Gülnar Ümid  -  Ürəyimi elə yedim qorxudan,

Ədəbiyyat 10:53 / 17.02.2026 Baxış sayı: 1080

Ürəyimi elə yedim qorxudan,

Bu sevgiyə acsan, toxsan unutdum,

Sevən adam ölçü bilmir əzizim

nə qədərdir, nə qədər kəm unutdum..

Susmaq olar, ya danışmaq hesablanmır, umulur...

Bir az məndən var idi,

bir az uydurduğum səndən.

Həqiqəti uddum, cəsarəti uddum

səni unutdum..