İlgar Turkoglu - Ayselə

Ədəbiyyat 20:55 / 13.12.2025 Baxış sayı: 1910

Zaman dəyişsə də, ruhu dəyişməyən şeirimi Aysel Xanlarqızına  yenidən ərmağan edirəm:

Elə bilmə, elə-belə sevmişik,

Heyran etdin şirin dilə, sevmişik.

Alnı açıq, gülə-gülə sevmişik,

Sevincindən qarışıbdı çay selə.

Bu təbrikim Ayselədir Ayselə!

 

“Korona”dan Adanaya tur istə,

Havalansın nəğmələrin “Şur”üstə.

Nə zamandı yığışmırıq “Turist”ə,

Arada bir haraylayıb səs elə.

Bu təbrikim Ayselədir Ayselə!

 

Oynamağa, yarışmağa cəng ola,

Rəqibin də bacarmaya, ləng ola.

Yada sala, bir andaca zəng ola,

Dil-dil ötə vatsab belə, feys elə.

Bu təbrikim Ayselədir Ayselə!

 

Bədirlənsin qədəhlərdə gecələr,

Səhv etmədik səhvimizi keçələr.

Sərxoş olsa,“səkkiz yazsa” küçələr

Bizim üçün arada bir “dərs” elə.

Bu təbrikim Ayselədir Ayselə!

 

Dəniz kimi ürəyində ada sal,

Hər gələndə ləvəngini dada sal.

Ötənləri-keçənləri yada sal,

Bircə-bircə dostlarından bəhs elə.

Bu təbrikim Ayselədir Ayselə!