İlham Əliyev Putinlə danışdı

Azərbaycan Prezidenti İlham Əliyevlə rusya lideri Vladimir Putin arasında telefon danışığı baş tutub.
Yenises.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığında Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış məlum üçtərəfli sazişlərə uyğun olaraq Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yönəlmiş əməli tədbirlər müzakirə olunub.
Həmçinin regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.