Kəramət : - OLDUĞUN EVDƏ YAŞAMAMAQ...

YAZARLAR 09:10 / 11.06.2024 Baxış sayı: 1645

AİD OLMADIĞIN ZAMANDA

...KİMİDİ həyatımız, ədəbiyyatımız. Gələn siqnallara qapalı. Qısaqapanma baş verir-qaranlıq...qısaqapanma əks naqillərin də düzgün qurulmaması, əksliyin effektini anımsamamaqdan da doğulur.

TƏKAMÜL, bütün sahələrdə, əksliklərin, fərqliliklərin sintezidi, bir yönüylə. Həyat bunun üzərinə qurulu, eyniliklər məhvə aparır. Əksliliklərin biri-birinə toqquşmasında , həm bu harmoniyadan doğulur. Mono toplumlar, bizdə isə ədəbi yanaşmalar...

...gözəlliklər fərqlilərin birgə enerji məkanında doğulur. .......

Eyniyyət sürü yaradır; Bütün hallarıyla. Sürü ədəbi təfəkkürü, fərqli adlar altında həyata eyni baxış kimi bir şey. SÜRÜ ƏDƏBİYYATI fərqlini, əksi sevmir, mağaradan qovur, ya da ətini şişə çəkib yeyir. Təkcə ədəbiyyatdamı? Əlbəttə yox.

Bir toplumun içində nə qədər çox xalq yaşarsa, o qədər zənginləşər. Bir ədəbiyyat nə qədər müxtəlif rəngələrlə (fikri anlamda) bəslənər, süslənərsə...o qədər effektiv olar.

"Get naxıra, gəl axura" ədəbiyyatı sürü yaratmaqdı. Yeniliyin yaranması, sürülükdən çıxmağıdı cəmiyyətin. Bir ölkədə, zamanda, təfəkkür silsiləsində şərtlər yaranmadan yenilik də yaranmaz. İZM-lər isə uzaq əsrlərdə qalıb . Manipulyasiya isə internet məkanıyla aradan götürülüb.

İnanclar sorğulanmaz..bu məqamda dahi və xoşbəxtsən və sən İNANIRsan ki, mənə öyrədilən-ötürülən nüsxəıər müqəddəsdi. Vay o gündən ki, dünyada başqa ədəbi nüsxə -ləri, düşüncələri görüb-bilib özünün yaşadığın xoşbəxt mağara təfəkkürlülərin inandıqlarıyla müqayisə edəsən və görəsən bu oxşarlıq yox, oğurluqdu ..

Ya aid olmadığın zamanda, ya da məkanda deyilsən.

SİZƏ ELƏ GƏLMƏSİN Kİ, SİZƏBƏNZƏRLƏRİ SEVİRSİZ, ƏSLA,

ÖZ ƏKS-QÜTBÜNÜZÜ SEVİR, ONDAN ENERJİ ALIR, QİDALANIRSINIZ...