Kamala Abiyeva Aydın Qızı - Ağlamaq istəyirəm

Ədəbiyyat 21:00 / 16.10.2026 Baxış sayı: 351

Ağlamaq istəyirəm

için-için, hönkürə-hönkürə,

nə yaxşı, nə yaxşı ki, ağlaya bilirəm.

Göz yaşım könül yağışım,

təkliyimin yoldaşı, sevincimin , kədərimin yaddaşı.

Göz yaşım ürəyimin sirdaşı,

ağrım, acım, səadətim,nifrətim, məhəbbətim

Ağlamaq istəyirəm...

Damla-damla ürəyimi ovutmaq istəyirəm,

qəmimi , kədərimi unutmaq istəyirəm.

Göz yaşım-ağlamaq istəyim,

ağlaya bilməyim.

Göz yaşım-

yaşamaq istəyim, yaşaya bilməyim.