bununla da öz işini ağırlaşdırırsan.
-Yalan demirəm rəis.
-Yalan deyirsən. Çünki elə bir az bundan əvvəl etiraf etdin ki, atan geroyin alverçisidi. Həm də dedin ki, Şamil sizdən o qədər də uzaqda yaşamırdı. Şamil isə narkoman idi. Deməli atanla hökmən bir bağlantısı var idi. Mən gözləyirəm!
Elton udqundu:
-Düz deyirsiz rəis, onusuz da sizdən heç nəyi goizlətmək mümkün deyil. O, atamdan tez-tez geroyin alırdı.
-Sizə tez-tez gəlib-gedirdi?
-Yox, bizə nadir hallarda gəlirdi. Atam ona əsasən qəzet köşkündə narkotik ötürürdü. O, atamla çox vaxt telefonla danışırdı.
-Geroyinə rahathulqum deyirdilər, hə?
-Hə!
-Onun atana borcu var idimi?
-Çox vaxt atama borclu qalırdı, lakin sonra hökmən ödəyirdi.
-Bəs atan, atan geroyini hardan əldə eləyirdi?
-Bilmirəm rəis. Bunu doğurdan deyirəm. Atam bu barədə kimsəyə bildirməyib. Sözün açığı mən bu barədə atamdan heç soruşmamışam da.
-Sən özün geroyin qəbul eləyirsənmi?
-Bir vaxtlar eləyirdim, sonra anam xəbər tutdu, məni xəstəxanada yatızdırıb müalicə elətdirdi.
-Gözün zəif görür. Yük maşınını minik maşınına çarparkən eynəyin qırılıb, şüşə qırıqları üzünü kəsib. Bundan başqa yük maşının faraları da qırılıb. Sən isə cinayəti törədəndən sonra kor-koru daha maşını idarə eləyə bilməmisən ki, onu sürüb öz yerinə aparasan ki, cinayətin izinə düşənlər yük maşınının sahibi Mikayıldan şübhələsinlər. Yəni burda sənə bir köməkçi lazım olub. İndi onun adını mənə deyəcəksən.
Elton yenə bir müddət susdu və nəhayət sözlər ağzından kəlbətinlə çəkilirmiş kimi dedi:
-Onun adı Azaddı. O da Mikayıl kimi qapı qonşumuzdu. Onun mənim bu işi bilərəkdən törətdiyimdən xəbəri yoxdu. O elə bilir ki, mən sadəcə olaraq əylənməkdən ötrü Mikayılın maşını qaçırmışam və yaxşı sürə bilmədiyimə görə qəza törətmişəm.
Poladov masanın üstünü taqqılatdı:
-Amma qəzanın Mikayıl deyil, sənin törətdiyini bildiyi halda bunu qanundan gizlədib və Mikayılın günahsız olaraq həbs olunmasına göz yumub. Buna görə də onun da cəzası ağır olacaq. Onların evlərinin nömrəsi neçəsi?
-İyirmi səkkiz.
Elton onun sualına cavab verən kimi Poladov düyməni basdı və çavuş içəri girdi. Poladov başı ilə ona Eltonu göstərdi. Çavuş Eltonu apardı və Poladov dindirmə otağından çıxan kimi qarşısına çıxan ilk leytnanta tapşırıq verdi:
-Qanlıgöz ərazisində Bünyadov küçəsi iyirmi səkkizə gedin və dərhal Azad adlı adamı həbs eləyib şöbəyə gətirin!
Leytnant polis salamı verdi:
-Yerinə yetiriləcək cənab polkovnik!
Leytnant uzaqlaşdı və Poladov kabinetinə girib gözləmə mövqeyi tutdu.
* * *
Zərdüştün qəzet köşkü yaşadığı evdən o qədər uzaqda yerləşməsə də, küçələrinə nisbətən xeyli gur bir yer idi və yaxınlığda marşrut avtobuslarının dayanacağı olduğu üçün ondan qəzet, jurnal, dəftər, qələm, xətkeş, pozan və başqa məktəb ləvazimatları alanların sayı çox olurdu. Məsələ burasında idi ki, o adi müştərilərə qəzet, jurnal vəyaxud başqa şeylər satarkən heç vaxt onları aldatmır, pulun artığını qəpiyinə qədər qaytarırdı və bundan əlavə ondan uşaqları üçün məktəb ləvazimatları almağa gələn valideynlərə, eyni zamanda uşaqların özünə bu ləvazimatları dəyərindən aşağı qiymətə satırdı, daha doğrusu burda ona bir qəpik də olsun belə xeyir gəlmirdi. Odur ki, müştərisi başqalarından daha çox idi. Lakin onun başqa dürlü müştəriləri də var idi ki, bu müştərilərlə alver eləmək ona o qədər gəlir gətirirdi ki, qəzet köşkündə bir ilə qazandığını bəzən bir günə qazanırdı. Belə ki, o bir gün ərzində bəzən iki, hətta üç min manat gəlir götürə bilrdi. Ona geroyinin qramını yüz manatdan ötürürdülər, o isə yüz əlli manatdan əridirdi. Bəzən bir gün ərzində iyirmi, otuz qram geroyin sata bilirdi ki, bundan həddindən artıq çox mənfəət əldə eləyirdi. Ondan narkotik alanlarla isə müəyyən parollarla danışır və onlara əsasən cürbəcür rəngdə olan kiçik pozan qutularının içində geroyin ötürürdü.
Onun qəzet köşkü ilə üzbəüz hündür bir yerdə kamera quraşdırılsa da, Zərdüşt öz çirkli alverini elə şəkidə eləyirdi ki, kamearaya onun müştəriyə pozan qutusu satdığı düşürdü. Bu isə kameralara nəzarət edənləri qətiyyən şübhəyə salmırdı və onlar bu adamın zatən bu cür gur yerdə öz qəzet köşkündə onlarla narkomana geroyin ötürdüyünü heç ağıllarına gətirmirdilər. Ondan geroyin alanlar isə pulu ona hansısa şəkilli bir jürnalı götürüb vərəqləyib baxaraq ovuclarının içində tutduqları yüzlükləri jurnalın vərəqləri arasına qoyaraq jurnalı götürdükləri yerə qoyub ötürürdülər. Bundan sonra Zərdüşt guya jurnalları rahlayır kimi həmin jurnalı götürüb köşkün kameranın götürə bilmədiyi tərəfinə aparır, orda cəld yüzlükləri jurnalın içindən götürüb gizlədir və həmin jurnalı qaytarıb yerinə qoyurdu.
Beləliklə artıq dörd il idi ki, Zərdüşt bu iyrənc alverlə məşğul olurdu və müddət ərzində bir dəfə də olsun yaxalanmamışdı.
Sakitlik idi, artıq on dəqiqə olardı ki, ondan qəzet_jurnal belə alan olmamışdı. Zərdüşt şəkilli jurnallardan birini açıb siqaret üfürə-üfürə tamaşa eləyirdi ki, köşkə başına yun papağ keşirmiş, orta boylu, arıq bir adam yaxınlaşdı və Zərdüştə baxıb dilləndi:
-Mənə o baxdığın jurnaldan birini ver zəhmət olmasa.
Zədüşt əlindəki jurnalı büküb kənara qoydu və sıra ilə düzülmüş jurnallardan birini götürüb müştəriyə uzatdı:
-Bir manat səksən qəpik.
Elə bu vaxt marşurut avtobusu dayanacağa yaxınlaşdığı üçün aşağı sürətlə köşkün qarşısından keçdi.
Müştəri isə marşurut avtobusu köşkün qarşısından keçən ərəfədə tez bir zamanda jirnalı almamışdan əlini cibinə apardı və pul əvəzinə iynəli şpris çıxarıb zaman kəsiyində Zərdüştün jurnal tutmuş əlinə soxdu:
Al bu da sənə bir manat səksən qəpik.
Bir an işində zəhər Zərdüştün bütün bədəninə yayıldı və o əlindəki jurnalı piştaxtanın üstünə buraxıb münazivətini itirərək köşkün içinə aşdı.
Müştəri heç nə olmamış kimi jurnalı götürüb marşurut avtobusu ilə yanaşı dayanacağa yüyürdü və avtobus dayanan kimi ordakı adamlara qoşulub avtobusa mindi.
Məsələ burasında idi ki, avtobusun içindəkilər avtobusun pəncərəsindən onu görsələr də, onun sadəcə olaraq köşkdən şəkilli jurnal aldığını zənn etmişdilər, çünki onun bədəni bir an içində iynəli şprisi Zərdüştün jurnal tutmuş əlinə necə soxduğunu və Zərdüştün köşkün içinə aşmağını gizlətmişdi.
* * *
Nəcməddin yanında Şəfəq, Zülfüqarın idarə etdiyi maşınla Zərdüştü həbs eləməyə gələrkən onun köşkün içində meyidini gördülər. Ondan qəzet, jurnal və başqa şeylər almağa gələr müştərilər isə onun köşkün içində yıxılıb qaldığını görüb möhkəm sərxoş olduğunu zənn edib ötüb getmişdilər.
Azadı isə artıq həbs edib şöbəyə gətirmişdilər və Poladov onu dindirməyə vaxt ayırmağı əhəmiyyətsiz hesab eləyib onu xüsusi kameraya salmağı göstəriş vermişdi.
Zərdüştü isə yaxlamağa gedərkən köşkünün içində cəsədinin tapıldığını biləndən sonra isə qəzəbləndi Poladov və qəzəb hissi onun ruhunu bir müddət elə sardı ki, kabinetinin içində xeyi vargəl edib siqareti-siqaretə caladı. Sonra isə Namiqin yanına girib ona Zərdüştün işlətdiyi qəzet köşkü ilə üzbəüz yerləşən kameranın görüntüsünü manitora gətirməyi göstəriş vardi.
Namiq başını tərpədib dərhal işə başladı və kameranın yaddaşını işə salıb Zərdüştün öldürdüldüyü anı görüntüyə gətirdi. Lakin bu ərəfədə köşkün qarşısından marşurut avtobusu keçdiyi üçün qətlin hansı şəkildə icra olunduğu görünmədi. Qatil isə nə qədər peşəkarcasına qətli icra eləsə də, köşkə yaxınaşarkən kameraya düşmüşdü və Namiq onu təkrar-təkrar görüntüyə gətirib təsviri xeyli böyütdü.
Poladov görüntüyə təkrar-təkrar baxandan sonra dilləndi:
-Qatil bunu əvvəldən planlaşdırıbmış. Belə edib ki, Zərdüştün onun tərəfindən qətlə yetirilməsini polis subut eləyə bilməsin. Daha doğrusu marşurut avtobusu aşağı sürətlə ordan keçərkən demək olar ki, zaman kəsiyində qətli icra eləyib ki, qətlin onun tərəfindəın törədildiyi kameraya düşməsin. Söz yox ki, çox cəlddir. Belə cəldlik isə uzun illər dzüdo, karate, aykido, uşu-sando, takvando və başqa bu kimi idman növləri ilə məşğul olanlarda olur. Sıradan olan insanlarda bu cür cəldlik olmaz.
O, bunu deyib üzünü yanında dayanan Nəcməddinə tutdu:
-Onun şəklini bütün postlara göndərin! Onu tez bir zamanda yaxalamaq lazımdır. Məhz o bizə bu işin başında dayanan o müəmmanın adını deyə bilər.
Nəcməddin bir söz demədən otaqdan çıxdı.
Poladov üzünü Namiqə tutdu:
-Sən həmin marşurut avtobusunun növbəti dayanacağı yaxınlığında quraşdırılan kameranın yaddaşını görüntüyə gətir! Mən yüz faiz əminəm ki, qatil həmin dayanacaqda düşüb və taksi tutub ordan uzaqlaşıb. Bax biz məhz həmin taksinin hara yol aldığını öyrənə bilsək, onda qatili yaxalamaq bizim üçün o qədər də çətin olmayacaq.
Namiq bir söz demədən həmin məraşurut avtobusunun növbəti dayanacağının yaxınlığında quraşdırılan kameranın yaddaşını görüntüyə gətirdi və başına yun papaq keçirmiş qatilin Poladovun dediyi kimi həmin dayanacqda düşüb dərhal uzaqlaşdığı göründü. Namiq təkrarən görüntünü manitora gətirdi və bundan sonra taksinin nömrəsi aydınlaşdı.
Poladov bundan sonra otaqdan çıxdı və ilk qarşılaşdığı baş leytnanta tapşırıq verdi:
-82-93 nömrəli, ağ rəngli “Səməd”. Taksi kimi istifadə olunur. Bütün postlara məlumat verin! Həmin taksinin sürücüsü cani kimi yox, şahid kimi dindirilməlidi. Boyu təxminən 170 santimetr, bir qədər arıq, başına yun papaq keçirmiş sərnişini hara apardığını söyləsin, vəssalam! Onu Yasamal bazarının yaxınlığında taksisinə mindirib.
Baş leytnant polis salamı verdi:
-Əmr edərsiz cənab polkovnik!
Baş leytnatn uzaqlaşdı və Poladov pillələrlə düşüb şöbənin həyətində Zülfüqarın idarə etdiyi maşına minərək diləndi:
-Milli dram tetrının arxa tərəfinə!
Zülfüqar dərhal maşını hərəkətə gətirib şöbənin həyətindən çıxdı və Milli dram teatrına tərəf istiqamət götürdü.
Maşın təxminən on beş dəqiqədən sonra həmin məkana yetişdi. Burda Vahidin “cümə axşamı” olduğu üçün iri bir çadır qurulmuşdu və çadırın yaxınlığında o qədər maşın var idi ki, Zülfüqar maşını bir qədər kənarda saxlamalı oldu. Poladov maşından düşüb üzünü ona tutdu:
-Düş maşının qapılarını bağla gedək!
Zülfüqar maşından düşüb qapıları bağladı və onlar hüzür mərasimi keçirilən çadıra yaxınlaşdılar. Çadırın elə bayırında xeyli adam durmuşdu və onlar boylu-buxunlu, enlikürək polis polkovnikini, eyni zamanda pəhləvan cüssəli Zülfüqarı görüncə təəcüblə onlara tərəf baxdılar, lakin Həm Poladov, həm də Zülfüqar “Allah rəhmət eləsin, Allah səbr versin”,-deyincə polislərin sadəcə olaraq hüzür mərasiminə gəldiklərini anlayıb “Allah ölənlərinizi rəhmət eləsin”,-söylədilər.
Çadırın qapısı ağzında onları Vahidin atası Nahid qarşıladı. O, olduqca pərişan görünsə də polkovnik rütbəli polis nəfərinin onun oğlunun cümə axşamısına gəldiyini görüb bir qədər təsəlli tapmış kimi nəzər saldı. Poladov ondan soruşdu:
-Sən rəhmətliyin atasısanmı?
Nahid başını tərpətdi:
-Bəli!
Sonra o, çadırın içinə tərəf əliniz uzatdı:
-Buyuruin rəis, yuxarı başa keçin! Xahiş edirəm!
Poladov içərisində ən azı iki yüz nəfər adam oan çadırın içərisinə nəzər saldı:
-Yuxarı başda din xadimi oturub. Biz elə aşağı başda oturarıq.
Zahid narazı halda dilləndi:
-Amma..
Poladov onun sözünü ağzında qoydu:
-İnsanlar vəzifəsindən, rütbəsindən asılı olmayaraq bərabərdi. O ki, qaldı
din xadiminə, o məclisi apardığı üçün yuxarı başda oturur, vəssalam! Amma sizdən bir xahişim var ki, hələlik başsağlıqları qəbul eləməkdən ötrü qapıya adam qoyun və bizim yanımızda oturun, çünki mənim sizə oğlunuzun qətli ilə bağlı suallarım olacaq!
Nahid yenə başını tərpətdi:
-Baş üstə!
O, bunu deyib çadırın lap aşağı başında oturmuş orta yaşlı kişinin qulağına nəsə dedi və kişi başını tərpədib ani olaraq Poladova nəzər salıb qapıya keçdi.
Poladovla Zülfüqar masa arxasında oturandan sonra din xadimi fatəhə verib salavat çevirdi, sonra isə söhbətə başladı:
-Uca Allah müqəddəs Qurani-Kərimin mübarək “Əl-Bəqərə” surəsinin 155, 156 və 157-cı ayələrində buyurur:
-Əlbəttə Biz sizi bir az aclıq, bir az qorxu, bir az mal, can, övlad və məhsul qıtlığı ilə imtahan edərik. Ya Rəsulum, belə imtahanlara səbr edən şəxslərə müjdə ver! Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət, yəni cənnət gözləyir. Onlar doğru yolda olanlardır. O kəslər ki, özlərinə bir bəla yetişdikləri zaman “Biz Allahın bəndələriyik və Ona tərəf qayıdacağıq deyirlər”.
Burda, səbr edənlərə müjdə vermək üçün onlardan söz açılır və şübhəsiz ki, insan üçün çox vacib olan səbrin təlim edilməsilə səbrin keyfiyyəti məlum olur.. Bundan əlavə Allahın insan üçün səbrə olan əmrin haqqı zahir olur.. İnsanın Allah-Təlanın mülkü olmasına işarə edir, sonda səbrin əvəzində əldə ediləcək ümumi müjdəyə toxunulur.. Bu da bağışlanma, rəhmət və doğru yola istiqamətləndirməkdir..
Uca Allah peyqəmbərinə-Həzrəti Muhəmməd əleyhəssalama ilk öncə səbr edənləri müjdələməsini əmr edir.. Bunun əhəmiyyətini vurğulamaq üçün də nə ilə müjdələyəcəklərindən söz açmır.. Çünki müjdənin qaynağı Uca Allahdır. Şübhəsiz ki, Allahın müjdəsi xeyir və gözəllikdən başqa bir şey ola bilməz.. Allah buna təminat vermişdir.. Sonra səbr edənlərin başına bir müsibət gəldiyi zaman “Biz Allahın bəndələriyik və Ona tərəf qayıdacağıq” deyənlər olduğunu açıqlayır.
Müsibət insanın başına gələn xoşagəlməz hadisə deməkdir.. Göründüyü kimi, “Biz Allahın bəndələriyik və Ona tərəf qayıdacağıq” deməkdə məqsəd, sadəcə bir cümlənin anlamını zehinlərdə canlandırmaqdan ötrü tələffüz etmək və ya gerçəkləşdirmədən xatırlamaq demək deyil. Çünki İnsan sözün əsl mənasında Allahın mülküdür və Ona dönəcəkdir.. Ancaq onunla həqiqi və gözəl səbr gerçəkləşir ki, bu da qorxu və kədəri kökündən yox edir, qəflət çöküntülərini aradan aparır..
Bu həqiqətin izahı budur: İnsanın varlığı və varlığına bağlı olan mövcud qüvvələri Allah-Təala sayəsində vücuda gəlir. İnsan vücudu bütünlüklə Allaha bağlıdır.. İnsan bütünlüklə Allaha möhtacdır, müstəqil deyildir və Uca Yaradan onun üzərində istədiyini etmək haqqına sahibdir. Bu baxımdan insanın özü üçün heç bir haqq yoxdur. Qısaca desək, insanın vücuda gəlməsinin, qüdrətinin, istedadının, biliyinin, bacarağının həqiqi mülkiyyəti Allaha aiddir..
Belə olan təqdirdə insanın qəzavü-qədərə səbr etməsi çox mühümdür, çünki bir müsibət yetişdikdə sarsılan, vahimələnən, təlaşlanan, qorxan zaman insanda yüksək mənəvi keyfiyyətlər əvəzinə xoşagəlməyən xüsusiyyətlər meydana gəlir, bu da Allahın mülkiyyıyyəti olan Allahla həmin insan arasına pərdə çəkir və insan Allahın əzəmətini, böyüklüyünü, hər şeyə qadir olduğunu və tək bir Yaradan olduğunu dərk eləməkdə aciz qalır. Bu zaman səbrsizlik və ümidsizlik onun küfr bataqlığına yuvarlanmasına səbəb olur..
Din xadimi danışan ərəfədə məclisdə çay paylayanlar Poladov və Zülfüqar üçün armudu stəkanda pürrəngi çay gətirdilər. Süfrədə isə halva, peyğəmbəri qara xurma, karamel konfetər, şəkər, limon, dörd yerə kəsilmiş qoğallar və dörd yerə bölünmüş şirin çörəklər var idi.
Din xadimi isə həmin din xadimi idi ki, bir neçə il bundan qabaq general Camalzadənin hüzür məclislərini aparmışdı və istər Poladov, istərsə də Zülfüqar onun olduqca mənalı, məntiqli, anlaşıqlı sözlərinə diqqətlə qulaq asırdılar.
Din xadimi hələ bir müddət də insanı kamilləşdirən və hətta mələkləşdirən ən gözəl xüsusiyyət olan səbrdən danışdı və nəhayət bir qədər yorulduğu üçün söhbətinə ara verdi.
Din xadimi söhbətinə ara verəndən sonra Poladov üzünü onunla üzbəüz oturmuş Nahidə tutdu:
-Oğlunun qatilinin elə həmin gecə öldürülməsindən yəqin ki, xəbərin var.
Nahid köksünü ötürdü:
-Bəli rəis xəbərim var.
-İstintaq işinin gedişindən bizə məlum olub ki, oğlunun çayına zəhər qatan Şamilin oğlun Vahidlə heç bir düşmənçiliyi yox imiş.
-Mənim oğlumun tamamiləilə düşməni yox idi rəis. O tamamilə kinsiz, ürəyi, qəlbi billur kimi saf bir uşaq idi.
-Dərindən fikirləş, çünki dünyada elə bir insan yox idi ki, hamı onu sevsin. Paxıl adamlar həddindən artıq çoxdu. Mən sənin oğlunun kinsiz, təmiz qəlbli olmağına inanıram. Çünki deyilənə görə o klarneti misilsiz ifa eləyirmiş. Belə adamlarda isə zatən paxıllıq, həsəd hissləri olmur. Amma yaxşı bir zərb-misal var, bar verən ağaca daş atan çox olar. Gənc, cəmisi iyirmi beş yaşında bir adam milyonların qəlbini öz ecazkar ifası ilə fəth eləyibsə, bir sürü şeytan ruhlu adamlar hökmən ona paxıllıq eləyirmiş.
-Bilmirəm rəis, Vahid zatən qeybət eləməyi sevməzdi və onun bir dəfə də olsun kiminsə dalınca danışdığını görmədim. Müştəriləri çox idi, ayın demək olar ki, otuz gününü toyda olurdu. Bəzən pulunu kəsirdilər, bəzən nəsə bir şey bəhanə eləyib tamamilə pul vermirdilər. Yenə bu cür adamların ünvanına artıq söz demirdi, sadəcə olaraq onu deyirdi ki, qismət bu qədərmiş.
-Eşitdiyimə görə o çox məhşur müğənni Səlimə Bəylərova ilə bir ay bundan qabaq Fransaya qastrol səfərinə gedibmiş, amma sonra nəsə aralarında soyuqluq əmələ gəlib. Buna səbəb nədi?
Nahid bir qədər susub dilləndi:
-Səlimə Bəylərova yootubda Vahidin çalğısına qulaq asmışdı və dərhal öz ansambılına dəvət eləmişdi. Aralarında böyük bir səmimiyyət əmələ gəlmişdi, Vahid hər dəfə məşqdən və yaxud konsetrdən gələndən sonra Səlimə xanımın onun haqqında xoş sözlər deməsindən danışırdı. Amma Fransada konsert verərkən Səlimə xanım Azərbaycanın məhşur xalq mahnısı “Sarı gəin”i fransız tamaşaçılar qarşısında, özü də Vahidin balaban müşayitilə ifa edərkən Vahid çalğısını saxlayıb bir parça Səlimə xanıma tərəf tüpürərək səhnədən çıxıb. Sonra isə elə həmin gün öz vəsaiti hesabına təyyarəyə minib Bakıya uçub. Evə gələndən sonra da qanı çox qara idi və özünə bir müddət yer tapa bilmədi.
Poladov bir qurtum limonlu çay içib nədənsə Zülfüqara baxdı:
-Görürsən Zülfüqar, Azərbaycanın içərisində nə böyük düşmənləri var. Azərbaycan xalqı bu vətənsatanın başına tac qoyub, onun isə Azərbacan xalqına qarşı tutduğu mövqeyə bax!
Sonra Poladov, Nahidə baxdı:
-Bu çox lazımlı bir məlumatdı.
Poladov bunu deyib ayağa qalxdı:
-Allah rəhmət eləsin! Allah səbr versin! Axır qəminiz olsun!
Bİr qədər sonra Poladovla Zülfüqar çadırdan çıxdılar və çadırdan təxminən əlli metr aralıda duran maşına tərəf gəldilər. Elə bu vaxt Poladovun rabitə aparatı zəng çaldı. Poladov dərhal aparatı kəmərindən çıxarıb ağzına yaxınlaşdırdı:
-Poladov eşidir!
Aparatdan səs gəldi:
-Səkkizinci kilomertrdə qəzet satan Zərdüştü qətlə yetirənin izinə düşüblərmiş cənab polkovnik! Amma..
-Nə amma?
-Həmin ərazinin polisləri onu saxlayarkən müqavimət göstərib polislərdən ikisinə xətər toxundurub qaçıb. O biri polislər onu qıçından vurublar. Obyekt yerə yıxılıb, lakin elə bu vaxt yol kənarındakı ağaclığdan obyektə iki güllə atılıb. Obyekt dərhal ölüb. Güllə atanlar isə aradan çıxıblar.
Poladov qəzəb içində aparatı kəmərinə keçirtdi:
-Lənət şeytana! O bizə çox şey deyə bilərdi.
O, üzünü Zülfüqara tutdu:
-Burda nəsə başqa bir iş var. İş təkcə gənc musiqiçi aradan götürməklə bitmir. Bu cinayətlərin başında dayanan adam həddindən artıq təhlükəli bir adamdır və şübhə eləmirəm ki, xaricdən güc alır. Bundan vətənə xəyanət iyi gəlir. Bu adam çox güclüdür. Onu ifşa eləyə bilən hər kəsi aradan götüzdürür. Özü də birini qətlə yetizdirir, sonra onu qətlə yetirəni qətlə yetizdirir, sonra da onu qətlə yetirəni öldütdürür. Bu isə onu göstərir ki, onun ətrafında çoxlu quyruq bulayanları var. Şübhə eləmirəm ki, qəzet köşkündə qəzet satmaq adııyla geroyin alveri eləyən Zərdüşt onun üçün işləyirmiş.
Zülfüqar artıq maşının qapılarını açmışdı deyə Poladov arxa qapını açıb əyləşdi:
-Deməli bu adamın əli də böyüklərin ətəyindədi və pulu da həddindən artıq çoxdu. Lakin bununla bitmir. Bu adam bayaq dediyim kimi xaricdən, daha doğrusu Azərbaycanın düşmənlərindən dəstək alır. Mən hökmən Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqə saxlamalıyam. Bu işi boş buraxmaq olmaz.
Bundan sonra Zülfüqar maşını hərəkətə gətirdi və şose yol boyu şütüməyə başladı.
***
Hər kəsin istedadlı bir müğənni kimi tanıdığı Səlimə Bəylərova əslində çox böyük bir vətən xaini idi və onu vətənpərvər kimi tanıyan, oxuduğu mahnıların əksəriyyətini əzbər bilən, bir sözlə ona çox inanan, adı çəkiləndə hörmətlə yanaşan xalqa, onu yetişdirən torpağa, qoynunda bəsləyən vətənə durmadan xəyanət edirdi. Bu xəyanət isə əsasən onun fransızların tez-tez gizli yollarla göndərdiyi yüz kilolarla geroyini satdıraraq gəncləri zəhərləməkdən, gizli fahişəxanalar, qumarxanalar saxlamaqdan, bunlardan gələn gəlirin əksər hissəsini PKK, PYD və başqa terror təşkilatlarına göndərmək, eyni zamanda Azərbaycanın istər xalq mahnılarını, istərsə də bəstəkar mahnılarını erməni mahnıları adı ilə dünyada tanıtdırmaqdan ibarət idi. Səlimə Bəylərovanın ermənilərlə qarışığı yox idi, lakin uşaq vaxtı anasının südü quruduğuna görə il yarım bir erməni qadının südünü əmmişdi, elə bu səbəbdən də erməni südü ilə onun mənəviyyatına ötürülən erməni millətinə aid xüsusiyyətlər onu elə uşaq vaxtından erməniyə çevirmişdi. Belə ki, əslində o azərbaycanca danışsa da, hər şeyi ermənicə idi. Gözləri erməni qadınların gözləri kimi qaynayırdı, səhnəyə çıxarkən hətta “üç badam, bir qoz” ritmində mahnı oxuyan zaman göbəy atar, şəhvət əks etdirən hərəkətlər edər, mahnı oxuduqca bilərəkdən əlini açıq sinəsinə vurardı. Öz seksual hərəkətləri ilə başdan boş, ağıldan kəm, qeyrətdən kasad şəhvətli əbləhləri coşduran, bir çox hallarda ruhlarına əxlaqasızlıq hopduran və onların divanə olmaqlarına qədər sehrləyən bu qadın sanki ətrafında hər kəsi yandıra biləcək bir alov idi və səfeh pərəstişkarlarını zaman-zaman bu alovun içində yandırıb külə döndərirdi.
Bütün masonların başçısı, ən yuxarı lojada oturan Roştild özü də bu şəhvət püskürən qadını tanıyır, o Fransada konsert verərkən onun konsertinə gəlib xüsusi bir həzzlə ona tamaşa edirdi. Elə buna görə də Səlimə Bəylərova məhz Roştildin göstərişi ilə yüksək lojalardan birinə dəvət olunmuşdu və dünyanı durmadan qana çalxalayan başlarında Roştild olmaqla doqquz baş mason onunla “iş birliyi” yapmaqdan çox məmmun idilər.
Vahidi, onun çayına zəhər qatan Şamili, Şamili yükmaşını ilə vurduran Zərdüştü, eyni zamanda Zərdüştü zəhərli iynə ilə qətlə yetirən Xanqulunu o öldürtmüşdü.
Parisin göbəyində, Roştildin də tamaşaçı zalında oturduğu və tamaşaçıların bir qisminin erməni olduğu sarayda konsert verərkən Azərbaycanın çox qədimlərdən qalma xalq mahnısı olan “Sarı gəlin”i Səlimə Bəylərova erməni dilində oxuyan zaman onu balabanda müşayət eləyən Vahid əsəblərini cilovlaya bilməmiş və çalğısını saxlayaraq Səlimə Xanlarzadəyə tərəf bir parça tüpürüb səhnədən çıxmışdı. Vahidin bu hərəkəti Səlimə Bəylərovanı möhkəm hiddətləndirmiş, ifasına ara verərək tamaşaçı salonda oturan ermənilərdən, o cümlədən səhnəyə yaxın lojalardan birində əyləşən Roştşilddən üzr istəmişdi.
Lakin ruhu zatən kin püskürən Səlimə Bəylərova Vahidin bu “ədəbsizliyini” bağışlamayacağına, onu buna görə peşman edəcəyinə hökm vermişdi.
Artıq neçə ildir narkotikə qurşanan və çox vaxt borc pullarla geroyin kisəciklərini məhz Səlimə Bəylərzadə üçün geroyin satan adamlardan alan Şamili, narkotik onun başını nə qədər xarab eləsə də, əla nağara çaldığı üçün öz ansambılına dəvət eləmişdi. Vahidin “cığallığından” sonra Səlimə, Şamilin möhkəm narkoman olduğunu bildiyi üçün ona ömrünün axırına qədər təmənnasız narkotik verəcəyinə əmin edib, Vahidi zəhərləməkdən ötrü cəmisi bir qramı insanı həmin an öldürən zəhər vermişdi. Narkotiki hər kəsdən çox sevən Şamil ömrü boyu təmənnasız gerroyin qəbul edəcəyinin xəyyalarında Səlimə Bəylərovanın tapşırığını, onun qiurduğu plan əsasında böyük məmmuniyyətlə yerinə yetirmiş, restorandan çıxan kimi zəng edib bunu ona demiş, lakin Səlimə Bəylərova isə izi itirməkdən ötrü dərhal tədbir görmüş, onun üçün narkotik satan Zərdüştə zəng edib Şamili öldürməsini tapşırmış, Zərdüşt bir qədər fikirləşib maşın sürməyi bacaran oğli Eltona gecə saat birə qalmış, evində yeddinci yuxuda olan Mikayılın yük maşını ilə qətli törətməyi tapşırmış, lakin hələ Zərdüştün oğlu Elton yaxalanmamışdan qabaq yenə olduqca məkrli bir tədbir görmüş, vaxtilə karate idmanı ilə məşğul olmuş, sonra oğurluq üstündə həbsxanada yatmış Xanquluya yüz min manat vəd edib Zərdüştü aradan götürmüş, sonra hələ polis Xanqulunun izinə düşməmişdən onun harda olduğunu telefonlla soruşmuş, Xanqulu ona harda olduğunu söyləmiş və o dərhal iki dənə muzdlu qatilə Xanqulunun telefon vasitəsilə şəklini göndərmiş və onları Xanqulunu öldürməyə yollamış, onlar yol kənarında ağacların arasında dayanıb Xanqulunu nişangaha götürən zaman polis Xanqulunun izinə düşmüş, Xanqulu polislərlə çarpışıb qaçarkən polis onu qıçından vuran zaman muzdlu qatillər atəş edərək Xanqulunu qətlə yetirmiş, sonra həmin iki nəfər Xanqulunu öldürəndən sonra vəd etdiyi pulu Səlimə Bəylərovadan almağa gələrkən, o onları içəri dəvət etmiş və küçə qapısını pultla bağlayandan sonra onlardan;-“Bura gəldiyinizdən kiminsə xəbəri varmı”,-deyə soruşmuş, onlar;-“Kimsənin xəbəri yoxdu”,-deyəndən sonra cibindən tapança çıxardaraq hər ikisini səssiz güllə ilə qətlə yetirmiş və həyətindəki iri hövuzda bəslədiyi timsahlara atmışdı. Timsahlar isə muzdlu qatillərin cəsədlərtini bir anın içində yemiş və bununla da zatən muzdlu qatillərin həyatdakı mövcudluğu əbədi olaraq sual altında qalmışdı.
Belə idi Səlimə Bəylərova. Özü də bunlar onun cinayətlərinin az bir hissəsi idi. Qan içməkdə, rəhm etmədən öldütdürməkdə, günahkar və yaxud günahsız adamların qətlinə fərman verməkdə onunla çox az adam yarışa girə bilərdi. Toy zamanı Vahidi zəhərlətdirərkən səkkiz yaşlı oğlan uşağını da o, toya təlxək qiyafəsində gələn üç nəfər köləsinə oğurlatdırmışdı. Vahid klarnet çaldığı yerdə yerə yıxılıb ölən zaman hamının, restoranın qapısında dayanan mühafizəçi-polislərin belə başının qarışdıı zaman Bəylərova tərəfindən təşklatlandırılmış saxtakar təlxəklər milyoner Səyavuşun oğlunu qaçırmışdılar. Dəhşətli cinayətləri, insan alveri ilə, əsasən oğurlatdırdığı adamların orqanlarını çıxarıb İsrailə, qismən də Ermənistana Bəylərova, ona xərac verməyən iş adamlarının şirkətlərini əllərindən alır, bunu bacarmayanda həmin şirkət rəhbərlərinəqarşı sui-qəsd törətdirib öldütdürürdü. Yalnız bununla da bitmirdi Səlimə Bəylərovanın cinayətləri. O, şox asanlıqla dövlət başında duranları da aldatdığına görə hər beş ildən bir artıq dördüncü dəfə idi ki, milli məclisə üzv seçilirdi. Burda isə yerli-yersiz təkliflər irəli sürür, dövlət müəssələrində işləyən insanların cüzi maaşarını da azaltmağı, pensiya yaşlarının kişilərdə yetmiş, qadınlarda altmış beş olmağını, eyni zamanda ən azı əlli faiz azalmağını, hətta əhalinin maaşaının bütünlüklə kəsilməsini təklif edir və onunla razılaşmayanları Azərbaycan dövlətinə xəyanət edənlər adrlandırır, bir sözlə hər vəhclə onsuz da kasıb əhalini çıxışı müşgül olan bir səfalətliyə sürükləməkdən ötrü əlindən gələni əsirgəmirdi.
Bir sözlə Səlimə Bəylərova Azərbaycan xalqına sanki bir bəla doğulmuşdu və xalq gec də olsa artıq bunu anlamış, ən qatı düşməninin necə deyərlər “ocaq başında” olduğunu nəhayət ki, başqa düşmüşdü.
Səlimə Bəylərovanın dəhşətli cinayətlərindən biri də yuxarıda qeyd olunduğu kimi malikanəsinin iri həyətində iri və dərin bir hovuzun içində yırtıcı timsahlar saxlaması idi. Səlimə Bəylərova bu timsahları hər gün bazardan aldırdığı diri toyuqlarla bəsləsə də, onları saxladığı vaxtdan etibarən onlara əllidən çox insan yedizdirmişdi. Timsahlar hər gün diri və kök toyuqları yesələr də, insan əti onlara daha dadlı gəlirdi və daim sahibələrinin nə vaxt onları insan əti ilə qidalandıracağını gözləyirdilər.
* * *
Qırx ildən yuxarı ən qatı, ən tədbirlə hazırlanmış, açılması olduqca çətin olan cinayətlərin üstünü açan Sübhan Poladov az qala keçilməz bir bataqlığın o biri tayında özünə yuva quran dəhşətli caninin izinə heç cürə düşə bilmiirdi. İlk dəfə idi ki, bu cür çətinliyə düşürdü və gecə-gündüz bu başqa canilərə bənzəməyən, olduqca tədbirli, hiyləgər, hər cinayəti işləməmişdən qabaq yüz ölçüb, bir biçən canibaşı onu dolaşığa salmışdı.
Poladov bu canibaşının adi bir cinayətkar olmadığını, yüksək nufuz sahibi olduğunu, əlinin böyüklərin ətəyində olduğunu anlasa da, onun kimliyini müəyyənləşdirə bilmirdi. Səlimə Bəylərovaya gəlincə isə söz yox ki, Poladov ondan şübhələnmişdi, lakin onun bu işin başında dayandığına aid əldə heç bir dəlil, subut yox idi. Kələfin düyününü açmaqda olduqca ensiz olsun belə cığır göstərə bilən hər kəs aradan götürülmüşdü. Poladov çox yaxşı anlayırdı ki, bu cinayəyətlərin başında dayanan adamın siyasətlə tamamilə məşğul olmayan, vaxtını yalnız musiqiyə sərf eləyən gənc Vahidi aradan götürüb, sonra ifşa olunmasın deyə qətl törətmək üçün hər fitva verdiyi adamı öldütdürən adamın Vahidi öldütdürməsi sadəcə olaraq adi bir düşmənçiliklə, adi bir intriqa ilə bağlı deyil, burda nəsə dərinliklərə uzanan başqa bir səbəb var. Poladov, Vahidin atasından onun Səlimə Bəylərovanın, Parisdə konsert salonunda “Sarı gəlin”i ermənicə oxuduğuna görə üzünü tüpürdüyüyü eşitmişdi və elə bu səbəbdən də Səlimə Bəylərovadan şübhələnmişdi. Lakin yuxarıda deyildiyi kimi bunu subut eləyən heç bir dəlil və yaxud şahid yox idi. Elə Poladovu çətinliyə salan da bu idi. Məsələ burasında idi ki, Səlimə Bəylərova milli məclıisin üzvü idi və onu cinayətlərdə əli olduğunu subuta yetirməyən bir dəlil belə olmadığı halda onu dindirmək belə mümkün deyildi. O ki, qaldı onun məhşur Azərbaycan xalq mahnısı “Sarı gəlin”i erməni dilində oxumağına, buna görə Azərbaycan cinayət məcəlləsində heç bir maddə yox idi. Birdə ki, “Sarı gəlin”i Azərbaycan müğənnilərdən təkcə Səlimə Bəylərova oxumamışdı, bir neçə pop müğənnisi var idi ki, Azərbaycanın sərhədlərindən keçən kimi, təkcə Türkiyədən başqa hara çatmışdılarsa məhz elə “Sarı gəlin” mahnısını erməni dilində oxumuşdular. Bəziləri isə bu mahnını erməni dilində oxumasa da, onun guya erməni mahnısı olduğunu bildirmişdi. Elə buna görə də Poladov, Səlimə Bəylərovanin” bu mahnını erməni dilində oxuduğuna görə həbs eləyə bilməzdi.
Elə hey fikirləşir, fikirləşir, fikirləşirdi təcrübəli polis polkovniki Sübhan Poladov. Bir sözlə çox fikirləşdi, çox götür-qoy elədi və nəhayət beyninə düyünün açılmasına ümid verən bir fikir gəldi. O, ürəyində bu fikirdən doğan bir plan cızıb həmin plan əsasında işə başlamaq istəyirdi ki, tibbi ekspert Rasim Kamalov əlində bir məktub içəri girdi və məktubu Poladovun masasının üstünə qoydu:
-Zəhmət olmasa bu məktubu oxuyun cənab polkovnik!
Poladov məktuba nəzər yetirdi, bu onun və Mikayılın qan analizlərinin cavabı ilə bağlı idi. Mikayılın və Poladovun qanlarını Rasim Kamalov bu işə baxan xüsusi şöbəyə göndərmişdi və həmin şöbədə hər iki qanı DNT testi ilə yoxlayıb cavablarını göndərmişdilər.
Poladov məktubu oxuyandan sonra özündən biixtiyar ayağa qalxıb olduqca həyəcanlı halda kabinetin içində var-gəl eləməyə başladı.
Rasim Kamalov təəcüblə dedi:
-Buna yalnız sevinmək lazımdı cənab polkovnik! Sizin isə rənginiz ağ-appaq ağarıb.
Poladov ona baxmadan dilləndi:
-Bu həyati məsələdi Rasim müəllim. Elə bil ki, illərlə məni üzən bir yük üstümdən götürülüb, lakin indi başqa bir yükün altına girməkdəyəm. Otuz yeddi il, təsəvvür eləyirsizmi düz otuz yeddi il. Müqəddəs bir qadın düz otuz yeddi ildi ona analıq eləyir. Yox təkcə analıq yox, həm də atalıq eləyir. Mənim bir atakimi onun üstündə heç bir haqqım yoxdu Rasim müəllim. Belə olan halda mən ona necə, onun atası olduğumu bəyan eləyə bilərəm?!
Rasim Kamalov əllərini yana açdı:
-Tale belə gətirib cənab polkovnik. Axı sizin onun sizdən ayrı düşməsində heç bir günahınız yoxdu. Buna görə ordakı rüşvətxor tibb işçiləriməsuliyyət daşıyır cənab polkovnik. Gör neçə il övladsızlıq həsrəti çəkmisiz, axırda işo yerə gəlib ki, yetim bir yeniyetməni uşaq evindən götürüb saxlayaraq ona atalıq eləmisiz. Lakin indi qanı bir, canl bir doğma oğlunuzu tapmısız. Özü də maşallah pəhləvan kimi. Buraxın bu yersiz həyəcanları Allah xatirinə cənab polkovnik. Oğlunuzun yanına gedin, ya onu bura çağırın, bağrınıza basın! Biz də baxıb fərəhlənək, sevinək! Yoxsa son zamanlar dünya o qədər eybəcərləşib ki, adamın bir balacada olsun üzünə təbəssüm qonmur. Hər tərəf cinayət, hər tərəf fəlakət, hər tərəf yalan. Otuz ildən çoxdu sizi tanıyıram cənab polkovnik,inanın ki, sizə doğma qardaşım kimi bağlanmışam, amma bu illər ərzində sizin əgər Nəcməddinin toyunu nəzərə almasaq, bir dəfə də olsun ürəkdən güldüyünüzü, qəlbdən sevindiyinizi görməmişəm. Məgər sevinmək, şadlanmaq, ömrünüzün heç olmasa az bir hissəsini xoş anlarla keçirmək sizə qəbahətdimi?!
Rasim Kamalov yaxınlaşıb Poladovun əlindən tutdu:
-Xahiş edirəm cənab polkovnik, çox xahiş edirəm, bu şəxsən mənim üçün çox əlamətdar bir hadisədi, odur ki, xahiş edirəm sizdən, Mikayıla onun atası olduğunu bəyan edin və bizi də sevindirin!
Poladov əlini onun əlinin üstünə qoydu:
-Yaxşı, qoy sən deyən olsun! Amma sözün açığı o qədər həyəcanlıyam ki, baxın əlim-ayağım tutrəyir.
Mən tibb adamıyam cənab polkovnik. Sizin bu həyəcanınız sevincdən doğan həyəcandır. Sizi əmin edirəm ki, oğlunuzu bağrınıza basandan sonra bu həyəcandan əsər-əlamət qalmayacaq.
Onlar Poladovun kabinetindən çıxdılar, Poladov kabinetinin qapısını bağladı və pillələrlə aşağı düşərkən iki nəfər polis işçisinin bir nəfəri qandallayıb gətirdiklərini gördülər. Polaislər Poladovu görən kimi ağaq saxlayıb polis salamı verdilər. Poladov tutulan şəxsə bir qədər diqqət edib soruşdu:
-Onu niyə tutmususz?
Polislərdən biri dilləndi:
-Bu “Uşaq dünyası” mağazasını qarət edib.
-Nə aparıb?
Bu dəfə o biri polis danışdı:
-Vitrini sındırıb “mikimaus” oyuncağını oğurlayıb.
Poladov təəcüb etdi:
-Nə, nə?
-Mikimaus oyuncağı.
-Vəssəlam?
-Bəli cənab polkovnik.
-Başqa heç nə götürməyib?
-Xeyr!
Poladov bir addım “oğru”ya yaxınlaşdı:
-Onunla neyləmək istəyirdin?
Oğurluq üstündə yaxalanmış adam başını tavana tərəf uzatdı:
-Onun belinə minib ucağaqdım.
Poladov bir qədər də diqqətlə onun möhkəm ruhu xəstəlik ifadə edən üzünə baxdı, vaxtilə həmin xəstəlikdən on iki il əzab çəkib, cəmisi otuz yaşında ikən ruhi xəstəxanada tibb işçilərinin verdiyi işgəncələrdən amansız xəstəliyə tutulub dünyasını dəyişən böyük qardaşı Polad yaşına düşdü özündən biixtiyar gözləri yaşardı. Sonra isə dərindən bir ah çəkib o bədbəxtdən soruşdu:
-Adın nədi?
Bədbəxt dərhal cavab verdi:
-Çingiz.
Poladov polislərə baxdı:
-Nə qədər gərək uzanqulaq olasan ki, bu cür adamı da həbs eləyəsən, özü də bir dənə dəyərsiz mikimausa görə. Onu dərhal qandaldan azad eləyin!
Polislərdən biri dərhal açar çıxarıb Çingizi qandaldan azad elədi.
Poladov yenə üzünü ona tutdu:
-Ha tərəfdə yaşayırsan Çingiz?
Çingiz qandallardan təzə azad olmuş əllərini bir-birinə sürtdü:
-Sovetski küçəsində.
-Evinizin nömrəsini bilirsənmi?
Çingiz qəribə tərzdə başını buladı:
-Evimizin yanında hamam var.
-Maşınla gəzmək istəyirsənmi Çingiz?
Çingiz sevincək dilləndi:
-Hə, istəyirəm.
-Onda bizimlə gedək Çingiz, səni maşında gəzdirərik.
Poladov bunu deyib pillələrlə düşdü, Çingiz də sevinc içində onun arxasınca getdi..
* * *
Çingizi ailələrinə, daha doğrusu valideynlərinə təhvil verəndsən sonra Zülfüqar maşını Mikayılgilə sürdü.
Qapını Mikayıl özü açdı və qapıdakıları görən kimi onu heyrət bürüdü:
-Cənab polkovnik, siz hara, bizim bu kasıb evimiz hara?
Rasim Kamalov dilləndi:
-Kasıb evindəki işıq, varlı evindəki işıqdan qat-qat parıltılı olur. Lakin bu parıltı heç vaxt qonağın gözlərini kor eləmir, əksinə nur verir.
Rasim Kamalov sözün bitirməmiş Poladov soruşdu:
-Qapıda çox dayanacağıqmı?
Mikayıl bir qədər pərt oldu:
-Bağışlayın,Allah xatirinə, sözün açığı heç gözləmirdim, ona görə bir qədər özümü itirdim. Buyurun, buyurun içəri!
İçəri keçdilər, bu vaxt Məryəm ana içəri otaqdan gəldi:
-Ay xoş gəlmizsiz, səfa gətirmisisz. Həmişə siz gələsiz. Əyləşin,bəyəndiyiniz yerdə əyləşin!
Poladov əlini sinəsinə qoydu:
-Bu evdə bəyənilməyən heç nə yoxdu bacım. Bu evdə olanlar zatən bəyənilmişdir, çünki bu evin sahibəsi sizsiz.
Məryəm ana həyəcan içində dilləndi:
-Bu dəqiqə çay dəmləyim!
Poladov əldədüzədilmişkətillərdən birinin üstündə oturdu:
-Yox Məryəm xanım, bir mineral su olsaydı içərdik.
Mikayıl cəld əl-ayağa düşdü:
-Hə, bu dəqiqə!
O bunu deyib qapıdan çıxdı və Poladov onun getdiyinə əmin olandan sonra gözü ilə Rasim Kamalova işarə elədi və Rasim Kamalov kiçik çantadan məktubu çıxarıb Məryəm anaya uzatdı.
Məryəm ana təəcüblə əvvəlcə onlara sonra məktuba baxdb oxumağa başladı və DNT testinin cavablarını oxuyandan sonra illərin əziyyəti hopmuş gözləriini Poladova zillədi:
-Deməli zənnim məni aldatmayıb. Allah çox mərhəmətli və ədalətlidir. Sizi təbrik eləyirəm rəis.
Məryəm ana bunu deyəndən sonra yanıqlı bir səslə dedi:
-Amma çox xahiş edirəm rəis, Mikayılı məndən həmişəlik ayırmayın!
Poladov gözləri yaşarmış halda ona baxdı:
-Siz nə danışırsız Məryəm ana?! Otuz yeddi il onun qayğısını yalnız siz çəkmisiz, ona yalnız siz nəvaziş göstərmisisz, o körpə olanda gecələr yatmamısız, ona ağ süd vermisiz, beşiyinin üstündə layla çalmısısz, o xəstələnəndə əllərinizi göyə açıb Uca Allaha dua eləmisisz, lazım olarsa onun üçün canınızdan belə keçməyə hazır olmususz, belə olan halda mən onu sizin əlinizdən necə ala bilərəm?! O, məndən çox sizin övladınızdı Məryəm ana. Mən isə mərhəmətlilərin ən mərhəmətlisi Yaradan Rəbbimə intəhasız şükürlər eləyirəm ki, otuz yeddi ildən sonra bu dünyada doğma bir övladım olduğunu bildim.
Məryəm ana ağlayırdı və əgər İslami ehlkamlara görə Poladov ona naməhrəm olmasaydı, yaxınlaşıb bu mələkruhlu insanın əllərindən öpərdi. Lakin dindan bir qadın olduğu üçün bunu eləmədi və Mikayılın doğma atasının ona bu qədər dəyər verməsi, onun otuz yeddi illik əziyyətini, zəhmətini yüksək dərəcədə qiymətləndirməsi və nəhayət bu dünyada yeganə sərvəti olan Mikayılı ondan almaması onun ruhunu təlatümə gətirmişdi və bu təlatümü ancaq pak, təmiz, billur göz yaşları ilə sakitləşdirmək olardı.
Əlində iki ikilitrlik butulka mineral su içəri girən Mikayıl anasını ağlayan görüncə həm təəcüb etdi, həm də kövrəldi və anasına yaxınlaşıb ağlamağının səbəbini soruşmaq istərkən gözü anasının oxuyub masanın üstünə qoyduğu məktuba sataşdı.
Oxudu Mikayıl məktubu, əvvəlcə gözlərinə inanmayıb təkrarən oxudu, sonra bir də oxudu və ağır-ağır başını Poladova tərəf döndərib onun həmişəki kimi sərtlik deyil, sevgi, məhəbbət saçan gözlərinə baxdı və bir söz demədən ağır-ağır ona yaxınlaşıb bərabərində dayandı.
Onları tanımayan bir adam kənardan baxsaydı, əgər Sübhan Poladovun iyirmi beş yaş Mikayıldan böyüklüyünə rəğmən saçlarının qar kimi ağ, bir də Mikayılın daha ucaboy olması nəzərə alınmasaydı, onların ayna qarşısında aynaya baxdıqlarını hesab edərdi.
Danışmadan, dinmədən bir-birinə sarıldılar, lakin ağlamadılar, bir-birindən aralanandan sonra yenə də susub bir-birinə baxdılar. Lakin Məryəm ana, Rasim Kamalov, hətta nə olusrsa-olsun ağlamaq bacarmayan Zülfüqar ağlayırdılar. Bu çox dramatik bir mənzərə idi. Onlar çox məmnun idilər, fəqət məmmunluq da həddindən artıq çox olanda ruh zərrələr püskürür və bu zərrələr göz yaşlarına çevrilib gözlərdən axmağa başlayır.
* * *
Səlimə Bəylərova iki muzdlu qatili timsahlara atandan sonra Cinayət Axtarışları Şöbəsinin işçilərinin kələfin ucunu tapmayacağına, onun bütün bu qətllərdə əli olduğuna mühüm bir dəlil olmadığından onu hətta dindirməyə cürət eləməyəcəklərinə yüz faiz əmin idi. Lakin muzdlu qatillərə Xanqulunu vurdurandan, eyni zamanda muzdlu qatillər Cəmşidlə Cümşüdü timsaha atandan cəmisi üç gün sonra bu barədə artıq düşünmək belə istəmədiyi halda televiziya kanallarından birində, axşam xəbərlərində telejurnalistin Cinayət Axtarışları Şöbəsinin rəisi polkovnik Sübhan Poladovdan bir neçə gün bundan əvvəl zəhərlənib öldürülmüş klarnetçalan Vahidin qatilinin tapılıb-tapılmaması barədə sual verərkən, Sübhan Poladovun;,-“Vahidin qətli ilə bağlı bir neçə ölüm hadisəsi də baş vermişdir. Çünki Vahidə restoranda toy çaldığı zaman çayın içində zəhər verən həmin gecə öldürülmüş, sonra onu öldütdürən öz qəzet köşkündə qətlə yetirilmiş, sonra yəni polislər həmin qatilin izinə düşərkən həmin qatil də iki nəfər tərəfindən güllə ilə vurulmişdur. Düzdür, biz onu güllə ilə vuranları təəsüf ki, hələ yaxalaya bilməmişik. Çünki onlar yol kənarındakı sıx ağacların arasından, yəni kameraların görüntüyə ala bilmədikləri bir nöqtədən onu vurub, sonra isə yoxa çımışşlar. Lakin onların vurduqları qatil ağır yaralansa da ölməmişdir və Ağa Əlizadə adpına xəstəxanada reyanimassiya şöbəsində ayrıca bir otaqda müalicə alır. Həkimlərin səyi ilə o ölümdən qurtarmışdır. Düzdü o hələ sistem altında, huşsuz vəziyyətdədir, lakin həkimlərin dediyinə görə yaxın zamanda huşu başına gələcək. Bİz də onun huşu başına qatıdan kimi şübhəsiz ki, ondan bütün bu cinayətlərin başında kimin dayandığını öyrənəcəyik”.
Səlimə Bəylərova bunu eşidəndən sonra ovqatı tamamilə pozuldu və bir qədər fikirləşib Roman adlı bir nəfərə zəng vurdu. Roman xəttə qoşulan kimi Bəylərova hökm elədi:
-Sənin məşuqələrin çoxdu. Mən istəyirəm onlardan biri vaxt itirmədən Ağa Əlizadə adına xəstəxanaya getsin, bir yol tapıb içəri keçsin və reyanimassiyada xüsusisi otaqda yatan Xanqulunun damarından sistemi çıxartsın! Sonra isə xəlvəti aradan çıxsın! Sonrasını özün bilirsən! Hörmətini necə lazımdır eləyəcəyəm!
Bəylərova aparatı xəttdən ayırıb cibinə qoydu və barı açıb fransız konyakı götürüb qapağını açaraq butulkanı başına çəkdi. Sonra isə elə bardan qiyməti ən azı iki min manat olna bir siqar götürüb damağına qoyub alışdırdı və tüstünü ciyərlərinə çəkdi.
Ramela Romanın onlarla məşuqələrindən biri idi və Xanlarzadə Romanla telefon əlaqəsi saxlayarkən onun yanında idi. Roman mobil aparatını cibinə qoyandan sonra onun əlindən tutdu:
-Bir balaca iş görməlisən, bunun müqabilində yaxşı pul alacaqsan!
Ramela təəcüb etdi:
-Nə iş?
Roman onun əlini sığalladı:
-Sistem altında olan bir nəfərin damarından sistemi çıxarmalısan.
Ramelanın gözləri böyüdü:
-Deməli adam öldürməliyəm?
-O adam can üstündədi, sən onun əzablarına son qoymalısan. Daha doğrusu ona yardım eləməlisən ki, daha əziyyət çəkməsin! Buna görə də xeyli pul alacaqsan!
-Nə qədər?
Roman bir qədər düşünüb dilləndi:
-Yüz min manat.
-Yüz min manat?
-Hə,yüz min manat?
-Kim mənə bu qədər pulu verəcək?
-Nəyinə lazım? Sən tapşırığı yerinə yetir və paranı al!
-Birdən ilişsəm?
-Ehtiyatlı olsan ilişməzsən. Ora hazırlıqlı gedəcəksən. Ağ xalatda, ağzında tənzif parçası, başında kalpak. Xəstəxanın qapısı səni növbətçi tibb bacılarından biri hesab elədiyi üçün sənin içəri keçməyinə mane olmayacaq. Kimsədən bir söz soruşmayacaqsan. O şöbəni özün axtarıb tapacaqsan! Sonra isə o həndəvərdə kimsə olmayanda otağa girib onu sistemdən azad eləyərsən. Sonra isə elə həmin qiyafədə xəstəxanadan bayıra çıxarsan! Bir az kənarda səni maşın gözləyəcək. Maşına minən kimi ağ xalatı-zadı çıxararsan, vəssalam!
* * *
Ramela böyük bir həyəcan içində olsa da, birdən-birə yüz min manat pul qazanmaq hərisliyi onu Xanqulunun sistem altında yatdığı otağa qədər gətirdi və üzü-başı sarıqlı Xanquluya yaxınlaşıb sistemi onun qolundan çıxarmaq istəyərkən “Xanqulu” əl atıb onun nazik biləyindən yapışdı, sonra isə ayağa qalxıb bir anın işində onun qollarına qandal vurdu.
Əslində öldürülən andan cəsədi morqa aparılan Xanqulu adıyla orda uzanan Poladovun özü idi və nəhayət ki, canibaşını yaxalamağına ümid verə biləcək bir plan hazırlaya bilmişdi.
Roman böyük bir nəşə içində Bəylərovadan alacağı “mükafat” barədə düşündükcə çex pivəsi içir və bahalı siqaret çəkirdi.
Lakin qəfildən həmişə fahişələrlə əyləndiyi “xata”sına soxulan polislər bir anın içində onun bütün nəşəsini pozdular.
Dindirmə otağında Roman bir müddət Ramelanın ona böhtan atdığını, bu işdən tamamilə xəbəri olmadığını söylədi. Lakin Ramelanı onunla üzləşdirəndən sonra “Xanqulu”nun qətlinə fərman verdiyini etiraf eləməyə məcbur oldu, lakin sadəcə olaraq Xanqulu ilə şəxsiqərəzliyi olduğu üçün onu qətlə yetirtməyi qərara aldığını dedi. Lakin Poladov ona inanmadığından ona cürbəcür suallar verib çaşdırdı və nəhayət Xanqulunun qətlinə fərman verənin başqa bir adam olduğunu etiraf etdi. Lakin əgər onun adını çəkərsə, özü üçün deyil, ailəsinə görə qorxduğundan bu işin başında dayananın kim olduğunu söyləmədi. Poladov isə onun sadəcə olaraq qorxaq bir tula və buyruq qulu olduğuna görə ondan öz köhnə üsulları ilə söz almağa qərar vermədi. Lakin fikirləşdi ki, bu axmaq adam əgər çox yox, bircə gün susuz qalarsa hökmən kimə köləlik elədiyini etiraf eləyəcək.
* * *
Şəfəq hamilə olduğuna görə analıq məzuniyyətinə çıxmşdı və əri ilə qayınatası işə gedəndən sonra evdə tək qalırdı. Bzən anası Yasəmən yanına gəlsə də bu gün evdə tək idi və darıxdığı üçün böyük fransılz yazıçısıViktor Hüqonun “Səfillər” əsərini oxuyurdu.
Qapının zəngi çalındı və Şəfəq gələnin nəsə yaxın bir adam olduğunu düşünüb dərhal kitabı qatlayıb masanın üstünə qoyub gedib qapını açdı. Qapıda iki nəfər nəhəng adam dayanmışdı və Şəfəq onların yaxşı niyyətlə gəlmədiyini dərhal anlayıb qapını var gücü ilə birinin üzünə çırpdı, sonra isə döyüş vəziyyəti alıb o biri ilə mücadilə eləməyə başladı. Lakin bu vaxt iki nəfər daha gəldi və onlardan biri, hamilə olmasına baxmayaraq bu od parçasının təslim olmayacağını görüb imkan tapıb onun boynundakı yuxu arteriyasını sıxdı. Şəfəq bayıldı və onlar bir anın içində onlar Şəfəqi hər tərəfi bağlı qara bir maşına qoyub apardılar.
Bundan cəmisi iki dəqiqə sonra Nəcməddin Şəfəqin keyfini soruşmaq üçün ona zəng vurdu. Quldurlar Şəfəqin mobil aparatını bilərəkdən aparmadıqlarına görə onun aparatı evdə elə hey zəng çaldı. Nəcməddin Şəfəqin telefonu açmadığnı görüb atasının kabinetinə gəldi və məsələdən onu hali elədi. Poladov bunu eşidən kimi sanki birdən ildrım vurmuş adamlar kimi kətildən sıçradı və güclü bir hiddət içində bir neçə saniyə bir söz deyə bilməsə də, nəhayət oğlunun üzünəö baxmadan dilləndi:
-Tez maşına min, Zülfüqara de evə sürsün! Sonra dərhal mənə zəng vur! Tez ol!
Nəcməddin pillələri iki-iki, üç-üç tullanaraq düşdü və iti sürətlə yüyürərək maşına mindi.
Cəmisi on dəiqədən sonra Poladova oğlu tərəfdən zəng gəldi:
-Şəfəqi aparıblar ata! Qapılar açıq qalıb. Bİr sözlə onu qaçırdıblar.
Poladov dərhal telefonu xəttdən ayırıb kabinetindən çıxdı və pillələrlə düşüb birinci mərtəbənin dəhlizi boyu yüyürdü, sonra Roman saxlanılan kameraya çatıb, qapıda duran çavuşa göstəriış verdi:
-Tez ol, qapını aç!
Çavuş qapını açdı və Poladov kameraya girib küncdə oturmuş Romanın yaxasından yapışıb ayağa qaldırdı:
-Bu dəqiqə mənə kimə köləlik elədiyini söyləməsən, səni döyə-döyə öldürəcəyəm!
Poladov bunu deyib Romanın çənəsinə möhkəm bir yumruq ilişdirdi. Roman kos kimi qıvrılıb döşəməyə yıxıldı. Poladov onun yaxasına əl atıb ayağa qalxızdı və yumruğunu nazik boğazına söykədi:
-Gözləyirəm, tez ol dillən! Yoxsa heç bir kəsici alətdən istifadə eləmədən başını bədənindən ayıracağam!
Roman boğula-boğula dilləndi:
-Səlimə Bəylərova.
Poladov yenə Romana möhkəm bir yumruq ilişdirib kameradan çıxdı və öz kabinetinə gəlib şöbənin respublka arası rabitə qovşağında oturan qıza zəng vurdu:
-Məni o müğənni Səlimə Bəylərova ilə calaşdır!
Bir qədər sonra qızın səsi eşidildi:
-Buyurun cənab polkovnik, danışın! O, sizi eşidir!
Poladovun səsi özündən asılı olmayaraq bir qədər xırıldadı:
-Bura bax, əgər mənim gəlinimin başından bir tük əskik olsa, dünyanı başına uçurdaram, eşidirsən məni?!
Bəylərovanın iyrənc səsi eşidildi:
-Hamı sizi təmkinli, səbrli adam kimi tanıyır! Amma görürəm sizi çox şişirdiblər. Nə dediyinizi alamıram! Yəqin məni kiminləsə səhv salmısız!
-Mən səni kimsəylə səhv salmamışam! Bütün bu cinayətlərin başında sən dayanmısan! Parisdə Azərbaycan xalq mahnısını ermənicə oxumusan! Sənin bu iyrənc hərəkətinənarazılıq eləyən Vahidi Şamilə öldürtdürmüsən. Sonra Zəırdüşt vasitəsilə Şamili aradan götürmüsən! Daha sonra Zərdüştü hələadını bilmədiyim bir nəfərə öldütdürmüsən. Sonra isə həmin adamı qətlə yetitdirmisən. Şübhə eləmirəm ki, onu qətlə yetiənlərin də başını elə batırmısan ki, iz qalmasın! Bax yenə deyirəm, gəlimin başından bir tük əkik olsa belə sənin o iyrənc qırtlağını qıraram!
Bu vaxt Bəylərovanın səsi bir xeyli dəyişdi:
-Bura bax, sən lap ağ elədin ha.. Nə tuği-lənət olub keçmisən boğazıma?! Özün də yadından çıxartma ki, mən Azərbaycan müğənnilərinin kraliçasıyam. Bircə zəngim kifayət eləyər ki, sənin nəinki paqonlarını söksünlər, tutub ömürllük dustaq eləsinlər! Mənim əsəblərimlə oynama!
Bəylərova bunu deyib telefonunu xəttdən ayırdı.
Poladov əsəbi halda ordan çıxıb şöbənin həyətində dayanan boş po0lis maşınlarından birinə əyləşdi və sürücüyə baxmadan dilləndi:
-Respublika prokurorluğuna!
Sürücü sadəcə başını tərpədib maşını hərəkətə gətirdi.
Təxminən iyirmi dəqiqədən sonra maşın respublika prokurorluğunun iki yüz metrliyinə çatdı və tini burulan kimi orda dayanan maşından iki nəfər avtomat silahllı üzübağlı adam Poladova tərəf atəş açdı. Poladovun oturduğu maşının şüşələri isə gülləkeçirən olmadığına görə gülllərin üçü Poladova, ikisi isə sürücüyə dəydi. Atəş açanlar maşınlarını sürətlə sürüb uzaqlaşdılar, sürücü isə ağır yaralandığı üçün maşını idarə eləyə bilmədiyi üçün maşın kənardakı ağaca çarpıldı.
Şəfaəddin həkim artıq düz dörd saat idi ki, tərin içində idi. Ən çətini və təhlükəlisi o idi ki, avtomat silahlardan atılan dörd güllədən biri ürək nahiyəsin dəymişdi və Şəfaəddin həkim onu ordan çıxarmaq üçün olduqca çox əziyyət çəkməli oldu. Lakin nəhayət ki, Uca Allahın ona verdiyi bacarıqdan və illərlə topladığı təcrübədən yayarlanıb ürək nahiyəsini zədələmiş gülləni ordan çıxara bildi.
Poladov çoxlu qan itirmişdi deyə tibb işçiləri ona aravermədən qan vururdular. Şəfaəddin həkim EXK-ya nəzər yetirib nəhayət ki, Poladovun ürəyinin yavaş-yavaş işləməyə başladığını görüb yanındakı tibb işçilərinə müəyyən tapşırıqlar verib o birin otağa keçərək əlcəklərini və ağız tənzifini və kalpakını çıxarıb dəhlizə çıxdı. Dərhal Nəcməddin, Mikayıl, Zülfüqar, Dürdanə, Qabil ona tərəf gəldilər.
Şəfaəddin həkim ani oaraq onlara tərəf nəzər salıb üzünü başqa səmtə çevirdi:
-Allahdan ümid kəsilməz. Biz Uca Allahın köməyinə dayanaraq əlimizdən gələni elədik və eləyəcəyik. Lakin əfsuslar olsun ki, güllələrdən biri polkovnikin ürəyini zədələmişdir. Ona görə də mən bu çox dəyərli insanın yüz faiz yaşamasını sığortalaya bilmərəm.
Cərrah bunu deyib yenidən cərrahiyyə masası yerləşən odaya girdi. Bundan sonra ordakılar olduqca məyus halda bir-birinə baxıb son dərəcə pərişan halda bir-birilə kəlmə kəsmədən divar dibində qoyulmuş oturacaqlarda oturdular.
Təxminən yarım saatdan sonra şəfaəddin həkim odadan çıxdı. Ordakılar hamısı qeyri-ixtiyari olaraq ayağa qalxıb ona tərəf getdilər. Şəfaəddin həkim cibindən ağ, təmiz yaylıq çıxarıb iri alnının tərini sildi:
-Narahat olmayın! Polkovnik Poladov ölümün pəncəsindən qurtuldu. Yaşayacaq!
Hamı göz yaşları və intəhasız sevinc içində bir-birini bağrına basdı. Dürdanə əllərini göyə açıb pıçıltı ilə dilləndi:
-Ya Rəbbim! Sən nə qədər mərhəmətlisən! Nə qədər şəfqətslisən! Səni tanmayana lənət!
Mikayıl, Züfüqar, Nəcməddin, Qalib bir ağızdan dilləndilər:
-Amin! Amin ya Rəbbəl aləmin!
* * *
Mayor Sübhan Poladovun ölümün pəncəsindən qurtulmasından ötrü minlərlə insan əllərini göyə açıb Uca Allaha yalvararaq dua etmişdi. Onu tanıyanlar bu ləkəsiz, mərd, cəsur, zülmə məruz qalmış, incidilmiş, haqsızlıq edilmiş, günahsız olaraq əzilmiş, döyülmüş, öldürülmüş insanların hesabını canilərdən, qatillərdən nəyin bahasına olursa-olsun alan qocaman polis işçisini mayor Poladov kimi tanısalar da, DİN rəhbərliyi Huquq Mühafizə Orqanlarında çalışdığı 40 il müddətində yüzlərlə cinayətin üstünü açdığına, yüzlərlə yıetıcı xislətli canini, qatili təkzibolunmaz dəlillərə, faktlara əsasən həbsə aldığına, bir sözlə asayişin təmənnasız keşikçisi olduğuna görə onun rütbəsini xeyli qaldırmış, eyni zamanda onu orden, medallarla təltif etmişdi. Hal-hazırda, yəni o, lüm ayağnda cərrahiyyə masasında yatarkən pokovnik rütbəsində idi. Belə ki, DİN rəhbərliyi terrora məruz qalmamışdan ona general rütbəsi verməyi planlaşdırmışdı.
İndi isə yüzlərlə insanı yırtıcı canavarların ağzından alan müqəddəs insan özü ölümlə pəncə pəncəyə qalmış və Uca Allahın inayəti ilə ölümdən qurtarmışdı..
***
Səlimə Bəylərovanın timsahları sahibələri tərəfindən daim insanla qidalandıqlarına görə başqa qidalar onları qane eləmirdi, daha doğrusu hər cür başqa qidadan iyrənib acıqla üzlərini başqa səmtə çevirirdilər. Son zamanlar isə başının üstündə kabuslar əsdiyindən Səlimə onları daha insan əti ilə 8yemləyə bilmirdi. Hərəsinin çəkisi ən azı 500 kiloqrama çatan timsahlar isə möhkəm ac idilər və bu aclıq nəhayət onlara o qədər güc gəldi ki, sıçrayıb hovuzdan kmalənara, daha doğrusu insan ovuna çıxdılar.
Səlimə Bəylərova Şəfəqi əslində girov kimi saxlayırdı. O, düşünürdü ki, artıq onun bir sıra cinayətlərini ifşa eləməkdə olan Sübhan Poladov onun həbsi üçün Respublika Prokurorundan sanksiya alsa onu gəlini Şəfəqin öldürüləcəyi ilə hədələyib istintaq işi açmasına imkan verməsin. Yox əgər Sübhan Poladov Səlinənin sayı bilinməyən cinayətləri ilə bağlı artıq istintaq işi açıbsa açıbsa bu zaman Şəfəqin ölümünə fitva versin, bununla da Poladovun ürəyinə dağ çəksin!
Səlimə çətirli söhbətgahnda oturub bahalı şərab içirdi. Şərabı başına çəkib şokaad yemək üçün əlini şokalad qutusuna uzadarkən güclü xışıltı eşitdi ə üzünü səs gələn tərəfə çöndərdi. Timsahlardan ikisi də nəhəng ağızlarını açıb onun qarşısına dayanmşdılar. Səlimənin qorxudan kəlləsinə çıxsa da, çığırmağa macal tapmadı. Timsahlar bir anın içində onun iyrənc başını bədənindən qopardılar.
Bir sözlə artıq illərlə ölümlərinə fərman verdikləri bədbəxtlərin ah-naləsi elə bu dünyada Səliməni cəhhənəmin dərinliklərinə atmışdı. Onun insan ətilə bəslədiyi sevimli timsahları onun özünü parça-parça etmişdi.
Şəfəqi Səlimənin tapşırığı ilə onun gözdən qulaqdan uzaq iri malikanəsinin ikinci mərtəbəsində saxlyırdılar. İllərlə qayıtanası Poladovun dəstəsində ən qatı caniləri qandallamaqda nümunəvi olan Şəfəq indi Azərbaycanın məhşur müğənnisinin malikanəsində özü qolları bağlı halda dustaq idi. Qayınatasının isə elə Səlimə Bəylərova tərəfindən planlaşdırılan terrora məruz qalıb ağır yaralanmasından xəbərsiz olan Şəfəq təbii ki, nəyə görə bu müddət ərzində özünün girovluqdan xilas edilmədiyinin səbəbini anlamırdı. Söz yox ki, əgər Sübhan Poladov ölümlə üz-üzə olmasaydı, əziz gəlinin izini çoxdan tapmış və onu girovluqdan xilas etmişdi.
Lakin Şəfəqin “dustaqlıq məşəqqətləri” nəhayət ki, sona gəldi. Yırtıcı timsahlar Səliməni parçalayandan sonra onun malikanəsinin qoruyucularını da bir bir qanlarına qəltan elədilər. Sonra isə he nə olmamış kimi qayıdıb hovuza girdilər.
Şəfəqin qollarını isə malikanənin xadiməsi Şərgiyyə adlı bir qadın açdı. Şərgiyyə timsahların dəhşətli saldırılarını göz ilə gördükdən sonra qaçıb malikanənin otaqlarından birində gizlənərək qapısını qıfıllamış, pəncərədən baxarkən timsahların hovuza girdiklərini görüncə otaqdan çıxıb, kimliyini bilmədiyi, fəqət gətiriləndən bəri halına acıyan “zavalllı, hamilə gəlin”i azad etmək üçün dərhal Şəfəq saxlanan otağın qapısını açaçaraq Şəfəqin qollarını da açıb. çölü göstərərək,-qaç,-demişdi.
Şəfəqi girov götürənlər onun telefonunu almışdılar. Odur ki, o, o şeytan yuvasını tərk edən kimi yoldan ötən bir avtobobilə əl elədi. Sürücü onun hamilə olduğunu görüb dərhal maşını saxlayıb onu götürdü və dərhal hara gedəcəyini soruşdu?!
Şəfəq yalnız axşam hava qaralandan sonra yaşadığı evin qapısını döydü. Nəcməddin isə xəstəxanada Sübhan Poladovun saxlandığı palatanın dəhlizində oturub fikirlər dəryasına qərq olmuşdu və Şəəqin sağ-salamat evə döndüyünü bilincə özündən asılı olmayaraq zülüm-zülüm ağlamağa başladı.
Sübhan Poladovu qırx gündən sonra xəstəxanadan buraxdılar. Həmin gün onların evində toy-bayram idi. Hamı şən və xürrəm halda yeyib-içir oxuyub oynayırdılar. Ən çox maraq doğuran və gülüş gətirən isə Qabilin qeyri-adi rəqs eləməyi idi. O, əsl kişi elementləri ilə rəqs edə-edə qəfildən havada salto vurur, bəzən bunu ikiqat edirdi.
***
Bu əhvalatdan iki ay sonra Dürdanə ilə Oqtayın, Zülfüqarla Nəzrinin toyu eyni gündə, eyni məkanda oldu. Bu da öz növbəsində bir yenilik idi ki, bacı ilə qardaş eyni gündə evlənirdi və Dürdanə Oqtayla, Zülfüqar da Nəzrinlə bir-birinə yaxın oturmuşdular.
Bu gün hamı çox xoşbəxt idi. Bu gün onların illər boyu yaşadıqları məşəqqətlər, çətinliklər, əziyyətlər unudulmuşdu. Çünki bu gün gələcəyə tərəf körpü salınırdı. Çünki bu gün toy idi. Toylar isə Uca Allahın hökmü ilə gələcək nəsillərin yaranması, adət ənənələrinin, dini və milli dəyərlərin yaşaması üçün ən gözəl vasitədir. Müğənninin ilk mahnısı da xalqın ən qədim adətlərindən olan toyun qiymətini, dəyərni, vacibliyini zəngin şəkildə xarakterizə edirdi:
Bu gün həyatımızda ən xoşbəxt bir gün oldu,
Çin olmayan arzular, nəhayət ki, çin oldu.
Ömür kitabımızda ən qızıl səhifədi,
Bəylə-gəlin dünyası, indi bir könüldədi.
NƏQARAT:
Deyək-gülək, şadlanaq, rəqs eləsin hər qonaq,
Gəlin tutaq əl-ələ, söyləyək Subhan Allah!.
Kaş ki, bütün ömrümüz bu cür toy-düyün olsun,
Gözünüz aydın olsun! Gözünüz aydın olsun!
Misilsiz bir səadət, ən gözəl niyyətdi toy,
Ən yüksək mədəniyyət, bənzərsiz adətdi toy.
Dəyərlərinə hörmət, soy-kökünə sədaqət,
Dininə-inancına, bir hüsnü-rəğbətdi toy.
NƏQARAT:
Əcdadımızdan miras, mülki-əmanətdi toy,
Gələcəyə bağlanan, qırılmaz bir bənddi toy.
Kökümüzdən süzülən, çox şirin nemətdi toy,
Ən zəngin xəzinədi, ən zəngin sərvətdi toy.
İKİNCİ HİSSƏNİN SONU.