Kəramət : - ƏDƏBİYYATDA ŞAHSEVƏRLİK

YAZARLAR 08:11 / 25.03.2025 Baxış sayı: 728

 

Bu yazını  müəllimim-dostum Mürşüd Məmmədlinin ruhuna dua kimi oxuyuram

 

BİRİNCİ YAZI

 

BƏDİ TƏFƏKKÜRÜN TƏKAMÜL MƏRHƏLƏLƏRİ

YAZIÇI MÜXALİF=İQTİDAR OLMALI DEYİL...

..yaradıcılıq, təbi ki, ətrafla-içində yaşadığı mühitlə, öz daxiliylə dioloq, çoxçeşidli, uyumlu və uyumsuz-əks reaksiyalarla müşahidə olunur.

İlkin yaradıcılıqda ....yaranışda.... təbiətin insanda təcəllası, əks-sədası aparıcıdır., ÇOXSƏSLİ SƏSLƏNMƏSİ şəklində ortaya çıxır; Təbiətdən qorxu, onu anlamaq, duyğularla "dərk" aparıcı amildi-dünyanın bütün xalqlarının duyğu-düşüncə, davranışları belə bir təməl üzərində bərqərar olub. (Qarışıq cümlə olması da ifadə olunmaqla- dövrlə bağlı olsun gərək.)

Bir az da fikrimizi aydınlaşdırmağa çalışaq; Bəşər ilkin dövründə "haraya düşdüyünü"-məkanı yoxlayır, fiziki varlığıyla ətrafının -eko mühitin qarşılıqlı münasibətini önəmsəyir , təbii olaraq.

MAĞARA RƏSMLƏRİNİ sənət əsəri olaraq divara oymurdu mağara məskunu. Əsasən , heyvan şəkilləri bəzəyir divarı və insan bu canlılardan təsirlənir-əsinlənir, qorxur, həm də bəslənir.

TOTEMLƏRİN YARANIŞI BELƏ DUYĞU BAĞIYLA ORTAYA ÇIXIB, DÜŞÜNÜRƏM.

Bu qorxu hissi onu-İNSANI böyüdür, dərkini zorlayır, hər bir qorxu zehni gəlişdirir...sonrakı kəşflər də eyni mahiyyətlidir...

YARADICILIQ QORXUNUN ƏSƏRİDİR, QORXUDAN QURTULMAĞA, BÖYÜK ANLAMDA, ÇABA-ÇIRPINIŞDIR.

Yəni, təməl bədi yanaşma özünə bənzər canlılarla bağlanır. Mifoloji təfəkkür., təbiətlə, eyniyyət-Quşadam, Atadam, Balıqqız...saysız-hesabsızdı belə obrazlar əsatirlərdə, mifologiyada "N" qədərdi..sonrakılar ordan götürülmədi. Əsasən yunan mifologiyasında sistemlidir və məktəb rolunu oynayır..

Bir həqiqət var ki, bütün xalqların ilkin BAXIŞI eynidir.

Hələ insan bir obraz olaraq təbiətlə eynidir və ordan qurtulmaq çabaları , çırpıntılarıyla özünüifadə edir. İndi bizim sənət kateqoriyasına aldığımız ilkin dövrün ifadəsini bəşər övladı sənət saymırdı. İki təbi varlığın-İnsan və hər hansı ətrafdakının toqquşması, sürtüşməsindən çıxan səs, yaranan nəsnə kimi qəbul edirdi.

HƏLƏ YARATDIĞININ İÇİNDƏDİR; TƏBİƏTLƏ ARASINDA MƏSAFƏ YOXDUR...MƏNCƏ, BURA QƏDƏR ANLAŞILDI, ya mən özümü nə qədər anlada bildim. Kaş ki, üz-üzə oturub söhbət edə bilsəydik və tam aydınlada bilmədiyim məqamlara odaqlana bilsəydik.

Səni-sizi də yormayım...BƏDİ DÜÜŞÜNCƏNİN TƏKAMÜLÜNÜ BİRLİKDƏ İZLƏMƏYƏ DAVAM EDƏCƏYİK...

Hələlik, davam edəcəyik...şübhəsiz.

Возможно, это изображение 1 человек