Bəhram Bilaloğlu - Danışmağa yer qalmadı
Danışmağa yer qalmadı,
Sözüm qaldı,gözüm qaldı.
Bu həyatdan doymayanlar
Can qurtardı,dözüm aldı.
Enişi nə,yoxuşu nə,
Çalışasan,vuruşasan.
Hörülən hər divarını
Uçurdasan,baş vurasan.
İz saxlayan izlər itə,
Alnındakı qırış kimi.
Böyüdükcə xəyalların
Plan ola yarış kimi.(ı)
Tab gətirmir söz ülgücü,
Kəsim-kəsim çarpazlaşa.
Yıxır ümid dirəyini
Yetmir əli dərd buzlaşa.