Kəramət : - "?" işarəsi DURĞU İŞARƏLƏRİ SIRASINDA NEÇƏNCİ YERDƏDİ...
dünyaca ünlü SARI YARPAQLA FOTOm..
bu səliqəli geyimin, ütülü robot davranışlarının alt
qatında bir əxlaq pozuntuluğu da var.
süpürülmüş küçəni yağış bir az da təmizləmiş, təkəm-seyrək yarpaqlar yerdə sarışıncasına gülümsəyirdi....Mən sarı yarpaqları, tapdaya bilmirəm, payızda bu səbəblə meşəyə getmirəm, ayaq atmağa yer olmur xəzəl soyqırımından..."Romantiksən, duyğusalsan" pıçıltıları da sərt həyatıma çırpılıb öz mənasını itirir.
Bir saata yaxın gəzdim yağışla qol-boyun , yerdən iki xəzəl götürdüm ötüb keçənlərin təəccüblü baxışları altında. İstədim ki, bu iki yarpaqla şəkil çəkdirəm, sonra vaz keçdim ki, bir dost gələcək...birlikdə daha yaxşı olar. O iki sarı yarpağı yağış altında xeyli danışdırdım, onlar mənə xeyli sual verdilər, mən də dədrdləşdim, bölüşdüm fikrimi.
"Bizim camaat niyə bu qədər şəkilbaz, tədbirçi, kamera, mikrafon, tribuna xəstəsidi?"-düşünürəm....Şübhəsiz, mənə görə, əzilmişliyi, daxili sınıqlığı, özündən əminsizliyi, travmaları çox yaşayıb, çatışmazlığı doldurmaq istəyir həyatı boyu ...toyda-yasda bir tanınmış gəzir gözləri ki, çəkdirsin...şəkil.
MİYANƏ-ORTABAB, ELƏ ŞƏKİL KİMİ , İFADƏSİZ ÜZ, UYĞUN PROFİL
Başqalarını görümsüz qılmaq cəhdləridi, həm də, belələri əzazil olur, "xayın" olur, adətən...
....hər şeyin bir norması, təbii axarı olmalıdı, yoxsa həyat vəsfini itirir yaşam da...
BOŞ ÇUVAL DÜZ DURNAZ....
TRİBUNADA BELƏ., ekranda, mikrofonla və s. qıraqdan dayaqdı, için dolu deyil, axı. "Belə ol-olma" mənim işimdeyil, şöhrət xəstəliyi sənin işin olduğu kimi, bilirsən ki, tünlüyü, şəkil çəkdirməyi, ekranı-zadı önəmsəyən biri deyiləm, sənəsə xeyirli-uğurlu olsun...O günləri bir T/V-də ölkə prezidenti səkiylə işə gedir, kimsə şəkil də şəkdirmir e...bizdə olsa, təsəvvür edin də.
Bizim ədəbi tədbirlərimiz belə rəsmi protokollu, dövlət törənlərinin eynisidi.
...yazda solmuş çiçəklərlə, payızda saralan yarpaqla da şəkil çəkdirin.