Kəmalə Abiyevadan GÜNÜN  SÖZÜ

YAZARLAR 09:18 / 10.08.2025 Baxış sayı: 7894

Dünya liderləri, siyasətçilər, siyasi şərhçilər, jurnalistlər İlham Əliyevi yüksək qiymətləndirir nə vaxtdır. Ondan öyrənməyi də məsləhət görürlər. Ən qarışıq, çətin dönəmlərdə ona güvənənlər haqlı oldu. Düşünürdüm, qorxurdum Azərbaycan üçün. Eşq olsun prezidentimizə!

Cümhuriyyətçilər Azərbaycan dövlətini yaradaraq tarix yazıblar. Amma İrəvan mahalını güzəştə getməli olublar, əks halda Azərbaycanın taleyi sual altındaydı.

Bu gün işğal olunmuş ərazilərimizin sahibləriyik. Rusiyanı oyundan kənar vəziyyətə salan - dünyanı heyrətə salan liderimiz var. Xarici düşmənlərlə illərdi döyüşən qalib Ali Baş Komandanımız var!

Əsas dövlətimiz yaşasın!

Məni daxildəki illərdi dövlətini, ölkəsini satan, gözdən salan, hardansa maliyələşən, ölkəsi əlehinə hansısa xarici mənasız qəzetdə, saytda yazı tirajlamaqla öyünən oyunbaz müxaliflər düşündürür. Görəsən utanırlarmı xalqın inamından istifadə edib 35 il əvvəldən başımıza gətirdiklərindən? Amma satqının vicdanı olmur ki, utanmaq hissi də olsun…

Ölkəmizə, onu sevən xalqımıza sülh arzulayıram! Qalan problemləri özünüz həll edin