Məmməd Qədir - Qalar

Ədəbiyyat 08:51 / 17.11.2025 Baxış sayı: 939

 

Sən dərdlisən, mən azarlı,

Dərd sağalar, azar qalar.

Dağ boyda eşqin yerində,

Giley qalar, güzar qalar.

 

Gecə asılar danımdan,

Canım ayrılar canımdan,

Adın qışqırar qanımdan,

Başıma qan sızar qalar.

 

Çiliklənib sınar şaxım,

Yerə çökər yaraşığım,

Şam kimi sönər işığım,

Canım dərddə azar qalar.

 

Gözüm nəmiş, canım bulud,

Nə kaman ovudar, nə ud,

Sevgisi tərk etmiş vücud,

Mənim kimi bezar qalar.

 

Yoxam Tanrı dəftərində,

Qazın, basdırın dərində,

Hər ölən eşqin yerində,

Dipdiri bir məzar qalar...