ŞAİRLƏ GÖRÜŞ

Gündəm 11:27 / 15.10.2026 Baxış sayı: 559

 

 

Bu günlərdə tanınmış şair, nasir, puğb­lisist, Əfqanıstan və Birinci Qarabağ mühari­bələrinin iştirakçısı, qazi İmam Cəmilli ilə Gəncə MKS-də oxucularla görüşü keçirildi.

Oxucularla görüşə gələn şair əliboş gəl­məmişdi. Bir-iki ay bundan öncə çapdan çıxan «Şərəflə yaşanmış bir ömrün dastanı» və «Təh­lillər və mülahizələr» adlı kitablarının təqdi­ma­tı ilə oxucularını sevindirdi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi şair-dramaturq Xə­zangül xanım İmam Cəmillinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Çıxışının sonunda Xəzangül xanım təqdimatı keçirilən kitabların İmam Cəmillinin 22-ci ki­tabı olduğunu xüsusi qeyd etdi. Yeni işıq üzü görən kitablarına görə müəllifi təbrik edə­rək, ona yeni yaradıcılıq uğurları arzuladı.

AYB-nin Gəncə bölməsinin məsləhət­çi­si, şair-nasir Aləmzər Əlizadə çıxışında İmam Cəmilli yaradıcılığında vətənpərvərlik mövzu­su­nun aparıcı xətt olduğunu diqqətə çatdırdı.

Azərbaycan Respublikasının Milli Məc­lisinin «Xəbər az» portalının direktoru Dəniz Əlizadə çıxışı zamanı İmam Cəmilli yara­dı­cılığında dostluğa xüsusi səhifə ayırmasını, uzun illər dostluq etdiyi tanınmış həkim Azər İbrahimova həsr etdiyi «Şərəflə yaşanmış bir ömrün dastanı» adlı sənədli povestində və «Didərginlik ölümdən betərmiş» məqaləsində, üzrlü səbəbə görə yazıçı dostu Fazil Sənanın yubiley tədbirində iştirak edə bilmədiyinə görə yazdığı «Bağışla» şeirində səmimi ürək söz­lə­rini qeyd edir.

Şair-nasir İqbal Baba İmam Cəmillinin əsərlərində müharibənin törətdiyi fəsadların insan taleyində sağalmaz yaralar qoyduğuna diqqət çəkməklə bərabər, xüsusi vurğuladı ki, müharibə mövzüsünda yazılmış hər bir əsəri müəllifin həmişə şahidi olduğu hadisələrdir.

Çıxışının sonunda İqbal Baba qeyd etdi ki, İmam müəllim nədən yazırsa yazsın, hadisədə milli psixologiyanı, milli mentaliteti, Azərbay­cançılığı həmişə diqqətdə saxlayır.

Şair, əməkdar müəllim Saleh Qurbanov çıxışı zamanı İmam Cəmilli yaradıcılığının bə­dii məziyyətlərinə toxundu. Bir çox ədəbi janr­larda yazıb-yaradan müəllifin dilinin sadə, axı­cı olması, xalq yaradıcılığından qaynaqlan­ma­sı, yaratdığı obrazların hərtərfli1i təsvir edil­məsi, obrazın dünyagörüşünə uyğun danış­ması oxucu diqqətini çəkən məsələlərdir.

Gəncə Dövlət Universitetinin dosenti, şair Fəxrəddin Sərrast çıxışı zamanı qeyd etdi ki, İmam Cəmilli yaradıcılığı XX əsrin sonu və XXI əsrin əvvəlində baş verən ictimai-siyasi hadisənin bədii səlnaməsidir.

Xüsusən, müəllifin yaradıcılığında otuz ilə yaxın torpaqlarımızın işğal altında olması, qaçqın və didərginliyin ağrılarının reallığa söykənərək hərtərəfli təsvir edilməsi indiki nəslin gələcək nəslə bir me­sajıdır.

Şair-publisist Şəfəq Vilayətqızı çıxışı za­manı İmam Cəmillinin yeni kitabları haq­qın­da öz fikrini bildirəndən sonra İmam Cə­mil­liyə həsr etdiyi şeirini oxudu.

 

İmam Cəmilli

 

O, şair doğulub, sözlə danışan,

Qəlbinin səsini yayar dünyaya.

Misra-misra dolar kükrəyər, daşar,

Sözünün hökmünü qoyar dünyaya.

 

Sükutu dinləyən, hər dərdi duyan,

Kədərin içindən doğandı İmam.

Hər damla göz yaşı, bir şeirə dönən,

Hissini içində boğandı, İmam.

 

İmamın qəlbində min dünya yatır,

Hər sözün içində duyğular var.

Qələm toxunanda lal vərəqlərə,

Sətirlər, misralar fəryad qoparır.

 

Hər zaman yüksəkdən qoy gəlsin səsi,

Yazsın eşqdən şeir İmam Cəmilli.

Vətən fədaisi, eşq fədaisi,

Həm qazi, həm şair İmam Cəmilli.

 

Şair-publisist Səlbi Baxış müəllifin yeni çapdan çıxmış kitabları haqqında mülazizə­lərini söyləyərkən «Təhlillər və mülahizələr» kitabında gedən məqalələr haqqında dedi:

– Bu kitabda yazıları oxuyarkən müəlli­fin gərgin zəhmətinin şahidi oluruq. Kitabda tanın­mış qələm adamlarından Qərib Mehdi, Ələsgər Əlioğlu, Fazil Sənan, Həsən Göyçəli, Rəfail Ta­ğızadə, Yusif Namazoğlu, Tofiq Əmrah, Taleh Cə­fə­rov və başqalarının yaradıcılığına geniş güz­gü tutulması İmam Cəmillinin gərgin zəhmətinin nəticəsi olaraq özünü təsdiq edir.

Səlbi Baxış çıxışının İmam Cəmillinin xo­şa­gələn bir şeiri ilə yekunlaşdırdı.

Fazil Sənan çıxışında qeyd etdi ki, İmamla dostluğumuzun otuz ilə yaxın bir tarixi var. Dos­tumun bütün yaradıcılığı ilə yaxından tanışam. İmam haqqında bir monoqrafiya və iki hissədən ibarət «Özü də sözü kimi» xa­ti­rələrimi yazmışam. Bunlardan əlavə İma­mın bir çox kitablarının redaktoru olmuşam. De­mək olarki, İmamın bütün əsərləri mənim gö­züm önündə ətə-qana gəlibdir.

İmamın yaradıcılığında, xüsusən nəs­rin­də canlı həyat lövhələri, yaşanmış hisslər öz əksini tapıbdır. Bir çox əsərlərinin qəhrəmanı dostumun özüdür. Əlli ilə yaxın bədənində Əfqanıstan müharibəsinin askolunu gəzdirən İmam, əsər­lərində öz ağrılarını bədii baxımdan məharətlə ümumiləşdirərək bugünkü gənclik­də müharibəyə nifrət hissi aşılayır. İmam Cə­milli şairliyindən, yazıçılığından əlavə təmən­nasız və sədaqətli dostdur.

MKS-nin şöbə müdiri və tədbirin aparı­cısı Aidə Abdullayeva çıxışı zamanı İmam Cəmilli yaradıcılığından danışarkən müəllifin əsərlərində hadisələrin günümüzlə səsləşməsini xüsusi ola­raq vurğuladı. Poeziyasında təbiət və insan gö­zəlliyi ilə bərabər, bütöv Azər­bay­can arzusuna nə vaxtsa nail olunacaq ümidi ilə oxucusunu inan­dırmağa çalışır. Aida xanım çıxışının sonunda şairin şeirini ruh oxşayan qiraətlə söyləməsi tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdı.

Tədbir iştirakçılarından «Nur» ocağı ədəbi birliyinin rəhbəri Seyran Süleymanova, Tahirə Aslan, Ziyafət Həsənova, İlqar Müzəf­fəroğlu, Yusif Namazoğlu, Nailə Nubar, Mə­həm­məd Bö­yükkişiyev və başqaları İmam Cə­milli yaradıcı­lığı haqqında öz mülahizələrini söy­lədilər.

MKS-nin sədri Səbinə Cəlilzadə çıxışın­da qələm adamlarının yaradıcılığına həsr olun­muş belə tədbirlərin tez-tez keçirilməsinə dəs­tək ola­ca­ğını qeyd etdi.

Tədbirin sonunda İmam Cəmilli ona gös­tərilən diqqətə görə tədbir iştirak­çılarına və başda Səbinə Cəlilova, Aidə Abdul­layeva olmaqla MKS-nin bütün işçilərinə öz minnətdarlığını bil­dirdi.

Sonda müəlliflə xatirə şəkli çəkildi.

Fazil Sənan,

10.10.2026