Əşrəf Veysəlli - Yazın nəfəsini gözləyən kimi
Abırdan, həyadan paltar geyinər,
Yanağı allanar söz deyən kimi.
Özünü istədən məsum körpələr
Qımışıb özünü istədən kimi.
Göyçək qamətini görcək uzaqdan,
Sandım ki, haqq onu yaradıb haqdan.
Gizlətdi döşünü,..
bostançı tağda
Sütül şamamanı gizlədən kimi.
Şəninə nəğmələr ötdükcə dillər,
Açılar çöhrələr, gülər könüllər.
Yarını gözləyər,- qönçədə güllər
Yazın nəfəsini gözləyən kimi.