Ələsgər ƏLİOĞLU - B A L A L A R A H Ə D İ Y Y Ə

Ədəbiyyat 13:03 / 17.02.2026 Baxış sayı: 528

 

 

ZİRVƏ

Kiçik bacım Narınla,

Gəzirk biz dağları.

Dolanırıq həvəslə,

Çayları. bulaqları...

Narından soruşuram: ,

-Sən bilirsənsə əgər,

Dağların zirvəsini,

Ay bacı, mənə göstər?..

Baxıb mənim üzümə,

Tez gülümsəyir Narın:

Göyə ən yaxın yeri,

Zirvəsidir dağların.

04.02. 2024

 

HAZIRCAVAB

-Səninləyəm, ay Turqut

Bağdakı o quşu tut.

-Qanad tap gətir, qağa,

Nə var onu tutmağa!...

25.01.2024