Fərhad Tapdıqoğlu- "Zdaçı( pulun qalığı) lazım deyil"

YAZARLAR 09:20 / 27.03.2026 Baxış sayı: 426

Dodaqqaçdı

 

Sovet dönəmində iş yerlərində spirtli içki qəbul etmək qanunla qadağan olsa da, içən insanlar olurdu.

Zavodların birində plandan geridə qaldıqlarına görə sex rəisi

Məmmədəli müəllim,işçilərini istirahət günü( şənbə) işə çağırır.

Saat 4-də işi yekunlaşdırıb ,evə getməyə hazırlaşan sazlayıcı Ələddini rəis yanına çağırıb ,əlini onun cibinə salır və deyir:

--Ələddin,get qəsəbədəki mağazadan bir "Russkaya vodka",yarım kiloqram "Doktorskiy" kolbasa, bir ədəd limonad ,bir kilo pomidor,bir dənə çörək al

gəl."Zdaçi " ( pulun qalığı) lazım deyildir,sənə qalsın .Alıb gətirərsən kabinetimə,Valeh müəllimlə ( rəisin müavini) səni orda gözləyəcəm.

Qəsəbə ilə zavod arasındakı məsafə bir kilometrdən bir az artıq olardı.Piyada gedib gəlirdilər .

Ələddin yolun yarısını gedəndən sonra ciblərini yoxlayır və görür ki ,pul yoxdur.Bir az məsafəni geri qayıdır,gəldiyi yola baxır.O yolla həmin anda gedib gələn olmadığından ,pulun kiminsə tapacağı inandırıcı görünmürdü.Ələddin düşünür ki,yəqin zavod ərazisində itirib.Naəlac qalıb müəssisənin qəsəbədəki yataqxanasında yaşayan Kərimin yanına gedir ,ondan 10 manat borc alır.Fikirləşir ki,Ələddin müəllimin verdiyi 10 manatdan çox olmazdı.

Günki araq- 3 manat 62 qəpik,yarım kilo kolbasa 1man 10 qəpik( kolbasanın kilosu 2 man 20 qəpik idi),pomidor təzə çıxdığından ,1 manat da bir kilo pomidor ,limonad 20 qəpik ,bir ədəd çörək ( çəkisi bir kiloqrama yaxın) 20 qəpik.Cəmi edir 6 manat 12 qəpik.Qalıq qalır 3 manat 78 qəpik.

Rəisin tapşırdıqlarını alıb gətirir və 3 manat 78 qəpik qalığı da ona uzadır.

Rəis gülür:

--Sağ ol Ələddin ,dedim axı,"zdaçı " sənin olsun"-deyir.

Ələddin :

--Rəis, Siz mənə 10 manat vermişdiniz ,eləmi?

Mən o pulu cibimdən salıb itirmişəm.Gedib dostumdan pul aldım- deyir.

Məmmədəli müəllimlə ,Valeh müəllim şaqqanaq çəkib gülürlər.

Rəis gülməyinə davam edərək, deyir:

--Ay pir olmuş,mən sənin cibinə pul qoymuşdum ki?! Sənin cibinə saldığım əlim boş idi.Dərhal cibinə baxardın də.

Ələddin özünə gəlir və o da rəisə ,müavinə qoşulub gülməyə başlayır.

...Rəis ayın axırında Ələddinə yazdığı naryada 20 manat əlavə edir...

Uzun illər keçsə də sexdə hamının artıq bildiyi bu əhvalat yenə də xatırlanır, dodaqlara təbəssüm qonur ...