"Azərbaycan-Qırğızıstan ikitərəfli əməkdaşlığı tərəfdaşlıq mühitinin möhkəmlənməsinə önəmli töhfə verir"
“Bu gün müzakirə olunan qanun layihələri arasında Azərbaycan Respublikası ilə Qırğız Respublikasının əməkdaşlığına dair mühüm əhəmiyyət kəsb edən sənədlər yer alır.
Azərbaycan ilə Qırğızıstanın ortaq soy-kök, mədəni-mənəvi dəyərlər, dil, dinə əsaslanan əlaqələri günü-gündən genişlənməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Qırğız Respublikasının Prezidenti cənab SadırJaparovun qardaşlıq münasibətləri, qarşılıqlı dövlət səfərləri, sıx görüşləri iki ölkənin tarixi bağlarının yüksək etimad və həmrəylik ruhunda davam etməsində vacib rol oynayır”.
Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Parlamentin 13 oktyabr 2026-cı il tarixli plenar iclası zamanı deyib.
Millət vəkili bu ilin iyul ayında Azərbaycan Prezidentinin Qırğız Respublikasına dövlət səfərininməhsuldar gündəliyinə vəqarşılıqlı iş birliyinin gücləndirilməsinə dair yekun nəticələrinə diqqəti çəkib: “Səfər çərçivəsində iqtisadiyyat, investisiya, nəqliyyat, logistika, energetika, maliyyə, rəqəmsal təhlükəsizlik və digər aparıcı sahələriəhatə edən çoxsaylı sənədlər mübadilə olundu.
Səfər zamanı keçirilən birgə mətbuat bəyanatında Azərbaycan Prezidentinin, "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" sözləri tərəfdaşlığımızınsiyasi məzmununu dolğun şəkildə əks etdirir”.
Son illərdə iki dövlətin mədəni-humanitar əlaqələrinin möhkəmləndirilməsi yönündə əhəmiyyətli addımların atıldığını vurğulayan Günay Əfəndiyeva bildirib: “Baxın, ölkələrimizdə ənənəvi şəkildə qarşılıqlı mədəniyyət günləri təşkil olunur. Həmrəyliyimizin ən gözəl nümunələrindən biri kimi Ağdamda Qırğızıstanın dəstəyi ilə "Manas" məktəbi tikilib. Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkı yaradılıb.Bakıda böyük Çingiz Aytmatovun abidəsi ucaldılıb, onun adını daşıyan park salınıb.
Çingiz Aytmatovun əsərləri Azərbaycan teatrlarında böyük uğurla nümayiş olunur. Elə dünən Azərbaycan DövlətPedaqoji Universitetində Qırğız dili və ədəbiyyatı auditoriyası açıldı. Bütün bunlar nədir? Yeni nəslin qırğız dilini, ədəbiyyatını, dəyərlərini öyrənməsi ilə yanaşı, ortaq türkdəyərlərini öyrənməsidir.Onlarla böyüməsidir, yetişməsidir. İrsimizi daha dərindən kəşf etməsidir.
Digər tərəfdən, şəhərlərimiz, o cümlədən, Şuşa ilə Çolpon-Ata, Qəbələ ilə Karakol, Gəncə ilə Oş arasında qardaşlıq əlaqələri qurulur.
İnciİssık-Kulun sahilində Azərbaycan tərəfinin inşa etdiyi və zəngin irsimizi əks etdirən yeni "Bakı" oteli fəaliyyətinə başlayıb. Bütün bu təşəbbüslər Azərbaycan və qırğız xalqlarının bir-birinə daha da doğmalaşmasına, ortaq dəyərlər ətrafında daha sıx birləşməsinə imkan yaradır”.
“Ona görə də düşünürəm ki, Azərbaycan-Qırğızıstan ikitərəfli əməkdaşlığı həmçinin, Türk Dünyasında və bütövlükdə regionda tərəfdaşlıq mühitinin möhkəmlənməsinə önəmli töhfə verir”, - deyə Günay Əfəndiyeva vurğulayıb.